text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Artıq 11 ildir ki, Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıram. Bu illər ərzində təhsil sahəsində görülən işlərin bilavasitə iştirakçısı olmuş, bütün səylərimi problemlərin, çətinliklərin aradan qaldırılmasına yönəltmişəm. Hər zaman is... | ANL |
Əgər Azərbaycan kinosu tarixinə nəzər salsaq, biz görkəmli kinorejissorlarımızın keçən əsrin 50-60-cı illərində çəkdikləri filmlərin indiyədək öz ədəbi-bədii dəyərlərini, aktuallığını, "müasirliyini" qoruyub saxlamalarının, tamaşaçılar tərəfindən sevilə-sevilə baxılaraq yüksək qiymətləndirilməsinin şahidi olarıq. Azərb... | ANL |
Yazıçılar Birliyi nəzdində "Bayatı" kitab mağazası açılıb. Ötən gün Yazıçılar Birliyində (AYB) "Bayatı" kitab mağazasının açılış mərasimi keçirilib. Birliyin sədri xalq yazıçısı Anar açılan mağazanın məqsədinin təkcə kitab satmaq deyil, həm də kitabın təbliği olacağını vurğulayıb: "Yazıçı və şairlərimizin yeni çıxan ki... | ANL |
Ədəbiyyat tarixinin köhnə probleminə yeni baxış. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatı qədim və zəngin bir ənənəyə malikdir. Əlbəttə, söz sənəti nə qədər əski yaranış tarixinə, daha çox bədii məhsullara, şaxəli istiqamətlərə malik olursa, sözün yaxşı mənasında onun problemləri, tədqiqat üçün material verən xassələri... | ANL |
Böyük ədibin böyük arzusu: bütöv və azad Azərbaycan məmləkəti. Millətə xidmət etməyi əsas vəzifə sayan Cəlil Məmmədquluzadənin yaradıcılığının ruhunu, demək olar ki, bütünlüklə Azərbaycan məmləkəti ideyası təşkil edir. Özünün "Üzr istəyirəm" felyetonunda böyük ədib "hər bir vətən övladının" borcunu "öz hökumətinin, məm... | ANL |
Qapıları Vətən dərdi döyəndə... QARABAĞ İTKİSİNİN AĞRILARINI ƏKS ETDİRƏN DAHA BİR KİTAB İŞIQ ÜZÜ GÖRÜB. Bu dünya belədir: kimi Vətənin çiynində yaşayır, kimi də Vətəni çiynində yaşadır. Vətənin çiynində yaşayanlar onun bütün nemətlərindən bol-bol bəhrələnirlər. Vətəni çiynində yaşadanların qazancı isə Vətən sevgisidir.... | ANL |
Rumıniyada Azərbaycan yazıçılarının kitabları təqdim olunub. Bugünlərdə Rumıniya Yazıçılar Birliyində bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın xalq yazıçıları Anar və Çingiz Abdullayevin kitablarının təqdimat mərasimi keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, əsərləri rumın və alban... | ANL |
"Qızıl kəlmə"yə əsərlərin qəbulu yekunlaşıb. Keçən ilin iyulunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən "Qızıl kəlmə" ədəbi mükafatına 4 nominasiya üzrə əsərlərin qəbulu martın 1-də başa çatıb. Nazirliyin nümayəndəsi Şərif Ağayarovun verdiyi məlumata görə, nəsr nominasiyasında Elçin Hüseynbəylinin "On üç... | ANL |
Dövlət Muğam Teatrında Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə-2008" mükafatının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər mədəniyyətimizin, incəsənətimizin, musiqimizin inkişafı, təbliği istiqamətində görülmüş işlərdən söz açıb. Mükafat haqqında məlumat ve... | ANL |
Həmid Araslının 100 illiyilə bağlı elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) böyük ədəbiyyatşünas alim akademik Həmid Araslının 100 illiyinə həsr edilmiş elmi konfrans olub. AMEA-nın prezidenti akademik Mahmud Kərimov Həmid Araslının həyat və yaradıcılığından ətraflı söz açıb: "Həmid Araslı... | ANL |
Böyük dramaturq Cəfər Cabbarlının ev-muzeyində ölməz sənətkarın 110 illik yubileyi qeyd edilib. Atasının həyat və yaradıcılığından danışan Gülarə Cabbarlı onun uğur və çətinliklərlə dolu qısa, ancaq şərəfli, ibrətamiz ömür yaşadığını vurğulayıb. Filologiya elmləri doktoru Rəhim Əliyev C.Cabbarlını görkəmli mütəfəkkir v... | ANL |
Xalq rəssamı Məmmədağa Hüseynovun yubileyi qeyd edilib. Muzey Mərkəzində xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə və başqaları M.Hüseynovun yaradıcılığı haqqında məlumat veriblər. ", ... | ANL |
Nəriman Həsənzadənin yaradıcılıq gecəsi təşkil edilib. Martın 11-də Bakı Avrasiya Universitetində xalq şairi Nəriman Həsənzadənin yaradıcılıq gecəsi keçirilib. Tədbirdə şairin qələm yoldaşları, Bakı Avrasiya Universitetinin, Aviasiya Akademiyasının professorları, müəllim heyəti iştirak edib. Şair İlyas Tapdıq ürək şair... | ANL |
Türkiyəli təhsil mütəxəssisləri Naxçıvan Dövlət Universitetində. Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu - YÖK) nümayəndələrilə Naxçıvan Dövlət Universitetində (NDU) olublar. Qeyd edək ki, səfər NDU-nun rektoru, akademik İsa Həbibbəylinin bu universitetin yenidən Tələbə Seçmə və Yerləşdirmə Sis... | ANL |
Onları doğma yurdlarından qovmuşdular. Taleyin qismətindən, mən 1948-ci ilin yayında azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin şahidi olmuşam. Əhvalat belə olmuşdu. O vaxt Azərbaycan ərazisinə Arpaçay sahillərində respublikanın bütün geoloqlarına yaxşı məlum olan Əsmara əhəngdaşı yerin səthinə çıxırdı. Mü... | ANL |
Fəxriyyə Xələfova: "Azərbaycanda moda anlayışı dəyişməlidir". "FASHİON TV" AZƏRBAYCANDA APARILMIŞ MODA ÇƏKİLİŞLƏRİNİ HEÇ YAXINA DA BURAXMAZ". Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın APA-ya eksklüziv müsahibəsi. - Bildiyimizə görə, maraqlı bir layihə üzərində işləyirsiniz. Layihənin mahiyyətinin açıqlaya... | ANL |
Hafiz Paşayevin "Yüksəkliyə doğru" kitabının Azərbaycan dilində nəşri təqdim edilib. Dillər Universitetinin Amerika Mərkəzində xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru professor Hafiz Paşayevin "Yüksəkliyə doğru" kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib. Azərbaycan Marketinq Cəmi... | ANL |
İstiqlal savaşı qazisi Çingiz Yurtçu Şahtaxtinski kimdir? Bu günlərdə türkiyəli yazar Fəthi Gədiklinin mətbuatda çap olunmuş "Danışan məzarlar" adlı bir yazısını maraqla oxuduq. Onun böyük məhəbbət və dərin yanğıyla Çingiz bəy Şahtaxtinski haqqında yazdıqları diqqətimizi daha çox çəkdi. Çünki Türkiyənin İstiqlal Savaşı... | ANL |
"Qadın, gözəllik və incəsənət"in qalibləri mükafatlandırılıb. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Fotoqraflar Birliyinin dəstəyilə gənclər arasında keçirilən "Qadın, gözəllik və incəsənət" mövzulu fotomüsabiqənin yekun sərgisinin açılışı olub. Qaliblərin müəyyənləşdirilməsi üçün münsiflər heyəti fotonun keyfi... | ANL |
Haqq aşığını öldürdülər. Haqqı işığını söndürdülər. Onu öldürənçünsə bundan böyük təhlükə ola bilməzdi. Ardınca el gedə bilənlər, el-obaya görk olsun deyə, məhv edilməliydi. Nə fironların zamanıydı, nə də bunlar qorxulu bir nağılın içindəki qatmaqarışıq yuxuda baş verirdi. Haqq aşığını öldürənin, haqq işığını söndürəni... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Məlumdur ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusilə də ali təhsil müstəsna əhəmiyyət kəsb edir. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı ... | ANL |
VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİ HAQQINDA QEYDLƏR. Azərbaycan poeziyasının tanınmış imzalarından olan, təxminən otuz illik yaradıcılıq yolu keçən Vaqif Bəhmənli poeziyasının bütövlükdə təhlil etmək iddiamız yoxdur. Sadəcə olaraq, fəlsəfiliyi və lirizmi, sadə, canlı dil və orijinal obrazlılığı özündə birləşdirən bu poeziya ha... | ANL |
"Şeir yazanda sözləri öldürürük, DUYĞULARIMIZI ÖLÜMSÜZLƏŞDİRMƏK ÜÇÜN". "Sözdən Səs"in aparıcısı Əli Əlioğlunun budəfəki həmsöhbəti gənc yazar. - Yəqin ki, gənc olduğuna görə dinləyicilərin bir qismi səninlə tanış deyil. Əvvəl özün barədə yığcam məlumat ver. - İlk öncə demək istəyirəm ki, səninlə bu verilişdə ikinci dəf... | ANL |
"İndi Azərbaycanda rəssamlıq dalana dirənib". ELÇİN MUXTAR ELXAN: "ƏSƏRLƏRİMİN HANSISA TOMASIN, CONUN ŞƏXSİ KOLLEKSİYASINDA SAXLANMASINI QƏBUL EDƏ BİLMİRƏM". Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib, təsviri sənətin kitab qrafikası, rəngkarlıq, teatr tərtibatı və miniatür rəssamlıq sahələrində... | ANL |
Şairi sakitcə məhvetmə növbəsində dayananlar sonda var gücləriylə əfv növbəsinə qaçırlar. Arseni Aleksandrovic Tarkovski 1907-ci ilin iyununda indiki Ukraynanın Yelizavetpol şəhərində doğulmuşdur. Uşaq vaxtı o atasıyla tanınmış rus şairləri Severyaninin, Balmontun, Soloqubun poeziya gecələrinə gedir. Onlar Tarkovskiyə ... | ANL |
Ceyn Fonda bu filmdə baş rolu oynayırdı. Qısa məzmununu xatırladım - 30-cu illərin Amerikası - Böyük Depressiyanın yıxıb-dağıdan vaxtıdı. Aclıq çəkən, iş tapa bilməyən bir qrup adam rəqs marafonuna qatılır. Bu yarışma elə-belə yarışma deyil, gecə-gündüz meydançada olub rəqs eləməlisən. Arada bir neçə dəqiqə fasilə veri... | ANL |
Onun haqqında danışmaq məqamı gəldi". Heç vaxt yalqız olmayan, tənhalığını özüylə daşıyan adamın ekran portreti ilə bağlı mülahizələr. "Yeganə müəllif Allahdı! Bu kitabın oxucularından olan - özünü, sənətini, obrazını yaratmış, polifonik istedada malik şəxslərdən biri də yazıçı Anardı. Bu obraz zamandan, səbrdən, dözüm... | ANL |
TÜRK ORDUSUNUN ÇANAQQALA ZƏFƏRİNİN 94 İLLİYİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ QEYD OLUNUB. Dünən Bakı Slavyan Universitetində (BSU) Çanaqqala zəfərinin 94-cü ildönümünə həsr olunan "Bir savaş, bir zəfər, bir dastan" adlı tədbir təşkil edilib. BSU-nun tələbələri Can Mustafa Sunku və Günay Mədətovanın aparıcılığı ilə keçiril... | ANL |
Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək "Eurovision-2009" mahnı müsabiqəsində iştirak edəcək 43 ölkə artıq təmsilçisinin və mahnıların adı açıqlanıb. APA həmin ölkələrin təmsilçilərinin və mahnılarının siyahısını təqdim edir. Mayın 12-də keçiriləcək birinci yarımfinalda Bosniya və Hersoqovina, İsveç, İs... | ANL |
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iki cildlik kitab keçən ilin oktyabr ayında ictimaiyyətə təqdim olunub. Respublika daxilindən, eləcə də xaricdəki təşkilatlardan, kitabxanalardan gələn müraciətlər nəzərə alınaraq, kitabın elektron versiyası hazırlanıb. Elektron kitab gözdən keçirilərkən Üzeyir Hacı... | ANL |
Əsas məqsədi dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsini təşkil etmək olan "Novruz-2009" Gənclərin Beynəlxalq Festivalı Gənclər və İdman Nazirliyi ilə "Avropa Tələbələr Forumu - Bakı" İctimai Birliyinin təşkilatçılığı sayəsi... | ANL |
"Novruz - Bahar bayramı" müsabiqə-sərgisinin qalibləri mükafatlandırılıb. Ötən gün Muzey Mərkəzinin İncəsənət Qalereyasında uşaq, yeniyetmə və gənclərin rəsmlərindən, əl işlərindən ibarət "Novruz. Bahar bayramı" adlı müsabiqə-sərginin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqə... | ANL |
"Literarus" jurnalı Məmməd İsmayıl poeziyasına geniş yer verib. Son illərdə Türkiyədə yaşayan və işləyən şair Məmməd İsmayılın yaradıcılığı ilə bağlı materiallara dünya mətbuatının səhifələrində mütəmadi yer verilir. Ötən il şair dünyanın bir çox ölkəsində olub, sənət adamları ilə görüşüb, Finlandiya və Fransada keçiri... | ANL |
"Ənənəvi islam memarlığı" mövzulu festival başlayıb. Muzey Mərkəzində "Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009" mədəniyyət ili çərçivəsində tələbə və gənc memarlar üçün "Ənənəvi islam memarlığı" mövzusunda beynəlxalq festivalın açılışı olub. APA-nın məlumatına görə, festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliy... | ANL |
Şairlər şəhərə ölməyə gəlir. Bəlkə də sənin nə mənim bu yazıma ehtiyacın var, nə də sənsiz günlərimdə sənli yaşadığım ağrı-acıya. Çünki sən heç sağlığında da kimdənsə bir qayğı, diqqət ummamışdın. İçin çölündən daha səmimi idi dostlarına, yovuşduqlarına. Mən səninlə, təqribən, 25 il bundan əvvəl, şeirləri qəm şələli əz... | ANL |
Sərgi mövsümü başlayır. Mart ayının 26-dan 29-a kimi Heydər Əliyev adına İdman və Sərgi kompleksində artıq ənənəvi xarakter alan "AutoShow" Avtomobil sərgisi keçiriləcək. Sərginin təşkilatçıları "İteca Caspian" və "İTE Group PLC" şirkətləridir. Sərgiyə Azərbaycan Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisinin Baş İdarəsi və... | ANL |
Bu gün axır çərşənbədir. QLOBAL BÖHRAN, AZƏRBAYCAN VƏ NOVRUZQABAĞI DÜŞÜNCƏLƏR. Azərbaycan Qadın Jurnalistlər Birliyi Novruz bayramı ərəfəsində müxtəlif peşə adamları arasında rəy sorğusu keçirib. Aygün Səmədzadə, bəstəkar: "Mən axır çərşənbədə qulaq falına çıxmağı çox sevirəm". - Sizcə qlobal maliyyə böhranı Azərbaycan... | ANL |
"Xalqının Vəlisi, millətin səsi" kitabı təqdim olundu. Dünən Yazıçılar Birliyində geologiya-minerologiya elmləri namizədi Xalidə Əlizadənin tərtib etdiyi "Xalqının Vəlisi, millətin səsi" kitabının təqdimatı keçirilib. Maarif Teymurun redaktoru olduğu kitabda X.Əlizadənin həyat yoldaşı, ictimai-siyasi xadim, 1991-ci il ... | ANL |
GÖRÜLƏN CİDDİ HAZIRLIQ İŞLƏRİ BEYNƏLXALQ FESTİVALIN YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLƏCƏYİNDƏN XƏBƏR VERİR. Ötən gün Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi" I Beynəlxalq Muğam Festivalı ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda martın 18-25-də Bakıda keçiriləcək festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlx... | ANL |
Şair Ədalət Əsgəroğlu məhkum gənclərlə görüşüb. Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə Müəssisəsində şair Ədalət Əsgəroğlu ilə görüş keçirilib. Görüşü "İctimai Səhiyyə" proqramı təşkil edib. Tədbiri giriş sözü ilə açan proqramın direktoru, tibb elmləri namizədi Leyla İmanova yazıçı və şairlərlə görüşlərin, onlar... | ANL |
Dünən Gənclər və İdman Nazirliyində festivala həsr olunan mətbuat konfransı keçirilib. Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, əsas məqsəd dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsin... | ANL |
Dəyərli qələm sahibi şair, nasir və alim Firuzə Məmmədlinin həyat və yaradıcılığı haqqında mətbuat səhifələrində dərc olunmuş məqalələrdən ibarət "Sənətin Firuzəsi" adlı toplu nəşr edilib. Bəhram Cəfəroğlunun tərtib etdiyi kitabın məsləhətçisi Əzizxan Tanrıverdidir. Tərtibçi "Sənətin Firuzəsi" adlı məqaləsində F.Məmməd... | ANL |
Dayandur Sevginin oxucularla üçüncü görüşü. Bu yaxınlarda "Yazıçı" nəşriyyatında şair Dayandur Sevginin "50-dən o yana yollar yoxuşdu" şeirlər kitabı işıq üzü görüb. Sərvaz Hüseynoğlunun redaktorluğu ilə çap olunan kitaba filologiya elmləri namizədi, tənqidçi Vaqif Yusifli önsöz yazıb. "Əlli yaşın hekayəti" adlı önsözd... | ANL |
Ülviyyət soraqlı poeziya. YAZIÇILAR BİRLİYİNDƏ ŞAİR ZİRƏDDİN QAFARLININ YENİ KİTABININ TƏQDİMATI OLUB. İstedadlı şair Zirəddin Qafarlı ədəbiyyata keçən əsrin 80-ci illərində gəlib və özünün ilk şeirləri ilə Azərbaycan oxucusunun qəlbinə yol tapa bilib. Buna özünün istedadı, Azərbaycan folkloruna, xalq dilinə, el yaddaş... | ANL |
Bitməyən yazıçı ömrü. Azərbaycanın xalq yazıçısı Mehdi Hüseyn yaşadığı dövrdə ədəbiyyatımızın beşiyi başında dayanıb, bütöv bir ədəbi nəslin tərbiyəsində mühüm rol oynayıb. Həmin ədəbi qüvvələr sırasında xalq yazıçıları İsmayıl Şıxlının və İsa Muğannanın adlarını xatırlatmaq kifayətdir ki, Mehdi Hüseynin kimliyini, han... | ANL |
Şəxsiyyət və zaman. Bu iki məfhum bəzən o qədər vəhdətdə olur ki, onları bir-birindən ayırmaq çətinləşir. Şəxsiyyətlər zamanı yaradır, zaman isə öz növbəsində şəxsiyyətləri yetişdirir. Elə şəxsiyyətlər də var ki, onlar zamanın fövqünə ucalmağı bacarırlar. Belə şəxsiyyətlər bəzən zamanında ətrafdakılar tərəfindən qəbul ... | ANL |
Milli təhlükəsizlik orqanlarının 90 illiyi Bakı Dövlət Universitetində qeyd olunub. Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları, Milli Məclisin deputatları, ali... | ANL |
Azərbaycan muğamı yeni inkişaf mərhələsindədir. Məhz Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində gənclərdə milli musiqiyə maraq artmaqdadır. Dünən ölkəmizdə keçiriləcək “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşacaq Beynəlxalq Elmi Simpoziuma dair mətbuat konfransı keçirilib. Konfransı təhs... | ANL |
Rusiyanın paytaxtı Moskvadakı Mərkəzi Ədiblər Evində "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin 20 illik yubileyilə bağlı mərasim keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbirdə çıxış edən Cəmiyyət sədri, Ümumrusiya Azərbaycanlıları Konqresi rəyasət heyətinin üzvü, professor Tofiq M... | ANL |
O, hər azərbaycanlıya nümunə ola biləcək keşməkeşli həyat yolu keçib. Biz də bu böyük ömrün bəzi maraqlarını oxucularımızın diqqətinə çatdırırıq. Müharibənin odu-alovu gənc Abbas Mazanovun arzularını qarsalasa da, tamam yandırıb külə döndərə bilmədi. Oxumaq, təhsilini davam etdirmək istəyi onu bir an da rahat buraxmırd... | ANL |
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASINDAKI "ŞÖHRƏT" MUZEYİ ÜMUMMİLLİ LİDERİN ÖMÜR YOLUNU NÜMAYİŞ ETDİRİR. Milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin tərəqqi yolunu əks etdirən, tariximizi, abidələrimizi, irsimizi, adət-ənənələrimizi, nadir sənət incilərimizi gələcək nəsillərə çatdırmaqda ə... | ANL |
Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb. Xəyalımda Bəxtiyar Vahabzadənin yalanlardan həqiqət səmtinə qaçan bir rəsmi var. İlk gəncliyimdən onun həyatdakı hərəkətlərini daim bu qaçışla tutuşdurmuşam. Düzü, bəzən o, reallıqda xəyalımdakı obrazından geri qalırdı da. Lakin hər halda, bu rəsm uydurulmamış, özl... | ANL |
Sönməyən çırağın işığında. BÖYÜK USTAD AŞIQ ƏMRAHIN 100 İLLİK YUBİLEYİNDƏN QISA QEYDLƏR. Martın 10-da Tiflis şəhərinin "Rustaveli" teatrında görkəmli ustad sənətkar Aşıq Əmrah Gülməmmədovun 100 illik yubileyi təntənəli surətdə qeyd olundu. Yubiley mərasimində iştirak etmək üçün Azərbaycanın bir qrup ziyalıları ilə birl... | ANL |
Dünyanın Ən Varlı Şəhərinin savaş mistikası. Əgər Aqil Abbasın "Dolu" romanını oxumamısınıza, başınızı sındırmayın, belə bir adam yadınıza çətin düşə! İşdir-şayətdir, "Dolu" gözünüzü doldurmayıbsa, boğazınızı qəhərləndirməyib, ürəyinizi kövrəltməyibsə, demək, yenə də Vanyanı tanımırsınız. Vanyanı tanımaq üçün bir az qa... | ANL |
"Xəzər" jurnalının yeni sayı çapdan çıxıb. Azərbaycan Tərcümə Mərkəzinin nəşri olan dünya ədəbiyyatı jurnalı "Xəzər"in yeni sayı işıq üzü görüb. Jurnalda fransız şairi Şarl Bodlerdən şeirlər, Moris Meterlinkin Nobel nitqi və pyesləri yer alıb. Oxucular dərginin bu sayında "Ədəbi korifeylər" rubrikasında Arseni Tarkovsk... | ANL |
Naxçıvan Dövlət Universitetinin elazığlılara Novruz ərməğanı. Əsrlərin o tayından süzülüb gələn Novruz bayramı milli varlığımızın təcəssümü, təbiətə və yaranışa vurğunluq, həyatsevərlik, oyanış, dirçəliş, birlik və bərabərlik rəmzidir. Qədimliyi qədər də gözəl olan Novruz adət-ənənələrini sevə-sevə yaşadan Naxçıvan Döv... | ANL |
Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib. Buxarestdə "Librarium Haenmuş" nəşriyyatında nəşr olunan kitabı alban dilinə Kopi Kiçik tərcümə edib. Tərcüməçi kitaba alban oxucularının Anarın tərcümeyi-halı və yaradıcılığı ilə tanış edən müqəddimə də yazıb. | ANL |
Azərbaycan nəşrləri Macarıstanda nümayiş etdirilib. Macarıstan Respublikasında "Azərbaycan Kitabı Ayı" keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir fevral-mart aylarında baş tutub. Azərbaycan haqqında məlumatların yayılması, respublikamızın Avropa ölkələrində dah... | ANL |
Lənkəranda muzey əməkdaşları üçün zona seminarı keçirilib. Cənub bölgəsi rayonlarının muzeylərində çalışan bərpaçı-rəssamlar və fond mühafizəçiləri üçün Lənkəranda zona seminarı təşkil olunub. APA-nın cənub bürosunun məlumatına görə, respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən tədbirdə mu... | ANL |
Azərbaycanda xüsusi xidmət orqanlarının yaradılmasının 90 ili tamam olub. Martın 28-də Azərbaycanda xüsusi xidmət orqanlarının yaradılmasının 90 ili tamam olub. Qeyd edək ki, 1919-cu il, martın 28-də Azərbaycan Demoktarik Cümhuriyyətinin Hərbi Nazirliyinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Sonrad... | ANL |
Gənc diplomatlar Qubadakı soyqırım məzarlığını ziyarət ediblər. Azərbaycan Diplomatik Akademiyasının tələbələri və Xarici İşlər Nazirliyində çalışan gənc diplomatlar erməni vəhşiliyinə dair real faktlarla əyani tanışlıq məqsədilə martın 28-də Qubadakı kütləvi məzarlığı ziyarət ediblər. Akademiyadan verilən məlumata gör... | ANL |
Dünyanın ən yaşlı sakinlərindən biri İsmayıllıda yaşayır. Dünyanın ən uzunömürlü insanlarından biri İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır. Həyat yoldaşı 1942-ci ildə II Dünya müharibəsində həlak olan Nübar Həsənova övladlarını çox çətinliklə böyüdüb boya-başa çatdırıb. Nübar nənənin maraqlı xatirələri var. Ermə... | ANL |
Ombudsman 31 mart soyqırımı günü ilə bağlı bəyanat verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat verib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilib ki, ermənilərin azərb... | ANL |
Ankarada azərbaycanlı şairənin kitabının təqdimatı olub. Avrasiya Yazarlar Birliyi və Türkiyənin Milli Kitabxanasının birgə təşkilatçılığı ilə şairə Xəzangül Hüseynovanın "Bitməyən xəzan" adlı kitabının Ankarada təqdimat mərasimi keçirilib. Ankaranın Bengü nəşriyyatında nəfis şəkildə nəşr edilmiş kitabın redaktoru Ciha... | ANL |
Alim şəxsiyyətinin fəlsəfi ucalığı. GÖRKƏMLİ FİLOSOF MEHBALI QASIMOVU XATIRLAYARKƏN... Qədim Naxçıvan torpağı yetirdiyi böyük simalardan biri də görkəmli elm xadimi, fəlsəfə elmləri doktoru, professor Mehbalı Qasımov olub. İlk təhsilini Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda alan gələcəyin filosofu 1932-ci ildə Moskva ... | ANL |
Azərbaycanda "Gürcü kitabı günləri" keçirilib. "525 KİTAB" SERİYASINDAN ŞOTA İATAŞVİLİNİN AZƏRBAYCAN DİLİNDƏ ŞEİRLƏR TOPLUSU TƏQDİM EDİLİB. Martın 29-da Müasir İncəsənət Mərkəzində "Maravalsakhovani Qvekana" ("Çoxisimli ölkə") jurnalının və "Qafqaz evi"nin baş redaktoru, tanınmış gürcü şairi Şota İataşvilinin Azərbayca... | ANL |
Böyük sözün övladı. Çingiz Aytmatov vəfat edəndə mən Türk Dünyasının çəkisinin, boyunun azaldığını fiziki hiss etdim. Bu yaxınlarda Bişkekdə idim. Çingizin qəbrini ziyarət etdim -bacısı oğlu ilə birlikdə. Bu ziyarət mənə qürur verdi. Mən Çingiz Aytmatovun şərəfli yaradıcılığı önündə başımı həmişə dik tutmuşdum və başım... | ANL |
Noyabrın 2-də əfsanəvi kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin vəfatının 65 illiyi ilə əlaqədar qəhrəmanın xatirəsi anılıb. Tədbirdə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar, Respublika Müharibə Veteranları Şurasının rəhbəri Əlövsət Baxışov, “Vətənpərvər” ictimai təşkilatının nümayəndələri, M... | ANL |
Azərbaycanda Milli Kitab Mükafatı təsis olunub. “İNANIRIQ Kİ, BU MÜKAFAT YENİ ƏDƏBİ İMZALARIN, İSTEDADLI MÜƏLLİFLƏRİN MEYDANA ÇIXMASINA TƏKAN VERƏCƏK”. Ötən gün M.F.Axundov adına Milli Kitabxanada müasir Azərbaycan ədəbiyyatının inkişafı naminə Milli Kitab Mükafatının (MKM) təsis olunması ilə bağlı mərasim keçirilib. M... | ANL |
Naxçıvanlı alimlər Boluda keçirilən elmi simpoziumda iştirak ediblər. Türkiyənin Bolu şəhərində Abant İzzət Baysal Universitetinin, AMEA Folklor İnstitutunun və Özbəkistan Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Koroğlu, Bolu Tarixi və Mədəniyyəti” adlı beynəlxalq simpoziuma AMEA ... | ANL |
(Əvvəli ötən saylarımızda). Bu gün Misirdə söz azadlığı tam təmin olunmasa da, ölkədə mətbuatın inkişafı üçün bir çox addımlar atılıb. Hətta bir çox məsələlərdə, həm təhqirə görə həbsə alınmamaq, həm jurnalistlərin sosial hüquqlarının müəyyən qədər təmini baxımından Misir bizdən daha öndədir. QƏDİM VƏ MÜASİR MİSİR MƏTB... | ANL |
DOKTOR MÜRSƏL QARAYEVƏ İTHAF. Xaqani və Bülbül küçələrinin kəsişməsində dayanıb taksi axtarıram. Yaxınlaşıram. Gedəcəyim yeri deyib, neçəyə aparacağını soruşuram. Deyir ki, ürəyin neçəyə istəyir, o qiymətə də gedəcəyik. Dinməzcə oturub gedirik. Yolboyu sussaq da, Azneft meydanına çatıb işıqforda dayananda, deyir ki, dü... | ANL |
(Əvvəli ötən saylarımızda). Misirlə bağlı yazılarıma bu sərlöhvəni seçməyim təsadüfi deyil. Səmimi etiraf edim ki, Misirdə olmazdan əvvəl bir-birimizə bu qədər uzaq olduğumuzu güman etmirdim. Uzaqlıq yalnız məsafə ilə ölçülsəydi nə vardı ki... Baxmayaraq ki, hər ikimiz şərqliyik, eyni dinə, ortaq dəyərlərə mənsubuq, bu... | ANL |
Nizami Cəfərovun ədəbiyyat baxışları. BEŞCİLDLİYİN 2-ci CİLDİNİ OXUYARKƏN. Mən Nizami Cəfərovdan çox yazmışam, əsərlərindən yazmışam, ədəbiyyat konsepsiyasından yazmışam, ayrı-ayrı kitablarını reklam eləmişəm, portretini cızmağa çalışmışam; olub ki, filoloq-həmkarım, həmməsləkim, gənclik opponentimdən qısqanclıqla bəhs... | ANL |
Salatın Əhmədlinin yaradıcılıq gecəsi keçirilib. Yazıçı-publisist Salatın Əhmədlinin yaradıcılıq gecəsi olub. Gecədə iştirak edən professor Rüstəm Kamal, “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri, şairə Fəridə Ləman, Firdovsi Heydərli Salatın Əhmədlinin yaradıcılığından, insani keyfiyyətlərindən söz açıblar. M... | ANL |
Zərəngiz Dəmirçi “Qayalı”ya imza atıb. Ötən gün Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasında şairə Zərəngiz Dəmirçinin “Qayalı” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli Z.Dəmirçinin yaradıcılığından danışıb, onun istedadlar yetirə... | ANL |
Bu günlərdə “Ulduz” jurnalının növbəti sayı işıq üzü görüb. Dərgi Şaiq Vəlinin şeirlərilə açılır. Jurnalın bu sayında poeziyasevərlərə Qəşəm Nəcəfzadə, Xuraman Hüseynzadə, Ayişə Nəbili, Oqtay Rza, Saday Şəkərli, Fəxrəddin Meydanlı, vusal Nazimoğlu, Xalid Mahmud, Nazilə Gültac, Nazir Rüstəm və Həsrətin şeirləri də təqdi... | ANL |
“Azərbaycan-Hindistan əlaqələri” təqdim olunub. “Hindistan Evi”ndə əməkdar mədəniyyət işçisi, jurnalist Afət Sadıqoğlunun “Azərbaycan-Hindistan əlaqələri” kitabının təqdimatı keçirilib. Hindistanın Azərbaycandakı səfiri Debnad Şou Azərbaycan-Hindistan əlaqələrinin tarixindən, müasir dövrdə dövlətlərarası diplomatik mün... | ANL |
Azərbaycanlı rəssamlar Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçiliblər. Rəssamlar İttifaqının katibi Salhab Məmmədov və əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. İ... | ANL |
“Arşın mal alan” Qazaxıstanda tamaşaya qoyulub. Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Qazaxıstanın paytaxtı Almatı şəhərindəki Kujamyarov adına Uyğur Dövlət Musiqili Komediya Teatrında səhnələşdirib. Uyğur Dövlət Musiqili Komediya Teatrının rejissoru Yalkunjan Şamiyev APA-nın Qazaxıstandakı müxbirinə... | ANL |
“Əbdürrəhman Cami əlyazmaları” işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu filologiya elmləri doktoru Cənnət Nağıyevanın “Əbdürrəhman Cami əlyazmaları” kataloqunun birinci cildini nəşr etdirib. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, XV əsrdə yaşa... | ANL |
“Muğam Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusu müzakirə edilib. Noyabrın 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri keçirilib. Tədbir maestro Niyazinin ev-muzeyində baş tutub. “Muğam Azərbaycan bəstəkarlarının yaradıcılığın... | ANL |
Rəşid Behbudov adına Mahnı Teatrında şair-publisist Mirkazım Seyidovun “Aydınlığın gül nişanı” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitab görkəmli şərqşünas, Azərbaycanda ərəb filologiyası üzrə ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın xatirəsinə həsr olunub. 12 fəsildən ibarət, rus və ingilis dil... | ANL |
“Aran” Ədəbi Birliyinin ilk məşğələsi olub. Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Ədəbiyyat Müzeyinin Kürdəmir rayonunda fəaliyyət göstərən Aran Regional şöbəsində yeni yaradılmış “Aran” Ədəbi Birliyinin ilk məşğələsi keçirilib. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, regional şöbəni... | ANL |
Dosta demədiyim söz. Amma mən onu yaxşı günlərdə tanımışam. Sizlər, nə yaxşı ki, onu mənim qədər dərindən tanımırsınız. Tanısaydınız, yəqin xətrini mənim tək çox istəyərdiniz. İnsanları çox istəmək, məncə, yaxşı əlamət deyil. Çünki onda ayrılıq çəkic zərbəsi kimi olur. Xasiyyətimiz yaxşı tutur. Çünki Allah “dərd kartla... | ANL |
Şair təfəkkürünün qızıl açarı. Ustadlıq titulunu cəmiyyətdən gənc vaxtlarından qazanmış Zəlimxan Yaqub özünün hələlik son poemasını – “Peyğəmbər”i ömrünün mənən ustadlıq çağına, yaşının altmışına qədəm qoyduğu bir vaxtda cəmiyyətə təqdim etdi. Azərbaycan ədəbiyyatında Məhəmməd Peyğəmbər haqqında yazılmış əsərlər çoxdur... | ANL |
Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının Musiqili Komediya teatrı səhnəsindəki tamaşasına dair qeydlər. Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan musiqisinin intibahı olduğu kimi, aşıb-daşan optimizm, coşqun gənclik sevgisiylə aşılanmış “Arşın mal alan” operettası da onun dahiyanə irsinin zirvələrindəndir. Bu... | ANL |
Səslərin rəngini duyduran radio. 6 noyabr Azərbaycan televiziya və radiosu günüdür. Tələbə idik, iki kursu arxada qoymuşduq, artıq yazmaq-pozmaq bilirdik. Hətta bir neçə qəzetdə babat yazılarım da çıxmışdı. Hər dəfə qəzet səhifəsində məqaləsini görən bütün tələbələr kimi, mən də yazılarım dərc olunanda əməlli-başlı sev... | ANL |
Göylər buludların dolan yeridir, Buludlar göylərin boşalan yeri... Ah, bu görüş yerləri. Hayıf o sevgilərdən, Çevrildi yaddaşlara. Süsən-sünbüllər kimi, Təzə qılçıqlayırdıq. Nəsə pıçıldayırdıq. Keçir vaxt üstümüzdən. İçildi eşqin meyi, Dadı damaqda qaldı. Eşq yolunun geriyə, Dönən yolçusu yoxdur. Bulud deyil yeriyə, Şi... | ANL |
Möhtəşəm tıxac. Bu ilin yazında bitirdiyim “Möhtəşəm tıxac” adlı romanımda Azərbaycan cəmiyyətindəki çağdaş ictimai ovqatın psixoloji, əxlaqi və mənəvi köklərini araşdırmağa çalışmışam. Əsərdə təsvir edilən hadisələrin konkret məkanı yoxdur. Mənəvi mutantların hər şeyə hakim olduğu bu – ünvansız, coğrafiyasız – şərti m... | ANL |
Oralarda kimlər var: İRADƏ TUNCAY. Xanım əfəndilərin yaşı soruşulmaz.Nədən bilmirəm? Kim və nə vaxt bu sorunu qeyri-təvazökar sayıb bunu da bilmirəm.Amma bu xanım əfəndi bir telefon söhbətimizdə şappadan dedi: bax ha, mənim də filan yaşım tamam olacaq noyabr ayının 8-də.Nə deyə bilərdim.Sözgəlişi dedi və çox sevdiyim,s... | ANL |
İradə. Elə bilirdim onun haqda yazmaq asan olacaq. Onunla elə bir vaxtda işbirliyinə başladıq ki, əgər yazılarıma ağız büzsəydi, hansınasa mız qoysaydı, kiçik bir ehtiyatsızlıqla yanaşsaydı, tamamilə sınardım. Əlim hər şeydən üzülmüşdü çünki... Nə yazım, necə yazım ki, onu düşündüyümdə anladığım, hiss elədiyim hər şey ... | ANL |
“Azərbaycan ürəyimdə bir şah damardır”. Axşamdan bəri dayanmadan yağış yağır, hər yer yamyaşdı. Qarşıdan gələn maşınların faralarından püskürən işıq yağış damlaları ilə birlikdə sanki havada rəqs edir. Hamı sakit və yuxuludur. Anar bəy səssizcə qabaqda oturub, xəyallara dalıb, bəlkə də yatır. Avropanın böyük şəhərlərin... | ANL |
Açılmayan süfrənin qonağı. Əsgəran-Xocalı yolundan sağa, Şimal-Qərbə üz tutub Kolatağ və Dovşanlı kəndlərinin yaxınlığından ötüb, Saraysuyu və Xaçın çaylarını keçib Vəngdə Qanzasar alban kilsəsinə baş çəkməyi Dağlıq Qarabağa gedən çexiyalı jurnalist dostuma tövsiyə edəndə onun bu çətin yolu qət edəcəyinə və hətta “Boz ... | ANL |
Ankarada Anarın yeni kitabının təqdimatı olub. Türkiyənin “Bənqu” nəşriyyatı xalq yazıçısı Anarın “Kerem gibi” (Nazım Hikmətin həyatı və sənəti haqqında düşüncələr) kitabını çap edib. Qalan səhifələrdə Nazım Hikmətin indiyəcən Türkiyədə çap olunmamış məqalələri verilib. Bu yazılar sırasında böyük şairin Əkbər Babayevlə... | ANL |
Vaqif Bayatlı Ödər haqqında kitab nəşr olunub. Bugünlərdə “Elm və Təhsil” nəşriyyatında Mübariz Məsimoğlunun şair Vaqif Bayatlı Odərin həyatı, yaradıcılığı, şəxsiyyəti, fəlsəfi fikir sisteminə aid kitabı işıq üzü görüb. Professor Nizami Cəfərovun elmi redaktorluğu ilə çap olunan “Vaqif Bayatlı Odər” adlı kitabda şairin... | ANL |
“Şərq filologiyası məsələləri”nin yeni sayı çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” toplusunun 4-cü buraxılışı işıq üzü görüb. AMEA-dan verilən məlumata görə, topluda ərəb, fars və türk filologiyasının aktual məsələlərinə dair məqalələr öz əksini tapıb.... | ANL |
Ötən gün Yazıçılar Birliyində (AYB) şair-dramaturq, əməkdar incəsənət xadimi Hüseyn Razinin 85 illik yubileyilə bağlı mərasim keçirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun məlumatına görə, tədbiri giriş sözü ilə açan xalq şairi Fikrət Qoca H.Razinin həyat və yaradıcılığından danışıb. Mərasimdə çıxış... | ANL |
“Karıxmış Sultan” Sumqayıt Teatrında. Sumqayıtdakı H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrı yeni 41-ci mövsümü ərəb yazıçısı Tevfiq əl-Hakiminin “Karıxmış Sultan” pyesinin premyerası ilə açıb. Teatrdan verilən məlumata görə, Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev və Misir Ərəb Respublikasının Azərbayca... | ANL |
Oxuya bilmədiyim kitab və Sabir Rüstəmxanlı sehri. Hər axşam bilgisayardan yorulub televizor önünə keçəndə mütləq yanımda bir kitabım da olur. Bir qayda olaraq maraqsız və bəzən də cansıxıcı verilişlər zamanı bunu fürsət bilib yanımda tutduğum kitabı oxuyur, yaxud da sadəcə vərəqləyirəm. Bu, mənim uşaqlıqdan vərdiş elə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.