text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Oralarda kimlər var- PUBLİSİST ZÖHRAB ƏMİRXANLI-1. Zaman o Zaman idi...O Zaman ki,mən “Qobustan” toplusundan ayrılıb “Ulduz” jurnalına sığınmışdım və burda yeni baş redaktor Elçin Hüseynbəyli, şair Qulu Ağsəs, nasir İlqar Fəhmi,şair Mahir Mehdi kimi gənclərlə başbaşa işləyirdim. Axtarışlar olurdu,yeni-yeni proyektlər o... | ANL |
Adiliyin və qeyri-adiliyin modernizmi. Tanınmış publisist Məzahir Əhmədoğlunu 35 ildən çoxdur tanıyıram. 90-cı illərdən sonra nadir hallarda olsa da rastlaşır və bəzi uzun-qısa söhbətlərimiz də baş tutur. Bu söhbətlərin nüvəsində bəzən “mübhəm ziddiyyət”, bəzən normal ədəbi diskussiya, bəzən də dostlar və özümüzlə bağl... | ANL |
Məhsəti rübailəri rənglərin işığında. XALQ RƏSSAMI ARİF HÜSEYNOVUN YENİ ƏSƏRLƏRİ HAQQINDA... Çoxşaxəli yaradıcılığında özünün Azərbaycan və dünya ədəbiyyatına bələdçiliyini davamlı şəkildə sərgiləyən Xalq rəssamı Arif Hüseynov bu günlərdə görkəmli söz ustası Məhsəti Gəncəviyə həsr etdiyi qrafik silsiləni tamamlayıb. Qı... | ANL |
O gün evimin xudmani həyət bağçasında iş-gücdən sonra taxta oturacaqda yenicə əyləşib yerimi rahatlamışdım. Azacıq asudə nəfəs almaq istəyirdim ki, telefonum zəng çaldı. Yazıçı dostum Aydın Tağıyev idi. Neçə illərdən bəri az qala hər gün ünsiyyətdə olduğum Aydın müəllim bazar günü zəng edənlərə münasibətimi bilir. Görü... | ANL |
DİLSUZUN YAZIÇI HÜSEYNBALA MİRƏLƏMOVLA “SƏMİMİ SÖHBƏT”İ. – Hüseynbala müəllim, çoxdandı ki, Sizinlə həm ədəbi, həm elmi, həm də siyasi fəaliyyətinizlə bağlı səmimi söhbət etmək istəyirəm. – Ədəbiyyatsevərlər Sizi biri-birindən maraqlı hekayələrin, povestlərin, romanların, dram əsərlərinin, görkəmli adamların həyatı ser... | ANL |
Azərbaycan Milli Kitabxanası Almaniya Universiteti ilə Memorandum imzalayıb. 30-dan artıq ölkənin milli kitabxanası ilə ikitərəfli qarşııqlı əməkdaşlıq haqqında Memorandum imzalamış Azərbaycan Milli Kitabxanası sentyabr ayının 4-də növbəti Memorandumu Almaniyanın Humboldt Universiteti ilə imzalamışdır. Memorandum Azərb... | ANL |
Dəyərli tədqiqat əsəri. Vəfa Xanoğlanın uzun illik gərgin zəhmət və axtarışlarının bəhrəsi olan “İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti” kitabı bu yaxınlarda Bakı “Elm” nəşriyyatı tərəfindən çap olunaraq oxucu və ədəbiyyatsevərlərin ixtiyarına verilib. Kitab öz əhatə dairəsi, mükəmməlliyi və analitik təhlil baxımınd... | ANL |
Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri (davamı). Məqtəl janrında olan əsərlər əsasən nəzm, nəsr, habelə nəzm-nəsr formasında olub qəm dolu hadisələri, xüsusən də Kərbəla faciəsini özündə əks etdirir. “Məqtəl” ərəb sözü olub məsdər, zaman və məkan formalarından asılı olaraq üç mənada işlənir. Bu əsərlər ə... | ANL |
Azərbaycan kitabının Moskva zəfəri. Bəzən elə günlər olur ki, onları unutmaq qeyri-mümkündür. Ürəyinin fərəh hissiylə dolduğu, Vətəninin adının qürurla çəkildiyi, ədəbiyyatının və incəsənətinin möhtəşəmliyinin təsdiqini gördüyün günlər... O gün də belə günlərdən biriydi. 15 ildən bəridir yaşadığım Rusiya Federasiyasını... | ANL |
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq gedir. Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqla əlaqədar iclas keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ki... | ANL |
“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub”. “AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”. Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən qayıdan ... | ANL |
Sənan Əliyev: “Britaniya və Azərbaycan teatrlarının əməkdaşlığına təkan verəcək layihələr hazırlayırıq”. Bu yaxınlarda Xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası ilə Azərbaycan ənənəvi Edinburq Beynəlxalq Festivalında ilk dəfə təmsil olunub. Tamaşa Londonda fəali... | ANL |
Əbülfəs Qarayev Avropa Yəhudi İttifaqının nümayəndələri ilə görüşübin. Əbülfəs Qarayev: Problemlər həll olunarkən insanların fikir və təklifləri nəzərə alınacaq. Azərbaycan ilə Koreya arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı müzakirə olunub. Vətəndaşlar Əbülfəs Qarayevdən nə istəyiblər? Əbülfəs Qaray... | ANL |
Bir də ki, gedərgi qonaq deyildi, Sadəcə əlvida deyək qurtarsın. Uçmağa yön alıb bütün təməllər, Bilərək bu eşqə qıymaq deyilmi? Şeytana gülürük, bəs bu əməllər, Şeytanın toruna uymaq deyilmi? Başımız üstünü alan çəndisə, Bəlkə birgələşək ona son qoyaq. Əyilib torpağı öpdüm bir anda, Gördüm beçə balı hopmuş şan dadır. ... | ANL |
Rüstəm Behrudi yaradıcılığında demonizm motivləri. Əsrlər boyu bəşəriyyətdə baş verən ictimai-siyasi, tarixi hadisələr ədəbiyyatda bədii lövhələrlə təqdim olunaraq oxucunu düşündürmək, neqotiv və pozitiv əməllər arasında gedən mübarizəyə aydınlıq gətirmək məqsədi daşımışdır. Bu məqsədlə söz sənətkarları zaman-zaman ant... | ANL |
Xatirələr ikinci ömürdür- yeni kitab. Oxucular yazıçı-publisist Zöhrə Əsgərovanın mətbuat səhifələrində bir çox aktual problemlərə həsr olunan esseləri ilə yaxından tanışdırlar. Cəmiyyətdəki neqativ hadisələrə qarşı onun özünəməxsus həssas mövqeyi, fəlsəfi açıqlamaları ilk baxışdan oxucunu özünə cəlb edir. Yazıçının ya... | ANL |
“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub” (davamı). “AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”. Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən... | ANL |
Naxçıvanın özəllikləri və gözəllikləri. Naxçıvan Hava Limanında gördüyüm bir mənzərə bu qeydlərə təkan verdi, nələrisə yadıma saldı. Ayağı şikəst cavan oğlanı xüsusi qurğulu maşına qoydular, həmin maşın təyyarəyə yaxınlaşıb cavanı ora təhvil verdi. Cavanın üzündə təbəssüm vardı. Ona göstərilən qayğıdan çaşmış və şikəst... | ANL |
Kinomuzun ilk qadın kinorejissoru. “Molla Nəsrəddin”çi şair-publisist, aktyor Əliqulu Qəmküsarın gəncliyindən səhnəyə meyl edən, Bakı Pedaqoji təhsilini yarımçıq qoyub Moskvada kinorejissorluq sənətinə yiyələnən qızı Qəmər Salamzadənin Aleksandr Popovla birgə quruluş verdiyi “Dəcəl dəstə” (ssenari müəllifi Yuri Fidler.... | ANL |
Nurlu xəzinədir köksündən ürək. Dünya şöhrətli, qüdrətli sənətkar, vətənpərvər, müdrik həmyerlim Arif Məlik bu gün ömür sarayının 81-ci qapısını inamla açır. Onu təbrik edənlərə mən də fərəhlə qoşuluram. Cahangir kişinin bəstəkar oğlu! Oğlu sayılırsan bəşəriyyətin. Gedirsən zirvədən-zirvəyə doğru, Yol bəzən olsa da yox... | ANL |
“Azərbaycanımın inkişafı–10 il” layihəsi “İrəli” İctimai Birliyi (İB), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun (ASAIF) ortaq təşəbbüsü əsasında həyata keçirilir. Tədbi... | ANL |
III Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkasına hazırlıqla bağlı iclas gedir. Sentyabrın 23-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. "Qafqazinfo"ya nazirlikdən verilən məlumata görə, beynəlxalq tədbirə hazırlıqla bağlı sentyabrın 10-da Mədəniyy... | ANL |
Milli Kitabxana Almaniyanın Humboldt Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. 90 yaşı tamam olan M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 1965-ci ildən indiyədək dünyanın 60-dan artıq kitabxanası ilə beynəlxalq kitab mübadiləsini həyata keçirir. SİA-nın verdiyi xəbərə görə, 30-dan artıq ölkənin milli ... | ANL |
Ağdama akademik baxış. Evimiz məscidin yanında Mirzə Fətəli küçəsində idi. Məscidlə üzbəüz şəhərin ilk univermağı açılmışdı. Məşhur “Çay evi” məhz həmin univermağın yanında ucaldılmışdı... Atam dünyasını dəyişəndən sonra həyatyanı torpaq sahəsinin bir hissəsini əslən Quzanlı kəndindən olan Qafar Qədirova satdıq. Qafar ... | ANL |
İbrahim Tahirin əsərlərinin ilk nəşri. XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşamış, zəngin ədəbi irsə malik, yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan şairlərimizdən biri də İbrahim Tahir Musayev (1869-1943) olmuşdur. XIX əsr Qarabağ ədəbi mühitində böyük nüfuza malik olan Mir Möhsün Nəvvab özünün ... | ANL |
“Biz bu dünyaya gəlirik, gedirik və sonra yeniləşib yenidən dönürük”. Müsahibimiz tanınmış şair Nazim Əhmədlidir. O, ədəbiyyata səksəninci illərdə gəlib. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya bölməsini bitirdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Yazıçılar Birliyində işə başlayıb.. Şeirləri respubl... | ANL |
Əməkdaşımız Razı Narazıoğlunun patriarx korifey Mənəm Mənəmovla söhbəti. – Hörmətli patriarx, Mənəm müəllim, çağdaş ədəbiyyatımızı necə dəyərləndirirsiniz? – Ədəbiyyatımız var ki, onu dəyərləndirim? Məgər bizim ədəbiyyatda Markesin “Borxes” romanı və Borxesin “Markes” romanı səviyyəsində kitablar yaranıb? Məgər bizdə L... | ANL |
Rəsul Rzaya çəp baxanlara. İstəsəniz, sarı, qırmızı qələm tapıb, Günəş şəkli çəkə bilərsiz, bağça uşaqları kimi. xoşunuza gəlməsə, qara qələmlə xətləyib, tikə- tikə edə bilərsiz. Ancaq dan yerindən. onu qaralaya bilməyib. Uşaq olmayın- ağlınız kağız Günəşə getməsin. ADİL MİRSEYİDƏ. Bilirəm, səhər- axşam, qəlbinin dərin... | ANL |
Hörmətli Rəşad müəllim, Sizə salam və ehtiramımı bildirir, xoş arzularımı yetirirəm. Qəzetinizin 11 sentyabr 2013-cü il tarixli sayında Akademik Kamal Abdullanın “Dili korlayan müğənni və aktyorlar” qeydlərini oxuduqda dilçi olmayan, lakin dili millətin, vətənin, milli varlığımızın bel sütunu hesab edən bir vətəndaş ki... | ANL |
PƏRVİNin təqdimatında. Duyğular içərisində sevgidən ciddisi varmı? Məncə, məhəbbət bu cəhətdən də rəqibsizdi. Əgər bir hisslə bütün həyatın, nizamın, ovqatın, hətta maraqların, ağrıların, qorxuların – hamısı, hər şey tənzimlənirsə, bundan ciddi nə ola bilər? Təbiətcə azadlıq dəlisi, yaxud çərçivələrə sığmayan adam belə... | ANL |
Təbabət və insan bədəninin mikroflorası. Həyat, əhatəsində olduğumuz mühit qarşımıza çıxardığı hadisələr və insanlarla bizə çox şeyi dərk etməkdə, bir qədər əvvəl müəmmalı qalan suallara cavab tapmaqda heç də az əhəmiyyəti olmayan köməklik göstərir. Aldığımız biliklərlə yanaşı, bu təcrübələr öz növbəsində idrakımızı gü... | ANL |
Görkəmli rus ədibi Varlam Şalamov, bəlkə də, dünyada yeganə yazıçıdır ki, həyatı ilə yaradıcılığı tam üst-üstə düşür. O, keçən əsrin lap əvvəllərində anadan olub. Keşiş oğlu və yəhudi olduğu üçün Oktyabr inqilabından dərhal sonra Sibirə – üç illik sürgünə göndərilib. Cəzasını başa vurduqdan sonra Moskvaya qayıdıb, oxum... | ANL |
Dahilərin dini baxışları. XX əsr alman ekspressionizminin görkəmli nümayəndəsi, şairi, esseisti Qotfrid Bennin “Üç qoca” yazısında insanın həyat boyu təzadlar içində əsl gerçəklikdən uzaqlaşması haqqında nə qədər acı həqiqət var. Bu həqiqətlə hər birimiz üzləşir, bəzi vacib məsələlərin dərindən çözülməsini də ələgəlməz... | ANL |
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. İcmali-əhval. Rusiya daxilində davam edən həmvətənlər müharibəsi və daxili şurişlər, məmləkətdə ərzaq və çörək məsələsini qayət vəxim bir hala salmışdır. Rusiyada və bizim Qafqazd... | ANL |
Yıldızlar yaratdı şəfəqlərindən. Fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavid mükafatı laureatı Azər Turanın 50 yaşı tamam olur. A. Turan Bakıda, Moskvada, İstanbulda nəşr olunmuş onlarla kitabın, yüzlərlə məqalənin müəllifidir. Azər Turanın yaradıcılığı barədə mü... | ANL |
Oralarda kimlər var- PUBLİSİST ZÖHRAB ƏMİRXANLI-2. Bu bizim “Şans”ımızıydı– baş redaktor Azər Hüseynbala hirslənəndə, müavin Zöhrab Əmirxanlı tərifləyəndə, Məmməd Nazimoğlu “anekdot”larına ara verəndə, Hüseyn Əfəndi dinəndə, Qulu Ağsəs kiriyəndə heyrətlənirdik, yazıya, sözə heyrətlə qəzet çıxarırdıq... “– Bunun nə ayağ... | ANL |
Hamının sevə-sevə oxuduğu maraqlı kitablar həyatın özüdür. Hər bir insanın həyatı da özlüyündə canlı bir kitabdır. Vərəqləsən, oxuya bilərsən. Bir şərtlə ki, onu duya biləsən, daxili aləmini, xarakterini, mənəviyyatını özün üçün aça biləsən, müsbətini mənfisindən ayırmağı bacarasan. Çünki Tanrı bizim təbiətimizi elə an... | ANL |
Dərya Qəvvas istəyir. “...Neçə illər öncə yüksək vəzifəsini təzəcə itirmiş və böyüklük iddiası da olan bir sabiq məmur məndən soruşdu ki, tarixdə qalmağın etibarlı yolu nədir? Bildiyim ən qısa yollardan birini dedim: “Yaxşı kitablar yazmaq!”. Deyəsən, ağlına batdı və tezliklə başladı qalın-qalın kitablar... yazdırmağa”... | ANL |
Mədəniyyət və mənəviyyat adamı. Ömrün yarı yaşını, gənclik mərhələsini adladıqdan, arxada qoyduqdan sonra qarşılanan hər yuvarlaq il, yubiley mərasimi geriyə baxmaq, görülən işləri nəzərdən keçirmək, yanlış addımları, xeyirxah əməlləri dəyərləndirmək üçün taleyin insana qismət etdiyi unikal şans, qaçılmaz fürsətdir. Bu... | ANL |
Mənəviyyatdan işıq və güc alan poeziya. Mənəviyyat “mən” sözündən başlanır. Mənəviyyat insan xarakterinin tərkib hissəsindən çox, elə özüdür. Onu da formalaşdıran mühit və şəraitdir. Sağlam mühit və şərait sağlam, xəstə mühit və şərait təbii ki, xəstə mənəviyyat formalaşdırır, tərbiyə edir. Bütün ictimai şüurun hər bir... | ANL |
Dahilərin dini baxışları (davamı). Fikir vermisinizsə, “İlahi komediya”nın “Əraf” və “Cənnət” bölmələrində nəzərdə tutulan otuz üç nəğmə İsa peyğəmbərin də otuz üç yaşında dünyasını dəyişməsinə işarədir. Təkcə “Cəhənnəm” otuz dörd nəğmədən ibarətdir. Kitabda xristian dinində əsas götürülən müqəddəs üçlük isə üç sətirdə... | ANL |
Görünən dağa nə bələdçi? BİNƏQƏDİ – SİMASINI DƏYİŞƏN, GÖZƏLLƏŞƏN MƏKAN. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan qüdrətli, nüfuzlu dövlətə çevrilib. Sürətli inkişaf nəticəsində dünyada söz sahibinə çevrilən Azərbaycanın əldə... | ANL |
Üzeyir Hacıbəylinin Əhməd bəy Ağaoğlu haqqında naməlum bir məqaləsi. 1918-ci il noyabrın 8-də “Azərbaycan” qəzetində “Bakı xəbərləri” rubrikası ilə verilmiş xəbərdə yazılırdı ki, M. Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Cümhuriyyətinin İstanbul konfransı nümayəndə heyəti Bakıya gəlmişdir. Onlarla bərabər “məşhur m... | ANL |
Dilimizi dilimləyənlər. Azərbaycanın Ukraynadakı səfiri, fəlsəfə elmləri namizədi Eynulla Mədətli “525-ci qəzet”in ötən şənbə sayında çap olunan “Ana dilimizi qoruyaq!” yazısında doğma dilin təəssübünün çəkilməsi, onun qorunmasının vacibliyi barədə fikirlərini ifadə etmişdi. AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsi... | ANL |
Qafqaz İslam Ordusu və Bakının azad edilməsi-95" mövzusunda sərgi açılıb. Sentyabrın 16-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Bakının erməni-daşnak və bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi” mövzusunda sərgi açılıb. Muzeyin Türkiyənin ölkəm... | ANL |
“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub”. “AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”. Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən qayıdan ... | ANL |
“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub” (davamı). “AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”. Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən... | ANL |
Postmodernizm – ədəbiyyatlaşan dünya. Postmodernist mətnin şərhi mətnin işarə olması təsəvvürləri ilə bağlı problemlərin həllini tələb edir. İşarəli təcəssüm – gerçək dünyanın yalnız insana xas olan belə özünəməxsus obyektivləşmə formasının, onun modelləşdirilməsinin, dil işarəsinin müəyyənləşdirilməsi və onun mənasını... | ANL |
Azərbaycan Teatr Xadimləri İttifaqına qədər olan yolu qısa bir zaman içərisində qət edib, 3-cü mərtəbəyə qalxdım. Məqsədim Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri işləyən, teatrşünas Çingiz Ələsgərli ilə görüşmək idi. Mən və oxucuların bir qismi Çingiz müəllimi tanısa da, onu daha geniş oxucu auditoriy... | ANL |
Zaman keçir o bulanıq sular daha durulur, Şər-şeytanın beli sınır, vuran əli yorulur, Baxın, baxın, hər tərəfdə hey tikilir, qurulur, Bu torpaqda bayraqlaşan ehtişama səs verək! Biz nə qədər gözləmişik həsrətlə bu günləri, Bu yollarda itirmişik çox yüzləri, minləri, De, gəlirmi qulağına şəhidlərin ünləri?! Millət üçün,... | ANL |
Üzeyir Hacıbəyovun yeni nəşr olunan kitabı təqdim olundu. Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 128-ci ildönümü və Milli Musiqi Günü münasibəti ilə tədbir keçirilib. Həmçinin tədbir çərçivəsində 1907-ci ildə nəşr edilmiş və Üzeyir Hacıbəyovun ilk kitabı olan “T... | ANL |
Azərbaycan folkloruna aid daha bir kitab nəşr olunub. AMEA-nın Folklor İnstitutu tərəfindən “Masallı folklor örnəkləri (1-ci kitab)” kitabı nəşr edilib. İnstitutun Elmi Şurasının qərarı ilə çap olunmuş bu kitab Azərbaycan şifahi xalq yaradıcılığının öyrənilib təbliğ olunması işində növbəti addımdır. Qeyd edək ki, elmi-... | ANL |
Müasir İncəsənət Muzeyində “Home, sweet home” sərgisi açılıb. Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” (“Ev, doğma ev”) sərgisi açılıb. Mərasimdə “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat veri... | ANL |
“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub” (davamı). “AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”. Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən... | ANL |
Vətəndaş cəmiyyəti dövlətçiliyin dayağıdır. Demokratik münasibətlərin və demokratik həyat tərzinin formalaşması özü-özlüyündə güclü dövlət və sağlam yönümlü vətəndaş cəmiyyətini nəzərdə tutur. Güclü dövlətin strateji istiqamətləri çoxsahəli olsa da, əsas məqsəd insanın rifahı və sağlamlığıdır. Bunu aydın şəkildə ölkə P... | ANL |
Əbülfəs Qarayev: "Azərbaycanda kitab nəşri işinə təkan verən addımlar atılır". M.F.Axundov adına Milli Kitabxanada III Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransını açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin Azərbaycanda keçirilməsinin əhəmiyyətind... | ANL |
“Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycanı yüksək qardaşlıq əlaqələri birləşdirir”. Sentyabrın 23-də Səudiyyə Ərəbistanı Krallığı mühüm tarixi hadisəni, Milli Gününü qeyd edir. Bu münasibətlə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin İbrahim Əl-Suleym “525-ci qəzet”ə müsahibə verib. –Cənab səfir, qarşı... | ANL |
Pərvinin həmsöhbəti Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Tələbəlik illərini “Cəfər Cabbarlı” adına olan təqaüdlə oxuyub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Ped... | ANL |
Bir şeirdəki haray notları. Ermənistan ordusu tərəfindən Qarabağ torpağının 20 faizinin işğalından sonra səfalət içərisində yaşayan bəzi insanların acı taleyi xalqımızın həyatına silinməz qara izlər salmışdır. Başımıza gətirilənləri yada salanda insan daxilən sarsılır, düşmənə nifrəti birəbeş artır. Yazarlarımızın əsər... | ANL |
Təbabət və insan bədəninin mikroflorası (davamı). Təbabət başlanğıcdan və ilk inkişaf dövrlərindən əsasən empirizmlə qidalanmış, təcrübənin biliyin yeganə həqiqi mənbəyi olması ideyasını əsas götürməklə, utancaq addımlarını atmışdır. Ona görə də xəstəliklərin gözə görünən, anlaşılan simptomları əsasən ön plana çəkilird... | ANL |
“Bu bir faktdır ki, teatr sənəti sahəsində mükəmməl dramaturgiya qıtlığı var”. Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdur. –İsrafil müəllim, teatrınız yeni mövsümə başladı. Bu mövsümdə tamaşaçıları nə ilə sevindirəcəksiniz? – Hər teatr mövsümü böyük ümidlər, yaradıcılıq a... | ANL |
İnsan, din və inanc anlayışı: tarixin ibrət dərsləri. İlk ibtidai din paleolit dövründə (qədim daş dövrü) meydana çıxdı. İnsanlar təbiət hadisələrini şərh və dərk etməkdə aciz idilər. Və bu qorxular inancları formalaşdırdı. Yəni, ibtidai insan qorxduğu və ona güc gələ bilmədiyi şeyləri ilahiləşdirdi. Onun şərəfinə qurb... | ANL |
Məktəb illərini unudan, məktəbli vaxtlarını xatırlayıb nostalji keçirməyən adam varmı?! ...Həyətdəki qollu-budaqlı zeytun ağacı, sınıq-salxaq pilləkənlər, sinif otağının divarından asılmış əzik-üzük dünya xəritəsi, sərt, yaman sərt filankəs müəllimə, tənbəlliyindənmi, ya paxıllığındamı, heç nə öyrətmək istəməyən, amma ... | ANL |
Yol olmaq missiyası. NURƏNGİZ Quliyevanın dünyaya gələn GÜNünə təbrik yazısı. Alman alimi Emil Krepelin yazır ki, qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır. Sözün bütün mənalarında yazan qadını oxumaq isə yəqin ki ikiqat məsuliyyət, diqqət və sevgi tələb edir. Yazdığı şeirlərlə ədəbiyyat tariximizə... | ANL |
Oralarda kimlər var- PUBLİSİST ZÖHRAB ƏMİRXANLI-3. Əsas olanı odur ki, sonda hamımız rahat və ucuz ölüm axtarır, bu dünyadan sakit köçmək istəyirik. Mən hələ əsir götürülən 1275 binəsibdən danışmır, itkin düşmüş 150 talesizin adını tutmuram... O gecə – o qarlı-şaxtalı gecədə lüt-üryan yola çıxanların hər biri mənim övl... | ANL |
Cavidşünaslığın hüdudları. Klassik irslə bağlı araşdırmaların müəyyən sistem təşkil etməsi ədəbiyyatşünaslığın nəzəri-tarixi imkanlarının artdığını sübut edir. Ədəbiyyat tarixində mərhələ yaratmış ayrı-ayrı sənətkarların mühiti, həyatı, yaradıcılığının müxtəlif problemləri ilə bağlı tədqiqat və məqalələrin, hətta ən yı... | ANL |
YAŞASIN ÜRƏK. Şeir ürəkdən süzülüb gəlir, böyrəkdən yox. Şeir ürəkdə yazılır, böyrəkdə yox. Ürək dostumdu, böyrək düşmənim. Dostuma da, düşmənimə də sözümü deyirəm. Qoy hər ikisi öz payını götürsün. Ürək deyir ki, böyrəksiz yaşaya bilərsən, ürəksiz yox. Oğulsan ürəkli şeirlər yaz, ürəklə yaşa. Homerdən Aşıq Veysələ qəd... | ANL |
Azərbaycan ədəbiyyatı və incəsənətinin təbliğinə yönələn “Xalq Əmanəti” layihəsi çərçivəsində son illərdə ardıcıl olaraq bir sıra uğurlu tədbirlər həyata keçirmiş Xalq Bank bu silsilədən növbəti – 9-cu nəşrin təqdimatını sentyabrın 18-də Gəncədə gerçəkləşdirdi. Mədəniyyətimizin zənginləşməsinə, inkişafına böyük töhfələ... | ANL |
Bu gün professor Nizami Cəfərov ömür sarayının 55-ci qapısını inamla açır. Onu təbrik edənlərə mən də qoşuluram. Tükənməz sevgiyə, sayqıya layiq. Möhtəşəm Atatürk Mərkəzindəyik;. Bura-yığıncaqlar, tədbirlər yeri, Sorağı, şöhrəti gəzir hər yeri. Gələn qonaqları qarşılayır kim? Bir kiçik şeirlə borc ödəyirəm, Çox azdır s... | ANL |
Bakı və Azərbaycan tarixinə dair əsərlər. M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcüma... | ANL |
Mənim yaşıdım şəhid. Qısa, göz-açıb yumunca ötüb keçən, lakin hələ də və bundan sonra da yaddaşlarda, qəhrəmanlıq səhifələrində yaşayacaq bir ömür! Bəli, biz bir ildə dünyaya gəlmişik. Mənimlə yaşıd bir gəncin həyatına son qoyan o dəhşətli gecədən sonra mən hələ 23 ildir daha yaşadım. 23 il daha zamanım oldu nələrisə e... | ANL |
Gənc yazarlarla oxucuların görüşü təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası tədbiri çərçivəsində dünən gənc yazarlarla oxucuların görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan şair Çingi... | ANL |
Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri. Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılar... | ANL |
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Ötən gün III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkanın təşkilində əsas məqsəd Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, l... | ANL |
Fransa Milli Kitabxanasının rəhbəri Bakıya gəlib. Dünən Avropa Milli Kitabxanaları Konfransının prezidenti, Fransa Milli Kitabxanasının rəhbəri Bruno Rasine Mədəniyyət və Turizm Nazirliyində olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Milli Kitabxanalar... | ANL |
Ağdamın təhsil sistemi: Xatirələr yada düşür... Ağdamda təhsilin inkişafında valideynlərim Tofiq Cəfərov və Şərqiyyə Firudinovanın xüsusi rolu və yeri var. Bir müddət Quzanlı kənd orta məktəbində, sonralar isə səkkizillik məktəbə rəhbərlik etsələr də, təqaüddə olduqları vaxt daha çox o dövrdəki fəaliyyətlərindən deyil,... | ANL |
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində silsilə tədbirlər keçirilib. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində uşaq ədəbiyyatının nümayəndələri ilə “Uşaqlar, kitab oxuyun” mövzusunda görüş olub. Görüşdə Firudun bəy Köçərli adına Uşaq Kitabxanasının hazırladığı slayd izlənib, uşaqlar hazırl... | ANL |
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası tədbiri çərçivəsində Xalq şairi Zəlimxan Yaqubla oxucuların görüşü oldu. Tədbiri giriş sözü ilə açan “Şərq-Qərb” nəşriyyatının direktor müavini Rafiq Kazımov q... | ANL |
Memarlıq və arxeoloji abidələrin bərpası ilə bağlı Payız məktəbi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində birinci Payız məktəbinin açılış mərasimi keçirilib. Tədbiri açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ... | ANL |
Elmin məbədi. Elm aləminin insanı cəlb edən mühiti, xüsusi qoxusu var. Bu məbəd eynilə dini ibadətgah kimi özündə əbədiyyəti əks etdirir. Həyatın yaranış sirrini öyrənməyin yolu həmin məbəddən keçir. Təbii ki, incəsənətin nailiyyətlərindən yararlanmaqla.... İncəsənət və elmin köməyi olmadan həyatın mahiyyətini dərk etm... | ANL |
Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri (davamı). Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsil... | ANL |
Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Qızıl Kəlmə” mükafatçıları ilə görüş olub. Ötən gün III Bakı Beynəlxalq Kitab Sərgi –Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatının builki laureatları ilə görüş və “Müəllif günü” keçirilib. Nazirliyin təmsilçisi, şair Çingiz Əlioğlu tədbiri açar... | ANL |
Savalanın məğrur şairi. Əslən Cənubi Azərbaycandan olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb, atası neft sahəsində fəhləlikdən başlayaraq buruq ustalığına qədər yüksəlib. Şair bir yaşında ikən atasını, beş yaşında isə anasını itirib, nənəsinin himayəsi altında böyüyüb. 1946-cı ildə İranda Cənubi Azərbaycan M... | ANL |
"Bu ölkəmizdə tolerantlığın yüksəlməsindən xəbər verir”. Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi dini etiqad azadlığı ilə bağlı hüquqi baza yaradılıb, müvafiq qanun qəbul edilib. Eləcə də zamanın tələbinə uyğun olaraq müxtəlif dövrlərdə qanuna əlavə və dəyişikliklər də həyata keçirilib. Bu qan... | ANL |
Postmodernizm – müasir dövrün intellektual və emosional ifadəsi. Postmodernizm poststrukturalizm nəzəriyyəsinin, dekonstruktivizmin ədəbi-tənqidi təhlil təcrübəsinin və müasir incəsənətin bədii təcrübəsinin sintezi kimi təfəkkür tarixinə qədəm qoyub. Bu sintez dünyaya tamamilə fərqli, yeni bir baxış statusu iddiasını ö... | ANL |
Milli Kitabxananın 90 illik yubileyi qeyd edilib. Sentyabrın 25-də Opera və Balet Teatrında Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə başçısı İlham Əliyevin kitabxana işçilərinin “Tərəqqi” medalı və “Əməkda... | ANL |
Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri (davamı). Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsil... | ANL |
Azərbaycanda idman və Olimpiya Hərəkati: inkisaf tarixi, nəticələr və perspektivlər. Azərbaycan müstəqillik qazanandan sonra hökm sürən ictimai-siyasi gərginlik başqa sahələrə olduğu kimi, ölkədə idmanın inkişafına diqqəti də arxa plana atmışdı. Bir çox tanınmış idmançılarımız və potensial vəd edən gənclərimiz xaricə ü... | ANL |
Yolumuzun həqiqəti. BU MİLLƏT AZƏRBAYCANIN SƏADƏTİ YOLUNDA PREZİDENT İLHAM ƏLİYEVLƏ DAİM BİRGƏ OLACAQ. Tarix boyu insanların müqəddəs bildiyi, and içdiyi dəyərlər olub. Və tarixin bütün dövrlərində, bütün xalqlarda müqəddəs tutularaq and yeri sayılan bir dəyər də olub – yol! Yolunu doğru seçən, məqsədinə doğru düz gedə... | ANL |
Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri. Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılar... | ANL |
Mənim şairlərə yazığım gəlir. Şair yaratmayır Allah hər kəsi, Mənim şairlərə yazığım gəlir. Nəğmələr qoşurlar düzdə allara, Dodaqda qaymağa, sözdə ballara, Şəhərlər verirlər üzdə xallara, Mənim şairlərə yazığım gəlir. Kürsüyə qalxdımı, alqışlayırlar, Gah gülə tuturlar, gah daşlayırlar, Öldürüb sonra da bağışlayırlar, M... | ANL |
Təbabət və insan bədəninin mikroflorası (son). Əlbəttə, mikrofloranın öyrənilməsi heç də asan məsələ deyildir, buna sadə laboratoriya işi kimi baxmaq primitiv münasibətdən xəbər verir. Lakin çox güclü kompyuterlərə malik olan ölkələrdə bu tədqiqatı daha geniş ölçüdə aparmaq mümkündür. Sadəcə olaraq çətinliyi dəf etmək ... | ANL |
Moskvada Ənvər Məmmədovu belə adlandırırdılar – televiziyanın əfsanəsi. Bu, təsadüfi deyildi – Ümumittifaq Radiosunun və Mərkəzi Televiziyanın təşəkkülündə əvəzsiz xidmətləri vardı həmyerlimizin. Böyük hörmət və nüfuz sahibiydi, sözün əsl mənasında televiziyanın əfsanəsiydi. 70-ci illərin sonu idi. Azərbaycan Beynəlxal... | ANL |
Qısqanclıq sevgiyə rəng qatan, onu hərəkətə gətirən, bəzən istiqamətini dəyişən, hərdən də şiddətini artırıb-azaldan hisslərdəndi. Ümumiyyətlə, sevənin qısqanmaması qeyri-mümkündü deyirlər. Qısqanan adam inamsızdı deyirlər. Həm özünə inanmır, həm də sevgilisinə. Qısqanclıq zəiflikdi, natamamlıq kompleksidi, kimisə özün... | ANL |
Bakı və Azərbaycan tarixinə dair əsərlər. Məhəmməd Əmin Rəsulzadə. Milli müstəqillik, milli paytaxt, milli bayraq, milli dövlət xalqların arzu etdikləri və nail olmaq istədikləri ən böyük və müqəddəs nemətdir. Bu nəşr ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa da tanış olmuşdur. O demişdir: “Mən dünyaya sə... | ANL |
QISA GİRİŞ. 7 sentyabr 1914 – 19 sentyabr 1973)danışmağa başlayanda, biz susurduq... Biz-yəni onun tələbələri... Özümüzü onun şagirdi adlandırmaq şərəfinə nail olduğumuz məqamda da: o danışmağa başlayanda biz susurduq... Sonra onunla həmkarlıqda bulunmaq səviyyəsinə yüksəldik, amma yenə də: o danışmağa başlayanda biz s... | ANL |
ONLAR NƏ DEYİBLƏR : İslam Ağakərimov. Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi. Xalqımızın çoxəsrlik mədəniyyətindən çoxlarımız ağızdolusu danışmağı və qürrələnməyi xoşlayırıq. Lakin bu qiymətli sənət incilərinin əsl dəyəri haqqında daha geniş auditoriya üçün tədqiqi və təbliği ilə ayrı-ayrı xü... | ANL |
Tənqidin tənqidi və ya tənqidçi haqqında söz. Ədəbi tənqid qədər birmənalı qarşılanmayan ikinci bir fəaliyyət sahəsi təsəvvür etmək çətindir. Sevgisizlik isə sevginin özündən də güclü hissdir. İnsafən, tənqidi sevməməyin obyektiv əsasları da yox deyil. Bu etikadakı paradokslardan biri ilə bağlıdır – insan mənəvi baxımd... | ANL |
“Tənqidçi özünə yer axtaranda inkarı silah kimi seçməməlidir”. – Cavanşir müəllim, ad gününüz münasibəti ilə sizi təbrik edirəm. Bəs, subyektiv zamanla özünüzə neçə yaş verərdiniz? Əvvəllər qocaldığımı hiss etmirdim. İndi vəziyyət dəyişib, dövran elə döndü ki, əvvəlki şərtlər dəyişdi, özü də pisə doğru. Belə deyək, elə... | ANL |
Cavidlər nəslinin son yadigarı. Oktyabrın 2-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin sevimli qızı Turan Cavidin 90 illiyi tamam olur. Gəlişi ilə də ən böyük missiyası Hüseyn Cavidin ölməz irsini qoruyub Azərbaycan xalqına və bəşəriyyətə çatdırmaq olub. Əgər böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatın... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.