text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlər zamanı ikitərəfl... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2012-ci ilin avqust ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 ili tamam olur. Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri vardır. Klassik ədəbi ən... | ANL |
Nazirlər Kabineti yeni qərar qəbul etmişdir. "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanının 4-cü hissəsinin icrasını təmi... | ANL |
Ukraynanın Baş naziri Azərbaycana gəlmişdir. Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana səfərə gəlmişdir. Ukraynanın Azərbaycandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Baş nazir Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir. Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, yanac... | ANL |
Ştefan Füle: Avropa İttifaqı Azərbaycanda müsbət irəliləyişləri alqışlayır. Avropa İttifaqı (Aİ) Azərbaycan ilə bir sıra layihələrə başlamışdır. Bu barədə məlumat verən Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle təmsil etdiyi qurum ilə Azərbaycan arasında münasibətlərdə müsbət ... | ANL |
Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci sessiyasında mühüm məsələlər müzakirə olunmuşdur. Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılışı olmuşdur. Açılış mərasimindən sonra iclas proqram üzrə həmsədrlər... | ANL |
Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin yayılması dünya erməniliyinə böyük zərbədir. İdeya rəhbəri akademik Ramiz Mehdiyev olan "Azərbaycanlıların soyqırımı:tarixin qanlı salnaməsi" ikicildliyinin Xocavənd qəsəbəsində ictimai müzakirəsi. Martın 31-də Xocavənd qəsəbəsində rayon ictimaiyyətinin nümayəndələri i... | ANL |
Ürəklərə hakim kəsilən sevinc hissləri. Həyatda elə hadisələr baş verir ki, istər-istəməz onları təkrar anmalı, xatırlamalı olursan. Bu zaman olanlar, ötənlər kino lenti kimi gəlib gözlərin önündən keçir. İnkişafın, abadlığın təntənəsini görəndə ürəyin fərəh hissi ilə dolur, sevincin köksünə sığmır. Bunların qısa zaman... | ANL |
Regionlarda yeni iş yerləri yaradan sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi təklif edilir. Regionlardakı iqtisadi və sosial problemlərin həlli üçün bölgələrdə yeni iş yerləri yaradan sahibkarlara vergi və digər güzəştlər tətbiq edilməlidir. Bu barədə "APA-Economics"ə Həmkarlar İttifaqları Konfederasiyasının sədri,... | ANL |
İlkin və müfəssəl mühəndis-layihə işləri bu vaxta qədər artıq bitmişdi. Təməlqoymadan sonra isə tikinti üçün hazırlıq işlərinə başlandı. Fiziki tikintiyə, yəni kəmərin bilavasitə inşasına 2003-cü ilin aprel ayında start verildi. BTC layihəsinin əməliyyatçısı bp şirkətindən həmin vaxt aldığımız məlumatda deyilirdi: "Lay... | ANL |
Elmar Məmmədyarov və Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etmişlər. Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı keçirilmişdir. Elmar Mə... | ANL |
Rusiyanın xarici işlər naziri Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr edilmiş fotosərgi ilə tanış olmuşdur. Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 3-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) ölkələrimiz arasında diplo... | ANL |
RF XİN rəhbəri ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan xarici işlər nazirinə təbrik məktubu göndərmişdir. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovu ... | ANL |
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılmasının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının və Rusiya Federasiyasının xarici işlər nazirlərinin birgə bəyanatı. İyirmi il bundan əvvəl, 1992-ci il aprelin 4-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasınd... | ANL |
Avropa Şurası ilə yerli demokratiya sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Aprelin 3-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq qrupu ilə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ... | ANL |
Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun əməkdaşları Penitensiar Xidmətdə olmuşlar. Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) əməkdaşları Penitensiar Xidmətdə olmuşlar. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəis... | ANL |
“Müasir dünyada münaqişələrin həlli və sülhün əldə edilməsi” mövzusunda keçirilən tədbirin nümayəndələri xocavəndli məcburi köçkünlərlə görüşmüşlər. Azərbaycan Respublikası Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müasir dünyada münaqişələrin həlli və sülhün əldə edilməsi" mövzusunda keçirilən tədbirdə iştirak edən finl... | ANL |
Dünyanı gözəllik xilas edəcək... "Fransa inciləri" ilə tanışlıqdan yaranan düşüncələr. Azərbaycan Milli İncəsənət Muzeyində açılmış Fransa təsviri sənət şedevrlərinin - boyakarlıq, qrafika, heykəltəraşlıq və foto nümunələrinin möhtəşəm sərgisi ilə tanış olarkən bu məşhur deyimin daşıdığı məna yükünün həqiqət olduğunu b... | ANL |
Azərbaycan ilə Mərakeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov bu ölkənin turizm naziri L.Həddad ilə görüşmüşdür. Səfirlikdən bildirmişlər ki, diplomat Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrikini və aprelin 12-də... | ANL |
Növbəti layihə həyata keçirilmişdir. Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə Bakı aprelin 2-də - Dünya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuşdur. Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, həmin gün Mill... | ANL |
Tarixin verdiyi şansdan lazımınca istifadə etməliyik. Azərbaycan-Qırğızıstan əlaqələrində yeni səhifə açılır. Dost və qardaş Qırğızıstanın Prezidenti Almazbek Atambayev bir neçə gün öncə ölkəmizdə rəsmi səfərdə olmuşdur. Səfər zamanı keçirilmiş görüşlər dostluq və qardaşlıq duyğularına köklənmişdi. Belə görünürdü ki, Q... | ANL |
Heyvandarlıqda mövcud vəziyyət, problemlər və vəzifələr. Bunun üçün birinci növbədə qoyunların yem problemi həll edilməlidir. Xırdabuynuzlu heyvanları əsas və ucuz ayaqaltı yemlə təmin edən qış və yay otlaqlarının ot məhsuldarlığını artırmaq üçün tədbirlər görülməlidir. Sahibkarların istehsal etdikləri yun anbarlarda y... | ANL |
Azərbaycan və İsveç arasında ailə və uşaq problemlərinin həlli sahəsində əməkdaşlıq yüksək qiymətləndirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova aprelin 3-də İsveç Riksdaqının (parlamentinin) qadın deputatları ilə... | ANL |
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi jurnalist yazıları müsabiqəsi elan etmişdir. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10-cu ildönümü münasibətilə qurum "Azərbaycan diaspor və lobbi quruculuğu mövzusunda ən yaxşı məqalə" müsabiqəsi elan etmişdir. Diasporla İş üz... | ANL |
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin yaranmasından 20 il ötür. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında diplomatik əlaqələrin yaranmasından 20 il ötür. Bu münasibətlə Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyəti Pekində tədbir keçirmişdir. Çin parlamenti, ... | ANL |
Hələ bir ay bundan əvvəl Nyu-Yorkda yaşayan Qafqaz və Mərkəzi Asiya mənşəli mühacir icmalar arasında belə bir xəbər yayılmışdı: bahar fəslinin ən gözəl hədiyyəsi martın sonunda baş verəcəkdir - keçmiş SSRİ-nin və Azərbaycanın xalq artisti, dünya şöhrətli müğənni, milyonlarla insanın sevimlisi Zeynəb Xanlarova ABŞ-a qas... | ANL |
“Beynəlxalq Novruz Günü” adlı tədbirdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi xüsusi fəallıq göstərmişdir. Aprelin 2-də BMT-nin Cenevrə şəhərində yerləşən bölməsinin baş qərargahının binasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğız Respublikası, Özbəki... | ANL |
Bəxtiyar Vahabzadə Osman Qazi Universitetində anılıb. Türkiyənin Əskişəhər bölgəsində Osman Qazi Universitetində türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş "Səssiz haray" adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri universitetin Fənn ədəbiyyatı fakültəsi ilə birlikdə Qarşılaşdırmalı ədəbiyyat bölümü ... | ANL |
İsveçrədə qondarma erməni soyqırımını inkar edən türkiyəli nazirə cinayət işi açılmasından vaz keçdilər. İsveçrənin Sürix Şəhər Prokurorluğu qondarma erməni soyqırımını inkar edən Türkiyənin Avropa İttifaqı üzrə naziri Egemen Bağışa qarşı cinayət işi açılmaması qərarı vermişdir. Anadolu agentliyinin verdiyi xəbərə görə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri. Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikasına dövlət səfərinə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev v... | ANL |
Praqanın “Stara Ruzine” Hökumət Hava Limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Çexiya Respublikasına dövlət səfərinə gəlmişdir. Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın "Stara Ruzine" Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qa... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Ukraynanın Baş naziri Nikolay Azarovun bö... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Kazakları İcmasının “Ataman Anton Qolovatı” ordeni ilə təltif edilmişdir. Aprelin 4-də "İnterfaks-Azərbaycan" agentliyində keçirilmiş mətbuat konfransında Azərbaycan Kazakları İcmasının atamanı Viktor Mereşkin bildirmişdir ki, Kazak Qoşunları Cəmiyyətinin İdarə Heyətinin qə... | ANL |
Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qara... | ANL |
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini təkmilləşdirmək... | ANL |
Azərbaycan ilə Ukrayna arasında iqtisadi münasibətlərin inkişafına hərtərəfli dəstək veriləcəkdir. Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarov aprelin 4-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, baş nazirlərin təkbətək görüşü sonra geniş tərkibdə davam e... | ANL |
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Aprelin 4-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu səfərin dövlətlərarası əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəyini söyləyən... | ANL |
Ukraynanın Baş naziri Heydər Əliyev Fondunu ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 4-də Heydər Əliyev Fondunda olmuşdur. AzərTAc xəbər verir ki, Baş nazir Nikolay Azarova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ... | ANL |
Ukrayna Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Ukraynanın Baş naziri Nikolay Azarovun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 4-də başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ukrayna... | ANL |
Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşmüşdür. Baş nazir Artur Rasizadə siyasi və iqtisadi sahələrdə Azərbaycan-Rusiya əm... | ANL |
Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə həllində maraqlıdır və bunun üçün səylərini artıracaq. Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb. Milli Məclisin Sədri deyib ki, Azərbaycan ilə Rusiya münasi... | ANL |
Ukraynanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarov aprelin 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiram... | ANL |
Ukraynanın Baş naziri Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Aprelin 4-də Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliy... | ANL |
Qədim İçərişəhərlə tanışlıq Ukraynanın Baş nazirində zəngin təəssürat doğurmuşdur. Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 4-də İçərişəhərlə tanış olmuşdur. AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilm... | ANL |
Avronest Parlament Assambleyasının ikinci sessiyasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət etmişlər. Bakıda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyasının iştirakçıları aprelin 4-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəh... | ANL |
Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci sessiyası başa çatmışdır. Avronest Parlament Assambleyasının (PA) Bakıda keçirilən ikinci sessiyası aprelin 4-də öz işini başa çatdırmışdır. AzərTAc xəbər verir ki, bugünkü iclasda təşkilatın növbəti il üçün tədbirlər planı müzakirə olunmuşdur. Ukrayna nümayənd... | ANL |
Rusiya Federasiyası Çeçenistan Respublikası Baş nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikası Baş nazirinin müavini, maliyyə naziri Əli İsayev aprelin 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummi... | ANL |
“Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadasının iştirakçıları Heydər Əliyev Fondunu ziyarət etmişlər. "Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadasının ("İnepo-Avrasiya") iştirakçıları aprelin 4-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi... | ANL |
Aprelin 4-də "Gülüstan" sarayında "Araz" radiosunun bir yaşının tamam olması münasibətilə mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, sənət adamları, ölkənin digər radiolarının tanınmış aparıcıları və KİV təmsilçiləri iştirak etmişlər. Yaradıcı kollektivi təbri... | ANL |
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Aprelin 4-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanını... | ANL |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Universitetinin Bakı filialında olmuşdur. Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 4-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, S.... | ANL |
Nikolay Azarov: Azərbaycanın əldə etdiyi nailiyyətlərdən heyrətlənməmək mümkün deyildir. Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana səfəri və keçirdiyi görüşlərlə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırmışdır. Qonaq ölkələrimiz arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Azərbaycanın son illə... | ANL |
Avropa Məhkəməsinin fəaliyyəti diqqət mərkəzindədir. Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarının İcrası Departamentinin nümayəndə heyəti ilə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin Avropa Şurası, o cümləd... | ANL |
Dövlət Miqrasiya Xidmətində Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) idarə heyətinin sədri Cemal Yangın... | ANL |
Azərbaycan ilə Rusiya Federasiyasının Çeçenistan Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Rusiya Federasiyasının Çeçenistan Respublikası Baş nazirinin müavini, maliyyə naziri Əli İsayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində apre... | ANL |
Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sürətlə inkişaf edən ölkədir. Avronest Parlament Assambleyasının (PA) həmsədrləri Kristian Vigenin və Boris Tarasyuk aprelin 4-də bu qurumun Bakıda keçirilmiş ikinci sessiyasının yekunlarına dair mətbuat konfransı keçirmişlər. AzərTAc xəbər verir ki, tədbirdə hər iki həms... | ANL |
Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilmişdir. Aprelin 4-də Bakıda AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilmişdir. Görüş Ukraynanın Baş naziri Nikolay Azarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutmuşdur. Azərbaycan iqtisadi inkişaf nazirinin müavini... | ANL |
Niderland Kraliçası “Floriade-2012” sərgisində Azərbaycan pavilyonunu ziyarət etmişdir. Aprelin 4-də Niderland Krallığının Venlo şəhərində "Floriade-2012" Beynəlxalq sərgisinin rəsmi açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasından AzərTAc-a bildirmişlər ki, sərgidə 50-yə yaxın ö... | ANL |
Sahibkarlığa dövlət dəstəyi gücləndirilir. 2011-ci ildə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə böyük vəsait ayrılmışdır. Mən çox şadam ki, bu, həm maliyyə dəstəyidir, həm də sahibkarlara çox yaxşı məsləhətlər, işə başlamaq üçün maddi imkanlardan asılı olaraq müxtəlif bizne... | ANL |
Gəncə Dövlət Universitetinin yeni beynəlxalq mükafatları. Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, təhsildə də Avropa ali təhsil məkanına inteqrasiya ilə əlaqədar bir sıra tədbirlər həyata keçirmişdir. Ölkəmizin 2001-ci ildən etibarən Avropa Şurasına üzv olması Avropa təhsil məkanına inteqr... | ANL |
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə başa çatmışdır. Ötən il oktyabrın 4-də, 21-də və noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə təşkil olu... | ANL |
“Adari Films Production”ın yeni layihəsi böyük maraqla qarşılanmışdır. Aprelin 4-də Azərbaycan Dövlət Yuğ Teatrının səhnəsində "Adari Films Production"ın yeni layihəsi olan Nikolay Qoqolun əsəri əsasında hazırlanmış "Bir dəlinin xatirə dəftəri" tamaşasına baxış keçirilmişdir. AzərTAc xəbər verir ki, layihə teatrın nəzd... | ANL |
Söz sənətinin inciləri. Uzun illərdir ki, filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov Bakı Dövlət Universitetində dünya və şərqi slavyan ədəbiyyatından mühazirələr oxuyur. O, ali məktəb tələbələri üçün yazılan bir sıra dərsliklərin və monoqrafiyaların müəllifidir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Əmi... | ANL |
Bakıda “Sərhəd cinayətləri ilə mübarizə: insan alveri və narkotik vasitələrin dövriyyəsi” mövzusunda ikitərəfli seminar işə başlamışdır. Aprelin 4-də Bakıda "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" (SCIBM) layihəsi çərçivəsində "Sərhəd cinayətləri ilə mübarizə: insan alveri və ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri. Rəsmi qarşılanma mərasimi. Aprelin 5-də Çexiya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqa qəsrində rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı meydanda d... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun birgə görüşü. Aprelin 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşü olmuşdur. ... | ANL |
Geniş tərkibdə görüş. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşündən sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Ölkələrimiz ar... | ANL |
Azərbaycan-Çexiya sənədləri imzalanmışdır. Aprelin 5-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbayc... | ANL |
Azərbaycan və Çexiya prezidentlərinin birgə mətbuat konfransı olmuşdur. Aprelin 5-də Praqada Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun birgə mətbuat konfransı olmuşdur. Əvvəlcə dövlət başçıları ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar. Aprelin 5-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə Çexiya Respublikası Parlamenti Senatının sədri Milan Ştex və xanımı İvana Ştexova tərəfindən nahar verilmişdir. Çexiya Parlamenti Senatının sədri Milan Şt... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Çexiya Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşü. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikası Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Çexiya ara... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Praqa qəsri ilə tanış olmuşdur. Aprelin 5-də Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın Çexiya Prezidentinin xanımı Livia Klausova ilə birgə görüşü olmuşdur. Sonra Azərbaycanın birinci xanımı Çexiya dövlətinin başçısının xanımının müşayiəti ilə Praqa qəsrini gəzdi. ... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyi ilə tanış olmuşdur. Aprelin 5-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyində olmuşdur. Mehriban xanım Əliyevaya məlumat verildi ki, muzeyin yerləşdiyi bina yeni intibah üslubunda inşa edilmişdir. Tik... | ANL |
Praqa şəhərindəki qədim Karl körpüsü ilə tanışlıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Çexiyaya dövlət səfəri çərçivəsində Praqa şəhərindəki qədim Karl körpüsü ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, hazırda Çexiyanın paytaxtında turistləri ən çox cəlb edən tarixi abidələrdə... | ANL |
Ali qonağın şərəfinə. Aprelin 5-də Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilmişdir. (Geniş hesabat qəzetin növbəti nömrəsində veriləcəkdir). AzərTAc. | ANL |
Əli HƏSƏNOV: Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub. Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək. "Trend"in məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 4-də jurnal... | ANL |
Güclü Azərbaycan istər bölgədə, istərsə də dünyada ABŞ-ın mühüm tərəfdaşıdır. Aprelin 5-də Azərbaycan Respublikası ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə diplomatik əlaqələrinin 20 illiyinə həsr olunmuş videoçarx nümayiş olun... | ANL |
Azərbaycan bələdiyyələrlə bağlı Avropa Xartiyasının tələblərini yerinə yetirir. Aprelin 5-də ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Ziyafət Əsgərov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini əl... | ANL |
Konstitusiya Məhkəməsində avropalı qonaqlarla görüş keçirilmişdir. Konstitusiya Məhkəməsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqlara rəhbərlik etdiyi qurum haqqında məlumat verərək demişdir ki, müstəq... | ANL |
Abdullah GÜL: Türkiyə Dağlıq Qarabağda qardaşlarımız yurd-yuvalarından didərgin salındığı vaxt susmadığı kimi, bu gün də ərəb dünyasında baş verənlərə biganə qala bilməz. Türkiyə Prezidenti Abdullah Gül Hərbi Akademiya müdavimləri ilə toplantıdakı nitqində bildirmişdir ki, Türkiyənin Qafqaz, Balkanlar, Yaxın Şərq və Or... | ANL |
Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun mütəxəssisləri Penitensiar Xidmətin əməkdaşları üçün seminar keçirmişlər. Almaniyanın Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) mütəxəssisləri Azərbaycanın Penitensiar Xidmətinin əməkdaşları üçün seminar-treninq keçirmişlər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şö... | ANL |
Bakı Dövlət Universiteti ilə Türkiyənin Ankara Universiteti arasında memorandum imzalanmışdır. Aprelin 5-də Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ankara Universiteti arasında birgə bakalavr səviyyəsində hüquqşünas hazırlığı sahəsində hüquq təhsili, ikili diplomların verilməsi barəsində memorandum imzalanmışdır.... | ANL |
Avronest PA-nın avropalı həmsədri Azərbaycan gənclər təşkilatlarının fəaliyyətinə yüksək qiymət vermişdir. Avronest Parlament Assambleyasının Bakıda keçirilmiş ikinci sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş Avropa Parlamentinin deputatı və Assambleyanın həmsədri Kristian Vigenin Azərbaycan Respublikası Gəncl... | ANL |
Aprelin 6-da Macarıstanda Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) Budapeşt forumu öz işinə başlayacaqdır. ASAİF-dən AzərTAc-a bildirmişlər ki, Azərbaycan gəncliyinin tarixində növbəti mühüm yer tutacaq bu forumda 27 ölkədən 250-dən çox gənc iştirak edəcəkdir. Forumun əsas məqsədlərindən biri x... | ANL |
Elmi mühitə obyektiv baxış olmalıdır. Ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyasına seçkilər bu elmi qurumun yaranmasından keçən 67 il ərzində həmişə cəmiyyətin maraq dairəsində olub, ictimai və şəxsi müzakirələrin obyektinə çevrilib. Əvvəla, Milli Elmlər Akademiyası kifayət qədər ciddi bir elmi qurumdur. Azərbaycan ... | ANL |
Dövlətin idmana daimi qayğısı beynəlxalq yarışlarda uğurları şərtləndirir. İdman təkcə uğurlu nəticələr əldə etmək, fəxri kürsüyə qalxmaq, zirvələri fəth etmək imkanı yaradan vasitə deyil. O, eyni zamanda, hər bir uşaq, yeniyetmə və gənc üçün ilk növbədə fiziki-mənəvi sağlamlıq, qüvvə deməkdir. Tarix boyu insanlarda və... | ANL |
Hesablama Palatasının sədri Avropa Şurasının nümayəndə heyəti ilə görüşmüşdür. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin (AYRHK) Monitorinq Komitəsinin nümayəndə heyəti Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov ilə görüşmüşdür. Palatadan bildirmişlər ki, qonaqlar AYRHK-ın Azərbaycanda yerli v... | ANL |
Dövlət Miqrasiya Xidməti ilə BMT QAK arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Daq Siqurdson ilə görü... | ANL |
Gəncənin Kəpəz televiziyasında "Difai" və "Difai hamisi" adlı sənədli-bədii və tarixi araşdırma filmi istehsal olunub. "Difai" (müdafiə) tanınmış ictimai xadim Əhməd bəy Ağaoğlu tərəfindən yaradılan eyniadlı partiyanın fəaliyyətindən bəhs edir. Bəllidir ki, "Difai" ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif qəzaları... | ANL |
Azərbaycan hərbçiləri "Alman dili" və "Hərbi polis bölüyü komandiri" kurslarında iştirak edirlər. Almaniyanın Hürt şəhərində "Alman dili" və "Hərbi polis bölüyü komandiri" kursları keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Almaniya Federativ Respublikasının Azərbaycan üçün Hərbi Təhsilə Yardı... | ANL |
İqtisadi sahədə Ukrayna Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Ukrayna Azərbaycanda metro tikintisində iştirak etmək niyyətindədir. Bunu Bakıda səfərdə olan Ukraynanın baş naziri Nikolay Azarov bildirib. Ukrayna hökumətinin başçısı qeyd edib ki, Azərbaycanda metropolitenin inkişafı layihəsi 2035-ci ilədək həyata k... | ANL |
Azərbaycan iş adamları üçün Rusiya Federasiyası Çeçenistan Respublikasının investisiya imkanlarının təqdimatı keçirilmişdir. Rusiya Federasiyası Çeçenistan Respublikası Baş nazirinin müavini - maliyyə naziri Əli İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyin... | ANL |
Ağdamda uşaq musiqi və ümumtəhsil məktəbləri xor kollektivləri müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Ağdamda uşaq musiqi və ümumtəhsil məktəblərinin xor kollektivlərinin rayon müsabiqəsi keçirilmişdir. Müsabiqənin məqsədi xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaqlarda kiçik yaşlarınd... | ANL |
ATƏT gənclər üçün ictimaiyyətlə əlaqələr və siyasi kampaniyanın təşkili mövzusunda təlim keçirir. Aprelin 5-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə gənc siyasi fəallar üçün ictimaiyyətlə əlaqələr və siyasi kampaniya mövzusunda dördgünlük təlim öz işinə başlamışdır. ATƏT-in Bakı ofisindən AzərTAc-a bildirmişlər ki, ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri. Ali qonağın şərəfinə. Aprelin 5-də Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausovanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilmişdir. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri Petr Neçaş ilə görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Praqada Çexiya Respublikasının Baş naziri Petr Neças ilə görüşmüşdür. Çexiyanın Baş naziri Azərbaycan dövlətinin başçısını qarşıladı. Sonra Prezident İlham Əliyev və Baş nazir... | ANL |
Səfər başa çatdı. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatmışdır. Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın "Stara Ruzine" Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Praqanın Vitkov Milli Memorialını ziyarət etmişdir. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikasına dövlət səfəri çərçivəsində Praqanın Vitkov Milli Memorialını ziyarət etmişdir. Şəhərin ən hündür nöqtəsi olan bu təpədə 1420-ci ildə ağır döyüşdə q... | ANL |
Milli Məclisin iclasında. Aprelin 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Gündəlikdəki məsələləri müzakirə etməzdən əvvəl bu günlərdə Bakıda keçirilmiş Avronest Parlament Assambleyasının ikinci sessiyası və cari məsələlərlə bağlı fikirlər səsləndirildi. Milli Məclisin Sədri Oqtay ... | ANL |
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamının 2.3-cü bəndin... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.