text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən ilk hesabat. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyi tərəfindən 5 noyabr, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində bu vaxta qədər olan, həmçinin, gələcək fəaliyyətlə bağlı mətbuat konfransı keçirildi. 525.az-ın Mərkəzə istinadən... | ANL |
Türk dünyasının Astanasında beynəlxalq tədbir. Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Türk dünyası: Böyük şəxsiyyətlərin irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda... | ANL |
Azərbaycan xalçaçılığı - milli və bəşəri mədəniyyətin nadir nümunəsi. Xalça sənəti Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olduğu kimi, mədəni və maddi sərvətlərimiz sırasında da müstəsna yer tutur. Tarixi mübarizələrlə dolu keçmişi olan xalqımız yaşam tərzini, mənəviyyat tarixini xalı-xalçalara köçürərək y... | ANL |
Bu gün III Bakı Beynəlxalq Teatr Konfransı işə başlayır. Artıq bir neçə gündür ki, haqqında söz açdığımız, hazırlıqlarından danışdığımız III Bakı Beynəlxalq Teatr Konfransının başladığı gün yetişdi. Və təşkilatçıların da vəd etdiyi kimi, konfransdan bir gün öncə - dünən Azərbaycan Musiqili Komediya Teatrında mətbuat nü... | ANL |
"Milli İrsi Mədəni Tarixi Araşdırmalar"(MİMTA) Fondu dövlətimizə və millətimizə faydalı olmaq amalı ilə 2005-ci ildə təsis edilib, əsas məqsədi milli, irsi, mədəni, tarixi dəyərlərin qorunub saxlanılmasına, inkişafına kömək etməkdir. Bu məqsədlərə nail olmaq üçün bugünədək bir sıra layihələr həyata keçirmişik. "Füyuzat... | ANL |
“Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlar” mövzusunda elmi-praktik konfrans. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib. Universitetdən AzərTAc-a bildirilib ki, konfransı açan r... | ANL |
"Cəmil Əlibəyov Universiteti". Əzablı-əziyyətli, enişli-yoxuşlu illər onun ömür kitabına nələr yazmamışdı?! Dünyaya göz açdığı vaxtdan daşıdığı Əlibəyov soyadındakı "bəy" titulu onu olmazın əzabları ilə üzbəüz qoyub. Hətta 5 il təhsil aldığı fakültənin - Azərbaycan Dövlət Universitetinin şərq filologiyası fakültəsinin ... | ANL |
Arifli günlərin hekayəti. Özü də payızda dünyaya gəlmişdi. Amma mən heç vaxt onu payız adamı kimi xatırlamıram. Üz-gözündə, təbəssümündə sanki baharın gəlişini xatırladan cizgilər yuva salmışdı. Bəlkə də bu, subyektiv fikrimdi, amma Arifin gülər üzü, bütün dostlarına işıqlı münasibəti məndə belə bir təəssürat oyadıb. İ... | ANL |
"Əsas odur ki, kiməsə bənzəməkdən vaxtında vaz keçəsiniz" - Fotoreportaj. TANINMIŞ PUBLİSİST İRADƏ TUNCAYIN GƏNC ƏDİBLƏRLƏ GÖRÜŞÜ OLUB. Noyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirildi. Bu dəfə GƏM-in qonağı "Ədalət" qəzetinin baş redaktor... | ANL |
Dövlət pantomin teatrı moskvada “Maska"nı nümayiş etdirib. Azərbaycan Dövlət Pantomim Teatrı Azərbaycanın Mədəniyyət və Turizm, Rusiyanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı, ölkəmizin Moskvadakı səfirliyinin dəstəyi ilə Rusiya paytaxtına qastrol səfəri çərçivəsində noyabrın 4-də “Na Strasnom” Teatr Mərkəzində Za... | ANL |
Səttar Bəhlulzadənin qarfik əsərləri rəssamın ev-muzeyində sərgilənir. Sərgidə S.Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmamış 30 əsəri sərgilənir. Tədbirə AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan D... | ANL |
Azərbaycan xalçaçılığı - milli və bəşəri mədəniyyətin nadir nümunəsi. Xalça sənəti Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olduğu kimi, mədəni və maddi sərvətlərimiz sırasında da müstəsna yer tutur. Tarixi mübarizələrlə dolu keçmişi olan xalqımız yaşam tərzini, mənəviyyat tarixini xalı-xalçalara köçürərək y... | ANL |
III Bakı Beynəlxalq Teatr Konfransı yekunlaşdı. MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİNİN MÜAVİNİ ƏDALƏT VƏLİYEV: "MƏNCƏ, TEATRI, SƏNƏTİ QURMAĞIN TƏK BİR YOLU VAR:SEVGİ! İki gün davam edən, teatr və mədəniyyət xadimlərinin əsl sənət bayramına çevrilmiş konfrans dünən yekunlaşdı. Səhərdən başlanan müxtəlif mövzular üzrə plenar icl... | ANL |
Azərbaycan xalçaçılığı – milli və bəşəri mədəniyyətin nadir nümunəsi. “Qarabağ” adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub və yenə də istehsal olunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalar müxtəlif adlarla çağrılır, lakin sənətkarlar bu xalçaları “Qarabağ” adlandı... | ANL |
Dərdli elin dərdmənd şairi. Azərbaycan şairi Özbəkistan ədəbi məkanında. Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Kürdoğlunun yaradıcılığına maraq günbəgün güclənməkdədir. Şairin 80 illiyi münasibətilə ölkəmizdə və onun sərhədlərindən uzaqlarda keçirilən tədbirlər də bunu təsdiq edir. Bu yaxınlarda – ... | ANL |
Allah kimi inanmışam hökmünə, Allah kimi bir bilmişəm mən sazı. Harda olsa el yığılar başına, Ocaq kimi pir bilmişəm mən sazı. Həm tanıyır, həm dünyanı tanıdır, Sevənlərin ürəyidir, canıdır. Hər havası ürəyimin qanıdır, Gözlərimdə nur bilmişəm mən sazı. Sağ gözümdən axıb gedən Arazdı, Sol gözümdə Kür bilmişəm mən sazı.... | ANL |
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev). “Bir şəxs və ya bir partiya, bir millətin azadlığı əleyhində çalışarsa, o milləti digər bir millətin və ya... | ANL |
Canlı əfsanə. Mənim nəzərimdə yaxın tariximizin canlı əfsanələrdən biri-jurnalistikamızın ağsaqqallarından olan görkəmli alim, pedaqoq, mətnşünas, araşdırıcı, BDU-nun professoru Şirməmməd Hüseynovdur. Şirməmməd müəllimə böyük sayğı və ehtiramımın hardan başlandığını düşünəndə maraqlı bir hadisə düşür yadıma. Universite... | ANL |
Xürrəm Sultanın qurduğu vəqflər. Osmanlıda ən əhəmiyyətli təşkilatlardan biri də islam hüququna görə “Vəqf” deyilən dərnəklərdi. O dövrün dərnəkləri əksəriyyətlə zəngin insanlar tərəfindən qurulur və qiyamətə qədər insanlara kömək edilsin deyə də o dərnəyi bəsləyən gəlir gətirən iş yerləri açılırdı. Bu ənənəni irəliyə ... | ANL |
Ogyüst Roden – müasir heykəltəraşlığın titanı. Məhəbbət onları elə bil ki, bir anlığa könül simbioslarına çevirmişdir. Kişinin və qadının bədəni canlı kəndirlər kimi onları bir- birinə bağlamışdır. Bu emosional bağlar olmaqla könülün bədənə hakim kəsilməsindən xəbər verir. Bədən axını, bədənin qabarması heç də dənizink... | ANL |
“Pedro Paramo”nu yazsaydım... Qabriel Qarsia Markes öz Nobel nitqinə belə bir sərlövhəni heç də təzadüfən seçməmişdi: “Latın Amerikasının tənhalığı”. Əvvəllər avropalıları Latın Amerikasına tərəf çəkən yeni qənimət əldə etmək istəyi, qızıl axtarışları idisə, 1971-ci ildə şair Pablo Nerudanın Nobel almasıyla Latın Ameri... | ANL |
Dost məclisində sağlıq. Biz Sizinlə nə vaxt tanış olmuşuq? Bax, bu “yaddaşsızlıq” məqamında fikirləşirəm ki, Sizi birinci dəfə harada və necə görməyimi yada sala bilməməyim, əslində, çox vacib bir mətləbdən xəbər verir: doğmalıqdan. Soruşuram: “İnsan kiminlə ilk tanışlığını heç vaxt yadına sala bilməyəcək?” Cavab birdi... | ANL |
Həqiqi həkimə daha yaxın. Hamımızın ara-sıra hələ də “Basin” dediyimiz Füzuli küçəsindən tez-tez keçirəm. Evim yaxınlıqdadır. Bir vaxtlar doktor Qarayevin də uzun müddət işlədiyi, xalq arasında “kəndçilər xəstəxanası” adıyla məşhur olan (bu ad həmin xəstəxanaya imkansız adamlarımıza daha əlçatan olduğu üçün verilib) 4 ... | ANL |
Ya da məsələni belə qoyum – yəqin çoxumuz öz bioqrafiyasını yazmaq istəyər . Kimi bəzəyib-düzəyər – böyük bir şəcərə düzəldər (indi əksəriyyət bəy oğlu bəy keçmişiylə öyündüyü kimi), kimi öz faciəli günləri üçün hamıdan göz yaşı payı umar... Sizə deyim ki, hər birimizin ömründə , günündə faciəylə məzhəkə yanaşı, qonşu ... | ANL |
İradə Tuncayın haqqında yazmağın necə çətin olduğunu – on gündən bəri cəsarət edib başlaya bilmədiyim – bu yazı barədə, axır ki, bir qərara gələndə bütün dəqiqliyilə anladım. “Sarı odalar”ı , “Yol romanı”nı bir də, bir də vərəqlədikcə bu kitabların yaratdığı sirli auranın, halənin içindən hərdən beynimi didən (onun haq... | ANL |
“Darıxanda Füzuli sözünün ətəyinə baş qoyuram”. İnsan zəkasının gücü yalnız yer həqiqətlərini dərk etməyə qabildir, bu, həyatdan, kitabdan, müəllimdən əxz edilmiş müdrik elmlər sayəsində mümkündür. Mistik elmlər şüurdan kənar, kitaba, ağıla sığmayan bəsirət gözü ilə görünən, beyinlə deyil, qəlblə dərk olunan ilhahi-səm... | ANL |
Adı, şəxsiyyəti və əməlləri ilə unudulmaz Arif Əmrahoğlu. Oktyabrın 7-də Yazıçılar Birliyində tanınmış ədəbiyyatşünas alim, uzun illər Birliyin katibi olmuş Arif Əmrahoğlunun 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbiri Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açıb və yubilyar ha... | ANL |
Yox, indi yazacağım bu xatirə sənədli hekayənin Nazim Hikmətlə heç bir əlaqəsi yoxdur, ola da bilməz. Sadəcə olaraq bu xatirə sənədi hekayənin adı onun məşhur pyesindən götürülüb. Və bu yazının da heç bir yazılı sənədi-zadı yoxdur. Bu yazının, xatirə sənədli hekayənin sənədi ancaq mənin göz önümə gələn xatirələrim və b... | ANL |
Milli turizmin inkişafı: real vəziyyət və perspektivlər. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı turizm sahəsinə xüsusi diqqət ayrılıb. Neft kapitalını insan kapitalına çevirməyi qarşısına məqsəd qoyan dövlətimiz bu sahədə peşəkar kadr çatışmazlığının qarşısını almaq üçün beynəlxalq təcrübənin ... | ANL |
Elektron hökumət: cəmiyyətdə tərəqqiyə təkan verən müasir xidmət. Elektron hökumət dövlət idarəetməsində keyfiyyətin və səmərəliliyin gücləndirilməsi və yaxşılaşdırılması məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi deməkdir. “E-hökumət” – vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektr... | ANL |
Bir serial haqqında düşüncələr. Nəhayət, bu il Asif Abramovun rejissorluğu ilə "Qisas" romanı əsasında 31 serialdan ibarət film çəkilib. Hazırda "Lider" televiziya kanalında nümayiş etdirilən bu filmin çəkilişi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin teleseriallar üçün ayırdığı vəsait hesabına maliyy... | ANL |
Bu yaxınlarda onun 60 yaşının tamam olacağını eşidəndə ilk əvvəl "doğrudanmı?" Lakin təsəvvürə sığıb-sığmamağından asılı olmayaraq fakt, faktlığında qalırdı: kişi 60 yaşına gəlib çatıb. Və nə qədər qəribə də olsa, haradansa uzaq tələbəlik illərimi xatırladım. Müəllimimiz Sərdar Quliyevin 18-19 yaşındakı gənclərə, yəni ... | ANL |
III Bakı Beynəlxalq Teatr Konfransı və yaxud müasir insanın teatr axtarışı. Tarixi mədəni olaylar müstəvisində Bakı Beynəlxalq Teatr Konfransının mövcudluğu 2+2+2 prinsipi ilə təkrarlanan silsilə üzrə aktivləşdirilib: konfrans iki ildən bir Mədəniyyət və Turizm Nazirliyinin patronajlığı ilə keçirilir və cəmi iki günlük... | ANL |
“İrəvan xalçaları” rus və ingilis dillərində. Bu günlərdə “Azər-İlmə”nin “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı layihəsinin davamı olaraq nəfis tərtibatlı “İrəvan xalçaları" broşürü rus və ingilis dillərində işıq üzü görüb. Lent.az-ın məlumatına görə, layihənin rəhbəri əməkdar incəsənət xadimi, professor Vidadi... | ANL |
Xalq yazıçısı Anarla Moskvada görüş keçirilib. Noyabrın 10-da Moskvadakı Mərkəzi Ədiblər Evində Azərbaycanın Xalq yazıçısı Anarla görüş keçirilib. Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi ilə "NORD və KO" Mədəni Layihələr Mərkəzinin birgə təşkil etdiyi tədbirə Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor tə... | ANL |
Azərbaycan muğamı Qüdsdə. Qüds şəhərində keçirilən ənənəvi XV Beynəlxalq "Ud" festivalı çərçivəsində "Azərbaycan Muğamı" konserti olub. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) nəzdindəki Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Yeganə Salmanın "525"ə bildirdiyinə görə, Qüds teatrının salonu tanınmış xanənd... | ANL |
Azərbaycan və Makedoniya mədəni irsi Ağsuda silsilə tədbirlərlə tanıdılıb. Ağsu şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirilib. MİRAS İctimai Birliyindən "525”ə verilən məlumata görə, bu təşəbbüsə Azərbaycan Re... | ANL |
Əli bəy Hüseynzadə İdarəçilik Akademiyasında elmi-praktik konfransda anılıb. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib. Akademiyadan "525"ə bildiriblər ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıx... | ANL |
Sənətdə iz qoyan sənətkar - professor Oqtay Babazadə. Hər bir tarixi hadisənin özünəməxsus tarixçəsi olduğu kimi hər bir görüşün də özünəxas tarixçəsi olur. Bunu mən həyatımın bütün dönəmlərində əyani surətdə görüb, şahidi olmuşam. İndi uzaq zaman kəsiyində baxıb hiss edirəm ki, Qara Qarayevlə, Niyazi ilə, Fikrət Əmiro... | ANL |
"Ermənilər deputat seçilməyimi istəmirdilər". HÜSEYN ƏLİYEV: "ARXANGELSKLƏ AZƏRBAYCAN ARASINDA DOSTLUQ MÜNASİBƏTLƏRİNİ DAHA DA İNKİŞAF ETDİRMƏK LAZIMDIR". Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tədricən həmin ölkələrin cəmiyyətlərinə inteqrasiya edərək onun ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bu ... | ANL |
Bir musiqi festivalından - sənət bayramından təəssüratlar. Noyabrın 1-dən 5-dək noyabr tarixində Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçirildi. Bəstəkarları və musiqişünasları birləşdirən, respublikanın ictimai və mədəni həyatında mühüm əhəmiyyət daşıyan, zəngin ənənəli 80 illik... | ANL |
İstanbulda "Odərlər" üçün imza mərasimi. Noyabrın 9-da 33-cü Beynəlxalq İstanbul Kitab Sərgisi çərçivəsində azərbaycanlı yazıçı Şəmil Sadiqin "Odərlər" romanının imza mərasimi keçirilib. Türkiyənin İstanbul şəhərində təşkil edilən mərasim Azərbaycan stendində yer alan Hədəf Nəşrlərinin bölməsində yer alıb. İlk dəfə "XA... | ANL |
Yazıçılar Birliyində Telman Qarayevin 80 illiyi qeyd olunub. Ötən gün Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış jurnalist Telman Qarayevin anadan olmasının 80 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbiri Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıb, yubilyarın jurnalistika sahəsindəki xidmətlərindən danı... | ANL |
Bakıda bəstəkar Aleksandra Paxmutovanın 85 illiyi qeyd olunub. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) SSRİ Xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın 85 illik yubileyinə həsr edilmiş gecə keçirilib. RİMM-nin mətbuat xidmətindən "525"ə verilən məlumata görə, mərkəzin kino-konsert zalında rusiyalı h... | ANL |
"Aşıq Pəri: həyatı, mühiti və sənəti"nin təqdimatı keçirilib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist Əlisahib Əroğulun "Aşıq Pəri: həyatı, mühiti və sənəti" kitabının təqdimatı olub. Kitab Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə "Şərq-Qərb" nəşriyyatında çapdan çıxıb. Mər... | ANL |
"Ədəbi fikrimizin korifeyi" anılıb. Ötən gün Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli ədəbiyyatşünas, tənqidçi və ictimai xadim, akademik Məmməd Arifin anadan olmasının 110 illiyinə həsr olunmuş "Ədəbi fikrimizin korifeyi" adlı yubiley tədbiri keçirilib. Tədbiri Universitetin rektoru, sənətşünaslıq dokto... | ANL |
Sənətdə iz qoyan sənətkar - professor Oqtay Babazadə. Rejissor Oqtay Babazadəni başqa həmkarlarından fərqləndirən önəmli bir cəhət var. O, yaradıcı kollektivlə birlikdə işləməyə, daha çox filmin ssenarisinə üstünlük verib onun əsasında çəkiliş aparmağı xoşlayır. Bununla yanaşı, yaradıcı qrupun bütün adamlarının fikir v... | ANL |
30 oktyabr-1 noyabr tarixlərində YUNESCO tərəfindən elan olunan "İsmayıl Qaspıralı ili" çərçivəsində Türkiyənin Qara dəniz bölgəsində - Bartında keçirilən İsmayıl bəy Qaspıralının ölümünün 100-cü anım günü birlik günü kimi yadda qaldı. XIX əsr türk- müsəlman dünyasının böyük düşüncə sahiblərindən biri, "Tərcüman" qəzet... | ANL |
“Sarı gəlin” kitabının təqdimatı keçirilib. Bu gün Mətbuat Şurasının (MŞ) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Qafqaz Universitetinin professoru Minəxanım Təkləli Nuriyevanın “Sarı gəlin” kitabının təqdimat mərasimi keçirilib. Şuradan APA-ya verilən məlumata görə, tədbirdə çıxış ed... | ANL |
Camal Mustafayevin yeni kitabı təqdim olunub. Dünən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunda fəlsəfi elmlər doktoru, professor Camal Mustafayevin "Borçalı" İctimai Birliyinin dəstəyi ilə nəşr olunan "Fəlsəfi-tarixi araşdırmalar" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə "Borçalı" İctimai Birliyinin sədri Zəlimx... | ANL |
Folklor İnstitutunun əməkdaşlarının başlatdıqları Qarabağ layihəsi çərçivəsində "Qarabağ: folklor da bir tarixdir" çoxcildliyinin VIII cildi işıq üzü görüb. "Zərdabi" nəşriyyatında çapdan çıxmış kitabda Bakı və Gəncə şəhərləri, Goranboy, Tərtər, Yevlax, Şamaxı, Bərdə və Xızı rayonlarında məskunlaşan Kəlbəcər sakinlərin... | ANL |
Noyabrın 12-də Nizami Kino Mərkəzində C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilmiş “Sehrli xalat” uşaq filminin 50 illik yubileyi keçirilib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev,... | ANL |
Atama toymu edirəm? Toy və yaş mərasimlərində yer alan yersiz israfçılıq, bədxərclik barədə qəzet və televiziya kanallarında gedən müzakirələr yadıma 35 il bundan əvvəl olmuş hadisəni saldı. Tanınmış şair Rasim Kərimlinin (təəssüf ki, qloballaşma dağıdıcı fəsadları ilə həyatımıza daxil olduğu zəmanəmizdə bir çox gözəl ... | ANL |
Bu tip insanlara, demək olar ki, bütün sahələrdə rast gəlmək mümkündür. Onlar bilmədikləri haqqında dayanmadan danışır, hətta bəzi iradlarını bildirməkdən belə çəkinmirlər. Onlara bu mövzuda yalnış olduqlarını anlatmaq isə çox çətin məsələdir. Çünki bu tip insanların danışılan mövzu ətrafında kifayət qədər bərkimiş, da... | ANL |
Söz və sənət kəhkəşanında parlayan imza - Hüseyn Cavid. Qüdrətli qələm sahibi, böyük mütəfəkkir, görkəmli şair və dramaturq, eyni zamanda, alovlu vətənpərvər, gerçək millətsevər olan Hüseyn Cavid haqqında neçə-neçə əsərlər yazılıb, kitablar nəşr olunub, məqalələr dərc edilib, xatirələr qələmə alınıb. Zaman keçdikcə tar... | ANL |
Azərbaycanın Elektron hökumət modeli. Vətəndaşı saatlarla gözləmə mövqeyində saxladan, bəzən də günlərlə vaxt, pul itkisinə yol verilməsinə zəmin yaradan, müəyyən hallarda da bürokratik əngəllərlə üz-üzə qoyan sənədləşmə prosesini həll etmək bu qədər asan olmayıb. İnformasiya texnologiyalarının təklif etdiyi imkanların... | ANL |
Milli şeir ənənələrinə söykənən təkrarsız poeziya. Nəriman Həsənzadə elə anadan şair doğulub. Onun səsində bir şeiriyyət, danışığında, söz-söhbətində, duruşunda, oturuşunda, davranışında bir nəzm, ahəng var. Bu mənada, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, görkəmli ədəbiyyatşünas-alim, ictimai xadim Nizam... | ANL |
Boynumu soxmağa, quyu qazanda. diribaş köməkçi, kankan ver, kankan! Topal olmuşumu qaza basanda. Vuruldum, dizinə düşdü bədənim, doğrandım, bir deyil, beşdi bədənim, zülmündən hovladı, şişdi bədənim. yaramı deşməyə tikan ver, tikan. təkan vermədin, sinəmə dirsəkcə məkan vermədin, rahat yaşamağa imkan vermədin, sakitcə ... | ANL |
Cəmil müəllimə vida sözü. “Düyğular” silsiləsindən. Müqtədir Azərbaycan jurnalisti, mahir söz ustası, mətbuatımızın inkişafına gərəkli olan ideyalar müəllifi Cəmil Əlibəyli haqqında daim söz demək, yazmaq istəmişəm. Zaman – zaman deməyinə demişəm. Həyati söhbətlərimdə, radio-efir çıxışlarımda, apardığım müsahibələrdə b... | ANL |
Desna sahilində. Azərbaycan ədəbiyyatı və publisistikasının korifey nümayəndəsi, dəyərli ədibimiz Əli İldırımoğlunun noyabrın 17-də 87 yaşı tamam olur. Əli İldırımoğlu ömrünün ixtiyar çağında da qələmini yerə qoymur, gənclik ehtirası ilə yaşayıb-yaradır, yeni nəsillər üçün örnək olan əsərlərə imza atır. Ağsaqqal yazıçı... | ANL |
Ogyüst Roden – müasir heykəltəraşlığın titanı. Onun zövqündə yenə də tipik olan o idi ki, Roden “Miloslu Venera”ya daha yüksək dərəcədə vurulmuşdu. Luvrda nümayiş etdirilən bu heykəli “möcüzələrin möcüzəsi” hesab edirdi, onda Praksiteldə kəşf etdiyi ritm üçün hissiyyatı tapmışdı. Bu ilahənin bədəni xristian heykəltəraş... | ANL |
“Zaman keçdikcə, bizimlə bərabər izləyicilərimiz, oxucularımız da peşəkarlaşır”. VÜSALƏ MAHİRQIZI: “VAXT GƏLƏCƏK, İNSANLAR BAŞA DÜŞƏCƏKLƏR Kİ, MEDİA MƏKANINDA ANCAQ PEŞƏKAR OLMAQLA QALMAQ MÜMKÜNDÜR”. Feyziyyə ilə Xəzərin sahilində. Yəhya Kamalın bu fikrini yazıya başlayar-başlamaz niyə xatırladım, bilmirəm. Məsələ bura... | ANL |
Özgəni qəbul et, amma özünü və kimliyini unutma! Dünya şöhrətli polyak rejissoru, dramaturqu Kşiştof Zanussi 1939-cu ildə Varşavada anadan olub. 1958-ci ildən çəkməyə başladığı həvəskar filmlərin uğur qazanması, mükafatlara layiq görülməsi onu daha da həvəsləndirir və o, Lodz Kino məktəbinin rejissorluq fakültəsinə dax... | ANL |
1998-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının media mühiti ilə tanış olmaq üçün Azərbaycanı təmsil edən jurnalist qrupunun tərkibində Qulu Məhərrəmli ilə bu ölkəyə səfərə gedənəcən onu uzaqdan-uzağa, əsasən televiziya ekranlarından tanıyırdım. Az qala gözümü açandan onu AzTV-də veriliş aparan görmüşdüm. Qrupumuzun... | ANL |
Mən hələ 40-cı qapını belə yaxından görməmişdim... Azərbaycan Tərcümə Mərkəzinin təzə nəşrə başlayan “Aydın yol” qəzetində akademik, görkəmli tənqidçi-ədəbiyyatşunas Nizami Cəfərovla geniş bir müsahibə də yer alıb. Müsahibədə “Nizami Cəfərov bir tənqidçi kimi müasir ədəbi prosesi izləyirmi?” sualı belə cavablandırılıb:... | ANL |
Elçin İsgəndərzadənin Türkiyədə çıxan kitablarının təqdimatı olub. Ötən gün Azərbaycanda Atatürk Mərkəzində professor, şair Elçin İsgəndərzadənin 50 illik yubileyi münasibətilə Türkiyədə nəşr edilmiş kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri yubilyar özü açıb, mərasimdə iştirak edən hər kəsi salamlayıb və çıxış... | ANL |
“Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır”. “AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN POZULDUĞUNU TƏSDİQLƏYİRIK”. Müsahibimiz İsveçin Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssondur. – Cənab səfir Azərbaycanda çalışdığınız müddətdə əsas prioritetləriniz nədən iba... | ANL |
Ayı əhvalatı. Vaxt var idi, kəndə çatanda kəndin səs-küyü, mənzərəsi, sacda bişən çörəyin ətri, qoyun-quzu axtaran insanların həyəcanlı səsləri, təsərrüfata dolan qazların, hinduşkaların quqqultuları istər-istəməz insanın fikrini özünə cəlb edərdi. Kəndimizin camaatı naşükür deyildi. Hərənin öz təsərrüfatı özünə çatırd... | ANL |
Baharın tikdiyi yaşıl donları, Sanki təbiətdə sökmə başlayır. Yarpağın qızıla dönmək istəyi, Saraldıb bu cəhdi xəzəl eyləyir. Sükuta dalıbdır sirri var kimi, Baxanda qorxudur gözü sıldırım. Əsəbi pozulmuş adamlar kimi, Mırtdana-mırtdana qalır ildırım. Buludu altına döşüyür günəş, Şimşəyin önünə keçən tapılmır. Görəndə ... | ANL |
Beynəlxalq Aşıq Festivalı çərçivəsində Şəmkirdə konsert olub. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən İkinci Beynəlxalq Aşıq Festivalı çərçivəsində növbəti konsert Şəmkirdəki Əhməd Cavad adına mədəniyyət sarayında təşkil edilib. Azə... | ANL |
Ömür yolu zəngin və çoxşaxəli, maraqlı və unudulmaz olan insanlar dünyalarını dəyişəndən sonra da şirin bir nağıl kimi dildən-dilə düşərək nəsillərə yol yoldaşı, insanlara xeyirxahlıq, kamillik, nəciblik örnəyi olurlar. Görkəmli ictimai xadim Kamran Hüseynov da belə insanlardan biri idi. O, xalqı və Vətəni üçün gördüyü... | ANL |
Moskva jurnalı Azərbaycan alimindən yazıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova haqlı olaraq Azərbaycanda musiqi mənbəşünaslığının banisi sayılır. Orta əsr alimləri Urməvinin, Maragainin, F.Şirvaninin risalələ... | ANL |
İnam, sevgi və ümid aşılayan əbədi sənət. Bu müsahibənin ilk variantı ötən əsrin 80-ci illərində yazılmışdı. Onda mən necə deyərlər "çiçəyi burnunda" çox cavan bir jurnalist idim və Azərbaycan mətbuatında məhsuldar bir qələm əhli sayılırdım. O zamanın ən populyar qəzet və jurnallarında yazılarımı böyük məmnuniyyətlə ça... | ANL |
Açıq sözlü, həyat nəfəsli müəllim. Azərbaycan jurnalistlərinin ağsaqqalı, mətbuatımızın yorulmaz tədqiqatçısı, zəhmətkeşliyi ilə çoxlarına nümunə olan Şirməmməd müəllimin dekabrın 17-də 90 yaşı tamam olur. Düzü, Şirməmməd müəllimlə uzun illər birgə işlədiyimdən onun haqqında söz demək mənim üçün nə qədər xoşdursa, bir ... | ANL |
Savadsızlıq inkişafımızın bəlasıdır. Elmi, biliyi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, ziyalıları olmayan xalq məhvə məkumdur.Savadlı, uzaqgörən, qabiliyyətii insan yalnız öz ömrünü mənalandırmır, o, yüksək intellekti, insani-mənəvi keyfiyyətləri ilə həm də cəmiyyəti yaşadır, ucaldır və irəliyə aparır. Ulu öndərimiz H... | ANL |
Elatı endirər dağdan, yaylaqdan, Sarı yarpaqları tökər budaqdan, Sellərin səs-küyü gələr uzaqdan, Soyuyar günəşin odlu baxışı, Həzin nəğmə çalar payız yağışı. Titrəyər çiçəklər qəfil soyuqdan, Ceyranlar üşüyər, çıxmaz oyuqdan, Yellər xəbər verər qardan, sazaqdan, Damlalar isladar torpağı, daşı, Həzin nəğmə çalar payız ... | ANL |
Mirzə Cəlilin "Ölülər"i gürcü teatrında. Qədim Tiflisin, adı əfsanələrlə bağlı olan, Mtasminda dağının (Müqəddəs dağ) döşündə, Gürcüstanın yazıçı, şair və ictimai xadimləri dəfn olunmuş Panteondan başlanan Besiki (keçmiş Davitovskaya) küçəsində yerləşən 24 saylı ev hər bir azərbaycanlı, xüsusən mətbuat işçisi üçün sevi... | ANL |
Yazar Səidə Haqverdiyevanın kitabı üçün imza mərasimi olub. Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Səidə Haqverdiyevanın "İsanın yatağındakı ilahə" kitabının imza günü keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, "Yazıçı" nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Yazıçılar Birliyinin AYB Kitab... | ANL |
Bakıda "Unutsam, pıçılda" filminin qala-gecəsi keçirilib. Nizami Kino Mərkəzində "Unutursam fısılda" filminin qala-gecəsi təşkil olunub. Bu münasibətlə filmin rejissoru Çağan İrmak, aktyorlar Fərəh Zeynəb Abdullah, Kərəm Bursin, İşıl Yücesoy, Gözde Cığacı Bakıya gəliblər. Filmin nümayişindən əvvəl səhnəyə çıxan yaradıc... | ANL |
Xalq yazıçısı Anarın yeni povesti "Azərbaycan"da. Bu dəfə dərgi Xalq yazıçısı Anarın yeni yazdığı "Göz muncuğu" povesti ilə açılır. Son illərdə əsasən esselər, memuarlar, tarixi-kulturoloji traktat, kino-ssenarilər, satirik hekayələr yazan Anar ciddi bir nəsr əsəri ilə oxucularının görüşünə gəlir. Povest haqqında gənc ... | ANL |
İnam, sevgi və ümid aşılayan əbədi sənət. ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ƏLİQİSMƏT LALAYEVLƏ 30 İL ƏVVƏL BAŞLANMIŞ TEATR SÖHBƏTİ. - Bu fikri də bir vaxt siz söyləmişdiniz: "Bugün özünü ziyalı adlandıranların 90 faizinin yolu nadir hallarda teatra düşür. "Sizcə bunun səbəbi nədir: primitiv rejissor yozumu, zəif tamaşa, mövzus... | ANL |
"Gənclərin geologiya elminə marağı çox azalıb". Müsahibimiz - AMEA-nın Geologiya İnstitutunun baş elmi işçisi, geologiya-minerologiya elmləri doktoru Məcid Bağmanov 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji kəşfiyyat fakültəsini bitirib. Sonra göndərişlə bir il dənizdə işlədikdən sonra Neftçalay... | ANL |
"Ambisiyalı adamlara pis baxmıram, amma gərək ambisiya da adamın boyuna uyğun olsun". ...Onun ömür yoluna hüquqşünaslıq yazılıb. 37 il prokurorluq orqanlarında işlədi. Onun prokurorluqda keçdiyi yol ilk növbədə həyatı və insanları daha yaxından tanımaq baxımından böyük məktəbə çevrildi. Prokurorluqda keçilən çətin və m... | ANL |
Hər yer yaşıllıq olduğu üçün payızda bir anda o yaşıllıqlar xəzana dönər, yerlər və göylər sapsarı, hüznlü yarpaqlarla dolar. Xüsusilə axşam gəzintilərini sevdiyim üçün axşamları təkliyin və qürbət verdiyi narahatlıqla uzun gəzintilərə çıxar, daha çox meşə yollarını tərcih edərdim. Ayağımın altında sapsarı yarpaqların ... | ANL |
Yenə yanıb yaxılım, Nisgilli gözlərimdən axan yaşlar sel olsun. Sənsiz keçən saatlar. Ümidlərim yol üstdədir, Saxlamağa əlim gəlmir. Mənim havam - şikəstədir, Söyləməyə dilim gəlmir. Mən geri qaytarım yolun sonunu, Sən isə qarşıla yaşananları. Mən gözəl sözləri salım yadıma, Sən umu-küsünü başından çıxar. Mən nəğmə söy... | ANL |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Sənətşünaslıq fakültəsinin teatrşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Babək Novruzovun "Təxəyyül və şəxs" adlı fotosərgisi təşkil edilib. 60-a yaxın iş nümayiş olunan sərgidə Universitetin rektor, prorektor, müəllim-professor heyəti və tələbələri i... | ANL |
Gənc yazar Altay Hüseynlinin kitabı Yazıçılar Birliyində təqdim olunub. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) gənc yazar Altay Hüseynlinin «Slevin» kitabının təqdimatı keçirilib. Tədbiri AYB-nin Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babullaoğlu açaraq, müəllifi təqdim edib: «Altayın kitabının burada tə... | ANL |
Həmid Araslının 105 illiyi münasibətilə elmi sessiya keçirilib. Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının 105 illiyilə bağlı elmi sessiya təşkil olunub. Əvvəlcə XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı... | ANL |
“Nabat” filmi beynəlxalq festivalda 3 mükafat alıb. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) 3 mükafata layiq görülüb. Kinostudiyadan Lent.az-a verilən məlumata görə, fil... | ANL |
İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalı başlayıb. Nizami Kino Mərkəzində İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılış mərasimi olub. Mərasimdən əvvəl keçirilən mətbuat konfransında İdman, Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər... | ANL |
Moldovada azərbaycanlı rəssamın sərgisi təşkil edilib. Azərbaycanın Moldovadakı səfirliyi ikitərəfli mədəni əlaqələrin inkişafına və Azərbaycan incəsənətinin xaricdə təbliğinə dair proqramın həyata keçirilməsi çərçivəsində Azərbaycanın tanınmış rəssamı Mirteymur Məmmədovun qrafika işlərinin sərgisini təşkil edib. Səfir... | ANL |
Əyyub Quliyev Belarus səhnəsində "Traviata" ya dirijorluq edib. Belarus Dövlət Akademik Böyük Opera və Balet Teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operasının premyerası keçirilib. Tamaşaya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev ... | ANL |
İnam, sevgi və ümid aşılayan əbədi sənət. ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ƏLİQİSMƏT LALAYEVLƏ 30 İL ƏVVƏL BAŞLANMIŞ TEATR SÖHBƏTİ. - Əliqismət müəllim, bir qədər əvvvəl, teatrın mövcudluğunu şərtləndirən bir məsələ ilə bağlı sual vermişdim. İstəyirəm o sualı yenidən xatırladam. Tamaşaçı teatra mənəvi ehtiyaclarını ödəmək, əsə... | ANL |
Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları beynəlxalq aləmdə təqdir olunur. Ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycanın ədliyyə işçilərinə bəxş etdiyi peşə bayramı gününün ölkə miqyasında geniş və təntənəli şəkildə qeyd edilməsi xoş bir ənənəyə çevrilib. Hər bir ədliyyə işçisinin qəlbində ümummilli liderim... | ANL |
JURNALİST SALMAN ALIOĞLU: "VERTOLYOT QARAKƏND ÜZƏRİNDƏ OLARKƏN RUSLARLA BİZİMKİLƏR ARASINDA ATIŞMA BAŞ VERİB". 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd ərazisində Mi-8 tipli hərbi vertolyot erməni silahlı quldurları tərəfindən vurulub. Bu hadisə nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət və... | ANL |
Sadəddin Topukçu: "Biz Kipr türkləri üzləşdiyimiz ədalətsizliyə rəğmən dünya ilə əlaqələr qurmağa çalışırıq". Ötən müddətdə Kipr türklərinin dövləti yalnız Türkiyə tərəfindən tanınsa da, Şimali Kipr müxtəlif ölkələrlə ticarət, turizm, təhsil, mədəniyyət əlaqələri qurur, TÜRKSOY-da təmsil olunur, qurumun mədəniyyət tədb... | ANL |
Milli televiziya məkanımızda baş verən istənilən müsbət dəyişiklik və ya hansısa geriləmə halını müşahidə etdiyim zaman, bir televiziya işçisi kimi, onları özümdə saf-çürük edirəm. Və elə dərhal mətbuatda, internet səhifələrində həmin hadisəyə həmişə operativ və peşəkar reaksiya verən həmkarım, televiziya bilicisi Qulu... | ANL |
Dünya şöhrətli musiqiçi, yapon pianoçu Çisato Kusunoki Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə gerçəkləşəcək konsertdə pianoçu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət... | ANL |
Ukraynadakı Beynəlxalq Foruma azərbaycanlı rəssam da qatılıb. Ukrayna paytaxtındakı "Mıstetski Arsenal" milli mədəni-bədii və muzey kompleksində IX "ART-KYIV Contemporary" forumunun açılışı olub. Forumda tanınmış incəsənət xadimlərinin, kuratorların və art-birliklərin 40-dan artıq yeni layihəsi təqdim edilib. Hər il ke... | ANL |
Görkəmli xalça ustasını anarkən... Noyabrın 19-da Dövlət Azərbaycan Xalçası Muzeyində 16 noyabr Azərbaycan Xalçası Gününə və Azərbaycanın Xalq rəssamı, muzeyin əsasını qoymuş bənzərsiz xalça ustası Lətif Kərimovun doğum gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə mükəmməl xalça ustası, Lətif Kərimovun şagirdi, uzun ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.