text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Yuxusuna da söz girən dilçi. ...Biz əzəldən-axıracan bu dünyanı adamla tanıyırıq. Bu dünyanın ən böyük hadisəsi adamdır. Bizi dünyaya bağlayan, hər köks ötürəndə ondan qopmağa qoymayan adam. İli, günü, ayı da adamların sayəsində “mənimsəyir”, yadımızda saxlayırıq. Avqust mənim üçün Kamil müəllimin ayıdır. Uzun müddət o... | ANL |
Bir dəstə qızılgül. Aydınlıq üçün deyim ki, biz – İsmayıllının Göyçaya yaxın olan Mollaisaqlı və Hacıhətəmli kəndlərinin camaatı bazarlığa Göyçay rayon mərkəzinə gedərdik. Hər dikdirə dirənəndə ağır “ZİL”in sürəti yavaşıyırdı və hamı çala-çökək torpaq yoldan qalxan qalın toz dumanına bürünürdi. Düzü, bu toz-duman heç k... | ANL |
Siyasiləşdirilən, saxtalaşdırılan din. Məndən tez-tez soruşurlar, dinin siyasətlə əlaqəsinə necə baxırsınız, dini partiyaların, qrupların yaranması, fəaliyyəti, dindən siyasi məqsədlərlə istifadə ilahi deyimlərə nə dərəcədə uyğundur, filan-filan müsəlman ölkələri niyə filan-filan siyasətləri yürüdür və s. və i. Bu qəbi... | ANL |
Sevrdən Sürixədək gələn yol. (Əvvəli ötən şənbə saylarımızda). Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur. Vətəndaş müharibəsi məmləkəti tar-mar eləmişdi. Qərb də həmişəki ikili oyun siyasəti ilə həm Leninə, həm də ağqvardiyaçılara kömək... | ANL |
Şair xalqın xalqsız şairləri. Hamı qaçıb gizlənəndə. Sınıq pəncərələrə tutulmuş. Şairlərə gəlir dünyanın soyuğu. Vaqif Bayatlı Odər. (Əvvəli ötən şənbə saylarımızda). Dədəmiz Qorqudun qopduğu Bayat! Aşıq Vəlinin (Füzulinin babası, qəbri də həmin kənddədi), Füzulinin, Bayat Abbasın, Pənah xanın, İbrahim xanın, Mehralı x... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Azərbaycanın təhsil sistemində 10 ildən artıq bir müddətdə davamlı və məqsədyönlü şəkildə aparılan islahatlar dövlət müstəqilliyinin mühüm əlamətlərindən biridir. Müstəqillik yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök ... | ANL |
Kədərli ildönümü, yaxud Parisdə dəfn. Qurucularından biri olduğu müstəqil Azərbaycanda o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də Azərbaycan dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, sonra isə Parisə yollanmış, dünyanın yeni siyasi xəritəsini cızan Ver... | ANL |
Köhnə Azərbaycanda köhnə azərbaycanlının “Vaxt”ı. Şənbə günü “Divani-Hikmət“ mədəni məclisində yazıçı, ssenarist, rejissor Orxan Fikrətoğlunun hekayə, povest və kinossenarilərdən ibarət “Vaxt” kitabının təqdimetmə mərasimi keçirildi. İlk öncə insanda tədbirin keçirildiyi məkan maraq doğururdu. “Divani-Hikmət” mədəni mə... | ANL |
Tofiq Abdinlə saatyarımlıq görüş: poeziyadan məişətədək. Ötən şənbə Gənc Ədiblər Məktəbinin növbəti toplantısı oldu. Tanınmış şair-publisist Tofiq Abdinlə mövzu dairəsi poeziyadan məişətədək uzanan saatyarımlıq söhbətimizdə bəzi şeylər öyrəndik. Baxmayaraq ki, Tofiq Abdin hədsiz təvazökarlıq edərək “Hər biriniz mənim s... | ANL |
Noyabrın 7-də M.F.Axundov adına Milli Kitabxanada “Gənc ədiblər məktəbi”nin növbəti toplantısı keçirildi. Məktəbin budəfəki qonağı şair-publisist Tofiq Abdin idi. Görüş saatyarım çəkəcəkdi. Toplantı keçirilən məkanda bütün yerlər tutulmuşdu, hətta əlavə oturacaqlar da gətirilmişdi. Tədbirə bir neçə dəqiqə gecikmişdim. ... | ANL |
Böyük xalq, böyük sevgi və Rəsul Velilyayev. Bugünkü Kırımtatar ictimai, siyasi, mədəni mühiti özünün inkişafının yeni mərhələsini yaşayır. Bir növ intibah dövrünü keçirir. Bütün istiqamətlərdə canlanma ilə nəzərə çarpır. Bunun isə köklü səbəbləri var. Ən başlıcası belə bir inkişafın səbəbi genetik yaddaşla bağlıdır. Ç... | ANL |
Azərbaycan şairləri İrandakı şeir müsabiqəsinin qalibi olublar. Oktyabr 25-də İran İslam Respublikasında İmam Rzanın mövludu münasibətilə təşkil olunmuş 4-cü Rəzəvi Şeir Konfransı və müsabiqəsi keçirilib. Tədbirə ölkəmizdən Hacı Ələmdar Mahirin rəhbərliyi altında Ələmdar Mahir, Kamil Sərvəndi, Elnarə Şəms, Dadaş, Xatir... | ANL |
Şəcərəni tarixə çevirən kitab. Zatən keçmiş tapdanırsa, gələcək dünəndən ayaqlar altında qalıb əzilir. Keçmişi qorumaq insanlığın borcudur. Hər kəs ona aid olan nəslin böyüyünü kiçiyini, bu böyüyün, kiçiyin kimliyini, necəliyini dərindən öyrənsə, gələcək həmişə beləsinin əlindən tutacaq. Nədənsə yapışmasan, mütləq yıxı... | ANL |
Mədəniyyət və İncəsənət Universitetində Ayaz Vəfalı ilə görüş olub. Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Ədəbiyyat qəzeti”nin baş redaktoru, əməkdar incəsənət xadimi, şair, Ayaz Vəfalı ilə sənətşünaslıq fakültəsi tələbələrinin görüşü keçirilib. ADMİU-dan verilən məlumata görə, yazıçı-dramaturq, unive... | ANL |
Azərbaycan Kinematoqrafçılar İttifaqında Professional Kinoaktyorlar Gildiyasının yeni saytının təqdimatı keçirilib. Bu barədə Gildiyanın rəhbəri Həmidə Ömərova məlumat verib. Onun sözlərinə görə, www.aktyor.az internet saytı Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə yar... | ANL |
Tiflis tamaşaçısı Əli Əmirlinin “Köhnə ev”inə baxıb. TANINMIŞ YAZIÇI-DRAMATURQUN ƏSƏRİ GÜRCÜSTANDA AZƏRBAYCAN DİLİNDƏ SƏHNƏYƏ QOYULUB. Gürcüstan paytaxtında teatr tamaşasının finalında alqışlar bu dəfə Azərbaycan tamaşası üçün səslənib. Əli Əmirlinin “Köhnə ev” pyesi Tiflisin A.Xoreva adına Aktyorlar Evində səhnəyə qoy... | ANL |
“İslamda mədəniyyət və gözəllik amili” Bakıda müzakirə edilib. Noyabrın 9-da “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “İslamda mədəniyyət və gözəllik amili” mövzusunda beynəlxalq elmi-praktiki konfrans açılıb. ... | ANL |
“Qorxulu nağıllar” – uşaqlar üçün tərbiyə və mənəvi zənginlik mənbəyi. Öz dövrü üçün müasir mövzuda yazılmış və oxucuların böyük marağına səbəb olmuş məşhur “Qorxulu nağıllar” uşaq jurnallarının ən nümunəvi nəsr əsərlərindən idi. “Məktəb” ilk nömrəsindən başlayaraq oxucuların rəğbətini qazandı. Görkəmli yazıçı və maari... | ANL |
Azərbaycan bəstəkarlar ittifaqının keçdiyi yol. Bu günlərdə Azərbaycan musiqi mədəniyyəti xadimləri, bəstəkarlar və musiqişünaslar əlamətdar bir tarixi hadisəni qeyd edir: Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75 illiyi (1934-2009) tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərənca... | ANL |
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlim keçirilib. “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində növbəti təlimlər Ağdaş və Bərdədə gerçəkləşib. “İrəli” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadə “525”ə bildirib ki, təlimlər nəticəsində hər bir rayonda birinci ... | ANL |
“Azərbaycan – Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda konfrans olub. Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” silsiləsindən 4-cü beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, Azərbaycan Mi... | ANL |
Yazıçılar Birliyində Oqtay Rzanın 75 yaşı qeyd olunub. Ötən gün Yazıçılar Birliyində (AYB) dəyərli şair Oqtay Rzanın 75 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin katibi Arif Əmrahoğlu O.Rzanın həmişə insanlara müsbət enerji bəxş eləməyindən danışıb: “Oqtay Rzanın gözü kədərli olsa... | ANL |
“Cavid ömrü” Bakı Slavyan Universitetində nümayiş etdirilib. Dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin həyat yolu və yaradıcılığından bəhs edən “Cavid ömrü” filmi Bakı Slavyan Universitetində (BSU) nümayiş olunub. Filmin yaradıcı heyəti ilə görüş keçirilib. Görüşü universitetin nəzdində fəaliyyət göstərən Humanita... | ANL |
Bədii qiraət müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrda Lənkəran şəhərində keçirilmiş Cəfər Cabbarlının 110 illiyilə bağlı “Deyilən söz yadigardır” IV Respublika bədii qiraət müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edib. Mədəniyyət və Turizm Nazirliyin... | ANL |
Quran simvolizmi və klassik Şərq poeziyasında Gözəlin vəsfi. İrfani şeirin mühüm istiqamətlərindən birini Gözəlin vəsfi təşkil edir. İlahi eşqi tərənnüm edən aşiq-ariflər Uca Varlığın vəsfi zamanı vəhdəti-vücuda müvafiq ilahi təcəllini özündə əks etdirən insanı, xüsusilə gözəl qadını təsvir və tərənnüm ediblər. Bəzən b... | ANL |
Bəli, şair dostları, həmyaşıdları belə xatırlayırlar İbrahim Göyçaylını. Onun əsərlərinə bələd olanlar bilir ki, şeirləri yığcam, dili aydın, sadə və mənalıdır. Amma mən bu haqda o qədər də geniş danışmayacam, çünki zaman-zaman böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər və jurnalistlər mənim ağlıma belə g... | ANL |
Azərbaycan Tarixi Muzeyində muzey eksponatlarının sərgisi açılıb. Milli Azərbaycan Tarixi Muzeyində muzey eksponatlarından ibarət sərgi açılıb. Muzeydən APA-ya verilən məlumata görə, sərgidə Bakı xanlığının bayrağı, Bakı qalasının açarı, Azərbaycanda və müxtəlif xarici ölkələrdə kəsilmiş qızıl, gümüş, mis və kağız pull... | ANL |
“Min bir gecə” nağılları haqqında yeni kitab nəşr olunub. AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Lalə Bayramovanın “”Min bir gecə” ümumşərq ədəbiyyatının mədəni-tarixi abidəsi kimi” adlı yeni kitabı işıq üzü görüb. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, “Min bir gecə” nağıl... | ANL |
“Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi”. Bu günlərdə “Nurlan” nəşriyyatında ədəbiyyatşünas, tənqidçi Qurban Bayramovun “Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi” kitabı işıq üzü görüb. Q.Bayramov növbəti monoqrafik tədqiqatında müasir Azərbaycan... | ANL |
Azərbaycan şairlərinin əsərləri “Drujba narodov”da. “Drujba narodov” jurnalı noyabr nömrəsində Azərbaycan şairlərinin şeirlərinə geniş yer ayırıb. Jurnalın bu sayında Məmməd İsmayılın, Akif Əhmədgilin və Qulu Ağsəsin şeirləri dərc olunub. Məmməd İsmayılın yaxın dostu və tərcüməçisi Mixil Sinelnikov 70 illik yubileyini ... | ANL |
Təsviri sənət üzrə elmi-metodiki seminar keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə növbəti elmi-metodiki seminar keçirib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə,... | ANL |
Məmməd İsmayıl – bizim gənclik dövrümüzün əfsanələşmiş şairi. Bu sözlər əsl sənətkarların yaradıcılıq əzabı haqqındadır. Və bu sözlər Məmməd İsmayıla da aiddir. Necə ki 70 ildə Sözdən söz qoparmaq üçün yola çıxdı, Tovuzun Əsrik-Cırdaxan kəndindən Türkiyənin Çanaqqala şəhərinə qədər. Yazdığı bütün kitabları bir hərfin i... | ANL |
Satirik nəsr tədqiqat işığında. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ədəbi-nəzəri problemlərin, ədəbi-bədii irsin yeni metodoloji tələblər prizmasından tədqiqi zərurəti yaranıb. Müasir mərhələdə xüsusən XIX-XX əsrlər satirik ədəbiyyatımızın ideya-bədii xüsusiyyətlərinin ədəbi prosesdəki yeniləşmə, ədəbiyyatşünaslığı... | ANL |
Eşqin qanadları. Fridrix Nitşe “Uçurumları sevənin qanadları olmalıdır” deyib. Məncə dünyada şairlər də qartallar kimi uçurumları sevirlər və duyğu adamı, eşq adamı olduqları üçün hər zaman könülləri ilə uçurumların kənarında uçurlar. Təbii ki, şairlər bu təhlükəli işə girişərkən şeirləri ilə eşqin atəşini, yanğısını, ... | ANL |
Planetin nəbzi döyünən sərgi. Sentyabrın 21 –də Parisdə “Mədəniyyətlərin dialoqu” II beynəlxalq foto biennalın açılışı oldu. Noyabrın axırlarınadək davam edəcək bu biennalda geniş tədbirlər proqramının həyata keçirilməsi nəzərdə tutulub. Luvr muzeyinin klassik portret əsərləri ilə yanaşı fotoqrafiya sənətinin portret j... | ANL |
Haqsızlıq sərt yalquzaq;. Yapışıb budaq-budaq. Yırğalaram göyü mən! Taxtdan düşüb dəyərlər: Seçim nədən nəyi mən?! Son ildırım çaxınca - Can cəsəddən çıxınca: İsrafildən çox öncə. Üfləmişəm neyi mən! Bəs kimə sığınım özümdən özgə?! Bir yana sapmadım izimdən özgə. Sinəmdə küllənməz közümdən özgə... Gözyaşım çeşməydi, so... | ANL |
Ailə vəziyyəti: Evli. Çox quru məlumatlardır, elə deyilmi? O vaxtlar evdən ancaq saat doqquza kimi çöldə-bayırda qalmağıma icazə verilirdi. Mənə bir şeir qoşmuşdu: Budur gəldi saat doqquz. Mövludun mama vaxtıdır. Abbas Tufarqanlını o tanıdıb mənə (Ədəbiyyat dərsliklərində verilən quruca məlumatlar tanışlıq üçün yetərli... | ANL |
Sultan 2-ci Abdülhamidin nəvəsi Osman Ərtuğrul Əfəndi, sürgündən əbədiyyətə qovuşdu. O, əcdadlarının başını ucaldacaq bir ömür yaşadı. Ərtuğrul bəy əfəndi OSMANLI XANƏDANIN son varisi idi. OSMANLIYA LAYİQ BİR ÖMÜR. Güney Amerikada bir çox mədən ocağı açdı. Hökumətlər üçün inşaat işinə girdi, yollar çəkməyə başladı. İşl... | ANL |
Sehirli qutuya düşməyim. “Duyğular” silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəyəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən; siyasi sistem üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlik, əsəb gərginliyi, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəf... | ANL |
Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) tanınmış mərhum tənqidçi Məsud Əlioğlunun “Darıxan adamlar” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Səməd Seyidov çıxışında cəmi 44 il ömür sürən lakin bu qısa yaradıcı ömürdə sanballı elmi - ədəbi irs qoyub gedən Məs... | ANL |
Bizim və hamının Çingiz Abdullayevi. Dünən xalq yazıçısı Çingiz Avdullayevin Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənclərlə görüşü keçirildi. Çingiz Abdullayevlə görüş məncə, Azərbaycan Yazıçılar Birliyinin qarşısından başladı. Maşınından düşəndə mən Çingiz müəllimin bir neçə yaşıdı ilə birgə binanın qarşıs... | ANL |
Bakı Slavyan Universitetində Milli Kitab Mükafatının təsisçi və münsiflər heyəti ilə görüş olub. Ötən gün Bakı Slavyan Universitetində Milli Kitab Mükafatının (MKM) təsisçisi və münsiflər heyəti ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, mükafatın münsiflər heyətinin ... | ANL |
Azərbaycan bəstəkarlıq məktəbilə bağlı beynəlxalq konfrans keçirilib. Dünən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 75 illik yubileyi münasibətilə təşkil olunan Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlum... | ANL |
Sevgi, məsuliyyət, anlayış... Keçən il Rəşad bəydən soruşdum ki, necə olub qəzetiniz və özünüz bu qədər populyarlaşmısız. O yarananda ölkədə bütün adlarda qəzetlər qeydiyyatdan keçmişdi. Çəmənlik, gözəllik, səhər günəşi, axşam səfası, çiçəkli Bakı, Bakının çiçəyi və s. adların içində o sadəcə qeydiyyat nömrəsini özünə ... | ANL |
Kədər rəngli təəssürat... Gənc ədiblərin görüşündə iştirak edəcəyim barədə Fəridə yaydan bəri elə hey söz versəm də, nədənsə elə bil hər görüş günü ayağıma daş bağlanardı. Ya tənbəlliyin, ya evə gələn qonaqların, ya da işlərimin ucbatından hər ayın ilk 6-cı gününü qaçırmalı olurdum. Əvvəllər buna görə azca da olsa təəs... | ANL |
Məlumdur ki, noyabrın 7-də Gənc Ədiblər Məktəbinin qonağı Tofiq Abdin idi. Mənim kimi, uşaqların əksəriyyəti onun yalnız şəklini və imzasını tanıyırdı. Amma görüşdə Tofiq müəllimi daha yaxından tanıya bildik. Gənc Ədiblər Məktəbinə qonaq olan şairlər və nasirlər müxtəlif rakurslarına görə gənc ədiblər üçün maraqlı olur... | ANL |
Bir dəfə Tofiq Abdinlə. Klassik dillə desəm, mən bu yazını yazmaqdan nəşələnirəm. Yəni, kef edə-edə, dünyanı vecimə almayıb həvəsimdən az qala klaviaturanın kələfini kəsirəm: barmaqlarımı var gücümlə düymələrə döyəcləyirəm ki, qəhrəmanımın özü kimi səs-küylü olsun. Bu o demək deyil ki, yazımın qəhrəmanı Tofiq Abdin ola... | ANL |
Kədərli ildönümü, yaxud Parisdə dəfn. Qurucularından biri olduğu müstəqil Azərbaycanda o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də Azərbaycan dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, sonra isə Parisə yollanmış, dünyanın yeni siyasi xəritəsini cızan Ver... | ANL |
“Yarımçıq əlyazma” dünya çapında. (Azərbaycan romanının Nobel mükafatına ilk rəsmi cəhdi ). Şübhəsiz, hamımız hər şeydən qabaq vətəndaşıq və şübhəsiz, hamımızda bir azərbaycanlı qüruru, azərbaycanlı eqosu var. Və təbii ki, bu eqo daima özünü təsdiq etmək, dünyaca tanınmaq ehtirasıyla müşayiət olunur. Dövlət müstəqilliy... | ANL |
“Əsər mənəvi ehtiyacdan yaranır”. Görkəmli yazıçı Əli İldırımoğlunun az ya çox dərəcədə avtobioqrafik fraqmentlər əsasında yazılan “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Həmin adam”, “Közərən sətirlər”,“Qarlı gecələr”, “Aqibət” əsərlərini oxuduqca özünü, şəxsiyyətini daha yaxından tanımışam. Qəzetimizin redaktoru, y... | ANL |
Ötən şənbə günü gənclər yenə də sözün işığına toplaşmışdılar. Bu dəfə görüş yeri Odlar Yurdu Universiteti idi. Tədbir bu təhsil ocağının akt zalında baş tutacaqdı. Amma orda başqa bir iclas keçirilirdi. Düşündüm, yəqin ki, bu tədbir də ən azı deyilən vaxtdan yarım saat gec başlayacaq. Lakin sonra əmin oldum ki, gənclər... | ANL |
İslami dəyərlərə aid rəsm və tətbiqi sənət nümunələri sərgilənib. Muzey Mərkəzində “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində İslami dəyərlər” mövzusunda sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq “Bakı-İslam m... | ANL |
Bəstəkarlar İttifaqının 75 illiyi silsilə tədbirlərlə qeyd olunub. Bəstəkarlar İttifaqında “Azərbaycan bəstəkarları: uşaqlara” devizi altında konsert olub. İttifaqın 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirə Rusiya, Ukrayna, Tacikistan, Qazaxıstan və digər ölkələrin bəs... | ANL |
Uşaq hüquqları hamı üçündür. Bu da Azərbaycan dövlətinin uşaqlara verdiyi, böyük diqqətinin, qayğının təzahürüdür. Bu il çərçivəsində ölkəmizin hər yerində uşaqlarla bağlı ardıcıl olaraq tədbirlər, layihələr həyata keçirilir. Bu, uşaqların inkişaf etməsinə, yaradıcılığa meyli olan balacaların özlərinə inamına, dövlətin... | ANL |
Hüseynbala Mirələmov: “Milli mənəvi dəyərlərimizi televiziyaların inhisarına vermək olmaz”. Qloballaşan dünyanın qlobal vəzifələrindən biri də yeni tip cəmiyyət quruculuğudur ki, bu da öz-özlüyündə bütövlükdə kütləvi informasiya vasitələri və artıq özünü kütləvi informasiya institutu kimi tanıdan televiziya qarşısında ... | ANL |
Beynəlxalq tələbə günü qeydləri. 17 noyabr bütün dünyada beynəlxalq tələbə günü kimi qeyd olunur. Bu günün keçmişinə nəzər yetirdiyimiz zaman 1939-cu ildə bu tarixdə Çexoslovakiyanın Faşist Almaniyası tərəfindən işğalına etiraz əlaməti olaraq küçələrə çıxan Praqa universiteti tələbələrindən doqquzunun Almaniya əsgərlər... | ANL |
Milli Kitab Mükafatının təsisçisi və münsiflər heyəti ilə növbəti görüş olub. Ötən gün Azərbaycan Dillər Universitetində Milli Kitab Mükafatının təsisçisi və münsiflər heyəti ilə görüş keçirilib. Qeyd edək ki, indiyədək mükafatın təsisçisi və münsiflər heyətilə Bakı Slavyan Universiteti və Xəzər Universitetində də görü... | ANL |
“Gənclər avanqardda: səslər və rənglər aləmində” müzakirə edilib. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində gənc bəstəkarların estrada musiqisindən və gənc rəssamların sərgisindən ibarət “Gənclər avanqardda: səslər və rənglər aləmində” mövzusunda ... | ANL |
Bəşəriyyət əleyhinə törədilən ağır cinayət. Dağlıq Qarabağ: yaddaşlarda qalan izlər. “XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soryqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılara ağır mənəvi zərbə olmuşdu... | ANL |
Xeyirxah və işıqlı insan. (Zakir Kərimovun portret cizgiləri). Qəribə bir əsrarəngizliyə bürünmüş, sirli-sehrli bu qoca dünyada hərəmiz Tanrının lütf etdiyi bir ömrün sahibiyik. Bizə əta edilən həmin ömrün bir gün harada, hansı gün sona yetəcəyini, bitəcəyini bir kimsə indiyədək bilmədi və bilməyəcək də. Bəlkə də elə-b... | ANL |
Üzeyir Hacıbəylinin Bakıdakı Ev-Muzeyində. Ziyarətiniz qəbul olsun. Günümüzün gəncliyi gündəlik qayğılarla yüklənən, gerçək və bəzən də uydurma problemlərin məngənəsində sıxılan cəmiyyətin bir hissəsidir. Görünür, elə bu səbəbdən də hazırkı gəncliyin milli-mədəni dəyərlərin, maddi mədəniyyət nümunələrimizin önəmli bir ... | ANL |
Gurultulu, şimşəkli. Dünyanı heyran qoymağa. yağır sanki bilərəkdən. Ürək də ürəkdən vurur, insan yüngülləşir sinədolusu. Özünə qayıdır torpağın ruhu... Bənzəyir yay gecəsi. Göbəyi açıq kəsə. İsti bir həyəcanla. Qəlbimdən keçir nəsə. Toxunmaq istəyirəm. Az qala sifətimə. Ardınca fikirlərim. Qaranlıq pəncərədən. Göbəyi ... | ANL |
Xəyanətin əbədilik anatomiyası haqqında dastan. YAZIÇI-DRAMATURQ HÜSEYNBALA MİRƏLƏMOV HƏYATIMIZIN QAÇINILMAZ FACİƏLƏRİNİN SİRRİNİ AÇIB! Çoxdandı ki, içimi tərpədən əsər əlimə keçməmişdi, hərçənd məşhur filmdə deyildiyi kimi, “sovet istehsalı olan hər nəyi” oxusam da – postmodernistlərdən klassiklərə, onlardan sufilərə ... | ANL |
Yorulmadı, bezmədi, geri çəkilən vaxtları da oldu, əlacsız, çarəsiz qalan anları da. Amma ümidini, inamını itirmədi. Arxa çevirib boyun əymədi düşmənə. Amansız xəstəlik bütün əzalarını sarmışdı. Danışmağa belə taqəti qalmamışdı. Bir yandan da yaşı...Sanki qocalığı,əlbəyaxa olduğu xəstəliklə birləşib,ikinci cəbhə açmışd... | ANL |
Türkiyə Azərbaycan Cümhuriyyətinə nə üçün səfir göndərməmişdi? 1918-1920-ci illərin mürəkkəb şəraitində Azərbaycana Osmanlı imperiyası qədər yaxın olan ikinci dost ölkə təsəvvürə gətirmək mümkün deyil. Özü dövlət kimi siyasi süqutun bir addımlığında dayansa da, Babi-Ali müstəqilliyini elan etmiş Azərbaycan türklərinə b... | ANL |
YUNESKO-da Azərbaycan Günü çərçivəsində silsilə tədbirlər keçirilib. YUNESKO-da Azərbaycan Günü çərçivəsində “Azərbaycan qadını: dünən, bu gün və sabah” elmi konfransı, görkəmli alim Musa Əliyevin həyat və yaradıcılığına həsr olunmuş simpozium və dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyilə bağlı təşkil edilib... | ANL |
Heydər Əliyev Sarayında aşıqların konserti olub. Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Əsrarəngiz sazım, sözüm mənim” adlı aşıq konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub dövlətin aşıq sənətinə göstərdiyi qayğı... | ANL |
Afinada Elçin İsgəndərzadənin şeirlər kitabı çıxıb. Yunanıstanın paytaxtı Afinada şair Elçin İsgəndərzadənin “Şairlər qanda ulduz görür” adlı şeirlər kitabı nəşr olunub. Kitab sözügedən ölkənin “Epikinonia AE” Yayın Evi tərəfindən çap edilib. Bugünlərdə şairin iştirakı ilə Afina, Saloniki və Komotini şəhərlərində kitab... | ANL |
Səməd Vurğunun Bakıdakı Ev-Muzeyində. Ziyarətiniz qəbul olsun! Günümüzün gəncliyi gündəlik qayğılarla yüklənən, gerçək və bəzən də uydurma problemlərin məngənəsində sıxılan cəmiyyətin bir hissəsidir. Görünür, elə bu səbəbdən də hazırkı gəncliyin milli-mədəni dəyərlərin, maddi mədəniyyət nümunələrimizin önəmli bir qismi... | ANL |
İnanmaq istəyi. Yazıçı-publisist Aqil Abbasın cəmiyyətin ziyalı təbəqəsi tərəfindən rəğbətlə qarşılanan növbəti – “Şair xalqın xalqsız şairləri” yazısı, məncə, təkcə düşüncələri bölüşmək məqsədilə yazılmayıb, həm də düşündürmək niyyətilə qələmə alınıb. Aqil Abbasın “şair xalq” adını bir ağır yük kimi çiyinlərinə götürə... | ANL |
Əgər yadınızdadırsa, bir neçə il bundan əvvəl, ibtidai siniflərdə keçilən, əcayib şəkillər və mətnlərlə dolu “ƏLİFBA” dərsliyi haqqında yazdığım “Qorxulu Əlifba”, daha bir il sonra “Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi” başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər onlara “dərslik” demək mümkün ... | ANL |
“Abituriyent” jurnalının internet səhifəsi yaradılıb. BAŞ REDAKTOR ƏVƏZİ RABİL NOVRUZOV WWW.ABİTURİENT.AZ SAYTININ ABİTURİYENTLƏRİ MƏLUMATLANDIRMAQ ÜÇÜN EFFEKTLİ VASİTƏ OLACAĞINA İNANIR. Bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat orqanı olan “Abituriyent” jurnalının internet səhifəsi açılıb. ww... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə müstəqillik illərində ölkəmizin ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, qarşılaşdığımız çətinliklər və onların həlli istiqamətində görülən işlər barədə fikir... | ANL |
Sabir adının şərəfli daşıyıcısı. Müstəqil Azərbaycan Respublikası müasir dünyanın, o cümlədən də özəlliklə Yaxın Şərqin zəngin təhsil şəbəkəsinə malik ölkələrindən biridir. Burada orta və ali məktəblərin, orta ixtisas təhsili verən texnikum və kolleclərin çox böyük bir şəbəkəsi səmərəli fəaliyyət göstərir. Lakin onları... | ANL |
Bu günlərdə “Nərgiz” nəşriyyatında dəyərli şair Fikrət Sadıqın “Oxu kitabı” çapdan çıxıb. Şair İlyas Tapdıq kitaba yazdığı önsözdə Fikrət Sadıqın “hər kəsə bəlli olan həqiqətləri şeirlərində təzə deyimlə, daha təsirli, daha mükəmməl dediyini” vurğulayır: “Fikrət Sadıq ədəbi və ictimai korifeylərimizi danmır, onlardan ö... | ANL |
“Dağ çiçəkləri” almanaxı təqdim olunub. Yazıçılar Birliyində (AYB) İsmayıllı rayonunda fəaliyyət göstərən “Dağ çiçəkləri” Ədəbi Məclisinin eyniadlı almanaxının təqdimatı keçirilib. Kitabda Bakıda yaşayan, əslən İsmayıllı rayonundan olan, həmçinin indi də orada yaşayıb-yaradan şairlərin şeir və hekayələri toplanıb. AYB-... | ANL |
Milli Kitab Mükafatının Quba səfəri. Milli Kitab Mükafatının bölgələrdə təbliği, şübhəsiz, önəmli məsələdir. Əvvəla, ona görə ki, bu, illərdir bölgədə və paytaxtda yaşayan yazarlarımız arasında sanki qırılmış bağları bərpa etmək yolunda az iş deyil (ilk baxışdan adama elə gələ bilər ki, bunun məsələyə o qədər də aidiyy... | ANL |
“Zərif çərşənbə”də fəlsəfə notları. ANS TV-nin orijinal formatdakı “Zərif çərşənbə” verilişinin aparıcıları özləri zərif olsalar da, toxunduqları məsələlər bəzən fəlsəfi ağırlığı ilə diqqəti cəlb edir. Əbu Turxanın aşağıdakı misraları yada düşür: Çevrilər pıçıltı, həzinlik, şəfqət. Üzdə zərifdirsə, dərində azman, Son s... | ANL |
Yurd nisgilli şeirlər toplusu. “Adiloğlu” nəşriyyatında Əbülfət Hoçazlının “Salam, Zəngəzurda qalan dağlarım” adlı şeir kitabı işıq üzü görüb. Kitabın önsöz müəllifi və redaktoru Nazim Əhmədlidir. Önsözdə Ə.Hoçazlının vətəndaş şair olduğu xüsusi qeyd edilib: “Ürəkdən, candan vətən üçün, el üçün yanan şair xalqını düşün... | ANL |
Mahirə Abdullanın “Qarabağsız şeirlər”i. Bu yaxınlarda “Nurlan” nəşriyyatında şair-publisist Mahirə Abdullanın “Qarabağsız şeirlər” kitabı çapdan çıxıb. Müəllifin bu 14-cü kitabında onun son iki ildə yazdığı şeirlər toplanıb. Kitabı vərəqlədikcə bu şeirlərin həqiqətən də vətən həsrətinə bələndiyinə, Qarabağsızlıq dərdi... | ANL |
Yazıçılar Birliyində İlyas Tapdıqın 75 yaşı qeyd olunub. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, tədbirdə o və qurumun şeir şöbəsinin sədri Çingiz Əlioğlu İlyas Tapdıqı birliyin rəhbərliyi və üzvləri adından təbrik ediblər. Yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair... | ANL |
Bəstəkarlar İttifaqının yubileyilə bağlı Beynəlxalq Musiqi Festivalı yekunlaşıb. Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Gənclər avanqardda: səslər və rənglər aləmində” məclisinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib. Gənc bəstəkarların məclis... | ANL |
Gənclər Kitabxanasında “Bir könül sevindirdim”. Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə “Bir könül sevindirdim” adlı tədbir keçirilib. Tədbirdə Respublika Gözdən Əlil Uşaqlar üçün İnternat məktəbinin 11-ci sinif şagirdləri Nuranə Nursuzun “Körpə ömrüm səni arar” ... | ANL |
Moskvada Məmməd Əmin Rəsulzadənin əsərləri nəşr edilib. Moskvanın “Flinta” nəşriyyatında tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun elmi əməkdaşı Salavat İshakovun yeni kitabı işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, “Məmməd Əmin Rəsulzadə. Əsərlərini... | ANL |
“Sənət şəxsi ambisiyalardan yüksəkdə tutulmalıdır”. XOREOQRAF ŞƏHRİYAR CƏFƏROV: “İNANIRAM Kİ, YARADICILIĞIN QƏRƏZLİ MÜNASİBƏTƏ QURBAN GETMƏSİNƏ İMKAN VERİLMƏYƏCƏK”. Azərbaycan rəqs sənəti öz qədimliyi və zəngin tarixi ilə seçilir. İndiyədək bu sənətin bir çox ustadları öz istedadları, peşəkar ifaları ilə milli rəqsimiz... | ANL |
Ölümsüzlüyün mübarək! Şeirimizin, sözümüzün ağır kişilərindən idi Ağa Laçınlı. Ağır oturub, batman gəlməyi sevərdi. Sadəlik, səmimiyyət, sözün həqiqi mənasında təvazökarlıq boyuna biçilmişdi. Sözünün, sovunun yerini bilməyənlərdən, boş dağarcıq kimi şişənlərdən, yersiz, mənasız-mətləbsiz hay-küy qoparanlardan xoşu gəlm... | ANL |
Şəklin və yolun şeiri. CƏMAL SÜRƏYA və NURƏNGİZ GÜNÜN ŞEİRLƏRİNİN TƏHLİLİ. A) Şeiri müxtəlif cür oxumaq olar və elə ortastatistik, vərdişkar oxular var ki, bunu hamımız daha tez edirik. Oxuyur, ifadə olunan poetik mətləbi anlayır, mətnəxas avazı, ritmi, qafiyələri heyranlıqla və yalnız başımızı tərpətməklə dəyərləndiri... | ANL |
Rəsul Rza və Güney Azərbaycan. Çağdaş dövrümüzdə elə bir yazar tapmaq mümükün deyil ki, yaradıcılığında Güney Azərbaycan mövzusuna yer ayırmasın. İki əsr bundan əvvəl parçalanmış xalqın faciəsini, ayrılıq və həsrətlə bağlı hiss və duyğularını ədəbiyyata gətirilməsi məsələsi əsasən ötən əsrin 40-cı illərindən etibarən g... | ANL |
Türkdilli ədəbiyyatlar arasında Əhəd Muxtar körpüsü. ”...Bilmək istəyirdik ki, bizim işlədiyimiz bu ucu-bucağı görünməyən taxıl zəmisi harada qurtarır. Axşamacan yol getdik, amma zəminin qurtardığı yerə gedib çıxa bilmədik... Fikrimizdən daşındıq. Üz tutduq ətrafdakı qazmalara sarı. Və gedib bizə bir parç su gətirdilər... | ANL |
Lənkəranda “Milli Kitab” mükafatının təqdimatı keçirildi. Dünən Lənkəranda “Milli kitab mükafatı” müsabiqəsinin təqdimat mərasimi olub. Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AJB) katibi Rəşad Məcid, “Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli və AYB-nin cənub bölgəsi üzrə nümayəndəsi ... | ANL |
Gənc bəstəkar Türkər Qasımzadə Amerikada Azərbaycan musiqisini uğurla təmsil edir. Son zamanlar gənc Azərbaycan bəstəkarı Türkər Qasımzadənin ABŞ-dakı yaradıcılıq uğurları ilə əlaqədar xəbərlər mətbuatda müntəzəm dərc edilir. Bu xəbərlər sırasında onun Nyu Yorkda bəstələdiyi əsərlərin peşəkarlar tərəfindən ifa olunması... | ANL |
“Azərbaycan”ın yeni sayları. Hər iki sayın “Poeziya” bölməsində Musa Yaqub, Oqtay Rza, Firuzə Məmmədli, Nisə Bəyim, Yafəs Türksəs, Fəxrəddin Əsəd, Əlizadə Nuri, Ələsgər Həsənli, İsa Sevər, Mirsəyyaf Zamanlı, Zaur Quliyev, Əlisəmid Kür, Çingiz Bahaduroğlu, Məlahət Ağacanqızı, İltifat Saleh, Səyyarə Məmmədli, Qəşəm Nəcəf... | ANL |
Camaatla görüşməli, onlara SSRİ-nin tərkibində qalmağın vacib olduğunu, referendumda buna səs verməli olduğumuzu anlatmalıydım. Mənimlə birgə Mərkəzi Komitənin Plenum üzvü, 26-lar rayon Partiya Komitəsinin birinci katibi (indiki Səbayel rayonu) Vəli Məmmədovu da həmin rayona ezam etmişdilər. Axşam saat 6-7 radələrində ... | ANL |
İnsan mütləq sevməlidir, ətrafındakı səni sevən və sevməyən insanları, onu bağrına basan bədbəxtlikləri, uğursuzluqları – sənə aid olan hər kəsi, hər şeyi sevməlidir. Bizim oxşar cəhətlərimiz də çoxdur. Mənim də inandığım insanlar Onunkular kimi arada vəfasız çıxırlar. Onun yubiley gününün səhərisi, yəni noyabr ayının ... | ANL |
Bircə çat bütöv bir gəmini batıra bilər. İnsan kamillik dövrünə kimi dörd mərhələdən keçir: bioloji varlıq, fərd, şəxs və şəxsiyyət. Cəmiyyət bu dörd mərhələni inkişaf etdirən, canlandıran meydandır. Hegelə görə ruhun inkişafı üç yerə ayrılır: obyektivlik, subyektivlik, mütləq. Birinci insanın – ruhun təbii halıdır. Su... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədən başlayaraq Azərbaycanda təhsil sahəsində beynəlxalq əlaqələr, onun təşəkkülü, əməkdaşlıq etdiyimiz ölkələr və təşkilatlar, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqram və layihələr, azərbaycanlı gənclərin xaricdə v... | ANL |
Əgər yadınızdadırsa, bir neçə il bundan əvvəl, ibtidai siniflərdə keçilən, əcayib şəkillər və mətnlərlə dolu “ƏLİFBA” dərsliyi haqqında yazdığım “Qorxulu Əlifba”, daha bir il sonra “Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi” başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər onlara “dərslik” demək mümkün ... | ANL |
YUBİLEY MƏRASİMİNDƏ ŞAİRİN “BƏLLİ DEYİL YAŞIN, DÜNYA” KİTABI TƏQDİM EDİLİB. Dövlət Musiqili Komediya Teatrında el şairi Həsən Mülkülünün anadan olmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu münasibətlə şairin yeni çıxan “Bəlli deyil yaşın, dünya” adlı kitabı da tədbir iştirakçılarına təqdim olunub. Kitabın öns... | ANL |
“Aşıq sənətinin təbliğində İctimai Teleradionun böyük rolu var”. “GÜNÜN SONU”NUN APARICISI QORXMAZ TOFİQOĞLU: “ÇOX MƏMNUNUQ Kİ, BU İŞİN MÜƏYYƏN HİSSƏSİ BİZİM VERİLİŞİN ÜZƏRİNƏ DÜŞÜR”. Aşıq yaradıcılığı Azərbaycanın tarixən inkişaf etmiş qədim el sənətlərindən biridir. Lakin qloballaşan dünyada bir sıra qeyri-maddi mənə... | ANL |
Hind “Avara”sı Azərbaycanda. 1950-ci illərdə Azərbaycanda tamaşaçılar sonralar çox sevdikləri, hətta uzun zaman Hindistanın rəmzi saydıqları “Avara” filmiylə və əfsanəvi Rac Kapurla tanış oldular. “Avara” filmiylə bağlı 50-ci illər Azərbaycan tamaşaçısının yaşadığı hisslər o qədər güclü idi ki, az qala burada Hindistan... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.