text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Qırova bələnmə, ay xarı bülbül! Yanğıdan, həsrətdən düzümlü çiçək, Qürbətdə halına yanmışam gerçək, Ay eşqinə sadiq, dözümlü çiçək, Ay yarı gül-çiçək, ay yarı bülbül, Qırova bələnmə, ay xarı bülbül! Qırova bələnmə, ay xarı bülbül. Bilənlər danışar məhəbbətindən, Dondun öz eşqinə sədaqətindən, Yazıram naləndən, o həsrət... | ANL |
Yunanıstanda Azərbaycan Mədəniyyəti Günləri uğurla keçib. Ölkəmizi dünyaya tanıtmaq üçün Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri bu il Yunanıstanın paytaxtı Afinada təşkil olunub. Tədbirlər çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin təbliği, iki ölkə arasında ... | ANL |
Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət. MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR. M.Ə.Rəsulzadə istər şifahi xalq ədəbiyyatı folklor və materiallarını, istərsə də yazılı sənət nümunələrini, ərəb və farsdilli klassik ədəbiyyatı, divan poeziyasını, qədim və orta əsrlər anadilli Azə... | ANL |
"Zəhmət və əməksevərlik istedadla vəhdətdə olmalıdır - biri olmasa o biri də olmayacaq". Xalq artisti, prezident təqaüdçüsü, professor Səkinə İsmayılovanın "525"ə müsahibəsi. O vaxt Sizinlə müsahibəni solisti olduğunuz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, indisə dərs dediyiniz Azərbaycan Dövlət Mədəniyy... | ANL |
Kiyevdə Azərbaycan ab-havasının necə duyulduğunu hiss etmək, görmək hələ burda ikən mənə maraqlıydı. Və düşünürdüm ki, bu məqamla tanışlıq adidən-adi sayılacaq işdi. Amma orda hər şeyin əlçatan olduğu təəssüratı özünü qismən doğrultdu. Yaxşı deyirlər ki, əgər Allahı güldürmək istəyirsənsə, planlarından danış. Mən bu fi... | ANL |
Qədimlərdən gələn müdrik səslər: “Nibelunqlar” və “Kitabi-Dədə Qorqud”. Qədim eposlar malik olduqları zəngin məlumatlarla, kəşf olunmasını gözləyən simvollarla bir çox elm sahəsi üçün zəngin mənbədirlər. Cəmiyyət nə qədər müasirləşsə də, münasibətlərdə texnologiya ön plana keçsə də, üstünlük qazansa da, böyük araşdırma... | ANL |
"Azərbaycana səfir təyinatı təklifinə dərhal "bəli" dedim". YUNANISTANIN AZƏRBAYCANDAKI SƏFİRİ DİMİTRİOS TSOUNQAS: "SƏFİR TƏYİN OLUNANADƏK ARTIQ AZƏRBAYCAN HAQQINDA ÇOX ŞEY BİLİRDİM". Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu gün iki ölkənin münasibətləri həm ikitərəfli... | ANL |
İsmayıl Qaspiralının qadın mövzusuna baxışı. XIX əsrin sonu, XX əsrin əvvəlləri Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin atası və müəllimi, xalq maarifi islahatçısı, üsuli-cədid hərəkatının və tatar mətbuatının banisi, türkçülük hərəkatının mərkəzi siması (Y.Akçura) ... | ANL |
Məsələ numerologiyada deyil, amma 13 rəqəmi 2020-ci ilədək Avropa futbolunda əhəmiyyətli yerlərdən birini tutacaq. 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatı tarixə fərqli düşəcək. 6 il sonra keçiriləcək turnirdə "Köhnə qitə"nin 13 müxtəlif şəhəri böyük futbolun pişvazına çıxacaq. 2012-ci il dekabrın 6-da U... | ANL |
Musiqi irsimizin fədakar araşdırıcısı. Milli musiqi xəzinəmiz məzmun, mahiyyət etibarilə dolğun, tutumlu, yaranış, təşəkkül və təkamül mərhələləri baxımından qədim və zəngin olsa da, bu istiqamətdə peşəkar araşdırmaların, sistemli incələmələrin tarixi çox gəncdir. Musiqi irsimizin tədqiqinə dair ciddi araşdırmalara XIX... | ANL |
IV Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib. Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində 6-cı Beynəlxalq uşaq muğam festivalının final mərhələsi keçirilib. Festival “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm, Xarici İşlər və Nəqliyyat nazir... | ANL |
Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət. MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR. M.Ə.Rəsulzadə hansı ölkədə yaşamasından asılı olmayaraq qəriblik hissi və qürbət acılarını Azərbaycan sevgisinə tabe tutur, "Mən qürbətdə deyiləm, qürbət mənim içimdə" məntiqi ilə tanrı payı hesab e... | ANL |
MİRZƏ CƏLİLİN ÖLMƏZ ƏSƏRİ GERÇƏK VƏTƏNDAŞLIQ DƏRSLİYİ KİMİ. Milli musiqi xalqımızın milli heysiyyəti, ruhu, bütün duyğu və hisslərinin külli olaraq qovuşduğu milli sərvətdir. Bu gün ulu öndərimiz Heydər Əliyevin xalqına və vətəninə bağlılıq duyğularını bir vətəndaşlıq dərsi kimi yaşatdığımız dövrdə milli dəyərlərimizə ... | ANL |
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev). Bəzi uydurma şayiələr var ki, söylənə-söylənə təvatür hökmünü alır və böylə olduqdan sonra məzkur şayiəyi ... | ANL |
Ogyüst Roden – müasir heykəltəraşlığın titanı. Onun keramikada ifadəsini əks etdirdiyi subyektlər rəssamın maraqlarını genişləndirirdi. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltəraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstə... | ANL |
“Mobil telefon” hekayəsinin müəllifinə. (Tragikomik və bir az da fantasmaqorik hekayə). Sənubər xanım mobil telefonunun ekranına baxan kimi zəng edənin kim olduğunu bildi: Təranə idi, baldızı. Xəbərin yoxdu? Pis eşidirsən? Köhnəni çıxartmışdı. Ona da gələ bilməyəcəksiniz? Başa düşmədim... Şirkətin müəssisələrindən üçü ... | ANL |
Yazıçılar Birliyində Pərvinin üç kitabı təqdim olundu. Yazıçılar Birlyinin “Natəvan” klubunda gənc yazar, publisist və pedoqoq Pərvinin “Söhbətlər”, türkcə “Balerin”, rusca “Dlya Samira” kitablarının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözüylə açan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş r... | ANL |
Yazılmamış monoqrafiyaya konseptual tezislər. O cümlədən romanda (real) zamanın bədii mənimsənilməsi xronotop vasitəsilə həyata keçir. Bu – “inqilabi zaman”dır; yəni realiyaları bütün tarixi şərt-şəraiti, səbəb-nəticə bağları ilə deyil, məhz “inqilabi zaman” kəsiyində: bir zamandan digərinə, bir epoxadan başqasına, bir... | ANL |
On altıncı yüzil Anadolusu o günə qədər görülməmiş bir köçə məruz qalmışdı. Sivasdan, Ərzincandan, Ərzurumdan qalxan Ahmedlu, Avşar, Baharlu, Bayat, Bayramlu, Bəydili tayfaları Şahın şeirlərini oxuya-oxuya dədə-baba yurdu Anadolunu, sisli uca dağları, uçsuz- bucaqsız yaşıl ovaları buraxıb Təbrizə, Ərdəbilə doğru axın-a... | ANL |
Hüznlü günlər, kövrək güllər. (Cahangir Məmmədliyə). Bir vaxtlar sevdiyi insana tək-tək apardığı hədiyyə gülləri, indi cüt-cüt, dəstə-dəstə qəbir üstünə aparır. Üzündəki ifadəni, ürəyindəki qəmi, kədəri duyan həssas güllər kövrəlib yol boyu başını aşağı salır. Hər şeyi duyurmuş kimi. Bu sakit, həlim insan hətta ən coşq... | ANL |
İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilmiş kitabın təqdimatı olub. Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilmiş kitabın təqdimatı olub. Oktyabrın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin “Ömrün səhifələri” seriyasından yeni kitabının t... | ANL |
Hərdən elə olur ki, hansısa məşhur yazıçının, şairin yaradıcılığı küll halında kənara atılır, qəsdənmi, ya bilmədənmi, konkret bir əsəri (bəlkə də daha az əhəmiyyətlisi) götürülüb kütləviləşdirilir. Və yazıçının adı məhz həmin əsərlə qoşa çəkilir. Məsələ burasıdır ki, bu estradalaşdırılan əsərin özündə yazıçının yaradı... | ANL |
İstiqlalımızın bir ilindən yüz ilinə. Əlimdə bir məcmuə var. Cəmi dörd ildən sonra bu məcmuənin çapdan çıxmasının yüz ili tamam olacaq. Və aşağıda daha bir qeyd: “Cümhuriyyətimizin bir illik dövri-istiqlalı münasibətilə təlif edilmiş məsmuə”. Amma məcmuənin üz qabığının lap yuxarısında bir abzas yazı da var: “Məcmuə ço... | ANL |
Aynur Kərimova: “Yeni nəslin televiziyasını görmək istəyirəm”. “İSTƏYİRƏM, ELƏ TELEVİZİYAMIZ OLSUN Kİ, HƏR BİR VƏTƏNDAŞIN MARAQ DAİRƏSİNİ TƏMİN EDƏ BİLSİN”. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Radio və Televiziya jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimova ilə həmsöhbətik. Müsahibə zamanı t... | ANL |
Əslən Qaxdan olan ingilislər və Qax intibahı. Qaxda ilk dəfə 26 il bundan əvvəl olmuşam, helikopterlə getmişdim, ingilis qonaqlar vardı, onları aparmışdım. Bütün dünya bilir ki, ingilislər nə qədər soyuqqanlıdır və onlar heç vaxt öz daxilində tüğyan edən hissləri biruzə vermirlər – bunlar belədi də. Onları heç nə ilə t... | ANL |
Fraqmentlər. Söhbətimizin elə məqamıdı ki, bir neçə gün boyunca Kiyevdə gördüyüm, eşitdiyim, maraqlanıb haqqında öyrəndiyim nə varsa, hamısını bir yerə toplamaq istəyirəm. Bunlarsa yetərincədi... Xatırlayırsızsa, üçüncü yazıda Kiyevin 30-a yaxın muzeyin olduğunu qeyd etmişdim. Bu qədim şəhərdə olub da, Peçerskaya Lavra... | ANL |
Kissincerin yeni kitabı: qlobal geosiyasətin cavabsız sualları. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin "Dünya nizamı" adlı yeni əsəri çapdan çıxıb. Artıq orada ifadə edilən fikirlərin təhlili verilir. Müəllif müasir dövrdə qlobal geosiyasətin əsas problemlərinə diqqəti yönəldir. Onun gəldiyi nəticə geosiyasətdə ... | ANL |
Qürbət. Səlcuq Universitetində Türk Dili və Ədəbiyyatı bölməsini bitirib. Fəlsəfə üzrə aspiranturanı qurtarıb. Gənc yazarlar və şairlər üçün Yaradıcılıq Məktəbi açıb, Yazarlar Akademiyası Dərnəyini qurub. Bir yayın evini idarə edir. "Temrin" ədəbiyyat dərgisini buraxır. Şeirlər, hekayələr yazır. Məktəbdə kitabxana açma... | ANL |
Şuşa haqqında cinas qafiyəli beşliklər. Məhəmməd Həsənquliyev 1940-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. 1961-ci ildə Şuşa Pedaqoji texnikumunu, 1969-cu ildə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 1988-ci ildə SSRİ üzrə I Ümumittifaq Mü... | ANL |
Fanilik fəlsəfəsindən dünyanın duru dəminə. Yaranışın ən ulu, ən ali həqiqətini dərk etmək xoşbəxtliyi yaşın iyirmisində, əllisində də gələ bilər, səksənində də tanımaz səni. Taleyin hökmü də vaxtını bilir. Olur ki, adam heç bilmir "bu ünvanda, bu adda" yolçuluğun səbəbini harada gəzsin, nədə arasın... Eləcə arınmaq, p... | ANL |
Pərvinin müəllifi olduğu “Qoğalın sərgüzəştləri” Gənc Tamaşaçılar Teatrının səhnəsində. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci mövsümün ilk premyerası olan "Qoğalın sərgüzəştləri" nağıl-müziklı təqdim edilib. AzərTAc xəbər verir ki, Azərbaycan xalq nağılı əsasında gənc yazıçı Pərvin Nurəliyevanın səhnələşdi... | ANL |
Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında. Vaxtı, zamanı insanlar nurlu əməlləri ilə tarixə çevirir. Bəzən bir kəndin, bir obanın min illik həyat yolu, yaşam tərzi, daş kitabələrə atdığı silinməz imzalar, yaratdığı əmək alətləri, zinət əşyaları - ölkənin mədəniyyət tarixinin ən ... | ANL |
Şərqin ilk dünyəvi təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1919-cu ilin sentyabrında parlament universitetin təsis olunması haqqında sənəd qəbul etdi. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski parlamentdə çıxış edərək bu tarixi hadisəyə yüksək qiymət ver... | ANL |
Yazılmamış məktubun poetik fraqmentləri. Şair ön söz əvəzində " Bu şeirləri... çox da böyük olmayan oxucu auditoriyama - bacı və qardaşlarıma bağışlayıram" , yazır və sevinirəm ki, illər uzunu bu auditoriyada Tofiq Hüseyn yaradıcılığını maraqla, son dərəcə diqqətlə izləyənlərdən biri də mən olmuşam. Hərçənd Tofiqin şei... | ANL |
Müharibəyə könüllü gəlmişdim. Məni silaha sarılmağa ermənilərə olan nifrətim, intiqam hissi məcbur etmişdi. Hər gün cəbhə bölgələrindən ağrı-acılı xəbərlər gəlirdi. Cəbhədən məlumat verən hərbi müxbirin səsini eşitdikcə evdə rahat otura bilmir, yalnız döyüşə getmək barədə fikirləşirdim. Tabordakı hərbçilərin də əksəriy... | ANL |
Adil Cəmil yanğısı. Cavan Adil Cəmil gəlib altmış yaşına çatdı. Zaman öz cizgi və naxışlarını onun da üzünə, gözünə çəkib. Amma dəyişməyən, həmişə saflığını, duruluğunu saxlayan poeziyasıdır. İstəyirəm bir şair ömrünün səhifələrini vərəqləyim, bu qırx illik şeir yolunda onun necə kamilləşdiyini, çağdaş poeziyamızın ist... | ANL |
Azərbaycan Vyanadakı festivalda "Yarasa" ilə təmsil olunub. Vyanada "LET'S CEE" Beynəlxalq film festivalı keçirilib. Festivalda Mərkəzi və Şərqi Avropa ölkələrindən ən yaxşı bədii, sənədli, qısametrajlı və digər formatlı filmlər nümayiş etdirilib. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ... | ANL |
Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında. Baş Layısqı kəndinin 1863-cü il siyahıyaalınmasında başdan birinci yerdə Hacı Qurbanəli İsrafil oğlunun adı yazılmış, 60 yaşında olduğu qeyd edilmiş, oğlanlarından Molla Yusif Hacı Qurbanəli oğlunun 26, Hüseyn Hacı Qurbanəli oğlunun isə... | ANL |
Bahadır və Sona. Havadakı barıt qoxusunu qızmar günəs belə əridib yox eləyə bilmirdi. İki gün öncə Naxçıvanla sərhəd bölgədən Noyemberyan rayonunun Berdavan kəndinə gələn nişançı Sona Akopyan mövqe seçib düşmən tərəfi müşahidə edirdi. Ara-sıra silah səsləri eşidilirdi. Qarşıda Eyibli qüzeyinin zirvəsinə kəmər kimi dola... | ANL |
Elmira Axundovanın 7 cildliyi Tacikistanda təqdim edilib. Tacikistan Milli Universitetində Azərbaycanın tanınmış yazıçı-publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı 7 cildlik roman-tədqiqatının təqdimat mərasimi keçirilib. Azərbaycanın Tacikistandakı səfirliyindən veri... | ANL |
"Xəlvətdə qalmış müdrik" üçün təqdimat. Oktyabrın 14-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında istehsal olunmuş "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı keçirildi. Ekran əsəri Azərbaycanın görkəmli sufi filosofu, Xəlvətilik təriqətinin yaradıcılarından bir... | ANL |
Haqqında söz açmaq istədiyim insan öz ləyaqəti, təvazökarlığı, nəcibliyi, səmimiyyəti, haqsızlığa və ədalətsizliyə qarşı daim mübarizəsi və qələbəsi, vətəninə, xalqına bağlı olan, professor vəzifəsində olmasına baxmayaraq daim müəllimlərinin adını uca tutması və onları hər zaman minnətdarlıqla anması və bir sıra yüksək... | ANL |
Yazıçılar Birliyində Adil Cəmilin 60 illik yubileyi qeyd edilib. Ötən gün Yazıçılar Birliyində şair Adil Cəmilin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açıb və yubilyarın çoxşaxəli fəaliyyətindən danışıb: "İstedadlı şair Adil Cə... | ANL |
“Kitab bizim həyatımızda” nəşrinin təqdimatı olub. Azərbaycan Xalça Muzeyində Namiq Səfixanovun şüşə sənətinə aid “Kitab bizim həyatımızda” əsərinin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva rəhbə... | ANL |
Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalın xüsusi mükafatını qazanıb. Permdə I Beynəlxalq Martin MakDonax Festivalı başa çatıb. Adalet.az festivalın rəsmi saytına istinadən xəbər verir ki, səkkiz gün ərazində festival çərçivəsində əfsanəvi irland dramaturqunun pyeslərinin 15 ən parlaq tamaşası nümayiş olunub. Makdon... | ANL |
Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında. 28 May səhərinin Layısqıdakı gözəlliyi bənzərsiz idi. Əjdər müəllim üzü Çakıl dağlarına sarı dayanaraq ilkin təəssüratlarını belə ifadə etdi: "Vallah, adam bu cənnəti görəndə heyranlığını bildirmək üçün dayanmalı, fikrə getməli, düşüncə... | ANL |
"Azərbaycan Qafqazda ən çox inkişaf etmiş ölkələrdən biridir". Azərbaycanın Avropada sıx mədəni əlaqələrə malik olduğu ölkələrdən biri də Avstriyadır. Bu günlərdə Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, "Avropanın mədəniyyət paytaxtları" müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridlin Bakıda... | ANL |
İnsana ehtiramla yazılmış bir kitabın təəssüratı. "Apostrof" çap evi tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru respublikamızda ən uzun müddət raykom katibi olmuş Sadıq Murtuzayevin "İnsan amili - həyat və zaman" adlı irihəcmli kitabını nəşr edib. Kitabda müəllifin keşməkeşli olduğu qədər də zəngin və m... | ANL |
Şəmil Sadiqin "OdƏrlər" romanı postmodern üslubunda yazılan və eyni zamanda Qarabağ münaqişəsinə həsr olunan nadir iri bədii nəsr nümunəsidir. Son illərdə Qarabağ münaqişəsi Azərbaycan romançılarının daimi diqqət mərkəzində olmuşdu. Əksər romanlar realizm üslubunda yaradılmış və Qarabağ müharibəsinin dəhşətli olayların... | ANL |
Bu günlərdə AYB-nin Natəvan klubunda təqdimat mərasimi keçirilən "Daha sonumu yazıram" şeirlər toplusu Kəmaləddin Qədimin oxucularla səkkizinci kitablı görüşü idi. Kəmaləddin Qədim şeirlərini oxuduqca insan özündən asılı olmayaraq həqiqəti bəlkə də mövcud olduğu məsafədən bir az da yaxın hiss edir özünə. Hər sözün, hər... | ANL |
Yazıçılar Birliyində Fazil Hüsnü Dağlarca anılıb. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda böyük türk şairi Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyi qeyd edilib. Tədbiri giriş sözüylə açan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Dağlarcanın keçdiyi yaradıcılıq yolu, ədəbiyyata və həyata ... | ANL |
"Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açılıb". Ötən gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda gələn həftə Bakıda keçiriləcək "Sələflər və Xələflər" Beynəlxalq simpoziumu və İnstitutun Monitorinq şöbəsinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransı İnstitutun direktoru, akademik T... | ANL |
Tər cinaslı təcnislər. Söz dünyaya gələndən bəri onu necə demək problemi də yaranıb. VIII əsrdə ərəb dilçisi və musiqişünası Xəlil ibn Əhməd "Kitab əl ayn" adlı lüğəti və bununla da əruz nəzəriyyəsini yaratdıqdan sonra Şərqdə şeir yazmaq bir qədər də çətinləşdi. Əruzun poetik ehkamları sözün azadlığını çərçivəyə saldı.... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu. Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Şəhərin adı orta əsr ərəb mənbələrində Gənzə, fars mənbələrində Gəncə, bəzi mənbələrdə isə Qandzak şəklində işlənir. Bəzi alimlər şəhərin yaranmasını e.ə.VII əsr, əksəriyyəti isə orta əsrlərin başlanğıc... | ANL |
"İstənilən halda qadının aliment almaq hüququ var". Statistik göstəricilər deyir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artır. Boşanmaların səbəbi müxtəlifdir. Amma ən acınacaqlısı budur ki, boşanma zamanı qadınların əksər hüquqları pozulur. Belə ki, qadın boşanmasından, yaxud ailə münaqişəsi zəmnində evi tərk etməs... | ANL |
Hərfi dodaqdəyməz təcnis. Dərdinin dərdini dildardan dilə, Dağ-dağ dağlansan da dağı daldala. Dirəşəndə dağ dərdinlə dil-dilə, Dərdin döyənəyi döyər dal-dala. Dəryalarda dalğıc dalar dərinə, Dərdinə darılsan dərdin dəri nə?!.. Dərd dirənsə, Nadiroğlu, dərinə, Dərdlərini daraqlayar dal-dala. Güllü qafiyə. Dedim: gözləri... | ANL |
Gəl mənim şəklimi çək bu şəhərdə. Kölgəsi qonağa salmayır meyl. Bir dəli şeytan da arxadan deyir, Yadigar xan çinar ək bu şəhərdə. Memar Qaudisi əlyetməz hünər, Dahilər yeridib bu dar küçələr. Düşür xatirimə İçərişəhər. Sükuta batıram tək bu şəhərdə. Gələni-gedəni elçisi sabit, Evlərin, yolların ölçüsü sabit, Şəhərin g... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu. Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi inzibati islahat nəticəsində 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı və Gəncə bu quberniyanın mərkəzi oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerd... | ANL |
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev). İngiltərənin qaradakı böyük rəqibi ilə bərabər digər bir qüvvət daha meydana gəliyordu. Bu qüvvət Rusiya k... | ANL |
Ogyüst Roden – müasir heykəltəraşlığın titanı. Ardıcıl nailiyyətlər seriyası. O, bu vaxt nüfuzlu dairələrdə sərbəst dolaşırdı. Madam Edmon Adam vasitəsilə o, dövlət xadimi Leon Qambetta ilə tanış oldu və axırıncı da öz növbəsində Rodeni bir sıra mühüm və yüksək rütbəli mülki qulluqçulara təqdim etdi. Hətta əgər “Cəhənn... | ANL |
Dindirir əsr bizi... El-obamız neçə ildir ki, bədnam erməni millətçilərinin hiyləsindən törənən vəhşiliklərə məruz qalıb. Bu faciənin başvermə səbəbləri və ona son qoymaq imkanları barədə müxtəlif rəylər irəli sürülür, çağırışlar səslənir. Az-çox təcrübəsi olan qələm əhli kimi eşitdiklərimə və gördüklərimə istinadən bu... | ANL |
Günlərin bir günündə... “ADİ GÜNLƏRİN ƏHVALATLARI” SİLSİLƏSİNDƏN. Kəndimizə yolum ayda-ildə bir dəfə, o da xeyirdə-şərdə düşür. Elə o bircə gedişimdə də məclislərdə kəndimizin adamları ötənlərdən, olanlardan, olacaqlardan o qədər əcaib-qəraib əhvalatlar, elə şirin-şəkər, duzlu-məzəli söz-söhbətlər “toxuyub” danışırlar ... | ANL |
Diqqət! Diqqət! Məşq gedir. Sakitliyə riayət edin! Bu cür ifadələr, əmrlər həmişə qəribə təsir edir adama. Bəlkə yeni əsərin, tamaşanın, filmin “doğuluşundan” xəbər verdiyinə görə, bəlkə sadəcə, yaradıcı atmosferin detalları olduğundan, bilmirəm. Bu gün də Akademik Milli Dram Teatrının dəhlizindən keçib məşq otağına ya... | ANL |
Dumandan süzülən işıq. “Çəhrayı dünyanın notları”. Bu yazını bilgisayara diktə etməyə başlayanda paytaxtın üstünün dumanı hələ çəkilməmişdi. Əslində gecə yarıdan başlayan bu duman yuxusu qaçmış bir Allah bəndəsi kimi məni bu yazıya kökləmişdi. Yəni içimdə də bir payız əhval-ruhiyyəsi hakim idi və mən də payızın təkcə x... | ANL |
Gözümlə gördüyüm Amerika təsəvvürümdəki Amerikanı darmadağın elədi. Orta məktəbdə Amerikanı bizlərə xortdan cildində təqdim eləmişdilər. Sonralar universitetdə oxuduğumuz illərdə də imperiyanın ideologiya maşını bu təqdimatı daha böyük maştabda “uğurla” davam elətdirdi və “xortdandı, xoxandı, qoyma gəldi” ovqatı varlığ... | ANL |
Akademik İsa Həbibbəylinin yaradıcılıq dünyası. Azərbaycan ədəbi mühitində ədəbiyyatşünaslıq elmimizin səmimi fədailərindən olan Əziz Mirəhmədov akademik İsa Həbibbəylinin kitablarından birinə yazdığı “Ağsaqqal nəsillərin davamçısı” adlı giriş sözündə deyir: “Yaşımızdakı böyük fərqə baxmayaraq, professor İsa Həbibbəyli... | ANL |
Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və “nazimi-ustad” məsələsinə yeni baxış. Böyük ustadım akademik Məmməd Cəfər Cəfərovun əziz xatirəsinə. Azərbaycanda ədəbiyyat nəzəriyyəsi müstəqil və ardıcıl bir elm sahəsi kimi XX əsrdə meydana çıxmışdır. Qədim dövrlərdə və orta əsrlərdə ədəbiyyat nəzəriyyəsi istiqamətində... | ANL |
İlk maarifçilərimiz. Xatırladaq ki, ötən şənbə saylarımızdan birində əsərin “Avqust putçu və sistemin iflası” bölümünü dərc etmişdik. Bu sayımızda isə əsərdən “İlk maarifçilərimiz” adlanan esseni oxuculara təqdim edirik. Tarixi baxımdan bütün ziddiyyətli, dolaşıq olaylara baxmayaraq, XIX yüzilliyin ortalarında Avropa t... | ANL |
Yazıçılar Birliyində türkoloq-alim Əkbər Babayev yad edilib. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Əkbər Babayevin həyat və yaradıcılığından, onun Azərbaycan və ümumilikdə türk ədəbiyyatı üçün gördüyü işlərdən danışıb: “Əkbər Babayev Moskvada yaşasa da, bütün qəlbilə Azərbaycana, Az... | ANL |
“Hüdudsuz sərbəstlik və azadlıq yoxdur”. – Bahar xanım, ölkə Prezidenti İlham Əliyevin bir müddət öncə imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” məlum sərəncamda hakimiyyətin bütün qollarını əhatə edən sa... | ANL |
“Tanıdığım və sevdiyim bir ölkədə çalışmaqdan ancaq məmnun ola bilərəm”. Müsahibimiz TRT-nin Bakı təmsilçiliyinin yeni rəhbəri Yıldıray Arslanın jurnalist karyerasının ilk addımları Azərbaycanla bağlıdır. Qarabağ müharibəsindən reportaj hazırlayan ilk türkiyəli media mənsublarından biri olub, hərbi telejurnalist kimi t... | ANL |
Xanımı başqa bir kişini sevir. Və Aleksandra gizlin-gizlin məktublar yazır. Ancaq Aleksandr gün gələcək bu məktubları oxuyacaq. O vaxt Aleksandr saqqal da saxlayacaq, sarımtıl tüklərinin üstünə ağ tüklər də yayılacaq. Aleksandrı dəli- divanə sevən, ara- sıra ondan inciyib- küsən və Aleksandrdan çox- çox cavan olan bu g... | ANL |
Tarixdə türk adları. Qədim uyğur türklərinin Mərkəzi Asiyanın ən mədəni xalqlarından biri olduğu hamıya məlumdur. Bu baxımdan uyğur türklərinin özünəməxsus zəngin onomastikaya malik olduğunu, onomastik vahidlərin mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir sistem təşkil ediyini də xüsusi olaraq vurğulamaq yeri... | ANL |
Bakıda Beynəlxalq caz festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə reallaşan fistivalda dünyanın müxtəlif yerlərindən məşhur musiqiçilər iştirak edir. Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərk... | ANL |
“YARAT” Müasir İncəsənət Məkanının “Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgilər silsiləsinə başlanılıb. AzərTAc xəbər verir ki, yekun sərgilər silsiləsinin açılış mərasimi Azərbaycan Milli İncəsənət Muzeyində keçirilib. Mərasimdə çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova təşkilatın fəal... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu. Gəncənin maraqlı abidələrindən biri də Hüseyniyyə (Tatlar) Məscididir. XIX əsr tarix-memarlıq abidəsi olan Hüseyniyyə Məscidi 1825-ci ildə İran şahzadəsi Bəhmən Mirzənin qızı Səbiyyə xanım tərəfindən, onun vəsaiti ilə tikilib. Vaxtilə burada müsəlm... | ANL |
"Mərasimlərlə bağlı bizdə artıq Naxçıvan nümunəsi var". Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayevanın "525"ə müsahibəsi. - Leyla xanım, sizin iştirakınızla hazırlanan "Milli kulinariya mədəniyyəti haqqında" qanun layihəsi nə yerdədir, o, hansı zərurətdən irəli gəldi və orada daha çox hansı məsələ... | ANL |
Bir addım öndə... Alxan Məmmədovu (Bayramoğlu) çoxdan - tələbəlik illərindən tanıyıram, yəni yetmişinci illərdən; o zaman da, bütün dövrlərdə olduğu kimi, gənclik özünün gələcəyini qurmaq üçün yeni istiqamətlər, ictimai proseslər, münbit fəaliyyət sferası axtarışında idi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filolog... | ANL |
APARICI QORXMAZ TOFİQOĞLU: "İCTİMAİ TELERADİO RƏHBƏRLİYİNİN DİQQƏT VƏ QAYĞISI, YARADILAN YÜKSƏK ŞƏRAİT "OZAN MƏCLİSİ"NİN GƏLƏCƏK UĞURLARINDAN XƏBƏR VERİR". Son illərdə Azərbaycanda aşıq sənətinə, saz-söz yaradıcılığına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondunun təşəbbüsü və qayğısı sa... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu. Gəncənin ən qədim abidələrindən olan Alban məbədi M.A.Abbaszadə küçəsində yerləşir. Məbəd düzbucaqlı formasındadır və dörd otaqdan ibarətdir. Hasarı möhrədən, dam örtüyü kərpicdəndir. Üzərindəki qüllənin üstü şişuclu daş formasındadır. Fasadın üstü... | ANL |
"Kolumbiya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qətnamələrini dəstəkləyir". Müsahibimiz Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Penadır. - Cənab səfir, Azərbaycanla Kolumbiya arasında əməkdaşlığın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz? Amma təbii ki, iki ölkəni... | ANL |
Rusiyada yaşayan həmvətənlərimiz, xüsusilə də istedadlı gənclər ayrı-ayrı sahələrdə nailiyyətlər qazanmaqla, həm də ölkəmizi layiqincə təmsil edirlər. Rusiyanın Saratov şəhərində yaşayan istedadlı soydaşımız Fidan Bəndəlizadə də qürur duyulası gənclərimizdəndir. Kiçik yaşlarından ailəsi ilə Rusiyanın Saratov şəhərinə k... | ANL |
Azərbaycan tarixinin şeirlərlə cızılmış xəritəsi. İdrak Rəhimoğlunun nəfis şəkildə nəşr etdirdiyi "Azərbaycan yurdum mənim" adlı şeirlər toplusunu vərəqləyərkən diqqətimizi çəkən bu misralar kitab haqqında söz açmaq üçün xeyli material verir. Bu, müəllifin Azərbaycan oxucusuna növbəti töhfəsidir. Doğrudan da, kitabı ox... | ANL |
Sevgisi od olub, özgəyə verib, Qoyub mən yazığı külə tamarzı. Dərdim bircə ağız söhbətlik deyil, Çəkdiyim əzablar minnətlik deyil. Neyləyim daşın dəyirsə, Dərd göynədib, qəm döyürsə. Qəhərləndim el köçünə, Təzə çiçək, gül köçünə. BİRİSİ. Oylağıdır bu dağ, meşə qızların, Adı düşüb dilə-dişə qızların. Təzə açan tər bənöv... | ANL |
"Hər addım uğrunda" maraqla qarşılandı. Hər yaradıcılıq diqqəti çəkmir. İstər publisistikada, poeziyada, rəngkarlıqda olsun, istərsə də nəsrdə. Mövzu həyatı əks etdirirsə (təbii ki, bədii təxəyyülə söykənməklə) ənənəvilik müstəvisində özünəməxsusluğuyla səciyyəvidirsə ictimailəşir. Azərbaycan Silahlı Qüvvələrinin zabit... | ANL |
Rusiya paytaxtında 2009-cu ildə açılmış Azərbaycan teatrı artıq beş ildir ki, özünün yüksək səviyyəli tamaşaları ilə Azərbaycan mədəniyyətini, xalqımızın adət və ənənələrini fəal təbliğ edir. "Dəvriş teatrı" Moskvadakı "Jar-ptitsa" kukla teatrı nəzdində fəaliyyət göstərir. Azərbaycanın Rusiyadakı səfirliyinin diaspor v... | ANL |
Rast qrupu Heydər Əliyev Sarayında konsert verib. Oktyabrın 21-də əməkdar artist Rəşad Həşimovun rəhbərlik etdiyi “Rast” caz-folklor qrupunun 20 illiyinə həsr olunmuş konsert keçiriləcək. Pressaz.com-un xəbərinə görə, Tabloid.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutacaq “Rast 20 il” adlı konsert proqramında t... | ANL |
Emirqanda bir köşk var... Dördüncü Murat əslində uğursuz bir hökmdar idi. Qardaşı Gənc Osman yeniçərilər tərəfindən vəhşicəsinə öldürüləndən sonra əvvəlcə əmisi Mustafa taxta çıxmış və 3 ay hökmdarlıq etmiş, o da taxtdan endirilincə 1623-cü ildə 11 yaşında taxta çıxmışdı. Amma bütün iplər anası Kösəm Sultanın əlindəydi... | ANL |
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan, Əməkdar İncəsənət Xadimi, Prezident mükafatçısı Aşıq Ədalət Nəsibovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarədən bildirilib ki, tədbir Aşıq Rza Qobustanlı adına mədəniyyət evin... | ANL |
Turan Cavid Qadın Mərkəzi İctimai Birliyində Ərtoğrul Cavid anılıb. Oktyabrın 21-də istedadlı bəstəkar, Hüseyn Cavid ocağının varisi Ərtoğrul Cavidin 95 illik yubileyi ilə bağlı "Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyində anım günü keçirilib. Adalet.az xəbər verir ki, birliyin sədri Sevda Cəfərova, Üzeyir Hacıbəyli ... | ANL |
Bakıda “Sələflər və Xələflər” adlı I Beynəlxalq Simpozium keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə "Sələflər və Xələflər" adlı I Beynəlxalq Simpozium keçirilir. APA-nın məlumatına görə, tədbiri Dilçilik İnstitutunun direktoru, a... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu. Gəncə təkcə tarixi-mədəni abidələrinə görə yox, həm də Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə məşhurdur. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvi də 1141-ci ildə Gəncədə doğulub. ... | ANL |
Sosial-iqtisadi inkişafın yeni ünvanı: Ağcabədi. Zəngin maddi-mədəniyyət abidələrinə malik Ağcabədinin adı tarixi mənbələrdə ilk dəfə 1593-cü ildə çəkilib və qədim tayfaların yaşayış məskəni olub. Bu rayon Qarabağın qədim türk tayfaları sayılan Qaradolaqlıların, Avşarların, Bayatların, Kəbirlilərin, 32-lərin məskunlaşd... | ANL |
"Azərbaycanda dünyaya nümunə sayılacaq muxtariyyət nümunəsi mövcuddur". ANAR İBRAHİMOV: "AVROPADA İQTİSADİ, MALİYYƏ VƏ SOSİAL SFERADA BAŞ VERƏN MƏNFİ TENDENSİYALAR ÖLKƏMİZDƏ APARILAN DÜŞÜNÜLMÜŞ İSLAHATLAR VASİTƏSİLƏ HEÇƏ ENDİRİLİB". Ötən həftə Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sess... | ANL |
Zəngin ədəbi mühitin dəyərli tədqiqatçısı. Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı çoxcildlik "Azərbaycan Ədəbiyyatı Tarixi" əsərinin V cildini institutun Elmi Şurasında müzakirə edirdik. Qəribə bir mənzərənin şahidi olduq. İnstitutun direktoru, akademik İsa Həbibbəyli mövzuların hazırlıq səviyyəsi və kimin tər... | ANL |
Meksika Senatında “Qarabağ mənim xatirımdə” sərgisi açılıb. Meksika Senatında rəssam və memar Yavər Rzayevin rəsm ekspozisiyalarından ibarət “Qarabağ mənim xatirimdə” (“Karabakh on my mind”) sərgisi keçirilib. Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, sərgi M... | ANL |
Əməkdar artist Osman Hacıbəyovun xatirəsi anılıb. Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, əməkdar artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə teatrın foyesində baş tutan sərgidə sənətkarın rol aldığı ta... | ANL |
Akademik Məmməd Arifin 85 il əvvəlki bir məqaləsi haqqında. Təvəllüdünün 110 illiyi ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında qeyd olunan akademik Məmməd Arif Dadaşzadə (1904-1975) iyirminci əsr Azərbaycan ədəbiyyatşünaslığının ustad simalarından biridir. Onun çoxşaxəli və məhsuldar fəaliyyəti filoloji fi... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu. Gəncə təkcə tarixi-mədəni abidələrinə görə yox, həm də Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə məşhurdur. Dəyərli ziyalı, ədəbiyyatşünas Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) 23 iyul 1883-cü ildə Gənc... | ANL |
III Bakı Beynəlxalq Teatr Konfransına hazırlıqlar gedir. Dünən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında III Bakı Beynəlxalq Teatr Konfransının təşkilat komitəsinin yığıncağı baş tutub. Yığıncaqda 4-6 noyabr tarixlərində keçiriləcək Teatr Konfransının təşkili ilə bağlı məsələlər müzakirə olunub. Yığıncaqda teatr rə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.