text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Xalçası Günü silsilə tədbirlərlə qeyd edilib. Azərbaycanın Xalq rəssamı, istedadlı xalça ustası Lətif Kərimovun ad günü həm də Azərbaycan Xalçası Günü kimi qeyd edilir. Bu münasibətlə vaxtilə Lətif Kərimovun təşəbbüsü ilə yaradılmış, hazırda onun adını daşıyan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət...
ANL
Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində "Muğam gecəsi" keçirilib. Məşhur "Soutwark" katedralında keçirilən gecədə diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də daxil olmaqla xeyli sayda sənətsevər iştirak e...
ANL
Parlaq amal, unudulmaz əməllər. GÖRKƏMLİ MAARİFÇİ-PEDAQOQ MƏHƏMMƏD TAĞI SİDQİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR. Bu böyük şəxsiyyət bütün ömrünü Naxçıvanda xalqının milli oyanışı və maariflənməsinə, yeni üsullu təhsil alması və məktəblərin açılmasına həsr edib. Onun elə bir əsəri yoxdur ki, onun məzmununda maariflə...
ANL
Bu qadasını aldığım. önündə müntəzirdi. Gözucu baxaraq yazı-pozuya. Hərdən ağız büzərdi. Hərdən onu özündən. Bu quşquşlar, Dimdikli, qanadlı. İstəyiydi-təkcə sözü. qatıb qabağına. Qaşı-qaranquş qanadı, Baxışı, gülüşü-aydın. Tanıyanlar deyərdilər: –Bu gözəl Yaradanın. Bəxtəvər balasıdı. Görəsən hansı igidin. Təkcə Allah...
ANL
Azərbaycanı layiqincə təmsil edən ziyalı. Həm elmi, həm də bədii yaradıcılığı barədə əhatəli məlumatım var idi. Amma nədənsə elə bil onun haqqında deyilənlər mənə inandırıcı gəlmirdi. Düşünürdüm – necə ola bilər ki, gənc bir alim bu qədər yerli və xarici miqyaslı uğurlara imza atsın və həmin uğurların hamısı beynəlxalq...
ANL
İstanbula günortaya yaxın düşdüm. Danışdığımız kimi, məni qədimi dostum qarşıladı. O, İstanbul universitetlərindən birində öyrətmən işləyirdi. Bəri başdan deyim ki, bu hekayədə Türkiyə türkcəsinə tez-tez rast gələcəksiniz, çünki dostum o kəlmələri kullanmağı xoşlayır, Məşədi İbad demiş, “bir nou” öyrəncəli olub. Dostum...
ANL
Vaqif Yusiflinin təqdimatında “Ədəbi həyat”. Tanınmış tənqidçi, professor Vaqif Yusiflinin bu yaxınlarda “Ədəbi həyat” kitabı işıq üzü görüb. Kitab son illərin “Ədəbi mənzərə”si ilə açılır. Kitabın “Portretlər”, “XXI əsr ədəbiyyatı” bölümlərində Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Ənvər Məmmədxan...
ANL
Elşad Ərşadoğludan "Eşqə doğru". Elşad Ərşadoğlu ilə tanışlığımız Gənc Ədiblər Məktəbində yaranıb. Hərçənd ki, orada bir o qədər də ünsiyyətimiz olmayıb, amma onun həyəcanını boğmağa çalışaraq sakit səslə hərdən şeir deməyini xatırlayıram. Elşad Ərşadoğlu ilə daha yaxın tanışlığımız və dostluğumuz hər ikimiz Yazıçılar ...
ANL
Ogyüst Roden – müasir heykəltəraşlığın titanı. Rodenin materialda, iri mərmər parçasında kökləri, kövrək təəssüratlar dünyasına imkan vermək üçün olduqca möhkəm idi. O deyirdi ki, təbiət mənim böyük müəllimimdir. Əgər təbiətə əməl edilsə, hər şeyi çıxarmaq olar. Ona görə də çoxları təbiətin diqtəsini öyrənir. O, dağlar...
ANL
Qüds kimi-Yerusəlim kimi arzulanmaq... “Düşüncə fraqmentləri” silsiləsindən. Möhtəşəm xırtıltı səsindən anladı ki, bir daha ayağa qalxması müşkül məsələdi... İçini yandıran bircə o idi ki, indiyəcən başqa seçiminin olduğunu bilsə də, ömrü boyu buna diqqət yetirməmişdi. Heç özü də bilmədi nəyə təəssüflənsin: ətrafında d...
ANL
Keçən yazıdakı filmlə bağlı bircə jurnalist dostumuz Ağa Cəfərlidən mesaj gəldi: “Mənə elə gəlir ki, mətndəki seçmə fikirlər heç bir filmdən deyildi, mən adını “Dalğaları yararkən” qoydum”. Həyat da belə deyilmi? Beləliklə, o yazının adını belə qoyaq: Dalğaları yararkən. Bu əsər müharibə kimi başlar. Bu bildiyim mövzu ...
ANL
Söz sevgisi və həqiqətli ömür yolu. Balaca qardaşlarımdan birinin maraqlı etirafı var. Yazır ki, uşaq olanda elə bilirdim ki, Sabir məndən çox Fərman Kərimzadənin, Məmməd İsmayılın, Xudu Məmmədovun, Nüsrət Kəsəmənlinin, Çingiz Əlioğlunun, Ramiz Rövşənin, Sabir Əhmədlinin qardaşıdır. Böyük qardaşı kənddən ayrılıb gedənd...
ANL
Bu günlərdə Xalq yazıçısı Anarın yeni “Göz muncuğu” povesti “Azərbaycan” dərgisinin XI nömrəsində işıq üzü görüb. Anar yaradıcılığının tədqiqatçısı, gənc yazıçı Pərvinin povest haqqında geniş məqaləsi də jurnalda yer alıb. “Başa düşdüm ki, varlığı, həyatı, kainatı, dünyanı yalnız məntiqlə izah etmək qeyri-mümkündür. Bü...
ANL
Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş yubiley tədbiri gerçəkləşib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə görkəmli dövlət və hökumət adamları, t...
ANL
Siyavuş Kəriminin 60 yaşı münasibəti ilə konsert keçirilib. Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Musiqi Kollecində Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin 60 illik yubileyinə həsr edilmiş konsert olub. Kollecin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov müa...
ANL
II Bakı Beynəlxalq İdman Filmləri Festivalı yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı keçirilən II Bakı Beynəlxalq İdman Filmləri Festivalı yekunlaşdı. Noyabrın 20-də Nizami Kino Mərkəzində festivalın bağlanış və qaliblərin mükafatlandırılm...
ANL
Sankt-Peterburqda Azərbaycan mədəniyyəti günü. Sankt-Peterburqun Kalinin rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən keçirilən milli mədəniyyətlər festivalı çərçivəsində Noyabrın 19-da 5 nömrəli kitabxana-filialda Azərbaycanın mədəniyyətinə, adət və ənənələrinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respub...
ANL
Nazim Hikmət adına uşaq kitabxanasında tanınmış uşaq şairi İlyas Tapdığın 80 illik yubileyinə həsr olunmuş “Balacaların ürəyinə yol tapan şair” adlı tədbir keçirilib. Kitabxananın foyesində şairin kitablarının sərgisi nümayiş olunub. Görüşdə kitabxananın direktoru Ç.Əliyeva şairin həyat və yaradıcılığından söhbət açıb....
ANL
Gizli səlib yürüşləri. Mənəviyyatımızın ölçü vahidləri. Ziyalı sözü – vətəndaş mövqeyi. Ümumiyyətlə, onda dini ədəbiyyat anlayışına təsadüf etməzdin. İslamın mahiyyəti barədə öyrənmək istəyən oxucularsa axtardıqları çox şeyləri ayrı-ayrı əcnəbi və sovet alimlərinin dilimizə tərcümə edilmiş elmi-tədqiqat əsərlərində, mo...
ANL
“Azərbaycanda ailə institutu həmişə çox möhkəm olub”. Dünən Milli Məclisdə (MM) “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Tədbirdə MM sədrinin müavini Bahar Muradova, parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Hüquq siyasəti və dövlət quruculu...
ANL
Daxili İşlər Nazirliyinin Polis Akademiyası ali hüquq təhsili verən I kateqoriyalı təhsil müəssisəsidir. Millət vəkili Çingiz Qənizadənin polis və prokurorluq sistemində çalışan müstəntiqlərin iş yükünün azaldılması təklifinə hüquqşünas Əyyub Kərimov da dəstək vermişdir. Hər ikisinin fikrinə hörmətlə yanaşıram. Ola bil...
ANL
Teatrlara dövlət qayğısı kimi və niyə qıcıqlandırır? Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin müsahibəsi. Yazıçı-dramaturq və filosof Firuz Mustafanın "Azərbaycan teatrının problemləri tezliklə həllini tapmalıdır" sərlövhəli məqaləsində toxunduğu məsələlər teatr ictimaiyyəti tərəfindən birməna...
ANL
“Yuğ” Dövlət Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Səsimdən yapış" adlı yeni tamaşasının premyerası keçirilib. Yazıçı Kamal Abdullanın "Bir... iki... bizimki..." pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif...
ANL
Sənətkar ölümü həmişə təəssüf doğurur. İstər nakam Lermontov, Müşfiq, Əli Kərim ömrü yaşayasan, istərsə də ömrün "ekvator" xəttini keçəsən, ölüm o sənətkarı bu gözəl dünyadan ayırırsa, onun itkisi ürəkləri göynədəcək. Rəfiq Zəka Xəndan da bizi belə bir nisgil içində qoyub getdi. Altmış yaşının tamamına altı ay qalmış- ...
ANL
"Ulduz" şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri. Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur. Bu tərəqqi bütün sahələrdə özünü aşkar şəkildə göstərir. Qida sənayesinin inkişafı da bu sıradandır. Elə bunun nəticəsidir ki, sözügedən sahə ildən-ilə daha da geni...
ANL
"Təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq". Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov Qırğızıstanın populyar "Akipress" informasiya agentliyinə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib. Jurnalistin Azərbaycanın bu qədər sü...
ANL
Azərbaycanda Türkiyə Mədəniyyəti Günləri keçirilir. MƏDƏNİYYƏT GÜNLƏRİ ÇƏRÇİVƏSİNDƏ BAKIDA “TÜRKYƏ RƏNGLƏRİ” ADLI SƏRGİ AÇILIB. Azərbaycanda Türkiyə Mədəniyyəti Günlərinə start verilib. Bu münasibətlə Azərbaycanda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərliyi ilə nümayəndə heyəti Fəxri Xiy...
ANL
Bəstəkar Həsən Rzayev "ÜNS" Yaradıcılıq Səhnəsində anılıb. "ÜNS" Yaradıcılıq Səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib. AzərTAc xəbər verir ki, konsertdən əvvəl jurnalistlərə müsahibə verən gənc...
ANL
Azərbaycan musiqisinin tarixi, milli-mədəni irsdə yeri və rolu. Azərbaycan mədəniyyətinin çoxəsrlik, qədim mədəniyyətlər sırasında müstəsna yeri var. Burada mühüm yerlərdən birini isə zəngin və orijinal musiqi sənəti tutur. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsus ənənələrin çoxəsrlik tarixi formalaşm...
ANL
"Gürcü arzusu" və gürcülərin arzusu... Gürcüstanda hakimiyyətdə olan koalisiya hökumətində "Milli Hərəkat" partiyasını təmsil edən müdafiə naziri Alasaniyanın istefası və onun ardınca xarici işlər naziri xanım Pancikidzenin dörd müavini ilə birlikdə istefa verməsi hökumətdən daha çox, əhali arasında çaşqınlıq yaradıb. ...
ANL
Azərbaycan Kəlağayısı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında. Bu gün Azərbaycan Kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Kəlağayı faylı Azərbaycanın bir...
ANL
Fikrət Əmirova həsr edilmiş kitabın təqdimatı olub. Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçirilib. Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliği ...
ANL
Mədəniyyət və İncəsənət Universitetində "Mənim sənətim" sərgisi açılıb. Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kino rejissoru və televiziya rejissoru sənəti" kafedrası II kurs, operator ixtisası tələbələrinin "Mənim sənətim" adlı fotosərgisi keçirilib. Fotosərgi kurs rəhbəri əməkdar incəsənət ...
ANL
Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılar...
ANL
Olduğu kimi görünən, göründüyü kimi olan İnsan. İnsanlığına, Şəxsiyyətinə hər zaman böyük hörmət bəslədiyim, ehtiram göstərdiyim dəyərli millət vəkilimiz, tanınmış elm xadimimiz, gözəl ziyalımız Gövhər xanım Baxşəliyevanın növbəti doğum günü-yubileyidir. Şərəfli ömür yolu ilə addımlayan Gövhər xanımın 60 yaşı tamam olu...
ANL
Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində konsert verib. Noyabrın 26-da məşhur Vyana Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konserti olub. Heydər Əliyev Mərkəzində keçirilən konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, "Valsın kralı" İohan Ştrausun, eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri...
ANL
Qarabağ atları latviyalı rəssamın gözü ilə. Noyabrın 26-da "Natəvan" qalereyasında latviyalı rəssam Alla Dzevaltovskayanın "Qarabağ atları" adlı sərgisi açılıb. AzərTAc xəbər verir ki, sərgi "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının "Arts Council Latvia" ilə əməkdaşlığı çərçivəsində Mədəniyyət və Turizm Nazi...
ANL
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində dəyərli şair və publisist Oqtay Rzanın 80 illik yubileyi qeyd olunub. Tədbir Univetsitetin Coğrafiya və Filologiya fakültələrinin təşkilatçılığı ilə keçirilib. Yubileydə universitetin Həmkarlar Təşkilatının sədri Vaqif Əliyev, şairin dostu Şəmsi Vəfadar, dosent Musa Qulu...
ANL
Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu. Üzeyir Hacıbəyovun muğam operası ənənəsini özünün "Şah İsmayıl" operasında davam etdirən Müslüm Maqomayev musiqi mədəniyyətimizdə bəstəkarlıqla yanaşı musiqi ictimai xadimi, dirijor kimi əhəmiyyətli yer tutub. M. Maqomayevin ikinci operası "Nərgiz" isə Azə...
ANL
Şair Əli Tudə anılıb. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ictimai xadim, Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndəsi, Əməkdar İncəsənət Xadimi, şair Əli Tudənin 90 illik yubileyinə həsr edilmiş mərasim keçirilib. Yubiley tədbirində Xalq şairi Nəriman Həsənzadə şairin həyat və yaradıcılığından söhbət a...
ANL
Bala bəy Şirvan mahalının məşhur ağalarından biri idi. İgid, mərd, qorxu nə olduğunu bilməyən bu bəy el-obada kifayət qədər nüfuz və hörmət qazanmışdı. Onun səxavətindən hər yerdə söhbət açılır, dara düşən insanların köməyinə yetdikcə şan-şöhrəti daha da artırdı. Dost-tanışları nə qədər təkid etsələr də, şəhərə köçməkd...
ANL
“Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün milli məsələdir”. Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərində son durum necədir və nə kimi perspektivlər var? - Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlər çox yüksəkdir. Amma bu münasibətlərin mahiyyətini anlamaq üçün deyim ki, burda ortaq bir mirasdan söz edilm...
ANL
Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu. Azərbaycan mədəniyyətinin çoxəsrlik, qədim mədəniyyətlər sırasında müstəsna yeri var. Burada mühüm yerlərdən birini isə, zəngin və orijinal musiqi sənəti tutur. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsus ənənələrin çoxəsrlik tarixi formalaş...
ANL
Gəlin halallaşaq bir-birimizlə, Dünyanın işini bilmək olmur ki. Ayağı daş qırır daşda gəzərin, Vaqiflər, Zakirlər nəsilləriyik. Bir millət adlanan böyük əsərin. Hərəmiz ayrıca fəsilləriyik. Bir ömür uzadır bəzən bir kəlmə, Xəbərsiz ölümlər ayıb deyilmi? Nizami, Füzuli oxunmur indi, Cibini güdəndən nə gözləyək ki? Fikir...
ANL
Elçin İsgəndərzadənin həyat və sənət yolu. Yaxşı deyiblər ki, kitab oxumayanlar üçün hələ kitab yazılmayıbdır. Onlar üçün nə yazsan, nədən yazsan, necə yazsan oxumayacaqlar. Oxuyanlar üçün saysız-hesabsız kitablar yazılmışdır. Onları bütün ömrün boyu oxusan da, qurtarmır, bitmir. Bu kitab da oxuyanlar üçün yazılmış kit...
ANL
Müharibə və onun nəticələrinə təsir edən amillər. Müharibə, bəzi dahilər tərəfindən insan təbiətinə yad olan bir xüsusiyyət kimi qiymətləndirilsə də, bəşəriyyət tarixində tez-tez təkrar olunmaqla və dəhşətlərinə görə əsrlər boyu arası kəsilməyən tək görünməklə, çox hallarda onun mahiyyətini düzgün dərk edənlərə utanclı...
ANL
Yazıçı Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə bu günlərdə yenidən nəşr olunmuş “Közərən sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə məlum olan və olmayan, bir sıra maraqlı məqamları öz əksini tapıb. Aktuallığını düşünərək, kitabdan bəzi hissələri oxuculara təqdim edirik. Bir səhər Rəhim müəllim tele...
ANL
Şəmil Sadıq və Odərlər. Türkiyədə, kifayət qədər olmasa da, Azərbaycan musiqisi və şeiri bilinir, amma Azərbaycan romanı və hekayəçiliyi az bilinməkdədir. Təəssüf ki, türk oxucusu İsa Muğannadan, Fərman Kərimzadədən, İsmayıl Şıxlıdan bixəbərdir. Halbuki Azərbaycan yazıçıları romanları, ssenariləriylə Sovetlər Birliyi d...
ANL
Yeni çağırışlar: Azərbaycandan dünyaya. XXI əsrin gətirdiyi qloballaşma, multikulturalizm, tolerantlıq, terrorizm və sair kimi dünyanı əhatə edən proseslər dövlətləri və xalqları yenidən düşünməyə, fərqli baxışdan yanaşmağa çağırır. Bütün bunlar isə ölkəni, xalqı dünya ilə birlikdə görmək və göstərməklə yanaşı, həm də ...
ANL
Robert Bressonun həqiqəti və təsəllisi. Bir çox şeirlərin, romanların, filmlərin, rəsmlərin bünövrəsində müqəddəs kitablar dayanır. İstər ədəbiyyatda, istər kinoda, istərsə də rəssamlıqda dini şəxsiyyətlərdən ən çox obrazlaşdırılan, müxtəlif prototipi yaradılan İsa Peyğəmbərdir. Müəyyən zamanlarda onun həyatının ən müx...
ANL
Yumşaq səsin zənguləsi. Azərbaycan radiosunun əməkdaşı olduğum illərdə efirə gətirdiyim proqramlardan biri də “Axtarış” idi. Gənclik redaksiyasında işləyirdim deyə bu verilişə daha çox cavanları dəvət edir, onları axtarıb tapır, üstün cəhətlərindən söhbət açır, danışdırır, söz, könül mülklərinə güzər edirdim. Amma sonr...
ANL
Meraklısı için öylə bir hekayə. Türkiyə Mədəniyyət həftəsinin son günündə qonaqlarımız azəri tamaşaçılarına “Meraklısı için öylə bir hekayə” tamaşasını təqdim etdilər. Doğrusu, bukletə baxanda da ilk öncə diqqətimi tamaşalar çəkmişdi. Son on ildə türk kinosundakı inkişaf, dəyişiklik hər kəsin gözü önündədir. Türk teatr...
ANL
Pislikləri tez bir zamanda unuduram, yaxşılıqlar isə illər boyu yadımdan çıxmır, ürəyimdə dolanır. Bir zaman əlimdən tutan, hayıma yetib, qayğıma qalan insanın nurlu çöhrəsi ömür boyu xəyalımdan silinmir. Əlim çatanları axtarıb tapır, əlim çatmayanların xatirələri ilə baş-başa verirəm. Doxsanıncı illər ağır dövr idi. O...
ANL
Ustad jurnalist və böyük alim. Şərqdə ilk demokratik respublika olan Azərbaycanın 20-ci əsrin sonlarında öz müstəqilliyini bərpa etməsi bir sıra gözlənilməz məqamlarla, siyasi qarşıdurmalarla, iqtisadi çətinliklərlə müşayiət olunsa da, söz sənətimizin qarşısında geniş üfüqlər açdı. Demokratik inkişaf yolu seçmiş Azərba...
ANL
Naxçıvan Universitetində Qüdsi Vənəndinin “Divan”ının təqdimatı olub. Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimovun nəşrə hazırladığı, Qüdsi Vənəndinin “Divan”ının təqdimetmə mərasimi keçirilib. Təqd...
ANL
Şirməmməd müəllimlə bağlı yazacağım yazını düşünəndə Mətbuat Şurasının sədri Əflatun Amaşovun bu yaxınlarda mənə yazdığı yubiley təbrikindən bir məqamı xatırladım: “Mətbuat Şurasının ofisi adi iş axarında idi. Baş redaktorlar, ictimai xadimlər Şuraya toplaşmışdılar. Rəşad da gəlib çıxdı və kabinetə girəcəkdə gördüyü şə...
ANL
Döyüş səngərlərindən elmi kəşflərə... MƏHƏRRƏM MƏMMƏDYAROV: “HEÇ BİR TƏRƏDDÜD ETMƏDƏN YUSİF MƏMMƏDƏLİYEVİN TƏKLİFİNİ QƏBUL ETDİM”. Bu yaxınlarda Prezident İlham Əliyev Kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı Laureatı Məhərrəm Məmmədyarovun Azərbaycanda kimya elminin inkişafında xidmətlər...
ANL
“Maddi problemlər elmdə yeniləşməyə ciddi mane olur”. - Gövhər xanım, ötən həftə parlamentdə 3 günlük büdcə müzakirələri keçirildi və qeyd edək ki, ayın 28-də də büdcə zərfinin səsverməyə çıxarılaraq qəbulu nəzərdə tutulur. Bəs Siz bir millət vəkili olaraq növbəti ilin büdcə zərfi barədə nə düşünürsünüz? – Azərbaycan R...
ANL
Hərdən Bakıya yolum düşəndə onunla görüşürəm. Səmimi söhbətləşirik, bizi narahat edən məsələlərdən, ordan-burdan söz açıb danışsaq da, sözümüz hərlənib-fırlanıb Qarabağın üstünə gəlir. O dərdimizdən danışırıq ki, danışmamaq mümkün deyil. Onun köhnə kişilərə bənzəyən görkəmi, boyu-buxunu, insanı özünə cəlb edən bir görü...
ANL
Bəşəri tövbə. I. Bəlkə görüb bizi tanrı əfv edər, Günahkar bəndələr növbəyə dursa. İnsan dərdləriylə bağrı-badaşdı, Çoxdan bir-birinə öyrəşib onlar. Bu say, bu minvalla, nəsilbənəsil, Çoxala-çoxala toplanıb sonsuz. Cavabdeh yaradıb, faili-muxtar! Bu ayrıseçkilik, sınaq üçünmüş, Yıxılsan günahı özündə axtar. Doğulanda b...
ANL
"Çölçü" Cakartada mükafat qazanıb. Movqe.az APA-ya istinadən məlumat verir ki, 30 ölkədən 225 filmin iştirak etdiyi müsabiqədə filmlər "Platinum” və "Gold” mükafatları olmaqla iki nominasiyada qiymətləndirilib. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında lentə alınmış ...
ANL
Tofiq İsmayılov "Müslüm Maqomayev haqqında xatirələr"i jurnalistlərə təqdim edib. İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində “Müslüm Maqomayev haqqında xatirələr” filminin jurnalistlər üçün təqdimatı olub. Simsar.az xəbər verir ki, mərasimdə çıxış edən filmin rejissoru və ssenari müəllifi, Xalq Artisti Tofiq...
ANL
Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət. MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR. Keçən ilin, 2013-cü ilin noyabr ayının 22-də Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənabları M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Orada deyilir...
ANL
Həcc - müqəddəs qəbul edilən yerləri dini məqsədlə ziyarət etməyə deyilir. Kəlmənin əsl anlamının "nəyinsə ətrafında fırlanma, dolanma və halqa oyunu" olduğu, daha sonra "bayram" mənasını qazandığı bildirilir. Ərəb dilində "getmək, yönəlmək; ziyarət etmək" anlamlarına gələn "həcc" kəlməsi fiqh termini kimi imkanı olan ...
ANL
Multikulturalizm: fəlsəfi və sosio-mədəni aspektlər. "Multikultural" məfhumu ilə ``multikulturalizm`` məfhumu arasında fərq var. "Multikulturalizm" dövlət siyasəti və strategiyasına istinad edir. "Multikultural" məfhum isə hər hansı bir cəmiyyətin "çoxrəngli" mahiyyətindən qaynaqlanır. Bu mənada multikulturalizm hər ha...
ANL
Tunc dövrünə aid maddi mədəniyyət qalıqları. Yazılı mənbələr Cənubi Azərbaycanda və ona qonşu ərazilərdə etnososial səciyyə daşıyan birləşmələrin mövcudluğu barədə məlumatlar verir. Azərbaycan ərazisində yaşamış tunc dövrü tayfalarının hərbi döyüşlərdə iştirak etməsi barədə yazılı mənbələr çox az məlumat verir. Bu baxı...
ANL
Mətbuat tariximizdə “Kaspi”nin öz yeri var. "Kaspi" qəzeti təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində də yayılırdı. Zəhmət pulsuz iş görə bilməz və həm pul zəhmətsiz iş görə bilməz. Bəs lazımdır ki, bizlərin hər iki tərəfdən öz bacarığımız, qüvvəmizi göstərək. Mən teatr tikdirdim və qəzetə aldım, fikir elədi...
ANL
"İsrail knessetinin Xocalı soyqırımını tanıya biləcəyinə ümid edirəm". Diaspor Jurnalistləri Birliyinin "Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsi çərçivəsində "Vaad `Hatzolas Nidchei Yisroel" USA-Azerbaijan Beynəlxalq Humanitar Təşkilatının sədri və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ) İdarə Hey...
ANL
Açığını deyim ki, son vaxtlar kitab qıtlığı hər tərəfdə aydın hiss olunur. Düzdü, müxtəlif kitablar çap işıq üzü görür, müəllifinin iri rəngli şəkli kitabın üz qabığında, içində və arxasında olan toplular daha kitab "dadı" vermir. Yasin Xəlil kitabına heç şəklini də verməyib. Ön söz də yazdırmayıb. Kiminsə "ön sözü"nün...
ANL
Rüstəm Behrudi. "Əhməd Kabaklı ilə Kərkükdə gəzirik. Sahibi türkmən olan bir zərgər dükanına girdik. Divarda qırmızı lentli bir osmanlı nişanı asılıydı. Əhməd bəy maraqlandı. Alıb baxdıqdan sonra dəyərini soruşdu.Türkmən hirslə bığlarını çeynəyib:"Əfəndi,- dedi. O dövlətdir, dövlət satılarmı?" Bu xatirəni Almaniyada mə...
ANL
Rusiyada ilk azərbaycanlı poliqrafçı alimin 75 illiyi qeyd olunub. Rusiyanın Ulyanovsk şəhərindəki “Ulyanovsk çap evi”ndə milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan, Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərovun 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə Şədda...
ANL
Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət. M.Ə.Rəsulzadə Azərbaycan sovet ədəbiyyatşünaslığında olduğu kimi postmonarxist düşüncədə, o cümlədən rusların və SSRİ xalqlarının ədəbiyyatşünaslığnda tarixin təftişi, fakt, hadisə və sənədlərin təhrifini, təftişini tənqid edirdi. Azərbaycan mühacirətinə lide...
ANL
İki evdən Kiyevəcən. Gah rayonlarımıza, gah da ölkədən kənara düşüb güzarım. Bir-birindən maraqlı səfərlər, tədbirlər, görüşlər hamısı yaddaşımda iz qoyub. Bu dəfə də yola çıxmışdım. Bərəkətli Ukrayna torpağına, qaim-qədim Kiyevə sarı üz tutdum. Orasını deyim ki, bu səfər tamam fərqliydi. İnşallah düşünüb-daşındığım bi...
ANL
Səidə Salam qızı Məmmədəliyeva (Salamzadə) 1914-cü ilin 7 avqustunda Şəki şəhərində din xadimi Axund Hacı Seyid Salamın ailəsində dünyaya göz açıb. Hacı Seyid Salam Hacı Mirbaba oğlu Şəki-Ağdaş qəzasının şiyəməzhəb qazısı vəzifəsində çalışmışdır. Övladlarının dediyinə görə Axund Seyid Salam Vladimir İliç Leninlə yaşıd ...
ANL
Natəvan Dəmirçioğlunun nəsrində milli müəyyənlik və psixoloji dərinlik. Qədim türk düşüncəsində uçmaq cənnət deməkdir. Təsadüfi deyil ki, dahi şair, romantik filosof Hüseyn Cavid özünün ən kamil mənzum faciələrindən birini-"Şeyx Sənan"ı uçmaqla tamamlayır. Mövzusu böyük sufi şairi T.Əmmarın "Məntiq-üt-teyr"əsərindən al...
ANL
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, təntənəli yubileydə "Dan ulduzu" instrumental ansamblının və sevilən müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər tamaşaçıların diqqətinə təqdim olun...
ANL
Yazıçılar Birliyində şair Ədalət Əsgəroğlu yad edilib. Azərbaycan Yazıçılar Birliyində şair, qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Ədalət Əsgəroğlunun anım mərasimi keçirilib. Qeyd edək ki, yığıncaq mərhum şairin ölümünün il dönümü münasibətilə təşkil olunub. Modern.az xəbər verir ki, AYB sədri Anar və başqa rəsmi ...
ANL
Şamil Vəliyev Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət. MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR. Sovet dövrü bədii ədəbiyyatı, ədəbiyyatşünaslığı və mətbuatının marksist-leninçi prinsiplərə tabe tutulduğunu yaxından izləyən M.Ə.Rəsulzadənin ədəbi-tənqidi mülahizələri müasir nəzəri...
ANL
Cəmiyyət və jurnalistika. Azərbaycan Sovet Ensiklopediyasının 10-cu cildində cəmiyyət haqqında belə yazılıb: "Cəmiyyət geniş mənada insanların tarixən təşəkkül tapmış birgə fəaliyyət formalarının məcmusudur". Biz insanlar cəmiyyətdə yaşamaq üçün doğulmuşuq. Dünyaya gələn hər bir insan istərdi inkişaf etmiş, şəxsiyyətə ...
ANL
Bu günün Kiyevi və kiyevlilər. Kiyevlə ətraflı tanışlığa son bir ildə adı dünya mətbuatından düşməyən Maydandan başladım. Şəhərin düz mərkəzində, məşhur Kreşatik küçəsində yerləşir Maydan. Düz böyründəcə Azadlıq meydanı metro stansiyasıdı. Kreşatik metro stansiyasının içindəki keçidlə bu yerə çıxa bilərsən. Cəmi bir ay...
ANL
"Şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək hər bir müəllimin borcudur". 5 oktyabr dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da Müəllim Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində Azərbaycan Respublikasının əməkdar müəllimi, Ağdam şəhər 32 saylı orta məktəbin fizika müəllimi Leyla Quliyeva (Bağır...
ANL
Deyə bildimmi? BÖYÜK ALİM AZAD MİRZƏCANZADƏNİ XATIRLAYARKƏN... Sual cümləsi ilə başlayan bu yazı əslində elə sual cümləsi ilə də bitməlidir. Azad müəllimin deyiliş tərzi, müraciət forması və auditoriyanı öyrənmək üslubu nədənsə əslində özünün hipotezalarına əks reaksiyanı yoxlamaq vərdişi kimi bu ifadədən başlayırdı- d...
ANL
Amma təkcə yaradıcılıqdan bəhs etsək, Alxan Bayramoğlu portreti yarımçıq qalar. Onun fədakar, faydalı fəaliyyəti məhsuldar olduğu kimi çoxşaxəli və çoxplanlıdır. Uzun illərdir, səriştəli pedaqoq kimi ali tədris müəsissələrində, o cümlədən Bakı Dövlət Universitetində dərs deyir, müxtəlif qəzetlərlə əməkdaşlıq edir. “Mah...
ANL
Milli mədəniyyət tariximizin 100 yaşlı Cəfər Cəfərov səhifəsi. 100 il keçir bu böyük insanın – Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, sözün həqiqi mənasında XX əsr ədəbiyyat tariximizdə layiqli yeri olan professor, Azərbaycan EA-nın müxbir üzvü Cəfər Cəfərovun doğum günündən. Cəfər müəllim bö...
ANL
Məktub yazmaq istədim. Bu şeirləri – yaradıcılığımı yüksək qiymətləndirən, sözün əsl mənasında məndən daima təzə yazı (istəyən yox) tələb edən, şeir söyləyəndə hər bəndin sonunda deyəcəyim fikirə xüsusi diqqət və sayğı ilə qulaq asan, qədrimi bilən, xətrimi əziz tutan, çox da böyük olmayan oxucu auditoriyama – bacı və ...
ANL
Elçin İsgəndərzadə: “ŞUŞANIN QAYASINA, DAŞINA QOVUŞACAĞIM GÜNÜN ARZUSUYLA YAŞAYIRAM”. Yaradıcı insan – hələ bu insan şair olmaqla bərabər, həm də dəqiq elmlər üzrə professordursa – həyatının müəyyən dönəmlərini tam bir riyaziyyatçı –mühəndis kimi yuvarlaqlaşdırıb yubiley yaşını keçirəndə təbriklər də silsilə şəklində o...
ANL
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev). Lənkəran düşmənlərdən təmizləndi. Muğana çəkilən xaxollar Azərbaycan ordusunun vürudi üzərinə silahlarını ...
ANL
İçində işıq gəzdirən adam və yaxud Aristoteldən deyilən mühazirə. Qədim inanclarımıza – şamanizmə görə, insanın üç canı var. İnsan öləndə həmin canın biri məzarda qalar, ikincisi kölgələr diyarına – yeraltı aləmə yenər, üçüncüsü göy üzünə çıxar. Uyğur şamanizminə görə ruhu güclü və işıqlı adamlar təkrar – təkrar doğula...
ANL
Ogyüst Roden – müasir heykəltəraşlığın titanı. Heykəltəraşlıq üçün XX əsrin zövqü eskizlərə bağlı idi, onlar rəssamların ideyalarını anlamaq imkanı yaradırdı, əslində onların başlanğıcı idi. Bu ardıcıl olaraq Rodenlə də baş verirdi. Roden Mikelanceloda məhz bütün dövrlərin ən gözəl rəssamlarından biri ilə üz-üzə gəldi,...
ANL
Təhsilimizin əsgəri. Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasından əyanisinə dəyişilərək Bakıya gəlmiş, İnstitutda “oxumağa” başlamışdım. Xarici dil dərsində birgə oxuduğum aspirant yoldaşlardan biri elə həmin il aspiranturaya girmiş Əsgər Quluyev idi. Səmimiliyinə, yüksək savadına, ...
ANL
Azərbaycanın gözəl SİMASI. Anarın “Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti” (“Literatura. Kultura Azerbaydjana”) kitabı haqqında publisist düşüncələri. Yay tətilində demək olar ki, bütün asudə vaxtımı Anarın yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə (doğrudu, onlardan çoxu məhz bu layihə üçün yazılıb) qələmə ...
ANL
Motsart Opera Teatrımızda... Vyanadan qonağımız var... Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalının sonuncu günü xüsusiylə yaddaqalan olmalıdı. Artıq on gündü ki, Bakının qulaqları dincəlir, əsəbləri sakitləşir, müxtəlif konsert salonlarından eşidilən dünya və Azərbaycan klassik musiqi inciləri ruhunu oxşay...
ANL
Azərbaycan şərqşünaslığının əbədiyaşar siması – Professor Aida İmanquliyeva. Bu il zəngin ənənələrə malik Azərbaycan şərqşünaslığının ən görkəmli və ən parlaq nümayəndələrindən biri, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 75 illik yubileyi ilə əlamətdardır. Onun adı təkcə Azərbaycanda deyil, əski So...
ANL
(yazılmamış monoqrafiyaya konseptual tezislər). “Mir Cəlalın yumoru” deyəndə çox zaman yazıçının gülən və güldürən hekayələri yada gəlir. Mən romanlarından söz açacağam. O da paradoksdur ki, Azərbaycan “inqilabi romanı”ndan danışılarkən, adətən, eyni emblematik adlar sadalanır: Süleyman Rəhimov, Əbülhəsən Ələkbərzadə, ...
ANL
Unudulmaz nəğmələr. Olar-olmaz hər şeyin üstünə əlahəzrət zaman sığal çəkəndən sonra əsl mahiyyəti üzə çıxır. Müasir elm nisbi məfhum kimi qəbul eləsə də, Zaman aramla göstərir hakimi-mütləq olduğunu. Vaxtın “sığalı”, bəzən də “qamçısı” ilə – üstdən toz götürüləndə altında parıldayanın zərmi, yoxsa mahiyyət sayılanın d...
ANL
Xalq yazıçısı Elçinə Serbiyanın “Kariç qardaşları” təqdim olunub. Serbiya Milli Teatrında Qərbi Balkan regionunda böyük nüfuza malik “Kariç Fondu” tərəfindən təsis olunmuş “Kariç qardaşları” mükafatlarının on yeddinci təqdimetmə mərasimi keçirilib. “Kariç qardaşları”nın builki beynəlxalq mədəniyyət və incəsənət sahəsin...
ANL
Əhməd Ağaoğlu şərqşünasları London konqresində. Bu gün Azərbaycan alimlərinin dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfrans, konqres və simpoziumlarda iştirakı adi hala çevrilmişdir. Azərbaycanın elmin müxtəlif sahələri ilə məşğul olan mütəxəssislərinin beynəlxalq arenaya çıxışı, uluslararası toplantı və tədbir...
ANL
QƏBƏLƏDƏ 47 ÖLKƏNİN NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ “NİFRƏT NİTQİNƏ YOX HƏRƏKATI” BEYNƏLXALQ GƏNCLƏR FORUMU KEÇİRİLİB. Oktyabrın 2-də Qəbələdə “Nifrət Nitqinə Yox Hərəkatı” (No Hate Speech Movement) Beynəlxalq Gənclər Forumu işə başladı. Azərbaycanın hökumət rəsmilərinin və Avropa Şurası (AŞ) təmsilçilərinin iştirak etdi...
ANL
“Andreyevskiy spusk”a Maydandan gəzə-gəzə getmək olar. Ta ora çatanacan bir-birindən maraqlı tikililər görəcəksən. Müqəddəs Sofiya və Mixaylov kilsələrinin, Diplomatiya Akademiyasının göz oxşayan binalarına tamaşa etmək adama zövq verir. Xoş o adamın halına ki, yanında ünsiyyətcil, söhbətiylə səni özünə bağlayan biri o...
ANL
Qəşəm İsabəyli imzası Fəxri Andersen Siyahısında. Sevindirici haldır ki, dünyanın müxtəlif ölkələrinin 57 yazıçısının laureatlar siyahısında Azərbaycanın uşaq yazıçısı Qəşəm İsabəyli də yer alıb. İndiyə qədər Andersen Fəxri Diplomuna Rusiyanın məşhur uşaq yazıçılarından S.Mixalkov, A.Barto, V.Medvedyev, Y.Koval, A.Alek...
ANL