text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyi xüsusi mükafata layiq görülüb. AMEA-nın Folklor İnstitutunun nəşri olan “Qarabağ: folklor da bir tarixdir” kitabı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Kitab Beynəlxalq Sərgi-Yarmarkasında “Ən yaxşı kitab” nominasiy...
ANL
Əvvəlsiz və axırsız ədəbiyyat meydanı. (N.NƏCƏFOĞLUNUN YARADICILIĞI BARƏDƏ DÜŞÜNCƏLƏR). Novruz Nəcəfoğlu haqqında məsuliyyətli vəzifə adamı kimi çox eşitmişdim. Dəvəçidə ( bu günkü Şabranda ) yaşayan dost-tanışlarımın böyük əksəriyyəti onun ciddi səyi və nəzarəti altında gecəli-gündüzlü görülən planlı, məqsədyönlü quru...
ANL
Yaz havasına həmişə aldanıram. Aldandığımı xəstələnəndən sonra hiss eləyirəm, onda da daha iş-işdən keçmiş olur. İndi də nə qədər isti olsa belə paltonu təzədən əynimə taxmışam. Ancaq nə xeyri, bir var xəstələnməmək üçün geyinəsən, bir də var sağalmaq üçün. Elə hey titrədirəm. Ona görə işdən icazə alıb qayıtdım yataqxa...
ANL
Xalq yazıçısı Anar Serbiyada səfərdə olub. Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycanın Xalq yazıçısı Anar 19-24 sentyabr 2013-cü il tarixlərində Serbiya Yazıçılar İttifaqının Sədri Radomir Andriçin dəvəti əsasında Yazıçıların 50-ci Belqrad Beynəlxalq Qurultayında iştirak etmək məqsədi ilə Serbiyada səfərdə olub...
ANL
Bakıda “Mahmud və Məryəm” filminin premyerası. “Nizami” Kino Mərkəzində Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” əsəri əsasında hazırlanan filmin premyerası keçirilib. Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər. “Mahmud və Məryəm” filmi romantik ...
ANL
Zəlimxan Yaqub yaradıcılığı haqqında “Ölməzlik nəğməsi”. Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş daha bir kitab oxucuların ixtiyarına verilib. 2013-cü ilin ilk günlərində “Vətən” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş bu kitabın müəllifi şair-publisist Əli Rza Xələflidir. “Ölməzlik nəğməsi” adlı...
ANL
Çox ağırdır daşın sənin, Sarı gəlin, Qədimlərə gedib çıxır, Bilinməyən yaşın sənin, Sarı gəlin. Zaman-zaman çalışdılar, ayırsınlar səni bizdən, Bu təhqirə ölməz ruhun necə dözdü, nə düşündü, Allah bilir, için-için nələr çəkdin, Sarı gəlin. Çək-çevirdə saflığını, paklığını. İtirmədin, Sarı gəlin. Qürurundur, ismətindir,...
ANL
Uşaq və yeniyetmələrin sağlamlığı xalqımızın dəyərli sərvətidir. Bu, həqiqətən təkzibedilməz bir aksiomadır. Məhz onlar xalqımızın genefondu olaraq onun gələcəyini, iqtisadi, siyasi və mənəvi inkişafını davam etdirəcək yeni nəsil kimi ümidimizi doğruldan vətəndaşlarımız olacaqlar. Bax, elə bu qayədən çıxış edərək Azərb...
ANL
Bir dostum mənə “Mən sevdiyim və tanıdığım şəhərlərdə itirəm” – demişdi, inanmamışdım. Bakının tanımadığım küçələrində min bir düşüncə və xəyallar ilə gəzərkən eyni duyğuları yaşayınca dostuma haqq vermişdim. Mən nə zaman bu şəhərdə yola çıxsam itirdim. Maşınlar, insanlar, binalar, səslər anidən yoxa çıxır və mən dəniz...
ANL
İctimai Televiziya və xalq yaradıcılığı. Xalqın milli-mənəvi mədəniyyətinin, zəngin şifahi yaradıcılığının qorunub saxlanması ən ümdə vəzifə kimi hər kəsin vətəndaşlıq borcudur. Çünki burada min illərin tarixi, mədəniyyəti, mənəvi dəyərləri, məişəti, dili, ədəbiyyatı, bütünlükdə olanları cəmləşir. Mərhum prezidentimiz ...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. İnanclı filosoflar və ilahiyyatçılar insanın ruh və bədəndən ibarət olduğu, yaşamaq üçün bədənin maddi, ruhun isə mənəvi qida almasının zəruriliyi fikrini müdafiə edirlər. Əslində, ateist filosoflar da ilahi kitablardan qaynaqlanan bu fikrin əleyhinə dey...
ANL
“Ölüm zirvəsi” romanı və tariximiz haqqında düşüncələrim. Çağdaş ədəbi prosesin prioritet tarixi mövzusu XVII-XVIII əsrin siyasi hadisələridir desək, yəqin ki, səhv etmərik. Nadir şah və xanlıqlar dövrünün hadisələri bədii düşüncəni daha artıq məşğul etməyə başlayıb. Kitaba yazılmış annotasiya “Ölüm zirvəsi” romanını t...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz. Çünki Azərbaycanın milli, dini və coğrafi xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti artıq xalqımızın genefondunda özünə yer tapıb. Deməli...
ANL
Dənizə fırladılan daş. ETİMAD BAŞKEÇİDİN “MİN YOL MƏNƏ SÖYLƏR...” ROMANINI OXUYARKƏN... Çağdaş Azərbaycan ədəbiyyatında öz yerini bəlirləmiş şair və nasir Etimad Başkeçidin “Min yol mənə söylər...” romanını bu günlərdə əldə etdim. “Kitab sobası”ndan təzəcə çıxarılmış bu romanı elə isti-isti beynimin mədəsinə ötürməkdən...
ANL
Tiflis arxivlərində olan tarixi sənədlərimiz çox həqiqətlərdən xəbər verir. VI əsrdən etibarən gürcü çarları özlərinin siyasi mərkəzlərini qədim Msxetadan Tiflisə köçürmüşlər. Və Tiflis VI yüzillikdən bu günədək böyük tarixi yol keçmişdir. Gürcüstan tarixinin səhifələrini vərəqləsək, görərik ki, 1801-ci ildən başlayara...
ANL
Gözü yolda qalan var. Yenə payız gəldi. Yenə köçəri quşların köçü başlandı. Üzü günəşə doğru boy göstərən yarpaqların torpağa sarı uçuşu kədərli bir simfoniyanı xatırladır. Həm də “Şur”dəsgahı kimi kövrək və düşüncəlidir. Qarabağın bu payızını da görə bilmədik. Elə bil yurd həsrətimizin harayı dağlarda ilişib qaldı. Da...
ANL
Xalqın xalqşünas oğlu. Milli-mənəvi və əxlaqi dəyərlərimizin, minilliklərin süzgəcindən süzülüb gələn zəngin milli adət-ənənələrimizin fədakar tədqiqatçısı, görkəmli ziyalı, Azərbaycan etnoqrafiya elminin banilərindən biri, arxeologiya, tarix, folklorşünaslıq elmlərinə dair çoxsaylı əsərlərin müəllifi, ictimai xadim, b...
ANL
Azərbaycan tarixinə ehtiram nümunəsi. AKADEMİK RAMİZ MEHDİYEVİN “ŞAH İSMAYIL SƏFƏVİ ALİ MƏRAMLI TARİXİ ŞƏXSİYYƏT KİMİ” MƏQALƏSİ ADMİU-DA MÜZAKİRƏ EDİLİB. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəv...
ANL
Yunis İmrənin adını ilk dəfə atamgildə Nazım Hikmətin dilindən eşitmişəm. Nazım təkrarsız şeir oxumaq məharətiylə, məlahətli səsiylə Yunusun misralarını deyirdi: Ben Yunusu biçareyim. Vera türkcə bilmirdi. Bəlkə Nazım bu misraları onunçün çoxdan tərcümə etmişdi. Bəlkə sevgilinə müraciət edərkən səni anlayıb anlamayacağ...
ANL
Ali təhsil müəssisələrində Mətbuat xidməti: məlumatın ötürülməsində sosial şəbəkələrin rolu. Yaşadığımız dövr bütün sahələrdə, o cümlədən ictimai-siyasi, sosial və mədəni həyatın inkişafında informasiya kommunikasiya texnologiyalarının tətbiqinin zəruriliyini ortaya qoyur. Məlumat, xəbər və hadisələrin operativ, obyekt...
ANL
Bu üç kəlmə ilə başlamışdım o yazını. Dünən ertədən neçə günün içində böyük fasilələrlə sətirlərə düzdüyüm həmin yazını bütünlükdə qaralayıb, “Delete”ni basdım. Dərhal da yaddaşa verdim ki, o nağılın üstümə yağan səsini və rəngini birdəfəlik itirim, kimsəyə də ürək-yaddaş ağrısı verməyim. Başdan-ayağa qapqara kədərə bü...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. Ədalət naminə qeyd edilməlidir ki, dinlərarası dialoqun və əməkdaşlığın reallaşması istiqamətində həm regional, həm də beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərin əsas təşəbbüskarlarından və təşkilatçılarından biri Şeyxülislam Allahşükür Paşazadədi...
ANL
Mediaya dövlət dəstəyi: alternativsizlikdən tam müstəqilliyə. Son zamanlar Azərbaycanda mediaya dövlət dəstəyi müstəvisində meydana çıxmış və ayrı-ayrı qəzetlərə ünvanlanmış əks mülahizələrlə bağlı düşüncələrimi bölüşməzdən öncə Remarkın bir fikrini xatırlatmaq istərdim. Görkəmli mütəfəkkir deyirdi ki, pul insan xarakt...
ANL
Bəşər tarixində paradoksal və çox sərt, hətta qəddar bir qanunauyğunluq var: bir millət öz sərvətinin qədrini bilməyəndə, ağılla idarə etməyəndə, həmin sərvət onun bəlasına çevrilir. Buna nümunə kimi çağdaş dünyamızdan ərəb ölkələrini göstərmək bəsdi. Öz qara nefti ilə qara günə qalmış ərəblər barədə xüsusi danışmağa e...
ANL
Uşaqlar şeir yazdığımı anama xəbər verdilər. Anamın düyünlənmiş qaşlarını görəndə,- biləmmədim, sevincdən idi, ya heyrətdən, “doğrudanmı şeir yazırsan” sualı qarşısında susub qaldım, çünki səsim qırılıb içimə dağılmışdı, cavab verə bilmədim. İlk şeirlərim çıxmışdı, anam yazıları oxuyub üzümə baxdı: – A bala, bunları Sə...
ANL
Abel Məhərrəmova açıq məktub. Hörmətli Abel müəllim! Hərənin öz arqumenti var və o səbəbdən inanmırdı dünyanın dağılmasına, mən də ona görə birmənalı inanmırdım ki, həmin gün Siz dünyaya gəlmisiniz! O vaxt belə şeylərə çox fikir verməzdilər, bir də heç kəsin ağlına gəlməzdi ki, Ermənistandan qaçqın düşmüş Ağdamın Əhməd...
ANL
And olsun gecənin bu vaxtına ki, əsgər yarasında qurşun kimiyəm. Sizə öz dərdimi deyə bilmirəm. Quruyam, yoxsulam, qəribəm daha. İndi quru çay misalı. Ağrıdan elə ağırlaşıb canım, Elə bil şair yox, şair arxasınca atılmış daşam. içimdə MƏN edən PADŞAHA. onun əsgərləridi. O qədər dərdliyəm. ONA deyiləsi “şükür” kəlməsind...
ANL
( epistolyar şərtiliklər çərçivəsində üç bölümlü lirik ricət). və Rəsul Rzadan Anara sevginin qədəri. yayın qora qovuran cırhacırında. anamızın ağartıya bulaşmış əlləriylə. nehrədən əndərib kasaya tökdüyü. ayranı içərdik. kvas nədi bilməzdilər həyatlarında. agah oldum dünyada nə var. dil-ədəbiyyat müəllimimizdən. öyrən...
ANL
Füzulidə sufizm. Son illərdə yazılmış bir sıra uğurlu araşdırmalarda (Bax: Ə.Səfərli, X.Yusifli Azərbaycan ədəbiyyatı tarixi. Füzulinin sənət və mərifət dünyası. Füzulinin böyük sufi olması fikri təsdiq olunur. XX əsrin önlərindən başlayaraq Füzuli haqqında yazan tədqiqatçıların bir qismi, məsələn, N.F.Köprülzadə, İ.Hi...
ANL
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və tanınmış lideri Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin IV cildinə onun 1917-ci ilin yanvar 1918-ci ilin aprelinə qədərki dövrdə mətbuatda dərc edilmiş əsərləri, çıxışları, məruzə və müsahibələri, nitqləri və s. daxil edilmişdir. Bir il...
ANL
Qəzənfər müəllimgilin Şuşaya yürüşü. Bu günlərdə Türkiyənin paytaxtı Ankarada İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə yarışmasının beynəlxalq mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib. TÜRKSOY-un iştirakı, Türkiyə Mədəniyyət və Turizim Nazirliyinin dəstəyilə Avrasiya Yazarlar Birliyinin təşkil etdi...
ANL
Oralarda kimlər var: Hamlet Qoca. Mən bunu “525-ci qəzet”dən çox hörmət etdiyim yazar Sevinc Mürvətqızının yazısından oxudum. Mənə görə bu “kədərli” və gözəl hadisəni qiymətləndirdiyi üçün ona xüsusi təşəkkürümü də bildirim.Və sonra həmin ziyalını və yazarı,orjinaldan ilk tərcüməçilərdən və ustalarından birini şifahi o...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. Səmavi dinlərə qədər Azərbaycan ərazilərində müxtəlif inanclara etiqad edilib, daha konkret desək, bütpərəstlik hökm sürüb. Ən maraqlısı da odur ki, min illərin keçməsinə baxmayaraq, bu inamın əlamətləri insanların yaddaşında mühafizə olunub və bu gün də...
ANL
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində mən rayon statusu bərpa olunmuş Siyəzəndə yenicə nəşrə başlayan “Çıraq” qəzetinə redaktorluq edirdim. 1992-ci ilin axırlarının soyuq ayları, gərək ki, dekabr idi. Qəzetimizin işi ilə bağlı o zaman fəaliyyət göstərən Respublika Mətbuat və İnformasiya Nazirliyinin aparıcı mütə...
ANL
Əlimə gec düşən bir kitab haqqında düşüncələr. Akademik Teymur Bünyadov Azərbaycan elmi, ictimai fikir məkanında uzun müddətdir ki, istedadlı bir alim kimi, millətimizin əsrlərdən keçib gələn keşməkeşli inkişaf mərhələlərini tədqiq edən, neçə-neçə elm xadiminin yetişməsində müstəsna xidmətləri olan tarixçi alim kimi ta...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. (Əvvəli ötən şənbə saylarımızda). Lakin Elkano komandanlığı öz üzərinə götürdü və onlar Ədviyyat adalarına üzdülər. Axı hər şey bu ədviyyatlardan başlamışdı. Onlar gəmilərini ədviyyatlarla yüklədilər. İspanlar isə Magellanın sahilinə qədəm basdığı Filippinlərdə sonralar özlər...
ANL
Pərvinin həmsöhbəti Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının sədri Marat Kalandarovdur. Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyası (BYPA) dünyanın ən böyük yaradıcılıq təşkilatlarından biridir. Assosiasiyanın mərkəzi Latviyanın paytaxtı Riqa şəhərində yerləşir. Vatslav Qavel (Çexiya), Umberto Eko (...
ANL
Uşaqların ailələrə verilməsi və alternativ qayğı: görülən işlər və yeni layihələr. Proqram De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib. Proqramın əsas məqsədi BMT-nin “Uşaq hüquqlarına dair” konvensiyasında...
ANL
Memarlıq, inşaat və layihələndirmə şirkəti yaradıb. Hazırda rəhbərlik etdiyi müəssisədə 30 nəfərə yaxın insan çalışır. Özünün dedyinə görə, şəhərdə smeta dəyəri üç-dörd milyon dollardan artıq olan evləri onun rəhbərlik etdiyi şirkət layihələndirməklə yanaşı, tikintisini həyata keçirir. Bacardığı qədər ölkəmizi tanıtmağ...
ANL
“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranın APA-ya müsahibəsi. - Azərbaycan və Macarıstan arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? - Mənim üçün böyük şərəfdir ki, Azərbaycan mətbuatı Macarıstanla maraqlanır. Ölkələrimiz arasında çox yaxşı əl...
ANL
Natiq Məmmədlinin “Ləyaqət düsturu”. Bu başlıq bugünlərdə oxuduğum bir kitabın adıdır. Tarix elmləri namizədi, əməkdar jurnalist Natiq Məmmədlinin 2012-ci ildə “Qanun” nəşriyyatında çapdan çıxmış hekayələr toplusu belə adlanır. Elə kitabın adı da içindəki ilk hekayədən alınıb. Bu hekayə bir qəzetdə haqqında tənqidi yaz...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. Dünyada elə bir cəmiyyət, xalq ola bilməz ki, hansısa din onun həyatında ciddi izlər qoymasın, mədəniyyətinin, dünyagörüşünün formalaşmasına təsir göstərməsin. Təbii ki, Azərbaycan xalqı da bu məsələdə istisna təşkil etmir, amma azərbaycanlıların başqa x...
ANL
Məmməd Səid Ordubadinin “İldırım Bəyazid və Teymurləng” pyesi. Əgər dünya dillərinə mükəmməl tərcümə olunarsa, həmin qiymətli bədii əsərlər Qərbin də, Şərqin də ən yaxşı tarixi romanları sırasında dayana bilər. Bununla belə, Məmməd Səid Ordubadi çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan sənətkardır. Bundan başqa, ...
ANL
Mərhum qələm dostum Sabir Abdullanın əziz xatirəsinə! Kövrək anlarımda yazdığım bu misraları bu gün işlədəcəyim ağlıma gəlməzdi... ...Şairlər öləndə bir parça şeir, bir zərrə gözəllik, bir damla həqiqət ölür məncə... Şairlər öləndə dünya yasa bürünür, dostlar qəmlənir, dodaqlar qəm pıçıldayır... Bu günlərdə bir şair kö...
ANL
Gülrux Əlibəylinin 85 yaşı Yazıçılar Birliyində qeyd olunub. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli tənqidçi, ədəbiyyatşünas alim Gülrux Əlibəylinin 85 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. 525.az-ın məlumatına görə, tədbiri AYB-nin sədr müavini Nazim İbrahimov açıb və yubilyarın yaradıcılıq y...
ANL
İlham Namiq Kamal: “Göz aktyorun fotoaparatıdır”. Xalq artisti İlham Namiq Kamalla söhbət. – İlham Namiq Kamal özü üçün və tamaşaçılar üçün kimdir? – İlham Namiq Kamal özü üçün sadə azərbaycanlı. Əslən Şamaxıdan olan, Şamaxının Sarıtorpaq məhəlləsindən olan ailə başçısı, bilavasitə ətrafında balaları, həyat yoldaşı, nə...
ANL
Şair, səndən yazmaq istəyirəm. Xalq şairi Xəlil Rza ilə görüşlərim... Azərbaycan Radiosunun studiyasından çıxıb geri qayıdanda yolumu Fəxri xiyabandan saldım. Səməd Vurğundan üzü bəri ustad sənətkarların məzarı önündə ayaq saxladım. Qapıya yaxınlaşanda Xalq şairi Xəlil Rza Ulutürkün qəbirüstü heykəlinə sarı döndüm. Məz...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində – neft bumu dövründə Bakıya çoxsaylı katoliklər ...
ANL
Çoxu başlayanlar çoxlu sağ olsun, Sən çoxu başlama, sən azı başla! Sən nəyi başlasan Ondan razı ol, Özündən narazı-narazı başla! Başla yaşamağa ey insan oğlu, Özü də tamarzı-tamarzı başla! Olsun varlığında könül deyilən. Dünyanın ən böyük Camesi, başla! Başla sən yaxına yaxın durmağa, Başla ən yaxına yaxın durmağa! Baş...
ANL
Jurnalistika tarixinin öyrənilməsinə yeni töhfə. Müasir jurnalistikanın ən aktual və maraqlı sahələrindən biri xarici ölkələrin jurnalistika tarixidir. Demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində bu problemə dərin maraq göstərilir, bu sahədə xüsusi araşdırmalar aparılır, ən nüfuzlu ali məktəblərdə aparıcı b...
ANL
Şair, səndən yazmaq istəyirəm. Xalq şairi Xəlil Rza ilə görüşlərim... Rayon Partiya Komitəsinin birinci katibi Nadir Əbdürrəhmanlının xoş rəftarı, insani xüsusiyyətləri şairi çox təsirləndirmişdi. Məhsul bayramı başlayanda Xəlil Rza mənə yaxınlaşıb: – Təbrik sözünü sənmi deyəcəksən? – Katibə demişəm, yazıçılar, şairlər...
ANL
Ecazkar xalçaların yaradıcısı. ELDAR MİKAYILZADƏNİN “KƏHKƏŞAN” XALÇASI DÜNYA XALÇAÇILIĞINDA YENİ SÖZDÜR. Bəzən adama elə gəlir ki, qədim tarixə və zəngin bədii ənənələrə malik xalçaçılıqda sələflərimiz elə bir zirvəyə yüksəlmişlər ki, bu sahədə bənzərsizlik nümayiş etdirmək, əldə olunanlara yeni bədii-estetik dəyər əla...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. Yetmiş bir illik sovetlər dövründə bütün dinlər və ruhanilər təqib və təzyiqlərə məruz qalıb. Amma ədalət naminə etiraf edilməlidir ki, son 3 əsrdə, xüsusilə sovetlər dönəmində daha çox ədalətsizliklə, haqsızlıqla və təzyiqlərlə üzləşən İslam olub. Bütün...
ANL
Bütün Azərbaycanın göründüyü. O ZİRVƏNİN ADI ŞƏHİDLƏR XİYABANIDIR. Bayrakları bayrak yapan üstündəki qandır. Torpak uğrunda ölən varsa, Vətəndir! İllər vərəqləndikcə tarixin səhifələrinə qovuşacaq. Bu səhifələrin bəzisi saralıb-solacaq, bəzisi oxunmaz olacaq, bəzisi də tamamən unudulacaq. Tarix ələyəndir. O yalnız onu ...
ANL
General Məhəmməd Əsədov: böyük vətənpərvər, unudulmaz şəxsiyyət. Zəngəzur mahalı Qafqazda qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan torpağıdır. Bu torpağın bir parçası olan Zəngilan rayonu həm təbiətinə, həm insanlarına görə seçilib. Ulu öndər, ümummilli lider Heydər Əliyevin sözləri yada düşür: “...Zəngilanda ...
ANL
“Əsgər ölümünün siyasiləşdirilməsi məyusluq doğurur”. Müsahibimiz Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Azərbaycanda Avropa Hərəkatının İdarə Heyətinin üzvü, “Avroviziya”nın Azərbaycandakı rəsmi Fan Klub layihəsinin rəhbəri Mirhəsən Seyidovdur. – Azərbaycan gəncliyini müasir səviyyə...
ANL
Mələk idik yerə endik, İşıq idik burda söndük. Arzu-kama yetmək olmur, Çinar olub bitmək olmur, Qalmaq olmur, getmək olmur. Ürəyimin qübarı var, Toxundun, yaman ağrıdı. Kainatda mən inlədim, Hər yandan səni dinlədim. Səndən bir aman dilədim, Dilimdə aman ağrıdı. Bir ah çəkdim duman oldu, Gözümdə duman ağladı. Onsuz da ...
ANL
Bütün Azərbaycanın göründüyü zirvə. O ZİRVƏNİN ADI ŞƏHİDLƏR XİYABANIDIR. XRONiKA-yaddaş. Baş vermiş hadisənin səbəblərini yoxlamaq və qanuna zidd olan bu hərəkətlərin nəticələrini öyrənmək üçün respublikada istintaq qrupu yaradılmış və işləyir. Həmin qrupa Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin, Respublika Dax...
ANL
Unutsaq unudularıq və ya bir ailənin tarixçəsi. Azərbaycan kino tarixində özünəməxsus yer tutan “Əhməd haradadır” filmi ekranlara çıxdığı 1963 – cü ildən kinosevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.Əlbəttə ki, belə məşhur filmin yaradıcı heyətini (ssenari müəllifi Sabit Rəhman, rejissor Adil İsgəndərov)və əsas ro...
ANL
Dünya ədəbiyyatına pəncərə. Azərbaycan ədəbiyyatından Dünyaya ilk pəncərəni dahi şairimiz Nizami Gəncəvi açıbdır. Məlumdur ki, Şərq xalqlarının ədəbiyyatı uzun əsrlərdən bəri Nizaminin təsiri altında olmuş və onun əsərlərindən mövzulara, poetik obrazlara, ədəbi qəhrəmanlara müraciət etmiş, onun məktəbinin davamçıları o...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. Bütün regionda ilk dəfə 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi Azərbaycanda qeyd edilmiş və 1999-cu ildə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi i...
ANL
Şair, səndən yazmaq istəyirəm. Türkiyə qardaş ölkədir. Bir vaxtlar adı gələndə gözümüz yol çəkir, köks ötürmüşük. Orada türkdilli ölkələrin informasiya agentliklərinin Beynəlxalq yığıncağı keçiriləcək. Özün bilirsən ki, mən müalicədəyəm, gedə bilməyəcəyəm. Üç gündən sonra artıq Ankarada idim. Bilkənd Universitetinin ot...
ANL
Oralarda kimlər var: Səyyarə xanım Mollazadə. SƏHİFƏNİN QONAĞI: ATU-nun Azərbaycan dili kafedrasının müdiri AKİF MİRİYEVİN YAZISI. İŞIQLI ƏMƏLLƏRİN SAHİBİ. Mən Səyyarə xanımın haqqında bundan əvvəl üç məqalə yazmışam və inanın ki, tərcümeyi-hal faktlarını nəzərə almasaq, onların hər biri ayrıca orijinal yazılardır və d...
ANL
General-qubernatorun qərarı: eşşək elə eşşəkdir! “Yasin” oxumaqla donuz taxıldan, əfsun oxumaqla da ilan daxıldan çıxmaz” həqiqətinin dərk edildiyi gündən didaktikanın bu dünyadakı səlahiyyət müddəti bitmiş olmalıydı, əslində. Bu məzmunda bir siqnal beyninə çatdığı andan insan “bəzi məqamlarda sözün tamam faydasız olma...
ANL
Məhəmməd Əmin Rəsulzadə.Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Əvvəli ötən sayımızda. Başda “Müsavat” olmaq üzrə bütün müsəlman firqələri Zaqafqasiyayı Rusiyadan qəti surətdə ayırmayı həm bizim, həm də bütün türklük dünyası ilə islam aləmi üçü...
ANL
Pərvinin həmsöhbəti Rusiya Yazıçılar Birliyinin katibi, yazıçı Valeri İvanov-Taqanskidir. Camaat dünyanın sonuna hazırlaşır, mənsə durub Moskvaya gəlmişəm... Dodağım altında mızıldana-mızıldana, qırmızı çamadanımı qaraçı uşağı kimi ardımca sürüyərək Peredelkino yaradıcılıq evinə girirəm... “Xaricdə Yaşayan Rusdilli Yaz...
ANL
Adətən, gecəyarıya qədər mağazanın ağzında üç-beş nəfər olardı. Xoşbəxtlikdən bu dəfə heç kəs yox idi. Mağazanın iri pəncərəsindən baxanda içəri aydın görünürdü: cəmi bir müştəri vardı. Səlim qapıdan boylanıb astadan dedi: – Axşamınız xeyir. Girişdən soldakı hündür soyuducu içəridəki alıcını görməyə mane olurdu. Piştax...
ANL
Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, əsasən də gənclərin milli-mənəvi dəyərlərə s...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Onun anası Luinin bu sözlərinə bərkdən güldü, axı onun əylənməsinə və qumar oynamasına, kral sarayındakı qulluqçu qızların yatağına girməsinə yaxşı bələd idi. Lakin Lui tam ciddi idi, möhkəm hökmdar olmaq üçün hər cür haqqı ödəməyə hazır idi. O, gündəlik işlərlə vicdanla məşğ...
ANL
Azərbaycanın təhsil sahəsində beynəlxalq əlaqələri...məqsədyönlü addımlar, mühüm nailiyyətlər. Müstəqillik dövründə təhsil sahəsində Azərbaycanın Fransa ilə əlaqələri 1993-cü ildən başlanıb. Bu əməkdaşlıqda birinci istiqamət Azərbaycanda fransız dilinin tədrisinin təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı olub....
ANL
Bütün Azərbaycanın göründüyü zirvə. O ZİRVƏNİN ADI ŞƏHİDLƏR XİYABANIDIR. Sürücü Ali Sovetin qarşısında əyləci basdı. Mən təşəkkür belə etmədən maşından düşərək komitənin girişinə doğru hərəkət etməyə başladım. Maşının üstündəki pulemyot ətrafdakı mülki adamlara doğru tuşlanır və əsgər sanki bundan zövq alırdı. Mən komi...
ANL
“Əbədiyyət dastanı”na oxunan nəğmə. Xalq şairi Zəlimxan Yaqubun dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr etdiyi möhtəşəm “Əbədiyyət dastanı” poeması işıq üzü görəndə öndərimizin xalq qarşısında misilsiz xidmətlərini, xalqın xilaskarı məqamında durduğunu dərindən dərk edən təfəkkür və qələm sahiblərindən biri – Əl...
ANL
Sənətdə bərkimiş imza. Yadımdan çıxıb, Əjdəri Gəncədə oxuyan dövrdən tanıyıram, ta Lerikin Muğan qışlağında müəllimlik fəaliyyətiylə məşğul olarkən. Yaddaşımda qalan təkcə budu, onda hələ Əjdər, Ol deyildi, ara-sıra mətbuatda gedən şeirlərinin altında adı ilə birgə halal ata-baba soyadı yazılırdı: Cəbiyev. İlk dəfə Əjd...
ANL
Bakıya qanlı Yanvar şənbəsindən üç gün sonra daxil ola bildim. Şəhər oğlu ölmüş ana kimi matəm libasında idi. Uğrunda bu qədər şəhidlər qanı axıdılan ulu yurdumuz Qarabağdan ta Bakıya qədər ürəyim sinəmdə yetim uşaq kimi hönkürürdü. Donmuş, taqətdən düşmüş canımı metronun pis üzlərdən sərt və soyuq olan mərmər sütununa...
ANL
Sinəmdə dağ silsiləsi, bu dağları kim siləsi?! Dəlidağda qalan ömrüm, Gündə yüz yol çağır məni. Çiynimdə həsrət yükü var: Bilin dağdan ağır məni. Sinəmdə dağ silsiləsi. Səyridi gözüm giləsi: Xiffət necə boğur məni. İstəyimə hey dən düşür. Sazımızın Təbrizdə zirvələnmiş. Sazla, sözlə pərvazların. Cəmini Təbrizdə gördüm....
ANL
Siyasət və din mənəvi əxlaqi dəyərlər fonunda. Azadlığın istənilən forması, o cümlədən dini azadlıq dövlətdə qüvvədə olan vı çərçivəsindən kənara çıxmasına heç kəsə icazə verilməyən qanunlarla məhdudlaşdırılır. Hakimiyyət, cəmiyyət və din münasibətlərinin vacibliyi və aktuallığı, bu münasibətlərin fəlsəfi əsaslarının g...
ANL
Ötən ilin bir ədəbi hadisəsi: “Zəlimxan Yaqub” fotoalbomu. DÜŞÜNCƏLƏR... TƏƏSSÜRATLAR... Azərbaycanın Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun hər təzə sözü, yeni kitabı xalqın ruhuna bir qaynarlıq, qüdrət bəxş edir. Həmişə xalq həyatı, Vətən sevgisi ilə çağlayan qəlbinin harayı insanda mənəvi saflıq, təmizlik yaradı...
ANL
Yanvarın 21-dən İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 31-ci Fəcr Beynəlxalq Teatr Festivalı başlayıb. Festivalda Azərbaycan tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşası ilə təmsil olunur. Azərbaycan Dövlət Akad...
ANL
Bolluqda batan sözlərimiz.. ƏLİ MƏSİMLİ: “MƏHSUL VƏ XİDMƏTİN KEYFİYYƏTİ FİRMANIN ADINDAN DAHA ÖNƏMLİDİR”. Sözü hərfi mənada tərcümə eləyəndə, mənə “alverçi” deyirdilər. Yox, o qədər də, türkün sözü, gerizəkalı deyiləm, anlayıram ki, SMS göndərən bu sözü “istehlakçı” mənasında işlədib.Amma işi niyə bu qədər qəlizləşdiri...
ANL
Vətənə bağlı ömür yolu. Ömrünün ahıl dövrü 86 yaşında, bir gün də olsa belə oxuyub öyrənməkdən, öyrəndiklərini hər kəsin dərk edib anlayacağı aydın dillə sonradan gələcək nəsil üçün yazmaqdan yorulmayan, danışdığı hər kəsə adi sözlərlə həyat eşqi aşılayan, ağsaqqal dostum, görkəmli partiya-dövlət və ictimai xadim Sadıq...
ANL
Bülbüllərin muradı. Ötən əsrin 70-ci illərində Ağdam keçmiş SSRİ məkanında, xüsusi ilə Rusiya vətəndaşları arasında çaxırı ilə tanınsa da, 1971-ci ilin may ayından etibarən Ağdam pioner və məktəblilər evinə direktor təyin edilən Murad Rzayevin həyata keçirəcəyi layihələr sonralar şəhərin atributuna çevrilmiş oldu. Atas...
ANL
Bu yaxınlarda “Mütərcim” ədəbi, elmi tərcümə jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın “Tərcümə məsələləri” bölməsində Etimad Başkeçidin “Əgər tərcüməçi hər addımı barəsində düşünsəydi” yazısı dərc edilib. Müəllif yazısında tərcüməşünaslığın müstəqil elm kimi qəbul edilib-edilməməsi barəsində mülahizələrini qələ...
ANL
Səfir Rafael Harpaz: “İsrail-Azərbaycan münasibətləri əvvəlki illərdə olduğu kimi yüksək ruhda davam edəcək”. İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın Gün.Az-a müsahibəsi: - Cənab səfir, ötən il Azərbaycan-İsrail münasibətləri üçün hansı vacib hadisələrlə yadda qaldı və bu il iki ölkənin...
ANL
Elmə bağlı ömür. Rütbələr içində seçilir biri. Nizami Gəncəvi. Doğrusunu deyim ki, Zeynal müəllimlə hər dəfə təmasda olanda dahi İbn Sinanın bu sözlərini xatırlayıram: “Yaxşı insan yaxşılar arsında meydana gəlir”. Əlbəttə, ömrünün 37 ilini BDU-ya bağlayan Zeynal müəllim əsl elm məbədi sayılan bu ocaqda xeyirxahlığı, zi...
ANL
Azərbaycan – dini və milli tolerantlıq məkanı. XXI əsr qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi nəticəsində dünyanın geosiyasi arenasında əhəmiyyətli dəyişikliklərin baş verməsi ilə xarakterizə olunur. Qloballaşma şəraitində ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması məqsədilə mədəniyyətlər və dinlər arası...
ANL
İngilis dilçisi Simeon Potterin “Dilimiz” kitabının tərcüməsi haqqında qeydlər. Qədim ingilis dili necə formalaşıb? Bu dil hansı inkişaf mərhələlərini keçib? Əsrlər boyu işlənən bu dildə indiyədək hansı dəyişikliklər baş verib? İndi ingilis dilinin ölkəmizdə də geniş öyrənildiyini nəzərə alsaq, bu sualların aktuallığın...
ANL
Tbilisidəki “Amirani” kinoteatrında yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “Dolu” filmi nümayiş etdirilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən qəzetimizə verilən məlumata görə, filmin yaradıcı heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib. Sonra 9 Aprel Tbilisi faciəsi ...
ANL
TRT-nin Azərbaycan Təmsilçiliyinə təyin olunduğum ilk günlər idi və Tanıtma Müşaviri Fethi Gedikli bəy ilə bir Azərbaycan ziyalısını ziyarət etməyə qərar verdik. Təklif Fethi bəydən gəlmişdi mən də məmnuniyyətlə qəbul etdim. Doğrusu, ziyarət edəcəyimiz insanla o zamana qədər heç üz-üzə gəlməmişdim. İmzasına yalnız Bakı...
ANL
Mirzə Fətəlinin yubileyinə layiqli töhfə. Böyük ədib, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibəti ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda bir sıra tədbirlər həyata keçirilib. Məlum olduğu kimi, Mirzə Fətəli Axundzadənin sənədlərindən, əsərlərinin əlyazmalarından, məktu...
ANL
Ürəyi Türkiyə üçün döyünən bir Abbas Abdulla var Azərbaycanda. Türkiyənin “Bahar” və “Xəbər” jurnallarında tanınmış ədibimiz, şair, tərcüməçi, tənqidçi Abbas Abdulla haqda məqalələr çap olunub. Birinci məqalə “Ürəyi Türkiyə üçün döyünən Abbas Abdulla var Azərbaycanda” adlanır, ikinci məqalə isə “Azərbaycanın türkçü şai...
ANL
Şairin xatirəsinə. Ömrü boyu, həyatının ən çətin anlarında belə nikbin olmağa, gələcəyə ümidlə baxmağa çalışan, yazılarında bir güc, bir inam, insanın qəlbini isidəcək bir hərarət olan, günəşə baxan və günəş şüaları kimi misrlarayla ürəklərin buzunu əritməyə çalışan bir şair qəlbi döyüntülərini misralara pıçıldayıb sus...
ANL
“Dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi cəhətlərindən biridir”. SEYİD CAMAL ƏZİMBƏYLİ: “DİNLƏRARASI MÜNASİBƏTLƏRDƏ DÖVLƏTİMİZİN YÜRÜTDÜYÜ SİYASƏT, TUTDUĞU MÖVQE TƏQDİRƏLAYİQDİR”. Tarix boyu Azərbaycanda ayrı-ayrı milli azlıqlar, müxtəlif din daşıyıcıları, təriqət sahibləri bərabər şəkildə yaşayaraq, öz ayinl...
ANL
Azərbaycan musiqisi. Musiqinin ovsunlayıcı qüvvəsini, insan həyatındakı rolunu, təsirini lap uşaqlıq vaxtlarından duymuşam, hiss etmişəm. Ona görə də məni musiqi aləminə qovuşdurduğu üçün radioya minnətdaram. Keçən əsrin əllinci illərinin əvvəllərində Ağcabədidə şəxsi evlərin radiolaşdırılmasına başlandı və tezliklə hə...
ANL
Yusif Bağırzadə: “Tanınmış bir ziyalının təşəbbüsü ilə partiyalararası danışıqlar başlayıb”. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin APA-ya müsahibəsi. - AMİP-in seçki strategiyası müəyyənləşibmi? - AMİP hakimiyyətə gəlməyin yolunun seçkidən keçdiyi qənaətindədir və Azərbaycanda hakimiyyə...
ANL
Sənət sərhəd tanımır. Avropa və rus klassik musiqisi. Lakin iki dahi bəstəkar var ki, mənim üçün heç kimlə müqayisə oluna bilməz. Bunlar – Volfqanq Amadey Motsart və Lüdviq Van Bethovendir. Motsart artıq 5-6 yaşı olanda musiqi bəstələməyə, konsertlər verməyə, Avropanı gəzməyə başlamışdı. Şedevr musiqi yaradıcılığının h...
ANL
Azərbaycan ordusu – xalqın bağrından qopan güc. Azərbaycan Silahlı Qüvvələrində indiyədək qazanılmış uğurların əsas bazasını ordu quruculuğu işinin milli maraqlar üzərində qurulması təşkil edir. Ordu ilə xalqı və dövləti bir-birinə qırılmaz tellərlə bağlayan kifayət qədər zəngin tarixi köklər, xüsusilə regiondakı mövcu...
ANL
Yolu yoxuşacan getməyə nə var, Piyada yolçunu ötməyə nə var, Bir anda görünüb, itməyə nə var, Yolun axırına çıxasan gərək. Hər naşı yolçudan bil, səyyah olmaz, Hər oğul başını bu yolda qoymaz, Başını qoymasan, o yol qorunmaz, Yolun axırına çıxasan gərək. Hesaba almayıb gəlir-çıxarı, Onlardan qalxasan bir az yuxarı, Gün...
ANL
Təndir başındakı söhbətlər. “Yaddaş eskizləri” silsiləsindən. Müəllifin qeydi: Dialoq və təsvirlərdə orfoqrafik “səhvlər” baş verənlərin orijinallığını, ləhcənin koloritini vermək üçün “edilmişdir.”. Utancaq idim, etiraz eliyə bilmirdim, yay tətilində rayonda dincəlirdim deyə, nə nənəmə, nə də babama deyə bilmirdim ki,...
ANL
KAİNAT KİMİ. Üzünü sevirəm! Üzün həyatın özüdü. Gözünü sevirəm! Cənnəti bu dünyada tapmışam, O gözlərdən öpəli! Özünü sevirəm, Sən həyatın özüsən. Həmişə canlı, Həmişə hərəkətdə, İşdə, sevgidə, bərəkətdə. Səninlə işıqlıyam. Yolçunu isindirən. yanar oddu-ocaqdı, Dağ döşündə qaynayan, göz-göz olan bulaqdı. Bar altında əy...
ANL
Gəzirəm. Deyirlər həyatın fəsilləri var, Hardadır bəs mənim yazım, gəzirəm. İçimdə payızdır, çölümdə bahar, Qışın soyuğuna dözüm gəzirəm. Sular bulanıqdır, göy üzü duman, Kimdir gölməçədən təmizlik uman? Dəniz özgələşib yad olan zaman. Bir damla içində lüzum gəzirəm. Düşdüyüm alova düşüb yanan yox, Deyirəm yanıram bir ...
ANL