text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Məhəmməd Əmin Rəsulzadə- Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi. Bu qanlı ildə məmləkət nə kibi hallar keçirmiş, daha nə kibi zərbələr yemiş, üç-dörd aydan artıq davam edə biləcəginə bir növ inanılmaq istənilmədigi halda üçüncü ili haqlayan alə... | ANL |
15 il əvvəl dostum Rafiq Həşimovun evində böyük yapon kinorejissoru Akira Kurasovanın yuxuları əsasında çəkdiyi qısa filmlərə baxmışdım. Rusca səsləndirilən hər bir film bu cümləylə başlayırdı: “Ə videl takoy son...” (yuxu atmosferini kinoda Bunuyel, Tarkovski, Fellini və Kurosava qədər gözəl göstərməyi bacaran başqala... | ANL |
Zaman haqqında dərdlərin rekviyemi. Göylərin yeddi qatından. Qəriblərin ovqatından. Qəmlərimin çatından. Keçib sinəmə tuş gəldi. Hamıdan uzaqda, insanlardan kənarlaşıb tamam uzaqda dayanan və çiynində tabut gəzdirən bir nəfər var.... Və o insanın fırçasını dərdlərə batıraraq çəkdiyi “Rekviyem” də var. Dirilərin ölüləri... | ANL |
Oralarda kimlər var: Cem Qələndər. “İKİ ROMANLA BACARDIM DEMƏK ÇOXBİLMİŞLİK OLAR”. Türkiyə ədəbiyyat dünyasının ağır toplarından Hilmi Yavuz, Füsün Akatlı, Latifə Təkin kimi isimlərin başçılığı ilə keçirilən Əhmət Hamdi Tanpınar roman yarışmasında Cem Qələndərin 115 əsər arasında birincilik qazanan “Əhatə” əsəri çox ke... | ANL |
Azərbaycanda iman mədəniyyəti. Bir çox lüğət və fəlsəfi əsərlərdə biz “mədəniyyət” anlayışının müxtəlif təriflərinə rast gəlirik. Əvvəllər “böyütmək”, “yetişdirmək” mənalarını daşıyan latın sözü “cultura”, orta əsrlərdə “şəhər həyat tərzi”, daha sonra isə tədricən “şəxsi kamillik əlaməti” anlamına çevrildi. Mədəniyyət ... | ANL |
...Hər şey düşünülən kimi oldu... Türkiyədə yaşayan həmyerlimiz, şair Məmməd İsmayılın yaradıcılığı hər zaman olduğu kimi dünyanın bir çox ölkələrində yenə də diqqət mərkəzindədir. Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Praqada yayınlanan “Nastoyaşeye vremya” jurnalı sonuncu – qırxdördüncü nömrəsində Mə... | ANL |
Rus, ingilis, alman, fransız, ərəb, yapon, çin, italyan, çex, türk və ispan dillərində nəşr olunub dünyanın 70-dən artıq ölkəsində yayımlanan beynəlxalq jurnalın təsisçisi və baş redaktoru Musa Mərcanlı ilə söhbətimizdə müsahibimiz nəşrin yaranma zərurətindən, keçdiyi inkişaf yolundan, qarşıya qoyulan məqsədlərdən, əld... | ANL |
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Kral həzzdən açıqca imtina etdi, lakin belə qurban vermə onun yeni məşuqəsi, dindar madam de Mentenon tərəfindən asanlaşdırıldı. Bu qadın satirik şair Pol Skarronun dul arvadı olmaqla, kralın qanundan kənar doğulmuş uşaqlarının tərbiyəçisi olmuşdu və kralın yeni məşuqəsinə çe... | ANL |
Azərbaycan ədəbiyyatının 90 illik mənəvi yaddaşı-sözümüzün saf aynası, Azərbaycan mətbuat tarixinin şanlı bir səhifəsi. Bəli, hər dövrün ədəbiyyatı həmin dövrün əks-sədasıdır. Ədəbiyyat dünya və gerçəklik haqqında sözdür. Öz dövründə yaranan söz əgər zamanı adlayırsa, o, əbədiyaşar həyat kəsb etmiş olur. Bu sözü yayınl... | ANL |
Təhsil Sektorunun İnkişafı Layihəsi– irəliyə doğru önəmli addım. Təhsil Sektorunun İnkişaf Layihəsi Təhsil Nazirliyinin əmrinə əsasən, layihənin milli əlaqələndiricisi və alt-komponentlər üzrə koordinatlar müəyyənləşdirilib, hər bir alt-komponentə aid geniş icra planı hazırlanıb Dünya Bankı ilə razılaşdırılıb. Layihə ç... | ANL |
Sərhəddəyəm, iki ilin. Gecənin bu vədəsində, ac dünyanın mədəsində, buludlar əhatəsində, Aydan asacam özümü. Kimsə kəndir toxuyacaq, Aydan asacam özümü. Gəzmək üçün səmaları, tutub çəkəcək yuxarı. Yandırıb səpim torpağa. | ANL |
Möhsün Pak Ayin:"Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır". İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya müsahibəsi. - İranda tətbiq edilən “vəhdət həftəsi”nin əsas mahiyyəti nədən ibarətdir? - İslam dini düşmənlər üçün hər zaman müsəlmanlar arasında ixtilaf yaratmaq, onları zəiflətmək üçün hədəf olub. Bu sə... | ANL |
TÜTƏK NƏĞMƏSİ VƏ SIX ZƏMİ. Mən özümdən çıxmaq istərkən. Yalnız evimdən çıxa bildim, çoban. Eynən o məni düşünərkən. Siqaret qutusundan bir-bir çıxdığı kimi... Arxamca qapıları çırpdığım zərblə. Uzaqdan gələn tütək səsinə. Bütövlüklə özümdəyəm –. Əllərim boş. Biləklərim cızıq-cızıq... Hasarın bu tayında yerə çöküb. Uçuş... | ANL |
Kinorejissor Zaur Məhərrəmovun 75 yaşı tamam oldu. Ömrünü kino sənətinə həsr edən bu böyük sənətkarın həm bədii, həm də sənədli kino sahələrindəki yaradıcılığı milli kinomuzun ən parlaq səhifələrindən birini təşkil edir. Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı aparılan kino tədqiqatlarının nəticələri olan “Mirz... | ANL |
Xeyirxahlıq fədaisi. Cəmiyyətimizdə yaxşılıq etməyi sevən, xeyirxahlığı yüksək mənəvi borc hesab edən insanlar çoxdur. Onlar öz əməllərindən zövq alır, qürur duyur, başqalarına yardım etdikləri üçün məmnunluq hissi keçirirlər. Belə xeyirxah soydaşlarımızdan biri də Kərbəlayi Zülfü Rüstəmovdur. 1950-ci ildə Qarabağın di... | ANL |
İman və etiqad, din və hakimiyyət məsələlərinə bir baxış. DİN VƏ HAKİMİYYƏTİN QARŞILIQLI MÜNASİBƏTLƏRİ. Ölkədə qanun birdir, dinlər isə çox. Əsas Qanun yalnız dinin əksəriyyət üçün universal olan dəyərlərini nəzərə ala bilər. Tarixdən məlumdur ki, indiki suveren Azərbaycanın ərazisində çoxlu dinlər mövcud olub. Zərdüşt... | ANL |
Erkən evlilik Azərbaycanda problem olaraq hələ də qalmaqdadır. Bu problem daha çox Azərbaycanın ucqar regionlarında özünü göstərməkdə, bir çox halda ictimaiyyətdən xəbərsiz olaraq kəndlərdə müşahidə edilməkdədir. Təəssüf ki, Azərbaycanda evliliyə təhrik halları yaşanır. Düzdür, erkən evlilik hallarının, xüsusilə azyaşl... | ANL |
“Müasir Azərbaycan ədəbiyyatı” Yazıçılar Birliyində təqdim olunub. Bu gün Yazıçılar Birliyində (AYB) ədəbiyyatşünas alim Təyyar Salamoğlunun “Müasir Azərbaycan ədəbiyyatı” kitabının təqdimat mərasimi və imza günü keçirilib. 525.az-ın məlumatına görə, AYB-nin katibi Arif Əmrahoğlu alimi Azərbaycan müasir nəzəri fikrinin... | ANL |
“525.az” “Molla Nəsrəddinin Avropa sərgüzəştləri” hekayələr silsiləsinin dərcinə davam edir. Ayda bir dəfə işıq üzü görəcək bu silsiləni iki gənc - yazar Səməd Səfərov və Almaniyanın Humbolt Universitetində PhD pilləsi üzrə təhsil alan fizik İlmar Qəhrəmanov qələmə alıblar. “Molla Nəsrəddinin Avropa sərgüzəştləri” elmi... | ANL |
Ürəyimdə. tağına düşübdü. önümdən. Qəribsəyib. mən qalmışam. sərt üzünə. bələdəm. Əyrisini, mən düzünü. görmüşəm. tanıyandan, biləndən. gülmüşəm. Ürəyimin yağı gedib. Xoş günlərin ağı gedib, Cavanlığın bağı gedib, Qaldım boylana-boylana. Könlüm hələ seçimdədi, Gəzdim yaylana-yaylana. KÖNLÜMƏ. Nəfəsimdə gül-çiçəyin qoxu... | ANL |
Mürəkkəb ləkələri. Bir zamanlar Frankfurtda Main çayının sahilində dolaşarkən ünlü türk şairi Əhməd Haşimi xatırlamışdım. Geothenin Grosser Hirschgarten küçəsindəki evinə gedər. Taxta evin üçüncü qatında şairin iş otağına girər və onun oturub yazı yazdığı masaya tökülmüş mürəkkəb ləkələrini oxşayar. Bu oxşama sanki şai... | ANL |
“Milli Mətbuat Muzeyi ictimai taleyimizi əks etdirən məktəb rolunu oynayacaq”. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yanvarın 16-da keçirilən iclasında qəbul olunan qərarına əsasən Milli Mətbuat Muzeyi yaradılıb. AMEA Rəyasət Heyətinin qərarı ilə Milli Mətbuat Muzeyinin Azərbaycan Milli Ensiklopediyası ... | ANL |
Azərbaycan etnik tolerantlığın nümunəvi məkanı kimi. Vətənimiz Azərbaycan yalnız yeraltı və yerüstü təbii sərvətləri ilə deyil, həm də rəngarəng etnik tərkibinə görə qürur hissi doğurur. Uzun zamandır ölkəmizdə müxtəlif dinə və etnik mənşəyə malik xalqlar dost, qardaş tək əl-ələ, çiyin-çiyinə bərabərhüquqlu Vətəndaşlar... | ANL |
Şah İsmayıl Xətainin xətt nümunəsi. Almaniyanın Münhen şəhərinin kitabxanasında Səfəvilər dövrünün xəttatlıq sənətinə dair çox dəyərli nümunələr saxlanılır. Bunların içində Həzrət Əlinin kəlamlarının ərəbcə yazıldığı və sətirlər arasında bu kəlamların farscaya tərcümə edildiyi xəttatlıq nümunəsi xüsusilə diqqətəlayiqdi... | ANL |
“Atropatena dastanı”nın Türkiyə uğuru. Bunu bacardınsa, deməli, səni tez bir zamanda tanıyıb sevəcəklər. Yox, əgər oxucu sevgisini qazana bilmədinsə, deməli, tezliklə unudulacaqsan. Bu həqiqi sevgidir...” Bu fikirlərin müəllifi, yazıçı, beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru Vahid Məmmədlinin əsərləri xarici ox... | ANL |
Məhsəti Cəncəvinin Şərq və Qərb tədqiqatçıları. Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında həyat və yaradıcılığı, doğum və ölüm tarixləri, digər tarixi şəxsiyyətlər və sənətkarlarla münasibəti, əsərlərinin sayı haqqında ən fərqli fikirlər söylənən, adı əfsanələr dumanına bürünmüş böyük şairimizdir. İş o yerə çatmışdır ki... | ANL |
“Azərbaycanda dinə Sovet dövründəki amansız münasibət gözümün qabağındadır...”. Müsahibimiz fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdidir. – Azərbaycanda insanların yenidən dinə qayıtmasını, xüsusilə də son 15 il ərzində gənclərin dinə marağının artmasını nə ilə əlaqələndirirsiniz? – Mən hesab edirəm ki, Azərbayca... | ANL |
Onu yaxşı əməlləri yaşadır. "Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar". İsa Axundov mənim həmkəndlim, qohumum və həm də dostum idi. O, 1941-ci ildə Azərbaycanın dilbər güşəsi olan Ağdam rayonunun axarlı-baxarlı kəndlərindən biri olan ... | ANL |
Səsli hekayələr. "Hər ürək bir simfoniyadır. Sadəcə onu sonacan dinləmək lazımdır". Təranə Vahid. Tanınmış yazıçı-dramaturq Əli Əmirli istedadlı qələm sahibi Təranə Vahidin "Cənnətdən yuxarı..." kitabına yazdığı önsözdə hekayələri "gözəl şeir"ə bənzədərək müəllifin axıcı üslubundan bəhs edir. Mən isə bu hekayələri hələ... | ANL |
Aqil Abbasa oxucu təbriki. Yazıçı qəribəliyi, yazılarının isə qeyri-adiliyi, deyim tərzi, xüsusi üslubu ilə başqalarından seçilir. Oxucular da fərqli olurlar. Adam var ruhu oxşayan, zərif duyğuları əks etdirən əsərləri, başqaları vahiməli, şiddətli, bəziləri həyatın dibini göstərən çirkabları izləməkdən zövq alır. Bunl... | ANL |
Səsi içindən baxan şair. Xalq şairi Fikrət Qoca üçün. Həyatımızda işığına inandığımız gözlər. Adına sevindiyimiz kəslər. Başının üstündə Allahı görənlər varsa, Bilənlər ki. Adamı yaşamağa səsləyəcək yaşamlarıyla. Hayandasa göylər misra-misradı. Tanrı o yerlərə səsləmiş səni, Şeir Allahındı, şairlər göyün, Şairim, qismə... | ANL |
Bir səs gəlir qulağıma; neçə-neçə əsrlərin uzaqlığından gələn bir səs... Xanlara, paşalara bac verməyib əyilməyən qoç Koroğlu müxənnətlik yolu ilə onu aldadıb qara başlı, dolu gözlü, qara birçəkli, uzun boylu, tökmə döşlü, sağrılı məşhur Qıratını qaçıran keçəl Həmzəyə dil töküb xahiş-minnət edir: Həmzə, atı yaxşı saxla... | ANL |
Bu günlərdə Ağcabədidə istedadlı qələm sahibi, tanınmış şair Təvəkkül Yanarın xatirəsinə həsr olunmuş mərasim keçirilib. Şairin vaxtı ilə çalışdığı Mobil Həsənov adına Rəncbərlər kənd orta məktəbində təşkil edilən sözügedən anım mərasiminə rayon ziyalıları, müəllimlər, icra hakimiyyəti və bələdiyyə nümayəndələri, təhsi... | ANL |
Xalq şairi Zəlimxan Yaqub daha bir mükafata layiq görülüb. Təkcə Azərbaycanda deyil, bütün türk dünyasında məşhur olan və əsərləri sevilə-sevilə oxunan Xalq şairi Zəlimxan Yaqub indiyədək bir sıra mükafatlara layiq görülüb. Bu təltiflərin nominasiyalarının müxtəlifliyi kimi, onu mükafata layiq görən ölkələrin coğrafiya... | ANL |
Qarabağ Muğam Mərkəzi fəaliyyətini daha da genişləndirir. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi bu gün Qarabağ bölgəsində mədəniyyət və istirahət mərkəzi kimi mühüm əhəmiyyət kəsb edir. Mərkəzin direktoru Tofiq Cəfərovun dediyi kimi, son illər müəssisənin fəaliyyətinin genişlənməsi, çoxsaylı insanların onun xidm... | ANL |
Çox hörmətli Rəşad Məcid! Redaktoru olduğunuz "525-ci qəzet"in polifonik fəaliyyəti sırasında gənc ədəbi istedadların üzə çıxarılması və onların ilk yaradıcılıq nümunələrinə yer ayırması ənənəsi də dayanır. BDU-nun sizin də dərs dediyiniz Jurnalistika fakültəsində də yazıçılığa meyl edən və bu sahədə uğurlu nümunələr y... | ANL |
Vətəndaş cəmiyyətinin inkişafında əsaslı dönüş: QHT sektoruna yüksək dövlət qayğısı. Hər bir demokratik cəmiyyətdə vətəndaş cəmiyyəti institutlarının, eləcə də bu institutların başlıca qüvvəsi olan qeyri-hökumət təşkilatlarının xüsusi yeri və önəmi var. Azərbaycan dövləti də öz növbəsində bu sektorun inkişafına xüsusi ... | ANL |
Aqil Abbas: "Çox yaşamaq Allahın lənətinə gəlmək deməkdir". Səhər açılandan zənglər gəlir, təbrik edirlər. Ola bilər, kənardan gərginlik kimi görünsün. Təbii ki, ad günü keçirmirəm, qonaqlıq olmayacaq. - Adamları pis öyrədibsiniz. Mən ancaq söz qonaqlığı verə bilərəm. Əllini qeyd etmişəm, bir də yüzü təmtəraqla keçirəc... | ANL |
oxuyaraq haqqın dərgahına qovuşdu. Sən köçəndən bu fənada arxasızam əziz Atam, Sənin kamil ömrünü mən gərək yazam əziz Atam. Qeyri ana anam olsa mənasızam əziz Atam. Taleyimmi nəs gətirib, bumu qəzam əziz Atam? Məndə Yusif gözəlliyi, məndə İsa nəfəsi var, Süleymandan hökmü güclü, ömrü azam əziz Atam. Mayan halal, südün... | ANL |
Bir neçə il bundan əvvəl Bəsti xanımın şeirlərini mənə təqdim etmişdilər. Çox xoşum gəlmişdi. Sonra Anarla Mingəçevir filialında olarkən yenə Bəsti xanımın şeirlərini dinlədik, yenə şeirləri büllur kimi parlaq, saflığı, təmizliyi ilə məni sevindirdi. Birliyə üzv qəbul olundu. İndi qarşımda bir qadın dayanmışdı. Zorla g... | ANL |
Sözlə yaşamış və sözü yaşatmış insan. 1960-cı illərin əvvəlləri idi. Mən Konservatoriyanı yenicə bitirmişdim. Sevimli müəllimim Qara Qarayevin məsləhəti ilə uşaqlar üçün musiqi yazmağa başladım. Abdulla Şaiqin sözlərinə yazdığım "Çəpişim" mahnısını Azərbaycan Teleradio Komitəsinə təqdim etdim.Vaxt keçirdi, lakin bədii ... | ANL |
Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə akademiyanın əsas binasında "Ədəbi proses-2013: yekunlar və vəzifələr" mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Tədbiri Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli açaraq yaradıcılıq müşavirə... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında gənclər sahəsindəki QHT-lərin rolu. Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları (QHT-lər) mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında və inkişafında rolu danılmazdır. Əslində,... | ANL |
"Penitensiar sistemdə vərəmə nəzarət üzrə formalaşan nümunəvi model Azərbaycan dövlətinin uğurudur". MÜSAHİBİMİZ ƏDLİYYƏ NAZİRLİYİNIN TİBB BAŞ İDARƏSİNİN RƏİSİ, TİBB XİDMƏTİ GENERAL-MAYORU RƏFAİL MEHDİYEVDİR. Son illər penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində böyük nailiyyətlər əldə edilib, nəticədə ölkəmiz... | ANL |
Xalq yazıçısı İsa Muğanna son mənzilə yola salınıb. Azərbaycan Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib. APA-nın məlumatına görə, vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq ... | ANL |
"Həqiqət cümlə aləmdədir". Bu il öncə Tofiq Abdini, sonra da Muğannanı itirdik. Tanışlar, dostlar birər payız yarpaqları kimi tökülməkdə və ətraf səssizləşməkdə... İllər öncə ustad İsa Muğannanın kiçik bir hekayəsini oxumuşdum. Hekayədə Bakıya olduqca uzaqda olan bir kənddən bəhs edirdi. Hekayənin ismini belə xatırlamı... | ANL |
ləri doktoru, Bakı Dövlət. Universitetinin professoru, Milli Məclisin deputatı. Əslində "sevda" sözü hərfi tərcümədə qara qızdırma mənasını verir. Qədim zamanlarda, hələ hər şeyin rəqabət dünyamızda olduğu kimi, pulla alınıb-satılmadığı bir dövrdə sevgilisinə qovuşa bilməyən aşiqlər yatağa düşüb qızdırma-titrətmə tutdu... | ANL |
Laylalara bürünüb. Şirin-şirin dinim mən. Al məni dərd əlindən. Heç kəsin sevgisi kəm. Qəlbimə saflıq çöksün. Şirin-şəkər dilindən. Ana, bir mahnı söylə, Musiqiyə qarışıb, Sevgiyə çevrilim mən. Göylərində süzürsənmi? Fikir-dərya, dərd-ümmandır, Bu ümmanda üzürsənmi? Heç boğurmu səni qəhər, Qarış-quruş düşüncələr? Bu hə... | ANL |
"Azərbaycanda hüquqi dövləti və vətəndaş cəmiyyətini möhkəmləndirən uğurlu siyasət həyata keçirilir". Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşma... | ANL |
Akademik İsmayıl Hacıyev: "Naxçıvan tarixinin öyrənilməsi ilə bağlı vəzifələrimizi uğurla yerinə yetirməyə çalışırıq". Bir neçə ay bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən "Naxçıvan tarixi" çoxcildliyinin I cildi işıq üzü gördü. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin sədri, akademik, m... | ANL |
Azərbaycanı sevdirən gənc diplomat. Əslində indi haqqında danışacağım gənc qəhrəmanımı şəxsən tanımıram. Lakin Səudiyyə Ərəbistanında olarkən, xalqımızın yaxın dostu, Azərbaycan həqiqətlərini olduğu kimi təkcə öz ölkəsində deyil, beynəlxalq aləmdə də çatdıran dəyərli tacik həmkarım, rus və ingilis dillərində fəaliyyət ... | ANL |
"İki ailəm var desəm"... Budəfəki müsahibimiz ANS TV-nin simalarından olan "Salam, Azərbaycan" proqramının aparıcısı, son vaxtlar yaddaqalan bəyanatlar verən, dilinin bəlasına düşüb ustalıqla çıxmağı bacaran, ANS -in xarizmatik və emosional əməkdaşı Aytən Səfərovadır. Onunla məhz ANS-çilik, jurnalist olmağın üstünlüklə... | ANL |
“Azərbaycanda hüquqi dövləti və vətəndaş cəmiyyətini möhkəmləndirən uğurlu siyasət həyata keçirilir”. Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşma... | ANL |
TƏSƏLLİ YERİNƏ. Üzmə nəzərini Haqq dərgahından! Nəsə bir əngəl var bürcündə, qorxma. Madam hər gəlişin bir dönüşü var: Dönüb qurtularsan bir gün də, qorxma. Sən ki çox dözmüsən bu çalxanışa. Halal beygirinlə qoşul yarışa, Mənzilə yetərsən lap öndə, qorxma! Təklərdən təkmildi aləmin cəmi;. İpucundan başlar hər işin çəmi... | ANL |
Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov;. Sadaxlı hadisələrinin yolverilməz olması, Seymdəki bütün fraksiyaların bunu eyni dərəcədə pisləyəcəyi ilə bağlı iki fikir ola bilməz, amma bu, ilk belə hadisə deyil. Bu, çoxsaylı hadisə... | ANL |
Unudulmaz Tofiq Abdinlə unudulmuş söhbətin stenoqramı. Bu lent yazısı dostum və həmkarım Tofiq Abdinin vəfatından bir neçə gün sonra üzə çıxdı. Təsadüfən... İllər öncə evin hansısa küncünə atdığım və qəfildən gərəyim olan diktofonu götürüb üstündəki lentin yaddaşını saf-çürük edərkən... İndi heç cür xatırlaya bilmirəm ... | ANL |
Tapılmayan dərman. Son vaxtlar intizam məsələsi çox ciddiləşmişdi, Bunun üçün neçə adam cəza almışdı. Ona görə də səhərisi idarəyə baş çəkməli oldum. Tələm-tələsik tabelə qol çəkib kabinetimə keçdim. Aptek xidmətçisi Sadıq kişinin dedikləri dünəndən başımda hərlənirdi. Fikirləşirdim ki, mərkəzi aptekin müdiri Albert İs... | ANL |
İngiliscədən Telman Orucov tərcümə edib. Uilyam Allen Uayt demişdi ki, Senatorlar təkcə ştatları və regionları deyil, həm də “knyazlıqları, hakimiyyətləri və biznesi təmsil edirlər”. “Misal üçün, bir Senator Birliyin Sakit okean dəmir yol sistemini, digəri Nyu-York mərkəzi dəmir yolunu, digəri isə sığorta maraqlarını, ... | ANL |
PƏRVİNin təqdimatında. İtkilər böyüdür insanı, müdrikləşdirir. Çünki itirdikcə qorxuların çıxır canından. Daha hər balaca təhlükəyə təlaşla, əsə-əsə yanaşmırsan. İtirməyə də vərdiş edirsən zamanla. Həyatla hesablaşmağı, onun qanunları ilə yaşamağı, qaydalara tabe olmağı öyrənirsən. Anlayırsan ki, böyük qazancların ardı... | ANL |
Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses – 2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Ədəbi mühit və ümumən ictimaiyyət üçün maraqlı ola biləcəyini nəzərə alaraq müşavirə materiallarından bir qismini dərc etməyi... | ANL |
Onu ürəkdən təbrik edənlərə mən də fərəhlə qoşuluram. Dünyanı dolaşıb gəzən haray var. Sadə milyonlara qarışır təklər, Çoşur qasırğalar, əsir küləklər. Gəzir qitələri “Mavi mələklər”. Aydınlanır “Etiraflar vadisi”. Adam adamların yüzünü görür, Hətta boz, qırmızı, üzünü görür. REDAKSİYADAN: Hörmətli ədibimiz, Xalq yazıç... | ANL |
Çox illər öncə Moskvada bir söhbətimizi xatırlayıram. Nə Azərbaycan şeiri, nə də Azərbaycan nəsri bu bir qrupdan ibarət deyil ki?” Mən də təxminən belə bir canqurtaran cavab verdim: “Şəxsən mənim məqsədim çağdaş Azərbaycan şeirindən və ya nəsrindən bütöv, fundamental yazmaq deyil. Mən öz zövqümün ölçüsündə maraqlı bild... | ANL |
Azər Mustafazadə Azərbaycan ədəbiyyatında böyük təmkin və böyük səriştə ilə öz işini görən fədailərdəndir. Bilən bilir – hələ sovetlər dövründə Moskvada SSRİ Yazıçılar İttifaqında işlədiyi zaman ədəbiyyatımızın müqtədir nümayəndələrinin əsərlərini böyük məhəbbətlə rus dilinə çevirər, bu nümunələrin nəşri işində əlindən... | ANL |
Mənəvi kamillik. Məncə, ağıllı, istedadlı adamları fərqləndirən keyfiyyətlərdən biri təvazökarlıqdır. Bu, bir könlütoxluq, mənəvi kamillik məsələsidir. Yəni özünü böyük göstərmək üçün başqalarını kiçiltməyə çalışmayan, hər yerdə gözə dürtülməyi xoşlamayan, öz marağını cəmiyyətin marağından üstün tutmayan, işini təmənna... | ANL |
“Qadın həyatı sevgi, duyğu və fədakarlıqdan yoğrulub”. Ona görə də hər zaman məhz fədakar və həssas insanlar, yalnız özləri üçün deyil, daha çox başqaları üçün yaşamağı bacaran insanlar yaddaşlarda və ürəklərdə əbədi qalmaq hüququ qazanır, nəsillərə örnək kimi könüllərdə məskən salır. Tarixdə əməli, sözü, adı və işi qa... | ANL |
Əli bəy Hüseynzadənin bir həcvi və onun yaranma tarixi. Əli bəy Hüseynzadə və həcv? Yəqin ki, Əli bəyin yaradıcılığına, əsərlərinin mündəricə və əhatə dairəsinə bələd olanlar bu sərlövhəni görəndə ilk növbədə təəccüblənəcəklər. Eyni şəkildə, deyək ki, incə ruh şairi kimi tanınan Hüseyn Cavidin də həcv yazması, yaza bil... | ANL |
Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirilib. Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcidin yenicə çapdan çıxmış “Dəlicəsinə” kitabının təqdimatı keçirilib. MŞ-nın mətbuat xidmətindən verilən xəbərə görə, mərasimdə şuranın İdarə Heyətinin... | ANL |
Aydın Mirzəzadənin "Müdriklik dərsləri". Bu gün Azərbaycan gəncini internetsiz təsəvvür etmək mümkün deyil. Yaşından asılı olmayaraq övladlarımız kompüterlə daha çox ünsiyyətdə olur, gördüyü, eşitdiyi hadisələrin asanlıqla təsirinə düşür və təbii ki, onun təlim tərbiyəsində də virtual aləmin rolu az deyil. Sərhədsiz in... | ANL |
İsanı bizdən alan, bizi İsasız qoyan dünya. Neyləyəsən ki, ölüm haqdı, qaçılmazdı, alın yazısıdı. Düz altmış səkkiz il bundan əvvəl baş vermiş dəhşətli bir hadisə zaman-zaman başımda dolanır, gözlərim önündə canlanır. Hərdən İsa ilə Qarayazı meşəsinə yaşılbaş, xınalı kəklik, min rəng çalarlı kol xoruzu vurmaq həvəsilə ... | ANL |
Hüquqi dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu və mövqeyi. Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün inkişaf yolunda hüququn aliliyini ön plana çəkərək hüquqi dövlət quruculuğu yönümündə müstəsna addımlar atdı və atmaqda davam edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanda bu siy... | ANL |
Milli-mənəvi dəyərlərimizin təbliğatçısı. Müasir dünyada sürətlə genişlənməkdə olan qloballaşma prosesləri ilk növbədə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını zəruri edir. Bu nəcib işdə informasiya vasitələrindən olan televiziyanın geniş imkanları var. İnternetlə televiziyanın fəaliyyətinin birləşdiyi bir va... | ANL |
Bakıdan Londona uzanan yol... Lap əvvəldən başlayaq. Səmimi deyək, layihəyə qatılmaqda əsas məqsədimiz xarici mütəxəssislərin jurnalistika təcrübəsindən faydalanmaq, əldə etdiyimiz bilik və bacarıqları tələbələrimizə tətbiq etmək, layihənin imkan verdiyi müddət ərzində bir illik pulsuz ingilis dili hazırlığından yararl... | ANL |
"Cənnətdən yuxarı"ya səyahət. Hava əhvalıma oxşayırdı. İri addımlarla evə tələsəndə məni qəribə bir həyəcan bürümüşdü. Yoldan qayıtmağı xoşlamasam da bunu edirdim. Neçə gündü gözümə ilişən o kitabı deyirəm... Ağlım kəsəndən, daha doğrusu sual verməyi öyrənəndən bəri atamdan tez-tez cənnət və cəhənnəm haqqında soruşurdu... | ANL |
Həm də sadəcə daşımırdı, o, bütün keçmişini gələcəyə aparırdı... Onun yaradıcılığının yüksək dəyəri, əsərlərinin bədii gücü də bunda idi - istər nəsrinin, istər dramaturgiyasının, istərsə də publisistik əsərlərinin... Bu səbəbdən də o, heç vaxt hakim Kommunist partiyasına üzv olmadı, heç vaxt yüksək vəzifələrdə işləməd... | ANL |
Fikrət Qoca: şair ömrü, yazıçı yaşantıları. Oxuduğumuz bir çox hekayə və romanı ünlü şair Fikrət Qocanın çoxdan bəri şeirlə birlikdə nəsr yaradıcılığıyla da məşğul olduğunu göstərir. "Onun əsərləri ilə şəxsiyyəti arasında qəribə bir uyğunluq mövcuddur. Həyatda çox dinc, sakit, həlim təbiətli, yığıncaqlarda və xeyir-şər... | ANL |
Bu qəzetdə əvvəllər Redaktorlar Birliyi olsa da, indi o birliyi sosial media redaktorları əvəzləyib. Həmin redaktorlar iş arası toplaşıb əsas mövzuları müəyyən edirlər. Təbii ki, qəzetə də maraq var, amma o, tələbatı vaxtında və operativ ödəyə bilmədiyinə görə, əsas güc veb-saytın üzərinə düşür. Hazırda istifadəçilər s... | ANL |
"Elektron məhkəmə" ədalət mühakiməsinə vətəndaş etimadının artmasına xidmət edir". ƏDLİYYƏ NAZİRİ, MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ FİKRƏT MƏMMƏDOV: "AVROPA MƏHKƏMƏSİNƏ AZƏRBAYCANDAN DAXİL OLAN ŞİKAYƏTLƏRİN SAYI ÜMUMİ AVROPA GÖSTƏRİCİSİNDƏN 2 DƏFƏDƏN ÇOX AŞAĞIDIR". Ötən ay mətbuatda Məhkəmə-Hüquq Şurasının geniş iclasının... | ANL |
Sizin dilinizdə düşünə bilmədiyimiz üçün bizi bağışlayın. Odər dilində düşünmək -- başqa, özgədoğma Bağları düşünmək deməkdir və özünü bu Bağlardan fərqli və təcrid bir vahid kimi düşünməmək, görməmək deməkdir. Siz o Bağlardan danışırdınız, özünüzə kənardan o Bağlardan biri kimi baxırdınız və oradan qırılıb qopmağa qor... | ANL |
Yazıçılar Birliyində Ənvər Yusifoğlu yad edilib. Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda filosof yazıçı Ənvər Yusifoğlunun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.Tədbiri açan AYB-nin sədri, Xalq yazıçısı Anar özünün ilk qələm təcrübəsi olan "Ağ liman" povestinin həmin vaxt "Azərbaycan" jurnalında nəsr... | ANL |
Yazıçılar Birliyində Ənvər Yusifoğlu yad edilib. Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda filosof yazıçı Ənvər Yusifoğlunun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.Tədbiri açan AYB-nin sədri, Xalq yazıçısı Anar özünün ilk qələm təcrübəsi olan "Ağ liman" povestinin həmin vaxt "Azərbaycan" jurnalında nəsr... | ANL |
Yaman güvənirsən, özünə yaman, Elə bil səhrada bağ yaratmısan. Kiçik təpələri yığıb üst-üstə, Zirvəsi görünməz dağ yaratmısan. Dəyişir xislətin gündə yüz dəfə, Mən qışı demirəm, ilk bahar kimi. Hərdən hiddətlənib coşa gəlirsən, Özünnən güclüyə yarınmaq üçün. Hərdən də, it kimi zingildəyirsən, Yanınnan, yörənnən qorunma... | ANL |
Hüquqi dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu və mövqeyi. Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün inkişaf yolunda hüququn aliliyini ön plana çəkərək hüquqi dövlət quruculuğu yönümündə müstəsna addımlar atdı və atmaqda davam edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanda bu siy... | ANL |
Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir. Tənbəllik etməyib, təqvimi bir neçə il əvvələ vərəqləyək. Yəqin ki, çoxlarının göz önünə yenicə zəncirləri qıraraq, azad nəfəs alan Azərbaycan vətəndaşının maddi vəziyyəti, sosial durumu gələcək. Yaşl... | ANL |
Tofiq Abdinə gecikmiş vida sözü. Ölümündən təxminən bir ay əvvəl şəhərdə Tofiqin ölüm xəbəri yayılmışdı. Çox həyəcan və sarsıntı keçirdim. Bütün ümumi dostlarımıza zəng vurub şübhə ilə yanaşdığım, inana bilmədiyim bu xəbəri dəqiqləşdirməyə çalışdım. Dostlarımızdan biri onun evinə zəng vurub özü ilə danışmışdı. Səhəri g... | ANL |
Bu yaxınlarda Bakıda təsadüfən bir qadınla həmsöhbət oldum. Çıxaydım Sarvan dağına, Sinəsi cənnət bağına. Keçmişdən nələr danışdı, Danışdıqca o, alışdı. Yada saldı yurd-yuvanı, Ah çəkib ahla barışdı. Dedi həsrətəm dağlara, Gəzdiyim bağça-bağlara. Ümidim var üz sürtməyə. Dədəm yatan torpaqlara. Ürək qəmli, qulaq səsli, ... | ANL |
Dövlət Musiqili Teatrında Xalq artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Yubiley gecəsini tanınmış rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov idarə edib. Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki... | ANL |
M.S.Ordubadinin ev-muzeyində görkəmli yazıçı-dramaturq, teatr, kino xadimi, tərcüməçi və rejissor Cəfər Cabbarlının 115 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesindəki C.Cabbarlı guşəsinə baxıblar. Muzeyin direktoru Lalə Abaszadə C.Cabbarlının görkəmli yazıçı-dramaturq, ... | ANL |
Bakının bürküsü- Canımın ürküsü, Gözlərimin mürgüsü, Dərdimə bax?! "Bir ev qoyub gəlmişəm- açarları cibimdə. Açarla oynayıram- çadırların dibində". Əbülfət Mədətoğlu. Yazdıqca dərdlərim. üzümə durur. Gözümə durur. açar gətirdi. Məni dərdlərinə. Naçar gətirdi. elin,obasın, Sonunda qisməti. köçkünlük oldu. Alışa bilmədi.... | ANL |
Zahid Oruc: "Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti möhkəm təməl üzərində inkişaf edir". Millət vəkili Zahid Orucla söhbətimizin məğzini vətəndaş cəmiyyətinin mahiyyəti, struktur və elementləri, Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olması, bu yolda atılan mühüm addımlar, problemlər və perspektivlər, hü... | ANL |
Azərbaycan alimi məşhur "İssık yazısı"nın şifrəsini aça bilib. Martın 28-də "Exo" qəzetində jurnalist Nuraninin tarixçi-alim Zaur Həsənovla müsahibəsi dərc olunub. Maraqlı olacağını nəzərə alaraq həmin müsahibəni tərcümə edib "525.az"-ın oxucularına təqdim edirik. "Çarlar vadisi" ifadəsi çoxlarının təsəvvüründə Qədim M... | ANL |
"Milli ideologiya probleminə fəlsəfi baxış" kitabının II hissəsi nəşr edilib. Bu günlərdə fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun "Milli ideologiya probleminə fəlsəfi baxış" kitabının II hissəsi nəşr edilib. Müəllif monoqrafiyanın II hissəsində ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili x... | ANL |
Zahid Oruc: “Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti möhkəm təməl üzərində inkişaf edir”. Millət vəkili Zahid Orucla söhbətimizin məğzini vətəndaş cəmiyyətinin mahiyyəti, struktur və elementləri, Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olması, bu yolda atılan mühüm addımlar, problemlər və perspektivlər, hü... | ANL |
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses – 2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Ədəbi mühit və ümumən ictimaiyyət üçün maraqlı ola biləcəyini nəzərə alaraq müşavirə materiallarından bir qismini dərc etm... | ANL |
Əsərləri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Transliterasiya redaktorları:professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev). (Əvvəli ötən şənbə saylarımızda). Sol eser, mülkədar Tumanovdan sonra kadet Semyonovun tribuna... | ANL |
Çağdaş Azərbaycan dramaturgiyası: problemlər, mülahizələr. İştirakçılar: İntiqam Qasımzadə – müzakirənin aparıcısı, “Azərbaycan” jurnalının baş redaktoru;. Əsəd Cahangir – layihənin ideya müəllifi; tənqidçi. İntiqam Qasımzadə: Əvvəla, dramla bağlı bu müzakirənin təşəbbüskarı kimi Əsədi təbrik edirəm. Ən azı ona görə ki... | ANL |
Tapılmayan dərman. (Əvvəli ötən şənbə saylarımızda). Albert İsgəndərzadə danışdıqca öz hesabımı götürürdüm. Bayaqkı ümidlərim yenə puç oldu. Albert İsgəndərzadəni dinlədikcə ötən axşamkı qanqaraldıcı əhvalatların bu gecə də təkrar olunacağını təsəvvür edirdim. Onun giley-güzarı, evdə arvadın vurub-qırdığı qabqacaq cing... | ANL |
İngiliscədən Telman Orucov tərcumə edib. 5 avqust 1867-ci ildə prezident inandırıldı ki, Linkolnun qəbul etdiyi mudafiə naziri Edvin M.Stenton radikal Respublikacıların gizli alətidir və tabe edilmiş Cənubda qudrətli diktator olmaq yollarını axtarır. Ona gorə də ləngimədən onun istefa verməsini tələb etdi; və Stenton k... | ANL |
PƏRVİNin təqdimatında. Elə ki vakuma, çəkisizliyə, yəni “sevgisizliyə” düşdün, səbəb axtarmağa başlayırsan. Gündəliklərini qabağına qoyub irəli-geri, bitdə-bitdə, yüz dəfə oxuyursan. Kim geri çəkildi? Kim qorxaqlıq elədi? Səhv hardaydı? ...İllər öncə yaşanmış, bitmiş, yerində ancaq rəngsiz, ağ-qara xatirələr qalmış sev... | ANL |
Yazıçılar Birliyində “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının 10 illiyi qeyd edilib. Yazıçılar Birliyinin “Natəvan” klubunda “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının 10 illiyinə həsr edilmiş tədbir keçirilib. Yubiley tədbirinin aparıcısı, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axun... | ANL |
(Məşhurların xanımları). Qapını bizə siz açın. Nədənsə yaman utanırdıq, birtəhər dizimizdə taqət tapıb içəri giridik. Evdən tək Tofiq müəllim getməmişdi. Hər şey donub qalmışdı. Elə bil həyata yenidən başlamaq üçün, 40 gun bundan qabaq ölümlə edilmiş zarafatın sona çatmasını gözləyirdilər... Zaman bir tək Gülnaz xanımı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.