text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya M... | ANL |
Konstitusiya Məhkəməsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaranmasının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı... | ANL |
Prezident İlham Əliyevin tapşırığı əsasında Respublika Prokurorluğu məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar araşdırmalara başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyasli iqtisadi, siyasi, hüquqi islahatlar, sosial yönümlü döv... | ANL |
"İndi "Wikileaks" təxminən Azərbaycanın sarı mətbuatı səviyyəsində müzakirə olunur". - Ötən həftə Bakıda Dünya azərbaycanlılarının III qurultayı keçirildi. 2006-cı ildə keçirilən ikinci qurultayda Prezident İlham Əliyev demişdi ki, müstəqil Azərbaycan dünyada yaşayan 50 milyonluq azərbaycanlının dövlətidir. Hamıya məlu... | ANL |
Qəbələ növbəti beynəlxalq musiqi bayramına qucaq açır. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-2010-cu illərdə Qəbələdə keçirilmiş I və II beynəlxalq musiqi festivalları ölkəmizin mədəni həyatında mühüm hadisə olmaqla yanaşı, onun hüdudlarından kənarda da böyük əks-səda doğurmuşdu. Mədəniyyəti... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli 1266 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nda dəyişikliklər edilməsi haqqında. Cari ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasının ... | ANL |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin icrası haqqında. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr... | ANL |
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli 365 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə. Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə ə... | ANL |
Dördüncü çağırış Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə nəzərdə tutulmuş qanunvericilik işləri planı yerinə yetirilmişdir. İyulun 14-də dördüncü çağırış Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Milli Məclis Sədrinin müavini B... | ANL |
Azərbaycan ilə Çin arasında diplomatik əlaqələr qurulduqdan sonar münasibətlərimiz daha da genişlənmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox sürətli inkişaf yolu keçmiş, bir sıra mühüm uğurlara imza atmışdır. Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sə... | ANL |
"Axıska" kooperasiyasının zəmiləri bol məhsuldan xəbər verir. Qızılı rəngə çalan zəmi göz işlədikcə uzanıb gedir. Dənlərin ağırlığına tab gətirməyən dolu sünbüllərin boynu bükülüb. Hətəmşah sünbullərdən birini qırıb ovcunda ovxaladı. Sonra bir əlindən o biri əlinə sovurdu. Ovcunda nar dənələri kimi iri və sağlam xeyli ... | ANL |
Bu yol bizi doğma yurda qovuşduracaq. Çox hörmətli, zati-aliləri cənab İlham Əliyev! Biz - Ağdam rayonu ictimaiyyətinin bir qrup nümayəndəsi Qarabağa və qarabağlılara göstərdiyiniz həyati əhəmiyyətə malik davamlı qayğı və diqqətə görə Sizə bütün el-obanın minnətdarlığını çatdırmağı özümüzə borc bilirik. Ərazisinin dörd... | ANL |
Milli Məclis Sədrinin müavini Bahar Muradova ATƏT PA-nın sədri Petros Eftimiuya müraciət etmişdir. Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ermənilərin əli ilə Tovuz rayonunun Əlibəyli kəndində baş vermiş faciə ilə əlaqədar ATƏT PA-nın sədri Pet... | ANL |
"Biz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq". Cari ilin 6 ayında Azərbaycanın dinamik inkişafı davam edib. Təbii ki, bu uğurların əsas səbəbi həyata keçirilən düzgün iqtisadi siyasətdir. Təqdirəlayiq haldır ki, dövlət başçısının rəhbərliyi ilə ölkədə aparılan siyasət sayəsində bu inkişaf iqtisadiy... | ANL |
Müharibə xarabalıqları üzərində ucalan yeni abad şəhər - HORADİZ. Yaralı Qarabağın bir parçası olan Horadiz şəhəri çağdaş günlərimizin sürətli inkişafını özündə çox aydın əks etdirir. Güzarı bu yerlərə düşən hər kəs üçün burada dəyərləndiriləsi, məntiqi nəticə çıxarılası çox şey var. Qarabağ savaşının odu-alovu bu yerl... | ANL |
Diaspor fəal insanları ilə güclüdür. Həmsöhbətimiz qurultay iştirakçısıdır. Son dövrlərdə mətbuatda, televiziyada onunla bağlı materiallara tez-tez rast gəlmək olur. Xeyli vaxtdır Qırğızıstanda yaşayır, 3 uşaq atasıdır. Paytaxt Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə Dəstək Fondunun rəhbəridir. Əsg... | ANL |
Qüdrətli, inkişaf etmiş müstəqil Azərbaycan 50 milyon həmvətənimizin əsl istinad yeridir. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səyl... | ANL |
Biz arxamızda müstəqil Azərbaycan dövlətinin dayandığını daim hiss edirik. Dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik Azərbaycan dövləti tərəfindən həyata keçrilən məqsədyönlü siyasət nəticəsində artıq daha möhkəm özüllər üzərində bərqərar olub. B... | ANL |
Yeni Azərbaycan Partiyası 13 yaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı bəyanat yaymışdır. Yeni Azərbaycan Partiyası 13 yaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı bəyanat yaymışdır. AzərTAc xəbər verir ki, bəyanatda erməni vəhşiliyinin növbəti qurbanı olmuş ... | ANL |
Uşaqların müharibə qurbanına çevrilməsi yolverilməzdir. Avropa Parlamentinin üzvləri Azərbaycana səfərləri çərçivəsində iyulun 16-da Ağdam rayonuna gəlmişlər. Ağdam rayonu ərazisində qonaqları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları qarşıladılar. Ağdam Rayon İcra Hakimiyyətin... | ANL |
Uşaqlara qıyan əllər. Ədəbiyyat həyatımızın güzgüsüdürsə, deməli, orada deyilənlər, yazılanlar da elə həyatın özündən gəlir. Vaxtilə dünyanın hər acısını dadmış xalq şairimiz Rəsul Rza yazırdı: "Bir uşağın barmağını qanatsalar, Bir qıy vurram, göydə quşlar qanad salar...". Ondan əvvəl isə başqa bir şairimizin - Əhməd C... | ANL |
Qaçqın və məcburi köçkünlər mövzusu medianın diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşının həyatında öz əksini tapması, insanların rifah halının günü-gündən yaxşılaşmasıdir. Əhalinin pul və digər maddi gəlirlərinin ... | ANL |
Həyatın axarı belədir. İnsan bu dünyaya gələndə sevinirik, o dünyaya köçəndə kədərlənirik. Ayrılıq ağırdır. Amma bununla barışmaqdan başqa çarə yoxdur. Bu dünyada qalanların vəzifəsi isə gedəni son mənzilə yola salmaqdır. Müsəlman olduğumuza görə şəriət qaydalarına əməl etməklə! Təəssüf ki, son vaxtlar dəfn, yas mərasi... | ANL |
Əsgər həyatında, cəbhədə qısa müddət bəsdir ki, tanıyasan - yoldaşın kimdir, necə adamdır. Müzəffər kişi ay yarım bizimlə birgə xidmət etdi, çətin günün yoldaşı oldu. Təxminən qırx-qırx beş gün ərzində hamımızın ürəyinə yol tapa bildi. Övladları yerində əsgərlər onu nədənsə russayağı "Batya" çağırardılar. Bəstəboylu M.... | ANL |
Mir Cəlal yaradıcılığına yeni baxış. Allahverdi Eminovun "Mir Cəlalın poetikası" adlı 3 cildlik kitabının I cildi oxuculara təqdim olundu. Müəllif monoqrafiyada görkəmli yazıçımız Mir Cəlal Paşayevin əslində araşdırılmamış nəsr poetikasından bəhs edir. Müəllif əsərləri ideya-məzmun baxımından ətraflı şəkildə izah edərə... | ANL |
Limonun faydası. Vətəni Hindistan sayılan limon bu gün dünya xalqlarının süfrəsinin bəzəyidir. Bəzən də onun faydasından çox görünüşündən, gözəlliyindən zövq almaq məqsədilə istifadə edilir. Əslində isə limon insan səhhəti üçün çox faydalıdır. Loğmanlar təsdiqləyirlər ki, limon təbiətin ən böyük möcüzələrindəndir. Hətt... | ANL |
Qəbələdə pianoçuların II Beynəlxalqmüsabiqəsinin ilk turu başa çatmışdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən III Beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi müvəffəqiyyətlə davam edir. AzərTAc xəbər verir ki, iyulun 16-da "Qafqaz Resorte" otelində müsabiqənin... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in haz... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul etmişdir. Tomaş Ayan Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ... | ANL |
Pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 9,8 faiz artmışdır. Yanvar-iyun aylarında pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin eyni dövrünün səviyyəsini 9,8 faiz üstələyərək 7,6 milyard manat olmuşdur. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildi... | ANL |
"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə. 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin: "Xidmət rəisinin bi... | ANL |
T.R.Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Ramiz oğlu Mehdiyevə III dərəcəl... | ANL |
Avropa Parlamenti ilə əlaqələr genişlənir. İyulun 15-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Parlamentinin nümayəndə heyətini qəbul etdi. Sədr qonaqları salamlayaraq ümidvar olduğunu bildirdi ki, birgə səylər nəticəsində ölkəmizlə Avropa İttifaqı və Avropa Parlamenti arasında mövcud olan əməkdaşlıq daha da dərinləş... | ANL |
Azərbaycan geosiyasi baxımdan regionda çox vacib ölkədir. Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri iyulun 15-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşmüşlər. Komitədə keçirilən görüşdə Baş nazirin müavini Ermənistan-Azərbaycan, Da... | ANL |
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev "Xəzər təbii qazı: cari tendensiyalar və gələcək ssenarilər" mövzusuna həsr olunan konfransın əhəmiyyətindən danışmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu enerji siyasətinin həyata keçirildiyini vurğ... | ANL |
Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. İyulun 15-də xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri Qaston Franko, Xose Manuel Fernandez və Belçika Parlamentinin üzvü Alan Desteks ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidm... | ANL |
Rumıniyalı qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşlar. Buxarest şəhərinin ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanunun başçılıq etdiyi hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyulun 15-də Qobustan Milli Tarix-Bəd... | ANL |
Rumıniya beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Rumıniya bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. AzərTAc xəbər verir ki, bu fikirləri Rumıniyanın hakim Demokrat Liberal Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə h... | ANL |
E.A.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Allahyar oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərb... | ANL |
V.G.Rəhimzadənin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə Vüqar Gəncəli oğlu Rəhimzadə 3-cü dərəcəli... | ANL |
Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 24 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolun... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumə... | ANL |
Azərbaycan Prezidentinin siyasi kursunun əsas istiqamətini təşkil edən korrupsiya ilə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. İyulun 15-də Respublika Prokurorluğunda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru... | ANL |
Baş Dövlət Yol Polisi. İdarəsinin yeni Müayinə. Mərkəzi istifadəyə verilmişdir. İyulun 14-də Maştağa qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yeni Müayinə Mərkəzi istifadəyə verilmişdir. Tədbirdə daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak etmişdir. Daxili İşlər Nazirliyinin... | ANL |
Uşaq qatili olan ermənilər. yenidən qan tökdülər. Ermənilərin son aylarda dünyanın bir çox ölkəsində həyata keçirdikləri əyriliklər, fırıldaqlar, quldurluqlar, terrorlar artdıqca və faş olduqca gözləmək olardı ki, onların barəsində beynəlxalq nüfuzlu təşkilatlar, qurumlar qəti tədbirə əl atacaqlar. Amma həmişə özünü "y... | ANL |
qətlə yetirilməsini davam etdirir. Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun sədrinə müraciət edib: "Ötən həftə ATƏT PA-nın "ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc" mövzusu... | ANL |
Azərbaycan ermənilər tərəfindən. öldürülməsi ilə bağlı beynəlxalq. təşkilatları məlumatlandıracaq. Bu barədə Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. "Bu faktla bağlı bütün beynəlxalq təşkilatlara, sülhyaratma prosesində iştirak edən tərəflərə məlumat verəcəyik ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbay... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarın etimadnaməsini qəbul etmişd... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Çin Xalq Respublikası hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. İyulun 18-də Bakıda Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının dördüncü iclası çərçivəsində "Azərbaycan Respublikası hökuməti və Çin Xalq Respublika... | ANL |
Qarabağ münaqişəsinin ölkəmizə. vurduğu ağır nəticələrdən danışılıb. Bu günlərdə İsveçrənin Cenevrə şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) yüksək səviyyəli toplantısı keçirilib. Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Ümid Rəhimoğlu da çıxış edərək müstəqillik əldə etdikdən sonra ö... | ANL |
Elmə həsr olunmuş ömür. Xalqımızın ideya mənəvi sərvətlərinə yaradıcı münasibətilə fərqlənən dəyərli ziyalılar müxtəlif dövrlərdə yaşasalar da, milli ləyaqət hissinə daim sadiq qalmış, maarifçilik hərəkatının önündə getmişlər. Ömrünün 85-ci pilləsinə qədəm qoyan, 65 ildən artıq müddətdə pedaqoji fəaliyyətlə məşğul olan... | ANL |
Misirin milli bayramı şərəfinə. İyulun 18-də Misirin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - 23 iyul İnqilab Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur çıxış edərək inqilabdan ötən 59 ildə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Diplomat Azərb... | ANL |
Qəbələdə pianoçuların II Beynəlxalq. müsabiqəsi başlanmışdır. İyulun 15-də Qəbələ şəhərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi başlamışdır. AzərTAc xəbər verir ki, açılışı "Qafqaz Resorte... | ANL |
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə iyulun 17-dən 18-dək Rusiya paytaxtında rəsmi səfərdə olmuşdur. Səfərin əvvəlində Kreml kompleksinin Aleksandr bağında Naməlum əsgər məzarının önünə... | ANL |
Təhsilə yüksək diqqət. və qayğı nümunəsi. Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondu yarandığı gündən bu ali məqsədi qarşıya ... | ANL |
Azərbaycanda söz və mətbuat azadlığı. Söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib his... | ANL |
Azərbaycan jurnalistikasında çalışanlar peşəkar olmaqla yanaşı, vətənpərvər olmalıdırlar. - Ölkədə mətbuatın özü durulaşır. Bunun sırasında, sözün həqiqi mənasında, mətbuat ənənələrini, normalarını yaşadanlar, onu inkişaf etdirənlər, Azərbaycan cəmiyyətini informasiya ilə təmin edənlər ayrı-ayrı qeyri-sağlam məqsədlərl... | ANL |
Azərbaycanda KİV-in inkişafı üçün hər cür şərait yaradılıb. Milli Mətbuat Günü münasibətilə dünən Yeni Azərbaycan Partiyasında bir qrup jurnalistin iştirakı ilə tədbir keçirildi. YAP-ın sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbiri açaraq jurnalistləri Azərbaycan mətbuatının yaranmasının 136-c... | ANL |
Bölgələrin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Xalqımız dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ərəfəsindədir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamına əsasən müstəqilliyimizi... | ANL |
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və İşçi qrupu 2011-ci ilin altı ayı ərzində fəaliyyəti ilə bağlı hesabatını yaymışdır. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və İşçi qrupu 2011-ci ilin altı ayı ərzində fəaliyyəti ilə bağlı hesaba... | ANL |
Azərbaycan musiqiçiləri Ramatuel klassik musiqi festivalının ilk günündə dinləyicilərə unudulmaz gecə bəxş etmişlər. İyulun 17-də Fransanın Ramatuel şəhərində II Ramatuel klassik musiqi festivalının açılışı olmuşdur. Mədəniyyət tədbirini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri açmışdır. Orkestr xalq artist... | ANL |
Azərbaycan mədəniyyəti Fransanı yenə heyran qoymuşdur. İyulun 16-da Fransanın San-Trope şəhərində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə "Azərbaycanın mədəni zənginlikləri" adlı sərgi açılmışdır. Sərgi 2-ci Ramatuel klassik musiqi festivalı çərçivəsində keçirilir. Ölkənin ən nüfuzlu otellərindən biri olan... | ANL |
Akademik Məmmədtağı Cəfərov qısa bir fasilə ilə iyirmi il Kənd Təsərrüfatı Akademiyasına (indiki Dövlət Aqrar Universiteti) rəhbərlik edib. Görkəmli alim əsl el fədaisi idi. Onun bir sıra əsərlərindən, ilk növbədə isə "Torpaqşünaslıq" monoqrafiyasından indi də dərs vəsaiti kimi istifadə olunur. M.Cəfərov ölkənin ictima... | ANL |
Mətbuat Şurasında türkiyəli jurnalistlərlə görüş keçirilmişdir. İyulun 18-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçiləri ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, qardaş ölkənin "Radikal", "Hürriyyət", "Hurriyyət Daily News", "Todays Zaman", "Zaman" və "Star" kimi nüfuz... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri. İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoydu. Prezident İlham Əliyevə parkda görülmüş... | ANL |
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının yeni inzibati binası istifadəyə verilmişdir. İyulun 19-da Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Ümumi sahəsi ... | ANL |
Prezident İlham Əliyev Xızıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir. İyulun 19-da Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir. Açılış mərasiminə toplaşan rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi dövlətimizin b... | ANL |
Prezident İlham Əliyev Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olmuşdur. Məlumat verildi ki, ümummilli lider Heydər Əliyev 2000-ci ilin aprelində 7,5 he... | ANL |
Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı. 2011-ci ilin oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdə... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci ilin oktyabr ayında müasir Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı Kamil Müseyib oğlu Əliyevin 90 illiyi tamam olur. Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxla... | ANL |
A.A.Qasımovun Siyəzən Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Arif Adil oğlu Qasımov Siyəzən Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham... | ANL |
Ə.R.Rufiyevin Siyəzən Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Əflatun Rufi oğlu Rufiyev Siyəzən Rayonu İcra Hakimiyyətinin başçısı vəzif... | ANL |
Nazirlər Kabineti iyul ayında daha bir neçə yeni qərar qəbul etmişdir. Nazirlər Kabineti iyul ayında daha bir neçə yeni qərar qəbul etmişdir. "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi ... | ANL |
- Artıq bir neçə aydır ki, Siz Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirsiniz. Bu şəhər Sizə necə təsir bağışlayır? Hansı hisslər keçirirsiniz? - Təəssüratım olduqca müsbətdir. Şəhər barəsində deyə bilərəm ki, memarlıq baxımından o, Bakı və respublikanın başqa şəhərləri ilə müqayisədə daha düzgün t... | ANL |
İyulun 19-da Bakı Əyləncə Mərkəzində "İki sahil" qəzetinin 20 illik yubileyi ilə əlaqədar mərasim keçirilmişdir. Qəzetin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək mətbu orqanın keçdiyi şərəfli yoldan, əldə olunmuş uğurlardan danışmış, bütün bu illərdə onun milli mətbuatımızın ənənələrinə, dövlətə və dövlətçiliyə, xalq... | ANL |
Azərbaycanda söz və mətbuat azadlığı. Xatırlatmaq lazımdır ki, müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmamışdır. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edils... | ANL |
Ömürlük azadlıqdan məhrum olunmuş şəxslərlə bağlı növbəti regional konfrans keçirilmişdir. "Beynəlxalq Həbsxana İslahatları" (PRİ) təşkilatının Mərkəzi Ofisinin təşəbbüsü ilə Tbilisidə "Cənubi Qafqazda ömürlük azadlıqdan məhrum olunmuş şəxslərin saxlanma şəraiti və onlarla rəftar" mövzusunda növbəti regional konfrans k... | ANL |
Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri Bakı Slavyan Universitetində olmuşlar. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlmiş Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri iyulun 19-da Bakı Slavyan Universitetində ... | ANL |
Milli Qəhrəmanın ekran həyatı. Beynəlxalq Mətbuat Mərkəzində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Azərbaycanın ilk Milli Qəhrəmanı Aqil Quliyevin döyüş yoluna həsr edilmiş sənədli filmin təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının... | ANL |
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı qonaqlara müraciətlə dedi: - Sizi görməyimə çox şadam, Azərbaycana x... | ANL |
Belçikanın Kralı əlahəzrət II Albertə. Əlahəzrət! Ölkənizin milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Belçika arasındakı münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi yolund... | ANL |
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin ... | ANL |
"Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında. Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilsin. Azərbaycan Re... | ANL |
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə. Hörmətli Çingiz Hüseynzadə! Sizi - respublikamızda Olimpiya hərəkatının nümayəndəsini 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Müstəqil Azərbaycan Re... | ANL |
Avropa təsisatları ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində əsas prioritetlərdəndir. İyulun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Avropa Xalq Partiyasının üzvləri ilə görüşmüşdür. Avropa Xalq Partiyasının (AXP) təmsilçilərinin Azərbaycana səfərlərini yüksək ... | ANL |
Türkiyəli jurnalistlərin Azərbaycana səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinin ölkə ictimaiyyətinə daha dolğun çatdırılmasıdır. İyulun 20-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə... | ANL |
Erməni riyakarlığı nəticəsində Azərbaycana dəyən zərər ümumilikdə 68 milyard ABŞ dollarından çoxdur. İyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşəbbüsü ilə Milli Mətbuatımızın 136-cı ildönümünə həsr olunmuş "Erməni təcavüzü və insanlığın sosial-iqtisadi fəlakətləri" mövzusu... | ANL |
Dağlıq Qarabağ probleminin həlli danışıqlar yolu ilə həll edilməlidir və məcburi köçkünlər evlərinə qayıtmalıdırlar. İyulun 20-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Avropa Xalq Partiyasının (AXP) üzvlər... | ANL |
Bakıda "Müdafiə Nazirliyi və Parlament əlaqələri" mövzusunda ikigünlük seminar keçirilir. İyulun 20-də Bakıda "Müdafiə Nazirliyi və Parlament əlaqələri" mövzusunda ikigünlük seminar başlamışdır. Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi mütəxəssislərinin aparacaqları seminar Azərbaycanın Müdafiə Nazi... | ANL |
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında türkiyəli jurnalistlərlə görüş keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlərlə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki... | ANL |
Moskvada Xəzərin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclası başa çatmışdır. Moskvada Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə beş Xəzəryanı dövlətin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun ikigünlük iclası başa ça... | ANL |
Gəncə yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycanın ən böyük inzibati mərkəzlərindən sayılan Gəncə şəhərinin bir zamanlar ürək ağrıdan miskin görkəmindən indi əsər-əlamət qalmayıb: bu qədim diyar - Nizami yurdu sürətli inkişaf tempi ilə Azərbaycanın ən müasir, abad şəhərlərindən birinə çevrilir. Xüsusilə də son ay... | ANL |
Şəfiqə xanım Əfəndizadə kim idi? Azərbaycan qadınlarının taleyi, o zamankı kölə vəziyyətindən xilas yolu XX əsrin əvvəllərindəki mətbuatda böyük ictimai-siyasi problem kimi müzakirə olunurdu. Qadınlarımızın son dərəcə ağır maddi-mənəvi vəziyyəti, onların bütün insani hüquqlardan məhrum olmaları ziyalılarımızı, xüsusən ... | ANL |
Lerik ölkənin ən perspektivli turizm diyarlarından birinə çevrilib. Yaxın keçmişədək Lerik Azərbaycanın ucqar, gözdən-könüldən uzaq dağ rayonu sayılırdı. Hətta ötən əsrin 60-cı illərində Lerik perspektivsiz rayon hesab olunaraq yaşayış məskəni kimi respublikanın coğrafi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. İ... | ANL |
Qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov hesabat m... | ANL |
İl ildən uğurlu gəlir. 6 ayda görülən işlər artıq göz qabağındadır. İlkin yekunlar göstərir ki, Gədəbəy rayonunda həmişə olduğu kimi, cari ilin ötən aylarında da qarşıda duran vəzifələr uğurla yerinə yetirilir. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş icla... | ANL |
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında əsasnamə. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşım... | ANL |
Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri seminarlarda iştirak etmişlər. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlmiş Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri iyulun 20-də "Park İnn" otelində iki seminarda işt... | ANL |
Bu günlərdə Qusar rayon Mərkəzi Kitabxanasında Sumqayıtdan gəlmiş kitabxanaçılarla "dəyirmi masa" keçirilmişdir. "Kitabxana fondları - regionun inkişafının əsas informasiya resursu" mövzusuna həsr edilən görüşdə məqsəd Sumqayıt və Qusar kitabxanaçılarının qarşılıqlı əlaqələrini daha da genişləndirmək idi. Tədbirdə çıxı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.