text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İDEA Ətraf Mühit Kampaniyasının təsisçisi Leyla xanım Əliyeva “Ekoloji mühitin qorunmasına görə” Xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə təltif olunmuşdur. Olimpiada Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti və "İnepo-Avrasiya" Ekologi... | ANL |
Dövlət İdarəçilik Akademiyasında “Çin mərkəzi” açılmışdır. Aprelin 10-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Çin mərkəzi"nin açılışı olmuşdur. DİA-nın rektoru, akademik Urxan Ələkbərov açılış mərasimində mərkəzi... | ANL |
Sürətlə qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti formalaşır. Bütün bu amillər humanitariyanın yeni platformasını formalaşdırmaq zərurətini yaradır. Bu zərurəti nəzərə alan Azərbaycan human... | ANL |
Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar “Nil əxbar” və “Masriyya” telekanallarında efirə verilişlər getmişdir. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının... | ANL |
Bakıda yeni neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forum işə başlamışdır. Aprelin 10-da "Hilton Baku" hotelində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) forumu işə başlamışdır. A... | ANL |
Bakıda Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin fərdi sərgisi açılmışdır. Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Qız qalası" qalereyasında Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin əsərlərindən ibarət sərgi açılmışdır. Tədbirin açılışında mədəniyyət və turizm ... | ANL |
Milli Qəhrəman Yelmar Edilovun xatirəsi yad edildi. Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun doğum günü ilə bağlı Ağdam rayonundakı Şəhidlər abidəsi önündə tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və hərbçilər abidə önünə gül-... | ANL |
Milli Qəhrəman Valeh Müslümov anıldı. Qəhrəmanın abidəsini ziyarətlə başlayan tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlipənah Bayramov açdı. Bildirdi ki, Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Valeh Müslümovun şəhid olmasından 20 il ötür. Mənfur düşmənin xalqımıza, dövlətimizə qarşı əs... | ANL |
Amerikalı həkimlər Milli Onkologiya Mərkəzində olmuşlar. Milli Onkologiya Mərkəzi dünyanın aparıcı tibb müəssisələri ilə yaxından əməkdaşlıq edir. Mərkəzin əməkdaşları Türkiyə, İngiltərə, Almaniya, İsveçrə, ABŞ və başqa ölkələrdən olan həmkarları ilə bərabər elmi araşdırmalar aparırlar. AzərTAc xəbər verir ki, Cənubi M... | ANL |
“Azərbaycan dilində mükəmməl sintaktik bütövlər” kitabının təqdimatı olmuşdur. Aprelin 10-da Bakı Slavyan Universitetində bu təhsil müəssisəsinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin rəhbərliyi ilə müəllif kollektivi tərəfindən yazılmış "Azərbaycan dilində mükəmməl sintaktik bütövlər" ki... | ANL |
Dahi bəstəkarın yadigarı. Azərbaycan Televiziya və Radiosunun Simfonik Orkestri - 80. Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə 1932-ci ildə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində yaradılan Niyazi adına Simfonik Orkestrin 80 illik yubileyi musiqisevərləri yenidən bir araya gətirdi. Müslüm Maqomayevin adını... | ANL |
Azərbaycanlı jurnalist ikinci dəfə Gürcüstanın “Şərəf” ordeninə layiq görülmüşdür. Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu Prezident Mixeil Saakaşvilinin fərmanı ilə "Şərəf" ordeni ilə mükafatlandırılmışdır. AzərTAc xəbər verir ki, Fərmanda Ş.Şəmmədoğlu bu mükafata Azərbaycan və gürcü xa... | ANL |
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fo... | ANL |
On Beşinci Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına. Hörmətli toplantı iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və On Beşinci Avrasiya Zirvə toplantısının işə başlaması münasibəti ilə təbrik edirəm. Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına, sosial-iqtisadi tərəqqiyə öz əməli töhfəsini verən... | ANL |
Gəncə şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə qərara alıram:... | ANL |
Sumqayıt şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Sumqayıt şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə qərara a... | ANL |
“Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 310-IVQ nömrəli qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "To... | ANL |
Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır: Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati... | ANL |
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin ... | ANL |
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər t... | ANL |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımadığı barədə bəyanat yaymışdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2012-ci il aprelin 8-də Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş ... | ANL |
Azərbaycanın informasiya məkanında yeni analitik informasiya portalı “NewTimes.Az” fəaliyyətə başlayır. Aprelin 11-dən etibarən Azərbaycanın informasiya məkanında yeni analitik informasiya portalı - "NewTimes.Az" fəaliyyətə başlamışdır. "NewTimes.Az" portalında oxucular siyasət, geosiyasət, beynəlxalq münasibətlər, iqt... | ANL |
Azərbaycan nümayəndə heyəti İstanbulda XV Avrasiya İqtisadi Zirvə Toplantısında iştirak edir. İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir. Zirvə T... | ANL |
Şuşa azad ediləcəyi günü səbirsizliklə gözləyir. "Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur". Heydər ƏLİYEV. Şuşa XX əsrdə üç dəfə erməni təcavüzü ilə qarşılaşıb. 1920-ci ildə də şəhərin bir hissəsi ermənilər tərəfindən dağıdılmışdır. Üçüncü dəfə isə Şuşa xəyanətin qurbanı olaraq 1992-ci ilin mayında... | ANL |
Əgər siz postsovet müasir incəsənətini görmək üçün Bakıya gedə bilmirsinizsə, Leyla Əliyeva sizə bütün dünyanı əhatə edəcək layihə təqdim etmək niyyətindədir. Keçən əsrin 60-cı illərinin sonlarında ABŞ-da təsis edilmiş "İnterview Magazıne" jurnalının son nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxa... | ANL |
Pakistanda urdu dilində “Azərbaycan - Odlar yurdu” kitabı çapdan çıxmışdır. Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü və bu ölkənin "Diplomatik star" jurnalının baş redaktoru Amir Mahmud Battinin müəllifliyi ilə urdu dilində "Azərbaycan - Odlar yurdu" adlı kitab çapdan çıxmışdır. Xarici İşlər Nazirliyinin mətbua... | ANL |
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilir. Yeyinti məhsullarının, xüsusilə, duz, un, süd və şəkərin tərkibi dəmirlə zənginləşdirilməlidir. Aprelin 11-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, iclasın gündəliyinə "... | ANL |
Dağlıq Qarabağda bir gün. Hamının arzuladığı bu görüş onsuz da olmalıydı, amma bu dəfə onu tezləşdirən "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabı oldu. Belə ki, akademik Ramiz Mehdiyevin ideya rəhbəri olduğu bu kitabın Bakıdakı təqdimat mərasimindən sonra ilk ictimai müzakirəsi məcburi köçkünlər üçün... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına dair təqdimat etməsi bizim üçün böyük şərəfdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə he... | ANL |
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilmişdir. Aprelin 11-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının (AQBMA) ümumi yığıncağı keçirilmişdir. AzərTAc xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının regional idarə... | ANL |
Mətbuat Şurasının idarə heyətinin iclası keçirilmişdir. Aprelin 11-də Azərbaycan Mətbuat Şurasının idarə heyətinin növbəti iclası keçirilmişdir. Şuradan AzərTAc-a bildirmişlər ki, iclasın gündəliyinə üç məsələ daxil edilmişdir. Əvvəlcə Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının rəylərinə baxılmış, şuranın qərarların... | ANL |
“Demokratik dəyərlərin inkişafında QHT-lərin rolunun artırılması” layihəsinin təqdimatı olmuşdur. Aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun (MQF) "Demokratik dəyərlərin inkişafında QHT-lərin rolunun artırılması" adlı layihəsinin təqdimatı keçirilmişdir. Azər... | ANL |
İstiqlal şairinin özü və sözü. Onun adı geniş oxucu kütləsi, o cümlədən gəncəlilər üçün də çox əzizdir. Çünki o, Şəmkirdə dünyaya göz açsa da, ömrünün çox böyük hissəsi Nizami yurdunda keçmişdir. Şəhərin ən iri təhsil ocaqlarından biri olan 1 nömrəli orta məktəb istiqlal şairinin adını daşıyır. Ona görə də "Əhməd Cavad... | ANL |
Ustad Aşıq Şakirin sənət möhürü vurduğu Azərbaycan radiosunun "Qızıl Fondu"nda saxlanılan "Kəndimiz" mahnısının xoş sədaları ötən illərdən bugünümüzə kimi toyların-məclislərin, el şənliklərinin səs və musiqi bəzəyidir. Aşıq Şakir sənətinin dəyəri bir də ondadır ki, o, həyatda olmasa da, bir vaxtlar xüsusi məharətlə, so... | ANL |
Kollegiya iclasında musiqi kollektivlərinin fəaliyyəti müzakirə olunmuşdur. Aprelin 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında (ADF) Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiya iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kollegiyanın növbəti iclasını... | ANL |
Ağdamda “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası göstərilmişdir. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında "Sərgüzəşti vəziri-xani Lənkəran" komediyası əsasında hazırlanmış tamaşa nümayiş etdirilmişdir. M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə təqdim olunan tamaşada rolları əməkdar artist C... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri. Qazaxda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Heyd... | ANL |
Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun açılışı olmuşdur. Qazax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısına Qazax rayonunda yolların yenidən qurulması sxemləri təqdim olundu. Nəqliyyat naziri Ziya M... | ANL |
Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olmuşdur. Aprelin 12-də Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olmuşdur. Dövlətimizin başçısının imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram... | ANL |
Qazaxda Gənclər Mərkəzi açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, Gənclər Mərkəzinin t... | ANL |
“Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodu istifadəyə verilmişdir. Prezident İlham Əliyev aprelin 12-də kənd təsərrüfatı məhsulları emal edən "Azərsun-Holdinq" MMC-nin Qazax konserv zavodunun açılışında iştirak etmişdir. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ... | ANL |
Qazaxda müasir Şahmat Mərkəzi istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər ... | ANL |
Azərbaycan və Makedoniya arasında gömrük sahəsində saziş imzalanmışdır. Azərbaycan Hökuməti və Makedoniya Respublikası arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş bağlanmışdır. Sənədi Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliy... | ANL |
Bakıda Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin 2012-ci il konfransı keçirilir. Aprelin 12-də Bakıda Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin 2012-ci il konfransı işinə başlamışdır. Tədbiri giriş sözü ilə Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov açmışdır.... | ANL |
“Eurovision” kimi nüfuzlu mədəniyyət layihəsindən siyasi məqsədlər naminə istifadə etmək cəhdləri heç bir əxlaq normasına sığmır. Aprelin 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Eurovision-2012": Azərbaycan həqiqətləri yerli və xarici mediada" mövzusunda "dəyirmi masa" keçirilmiş... | ANL |
Parisdə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir. Parisdə Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda sər... | ANL |
Mübarizənin yeni mərhələsi. Xalqın bu müdrik deyimində bir neçə məna var. Əvvəla, düşmənin yatmırsa, deməli, sən də yatmalı deyilsən. Yoxsa elə yuxuda başının üstünü alar, düşmənçiliyini edər. Digər tərəfdən, sən daim hazırlıqlı olmalısan, haçan, hansı istiqamətdə zərbə endiriləcəyini müəyyənləşdirib tədbir görməlisən.... | ANL |
Ruhumuzun ünvanı Şuşa. Bir millətin övladı kimi harada doğulmağımızdan asılı olmayaraq özümüzü şuşalı saymalıyıq. Elə şuşalı olmaq üçün də bu şəhərdə dünyaya göz açmaq əsas şərt deyil. Çünki xalq yazıçısı Anarın təbirincə desək, Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Azərbaycan mənəviyyatının, mədəniyyətinin p... | ANL |
“Energetika sahəsində islahatlara dəstək proqramı”nın ikinci mərhələsi başlanmışdır. Aprelin 12-də Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABEMA) "Energetika sahəsində islahatlara dəstək proqramı" çərçivəsində Avropa Komissiyası tər... | ANL |
Almaniyanın “Neue Rhein Zeitung” qəzetində Dağlıq Qarabağ münaqişəsi haqqında iki məqalə dərc olunmuşdur. Almaniyanın "Neue Rhein Zeitung" qəzetinin son nömrələrinin birində alman jurnalisti Rixard Kisslerin Dağlıq Qarabağ münaqişəsi haqqında "Dağlıq Qarabağda dərin yaralar" və "Dinlər arasında köhnə münaqişə" başlıqlı... | ANL |
Danimarkada nəşr olunan “Metro Xpress” qəzetinin rəhbərliyi yaydıqları yanlış məlumata görə Azərbaycan diasporundan üzr istəmişdir. Xəbər verdiyimiz kimi, Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti ölkədə böyük tirajla nəşr olunan "Metro Xpress" qəzetində Dağlıq Qarabağa turist səfərlərinin təşkili və bunun təbli... | ANL |
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 12-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır. Azərbaycan Res... | ANL |
Türkiyə səfirliyi “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda yaradıcılıq müsabiqəsi keçirir. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan ilə görüşmüşdür. Şuradan AzərTAc-a verilən məlumata görə, görüşdə tərə... | ANL |
Adana vilayət məclisi Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini qəbul etmişdir. Adana vilayət məclisinin üzvü Mustafa Halaçoğlunun mətbuat üçün açıqlamasında bildirilir ki, məclisin toplantısında Azərbaycanın Xocalı şəhərində ermənilərin vəhşicəsinə qətlə yetirdikləri azərbaycanlıların xatir... | ANL |
Azərbaycan və Qətər arasında İKT sahəsi üzrə sazişin imzalanması planlaşdırılır. Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə bağlanmış mühüm sazişlər vardır. Onlardan ticarət sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı qorunması, ikiqat vergi tutmanın ləğv edilməsi haqqında sazişlərin adını çəkmək olar. Həmçi... | ANL |
Dövlət Miqrasiya Xidmətində sənədlərin yoxlanılmasına dair treninq-seminar keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Təlim-Tədris mərkəzində "Sənədlərin yoxlanılması"na dair üçgünlük treninq-seminar keçirilmişdir. DMX-dən AzərTAc-a bildirmişlər ki, Niderland Krallığının Azərbaycandakı səf... | ANL |
Krım Muxtar Respublikasının kurortlar və turizm nazirinin müavini ilə görüş. Aprelin 12-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Krım Muxtar Respublikasının kurortlar və turizm nazirinin müavini Nikolay Marinovla görüşmüşdür. Ə.Qarayev Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Ümumdünya Turizm Tə... | ANL |
Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri ilə görüş. Aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın "AİTF-2012" beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək üçün ölkəmizə gəlmiş Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri İvo Marinovla görüşmüşdür. AzərTAc x... | ANL |
Azərbaycan və San Marino arasında turizm sahəsində əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək məqsədilə ölkəmizə gəlmiş San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma və ictimai xidmətlər naziri Fab... | ANL |
Mədəniyyət və turizm naziri Latviya Turizm Assosiasiyasının prezidenti ilə görüşmüşdür. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "AİTF-2012" Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Latviya Respublikası Turizm Assosiasiyasının prezidenti Gitendorfa Kitija ilə görüş... | ANL |
“AİTF-2012” Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Bakıda keçirilən "AİTF-2012" Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin iştirakçıları aprelin 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lid... | ANL |
Bakıda “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 6-cı Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri açılmışdır. Aprelin 12-də "Bakı Ekspo" sərgi və toplantı mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İTE Group plc" və onun tərəfdaşı "İte... | ANL |
Almaniyanın “Frankfurter Allgemeine am Sonntag” qəzetində Azərbaycanın çoxşaxəli musiqi mədəniyyəti və ənənələri haqqında məlumat verilir. Almaniyanın "Frankfurter Allgemeine am Sonntag" qəzetinin 8 aprel tarixli nömrəsinin "Səyahət" rubrikasında dərc olunmuş "Bakıdan ulduzlar" adlı məqalədə Azərbaycanda çoxşaxəli musi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri. Ağstafada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal-qərb bölgəsində səfərdə olmuşdur. Prezident İlham Əliyev Qazax rayonuna səfərini başa çatdıraraq Ağstafa rayon... | ANL |
Yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkı Ağstafa şəhərinin simasını daha da gözəlləşdirmişdir. Prezident İlham Əliyev aprelin 12-də Ağstafaya səfəri çərçivəsində rayon mərkəzində tamamilə yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlərlə tanış olmuşdur. Döv... | ANL |
Ağstafada Gənclər Mərkəzi açılmışdır. Aprelin 12-də Prezident İlham Əliyev Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi s... | ANL |
Prezident İlham Əliyev Ağstafada yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmiş, ziyalılarla görüşmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir. Pa... | ANL |
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yeni inzibati binası istifadəyə verilmişdir. Aprelin 12-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İl... | ANL |
Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev "Ağstafa Aqroservis" MMC-nin açılışında iştirak etmişdir. Məlumat verildi ki, "Ağstafa Aqroservis" MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istif... | ANL |
Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolu istismara verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə yol ilə bağlı stendl... | ANL |
Tovuzda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət. Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlmişdir. Dövlət başçısı Tovuz şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Tovuz Rayon ... | ANL |
Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda "Ayan Palace" hotelinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyevə bildirildi ki, avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Hoteldə qonaqların rahat isti... | ANL |
Prezident İlham Əliyev Tovuzda Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, ... | ANL |
Prezident İlham Əliyev “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Bakı Sərgi Mərkəzində "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur. Ölkələrin və turizm istiqamətlərinin m... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etmişdir. Azərbaycanın Dünya Gömrük Təşkilatının çox fəal üzvü olduğunu vurğulayan Prezide... | ANL |
Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində, o cümlədən Qazax rayonunda ... | ANL |
Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Ağstafa rayonunda da uğurla həyata keçirilir. Dövlət proqramının icrası ... | ANL |
Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində Tovuz rayonunda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən təh... | ANL |
“Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır: "Azərbaycan... | ANL |
“Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır: "Azə... | ANL |
Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və emblemi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında Əsasnamə" təsdiq edilsin (Əlavə... | ANL |
Azərbaycanın pravoslav xristian icmasına. Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşı... | ANL |
Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2012-ci ildə Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Şirəlibəy oğlu Kəngərlinin 120 illiyi tamam olmuşdur. Bəhruz Kəngərli milli təsviri incəsənətdə realist dəzgah boyakarlığının yaradılmasına misilsiz t... | ANL |
Azərbaycan Respublikasında turizm sahəsinin işçilərinə "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında turizm sahəsində səmərəl... | ANL |
Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında əsasnamə. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı gömrük orqanlarının şərəf və şöhrət rəmzidir. Bu bayraq Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə et... | ANL |
Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında əsasnamə. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanlarının rəmzidir. Bu emblem Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə... | ANL |
Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı eninin uzunluğuna nisbəti 1:2 olan, açıq mavi (səma) rəngli düz dördbucaqlı ipək parçadan hazırlanır. Bayra... | ANL |
Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi kənarları tünd yaşıl rəngli xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir olunmuş qızılı rəngli s... | ANL |
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş... | ANL |
Bakıda Azərbaycan ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir. Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir. Müdafiə Nazirliyinin mətbuat... | ANL |
Bakıda “NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avratlantik tərəfdaşlıq üçün yeni imkanlar” konfransı keçirilmişdir. Aprelin 13-də Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avratlantik tərəfdaşlıq üçün yeni imkanlar" adlı konfrans keçirilmişdir. konfrans NATO-nun Azərbaycandakı əlaqələndiricisi olan Rumıniyanın səf... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Moskvada “Birlik ulduzları” dövlətlərarası mükafatı təqdim edilmişdir. Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində "Birlik ulduzları" dövlətlərarası mükafat laureatlarının təntənəli təltif mərasimi olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prez... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” diplomu təqdim edilmişdir. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya "İ.M.Seçe... | ANL |
Nyu-Yorkda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir. Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın BMT-dəki daimi nümayəndələri Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyası gündəliyinin 35-ci bəndi üzrə "GUAM məkanında uzun sürən münaqişələr və beynəlxalq sülh, təhlükəsi... | ANL |
Uzunömürlü “Pirallahı”. Pirallahı adasında, dənizlə torpağın qovuşduğu yerdə gecəli-gündüzlü "ürəyi döyünən" bir quyu var. Amma ona sadəcə olaraq "birinci quyu" deyirlər. Çünki həqiqətən də təkcə Xəzərdə deyil, bütün dünyada qazılan ilk dəniz quyusudur. Lakin o hələ yaşayır və onu yaşadırlar. Ona görə ki, öz varlığı il... | ANL |
Bölgələrin sosial-iqtisadi simasını dəyişdirən sənəd. İkinci regional inkişaf proqramının qəbulundan üç il keçir. Azərbaycanın sosial-iqtisadi inkişafı artıq neçə vaxtdır dünyanın diqqətini özünə cəlb edir. Bir çox beynəlxalq maliyyə qurumları ölkəmizdəki inkişafı yüksək qiymətləndirərək qeyd edirlər ki, bu inkişaf ilk... | ANL |
Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib layihə rəhbərləri ilə görüş keçirilmişdir. Aprelin 12-də "Hilton Baku" otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib layihə rəhbərləri ilə sem... | ANL |
Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilmişdir. Aprelin 13-də Bakıda Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) Amerika Ticarət Palatası (AmCham) və Alman Beynəlxalq Əməkdaşlıq ... | ANL |
Əhalinin genişzolaqlı internetlə təmin edilməsi müzakirə olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə gen... | ANL |
Parlaq və yadda qalacaq günlər. Müsabiqəyə hazırlıqla bağlı görülən işlər dünya mediasının, xüsusilə də, elektron KİV-nin aparıcı mövzularından biridir. Paytaxtımızda gedən abadlıq işləri ilə əlaqədar müxtəlif fikir və rəylər söylənilir. Görülən möhtəşəm quruculuq işlərinin əhəmiyyətindən, ardıcıl davam etməsindən müsb... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.