text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Qafqazın ən əhəmiyyətli ölkəsidir. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Beyin mərkəzləri: İnkişaf naminə əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə ABŞ-ın qeyri-hökumət tədqiqat mərkəzi olan Ceymstaun Fon...
ANL
Akademik Arif Paşayevə “Mühəndislik şöhrəti” ordeni təqdim olunmuşdur. Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik ümumi yığıncağı keçirilmişdir. Akademiyanın prezidenti, akademik Arif Paşayev tədbirdə çıxış etmişdir. Yığıncaqda bir il ərzində akademiyada görülmüş işlər və perspektiv məsələlər müzakirə edilmişdir...
ANL
“Bakı-2020” Təşkilat Komitəsi videokonfrans vasitəsilə ərizə kitabını BOK-a təqdim etmişdir. Bu həftə "Bakı-2020" Təşkilat Komitəsi canlı videokonfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ekspertlər qrupuna Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyinin təqdimatını keçirmişdir. AzərTAc xəbər ver...
ANL
Macarıstanda Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun ikinci konfransı işə başlamışdır. Aprelin 6-da Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) ikinci beynəlxalq konfransı işə başlamışdır. Macarıstan parlamentində keçirilən konfransda dünyanın 25 ölkəsindən 250-dən art...
ANL
Bakıda “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadasının açılışı olmuşdur. Aprelin 6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadasının ("İnepo-Avrasiya") açılışı olmuşdur. AzərTAc xəbər verir ki, açılış mərasimində müvafiq dövlət qurumlarının n...
ANL
Azərbaycanın xaricdə təhsil alan tələbələri “Mən gənc səfirəm” devizi altında Budapeştdə keçirilən forumun əhəmiyyətini yüksək qiymətləndirirlər. Aprelin 6-da Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) Budapeşt konfransı öz işinə başlamışdır. Azərbaycan Respublikasının Gənclər və İdman...
ANL
Moskvada müğənni və bəstəkar EMİN-in solo konserti və onun ikinci beynəlxalq albomunun təqdimatı anşlaqla keçmişdir. Moskvanın "İzvestiya Holl" konsert salonunda istedadlı Azərbaycan müğənnisi və bəstəkarı Emin Ağalarovun (EMİN) möhtəşəm solo konserti olmuşdur. Təkcə Rusiya tamaşaçısını deyil, həm də Avropa auditoriyas...
ANL
Emin Ağalarov “Eurovision-2012” Beynəlxalq mahnı müsabiqəsində xüsusi dəvət edilmiş qonaq kimi iştirak edəcəkdir. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı Emin Ağalarov (EMİN) Bakıda keçiriləcək "Eurovision-2012" Beynəlxalq mahnı müsabiqəsində xüsusi dəvət edilmiş qonaq kimi iştirak edəcəkdir. Emin Ağalarov AzərTAc-a...
ANL
“012 Bakı Public Art Festivalı” çərçivəsində gənc heykəltəraş Faiq Əhmədin “Xarici şəhər” əsəri təqdim edilmişdir. Aprelin 6-da Filarmoniya bağında Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının Birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində gənc heykəltəraş Fa...
ANL
“YARAT!” müasir incəsənət məkanı” təşkilatının məqsədi müasir Azərbaycan incəsənətinin ölkə daxilində və xaricində inkişaf etdirilməsidir. "012 Bakı Public Art Festivalı" çərçivəsində Faiq Əhmədin təqdim olunan layihəsinin konsepsiyası "Xarici şəhər" - "İçərişəhər" qarşıdurması ilə əlaqədardır. Lakin məsələ burasındadı...
ANL
“Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimatı olmuşdur. "Azərbaycan qadını" jurnalının hər sayının gözəl tədbirlə təqdimatı bir ənənəyə çevrilmişdir. Jurnalın yaz buraxılışı aprelin 6-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan romanslarından ibarət konsert proqramı ilə təqdim olunmuşdur. Təqdimat m...
ANL
Unudulmağa məhkum. Sovet ideologiyası iflasa uğrayandan sonra Azərbaycan öz tarixini yenidən tədqiq etmək, o vaxta qədər gizlədilən faktları üzə çıxarmaq, sovet illərində təhrif olunmuş şəkildə şərh edilən hadisələrin həqiqi mənzərəsini bərpa etmək imkanı qazanmışdır. Bu, keçən yüzilliyin başlanğıcını əhatə edən tarixi...
ANL
Regional proqramlar Azərbaycanın uzunmüddətli dinamik inkişafına etibarlı təminatdır. İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Son illərdə hökumətin iqtisadi siyas...
ANL
İşıqlı ömrün qara bəxti. Ötən əsrin 30-cu illərində respublikamızı bürüyən repressiyaların iti caynaqlarına ilişən ziyalılar arasında otuzdan artıq şair, yazıçı və ədəbiyyatşünas alim olub. Onların həyat və yaradıcılıqları ilə maraqlananda, arxiv materiallarındakı xasiyyətnamələri və digər sənədləri oxuyanda bu günahsı...
ANL
Məqsəd sağlam və sabit həyat yaratmaqdır. 7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı sağlamlığı insan həyatının elə bir amili hesab edir ki, onda heç bir xəstəlik və fiziki qüsur olmasın. Hər bir vətəndaş əlverişli mənəvi və ictimai şəraitdə yaşasın. Ona görə də insan sağlamlığı cəmiyyətin sərvəti...
ANL
Azərbaycan-Qırğız münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalq...
ANL
Azərbaycan ilə Avropa İttifaqı təsisatları arasında əməkdaşlıq əlaqələri daha da güclənir. Bu fikirləri Prezident İlham Əliyev Avronest Parlament Assambleyasının ikinci sessiyasının açılışında bildirib. Ölkənin gələcəyinin sivil bir Avropa dövləti kimi qurulması Azərbaycan Respublikasının qarşıya qoyduğu əsas məqsədlər...
ANL
İ.Ə.Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təq...
ANL
Yeni hədəf inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus cəhətləri ilə seçilən uğurlu bir modelin əsasını qoyduğu beynəlxalq miqyasda da açıq etiraf edilir. İnkişafın Azərbaycan modelinin uğurunu göstərən əsas cəhətlərdən biri ölkəmizin ümumi daxili məhsulun a...
ANL
İnkişaf konsepsiyası bəhrəsini verir. Prezident İlham Əliyevin 30 oktyabr 2011-ci ildə Ağdaşa səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə danışılmışdır. Həmin səfər zamanı dövlət başçısı şəhərin mərkəzində yerləşən Heydər Əliyev abidə-kompleksində aparılan yenidənqurma işləri ilə tanış olm...
ANL
Vətənimizin sabahı üçün layiqli nəsil yetişdirək. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev keçilmiş yolu, qazanılmış möhtəşəm nailiyyətləri ətraflı şəkildə təhlil etməklə yanaşı, qarş...
ANL
Yetirmələri ilə fəxr edən məşqçi. Söhbət Astara Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş üzrə məşqçi-müəllimi, idman ustası Məhərrəm Ağayevdən gedir. Bu kənddəki 1 saylı orta məktəbin hələ 4-cü sinfində oxuyarkən idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. Məhərrəmin idmana gəlməsində güləşlə məşğul olan ...
ANL
İnfrastruktur layihələrinin icrası diqqət mərkəzindədir. Builki qışın həddindən artıq sərt keçməsi 17 nömrəli Zaqatala Yol İstismarı İdarəsi işçilərinin də qayğılarını birə-beş artırıb. İdarənin baş mühəndisi Məmməd İbrahimxəlilovun verdiyi məlumata görə, qışda nəqliyyatın hərəkətinin davamlılığını təmin etmək üçün yol...
ANL
Azərbaycan və Macarıstan gəncləri əməkdaşlığın inkişafı istiqamətində yeni addımlar atmışlar. Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun Budapeştdə keçirilən ikinci konfransında iştirak etmək üçün Macarıstanda səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bu ölkənin sosial siyasət, ailə və gənclər üz...
ANL
Budapeştdə Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) "Mən gənc səfirəm" devizi altında keçirilən ikinci konfransı çərçivəsində Azərbaycan ilə Macarıstan arasında təhsil sahəsində əməkda...
ANL
Elnur Aslanov: “Biz bu mübarizə və təbliğatı Dağlıq Qarabağın son qarışı erməni işğalından azad olunana qədər davam etdirəcəyik”. "Dağlıq Qarabağ problemi ilə bağlı təbliğatın aparılması Azərbaycanın hər bir vətəndaşının, o cümlədən xaricdə təhsil alan tələbələrin də borcudur". APA-nın məlumatına görə, bu fikirləri Azə...
ANL
Azərbaycan və Macarıstan gənclər təşkilatlarının hər bir görüşü iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) "Mən gənc səfirəm" devizi altında keçirilən ikinci konfransı çərçivəsində aprelin 7-də Azərbaycanın və Macarıs...
ANL
Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun “Mən gənc səfirəm” devizi altında keçirilən ikinci konfransının növbəti iş günündə faydalı müzakirələr aparılmışdır. Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) "Mən gənc səfirəm" devizi altında keçirilən ikinci konfra...
ANL
Bakıda keçirilən VI Beynəlxalq layihə olimpiadasının qalibləri qızıl, gümüş və bürünc medallarla mükafatlandırılmışlar. Aprelin 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadasının ("İnepo-Avrasiya") qalibləri mükafatlandırılmışlar. AzərTAc xəbər verir ki, m...
ANL
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi yeni inzibati bina ilə təmin olunmuşdur. Aprelin 6-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) yeni inzibati binasının açılışı olmuşdur. Tədbirdə iştirak edən daxili işlər naziri Ramil Usubova məlumat verilmişdir ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati bin...
ANL
Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə Moskvada təntənəli qəbul təşkil edilmişdir. Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində təntənəli qəbul təşk...
ANL
Ölkə başçısının 2 aprel 2010-cu il tarixli sərəncamına uyğun olaraq "Azərikimya"nın Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə verilməsindən ötən dövr ərzində birliyin müəssisə və idarələrində yenidənqurma işləri aparılmış, istehsalata mütərəqqi texnologiyalar tətbiq edilmişdir. Xarici iqtisadi və inteqrasiya əlaqələ...
ANL
Viktor Sadovniçi: “Bakı filialı Moskva Dövlət Universitetinin incisidir”. M.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi AzərTAc-a müsahibəsində demişdir: "Bakı filialı Moskva Dövlət Universitetinin incisidir. Mübaliğəsiz demək olar ki, MDU-nun Bakı filialının yaradılması Rusiya-Azərbaycan mün...
ANL
Astanada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçirilmişdir. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil etmişdir. Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov ...
ANL
TRASEKA dəhlizi boyu sərhədlərdən keçid sadələşdirilir. TRASEKA Hökumətlərarası Komissiyası Daimi Katibliyinin Bakıdakı qərargahında "İpək Yolu" Gömrük Əməkdaşlığı Təşəbbüsünün "Karvansaray" layihəsinin hazırlanması üzrə işçi qrupunun iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidmətlərinin ...
ANL
Azərbaycan nümayəndələri Daşkənddə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının regional forumunda iştirak etmişlər. Daşkənddə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (BERİ) regional forumu işini başa çatdırmışdır. Tədbirdə ittifaqın üzvü olan ölkələrin nümayəndələri iştirak etmişlər. Forumda Azərbaycanı Rabitə və İnforma...
ANL
Sosialyönümlü siyasətin növbəti təsdiqi. Prezident İlham Əliyevin sovet dövrundən banklarda qalmış əmanətlərə görə birdəfəlik ödəmələrin verilməsinə dair imzaladığı fərman bunun əyani nümunəsidir. Azərbaycanın dinamik inkişafı sovetlər birliyinin dağılmasından sonra yaranmış bütün sosial-iqtisadi problemlərin həllinə m...
ANL
“The Washington Times”: Azərbaycan Xocalı qətliamını unutmur. ABŞ-ın "The Washington Times" qəzetinin 6 aprel tarixli nömrəsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "Azərbaycan Xocalı qətliamını unutmur" sərlövhəli məqalə dərc olunmuşdur. Soyqırımı ilə bağlı şəkillərin də yer aldığı məqalədə müəllif Eric Layma...
ANL
Gədəbəy sərvətinin tarixi və taleyi. Hörmətli redaksiya! Gədəbəy mis mədənləri haqqında az-çox eşitmişik. Eşitmişik ki, dağların bu dəyərli sərvəti illər boyu yadelli sahibkarlar tərəfindən aparılıb. Bəs indi orada nə kimi işlər görülüb? Bu barədə bir qədər ətraflı bilmək istərdim. İlqar Məhərrəmov, Göygöl Suvarma Sist...
ANL
Mədəniyyətimizin abidəsi “Molla Nəsrəddin”. Azərbaycan mətbuatının "Əkinçi"dən başlayan "Şərqi Rus", "Həyat", "Füyuzat", "Açıq söz" və sair kimi milli-mənəvi dəyərləri formalaşdıran, bütöv-bütöv nəsillərin maarifləndirilməsi yolunda misilsiz xidmətləri olan məktəbləri mövcuddur. Bu məktəblər içərisində "Molla Nəsrəddin...
ANL
Azərbaycan mətbuatında tanınmış imzalardan biri də uzun illər "Azərbaycan qadını" jurnalının məsul katibi vəzifəsində çalışan, tarix elmləri doktoru Sabir Gəncəlidir. Hər iki toplunun ərsəyə gəlməsi uzun illərin axtarışlarının və topladığı jurnalistlik təcrübəsinin zənginliyindəndir. Müəllif-tərtibçinin məqsədi mədəni,...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun baş...
ANL
Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmi...
ANL
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir....
ANL
“Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” Sazişə qoşulmaq barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikası "Cinayətkarlıqla m...
ANL
“Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasını...
ANL
“Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hiss...
ANL
Azərbaycan Prezidentinin Sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin bir qrup əməkdaşı orden və medallarla təltif edilmişdir. Xəbər verildiyi kimi, Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq və terror aktları pla...
ANL
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlmişdir. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlmişdir. AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin Sədri Oqtay...
ANL
Azərbaycan ilə Rusiya arasında münasibətlər mehriban qonşuluq prinsipləri əsasında inkişaf edir. Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 9-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. Baş nazir Artur Rasizadə siyasi və iqtisadi sa...
ANL
Azərbaycan ilə Rusiya arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza vardır. Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko aprelin 9-da Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və di...
ANL
Valentina Matviyenko: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətlərin ərazi bütövlüyü prinsipindən çıxış edir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bütün lazımi səyləri göstərir. Prezident Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bir neçə...
ANL
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 9-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xat...
ANL
Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr uğurla inkişaf edir. Ötən ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında son illərin ən böyük ticarət dövriyyəsinə nail olunmuşdur. İki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dolları təşkil etmişdir. Cari ildə ticarət dövriyyəsinin da...
ANL
Dövlətlərarası münasibətlərin inkişafında parlamentlər mühüm rol oynayırlar. Rusiya Federal Məclisi Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycana səfəri çox məhsuldar və effektli olacaqdır. Səfərimizin əsas məqsədi hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişafına dair məsləhətləşmələr aparm...
ANL
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirmişdir. Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 9-da Heydər Əliyev Fo...
ANL
Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə BDU-nun fəxri doktoru adı verilmişdir. Aprelin 9-da Bakı Dövlət Universitetində (BDU) Rusiyanın tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya universitetin fəxri doktoru adının verilməsi münasi...
ANL
Dövlət Bayrağı Meydanı rusiyalı qonaqda zəngin təəssürat doğurmuşdur. Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti və Milli Məclisin Sədri Oqtay Əsədov aprelin 9-da Bakıda Dövlət Bayrağı Meydanında olmuşlar...
ANL
Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq humanitar sahədə də uğurla inkişaf edir. Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq humanitar sahədə də uğurla inkişaf edir. Ötən il Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilmiş Beynəlxalq Humanitar Forum ənənəyə çevriləcəkdir. Biz hər il belə forumlar keçirəcə...
ANL
Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumu başa çatmışdır. Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanlı Tələbələrin və Məzunların Beynəlxalq Forumunun (ASAİF) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirdiyi "Mən gənc səfirəm" devizi altında forumu başa çatmışdır. Forumun sonuncu günü ...
ANL
Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə Yekaterinburqda tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğu tərəfindən Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Y...
ANL
Elnur ASLANOV: Hər bir azərbaycanlı gənc mütəxəssis, tələbə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması üçün nə etməlidir sualı ətrafında düşünməli, bacardığı qədər bu işə töhfə verməlidir. Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) ikinc...
ANL
Ölkə sənayesinin təkmil kompleks səviyyəsi regionların tarazlı inkişafının əsas şərtidir. Hər bir inkişaf etmiş ölkədə olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın böyük potensialının yaradılmasının əsasını sənaye istehsalının yüksək inkişafı təşkil edir. Respublikada sənayenin məqsədəuyğun güclü inkişafı ilk növbədə ma...
ANL
Dövlət gənclər siyasətinin təbliğinə önəmli töhfə. Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan ver...
ANL
Gennadi Şmal: “Prezident İlham Əliyevin üstünlüyü onun uzaqgörən olmasıdır”. Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal AzərTAc-a məxsusi müsahibəsində demişdir: "Mən Azərbaycanın enerji siyasətini uğurlu və savadlı siyasət kimi qiymətləndirirəm və heç şübhəsiz, Azərbaycanın bu sahədə bugünkü uğur...
ANL
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalar...
ANL
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının Mingəçevirdə keçirilən ümumi yığıncağında qurumun son birillik fəaliyyəti müzakirə edilmişdir. Aprelin 9-da Mingəçevir şəhərində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Şəhər Bə...
ANL
Azərbaycan-Braziliya əlaqələri yüksək səviyyədədir. Aprelin 9-da xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sergio Arruda ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfir S.Arruda etimadnaməsinin surətini nazir E.Məmmədyarova ...
ANL
Aprelin 9-da "Park Hyatt Baku" mehmanxanasında ABŞ-ın Ceymstaun Fondunun nəşri olan "Cənubi Qafqaz 2021: Neft, Demokratiya və Geosiyasət" adlı kitabın təqdimat mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən təşkil olunm...
ANL
“AzVirt” şirkəti Serbiyada iri infrastruktur layihəsinin tikintisini həyata keçirəcəkdir. Bu barədə Belqradda müqavilə imzalanmışdır. Azərbaycanın Serbiyadakı səfirliyində "Serbiya Koridorları d.o.o." şirkəti və "AzVirt" MMC arasında bu ölkədə həyata keçirilən iri infrastruktur layihələrindən olan "11-ci dəhliz" avtoma...
ANL
Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans keçirilmişdir. Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin Bələdiyyə Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı və Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Yusuf Ziya Yılmazın iştirakı ilə "Böy...
ANL
Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Avronest Parlament Assambleyasının ilk sessiyasının Avropa İttifaqının hüdudlarından kənarda - Bakıda keçirilməsini Prezident İlham Əliyev parlamentimiz üçün tarixi hadisə adlandırdı və "İlk dəfədir ki, Azərbaycan...
ANL
Aqrar-Sənaye Kompleksi məsələləri üzrə növbəti iclasda Azərbaycan ilə bağlı hesabat dinlənilmişdir. Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Ukraynanın Kiyev şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Hökumətlərarası Şurasının Aqrar-Sənaye Kompleksi məsələləri üzrə növbəti iclasında iştirak ...
ANL
TürkPA-nın nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının Uqandada keçirilən sessiyasında iştirak etmişdir. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti Uqandanın paytaxtı Kampala şəhərində 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları birləşdirən Beynəlxalq Parlamentlərar...
ANL
Türk ruhunu özündə qoruyan qardaş ölkə. Qırğızıstan Prezidenti ölkəmizdə rəsmi səfərdə oldu. Yüksək səviyyədə keçən danışıqlar, imzalanan sənədlər Azərbaycan-Qırğızıstan əlaqələrini yeni bir mərhələyə çıxartdı. Anadolu türklərinin sevə-sevə Qazaxıstanla yanaşı "ata yurd" dedikləri Qırğızıstan, sözün həqiqi mənasında, b...
ANL
Mayda Bakıda keçiriləcək 57-ci "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə televiziya (TV) və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbaso...
ANL
Qafqazın qocaman sənət ocağı. Bu gün elə teatrlarımız fəaliyyət göstərir ki, onlar da erməni vandalizm siyasətinin qurbanları kimi, qaçqın-köçkün həyatı yaşamağa məhkumdurlar. Şuşa, Ağdam, Füzuli dövlət dram teatrları illərdir ki, fəaliyyətlərini məhz belə davam etdirirlər. Lakin Qafqazın qocaman sənət ocaqlarından bir...
ANL
Parisdə “Əli və Nino” əsəri əsasında səhnələşdirilmiş musiqili tamaşa nümayiş etdirilmişdir. Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə Parisin Sorbon Universitetində azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" əsəri əsasında hazırlanmış musiqili tamaşa nümayiş etdirilmişdir. Fran...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Mərkəzdə həyata keçirilən işlərin ...
ANL
Azərbaycan Respublikasında yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşasına həsr olunmuş forumun iştirakçılarına. Hörmətli forum iştirakçıları! Sizi ölkəmizdə yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşasına həsr olunmuş forumun öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə işlərinizdə uğurlar ...
ANL
Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların librettosunun müəllifi olan sənətkar həmçinin dövrün mühüm ictimai-siyasi h...
ANL
Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxs...
ANL
Azərbaycan Respublikasında inşaat sahəsinin işçilərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə aşağ...
ANL
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında. Azərbaycan Respublikasının Qanunu. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, b...
ANL
“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Dağınıq skleroz...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. 412.1-ci maddədə "Yol hərəkəti qaydaları" sözlərindən sonra "və ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları" sözləri əlavə edilsin. 2. aşağıdakı məzmunda 451.8...
ANL
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 14 fevral tarixli 298-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələlər...
ANL
Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. On yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirə...
ANL
N.M.Ağayevin Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika...
ANL
N.M.Ağayevə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Nəsimi Məhəmmədəli oğlu Ağayevə birinci dərəcəli fövqəladə və səlahi...
ANL
X.Q.Aslanovun Xızı Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Xəzər Qəşəm oğlu Aslanov Xızı Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİ...
ANL
X.Q.Aslanovun Yardımlı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Xəzər Qəşəm oğlu Aslanov Yardımlı Rayonu İcra Hakimiyyətinin ba...
ANL
İ.N.Əliyevin Beyləqan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: İrşad Nadir oğlu Əliyev Beyləqan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifə...
ANL
İ.N.Əliyevin Kürdəmir Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: İrşad Nadir oğlu Əliyev Kürdəmir Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlh...
ANL
V.İ.Abdullayevin Xızı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Vaqif İdris oğlu Abdullayev Xızı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifə...
ANL
V.İ.Abdullayevin Beyləqan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edil...
ANL
S.H.Hətəmovun Yardımlı Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Sevindik Hacağa oğlu Hətəmov Yardımlı Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsi...
ANL
F.S.Məlikovun Kürdəmir Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Fəxrəddin Süleyman oğlu Məlikov Kürdəmir Rayonu İcra Hakimiyyətinin başçı...
ANL
Azərbaycan demokratik dövlətdir, bu dövlətdə insanlar sərbəst şəkildə toplaşa bilirlər. "Müxalifətin keçirdiyi birgə, icazəli və razılaşdırılmış mitinqi müsbət dəyərləndiririk. O anlamda ki, Azərbaycan müxalifəti nəhayət, Bakı Şəhər İcra Hakimiyyəti ilə qanunamüvafiq şəkildə razılaşdırılmış və ayrılmış müvafiq yerdə mi...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Birlik Ulduzlar” mükafatına layiq görülmüşdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 2011-ci il üçün "Birlik Ulduzları" dövlətlərarası mükafatına layiq görülmüşdür...
ANL