text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
II Bakı Beynəlxalq Kukla Biennalesi keçirilib. 2013-cü il noyabr ayının 5-dən 10-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında və Kukla Qalereyasında “FusionDoll” II Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, sərgidə Mədəniyy... | ANL |
Çoxdandır məni narahat edən bu duyğuları, düşüncələri yazıya almaq istəyirdim. Amma nədənsə cəsarətim çatmırdı. Hər dəfə qələmə toxunanda bütün vücudum titrəyirdi. Çünki haqqında yazacağım adama ulu Tanrı öz səxavətiylə, mənim nəzərimdə, saymaqla bitməsi mümkün olmayan çox qabiliyyətlər, istedadlar, məziyyətlər bəxş el... | ANL |
Kəlbəcər gözəlinə. Kövrəlmə çiçəyim,ağlamağı kəs, Göz yaşın gözümün yaşına çəkir. Ağlamaq dünyanı kövrəldə bilməz, Dünya göz yaşını başına çəkir. Demə ki, ümidin zərrə qədərdir, Zərrədən yapışmaq özü hünərdir. Önümüzdə duran tərs gədələrdir, Hələ dayıları döşünə çəkir. Qoy düşüm bu yolun izinə doğru, Doğma Kəlbəcərin ö... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. İslamı qəbul etmiş türklərin əvvəlki inanışları ilə bu gün bir milyon civarındakı türk millətinin yaşatdığı inanclar, ibadətlər və ənənələr “ənənəvi türk dini” deyə adlandırılmışdır. Türklər İslamı qəbul etmədən öncə yəhudilik, zərdüştilik, buddizm, maniheizm və xris... | ANL |
Noyabrın 17-də Azərbaycanın görkəmli yazıçısı, Əməkdar jurnalist, “Şöhrət” ordenli Əli İldırımoğlunun 86 yaşı tamam oldu. Həm uzun illik jurnalistlik fəaliyyəti ərzində, həm də bədii yaradıcılığında həqiqətin keşiyində duran müəllif ədəbiyyatımıza bəxş etdiyi neçə-neçə samballı və dəyərli əsərləriylə böyük Sözü daha da... | ANL |
Qürbətə düşəli Qərib olmuşam, Hər gecə yuxuma Şahsənəm gələr... Bağlı gözlərini kim açar indi?! Ad sayıb çəkdiyin çilələr hədər. Boynunda babalı qaldı. Çəkilib getmədi üzündən əllər. O vaxtdan gözləri qapalı qaldın... Vaxtı da unudar baxtı unudan, Baxdı oyaq qalan yatmaya bilər. Hardan biləsiydin gözünü tutan, Axırda s... | ANL |
Sənətin qüdrəti və vüsəti. Xalq artisti, “Şöhrət” ordenli, türk dünyasının sevimlisi Rasim Balayev mədəniyyətimizin, mənəviyyatımızın əlçatmaz, ünyetməz bəyaz ucalığında, duyğu və düşüncələrimin zərif naxışları ilə süslənmiş şəxsiyyət zirvəsində əbədiyaşarlıq qazanmış heyrət heykəli, sənət qüdrətidir. XX əsr Azərbaycan... | ANL |
Siz sözdən elə bir qüdrət yaratmısınız ki... "Şöhrət" ordenli, Əməkdar jurnalist, görkəmli yazıçı Əli İldırımoğlunun Ad Gününə təbrik məktubu. Əməlin və qələmin ustadı! Sizin sözünüzün və yaşınızın önündə cürət edib yazmağa başlayan hər bir qələmin hünəri özü möcüzədir. Əziz Əli müəllim, Sizin müdrikliyiniz ancaq qələm... | ANL |
“Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyəti bir sıra şəxsləri mükafatlandırıb. Noyabrın 16-da Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğun təşkilati dəstəyi ilə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin 20 illik fəaliyyəti ilə əlaqədar olaraq yubiley tədbiri keçirilib. 525.az-ın məlumatına görə, tə... | ANL |
Valeri İvanov-Taqanski müasir rus ədəbi mühitində kifayət qədər nüfuzlu və özünəməxsus, fərqli üslubu olan yazıçıdır. Sonralar rejissor kimi çalışıb və qısa müddətdə teatr səhnəsində ondan çox tamaşa qoyub. Bir neçə il Vətənindən kənarda, Bolqarıstanda yaşayıb. Uzun müddət Rusiyanın birinci telekanalında "Arayanlar" la... | ANL |
"Tovuz rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən Füzuli Musayev tərəfindən yüksək məharət və peşəkarlıqla aparılan istintaq hərəkətləri nəticəsində 7 il bundan əvvəl - 12 yanvar 1992-ci il tarixdə Əli Məmmədovun q... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı). Hinduizm sözü "İndus çayının ətrafında yaşayan" anlamına gələn farsca bir sözdən törəmiş, bu bölgə əhalisinin dinini ifadə etmək üçün işlədilmişdir. Hindular öz dinlərinə "Sanatana Dharma" (əzəli-əbədi din) adını vermişdirlər. Miladdan öncə 1500-cü illərdə Ş... | ANL |
İsgəndər Muzbeqin (Kosovo). 1974-cü ildə Priştine Universitetinin Hüquq fakültəsini bitirib. 1969-cu ildən Priştinedə çıxan "Tan" qəzetində əmək fəaliyyətinə başlayıb, daha sonra Prizren şəhər bələdiyyəsində çalışıb. İlk şeirləri hələ orta məktəbdə oxuyarkən Makedoniyanın paytaxtı Skopye şəhərində çap olunan "Sevinc" d... | ANL |
Bu sözlərdə dərin və ibrətamizməna var. Əsl insan özündən sonrakı nəslin baxması üçün bir iz, görüb götürməsi üçün pakəməl, yaxşı ad-san qoyub gedir. Sadəcə Ulu Tanrının verdiyi ömür payını, keçdiyin həyat yolunu vicdanla, şərəflə, ləyaqətlə yaşamaq kifayətdir. Vicdan və şərəflə yaşamağı isə hər adam bacarmır. Vicdanı ... | ANL |
Xalq artisti Məcnun Kərimin xatirə gecəsi keçirilib. Dövlət Musiqi Mədəniyyəti Muzeyində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri, Xalq artisti, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru Məcnun Kərimə həsr olunmuş xatirə gecəsi keçirilib. Gecəni giriş sözü ilə açan Musiqi Mədəniy... | ANL |
Minskdəki yaradıcılıq festivalında Azərbaycan da təmsil olunur. Minsk şəhər ratuşasında xarici tələbələrin "Fest-ART.by" X Respublika yaradıcılıq festivalının təntənəli açılışı olub. Festival Belarus Respublikasının Təhsil Nazirliyi, Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub. Festivalın... | ANL |
Mingəçevir Şəhər Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dövlət mükafatı laureatı, şair, tərcüməçi, Əhməd Cəmilin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar şeir gecəsi keçirilib. Mədəniyyət və təhsil işçilərinin, fəal oxucuların, gənclərin, şagirdlərin iştirak etdiyi tədb... | ANL |
Milli İncəsənət Muzeyində ebru sənəti ilə bağlı sərgi açılıb. Milli İncəsənət Muzeyində Türkiyə səfirliyinin, “Nargis” jurnalının və “Palmali” şirkətlər qrupunun dəstəyi ilə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən ebru sənətinə (su üzərində rəsmin kağıza köçürülməsi) aid sərgi açılıb. AzVision.az AzərTAc - a isti... | ANL |
AMEA Folklor İnstitutu Ağcabədidə elmi konfrans keçirib. AMEA Folklor İnstitutu və Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 15-də Ağcabədi şəhərində "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda II respublika elmi konfransı keçirilib. Konfransın məqsədini Qarabağın qeyri-maddi mədəni ir... | ANL |
Hər kəsin doğulduğu, ilk dəfə dünyaya salam verdiyi bir ünvan olur. Zaman keçdikcə həmin ünvan bizə doğmalaşır, ata ocağına, ana qucağına çevrilir, özümüzü həmin ünvansız və küçəsiz təsəvvür edə bilmirik. O ünvan bizim pasportumuza, müasir dillə desək, şəxsiyyət vəsiqəmizə yazılır. Həyatımızın qayğılı-qayğısız günləri,... | ANL |
"Tovuz rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən Füzuli Musayev tərəfindən yüksək məharət və peşəkarlıqla aparılan istintaq hərəkətləri nəticəsində 7 il bundan əvvəl - 12 yanvar 1992-ci il tarixdə Əli Məmmədovun q... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Zərdüştilik iranlı Zərdüşt tərəfindən qurulan təktanrılı inanc sistemidir. İnandıqları tək tanrıya verdikləri Ahura Mazdah adı ilə əlaqədar Mazdeizm də adlanır. Sonrakı dövrlərdə isə daha çox məcusilik adı ilə tanınmışdır. Qərbdə "Zoroastrisme" deyilir. Zərdüşt sözü ... | ANL |
"Traviata" operası Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunub. Vasili Safonov adına Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının böyük zalında Cüzeppe Verdinin 200 illik yubileyi münasibətilə dahi bəstəkarın "Traviata" operasının premyerası olub. Yeni quruluşda səhnələşdirilən tamaşanın musiqi rəhbəri və dirijoru,... | ANL |
Kölndə Azərbaycan gecəsi. Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirən Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi növbəti layihəni Kölndə həyata keçirəcək. Bu barədə Trend-ə Fonddan məlumat verilib. Əhalisinin sayına görə Almaniyada dördüncü yeri tutan bu şəhərd... | ANL |
Tofiq Kazımovun 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Noyabrın 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə İ.Əbilov adına Mədəniyyət Mərkəzində ədəbi-bədii gecə keçirildi. Ədəbi-bədii gecə xalq artisti, rejissor Tofiq Kazımovun 90 illik yubileyinə həsr olunmuşdu. Tədbiri g... | ANL |
Mübarək. Bayramın mübarək, Natəvan xanım! Doğuldun, böyüdün Daş Salahlıda, Varmış qismətində şərəf, şan, xanım! Deyirlər Natəvan Dəmirçioğlu. Uşaqla uşaqdı, böyüklə ulu. Bəzən yuxularda görür-özünü, Qazağdan Bakıya gətirən yolu. Dünya vətəndaşı olmaqdan ötrü. Sən yenə gəncliyə millilik örrət! Efirdən aləmə yayılır səsi... | ANL |
Atatürk Mərkəzində Fəridə Ləmanın yubileyi qeyd olunub. Noyabrın 20-də Atatürk Mərkəzində tanınmış şairə və publisist Fəridə Ləmanın 60 illik yubileyi keçirildi. Fəridə Ləman otuzdan çox kitabın müəllifidir. O, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda baş elmi işçidir. Tədbiri giriş sözü ilə millət vəkili, ... | ANL |
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Bakı Gənclər Klubu" İctimai Birliyinin (İB) həyata keçirdiyi "Tariximizi öyrənək, irsimizi qoruyaq!" layihəsi çərçivəsində "Alban tarixi gənclərin gözü ilə" sərgisi açılıb. İB-dən "525"ə verilən məlumata görə, noyabrın 18-də açılmış sərgidə layihə çərçivəsində çəkilmiş fotoşək... | ANL |
Görkəmli musiqiçi Gülarə Əliyeva 80 illiyində anılıb. M. Maqomayev adına Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Mərasimdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə müsahibə verib: "Gülarə Əliyevanın xatirəsinə həs... | ANL |
Dilin sərhədləri toxunulmazdır. Elm və texnika, informasiya texnologiyaları sahəsində yüksək nailiyyətlər qazanılmasına baxmayaraq, bu gün insanlar arasında danışıq dili qədər əhəmiyyətli, etibarlı və səmərəli kommunikativ əlaqə vasitəsi tapmaq çətindir. Buna səbəb insan təfəkkürünün, ictimai həyatın məhsulu olan dilin... | ANL |
Strasburqda Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılıb. Fransadakı səfirliyimizdən verilən məlumata görə, aparıc... | ANL |
"Tovuz rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən Füzuli Musayev tərəfindən yüksək məharət və peşəkarlıqla aparılan istintaq hərəkətləri nəticəsində 7 il bundan əvvəl - 12 yanvar 1992-ci il tarixdə Əli Məmmədovun q... | ANL |
Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış. Müşriklərin Rəsulullahı sabii adlandırmalarının səbəbi onun "lailahə illəllah" deməsi ilə sabiilərə bənzədilməsinin nəticəsi idi. Seyyid Kutub Bəqərə surəsinin 62-ci ayəsini təfsir edərkən belə demişdir: "Sabiilər ən tərcih edilən rəvayətə görə bisətdən* öncə qövmlər... | ANL |
Uşaq hüquqlarının etibarlı müdafiəsi davamlı inkişafa xidmət edir. 20 ildən bir qədər artıq müstəqillik tarixinə malik olan dövlətimizdə insan hüquqları və onun tərkib hissəsi kimi uşaq hüquqları sahəsində sahəsində strateji dövlət əhəmiyyətli sənədlərin təsdiqi, uğurlu islahatların həyata keçirilməsi ölkədə əhalinin m... | ANL |
Məmməd Arazın 80 illik yubileyilə bağlı daha bir tədbir keçirilib. Noyabrın 18-də, saat 13:00-da Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə bağlı oxucular arasında keçirilən şeir müsabiqəsinin rayonlararası final mərhələsi başa çatdı. Müsabiqədə... | ANL |
Xalq artisti Həsən Məmmədov anıldı. Fəxri Xiyabanda aktyorun məzarını ziyarət edilib. Görkəmli aktyor, xalq artisti Həsən Məmmədovun 75 yaşı tamam olur. ANS PRESS-in məlumatına görə, bu münasibət ilə, ötən gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və kino ictimaiyyətinin nümayəndələrii ikinci Fə... | ANL |
Noyabrın 19-da 3 saylı Uşaq İncəsənət məktəbində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mirzə Babayevin 100 illik yubileyinə həsr olunmuş "Kimlər gəldi, kimlər getdi" adlı tədbir keçirildi. Tədbirdə Mirzə Babayev haqqında çəkilmiş film nümayiş olundu. Müğənninin ifasında lent yazısı ... | ANL |
adımı çiçəyə, gülə yazdırıb, zərif göbəyimi kəsən mamaça. Vətən torpağını dərin qazdırıb. Yazılar həm yalan, həm də ki, gerçək, tarixim tələsib, geriləyibdir, canımnan kəsilib dəfn olan göbək. məzar yerim üçün beh verilibdir. Bir az Kürünküyəm, bir az Arazın, Vətən məhəbbəti qəribə ovsun, qəbrimi dağların döşündə qazın... | ANL |
I Bakı Beynəlxalq turizm filmləri festivalına start verilib. Noyabr ayının 20-də Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (BBTFF) açılış mərasimi keçirilib. Daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və onların ... | ANL |
İslamda din-dövlət münasibətləri mövzusunda yığcam mülahizələr. İstər din, istərsə də dövlət anlayışları insanla bağlı, onunla var olan, onsuz varlığı düşünülməyən anlayışlardır. Din və dövlətin, fərd və toplum olaraq insanla əlaqəsinə nəzər yetirsək bir yandan insanın tamamladığı, digər yandan insanı tamamlayan, şəkil... | ANL |
Akademikin 85 illiyinə həsr olunan konfrans keçirilib. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunan "Neft-qaz sahəsində qeyri-Nyuton sistemləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, iki günlük tədbir Riyaziy... | ANL |
PƏRVİNin təqdimatında. Heç nəyə, başqa hər hansı duyğuya bənzəmir. Bütün məntiqləri, qaydaları, adətləri mənasızlaşdırandı. Amma sevgi görməmişlərindən ötrü bunlar hamısı nağıldı, şeirdi, romandı, dastandı... Reallıq deyil. Onlara görə, ancaq bədii əsərdə insan sevdiyindən ötrü çöllərə düşə, fikirdən dəli ola, ona qoşu... | ANL |
Həmsöhbətimiz, Azərbaycan gəncliyinin bu gün də ən sevilən məhəbbət şairi Nüsrət Kəsəmənlinin həyat yoldaşı, hamının dərin hörmət və sevgisini qazanmış Rəhilə Kəsəmənlidir. Bakıda ziyalı ailəsində anadan olmuşam. Mən yaşca qardaşlarımdan böyüyəm. Məktəbi bitirənə qədər nənəmin himayəsində olmuşam. Həyatımın bu hissəsi ... | ANL |
Bu dünyadan qaçan Kürən Dələnin nağılı. Kürən Dələ şam ağacından yerə enib, arxa ayaqları üstə dikəldi, o tərəf-bu tərəfə baxdı – günün bu çağında, yəni günorta vaxtı bu yerlərdə həmişə sakitlik olurdu və indi də həmişəki sakitlik idi. Dələlər Şam Zolağındakı yuvalarında istirahət edirdi, insanlar da yaşadıqları kotecl... | ANL |
Dünyada oxuna biləcək dəyərli bir əsər. Çağdaş ədəbiyyatımızı “Nadir şah”, “Əmir Teymur”, “Təhmasib şah” və bir çox tarixi əsərlərlə və “Atilla” pyesi ilə zənginləşdirən tükoloq, tarixçi alim, tarixi romanlar müəllifi Yunus Oğuz bu əsərlərin hər birində Azərbaycan tarixi ilə bağlı bir sıra qaranlıq məqamlara aydınlıq g... | ANL |
Bu ad qəlbimdə o qədər şirinli-acılı xatirələr oyadır, hisslər, duyğular ləpələndirir ki, Şuşalı günlərimin – Şuşalı günlərimizin hansı anını daha çox qabartmaqda çətinlik çəkirəm. Və bu an Şuşa dahi rəssamın çəkdiyi böyük əzəli və əbədi bir tablo kimi gözlərim önündə durur. Mən Şuşanı hələ lap uşaqkən, kəndimizdə onu ... | ANL |
Mərdliyin profilləri. Müqəddimə. Con Kvinsi Adams və onun Federalist partiyaya qarşı mübarizəsi barədəki bir mətni ilk dəfə oxuyan vaxt – mən Senata daxil olmamışdan çox-çox əvvəl – seçici təzyiqləri ilə üzləşdikdə siyasi mərdlik problemləri ilə maraqlanmışdım. Keçmişin dövlət xadimlərinin həyatları həmin problemlərə i... | ANL |
Dini və milli tolerantlığın Azərbaycan modeli. “Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olub. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehrib... | ANL |
Aydın bir insan: Aydın Məmmədov. Sadəcə 47 il yaşayan və faciəli bir şəkildə ölən Aydın haqqında düşünəndə nədənsə ilk öncə iki önəmli dövr, iki önəmli hadisə yadıma düşür. Birincisi gənclik illəri – həyəcanlı, ümid dolu, parlaq günlər xatirələrdə canlanır. Mən Şərqşünaslıq fakültəsində, Aydın Filologiya fakültəsində o... | ANL |
Üzeyir Hacıbəyli dühasının təntənəsini əks etdirən qiymətli eksponatlar. Azərbaycan bəstəkarlarının bayraqdarı Üzeyir Hacıbəylinin ev-muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Ev-muzeyini hər il minlərlə insan ziyarət edir. Bu illər ərzində muzeyin şöhrəti tək Azərbaycanda deyil, eləcə də ölkəmizin hüdudlarından kənarda ... | ANL |
Köhnə tanışlar: Şakir Yaqubov. – Bax, bütün bunları mən özlüyümdə dəyərləndirərək, bu qərara gəlirəm ki, necə deyərlər, atılıb-düşməyin yeri deyil, biryolluq bilmək lazımdır: indi hamı yorğanı öz üstünə, ya da vəzifədə olan, yaxud vəzifəli qohumu olan cənabların-xanımların üstünə çəkir. Bir ayrı misal çəkəcəyəm. başımı... | ANL |
Mirzə Saleh Təbrizi və onun yeni əldə edilmiş divanı. Azərbaycan dilini ictimai həyatın bütün sahələrində yaymağa, dövlət dili səviyyəsinə qaldırmağa çalışan Şah İsmayıl Xətaidən sonra da Səfəvilər dövlətində türk dili ən yüksək dairələrdə öz nüfuzunu kifayət qədər saxlamışdı. Doğrudur, ardı-arası kəsilməyən Osmanlı-Sə... | ANL |
Ədəbi aləmdə şimşək kimi çaxdı və sonra daha görünmədi. Vəssalam..Sonra Tahir Qurbanın imzasına heç yerdə rast gəlmədik. İxtisasca həkim idi. Amma özünə də amansızcasına divan tutdu, xəstəliyinin qarşısını almadı və 2003-cü ildə, əlli altı yaşında dünyasını dəyişdi. Onu altmışıncı illərdən tanıyırdım. Masallıda, şəhəri... | ANL |
Qarabağ folkloru: Görülən işlər və çıxarılan bəzi nəticələr. “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə əsasında görülən işlər, başqa sözlə desək, AMEA Folklor İnstitutunun həmin layihə çərçivəsində həyata keçirdiyi tədbirlər ümumiləşdirmə aparmağa, nəticələr çıxarmağa, sonrakı ad... | ANL |
Mizantropik-tənbəl məqamlar. “Fraqmentlər” silsiləsindən. Nə mizantropam (adamayovuşmaz, insansevməz), nə də introvert (daima özünə qapanan, dərdini, fikirlərini heç kimlə bölüşməyən). Əksinə, ekstravertəm, – yəni ünsiyyətciləm, kiminsə fikirlərini, dərdini bölüşməyə meylliyəm. Amma bu dünyada bütün insansevər və ünsiy... | ANL |
1918-ci ildə hərbi xidmətə çağırıldığı üçün Münhendəki təhsilini yarımçıq qoyub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini yenidən davam etdirib. Yaradıcılığa lirik şeirlərlə başlayan Bertold Brextin iki mindən çox şeiri var. Hətta ölümündən qısa bir müddət öncə iyirmiyə yaxın şeir yazıb. Yaradıcılığının əsas mövzus... | ANL |
Ömrün Naxçıvan aşırımları. ŞƏXSİYYƏT VƏ ZAMAN” ÇOXCİLDLİK ROMAN-TƏDQİQATIN 5-Cİ CİLDİ ÇAPDAN ÇIXIB. “Heydər Əliyev: Şəxsiyyət və Zaman” çoxcildlik roman-tədqiqatı yazıçı-publisist Elmira Axundovanın yaradıcılığının zirvəsidir” ifadəsi hesab edirəm ki, yerinə düşərdi. Bu çoxcildlik əsərdə Heydər Əliyev şəxsiyyətinin bir... | ANL |
Mübahisə mədəniyyəti. Məşhur filosof Diojen zəngin və qudurğan bir adamla dar bir körpüdə qarşılaşmışlar. Bizim də ermənilərlə davamız Diojenin iddiası kimidir ... “525-ci qəzet”də qiymətli yazıçımız Çingiz Abdullayevin Zori Balayana yazdığı cavabını ibrət və diqqətlə oxuyuram. Oxuyuram, amma qarşı tərəfin bu haqlı və ... | ANL |
Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi yaradılıb. NƏRGİZ PAŞAYEVA: “MƏRKƏZİN ƏSAS MƏQSƏDİ OKSFORD UNIVERSİTETİ KİMİ TANINMIŞ ELMİ OCAQDA AZƏRBAYCAN TARİXİNİ, DİLİNİ, ƏDƏBİYYATINI TƏBLİĞ ETMƏKDİR". M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialın... | ANL |
Azərbaycan-İran teatr əlaqələri genişlənir. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov İran İslam Respublikasının teatr xadimlərini Teatr idarəsinin baş müdiri Gader Aşna, baş müdirin müavini Mehdi Şafiei və Tehran Şəhər Teatrının direktoru Atabəy Naderini qəbul edib. Gö... | ANL |
Muzey Mərkəzində “Azərbaycan teatrı- 140” mövzusunda respublika elmi- praktik konfransı işə başlamışdır. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı... | ANL |
Ədalətli ədalət keşikçisi. 1 OKTYABR PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR. Məhərrəmov Zahid Musa oğlu 1952-ci il iyul ayının 1-də Azərbaycanın səfalı guşələrindən olan Gədəbəy rayonunda doğulub. Kolxozda çalışan atası Musa kişi halal zəhməti ilə ailəsinə gün-güzəran yaratmış, övladlarını milli dəyərlərimizə, ad... | ANL |
Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər. Çinin paytaxtı Pekində Yay Olimpiya Oyunları yenicə başlayıb. Azərbaycan nümayəndə heyəti yarış məkanında yunan-Roma güləşçimiz Rövşən Bayramovun Ermənistan təmsilçisi Roman Amoyanla yarımfinal görüşünü izləyir. Bayramov Amoyana aman v... | ANL |
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin yubileyi ilə əlaqədar tədbirlər keçirilib. Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümü respublikanın hər yerində olduğu kimi dünyaşöhrətli musiqiçinin doğulduğu Ağcabədi torpağında da böyük məhəbbət və c... | ANL |
İkisində də hərəkət var. Amma mayasındakı həqiqət başqadır... Ona görə də yüz illərdir qaynasa da, bir-birinə qarışmır. Birnəfəsə oxunur, ona görə. Təkcə motivi ilə yox, həm də canlı təhkiyəsi, geniş və çoxşaxəli süjet xətti, fikrin sadə, amma obrazlı ifadəsi ilə əski dastançılığı xatırladan bu romanı müasir dastan adl... | ANL |
“Aydınlığa doğru” İctimai Birliyi “Sirli bənövşə”ni təqdim edib. “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində növbəti görüşünü keçirib. Birliyin mətbuat xidmətindən “525”ə verilən məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbir dahi şairə... | ANL |
TRT-nin baş direktoru İbrahim Şahin Bakıda mükafatlandırılıb. Ötən gün Odlar Yurdu Universitetində TRT – Türkiyə Radio və Televiziya Qurumunun baş direktoru İbrahim Şahinə sözügedən universitetin fəxri doktor diplomunun təqdimolunma mərasimi keçirilib. İbrahim Şahinə Odlar Yurdu Universiteti və TRT işbirliyi çərçivəsin... | ANL |
Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri. Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılar... | ANL |
Bitmək bilməyən yay tətilindən, passiv və yorucu istirahətdən sonra, payızda, mövsüm açılır-açılmaz gündə bir tamaşaya baxıb düşünmək zövq deyilmi?! Əlbəttə, o zövqün də, düşüncənin də yönü teatr rejissorlarımızdan, dramaturqlardan, aktyorlardan çox asılıdı. Daha doğrusu, onların işinin keyfiyyətindən! Düzü, son dövr A... | ANL |
Ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunub. Sentyabrın 30-da əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu deyib ki, Mədəniyyət və Turizm Nazi... | ANL |
Sonaladı əcəl məni. Sonaladı əcəl məni, Ölümümdən keçib gəldim. Qaş qaraldı, gördüm gecdi, Qəmə yoldaş uçub gəldim. Qərib quşlar məni necə ağlasın? Qərib quşlar köçün qara bağlasın, Yükün tutsun yaman günə saxlasın. Gəlib-getsin, öz dərdinə ağlasın, Mənim dərdim ağlamalı dərd deyil. Dərin düşmüş yara üstə köz qoyun, Ah... | ANL |
Şair Ədalət Əsgəroğlu vəfat edib - Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ötən gecə vəfat edib. Mərhumun yaxınlarının Trend-ə verdiyi məlumata görə, mərhum insult xəstəliyi nəticəsində dünyasını dəyişib. Mərhumun 56 yaşında olduğu bildirilir. Azadlıq Radiosunun "Oxu zalı" xəbər veri... | ANL |
“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi keçirilib. Mədəniyyət və Turizm Nazirliyində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici nümayəndə heyətlərinin üzvləri ilə görüş olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmi... | ANL |
"Türkiyənin toy adətləri azərbaycanlılara ibtidai görünər". Siyasi şüarda deyildiyi kimi, "bir millət-iki dövlət olan" Türkiyə ilə Azərbaycanın adət-ənənələrindəki köklü fərqi ilk dəfə bir həmkarımın qızının toyunda görmüşdüm. Türklərin toy ənənəsi, toyunda-yasında masada barmaq qoymaqa yer olmayan azərbaycanlılar üçün... | ANL |
O illərdə sözün əsl mənasında əzablı, xatalı yollar keçdim. O yolların, o zəhmətin çox müsbət nəticələri oldu, ona görə də o illər xoş hisslərlə xatırlanır. “Əzab” deyəndə ümumi səslənir, o illərdə mən çoxsaylı təhlükəli səfərlərin və tədbirlərin, görüşlərin ifadəsi, nümunəsi olaraq yalnız bir epizodu danışmaq istəyirə... | ANL |
“Qarabağın mədəni irsini qoruyaq” mövzulu tədbir təşkil edilib. Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağın mədəni irsini qoruyaq” mövzusunda tədbir keçirilib. Azərbaycanda... | ANL |
Oktyabrın 3-ü Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür. Bu məqsədlə tanınmış yazıçı Yusif Həsənbəyin bu yaxınlarda tamamladığı görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş “Təkan” povestindən bir hissəni oxuculara təqdim edirik. Bəxtimə gün doğdu. Qurban olum xeyirxahımı uğuruma ... | ANL |
Yunus Oğuzun “Əmir Teymur”un Daşkənddə təqdimatı olub. Dünən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə özbək dilində nəşr edilmiş “Əmir Teymur” romanının təqdimatı keçirilib. Əsəri Azərbaycan dilindən özbək dil... | ANL |
Tahir Salahov yaradıcılığı “Əsrlərin qovşağında”. Heydər Əliyev Mərkəzində məşhur rəssam Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib. Açılış mərasimində Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov sərgi haqqında... | ANL |
Nyu-Yorkda "Azərbaycan-tolerantlıq məkanı” sərgilənib. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyev hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlığın Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrildiyini vurğulayıb: “A... | ANL |
Seçim və məsuliyyət. “Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil... Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının. fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Artıq yüz ilə yaxındır ki, Azərbaycan cəmi... | ANL |
Azərbaycan və Türkiyə yaslarının fərqi. Acı tale elə gətirib ki, Türkiyədəki yas mərasimi ənənələri ilə bu acıyı yaşayaraq tanış olmuşam. May ayında anam dünyasını dəyişəndə uşaqlıqdan görüb müşahidə elədiyim bir prosesə özümü hazırlamışdım. Azərbaycanda ölüsü düşən ailə təlaş içində mərhumun dəfnindən tutmuş yas süfrə... | ANL |
Vətənə məhəbbət və yurdsevərlik kimi dərin mənəvi-əxlaqi fəzilətlərin nəsildən-nəsilə miras olaraq keçməsini sadə və asan, mexaniki tərzdə baş verən proses kimi təsəvvür etmək olmaz. Doğrudur, hər bir insan doğulub boya-başa çatdığı, ata-babalarının ömür-gün sürüb baş qoyduğu doğma məskəni sövqi-təbii sevir, bu torpağa... | ANL |
Ələddin Əzimovun “Altmışa doğru” kitabı işıq üzü görüb. Bu yaxınlarda şair-publisist Ələddin Əzimovun “Altmışa doğru” kitabı çapdan çıxıb. Kitabın girişində filologiya elmləri doktoru, tənqidçi ədəbiyyatşünas Muxtar Kazımoğlu, filoloq İlham Əsgərov, şair folklorşünas Bilal Alarlı, “Sözün işığı” jurnalının redaktoru Əda... | ANL |
Beş övlad gətirdin sən ki dünyaya, Gəlimli dünyaya gəlib gedirsən. Xalçanın üstündən asılıb şəklin, Məsum bir təbəssüm... gülüb gedirsən? Qızların üstünə gül aparmazmı? Gizlədə bilsəydim nəvələrindən, Gizlədə bilsəydim göz yaşlarımı... Yataqda balıncı sel aparmazmı? Xiffətin bağrımı dəlib, gedirsən. Sıxır ayağımı ayaqq... | ANL |
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun anadan olmasının 100 illik yubileyi qeyd edilib. Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov Çingiz Hacıbəyovun həyat və yaradıcılığından danışıb: “Görkəmli dirijora aid sənədlərdə, o cüml... | ANL |
Tamara Sinyavskayanın 70 yaşı Rusiyanın Böyük Teatrında qeyd olunub. Bu il SSRİ-nin və Azərbaycanın Xalq artisti Tamara Sinyavskayanın 70 yaşı tamam olur. Bu münasibətlə Rusiya Dövlət Akademik Böyük Teatrında (DABT) görkəmli müğənnini təbrik edərək Rusiyanın bu ən məşhur səhnəsində 40 ilə yaxın xidmət etmiş müğənninin ... | ANL |
Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib. DQİDK... | ANL |
Türkiyə qonaqlıqları: istəsən otur, istəməsən... Biz azərbaycanlılar yemək üstünə gəlmiş qonağı süfrədə oturmağa razı salana qədər israr edərik. 4 il əvvəl Azərbaycanda çalışmış bir amerikalıdan müsahibə almışdım. Mədəniyyətlərimizdəki əsas fərq kimi ev sahibinin qonağının yemək yeməsində israr etməsindən bəhs etmişdi.... | ANL |
Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri. Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılar... | ANL |
Bu yaxınlarda Azərbaycanın Xalq şairi Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının “Ömürdən yarpaqlar”adlı kitabı nəşr olunub. Kitab müəllifin şairlə yaşanan ağrı-acılı, sevincli günlərinə işıq tutan bu xatirələr geniş oxucu marağına səbəb olub. Qəzetimizin oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq, əm... | ANL |
Kubalı inqilabçı Çe Gevara 1967-ci ildə Bolivyada öldürüləndə cibindən tapılan gündəlikdə öz əliylə yazdığı şeirlərdən bir neçəsi də ona məxsus idi. Onun Çe Gevaranın ölmünə yazdığı “Bolivyalı əsgər” şeirinə musiqi bəstələndi və bu mahnı uzun müddət öz populyarlığını itirmədi: Bu ölü kimdir, Bolivyalı əsgər? Şərqdən qə... | ANL |
Şah Abbasın adına layiq roman. Hər bir xalqın ədəbiyyatında tarixi roman mühüm yer tutur. Çünki xalqın keçmişini öyrənmək, soykökünü bilmək gələcəyin yolunu düzgün müəyyənləşdirmək üçün əsas vasitədir. Azərbaycan ədəbiyyatında da tarixi romanın qədim ənənəsi var. Böyük Nizaminin bütün poemalarında tarixi mövzu əsas yer... | ANL |
PƏRVİNin təqdimatında. Günahların ən böyüyü sevdiyin qarşısında günahındı. Günahkarsan, cəzanı çəkməlisən. Bəlkə də başqa, yer işlərinə aid səhvləri bir-iki savab eləməklə yuya, unutdura bilərsən. Amma səhvliyin qəlb məsələsinə aiddisə, heç... Günahkarın yeri cəhənnəmdi deyirlər. Sən də cəhənnəmə düşürsən, içərindəki c... | ANL |
Nizami Tağısoy və onun "Meyxanənin poetikası" kitabı. Filologiya elmləri namizədi, dosent, folklorşünas. Son dövrlərdə folklor poetikasına həsr olunmuş araşdırmaların sayı artmışdır. Prof. Nizami Tağısoyun “Meyxanənin poetikası” kitabı bu araşdırmalar sırasında özünün metodoloji yanaşması, materialın işlənmə, problemə ... | ANL |
Bakı və Azərbaycan tarixinə dair əsərlər (davamı). M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan... | ANL |
Pərvinin dünyası. Bu günlərdə gənc yazıçı Pərvinin “Balerin” nəsr kitabı Türkiyədə çapdan çıxıb. Türk dilində nəşr edilən kitab nüfuzlu yayım evlərindən biri olan “Akçağ” nəşriyyatında işıq üzü görüb. Kitabı türk dilinə yazıçı-tərcüməçi İmdat Avşar çevirib. O, bu dünyaya insanlar gətirir – əsərlərinin personajlarını. B... | ANL |
Məramsız addımlar. YAXUD “TEATRI DİREKTOR İDARƏ ETMƏLİDİR, YOXSA BAŞ REJİSSOR?” SUALINA CAVAB AXTARIŞI. Teatrın yaradıcılıq simasını direktor müəyyənləşdirir, yoxsa baş rejissor? Əslində kinayəli və bəlkə də gülməli sualdır. Neyləməli... bu gün həmin sualın cavabına işıq tutmağa böyük ehtiyac duyuram. Bu bir həqiqətdir... | ANL |
“İzahlı muğam lüğəti” – muğam irsinə və terminologiyasına dair yeni layihə. Azərbaycan xalqının qədim və zəngin mədəniyyət dəyərlərindən olan muğam sənəti haqqında yeni nəşrlərin sırasına bu il daha bir maraqlı kitab da daxil oldu: “İzahlı muğam lüğəti”. Musiqişünas-mütəxəssislər, muğam tədqiqatçıları, muğamsevərlər, m... | ANL |
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunları müzakirə edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunu ilə bağlı iclas keçirilib. İclası giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev sərgi-yarmarkanın u... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.