text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Nazım Hikmətlə üç görüş. “Kərəm kimi” kitabımı çapa hazırlayarkən əziz dostum Vaqif Səmədoğludan Nazım Hikmət haqqında xatirələrini yazmağı xahiş etdim ki, kitabıma Son söz kimi verim. Vaqifin icazəsiylə həmin mətni Azərbaycan türkcəsində ilk dəfə olaraq “Kərəm kimi”yə Son söz kimi çap etdim. Nazım Hikməti ilk dəfə on ...
ANL
Braziliyada İlyas Əfəndiyevin “Seçilmiş əsərləri” nəşr olunub. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə Braziliyada ədibin “Seçilmiş əsərlər” kitabı çap edilib. Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə işıq üzü görən ...
ANL
Rəşad Məcid gənc ədiblərlə görüşə “Çiyələk qadın”la gəldi. Dünən Yazıçılar Birliyinin “Natəvan” klubunda gənclərin qələbəliyi mənə 5 il öncəni xatırlatdı. O zaman Gənc Ədiblər Məktəbində (GƏM) Rəşad Məcidin rəhbərliyi ilə keçirilən hər bir görüş dünənki yığıncağa bənzəyirdi. Ötən gün Yazıçılar Birliyində gənc ədiblərin...
ANL
Zəki Vəlidi Toğanın “Xatirələr”ində Azərbaycan. Türk dünyasının böyük şəxsiyyətlərindən birinin – Zəki Vəlidi Toğanın 1970-ci ildə İstanbulda çap olunan “Xatirələr”inin adına ilk dəfə aspirantlıq dövrümdə, 1978-ci ildə Azərbaycan EA Əsaslı kitabxanasının Şərq ədəbiyyatı fondunun kataloqunda təsadüf etdim. Dərhal sifari...
ANL
Bir ayın səfərləri. Hər yerə çatmağın, ürəyin istəyən bütün görüşlərə, məclislərə qatılmağın mümkün olmadığını bilirik. Noyabr ayının 19-21-i arası bu il Türk dünyasının mədəniyyət mərkəzi seçilmiş Kazan şəhərində türk dünyası mahnı yarışması – Türkviziona yekun vurulacaqdı, Dünya Azərbaycanlıları Konqresinin Tatarısta...
ANL
Qərbi Azərbaycan əyalətində gördüklərimiz – Urmiya. URMİYA GÖLÜNÜ BƏRPA ETMƏK MÜMKÜN OLACAQMI? Urmiya şəhərinin qədim tarixini, mədəniyyətini onun muzeylərində nümayiş etdirilən eksponatlar da sübut edir. Şəhərdə baş çəkdiyimiz arxeoloji və etnoqrafik muzeylərdə Səlcuqlar, Manna, Urartu, Səfəvilər dövrünə aid nümunələr...
ANL
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. AZƏRBAYCANDA GENDER BALANSININ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ UĞURLU NƏTİCƏLƏR ƏLDƏ EDİLİB. Gender (cins) bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Azərbaycanda gender tendensiyasını...
ANL
Taziyanələr. Bəxtim mənə üz vermədi, tutsam da ipindən, Şahlıq quşu da dad eləyir quş qripindən. Şərq təqvimi. Yerin tövlədədir desəm, can-ciyər, Şəksiz ki, danalar məndən inciyər. Hər sabah qənşərimə bir sürü naqqal gəlir, Gah topal, gah təpəgöz, gah topasaqqal gəlir. Üləmanın güzəri hər dəfə baqqala düşür, Elmü ürfan...
ANL
"Çiyələk qadın"ın təqdimatında. Səhər saat beşdir. Avtobusun arxa oturacağında mürgü döyə-döyə yol gəlirəm. Bir gün əvvəl sənəd məsələsi ilə bağlı rayona getmişdim, indi isə özümü şəhərə çatdırmalıyam. Günorta saat 2-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Rəşad Məcidin kitab təqdimatı var. Müəllifdən imzalı kitab ist...
ANL
Şair Çingiz Əlioğlunun 70 illik yubileyi qeyd olunub. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İştirakçıları salamlayan Çingiz Əlioğlu hamıya dərin minnətdarlığını ...
ANL
Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı. Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: "Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqd...
ANL
Ekologiya və ətraf mühitin mühafizəsi. Çağdaş dövrdə sürətlə qloballaşan, qloballaşdıqca da kiçilən dünyamızı bir sıra problemlər çox ciddi şəkildə təhdid etməkdədir. Bu problemlərin yaranması və "inkişaf edərək" bugünə gəlib çatması təkcə bir ölkədən asılı olmadığından, ümumbəşəri xarakter daşıdığından onların həlli ü...
ANL
Sosial tərəqqi və mədəni intibah son 10 ildə Yevlax rayonunun reallıqlarına çevrilib. Azərbaycanda son illər həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, bu sahədə qəbul edilən Dövlət Proqramları, əlverişli biznes və ...
ANL
Bakıda görkəmli qırğız ozanı Toktoqulla bağlı elmi konfrans keçirilib. Dekabrın 9-da M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə, görkəmli qırğız şairi, ozanı və bəstəkarı Toktoqulun 150 illiyi ilə əlaqədar beynəlxalq elmi konfrans olub. Tədbirdə Toktoq...
ANL
Azərbaycan musiqisi Drezdendə səslənib. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində növbəti tədbir Drezdendə təşkil olunub. Drezdenin məşhur "Albertinum" muzeyində keçirilən tədbirin iştirakçıları Qara Qarayev...
ANL
III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri təltif. Dekabrın 8-də R. Behbudov adına Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyinin, TÜRKSOY-un, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi ...
ANL
Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı. Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: "Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqd...
ANL
Azərbaycanı uçurumdan qoruyan... "Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Heydər ƏLİYEV. Hər xalqın, hər millətin taleyində ağır, keşməkeşli dövrlər olur. Hər xalq, hər millət o ağır, keşməkeşli dövrü tarixin ən müxtəlif dönəmlərində yaşaya bilər, amma belə bir sınaq məqamı ilə haçansa mütləq üzləşir. Məhz belə...
ANL
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. NAXÇIVAN MÜHİTİNİN YETİRDİYİ GÖRKƏMLİ SİMALARIN AZƏRBAYCAN MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATINDA MÜSTƏSNA YERİ VAR. "Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət edib .Çox...
ANL
Haqdan qüvvət almış idim, Bir qıraqda qalmış idim. Dilimdən çıxan hər sözün,- Kəlmənin ağası oldum. Qarı düşmən qəfildən. Öz yolumla gedirdim, Üstümdən yellər əsdi. Kimsə ortaq olmadı. Dağdan ağır bu dərdə. Bir ona sevindim ki, Büdrəsəm də hardasa, Əl açmadım namərdə. Gözləməkdən kar aşmaz. Nəmli baxışlar açmaz. Kimə v...
ANL
Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı. Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: "Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqd...
ANL
Bugünlərdə "Ulduz" jurnalının noyabr sayı işıq üzü görüb. Dərgi tanınmış tənqidçi Cavanşir Yusiflinin irad və tövsiyələrlə zəngin "Orijinal axtarışında" yazısı ilə açılır: "...Kəsə deyim: bu istiqamətdə, yəni toplunun kollektiv əməyin və cilalanmış zövqün (yaxud cilalanıb hesablanmış-!) məhsulu kimi görünməsinə cəhdlər...
ANL
Azərbaycan xalçalarına Qərb yanaşması. Azərbaycan Xalça Muzeyində "Azərbaycan xalçalarına Qərb yanaşması" mövzusunda mühazirə kursu keçirilir. Muzeydən AzərTAc-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan kurs Qərb tədqiqatçılarının xalçalara yanaşmalarının əsas tezislərini üzə çıxarır. ...
ANL
Özümüz və sözümüz. ...Dünyanın yaranıb vücuda gəldiyi ilkin başlanğıc barədə materialist və idealist düşüncənin tam ortasında qərar tutub, onların min illərdən bəri eşidilən mübahisəsinə bircə hökmlə aydınlıq gətirmək fürsətim olsaydı, əminliklə deyərdim ki, dünya sözdən yaranıb... Söz olmadan nə materiya var, nə də şü...
ANL
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. AZƏRBAYCAN DÖVLƏTİ ÖLKƏDƏ DİNİ VƏ MİLLİ TOLERANTLIQ MÜHİTİNİN QORUNMASINI PRİORİTET İSTİQAMƏT KİMİ DİQQƏTDƏ SAXLAYIR. Dini tolerantlıq baxımından ölkəmizin dünyaya örnək olduğunu söyləsək, heç də yanılmarıq. Həqiqətən də Azərbaycan bir çox di...
ANL
"Dövlət büdcəsinin gəlirləri müəyyən olunmuş prioritetlərin icrasının təmin edilməsində zəruri zəmin yaradacaq". Müsahibimiz Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovdur. İlk olaraq növbəti ilin dövlət büdcəsinin gəlirləri, bu gəlirlərin strukturu ilə bağlı əsas meyllərə münasibətinizi bilmə...
ANL
Doğrusu, nə qədər fikirləşsəm də, "fərqli" sözünün mənasını aydınlaşdıra bilmədim. Gözləməkdən başqa çarəm qalmırdı. Məlum oldu ki, bu tədbirə hörmətli MÜƏLLİMİMİZ professor Şirməmməd Hüseynov və onun həyat yoldaşı, uzun illər - 50 ilə yaxın bir dövrdə "Elm və həyat" jurnalının siması kimi tanınmış Ülkər xanım Hüseynov...
ANL
Qadın sənin uşaqlıq dostun, könül sirdaşın, gəlin köçərkən "qardaşım məni yola salsın" deyən bacındır. Qadın qurduğun ailənin yanar çırağı, qürurun, baş tacındır, "qızım" deyə çağıranda "atacan" deyə cavab verən ən əziz varlığındır. O varlıq ki, onunla nəfəs alırsan, onunla səadətini tapırsan. Hətta öz xoşbəxtliyini ta...
ANL
Ulu öndərlə böyük şairin əbədi mənəvi vəhdəti. Ümummilli liderimiz Heydər Əliyevin cəsarətli və zəngin dövlətçilik fəaliyyəti son iki minillik Azərbaycan mədəniyyətinin, demək olar ki, bütün mərhələlərini əhatə edib. Azərbaycan xalqının dahi və əzabkeş oğlu Hüseyn Cavidin milli yaddaşımıza və mənəviyyatımıza qaytarılma...
ANL
Niyazinin əsərləri Londonda səsləndirilib. "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində görkəmli dirijor və bəstəkar, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyova həsr edilən konsert olub. Konserti Bakı Musiqi Akademiya...
ANL
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərova məktub. Hörmətli Nizami müəllim! Mətbuatda dərc olunan, demək olar ki, bütün məqalələrinizi və mənə bağışladığınız kitabları oxuyaraq fikrimi həmişə sizinlə bölüşmüşəm. Dilimizi, ədəbiyyatımızı, ədəbiyyatşünaslıq elmimizi dərindən bilməyiniz, fikir və təfəkkür sahibi olma...
ANL
Yazıçı Günel Anarqızı ilə görüş keçirilib. Bugünlərdə Bakıdakı 193 saylı tam orta məktəbdə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun xətti ilə, yazıçı Günel Anarqızı ilə məktəbin şagird və müəllim kollektivinin görüşü olub. Orta məktəbin direktoru Rəhim Hüseynov rəhbərlik etdiyi məktəbdə belə g...
ANL
Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı. Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: "Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqd...
ANL
Yeni Azərbaycanın memarı. Ötən il Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı respublikanın orta məktəb şagirdləri arasında elan olunan yazı müsabiqəsində H.Əliyev adına liseyin 10-cu sinif şagirdi Fidan Rəhimli ilk üç yerdən birini tutmuşdu. Qəzetimiz Fidanın həmin yazısını özünün bəzi yeni əlavələri i...
ANL
Həzrət Məhəmməd Peyğəmbərin soy kökünə yaxın seyiddi. Müntəhbasan, silsileyi-zəhəbsən. Araşdırıcılar yazır ki, Mir Həmzə doqquz yaşında ikən yuxuda Qarabağlı bir xanıma vurulur, onun eşqilə dillər əzbəri olan lirik şeirlər yazır. Həmzə Nigari “Qarabağ xanlığı ... camaatının dini lideri kimi” Rusiyanın müstəmləkəçilik v...
ANL
Müharibə və onun nəticələrinə təsir edən amillər. Yaxşı hal orasındadır ki, müharibə toxumunu səpənlər başqasına ziyan vurduqları kimi, həm də öz xalqının da ümidini dağıdıb, məhv edirlər. Adətən doğma xalqı onlardan daha böyük ziyan çəkir. Bu eybəcər vəziyyətə nəhayət ki, son qoyulmalıdır. Ermənistan rəhbərliyi ağılsı...
ANL
Yazıçı Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə bu günlərdə yenidən nəşr olunmuş “Közərən sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə məlum olan və olmayan, bir sıra maraqlı məqamları öz əksini tapıb. Aktuallığını düşünərək, kitabdan bəzi hissələri oxuculara təqdim edirik. Naxçıvana qədəm qoyduğum ilk...
ANL
Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı. Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: “Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqd...
ANL
Təbiətin yaşıl adamı. Azərbaycan elminin nəhəng simalarından olan dünyaşöhrətli alim, akademik Həsən Əlirza oğlu Əliyevin xatirəsi təkcə doğum və anım günlərində deyil, hər zaman yada düşür. Çünki bu elm fədaisinin adı çəkiləndə Vətənimizin hər qarışında onu xatırladan zəngin təbiətimiz – meşələrimiz, dağlarımız, çayla...
ANL
Akademik İsa Həbibbəylinin yeni tədqiqatı. Mühitin, cəmiyyətin qəribə qanunları var. Bəzən bir şair, yaxud yazıçı hansısa əsəri, kitabı ilə tanınır, qəbul olunur, məşhurlaşır, oxucuların, kütlənin sevimlisinə, dillər əzbərinə çevrilir. Zaman, yeni simalar, təzə əsərlər bu sənətkarı sıxışdıra, yaddaşlardan çıxara bilmir...
ANL
Xoşbəxtliyi ələ salmaq. “Mənim xoşbəxtliyim haqda film yoxdursa, başqalarının xoşbəxtliyi haqda çəkilənlər nəyimə gərəkdir?”. (Bir film linki altından yazılan tamaşaçı şərhi). Bu əsər belə başlar: içərini görə bilsin deyə, əlinin arxası ilə pəncərələrin sınıq-salxaq şüşələrinin kirini silmək üçün yağışı öyrədib göndərə...
ANL
Nəsillərdən nəsillərə. XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi həm ölkəmizdə, həm də ölkəmizdən xaricdə geniş qeyd edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük ədibimizin yubileyi ilə bağlı bu ilin yanvar ayında xüsusi sərəncam imzalamışdır. Keçən d...
ANL
Poeziyanın çox qəribə, sirli bir aləmi var və bu aləmin dərinliyinə vardıqca səni çəkib aparır. Bir də görürsən ki, tamam şeirə bürünmüsən, misraların içində səni özünə çəkən, bir an belə rahat buraxmayan duyğularla baş-başasan. Kamal Abdullanın “Nar çiçəkləri” şeir kitabını oxuyanda mən belə bir hiss keçirdim. Kamal A...
ANL
Nəsrin imkanları Əjdər Ol yaradıcılığında. Şair, nasir, dramaturq və tərcüməçi Əjdər Olun yaradıcılığı haqqında növbəti tədqiqat əsəri işıq üzü görüb. Tanınmış ədəbiyyatşünas-alim Sabir Bəşirovun qələmə aldığı “Nəsrin imkanları” əsərində Əjdər Olun məhz nasir kimi yaradıcılığı nəzərdən keçirilir, ətraflı təhlil olunur....
ANL
Müasir İncəsənət Muzeyində Səbinə Şıxlinskayanın “İllüziyalar”ı sərgilənir. Bakı Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Səbinə Şıxlinskayanın işıq və video installyasiyalarından ibarət “İllüziyalar” adlı fərdi sərgisinin açılışı olub. Bakı Müasir İncəsənət Muzeyinin kuratorial direktoru, “YARAT” Müasir İncəsənət Mək...
ANL
Zəki Vəlidi Toğanın “Xatirələr”ində Azərbaycan. Eyni zamanda Dumanın Müsəlman fraksiyasının bürosunda, rəhbərliyi altında çalışdığı ata Topçubaşovun qayğı və diqqətini hiss etmişdi. Topçubaşovun millətə təmənnasız xidmət nümunəsi onu həm də böyük siyasətə gətirmişdi, doğma başqırd xalqının və bütünlükdə Rusiya türkləri...
ANL
Xatırladaq ki, ötən şənbə saylarımızda əsərin “Avqust putçu və sistemin iflası”, “İlk maarifçilərimiz” bölümlərini dərc etmişdik. Bu sayımızda isə illər öncə təqvimin elə bu günlərində baş verən 21 Azər hadisələri haqda esseləri ixtisarla oxuculara təqdim edirik. Konqresi Səttərxanın qardaşı, qocaman inqilabçı Hacı Əzi...
ANL
Yeni alyans: Rusiya-Türkiyə-İran üçbucağı. Söhbət təkcə Avropada deyil, bütün dünyada cərəyan edən hadisələrin axarını dəyişmək iqtidarında olan siyasi ittifaqdan gedir. Baş verəcək dəyişikliklər siyahısında ABŞ-ın dünya siyasətindəki itirilmiş mövqeyinin də yer alacağı istisna edilmir. Son nəticədə Barak Obamanın düny...
ANL
Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Ölkədə aparılan abadlıq və qurucluq işlərindən Bakının Binəqədi rayonu da kənarda qalmayıb. Paytaxtın ən qədim yaşayış məkanlarından olan və tarixən neft yataqları ilə zəngin olan Binəqədi rayonu həm də mühüm iqtisadi-sənaye mərkəzi kimi diqqə...
ANL
XALQ ŞAİRİ, "21 AZƏR" HƏRƏKATININ İŞTİRAKÇISI SÖHRAB TAHİR AZƏRAZƏRLƏ SÖHBƏT. O taylı-bu taylı Azərbaycanın bütövlük simvolu olan ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir həsrət və dözüm şairi, xalqımızın azadlıq mübarizəsinin bənzərsiz tərənnümçüsüdür. Onun şəxsində sanki iki şair birləşmişdir. Oxucuya elə gəlir ki...
ANL
Professor Azadə Rüstəmovaya həsr olunan elmi konfrans keçirilir. Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxana - İnformasiya Resursları Mərkəzində Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elml...
ANL
Boyu dartmaqla ucaltmaq olmaz!.. Özün qazanmadığın kürsü səni qaldırmayacaq... lll. Böyründən biganə keçəcəyin və tanımadığın adamla nə vaxtsa qarşılaşa bilərsən, sənə yaxşılığı və pisliyi keçə bilər. Deyirlər tək əldən səs çıxmaz, bəs üzə dəyəndə çıxan səs nədir? İnsanın böyüklüyü boyunda deyil, ürƏyindƏdir... lll. Gö...
ANL
Deyirlər, insanı inkişaf etdirən, formalaşdıran onun yaşadığı cəmiyyət və kollektivdir. Nə yaxşı ki, mən qəlbləri və fikirləri gözəl olan belə kollektivlərdən biri olan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində işləməli oldum. Burada dərs deyən bir çox müəllimlər var ki, onlar öz gözlərində deyil, başqaları...
ANL
Dünyanın payız çağı idi. Qoca dünya əlində əsa, topal ayağını sürüyə-sürüyə, xəzəl tökülmüş meşədə gəzişirdi. Yerlə sürünən ağ saqqalı xəzəli süpürgə kimi qarşısına alıb aparır, ona yol açırdı. Sinəgir adamlar kimi arada tənginəfəs olub xəzəlin üstünə uzanır, başını kəsilmiş palıd ağacının kötüyünə qoyub, göylərə baxır...
ANL
Mərhum şair Tofiq Bayramın 80 illik yubileyidir. Azərbaycan deyəndə! Vətən mənim bu günüm, Sabahkı toy-düyünüm. Azərbaycan deyəndə! Ürəklərdə döyünüm. Azərbaycan deyəndə! Olsun hörmət deyirəm. Vətənimdir Vətənim. İlk məhəbbət deyirəm. Onun şöhrət tacıdır. Şeir-sənət deyirəm. Mən Vətənə Füzuli, Abbas Səhhət deyirəm. Mən...
ANL
Azərbaycan xalçaları I Ümummoldav xalça yarmarkasında. Azərbaycanın Moldovadakı səfirliyi iki ölkə arasında mədəni əlaqələrin inkişafı proqramının icrası və Azərbaycan incəsənətinin təbliği çərçivəsində I Ümummoldav xalça yarmarkasında iştirak edib. Diplomatik nümayəndəliyimizdən AzərTAc-a bildiriblər ki, yarmarka Mold...
ANL
Azərbaycan xalçaları I Ümummoldav xalça yarmarkasında. Azərbaycanın Moldovadakı səfirliyi iki ölkə arasında mədəni əlaqələrin inkişafı proqramının icrası və Azərbaycan incəsənətinin təbliği çərçivəsində I Ümummoldav xalça yarmarkasında iştirak edib. Diplomatik nümayəndəliyimizdən AzərTAc-a bildiriblər ki, yarmarka Mold...
ANL
Azərbaycan modelyeri beynəlxalq müsabiqədə uğur qazanıb. Moskvada Rusiya paytaxtı hökumətinin, "Avrasiya qadınlar forumu" Etnomədəni ənənələrin qorunub saxlanılmasına dəstək regional ictimai təşkilatının və Moskva Millətlər Evinin təşkilatçılığı ilə "Etno-Erato" II Avrasiya yüksək milli geyim modası müsabiqəsi keçirili...
ANL
XALQ ŞAİRİ, "21 AZƏR" HƏRƏKATININ İŞTİRAKÇISI SÖHRAB TAHİR AZƏRAZƏRLƏ SÖHBƏT. O taylı-bu taylı Azərbaycanın bütövlük simvolu olan ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir həsrət və dözüm şairi, xalqımızın azadlıq mübarizəsinin bənzərsiz tərənnümçüsüdür. Onun şəxsində sanki iki şair birləşmişdir. Oxucuya elə gəlir ki...
ANL
Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Ölkədə aparılan abadlıq və qurucluq işlərindən Bakının Binəqədi rayonu da kənarda qalmayıb. Paytaxtın ən qədim yaşayış məkanlarından olan və tarixən neft yataqları ilə zəngin olan Binəqədi rayonu həm də mühüm iqtisadi-sənaye mərkəzi kimi diqqə...
ANL
Rayonların birində müstəntiq işləyən əziz nəvəm Fərid mənimlə söhbət edərkən dedi ki, dostum Azərin babası Ağa müəllim haqqında kitab yazılır. Azər və əmiləri onun barəsindəki xatirələrini o kitabda görmək istəyirlər. Mən onların bu təşəbbüsünə məmnun oldum, çünki Ağa müəllimi bir parlaq ömür sahibi və əsl ziyalı kimi ...
ANL
Əziz Vətən, səndən çox-çox uzaqlarda, Tufanlarda, sərt şaxtalı boranlarda, Diz çökdürən, qartal uçmaz qayalarda. Ayırmadım xoş laylanı bal südündən, Onlarla mən qüvvətləndim günü-gündən! Bu diyarın başıqarlı Şahdağı var! Bayrağını bəzəyən al sübh çağı var! Bol üzümlü, bol taxıllı torpağı var! Bu diyarda mərd oğullar ar...
ANL
Ədalət Vəliyev: “Azərbaycan teatrı XIX-XX əsrlərdə mövcud olan bütün baryerləri keçib”. “Bizim rejissorlar bir ildə aldıqları əmək haqqını bir tamaşadan qazanırlar”. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin APA-ya müsahibəsi. - Teatr sahəsində qəbul olunan qərar və qanunlar dövlətin teatr sənətinə baxışl...
ANL
XALQ ŞAİRİ, "21 AZƏR" HƏRƏKATININ İŞTİRAKÇISI SÖHRAB TAHİR AZƏRAZƏRLƏ SÖHBƏT. O taylı-bu taylı Azərbaycanın bütövlük simvolu olan ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir həsrət və dözüm şairi, xalqımızın azadlıq mübarizəsinin bənzərsiz tərənnümçüsüdür. Onun şəxsində sanki iki şair birləşmişdir. Oxucuya elə gəlir ki...
ANL
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı, mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin əzəmətli məbədi, şərqin ilk dünyəvi ali məktəblərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, XX əsrdə çətin, eyni zamanda böyük inkişaf yolu keçmiş Bakı Dövlət Unive...
ANL
Professor Şirməmməd Hüseynovun 90 illiyi qeyd olunub. Dünən Azərbaycanın görkəmli alimi, fədakar mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şirməmməd müəllim ömrünün 70 ilini Azərbaycan jurnalistikasının inkişafı...
ANL
Müasir Azərbaycan nəsrində postmodern təhkiyə strategiyası. Dekabrın 17-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq yazıçısı Anarın “AYBkitab“ seriyasından işıq üzü görən “Göz muncuğu” kitabının təqdimatı və imza günü keçirilib. AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbiri giriş sözü ilə açaraq ...
ANL
Xalq artisti Barat Şəkinskayanın 100 illiyi qeyd edilib. Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan Xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Məra...
ANL
Teatr sənəti ilə bağlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Dekabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. AzərTAc xəbər verir ki, mükafatlandırma mərasimində tanınmış teatrşünaslar, rej...
ANL
Bakıda TÜRKSOY-un UNESCO üzrə Milli Komissiyasının iclası keçirilir. Ötən gün Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və komitələrinin 5-ci iclası öz işinə başlayıb. Tədbir iştirakçıları əvvəlcə "Biz sülh tərəfdarıyıq" adlı uşaq rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri...
ANL
Qrupumuzun yeznəsi. Elə bil dünən idi. Universitetin yataqxanasında elmin qranit qayalarını dişlərimizlə üyüdürdük. Hər birimiz də bu işin öhdəsindən bir cür gəlirdik. Üstəlik gələcək ailə binasının da təməlinə atılan qranit parçaları elə bu yataqdan çıxarılırdı. Üç nömrəli yataqxananın dördüncü mərtəbəsində, pilləkəni...
ANL
O, Bakının yaxın kəndlərinin birində - Xırdalanda doğulmuşdu. Amma Azərbaycan poeziyasına bir bahar müjdəsi gətirdi Nəbi Xəzri. Şeirin adı "Günəş" idi və bütün yaradıcılığı boyu Günəş onun poeziyasına işıq saçdı. Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsəvvürə gətirmək çətin...
ANL
Xalqa arxalanan və xalqa arxa olan prezident. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Yəni əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı". İlham ƏLİYEV, Azərbaycan Respublikas...
ANL
"Böyük ədəbiyyatşünaslıq irsi və müasirlik". AKADEMİK MƏMMƏD ARİF DADAŞZADƏNİN 110 İLLİYİ İLƏ BAĞLI ELMİ KONFRANS TƏŞKİL EDİLİB. Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli tənqidçi və ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş "Böyük ədəbiyyatşünaslı...
ANL
Cəfər Cabbarlı sənətinə Nazım Hikmət baxışı. Bu il noyabrın 1-də Xızıda, böyük sənətçimiz Cəfər Cabbarlının 115 illiyinə həsr edilmiş tədbirdə çıxış üçün mənə söz vermədiklərinə görə (nədəni: çıxışçı siyahısında adım olmayıb) sayın professorumuz Asif Rüstəmliyə təşəkkür edirəm. Birincisi, ona görə təşəkkür edirəm ki, b...
ANL
Poeziyamızın görkəmli nümayəndəsi, dəyərli şairimiz Məmməd Aslanın dekabrın 23-də 75 yaşı tamam olur. Doğum günü – yubileyi münasibətilə əziz şairimizi ürəkdən təbrik edir, daha neçə onilliyi sağlam, gümrah, yaradıcılıq ovqatı içində qarşılayıb başa vurmasını arzulayırıq. Dərc etdiyimiz bu şeirlər şairin oxucularına yu...
ANL
Tofiq Bayram işığında. Onunla olan görüşləri, məclisləri, səfərləri xatırlayıram. O məclislər, o səfərlər, xatirələr dünyasını xatırlayıram. Onunla Azərbaycanın hər guşəsinə etdiyimiz səfərlər bir dünya idi. Şeiriyyət dünyası, gülüş dünyası, ürəkaçan zarafatlar, ciddi mətləblər dünyası. Təmiz ürəyi, ötgün sözü, şeirə, ...
ANL
Müharibə və onun nəticələrinə təsir edən amillər. Müharibədə strategiya və taktika məsələləri. Məşhur hərb nəzəriyyəçisi Karl fon Klauzevits klassik hərb sənətinin fundamental tədqiqat işi olan özünün “Müharibə haqqında” əsərində bu məsələlərə xeyli aydınlıq gətirərək, “strategiya adlananın başlıca başlanğıcdan ibarət ...
ANL
Yazıçı Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə bu günlərdə yenidən nəşr olunmuş “Közərən sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə məlum olan və olmayan, bir sıra maraqlı məqamları öz əksini tapıb. Aktuallığını düşünərək, kitabdan bəzi hissələri oxuculara təqdim edirik. NEMƏT KƏRİMOV ƏYLƏŞDİYİ STUL...
ANL
Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə qastrola gələcəyi xəbər çıxan gün almışdı. Yolda uşaqlara bu baletə baxmaq üçün biletə filan qədər pul vermə...
ANL
Jurnalistikamızın patriarxı. Şirməmməd müəllimi cavanlıqdan tanıyıram, təbii ki, onun yox, mənim cavanlığımdan. Aramızda müəyyən yaş fərqi var. Onunla əziz dostum Araz Dadaşzadənin vasitəsiylə tanış olmuşduq. Şirməmmədin Arazın anası Zümrüd xanıma qohumluğu çatır və arabir Məmməd Arif müəllimgilin evlərində görüşərdik....
ANL
İstiqlal işığı. Onun güclü məntiqi və nüfuzedici intonasiyası var, müsahibini tez inandıra bilir. Cazibədar və təsirli nitqi var, adamı dərhal ovsunlayır. İti ağlı, parlaq zəkası, qeyri-adi düşüncə tərzi və dərin biliyi var, ondan həmişə nəsə öyrənmək olur. Yaltaq və savadsızları sevmir, diletantlara qarşı barışmazdır,...
ANL
Adım ayrılıqdır, həsrət oğluyam... Şeirimiz tarixində həsrət şairləri az deyil və onların arasında ən qüdrətlisi, yəqin ki, Məhəmməd Füzulidir. Məhəmməd Füzuli nəyin həsrətini çəkir? Əzəli və əbədi dünyanın. Haqqın dərgahında olan həmin əzəli və əbədi dünyaya qovuşmağın yolunu Məhəmməd Füzuli nədə görür? Aşiqlikdə, All...
ANL
Xarakterlər dramaturgiyası. Tanınmış ictimai-siyasi xadim, görkəmli alim və elm təşkilatçısı, texnika elmləri doktoru, professor, ən əsası çağdaş ədəbiyyatımızı təkcə respublikamızda deyil, ölkə hüdudlarından kənarda da ləyaqətlə təmsil edən Hüseynbala Mirələmov gözəl nasir və səriştəli publisist olmaqla yanaşı, həm də...
ANL
Azərbaycan Xalça Muzeyində zərif sənət nümunəsi olan kəlağayıları nümayiş etdirmək məqsədilə “Kəlağayım-əlvan örpəyim...” sərgisi açılıb. Tədbirə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 5-ci iclasının iştirakçıları da qatılıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salam...
ANL
Niyazi” sənədli filmi təqdim edilib. Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Niyazi Tağızadə-Hacıbəyova həsr edilmiş “Rast. Niyazi” sənədli filminin təqdimatı olub. Tədbiri Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli açıb: “B...
ANL
“İpəkdə yaşayan izlər” İstanbulda sərgilənir. İstanbuldakı “Niş Art” qalereyasında rəssam Tünzalə Məmmədzadə və tələbələrinin “İpəkdə yaşayan izlər” adlı rəsm sərgisi keçirilib. Sərgidə Tünzalə Məmmədzadə və tələbələri Elmar Məmmədzadə, Mahizər İbadzadə və Fərid Salamlının şəffaf ipək üzərində yaratdıqları 50-yə yaxın ...
ANL
Azərbaycanda turizm: ilin yekunları. “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq layihəsi Azərbaycana nə qazandırdı? Bu il Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlığının uğurlarından biri də İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komit...
ANL
Zəki Vəlidi Toğanın “Xatirələr”ində Azərbaycan. Leninə məktubda Zəki Vəlidi əsas diqqəti bolşeviklərin türk-müsəlman xalqlara münasibətdə həyata keçirdikləri dil, mədəniyyət və mənəviyyat siyasətinə yönəltmişdi. Bu da başa düşülən idi. Çünki silah gücünə işğalın artıq gerçəkləşdiyi bir şəraitdə siyasi, yaxud iqtisadi m...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində vitse-prezident, millət vəkili, akademik İsa Həbibbəyli görüşümüzün sonunda məni Beynəlxalq Türk Akademiyasının (BTA) Astana şəhərində “Türk dünyası: Böyük şəxsiyyətlərin irsi” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa dəvət etdi. Bildirdi ki, bu nüfuzlu elmi...
ANL
“Məqsədimiz Azərbaycan elminin beynəlxalq platformadan çıxış etməsinə nail olmaqdır”. 2013-cü il Azərbaycan elminin tarixində mühüm bir sənədin imzalanması ilə yadda qaldı. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə Oksford Universiteti...
ANL
"Sisyan - qovğalarda qovrulan torpaq" kitabı çap olunub. SİSYANIN QƏDİM ALBAN-TÜRK MƏSKƏNİ OLMASI FAKTI ERMƏNİLƏRİN DİLİ İLƏ TƏQDİM OLUNUR. Jurnalist Vaqif Bayramovun «Sisyan – qovğalarda qovrulan torpaq» kitabı işqı üzü görüb. Kitaba müəllifin doğma yurdu-Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Sisyan rayonu və onun ə...
ANL
Dövlət Akademik Milli Dram Teatrında teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşovun anadan olmasının 90 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib. Xatirə gecəsini açan Xalq artisti Hacı İsmayılov Məlik Dadaşovun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıb: "Məlik Dadaşov təkcə Azərbaycanda d...
ANL
Mənə soyuqdur, günəş. Mənə soyuqdur, Axı mən qütbə gedən tək gəminin. məzlum mənzərəsinə dözümsüz oluram. Axı üşüyürəm mən hərdən. azad qanad yoluna atəş açan. zalım ovçu üzündən. Bir dəfə də xəyalımda. səninlə öpüşəndə, qucaqlaşıb demişdim: Məhvəşim! Atəşim! Məşum toxunur hər şey. - Qaranquşdan, bayquşdan, Darğa qarğa...
ANL
Poeziyamızın Nurəngiz Gün itkisi. Azərbaycanın dəyərli ədəbiyyat və mədəniyyət xadimi, şairə Nurəngiz Gün dünyadan köçüb. Mərhumun qızı, millət vəkili Jalə Əliyevanın verdiyi məlumata görə, Nurəngiz Gün dekabrın 20-nə keçən gecə uzun müddət əziyyət çəkdiyi bir neçə ağır xəstəlik üzündən vəfat edib. Orta məktəbi bitirdi...
ANL
“Dünya ədəbiyyatı”nın yeni sayı: Ukraynanın ədəbi mənzərəsi. Baş redaktor Seyfəddin Hüseynli: “Dünya ədəbiyyatı” öz konsepsiyası olan, yeni dövrlə səsləşən jurnal kimi nəşrini davam etdirir”. Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının yeni sayı hazır...
ANL
Söz tilsimi, şair nisgili, Aqil İman unudulmazlığı. İllər ömrümüzdən səhra qumları kimi sovrulduqca, xatirələr keçən günlərə yol almış qoca yolçu kimi - gah dumana düşür, gah da çiskinə. Adam keçən günlərin xiffətini çəkə-çəkə qarşıdakı yol bir az da uzanır. Sonda xatirələrin işıq gələn tərəfinə yeriyib toxtaqlıq tapır...
ANL
Təbiətə həsr olunmuş ömür. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən idi. Məni təcili nazirliyə çağırırdılar. Nazirliyin aparat rəhbəri Rövşən Cəlilov məni qəbul edib dedi: - Gəncə Dövlət Aqrar Universitetinin müəllim-professor heyəti görkəmli ekoloq meşəşünas Mehdi Mustafayevin anadan olmasının 100 illiyini keçirmək ...
ANL
Şirməmməd Hüseynov zirvəsi. Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. "Böyük alim","görkəmli tədqiqatçı","jurnalistikamızın patriarxı", "jurnalistika elmimizin korifeyi", "qeyrətli vətəndaş", "fədakar insan", "mehriban ailə başçısı" və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyi...
ANL
Müasir dövrdə güclü ordunun inkişafının əsas xüsusiyyətlərindən biri də beynəxalq əməkdaşlıq və qazanılmış təcrübədən qarşılıqlı istifadədir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının yüksək saxlanılması, müasir hərbi texnika və silahlarla təchizi məsələsində region və digər dövlətlərlə münasibətlər mühüm əhəm...
ANL