text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Dünyadan çox əvvəl doğulduğunu. Bu yerlər, bu göylər yaradılanda. Ömrəçalın-çarpaz dağ olduğunu. Sevdasız qalınca boğulduğunu. Sevdanın dünyadan deyil, əzəldən. xınası eşq olan sevda. Gəcələrə yem eləyir. gündüzünün işığını, Ağ gecələr ağ eləyən. röyası eşq olan sevda. günyəsi eşq olan sevda. Ömrün-günün fəlsəfəsi. dər...
ANL
Alim və müəllim ömrünün müdriklik çağı. İlk baxışda illər uzunu tanıdığın, bələd olduğun insan haqqında söz demək adama asan gəlir. Lakin söhbət şəxsiyyətinə hər zaman pərəstiş etdiyin müəllimindən gedəndə bunun nə qədər çətin və məsuliyyətli olduğunu başa düşürsən. Çünki hər birimizin həyatında, dünyagörüşümüzün düzgü...
ANL
Məczub Təbrizi divanının ilk nəşri. İki əsr yarıma qədər davam edən Səfəvilər dövrü Azərbaycanda mədəniyyətin, elmin, ana dilinin, anadilli ədəbiyyatın çiçəklənməsi ilə əlamətdar olmuşdur. Sam Mirzənin "Töhfeyi-Sami", Əhdi Bağdadinin "Gülşəni-şüəra", Sadiq bəy Əfşar Sadiqinin "Məcməül-Xəvas", Vəliqulu bəy ibn Davudqulu...
ANL
Azərbaycan poeziyasının Milan təntənəsi. Fevralın 8-də Cüzeppe Verdi adına Milan Konservatoriyasının 2 min nəfərlik böyük zalında Azərbaycanın Xalq şairi Fikrət Qocanın şeirlərindən ibarət geniş konsert-kompozisiya təşkil olunub. Konsertdə Azərbaycan Yazıçılar Birliyinin katibləri Fikrət Qoca və Rəşad Məcid də iştirak ...
ANL
Xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitab. Bu günlərdə Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun Xalq şairi Zəlimxan Yaqub haqqında kitabı işıq üzü görüb. Kitabın girişində də deyildiyi kimi, Xalq şairi, müasir Azərbaycan, ümumən türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri olan, Azə...
ANL
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı). AZƏRBAYCANIN TANINMIŞ MİLYONÇU-XEYRİYYƏÇİLƏRİ. Xəzər dənizindəki Çələkən adası bu qardaşların ixtiyarında olub. " Bibiheybətdə mədənləri olub. " İsa bəyin ən əzəmətli binası Sahil küçəsindəki Qız qalasının yanında Rom...
ANL
Sən ki Türkiyəni bu qədər sevirsən , sən ki Türkiyəni bu qədər yaxından təqib edirsən... Türkiyədə qurdların necə çaqqallaşdığını yenimi öyrənirsən? Türkiyə deyilən bu ölkədə Türkün hələ qərib, Türkün hələ susqun, Türkün hələ də yaslı-yaralı olduğunu yenimi eşidirsən? 150 ildir bu ölkənin boğazına dişlərini keçirmiş Av...
ANL
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması mühüm və uğurlu addım kimi. Respublikamızda aparılan uğurlu hərbi islahatların bir mərhələsi də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması oldu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 13 fe...
ANL
Günəş Şərqdən doğur. Naxçıvan Azərbaycanın ən qədim və ən mötəbər torpağıdır, bu torpağın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. Naxçıvanın torpağı, daşı, havası, səması-hamısı mənim üçün əzizdir. Heydər Əliyev. Böyük ərəb tarixçisi Əbu Cəfər Məhəmməd İbn Cərir ət Təbəriyə görə sərhədlərinin bir ucu Dərbənddə, bir uc...
ANL
Milli-mənəvi dəyərlərimizə sadiqliyin nümunəsi. Folklorumuz, ən kiçik şifahi xalq ədəbiyyatı nümunəsi belə, milli ruhumuzun ifadəsi kimi qiymətlidir. Tariximizin və kimliyimizin aynası olan bu nümunələr sevinc və kədərimizdən yarandığı, dilimizi, tariximizi, dinimizi, adət-ənənələrimizi, zövqümüzü, milli və bəşəri dəyə...
ANL
Bahar Muradova şəhid Eşqin Quliyevdən yazdı: Milli Məclisin (MM) sədr müavini Bahar Muradova Azərbaycan Ordusunun fevralın 6-da şəhid olmuş əsgəri Eşqin Quliyevin Füzuli rayonundakı dəfn mərasimində iştirak edib. B.Muradova bununla bağlı öz kədərini "facebook" sosial şəbəkəsində ifadə edib. B. Muradova statusunda yazıb...
ANL
Ədəbiyyatımızın görkəmli araşdırıcısı və dəyərli təəssübkeşi. Əsrlər boyu Çin səddindən Adriatik dənizinə qədər böyük sahəni əhatə edən Türk-İslam toplumunda elm və mədəniyyət təyinedici, təsirli amil olub. Bu geniş torpaqlardakı Türk-İslam mədəniyyəti digər bölgə və qitələrdəki mədəniyyətlərdən hər zaman fərqlənib və ...
ANL
"Yarımçıq əlyazma" Berlində. Londonun məşhur "Voterstones" kitab evi və Avstriyanın"Dradivaberl" nəşrlər evində keçirilən təqdimatların ardınca yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı Almaniyanın Berlin şəhərində yerləşən Humboldt universitetində də oxuculara təqdim olunub. Bir il öncə Avstriyada çap olunmuş ...
ANL
Sufi təfəkkürünün böyük nümunəsi elmi ictimaiyyətimizə bir töhfə kimi. Farsdilli ədəbiyyatın görkəmli tədqiqatçısı, tanınmış şərqşünas alim, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Meh...
ANL
Azərbaycanda hüquqi dövlət quruculuğunda məhkəmə-hüquq islahatlarının rolu. Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmas...
ANL
Yas mərasimlərində Quran hansı dildə oxunmalıdır? Bu gün bu sual ən müxtəlif səviyyələrdə, hətta Milli Məclisin plenar iclasında belə müzakirə olunur. Mövzunun son iki həftədə cəmiyyətdə geniş əks-səda doğurduğunu nəzərə alaraq professor, fəlsəfə elmləri doktoru Rafiq Əliyevin məsələyə münasibətini dərc etmək qərarına ...
ANL
Şərəfli insan. Xalq şairi, Milli Aviasiya Akademiyası. "Dil və ədəbiyyat" kafedrasının müdiri, professor. Hamının əsli gedib Adəmə çatırsa, demək hamı insandır. O isə başdan-ayağa insaniyyətdir. Nizami Gəncəvi. Gənclik illəri beləcə "xəbərsiz" gəlib keçir. Atanız, mənim müəllimim və gənclik dostum Mir Cəlal bu illəri "...
ANL
Bu günlərdə ölkə Prezidentinin sərəncamı ilə bir neçə gənc müxtəlif sahələr üzrə Gənclər mükafatına layiq görülüb. Ədəbiyyat, incəsənət və mədəniyyət sahəsi üzrə gənc yazıçı, "525-ci qəzet"in əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin mükafatlandırılıb. Bu uğuruna görə onu təbrik etmək və yaradıcılığındakı y...
ANL
Ədəbiyyatın layiqli sıra nəfəri. Son iki-üç ildə kitabları, imzaları ilə ədəbi mühitdə, cəmiyyətdə yaxşı tanınan, necə deyərlər, üzdə olan filoloqlarımız - ədəbiyyatşünas və tənqidçilərimiz bir-birlərinin ardınca 60 yaşın arxasını yerə vururlar. Yaddaşım məni aldatmırsa, indiyə qədər bu sıradan Azərbaycan MEA-nın müxbi...
ANL
Ədəbi istiqlal mücahidi. Tarixə və millətə ən böyük xidmət azadlığın yolunu göstərmək, onu nurlu əməllərlə işıqlandırmaqdır. Ədəbiyyat yolu - əbədiyyət yoludur. Ədəbiyyatdan əbədiyyətə yol almış görkəmli ədəbiyyatşünaslarımızdan biri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri dokto...
ANL
İtaliyada çıxan "Çağdaş Azərbaycan poeziyası"nın AYB-də təqdimatı olub. Ötən gün Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda İtaliyada çap olunmuş "Çağdaş Azərbaycan poeziyası" ("La poesia Azera contemporanea") toplusunun təqdimatı keçirilib. Davide Qualtieri, Azərbaycan Yazıçılar Birliyi, Əsir və İtkin Düşmüş, Girov G...
ANL
"Aparılan məhkəmə-hüquq islahatları bu sahədə xeyli keyfiyyət dəyişikliyi yaradıb". NATİQ ABDULLAYEV: "VƏTƏNDAŞ CƏMİYYƏTİNİN QURULMASI ÜÇÜN HÜQUQİ İSLAHATLARIN DÜZGÜN İSTİQAMƏTDƏ APARILMASI VƏ İNKİŞAF ETDİRİLMƏSİ ZƏRURİ ƏHƏMİYYƏT DAŞIYIR". Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti tərəfindən hüquqi dövlət quru...
ANL
Ömrün zirvəsi... Mən Arif müəllimin yubileyi ilə əlaqədar ona nə töhfə edəcəyimi çox götür-qoy etdim.Axırda qərara gəldim ki, uşaqlıq, gənclik, ahıllıq xatirələrimi Arif qardaşımın bir övlad, bir qardaş, bir ata, bir baba, bir dost, bir yoldaş, ən ümdəsi bir insan kimi onun haqqında olan müşahidələrimi, ülvü hisslərimi...
ANL
Azərbaycan Televiziyasının efirə çıxmasından 58 il keçir. Efir məkanının töhfələri. Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları hələ də tamaşaçıları öz cazibə orbitində saxlamaqdadır. Danılmaz faktdır ki, televizor sadəcə mənzilimizin qiymətli, maraqlı əşyası deyil, həm də h...
ANL
Mənəvi dəyərləri və milli maraqları ön plana çıxaran teleradio. Bu yaxınlarda dəyərli elm adamlarımızla toplaşdığımız bir məclisdə söhbət televiziyalardakı verilişlərdən və onların baxımlılıq və milli-mənəvi dəyərlərimizə bağlılıq səviyyəsindən söhbət düşdü. Orada söylədiklərimi oxucularla da bölüşməyin doğru olacağı q...
ANL
və ya erkən nikahın fəsadları. Ailə qurmaq insan həyatının ən əlamətdar hadisəsidir. Bu addımı elə atmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Belə problemlərin bir çoxunun mənbəyi isə erkən nikahla bağlıdır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan ailələr hesab olun...
ANL
SSRİ bir dövlət kimi tarixin arxivinə köçdükdən sonra MDB adlanan təşkilata daxil olan ölkələrin həyatında ictimai-siyasi ovqat yetərincə həssas olduğu kimi, mədəniyyət qıtlığı da aşkarda idi. Bu zaman stereotip düşüncənin təsirilə estetik baxışlar yenə Moskva mədəni həyatına yönəlirdi. Halbuki bu həyatın o zamankı çaş...
ANL
Nizami Kino Mərkəzində Türkiyədə ekranlaşdırılmış “Yunus İmrə: eşqin səsi” filminin qala-gecəsi keçirilib. Filmin təqdimat mərasimi Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin, Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyinin təşkilatçılığı ilə baş tutub. Təqdimat mərasimində çıxı...
ANL
Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin təbliğini uğurla davam etdirir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir. Fonddan verilən məlumata görə, dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubiley layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkil...
ANL
“Əruz mənim ürəyimin döyüntüsüdür”. Şair-qəzəlxan, yazıçı-ssenarist İlqar Fəhmi Gənc Ədiblər Məktəbinin qonağı olub. Çoxumuz onu sadəcə yazıçı-ssenarist kimi tanıyırıq. O isə həmişə qəzəlxan olduğunu vurğulayır. Gənc Ədiblər Məktəbinin budəfəki qonağı şair İlqar Fəhmidir. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyini...
ANL
O, kitablı bir ailədə doğulub, kitabların arasında böyüyüb, kitablar yaradan bir atanın oğlu olub və ona görə də lap kiçik yaşlarından kitab həyatının ayrılmaz parçasına çevrilib. İndi vaxtın uzaqlarında qalmış 1950-ci illərin başlanğıcında təhsil aldığı Moskvadan Bakıya – qızmarından, gilavarından, meynələrindən və me...
ANL
İngiliscədən Telman Orucov tərcümə edib. Heç şübhəsiz bunu Uebsteri dəstəkləyənlərin çoxu başa düşürdü, – bura Massaçusetsin biznes və professional adamları daxil idi, onlar Yeddi Mart nitqinin yüz minlərlə nüsxəsinin bütün ölkədə paylanmasına kömək etdilər. Deniel Uebsterin köməyi ilə onlar anladılar ki, o, Massaçuset...
ANL
PƏRVİNin təqdimatında. Həsrət sevgiylə birgə doğulur... Sevgiylə bərabər ölür. Sevməsən həsrət çəkməzsən, can atmasan, yoxluğuna yanmazsan. Əslində, məhəbbətin böyüklüyünü elə həsrətin ağırlığı, “çəki”siylə anlamaq olur. Əsl, həqiqi aşiqdən ötrü hər şey həsrət çəkmək üçün bəhanədi. Doğrudan da sevirsənsə, bütün ürəyin,...
ANL
Abbasqulu ağa Bakıxanovun əlyazma irsi. Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri, böyük mütəfəkkir, alim, şair Abbasqulu ağa Bakıxanov özündən sonrakı ədəbiyyat, fikir tariximizə əhəmiyyətli təsir göstərmiş, akademik Feyzulla Qasımzadənin sözləri ilə desək, “müasir mədəniyyətimizin banilərindən biri” olmuşdu...
ANL
Məşğələlərimizdə mən sənin fikrinlə, məhkəmələr cəza verərkən ictimai ədaləti necə gözləməli, daha doğrusu, necə ölçməli olmalarını izah edirəm. ...Beləliklə, sənin fikrin hüquq aləmində ədəbiyyatın böyük təsir qüvvəsi kimi istifadə olunur. Sənə bildirməliyəm ki, hər dəfə sənin fikrini dinləyicilərə söyləyib qurtaran k...
ANL
Sufizm mövzusunda variasiyalar. Filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli, öz yaradıcılığını tamamilə sufizmə, onun Şərq şeirinin, türk şeirinin ən görkəmli nümayəndəsi olan Füzuli yaradıcılığında meydana çıxan xüsusiyyətlərinin öyrənilməsinə həsr etmiş dəyərli alimimizdir. Onun bugünlərdə Azərbayca...
ANL
Bir-iki il əvvəl qəzetlərdən birinin “Dostlarınız çoxdurmu, insanlar niyə dost olurlar?” sualına cavabım səhv-düz belə olmuşdu: “Etibarsızları həə. Mənə görə, əsl dostluq təmənnasız adamların (iki və daha çox) könüllü ittifaqıdı. Təbii ki, mən burda əcəlin əldən aldıqlarını nəzərdə tutmamışam, onu demək istəmişəm ki, a...
ANL
“Çağdaş Azərbaycan romanı: problemlər, mülahizələr”. Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir. Elçin Hüseynbəyli: Mən öz təcrübəmdən bilirəm ki, “Azərbaycan” jurnalında bir roman dərc etdirmək, univertsitetlərdən birində tələbələrlə görüş keçirmək, yaxud haqqında yazılan bir məqaləylə məşhur olmaq olmur. An...
ANL
Yaxşı deyənləri də var, adı gələndə ikrahla üzünü əks tərəfə çevirib dəyməmiş alça yeyibmiş kimi ağız-burnunu turşudanlar da. Qaranlıq yerə daş atmazlar. Axı yaxından bələd olmadığım, birdən-ikiyə oturub-durmadığım, gediş-gəliş eləmədiyim adam barəsində necə bədgüman olum və ya şəkk-şübhəyə düşüm. Eşidirəm! Yaxşı görmə...
ANL
“Aparılan məhkəmə-hüquq islahatları bu sahədə xeyli keyfiyyət dəyişikliyi yaradıb”. NATİQ ABDULLAYEV: “VƏTƏNDAŞ CƏMİYYƏTİNİN QURULMASI ÜÇÜN HÜQUQİ İSLAHATLARIN DÜZGÜN İSTİQAMƏTDƏ APARILMASI VƏ İNKİŞAF ETDİRİLMƏSİ ZƏRURİ ƏHƏMİYYƏT DAŞIYIR”. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti tərəfindən hüquqi dövlət quru...
ANL
uzaqdakı qızılgül. qarşı yalda, qaranlıqda. sübh üzünün əlvanında, pöhrə qızılgül kolu var. bu bəladan alar məni. elə külünglər çalır ki, qəlbimdəki özümün. sıldırım qayalarına. odu gözümdən çıxır. qəlbimdəki özüm. qaranlığı işıq parçalayan tək. üz-gözümə indi. yağır yağışın gözəli. belə doğma danışarmış. görmədiyim bi...
ANL
Səlim Əzimovun bu adda yeni çapdan çıxmış kitabına belə bir əlavə də edərdim: "Zəngin bir ömrün və diyarın ensiklopedik toplusu". Müəllif, Azərbaycanımızın Ağdam adlı əsrarəngiz bir diyarının mötəbər ağsaqqal ziyalısı, ölkəmizdə, bəlkə də dünyada çox az adama nəsib olan bir ömür yaşayıb və yaşayır. Xudu Məmmədov, Rafiq...
ANL
Bu yazını yazmaq fikrinə düşəndə başlıq haqqında bir elə düşünmədim, dostum Paşanın adı çox şeydən xəbər verir; bəzi dostları ona Paşa, bəziləri Kərimov, bəziləri isə sadəcə "Paşa müəllim" deyə müraciət edirlər. Paşa özünün olan şeylərdən başqaları üçün çox asanlıqla vaz keçə bilən adamdır, bu şəxsən mənə çox dəhşətli ...
ANL
Minskdə Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası keçirilib. Fevralın 14-dən 16-dək Minskdə, Belarus Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası olub. Quruluşçu baletmeyster, Azərbaycanın xalq artisti Mədinə Əliyevanın yeni əsrarəngiz xoreoqrafiyası,...
ANL
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf yolu və perspektivləri. Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri olaraq vətəndaş cəmiyyətinin...
ANL
Düsen Kaseinov: "Azərbaycan TÜRKSOY-da yüksək səviyyədə fəallığı ilə seçilir". Müsahibimiz Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinovdur. D.Kaseinov öncə bu il üçün TÜRKSOY-un yeni layihələrindən danışıb: - TÜRKSOY ənənəvi olaraq hər ili türk xalqının görkəmli şəxsiyyətlərinin, yubileyl...
ANL
Azərbaycan ədəbi-elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış alim, yazıçı-tərcüməçi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev uzun sürən xəstəlikdən sonra ömrünün 69-cu ilində vəfat edib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pe...
ANL
Yalan, aldatma, məkr və hiyləgərlik. İsaak dedi ki, bir qədər ət gətir, xörəyi yedikdən sonra sənə xeyir-dua verəcəyəm. Bir qədər sonra Ceykob atasına yaxınlaşıb onu öpəndə, İsaak onun paltarının qoxusunu aldı və nəhayət, ona öz xeyir-duasını verdi. Əlavə etdi ki, sən bütün qohumlarını idarə edə biləcəksən və ananın tö...
ANL
Uzun illər idi ki, kresloya pərçimlənmişdi. Bir zamanlar lap təsadüfən ona vəzifə verdilər. Bu vəzifə müvəqqəti xarakter daşısa da, özündən yuxarıdakılarla necə dil tapdısa, elə o yuxarıdakılar dedilər ki, bu adamın anası yükünü yerə qoyanda heç demə hələ bu dünyada ilk çığırtısında bəyan eləmişdi ki, yer üzünə kreslo ...
ANL
Göylər şairlərindi! QƏLƏM DOSTUM FƏRQANƏ MEHDİYEVAYA, DOĞUM GÜNÜNÜN 50-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ! Afaq Şıxlı. - Hər bir kitab onu yazanın ən əziz könül varıdır, bu sarıdan, mən özümlə əzizlərimin əziz tohfələrini götürürəm qürbətə. Onlardır, qışı bitib tükənməyən məmləkətdə mənə qüvvət verən, isindirib yaşadan. Son səfə...
ANL
Xalqın qəlbinə köçən qəhrəman. Bu məktubu Sənə yazıram. Sən mənim üçün həmişə varsan. Məndən sonra da var olacaqsan. Çünki Sən azərbaycanlı adlı ulu, müdrik, alicənab, rəhmdil, nurlu və cəsur bir xalqın pak ruhuna dönüb əbədiyyət göylərində zəfər çalırsan. Bu zəfər bəşəri zəfərdir. Bu zəfər yer üzündə insanlığın tükənm...
ANL
Maltada “Yer kürəsi uşaqların gözü ilə” devizi altında sərgi təşkil olunub. Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident sarayında “Yer kürəsi uşaql...
ANL
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf yolu və perspektivləri. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının vətəndaş cəmiyyəti institutl...
ANL
VI TÜRK DÜNYASI ƏDƏBİYYAT DƏRGİLƏRİ KONQRESİ ƏSKİŞƏHƏRDƏ. Bu il fevralın 17-18-də Türk dünyasının Mədəniyyət paytaxtı Əskişəhərdə VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi keçirilib. Konqres Avrasiya Yazarlar Birliyinin və TÜRKSOY-un təşkilatçılığı ilə baş tutub və İsmayıl bəy Qaspiralının vəfatının 100 illiyinə ith...
ANL
Adı müqəddəs kitabda keçən meyvə - zeytun. Yer kürəsində mövcud olan maddi varlıqlardan heç birinin əbəs yerə yaranmaması və hərəsinin özünə görə bir fəzilətinin, əhəmiyyətinin olması hamıya məlumdur. Bu mənada gündəlik həyatımızda qida rasionumuza daxil olan nemətlərdən sayılan meyvələr də xüsusi rola və çəkiyə malikd...
ANL
Zəlimxan Yaqub dastanı. Borçalının zəngin poetik mühiti, xüsusilə aşıq yaradıcılığı ənənələri hələ uşaqlıq illərindən Zəlimxanın tanrıdan gələn fitri istedadına elə bir təkan verib ki, gələcəyin böyük şairi öz taleyini, tərcümeyi-hal missiyasını ilk gənclik illərindən heç bir tərəddüd keçirmədən müəyyən edib. Orta təhs...
ANL
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf yolu və perspektivləri. Vətəndaş cəmiyyəti institutlarının yeni inkişaf mərhələsində daha böyük nailiyyətlər əldə etməsi xeyli dərəcədə özəl sektorla əməkdaşlıq imkanlarının genişlənməsindən asılı olacaq. Bu əməkdaşlıq özəl sektor üçün də böyük fayda verə bilər. Q...
ANL
Azərbaycanın mədəniyyət tarixində,televiziya işi tarixində ad,imza və iz qoymuş bir insan haqqında yazmaq üçün söz kasadlığı ola bilməz. Hər üç göstərici üçün insanın real əməl sahibi olması gərəkdir. Hər üç hədəfə çatmış şəxsin missiyası karyera müddəti və perspektivi ilə ölçülməməlidir. Azərbaycanın televiziya məkanı...
ANL
Davud Nəsibin Özünü və Sözünü xatırlayanda... Uzun müddət idi ki, Davud Nəsib haqqında nəsə yazmaq istəyirdim. Ancaq qərara gələ bilmirdim. Düşünürdüm ki, onun ruhunu birdən narahat edərəm. Nəhayət qərara gəldim. 10 il bundan öncə əzrayıl maşın donuna girərək alıb apardı əlimizdən Davud Nəsibi... Yadımdadır! O müdhiş m...
ANL
Rənglərin qəriblik nəğməsi. ƏLİ BƏY HÜSEYNZADƏNİN BƏDİİ İRSİ HAQQINDA QEYDLƏR... Taleyin amansız hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlar da az deyil. Bir zamanlar ilğım saydıqları Vətən həsrəti uzun illər ərzində onlar üçün acı həqiqətə çevrilib. Həmin sənətkarların bir qism...
ANL
"Qarpızları qurban kəsdik Çillə gecəsində". Bu yazımda daşları çox sevən, daşları ən sevgili yoldaşları-dostları bilən, onların dilini anlayan, "daşların sirrini bilmək üçün daşa çevrilərək keçmişlərindən, gələcəklərindən onların öz dillərində danışmağı" bacaran "Başına dolanıram, Daşın oluram, Başıma düşürsən, Başımda...
ANL
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf yolu və perspektivləri. Azərbaycanda region QHT-lərinin vəziyyəti ilə bağlı əsaslı tədqiqat 2001-ci ildə BMT İP/QRTM-in sifarişi ilə Milli QHT Forumu tərəfindən aparılıb. Ölkənin 53 inzibati rayonu üzrə məlumatlar iqtisadi rayonlara bölünmüş və ümumən 1095 QHT-nin...
ANL
Xocalı soyqırımının beynəlxalq-hüquqi təhlili. Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki,bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyi...
ANL
Əziz qardaşım – qəm dostum Yusif Kəsəmənli. Biz əvvəl qardaş-bacı idik, sonra dost olduq, sonra da Ülvi adlı dərd tonqalında qoşa çatılan alova döndük. Yaman çox tapşırıqlar verirdin, araya söz qatsam da, “dayan, hələ sözümü tamamlayım, sonra sənin dediyinə də mən qulaq asaram”. Sən öləcəyini bilirdin, qardaş, mən isə ...
ANL
Min illərə yaşıd, şəhərlər şahı, Turan torpağıdı, ocaqdı Şabran. Tarixlər şahidi, mərdlər oylağı, Vətən qalasıdı, qucaqdı Şabran. Uca zirvəsində çıraqdan tacı, Doğma diyarımın nur ehtiyacı, Gilgilçay səddidir arxası, gücü, Şöhrətdən, qeyrətdən ucadı Şabran. Dəhnədə istisu həyat cövhəri, Dumduru çeşməsi, alagöz pəri. Ki...
ANL
Paşa Qəlbinurun esselər çələngi. Hörmətli akademikimiz Ağamusa Axundovun redaktəsi ilə 1997-ci ildə nəşr edilmiş “Azərbaycan dilinin izahlı lüğəti” kitabında “Esse” sözünün mənası aşağıdakı kimi izah olunur: “Esse fransız sözüdür, ədəbi, fəlsəfi, ictimai problemləri sistematik şəkildə deyil, sərbəst şəkildə şərh edən k...
ANL
“Çağdaş Azərbaycan romanı: problemlər, mülahizələr”- Üçüncü hissə. Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir. Müzakirənin ikinci hissəsini BURDAN oxuya bilərsiniz. Əsəd Cahangir: Mübariz Cəfərlinin əsərlərində, məncə, əvvəlindən elə bir ciddi dil problemi olmayıb. Onun problemi bir az başqa xarakterlidir – b...
ANL
Özümdən böyük qardaş-bacılarım çox kitab oxuyurdular. Kitabların adını kağıza yazıb məni kəndin kitabxanasına göndərərdilər. Kitabxanaçı əmim qızı idi... Kitabları qolumun üstünə yığır, geri qaytarırdı. Bəlkə ona görəydi ki, artıq beş yaşımda birinci sinfə gedirdim... Qalın kitablardan ev qururdum. Bu kiçik kitabların ...
ANL
ŞAİR ZEYNAL XƏLİLİN 100 İLLİYİ QARŞISINDA DÜŞÜNCƏLƏR. Bütün hallarda o, ömrünə və taleyinə bahar qisməti düşənlərdəndir. Şair ömrü çətinliklərdən və mübarizələrdən yan ötüşə bilibmi? Hər şeydən öncə, Zeynal Xəlilin doğum ili təlatümlər, fırtınalar, qasırğalar zamanıydı. Birinci Dünya müharibəsinin alovları püskürməkdə ...
ANL
Bu gün XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, filosof və ədəbiyyat tənqidçisi, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötür. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərində...
ANL
PƏRVİNin təqdimatında. Onda adamda sual yaranır: bəs hansı yaşda sevmək ayıb deyil, qadağan deyil?! Ziyansız, balaca, sadəlövh yalanlar... Sevgini ürəkdolusu, həyatdolusu yaşamaq istəyirsənsə, ayrı yolun yoxdu. Gizlənməlisən, sevdiyini də, məhəbbətini də gizlətməlisən. Çünki ilk vaxtlar sən özün də günah etdiyinə inanı...
ANL
Sevinc Çılğın: “Sevinc qızıl, brilyant tanımasa da, insanları yaxşı tanıyır”- Məhşurların xanımları. “Bilmirəm, Zahir məni bəyəndiyindən əsərlərimi bəyənir, yoxsa əsərlərimi bəyəndiyindən məni bəyənir”. Müsahibimiz tanınmış şair və jurnalist Zahir Əzəmətin heç də onun özündən az tanınmayan xanımı şairə Sevinc Çılğındır...
ANL
Bu gün ədəbi məkanımızı bürüyən savadlı, səliqəli, lakin ədəbi-bədii cəhətdən qidasız, cansız və ruhsuz mətnlər bolluğunda itirilməkdə olan Həqiqi Azərbaycan Ədəbiyyatını üzə çıxarmağın, “həqiqi olanı” , “oxşardan” seçib ayırmağın bir yolu da, yaranan və yaranmaqda olan nadir ədəbi incilərin, yeni formatlarda və müstəv...
ANL
“Xoca” unutmağa qoymur... Yaxşı əsəri dəfələrlə oxumaq zövq verdiyi kimi, yaxşı filmi yenidən izləməkdə də fayda var. Çünki hər dəfə əvvəl fikir vermədiyin, ya da gözündən qaçan hansısa məqama rastlayırsan, yeni nələrisə kəşf edirsən. Milli faciələrimizdən ən dəhşətlisinin – Xocalı qətliamının növbəti ildönümü ərəfəsin...
ANL
Yalan, aldatma, məkr və hiyləgərlik. Xanaanda da aclıq olduğundan İosifin qardaşları da taxıl almaq üçün Misirə gəldilər. İosif qardaşlarını tanısa da, qardaşları onu tanımadılar. Onlardan birini dustaq kimi saxlayıb, digərlərini özünün doğma qardaşı Bencaminin dalınca göndərdi ki, onu gətirsinlər. Ataları isə Bencamin...
ANL
Con F.Kennedi: Mərdliyin profilləri. İngiliscədən Telman Orucov tərcümə edib. “Mən köpük populyarlığına nifrət edirəm”. Çıxış edənlə sözləşmiş əsəbi Senator daxil olmaqla burada qalanlar onun gərilmiş iri əzələlərini və çiyinlərinin qalxdığını gördü və onun soyuqqanlı cingiltili səslə, çətinliklə dediyi, qədim romalıla...
ANL
İntihar: cinayətlərin ən böyüyü və ya Allaha qarşı üsyan. Müqəddəs kitablarda bir başqasını öldürmək günah, özünə qəsd etmək isə cinayət sayılır. Çünki özünü yaradan sən deyilsən və özünlə bağlı hökmü də sən verə bilməzsən. Bəli, Allah bizləri ölüm üçün deyil, həyat üçün yaradıb. İnsana yaşam hüququ bir dəfə verilir. B...
ANL
Qədim zamanların birində Cadugərlər ölkəsində bir sənətkar yaşayırdı. Günlərin bir günü günorta vaxtı evinə gedən yerdə sonuncu tin ayrıcına çatıb sağa dönərkən hiss elədi ki, kölgəsi bədənindən ayrıldı və sola döndü. Sənətkar kölgəsinin arxasınca təəccüblə baxıb yoluna davam etdi. Yaşadığı evin qapısına qədər kölgəsiz...
ANL
Azərbaycanşünaslıq məktəbinə vətənçilikdən başlanan yol. Milli ideologiyamızı əməllərində yaşadan, inkişaf etdirən şəxslərin elmi-ədəbi fəaliyyətlərini araşdırmağa həmişə maraqlı olmuşam. Bu maraq məni onların vətənçilik əxlaqına münasibətlərilə bağlı fikirlərimi oxucularla paylaşmağa sövq edib. İndiki məqamda qəlbi mi...
ANL
Bu gün XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, filosof və ədəbiyyat tənqidçisi, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötür. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərində...
ANL
Vətəndaş cəmiyyəti institutları beynəlxalq münasibətlər sisteminin komponenti kimi. Bəşəriyyəti təhdid edən dağıdıcı müharibələr erasının bitməsi, Avropanın qlobal müharibə fəlakətlərindən kənarda dinc quruculuqla məşğul olduğu son altmış ilin elmi-mədəni, maddi və mənəvi uğurları heç də insanlıq qarşısında duran bütün...
ANL
Mezazoy dərinliyi və müasirlik. Çoxəsrlik inkişaf yolu və zəngin ənənələri olan Azərbaycan elminin böyük simaları arasında görkəmli alim və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Akif Əlizadənin özünə məxsus mühüm xidmətləri və xüsusi yer...
ANL
Tofiq Məhərrəm oğlu Abdin. Tanınmış şair, yazıçı və publisist Tofiq Məhərrəm oğlu Abdin (Tofiq Abdin) 73 yaşında dünyasını dəyişib. Ömrünü qələmə, yaradıcılığa həsr edən T.Abdin oxucuların, sənət dostlarının xatirində yüzlərlə oxunaqlı mətbu yazıları, ədəbi-bədii əsərləri ilə yadda qalıb. Bu nümunələr janr, mövzu rənga...
ANL
Tofiq Abdinin ölüm haqqında ölümsüz şeirləri. yazmamağımın min bir nədəni var. minindən biri: bu dünyadan gedəndə. onları tapşıra biləcəyim. uzanan günlərin içindən çıxıb. açıq gözlərimi bağlamasınlar. allah sevgidənmi yaşatdı məni. iməkləməmiş. bu qoca dünyanı yıxılı gördüm... buludundan qorxdum,çayından qorxdum. başı...
ANL
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN klubunun prezidenti Çingiz Abdullayevlə müsahibə. - Tez-tez səfərlərdə olursunuz. Bu cür səfərlər yaradıcılığınız üçün problem yaratmır? Amma getməmək də olmur. Mənim xaricdə təqdimatlarım keçirilir. İyunda Fransada təzə kitablarım çap olunacaq. İndi...
ANL
Moskvada Afaq Şıxlının yaradıcılıq gecəsi olub. Moskva Millətlər evində şairə-publisist Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü Afaq Şıxlının yaradıcılığına həsr olunmuş gecə keçirildi. "Şəhriyar" Ədəbi-mədəni cəmiyyətinin təşkil etidyi gecə Afaq Şıxlının yaradıcılığından bəhs edən videosüjetlə başladı. "Şeirlər...
ANL
Vətəndaş cəmiyyəti institutları beynəlxalq münasibətlər sisteminin komponenti kimi. Bəşəriyyəti təhdid edən dağıdıcı müharibələr erasının bitməsi, Avropanın qlobal müharibə fəlakətlərindən kənarda dinc quruculuqla məşğul olduğu son altmış ilin elmi-mədəni, maddi və mənəvi uğurları heç də insanlıq qarşısında duran bütün...
ANL
Qoz ləpəsi, üstündəki qırışlarıyla insan beyninin yarımkürəsini xatırladır. Yadıma vaxtilə, məni heyrətə gətirən bir yazı düşdü: hansısa inkişaf etmiş Qərb ölkəsində tutiya (delikates) sayılan və yalnız ən varlı adamların menyusunda olan bir yemək (təam) var: - "Diri meymun beyni". Canlı meymun xüsusi bir qurğuya fiksə...
ANL
Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir. Tarixi hadisələrin real faktlara əsaslanaraq doğru-düzgün işıqlandırılması problemi bütün bəşəriyyəti düşündürən zəruri məsələlərdən biridir. Bəlkə də, ilk baxışdan bəzilərinə sadə görünən bir faktı, yəni hər hansı bir xalqın dövlətçilik mədəniyyət və mənəviyyat tarixi ə...
ANL
Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. İyirmi birinci əsrin lap əvvəlindən - 2001-ci il 11 sentyabrdan ABŞ-ın "beynəlxalq terrora qarşı müharibə" elan etməsini və bu prosesin indiyədək davam etdiyini də nə...
ANL
Əsir rəssamın çəkdikləri... Xocalıda əsir düşən rəssam qızın Parisdə erməni adıyla sərgisinin açılmağından bəhs edən bir sənədli povest verdilər mənə... Müəllif "Tanrının unutduğu xocalılar"ı mənə təqdim eləyəndə pencək havasıydı: düzü, isti payız günləri özü ən gözəl rəssamdı mənimçün, belə vaxtlar təbiətə əsir düşmək...
ANL
Dünya qarı, Ələmdarı neylədin... Bir neçə ay öncə keçirdiyi ağır cərrahi əməliyyatdan sonra son zamanlar sanki bir qədər özünə gəlmişdi. Yanaqlarının batığı bir qədər hamarlanmış, gözlərinin işığı artmışdı. Özü də buna sevinir, müjdələrimizi təsdiqləyirdi. Məktəb illərində ağlı-dərrakəsi ilə yaşıdlarını bir boy üstələs...
ANL
Moskvada Məmməd İsmayıl yaradıcılığı ilə bağlı mühüm hadisələr. Həmyerlimiz şair Məmməd İsmayıl Rusiya Yazarlar Birliyinin Sergey Yesenin ordeninə və diplomuna layiq görülüb. Diplom qərarında deyilir: Rusiya Yazarlar Birliyinin Moskva Təşkilatının S.A.Yesenin "Qızıl payız" ordeni və diplomu ədəbi sözə böyük xidmətinə g...
ANL
Əli bəy Hüseynzadənin 150 illik yubileyi Salyanda qeyd olunub. Salyan rayon icra hakimiyyətinin, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan və digər Türk Xalqları Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə böyük mütəfəkkir Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə "Əli bəy Hüseynz...
ANL
İnana bilmirəm... Deyirlər, həyatının son anlarında insanın gözləri qarşısından bütün ömrü ani olaraq keçib gedir. Bilmirəm, bəlkə də belədir. Amma uzun illər boyu yaxından tanıdığın, ünsiyyətdə olduğun adamın qəfil ölüm xəbərini eşidəndə gözlərin qarşısında ortaq keçmişinizin çeşidli epizodları, saatları, anları bir-b...
ANL
Vətəndaş cəmiyyəti və onun qurulmasında qeyri-hökumət təşkilatlarının rolu. Azərbaycan dövləti ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşmasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Çünki hər iki amil güclü dövlətin əsas meyarlarından biridir. Lakin bu, bir faktdır ki, istər indi, istərsə də keçmiş döv...
ANL
Tofiq Abdin yoxdur... Tofiq Abdinin simasında mehriban, dostsevər, istedadlı bir insanı, şairi, publisisti itirdik. Son dəfə onunla yazıçı Aslan Qəhrəmanovun yas mərasimində görüşdük. Sonra da bir-iki dəfə telefonla danışdıq. Mart ayının 2-də Aslan Qəhrəmanovun qırx mərasimi olacaq. Tofiq isə istəkli dostunun qırxına g...
ANL
Qəşəm İsabəyli. Çılpaq divarlar idi, taxta döşəmə idi, cındır palaz idi, astarı yamaqlı yorğan-döşək idi, bir də pişik balası kimi büzüşüb yatmış oğlan uşağı. Yavaşca yerindən qalxdı; paltarını geyib, dəhlizə keçdi. Anası əli qoynunda pəncərənin qabağında dayanmışdı. -Sancıdan qarnım doğranır. -Özünü darıxdırma, indi n...
ANL
Titrədər qəlbini burda heyrətin,- Gör, gəlin qovaqlar nə təzətərdi. Onları seirdən ayırmaq çətin, Onlar Yesenindən tərcümələrdi. Niyə ləngimədi şimşək çaxmağa? Körpə uşaq kimi oyanır fikir: Şair taleyinə şərik çıxmağa. Yaxşı deyiblər ki,kimsə gecikir. Orda ki, qovaqlar nəğmə deyirmiş, Qəfil bir xəbərdən qırılıb qalıb. ...
ANL
Bir neçə gün öncə danışmışdıq. Ren çayının üzərindəki körpüdən keçirdim. Harada olduğumu söylədim, bərabər güldük. Sənin "Adlerdə bir körpü var" hekayəni və əski bir məhəbbətini xatırlamışdıq. Nə zaman Bakıya gəlsəm, ilk arayıb soran sən olurdun! Hər gün aramasaydın, rahatsız olurdum. Bunu bildiyin üçün hər gün arardın...
ANL