text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Oqtay Sadıqzadə vəfat etdi. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də axşam saat 22:30 radələrində vəfa... | ANL |
Azərbaycanda turizm: ilin yekunları. Mehmanxanaların təsnifatı yeni standartla müəyyən edilir. Bu gün mehmanxana sahəsində inkişaf tendensiyası xidmət sahəsinə də öz müsbət təsirini göstərir. Mehmanxanalarda xidmət səviyyəsinin daha yüksəldilməsi məqsədilə Azərbaycan Turizm İnstitutunda, Bakı Peşə Məktəbində və Mingəçe... | ANL |
Yaradıcı adamlar və qurumların fəaliyyətinin cəmiyyətə çatdırılması, ictimaiyyətin diqqətinin onlara yönləndirilməsi vacib və məsuliyyətli işdir. Bu işin öhdəsindən vicdanla gələn jurnalistlər, televiziya aparıcıları, piar mütəxəssisləri sırasında əsl ziyalı və qələm adamı kimi Ağahüseyn Şükürovun öz yeri var. O, respu... | ANL |
Tanınmış pianoçu Rafiq Quliyevin 80 illiyi qeyd edilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tanınmış pianoçu, professor Rafiq Quliyevin 80 illiyinə həsr edilmiş yubiley konserti olub. BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli tədbiri açaraq toplaşanlara minn... | ANL |
Dünyadan bir şair keçdi, yaxud dərviş qiyafəli şeirlər. Bugünlərdə dünyadan köçən şair-publisist Dərviş Cavanşiri tanınmış nasir Əlabbasın bir yazısı ilə yad edirik. Bineyi-qədimdən ona Cavan demişəm, hərçənd heç cavan gününü görmədim. Otuz-otuz beş il əvvəl olduğu kimi, son günlərinəcən də canla cavanlıq eləməyindən ə... | ANL |
Prezidentin uğurlu siyasəti sosial təminat sistemini daha geniş əhali kateqoriyalarına yönəldib. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına geniş müsahibə verib. Müsahibəni ixtisarla oxuculara təqdim edirik. - Səlim müəllim, Azərbaycanda dinam... | ANL |
Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Ölkəmizdə həyata keçirilən islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişərək, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm ... | ANL |
Möcüzələr dünyasının adamı. İnsan sevincinin işığından mənəvi zövq alan həkimlərdən biri də Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmi üzrə fəlsəfə doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Əyyub Şəmil oğlu Məmmədovdur. Orta məktəbi əla qiymətlə bitirib, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Univ... | ANL |
Sonra bu namərdliklə zaman-zaman üz-üzə gəldim. Lap sonra da o namərdliyin qurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim - dünya səsimə səs vermədi. Dostların yarpaq tökümü başladı - Vahid Əlifoğlunu itirdim, dünya susdu. Pərviz Əliyevlə vidalaşdım, dünya göz yumdu. Akif Səməd üçün göynədi... | ANL |
Xəzinədir... Süfrəsində daim halal duz-çörək olsun, Sətirləri cərgələnən incitək olsun;. Ay həzərat, yubileyi mübarək olsun. Professor Nizaməddin Şəmsizadənin! Dediyinin həm quludur, həm də yiyəsi, Bütövləşən Azərbaycan-əsas qayəsi! Xəzinədir "Ədəbiyyat nəzəriyyəsi". Professor Nizaməddin Şəmsizadənin! "Sahibidir sərhəd... | ANL |
Biz onun səsinə, sözünün kəsərinə, şeirlərinin havasına və özünə öyrəşmişdik. Azərbaycan televiziyasında bir sıra gözəl verilişlərin təşəbbüsçüsü və müəllifiydi. Xüsusilə televiziyanın xalq yaradıcılığı redaksiyasında hazırladığı verilişlər hamının rəğbətini qazanmışdı. Ağalar Mirzənin verilişləri elmi-publisistik səpg... | ANL |
Ədəbiyyat İnstitutunda Rəfiq Zəka Xəndan anılıb. Dekabrın 24-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə həsr olunmuş "Çağlayan şair" mövzusunda Dəyirmi masa keçirilib.... | ANL |
Tahir Salahovun xalça üzərində "Qırmızı təkər" əsəri təqdim olunub. Dekabrın 24-də "Azər-İlmə" MMC-də Xalq rəssamı Tahir Salahovun əsəri əsasında hazırlanmış "Qırmızı təkər" xalçasının təqdimatı keçirilib. AzərTAc xəbər verir ki, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Xalq rəssamı Tahir Salahovun görkəmli ru... | ANL |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan ailəsi-2015" film festivalına start verilib. Festival çərçivəsində "Həyatdan şəkilə" mövzusunda foto müsabiqə də keçirilir. Film festivalın açılış mərasimində çıxış e... | ANL |
Ədəbi irsin tədqiq və təbliğinə layiqli töhfə. NƏCƏFQULU BƏY ŞEYDA TƏZKİRƏSİNİN İLK NƏŞRİ. Təzkirələr Azərbaycan ədəbiyyatının ən dəyərli mənbələridir. Orta əsrlərdən XX əsrə qədər tərtib edilən bu məcmuələrdə ədiblərimizin həyat və yaradıcılığı barədə məlumat, əsərlərindən nümunələr verilir. Bir sıra şairlərimiz barəd... | ANL |
Azərbaycanda turizm: ilin yekunları. Turizmin inkişaf səviyyəsi daha effektli dövlət tənzimləmə mexanizmləri tələb edir. Qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keç... | ANL |
Akademik Milli Dram Teatrında Yunus Oğuzun eyniadlı əsəri əsasında hazırlanmış “Nadir şah” tamaşasının premyerası keçirilib. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssamı İlha... | ANL |
Məliklinin "Nazim Hikmət"i. Professor Tofiq Məliklinin rusca yazılmış" Nazim Hikmət. Poeziya və poetika" kitabı "Şeir inqilabçısı Nazim Hikmet" adıyla və İsmail Çetinin tərcüməsində Türkiyədə çap olunub. İstanbulun "Saylanqoz" nəşriyatında işıq üzü görən kitaba Türkiyənin böyük şairi və alimi Ataol Bəhramoğlu önsöz yaz... | ANL |
Professor Nizaməddin Şəmsizadəyə məktub. Hörmətli Nizaməddin müəllim! Axı yaşına görə xeyli gənc görünürsən. Güman ki, bu bir tərəfdən oğlun Fəridə ünvanladığın "Müdriklər bunları deməyib" kitabında xüsusi vurğuladığın xeyirxahlığınla, digər tərəfdən seçdiyin elm sahəsini mükəmməl bilməyinlə bağlıdır. İyirmi ildən artı... | ANL |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixində imzaladığı fərmanla "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqinə başlanılması nəticəsində yaradıldı. Xidmət çağırışçıların hərbi xidmətə göndərilməsi prosesini təmin e... | ANL |
İstər cavan, istərsə də yaşlı olsun, hamı uzunömürlü olmaq, çox yaşamaq arzusundadır. Təbii arzudur, heç kəs qocalmaq istəməz. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə təəssüf hissi şəklində özünü göstərir. Yəqin elə buna görə də gənclər gələcəklərindən, yaşlı... | ANL |
2014-cü ildə Azərbaycan müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib. Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a müsahibəsini təqdim edirik. Hesab edirəm ki, 2014-cü il də Azərbay... | ANL |
Azərbaycan klassiklərinin qürbətdəki doğma məkanı. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Tiflis ədəbi-ictimai mühiti ilə çoxcəhətli qarşılıqlı əlaqələrinin zəngin bir tarixi var. Hələ orta əsrlərdən başlayaraq Zaqafqaziya xalqlarının müştərək, mədəni mərkəzlərindən biri olan Tiflis Azərbaycan milli mədəniyyətinin ink... | ANL |
gizlədə bilmədim. gözlədə bilmədim. gözlərindən. gizlədə bilmədim. gözlərin. gözlərimlə danışdı. və bir-birinə qarışdı. gözlərimi. gözlədə bilmədim. yarpaqtək əsdi. gizlədə bilmədim. dözmək məni sıxdı. dözümsüzlüyümə. söz deyə bilmədim. gözümdə güldün- səsimdə, sözümdə, gözümdə. səsimi öldürdün, sən. sözümü öldürdün, s... | ANL |
Yenə qapımıza Əzrayıl gəlib, Bəlkə ötən ildən borcumuz qalıb? Boyları gödəldən şirindil gəlib, Səsləri batıran uca səs gəlib. Bəxtinə qurbanlar düzülüb daha. Qoy bəyənib gəlim, mənimdi növbə, Tanrıdan kəndirim üzülüb daha. Yatın bu gecəni al qanım üstə, Sonuncu məktubum haqdan gələcək. Bizi əcəl kəsir mənzilimizdə, Siz... | ANL |
Şair Ağalar Mirzənin altmışı. İndi onun ömrü yaratdıqlarında və yazdıqlarında davam edir. Ağalar Mirzə illərlə həyata, insana, vətənə olan böyük sevgisini sözündə və işində dönə-dönə ifadə etdi. Bütün əmək fəaliyyəti Azərbaycan radio və televiziyasına aid olan bu insan xalqımızın folklor xəzinəsinin incəliklərini üzə ç... | ANL |
Müharibə və onun nəticələrinə təsir edən amillər. Strategiyanın elementlərinə mənəvi xüsusiyyətlər, silahlı qüvvələrin miqdarı, döyüş gedən yerin şəraiti, hakim mövqe tutan məntəqələr, dağlar, çaylar, meşələr, yollar daxildir. Bunlar həm də ordunun təchizatında mühüm əhəmiyyət kəsb edir. Ordunun döyüş igidliyi sadə fər... | ANL |
Mənim tanıdığım Nizaməddin. Dünyada həyatın yaranmasının başlanğıcını “böyük partlayış”da görənlər düz deyirlər, ya səhv-filosofların öhdəsinə. Ancaq böyük təbiət hadisələri-əsrlərlə mürgüləyib birdən püsgürən əzəmətli vulkanlar, sunamilər, zəlzələlər, yer sürüşmələri, çay daşqınları bütün bunlar ayrı-ayrı insanlara mə... | ANL |
Çünki sən zahirən də, daxilən də öz yaşından çox cavansan. Amma bu 60 yaşın həqiqət olduğunu təsdiqləyən bu günəcən ədəbiyyatımız üçün gördüyün işlər, yazdığın cild-cild kitablardır. Sən ədəbi tənqidə səksəninci illərin əvvəlində gəlmisən. O vaxt ədəbiyyatımızda olduğu kimi, ədəbi tənqidimizdə də təzə, maraqlı imzalar ... | ANL |
“İnsan görünməkdən, görüntü yaratmaqdan həzz alan varlıqdır”. Feyziyyə ilə Xəzərin sahilində. O gün müsahibə üçün görüşməli idik. Axşamdan vədələşmişdik. Daha doğrusu ta keçən həftədən zəngləşmişdik günü-günə sata-sata, gəlib həmin görüşməyə qərar verdiyimiz günün üzərində dayanmışdıq ki, həftə sonuna yazını çatdırım. ... | ANL |
Azərbaycan-Ukrayna ədəbi əlaqələrində mühüm addım. Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü və koordinatorluğu ilə Ukraynanın məşhur “Vsesvit” jurnalı bütünlüklə bizim ədəbiyyata həsr olunmuş “Xüsusi Azərbaycan buraxılışı” hazırlayır. Əlamətdar cəhət budur ki, 90 illiyini qeyd e... | ANL |
Nizaməddin Şəmsizadənin 60 yaşına. Nizaməddin Şəmsizadənin 60 yaşı tamam olur. Obyektiv səbəblər üzündən son on-on beş ildə görüşlərimiz, ünsiyyətimiz barmaqla sayılacaq qədər az olsa da, onun haqqında danışmağa söz çoxdur. Ədəbiyyata eyni vaxtda gəlmişik. Bakı Dövlət Universitetində başlanan, Nizami adına Ədəbiyyat İn... | ANL |
Nurəngiz Gün - Qadınlığın Müstəsna Halı. Qohumdan-qonşudan, yaxından-doğmadan cismən itirdiklərim olduqca ölümün hənirini bir addımlığımda hiss elədim. Uşaqlıqda valideynlərimi, əzizlərimi birdəfəlik itirmək qorxusu ilə ağladığım da oldu. Yaşım artdıqca ölüm qorxusunun daha çox bilinməzlikdən və ölümsonrası səssizlikdə... | ANL |
Ey qəlb, səndə müsafir olan kimdir, bilirsənmi? Söz qaldı el gələnə, Çırmandı sel gələnə. Gözəl bir bağ salmışam, El gələ kölgələnə. Bir insan ömründən qələmə aldığım fraqmentləri bayatı ilə başlamağım qeyri-ixtiyari oldu. Şəksiz, hər döyünən qəlbdə bir bayatı var... Hələ eşidilməyən, hələ səslənməyən, səslənsə belə hə... | ANL |
Tarixi-milli sərvətlərimizin sorağında yaxud, Sərdar sarayının əmlakı haradadır... “İrəvan qalası, Yerevanın qoparılmış ürəyi”... İrəvan qalasının 500 illiyi münasibəti ilə “Azer-Globe” İctimai Tədqiqatlar İnstitutunun yanında Qafqaz tarixi Mərkəzinin 2011-ci ildə hazırladığı video-material belə adlanırdı. Səfəvilər sü... | ANL |
Firuz Mustafa: “Dövlətin teatrlara qayğısını hər zaman təqdir edirəm”. Müsahibimiz tanınmış yazıçı və dramaturq Firuz Mustafadır. Söhbətimizin məğzini ölkə teatrının hazırkı durumu, müsahibimizin bu yaxınlarda “Azərbaycan” qəzetində çap olunan və teatr xadimləri, oxucular tərəfindən birmənalı qarşılanmayan “Azərbaycan ... | ANL |
Azərbaycanda turizm: ilin yekunları. 2014-cü il üçün Azərbaycanda turizmin əsas statistik göstəriciləri. Başa çatmaqda olan ilin turizmə dair statistikasına nəzər saldıqda, bir sıra göstəricilər üzrə artımın olduğunu müşahidə edirik. Turizm müəssisələrinin sayı, müəssisələrdə çalışan işçilərin, əhaliyə satılmış turizm ... | ANL |
XX yüzilliyin 70-80-ci illərində Azərbaycanda kitab nəşri, xüsusilə poliqrafiya sənayesi böyük sürətlə inkişaf edərək Sovet dövründə heç zaman çatmadığı bir zirvəyə yüksəldi. Bu, o dövrdə müəyyən dövlət qayğısı ilə bərabər, təcrübəli, sanballı poliqrafçılar və onların yetişdirdiyi istedadlı gənc mütəxəssislərin işgüzar... | ANL |
Vətəndaş olmaq məsuliyyəti. Qulu Məhərrəmlinin 60 illik yubileyinə. Bir zamanlar, hələ tələbəlik illərində böyük rus şairi Nekrasovun "Sən şair olmaya bilərsən,lakin vətəndaş olmaq borcundur" sözlərini oxumuşdum. Bu sözlərin dəyərini o zaman yetərincə qəbul edə bilmirdik və düşünürdük ki, bu, Sovet vətənini bizlərə sev... | ANL |
Mükəmməl orduya sahib dövlət öz təhlükəsizliyinin təmin edilməsi sahəsində böyük üstünlüyə malikdir. Güclü ordu isə fiziki, pisxoloji cəhətdən hərbçi adını daşımağa hazır olan vətəndaşlardan və onların hərbi vasitələrlə tam təchiz edilməsilə formalaşır. Bugün Azərbaycan Ordusu ən müasir hərbi texnika və silahlarla təch... | ANL |
- Musa müəllim, son illər Azərbaycanda böyrək çatışmazlığı xəstəliyindən, dializdən əziyyət çəkən insanların sayı xeyli artmaqdadır. Digər xəstəliklərdən fərqli olaraq, bu xəstəlikdən əziyyət çəkənlərin müalicə-müayinə prosesi zamanı digər problemlər də yaranır. Məsələn, bir xəstənin müalicəsi başa çatmamış digər xəstə... | ANL |
"Azərbaycan multikulturalizmi bəşəri dəyərlər sisteminə çox şey verə bilər". Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın AzərTAc-a müsahibəsi. - Hörmətli Kamal müəllim, 2014-cü ilin əvvəllərində Prezident İlham Əliyevin Fərmanı ilə millətlərarası, ... | ANL |
Vilnüsdə Elçin Hüseynbəylinin hekayələri nəşr edilib. Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin üç hekayəsi Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə 2014-cü ilin may – iyun aylarında Litvanın ədəbiyyat və incəsənət nəşrlərində litvaca işıq üzü görüb. Göstərilən nəşrlərdə E. Hüseynbəylinin hekayələri... | ANL |
Ümummilli lider Heydər Əliyev 1992-ci ilin noyabr ayında, Naxçıvan Respublikası Ali Məclisinin sədri olarkən Litvanın Vilnüs şəhərində nəşr olunan "Respublika" qəzetinin müxbiri Riçardas Lapaytisə Naxçıvanda müsahibə verib. Müsahibə qəzetin 28 yanvar 1993-cü il tarixli sayında dərc olunub.Bu günlərdə Litva Azərb... | ANL |
Afaq Bəşirqızı “Yaxşıların yaxşısı” oldu. Milli teatr sənəti sahəsindəki uğurlarına görə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı “Yaxşıların yaxşısı” Milli Mükafatına layiq görülüb. Bu barədə teatrın mətbuat xidməti məlumat verib. Ölkənin tanınmış siyasətçilərinin, millət və... | ANL |
İngiliscədən Telman Orucov tərcümə edib. Lakin fısıldayan və qıc olmuş şəkildə öskürən Henri Kley öz yolunu qarlı küçə ilə Deniel Uebsterin evinə tərəf saldı. Onun planı var idi – bu plan Birliyi xilas etmək məqsədini güdürdü, – və o, bilirdi ki, Şimalın ən tanınmış natiqindən və dövlət xadimindən dəstək almalıdır. O, ... | ANL |
Belə ki, Jorj Melies bədii əsəri ekranlaşdıran ilk rejissordur. Həmçinin rejissor Fridrix Şillerin, Daniel Defonun, Şekspirin, Aleksandr Dümanın, Jül Vernin əsərlərinə də müraciət edib. Bu işdə ikinci addımı elə J. Meliesin həmyerlisi Viktorian Jasse atdı. Əlbəttə, on-on beş dəqiqəlik bu səssiz filmlər haqqında geniş d... | ANL |
“Bir azərbaycanlı kimi Almaniyada ən çox günəşin xiffətini çəkirəm”- “QƏRİB SÖHBƏT”. İlhamə QASIMLInın təqdimatında. ALMANİYADA YAŞAYAN JURNALİST AFAQ MUSTAFA: “AZƏRBAYCANDA İNSANLAR DÜNYAGÖRÜŞÜ, HƏYAT TƏRZİ İLƏ AVROPALILARDAN ÇOX UZAQDIRLAR”. Bu dəfə “Qərib söhbət”imizi Almaniyaya virtual yol alaraq edirik. Bu dəfəki ... | ANL |
Elmin və elin ağsaqqalı. Azərbaycanın müasir etnoqrafiya elmi məktəbinin qurucusu, tarix, arxeologiya və etnoqrafiya elmlərinin inkişafına sanballı töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, böyük alim və ictimai ... | ANL |
Borxesdən yeni tərcümə. Tərcümə orijinaldan edilməlidir. Ən azı imkan daxilində bu prinsipə əməl olunması vacibdir. Amma Borxesin aşağıdakı hekayəsini oxuyandan sonra məndə onu mütləq dilimizə çevirmək, Azərbaycan oxucusuna çatdırmaq arzusu yarandı. Təəssüf ki, ispan dilini bilmirəm. Ona görə də bu maraqlı və sirli əsə... | ANL |
Akademik Ramiz Mehdiyevin 20 Yanvar faciəsi ilə bağlı oçerki Litvada yayımlanıb. Bir müddət öncə xəbər verildiyi kimi, 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı bu günlərdə dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər keçirilir. Həmin tədbirlər çərşi... | ANL |
PƏRVİNin təqdimatında. Təbiətin insan ovqatına, hisslərinə təsiri qəribədi. Məncə, həssas insanın göz, qoxu yaddaşı olduğu kimi təbiət yaddaşı da var. Və bir yaşdan sonra ona artıq təbiət deyil, xatirələri təsir edir. Zamanla bunlar hamısı yaşadıqlarınla, hisslərinlə qarışır və sən nəyin reallıq, nəyin xəyal, nəyin arz... | ANL |
“Özümə dedim ki, yıxılmaq olmaz”- Məhşurların xanımları. Müsahibimiz sevilib-seçilən şairlərimizdən olan, görkəmli ədəbiyyat xadimi İsa İsmayılzadənin həyat yoldaşı Ələviyyə xanımdır. Universitetdə axşam şöbəsində təhsil alırdım. Gürcüstandan gələn azərbaycanlılardanıq. Orada doğulub boya-başa çatmışam. Atamı uşaqlıqda... | ANL |
Rəşid Faxralı: “Tanrının verdiyi ömrü layiqincə yaşamağa çalışmışam”. “ƏSL VƏTƏNDAŞ OLMAQ HƏYATIMIN VƏ ŞAİR, JURNALİST, HƏRBÇİ KİMİ FƏALİYYƏTİMİN ƏSAS QAYƏSİ OLUB”. Bugünlərdə şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili Rəşid Faxralının 60 yaşı tamam olub. 1975-ci ildə Azərbaycan Pedaqoji Un... | ANL |
Sovet İttifaqında 20-ci illərin sonuna və bütün 30-cu illərə təsadüf edən hadisələr kütləvi repressiyalar dövrü kimi bəşər tarixinə düşüb. Sovet rejiminin əleyhinə söylənilən, onun ədalətli olub-olmamasından asılı olmayaraq hər hansı sözə görə, bəzən də şərləmə, böhtan yolu ilə ölkənin ən işıqlı simaları həbsxana barma... | ANL |
Qəzetpulu. Şaban müəllim əlindəki dərs jurnalını stolun üstünə qoyub adəti üzrə, sağ əli ilə sol əlinin barmaqlarını ovuşdurdu. Uşaqları sayırmış kimi sinifə göz gəzdirdi. Üzünu Səlimə tutdu: –Kim qəzetpulunu gətirməyib?- səsi acıqlı idi. Sinif nümayəndəsi Səlim onun bu sualını dənə cuman toyuq kimi göydə tutdu: –Müəll... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı). Həmin gün cəmiyyət üzvləri Bakının M. Muxtarov küçəsində Əjdər bəy Aşurbəyovun evini icarəyə götürüb işə başlayır. Cəmiyyətin üzvləri Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüsey... | ANL |
Köhnə tanışlar: Qərib Mehdi. Gəncəli cavanın “Qərib, hey!..” hekayəsi kövrək hisslərin poetikasıdır. Hörmətli Qərib Mehdi! Siz əsərlərinizlə Allah, cəmiyyət və dünya qarşısındakı məsuliyyət hissinin dərinindən, əxlaqlı şəkildə qavranmasına yardımçı olmaq niyyətinizdə həmişə təmənnasız olmusunuz. Bir yazar olaraq, bir i... | ANL |
Azərbaycanın oxuyan qəlbi. Şəmistan Əlizamanlının oxuduğu nəğmələr dünyaya. qalib gəlmək istəyən Azərbaycan türkünün bu dünyanın. yiyəsi olduğunun təsdiqidir. Qloballaşan dünyada yaşayırıq və mən bu gün sivilizasiyaların dartışdığı bir dövrdə hər cür sivilizasiyadan, hər cür dini, milli və sosial təbəqələşmədən yüksəkd... | ANL |
Yalan, aldatma, məkr və hiyləgərlik. Bəşər övladı çox sayda ləyaqətləri ilə yanaşı, onlardan sayca heç də az olmayan, real həyatda daha çox rast gəlinən qüsurlara malikdir. Bu qüsurların bəziləri iyrənc xarakterə mənsubluq timsalı olduğundan daim pislənsə, məhkum olunsa da, heç də sıradan çıxmır, illər, əsrlər ötsə də ... | ANL |
Özümdə saxladım uşaqlığımı, Özümdə saxladım bu yaşımacan. Gözümdə, könlümdə bir oldu hamı, Sevildim, özgədən qardaşımacan. İnandım hamıya bir uşaq kimi, Salıb zarafata quzu dedilər. Bütün sözlərimi, söhbətlərimi. Bütün söhbətlərin duzu dedilər. Bilmədim dünyada qurd var, quzu var, Canavar göründü tazı donunda. Yaxınlar... | ANL |
Çoxdandır səndən heç bir xəbər ala bilməmişəm. Tez-tez yadıma düşürsən, uşaqlığımızın o qayğısız və xoşbəxt günləri üçün burnumun ucu göynəyir... Dünən, nə vaxtdan bəri axtardığım məktəb albomum əlimə keçib. Tapanda elə sevindim ki! Həvəslə əski şəkillərimizə baxmağa başladım. Birinci sinifdən son sinfədək - bütün həya... | ANL |
Bir qələm dostu, həmkar kimi Dayandur Sevgini haçandan tanıyıram, ilk dəfə harda, hansı şəraitdə görmüşəm - xatırlaya bilmirəm. Ancaq dəqiq bilirəm ki, bizim tanışlıq və doğmalığımızın kökündə ilahi Söz durur, ruh birliyimiz, doğmalığımız Sözdən gəlir. Dayandurla özümü həmişə Sözün köynəyindən keçmiş qardaş-bacı qismin... | ANL |
Dayandur Sevgin həqiqəti. bu şairi, bu jurnalisti bu vaxtacan belə yaxından tanımamışdım. Səni bəzən köçünü itirən sarvana bənzədirəm. Haçansa rastına çıxacaq öz köçünün sorağında gəzir Dayandur Sevgin həqiqəti... Dayandur Sevginin dağı da, düzü də , elə lap dərəsi də çoban tütəyindəki şəffaf , bülbül səsi sayağı məlah... | ANL |
Şərqin opera janrında əsər yaradan ilk qadın bəstəkarı - Şəfiqə Axundova. Bu il Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli Şəfiqə Axundovanın 90 illik yubileyi qeyd olunur. Bu, ilk yubileydir ki, musiqi ictimaiyyəti Şəfiqə xanımsız keçirir. Təəssüfl... | ANL |
KAMAL ABDULLANIN ŞEİRLƏR KİTABI BELƏ ADLANIR. Bu günlərdə yazıçı Kamal Abdullanın "Nar çiçəkləri" adlı şeirlər kitabı işıq üzü görüb. "Mütərcim" nəşriyyatında Əliş Mirzallının redaktorluğu ilə çap olunan kitabda müəllifin müxtəlif illərdə qələmə adlığı şeirləri və kiçik poemaları toplanıb. Kamal Abdullanın çoxşaxəli ya... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı). Hələ 1909-cu ilin mart ayında "Kaspi" qəzeti Çəmbərəkəndində və köhnə müsəlman qəbiristanlığında məscid və məktəb binası tikilməsi üçün ianə toplanması barədə xəbər verirdi. Məscidin tikilməsini Əjdər bəy Aşurbəyov öz... | ANL |
İstiqlalımızın Bayraqdarı. Ulu öndərimiz Heydər Əliyev hələ 22 il öncə - 1992-ci ildə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışarkən, Türkiyəyə rəsmi səfəri çərçivəsində Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı qəbrini ziyarət etmiş, məzarı üstünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişd... | ANL |
Dil milli mənliyimiz, mənəviyyatımızdır. Ana dilimiz Vətənimizin, Azərbaycanımızın dilidir. Anamızı, Vətənimizi sevdiyimiz kimi, dilimizi də sevməli və qorumalıyıq. Çünki ana dili millətin diriliyi, həyatının mayası, varlığının daşıyıcısıdır. Böyük şairimiz Səməd Vurğunun dediyi kimi, dil insanın namusudur, qeyrətidir,... | ANL |
Xalq artisti Məzahir Süleymanovun portret cizgiləri. Azərbaycan Respublikasının Xalq artisti Məzahir Süleymanov. Çünki bu sənətkarı həm teatr və həm də televiziya ekranlarında tez-tez görürlər. Və onun çox ustalıqla, böyük sənətkarlıqla yaratdığı obrazlara maraqla tamaşa edirlər. Bəziləri onu oynadığı müsbət obrazlarda... | ANL |
Milanda italyan şairin gecəsində Azərbaycan həqiqətləri. Yaddaqalan bir gün idi. İtaliyanın sənət ocağı sayılan Milan şəhərindəki konservatoriyada bu ölkənin tanınmış şairi və bəstəkarı Davide Qualtierinin poeziya axşamı keçirilirdi. Biz də ailəlikcə, yaxınlarımızla həmin mərasimdə iştirak edirdik. Gecəyə xeyli sayda p... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı). Açılışda olmuş Bakı şəhər qubernatoru polkovnik P. İ. Martınov sarayının inşaatçısı M. Nağıyevin, ideya müəllifi H. Z. Tağıyevin və xeyriyyə cəmiyyətinin sədri M. Ş. Əsədullayevin şərəfinə ziyafət verdi . Lazaret zalı... | ANL |
Müsahibimiz İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayindir. - Cənab səfir, İran İslam inqilabının növbəti ildönümü yaxınlaşır. Bu inqilabın İran xalqının və dövlətinin həyatında hansı rolu olub? - İran islam inqilabı yalnız İran xalqı deyil, bütün dünya üçün böyük bir dəyişikliklərə gətirib çıxaran ... | ANL |
Naxçıvan Muxtar Respublikasının yaradılması ölkəmizin həyatında mühüm hadisədir. Naxçıvan Muxtar Respublikası-90. Bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 ili tamam olur. Muxtar respublikanın yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və onun xalqım... | ANL |
Gənc ədiblərin iştirakı ilə "Poeziya saatı" keçirilir. Yanvarın 26-dan fevralın 7-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "2 fevral Gənclər Günü"nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçirilir. Gənclərin iştirakı ilə muğam və klassik konsertlərin, sərgilərin təşkil olunduğu Festival çərç... | ANL |
Xəritə. Universitetdə bizim Mövsüm adlı bir rus dili müəllimimiz var idi. Həddən artıq sadə, təvazökar, ədalətli insan olduğu üçün tələbələrin sevimlisinə çevrilmişdi. Mövsüm müəllimin bir xasiyyəti var idi. Bir də görürdün, dərsin şirin yerində başladı zarafata, duzlu, məzəli əhvalatlar danışmağa. Bəzən bu söhbətlər d... | ANL |
Rasət PİRİSOYU. Mən Furqan Sadığı tanımıram... Amma Furqan Sadığın şeirlərindəki ovqatı yaxşı tanıyıram. Bu ovqatın (bu "ovqat" sözünü şərti qəbul edin) müasir Azərbaycan ədəbiyyatında əməlli-başlı tərcümeyi-halı var. Mən bu ovqatda yazılan şeirlərə ilk dəfə Əlisa Nicatın yaradıcılığında rast gəlmişəm. Sonra mən bu şei... | ANL |
Dağlar xəbər tutdumu?! Görəsən dağlara xəbər çatdımı? Yazıq dağlarımız, həsrətdən bükülən belin bir az da əyiləcək. Çorman kəndindən bir ah-nalə qopacaq ki, Laçının bütün zirvələrində - Sarıyoxuşda, Atbulağında, Pələng qayasında əks-səda verəcək. Qaqqıldaşan kəkliklər, qıy vuran qartallar səssizliyə qərq olacaq. Dəlida... | ANL |
-Əslində biz bu yola 104 il əvvəl çıxmışıq-xalqımızın maariflənməyə, mədəniyyətə, dünyaya inteqrasiyaya daha çox ehtiyacı olan bir dövrdə. Bu yolun o qədər labirintləri, nahamar cığırları, keçilməz döngə və dalanları olub ki. Hərdən onun ümumi mənzərəsini göz önünə gətirəndə insanı qürur hüssi ilə yanaşı, bir həyəcan v... | ANL |
Ömrün və sənətin zirvəsində. 90 il yaşamaq hünəri ilə bu qoca dünyanı tez-tələsik tərk edən bütün "vəfasızlar"a nümunə göstərən Firəngiz xanım nadir istedad sahibi, milli sərvət sayılan sənətkarlarımızdandır. Firəngiz xanım Şərifova heç zaman mətbuata açıq olmayıb. Zadəgan əsilli, qürurlu, ləyaqətli xanım özünü heç vax... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı). "Yaşıl qələm" ədəbi cəmiyyətinin fəaliyyəti haqqında ilk dəfə ciddi araşdırma aparmış filologiya elmləri doktoru, professor Şamil Vəliyev 80-dən çox üzvü öz sıralarında birləşdirən bu qurumun gördüyü işlərin tarixi əh... | ANL |
Araya heç bir durğu işarəsi qoymadım. Sözlərdən biri isimdi, xüsusi isim, o biri adi dərəcəli sifət; sərbəst söz birləşməsində biri əsas sözdü, o biri asılı. Nə zamansa mən bunu yazmalıydım. Əlisəmid Kürdən yazmalıydım, vaxt çatdı, vədə yetişdi, dostum. Bunları hansısa kürsüdən, hansısa tədbirdə - ki, orda mənim danışm... | ANL |
Əli bəy Hüseynzadə: Türkçülüyün atası və böyük maarifçi. Böyük Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin yubileyinin ölkə miqyasında dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqq... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı). Bir neçə il bundan sonra, 1871-ci il səndə mən də bizim müsəlmanlar üçün bir belə cəmiyyəti-xeyriyyə nizamnaməsi tərtib edib və bir neçə qeyri adamlara da onun ərizəsinə qol çəkdirib, sərdara verib təsdiq elətdirdim. ... | ANL |
Azərbaycanda sənayeləşdirilmənin müasir mərhələsi nələr vəd edir. Bazar iqtisadiyyatına keçid dövrü yaşayan Azərbaycan son 20 ildən artıqdır ki, dünya sivilizasiyasına, iqtisadiyyatına inteqrasiya prosesini şaxələndirir və genişləndirir. Qloballaşma şəraitinin geniş, şaxəli, səmərəli, məhsuldar mühitinin əvəzedilməzliy... | ANL |
Bəndalının çimməkliyi. Dağ başındakı bu kiçik şəhərin dərdli sakinləri tək büllur kimi səsi ilə ara-sıra zəngulələr vuran, qıvrım qaşları, koroğlusayağı bığları, iri cüssəsi ilə əfsanəvi qəhrəmanlara bənzəyən Bənna Bəndalı sübhdən şər qarışanadək iş başında idi. Hər axşam işdən yorğun qayıdanda üç qızını da səfərbər ed... | ANL |
“Çağdaş Azərbaycan romanı: problemlər, mülahizələr”. Layihənin ideya müəllifi və aparıcısı: Əsəd Cahangir. Hörmətli oxucular, bu gündən etibarən şənbə saylarımızda “Çağdaş Azərbaycan ədəbiyyatı: problemlər, mülahizələr...” ümumi başlığı altında dəyirmi masa materiallarının dərcinə başlayırıq. Silsilə müzakirələr çağdaş... | ANL |
Ulduzlar xoşbəxtdirmi? “Yapon incəsənəti sözü axıradək deməməklə çox söz demək vəzifəsini öz üzərinə götürüb”. Kino ulduzu dedikdə, nədənsə, hər şeydən əvvəl cazibədar qadın gözəlliyi gəlir göz önünə. Bu sözləri populyar yapon kinoaktrisası Komaki Kurixaraya da aid etmək olar. Aktrisanı milyonlara sevdirən yalnız zahir... | ANL |
Cəlil Məmmədquluzadə: bu dəfə poeziya müstəvisində. Fevralın 10-u Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin doğum günüdür. Böyük ədib Cəlil Məmmədquluzadə mollanəsrəddinçilik ədəbi cərəyanının banisidir. Azərbaycanda tənqidi-realist ədəbiyyatın və mətbuatın inkişaf istiqamətlərini və xüsusiy... | ANL |
Qədim Gəncə şəhəri bütün böyük dəyərləri ilə yanaşı, mənim üçün həm də Qərib Mehdi ünvanı ilə əzizdir. Siz öz yolu, öz sözü olan yazıçı, öz müridlərini yetişdirmiş bir sənət fədaisisiniz. Nəriman HƏSƏNZADƏ. Xalq şairi. Qərib Mehdinin əsərləri bütövlükdə türk dünyasının malı olmalıdır. Çünki artıq onun yaradıcılığı düny... | ANL |
Məhşurların xanımları. Həmsöhbətimiz xalqın sevilən bəstəkarlarından olan mərhum sənətkar Hikmət Mirməmmədlinin həyat yoldaşı bəstəkar Nailə xanım Mirməmmədlidir. Uşaqlığın həzin melodiyalı xatirələri. Ailənin sonbeşiyi idim. Göz açandan ətrafımda hamını özümdən böyükləri gördüm. Atam indiki dənizkənarı parkda yerləşən... | ANL |
PƏRVİNin təqdimatında. Çoxları qaradinməzliyindən, içinə qapanmağından gileylidi! Heç sevmirsən özündən danışmağı. Əzəldən beləsən! Uşaq ikən ananın da sorğu-suallarını qısa cavablandırardın... Nədən belə gizlənirdin hər kəsdən, nə idi hamıdan mübhəm saxlamaq istədiyin, heç özün də bilmirsən. Zamanla, yaşa dolduqca bey... | ANL |
Rəngarəng ovqatlar şairi. Çingiz Əlioğlu barədə fəza düşüncələri. Çingiz Əlioğlu ilə söhbət etmək həmişə xoşdur. O özünəməxsus böyük bir şair olmaqla bərabər, dərin intellektə və geniş dünyagörüşünə malik bir adamdır. Hərdən zarafatla ona “Azərbaycanın Afanasi Nikitini” deyirəm. Məşhur rus səyyahı kimi, Çingiz Əlioğlun... | ANL |
“Teatr haqqında söhbətlər” silsiləsindən. Sovet dövrünün rus teatrı özünəməxsus səhnə uğurları ilə təkcə o zamankı müttəfiq respublikaların deyil, hətta Avropa teatr sənətçilərinin də diqqətini cəlb edirdi. Halbuki o zaman Avropa səhnələrində qoyulan tamaşalar daha qabaqcıl mövqedə idi və məhz onlar XX əsrin teatr fəls... | ANL |
Və beləliklə, həmin taleyüklü yanvar gecəsi Deniel Uebster Henri Kleyə etibarlı qaydada dəstək vəd etdi və özü barəsindəki böhranın ixtiraçısı oldu. İlk dəfə o, 1950-ci il ayrılmasının mümkünlüyünə gülən tənqidçilərin və tarixçilərin baxışlarına şərik idi. Lakin o, Cənub liderləri ilə danışdıqca və “ölkənin şəraitini” ... | ANL |
Yalan, aldatma, məkr və hiyləgərlik. Dələduzun rəngarəng yalan axınında həqiqətin bircə damlasına da rast gəlmək mümkün olmur. Bir qayda olaraq həqiqətə nifrət edənlər daha çox yalan danışırlar. Yalan kabusu heç də qorxu hissi yaratmamalıdır. ABŞ-ın görkəmli dövlət xadimi və böyük demokratı Tomas Ceffersonun dediyi kim... | ANL |
Naxçıvan muxtariyyəti tarixi nailiyyətdir. “Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, ... | ANL |
“Kitab oğrusu”: savaş alovları arasında ümid qığılcımı. Orijinaldan oxumasam da, o qədər asan və sadə, axıcı dili vardı ki, onun oxumadığım kitablarına marağım yaranmışdı. Yazıçıya şöhrət gətirən kitabı “Kitab oğrusu”nun elektron variantını yenicə oxumağa başlamışdım ki, bestsellerin filmə çevrildiyi xəbərini oxudum. B... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı). AZƏRBAYCANIN TANINMIŞ MİLYONÇU–XEYRİYYƏÇİLƏRİ. * On yaşından başlayaraq palçıq daşımaq, daş yonmaq və bənnalıqla, podratçılıqla məşğul olub. * Sonradan aldığı neft quyusu fontan vurur və onu məşhur milyonçu edir. Bu, ... | ANL |
Qismət ayrılanda, pay bölünəndə. Görünür mənə də belə yazılıb, Belə yaşamaq. Sinəmin üstündə bölgü hasarı, Özüm öz aramdan axan olmuşam. Elə vətəndə də vətənə sarı. Aradan-bərədən, Dağdan-dərədən, Bir az aralıdan baxan olmuşam. Əlim yetirənə ərkim yetirmir, Yoxsa haqqım çatmır, yoxsa haxlıyam. Yaxına görüntüm – görküm ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.