text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
O şəhərdə bu şəhərin aktyoru. Azərbaycanın əməkdar incəsənət xadimi Cahangir Novruzov artıq 60 yaşındadır. Bu münasibətlə Türkiyənin Adana şəhərində, yaxşı tanımadığım, bilmədiyim o şəhərdə, hansı şəhərdəki Cahangir teatr sənətindən dərs deyir, cavanlara aktyorluq öyrədir, adına möhtəşəm bir törən düzəldilib, şərəfinə ... | ANL |
Musa Yaqubun "Sevgi şeirləri" çap olunub. Şair, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri Musa Yaqubun daha bir kitabı çadan çıxıb. Bu yaxınlarda Qanun Nəşrlər Evi tərəfindən buraxılan kitab nəşriyyatın "Sevgi şeirləri" silsiləsindən çap etdiyi növbəti kitabdır. "Sevgi şeirləri"ndə dövrümüzün klassik şairinin müxtəl... | ANL |
Azərbaycan Konstitusiyası - hüquqi dövlət quruculuğunda əsas istinad mənbəyi kimi. Hüquqi dövlət - dövlət təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları tam təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsası... | ANL |
M.Ə.Rəsulzadənin tədqiqatçılara məlum olmayan iki əsəri- Milli məsələlər. Azərbaycan Heyəti-Mürəxxəsəsi rəisi Rəsulzadə Əmin bəyin mühüm bəyanatı. Məlumdur ki, 1918-ci il iyunun II yarısında M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti erməni və gürcü nümayəndələri ilə birgə konfransda iştirak etmək üçün İstanbula... | ANL |
Canlı təbiət zəngulələri. İnsan yaranandan bəri təbiətlə təmasdadır. İnsan təbiətin bir parçasıdır, yəni insanın özü böyük bir təbiətdir, onun cövhəridir. Bütün digər təbii mövcudluqlar insanın özünə xidmət edir. Elə bil, insan hər şeyin məhvərində durur. Hər şey insanın cazibəsindədir. Ona görə də insana xidmət edən, ... | ANL |
Füzulişünas alimin "Sufizm" kitabı çap olunub. adlı kitabı çapdan çıxıb. Azərbaycan və ingilis dillərində "Aspoliqraf LTD" nəşriyyatında çap olunan kitabda sufizmin (təsəvvüf) zaman-zaman bütün bəşəriyyəti düşündürən aktual problemlərdən biri kimi, mənşəyində islam amili dayanan bu fəlsəfi təlimə əsasən məxluqun Xaliqə... | ANL |
Son otuz ilin ədəbiyyatşünaslıq, mətnşünaslıq elmlərinə yeni ruhlu, tədqiqatlarında təzə söz deməyi bacaran istedadlı alimlər gəlib. Onların ön cərgəsində artıq bişkin qələmiylə, yorulmaz axtarışlarıyla diqqəti cəlb edən, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınan bir alimin-filologiya elmləri dokt... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti. İLK XEYRİYYƏ TƏŞKİLATLARININ YARANMASI. Azərbaycanda ilk xeyriyyə cəmiyyətinin yaradılması Həsən bəy Zərdabinin adı ilə bağlıdır. XIX əsrin 70-ci illərinin əvvəllərində Axund Molla Cavad H. Zərdabiyə müraciət etdi: "Gəlin nəsə... | ANL |
"Kitabi-Dədə Qorqud" eposunun yazılı və şifahi ədəbiyyatımızda mövqeyi. "Kitabi-Dədə Qorqud" elə bir əzəli-əbədi abidədir ki, onun daha möhkəm, daha davamlı, daha möhtəşəm və həmişəyaşar olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da əməyi təqdirlə yad edilməlidir. Filologiya elmləri namizədi Yeganə İsmayılovan... | ANL |
Ordumuzu daha da gücləndirən addımlar. Azərbaycan mürəkkəb geostrateji regionda yerləşdiyinə və ərazimizin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyinə görə ordu məsələsi və Müdafiə Nazirliyinin fəaliyyəti daima cəmiyyətin diqqət mərkəzindədir. Bu strukturda baş verən hər hansı bir dəyişiklik adətən böyük rezonan... | ANL |
Dünyanı uşaqlara verək. Hər gün hər saat dünyaya minlərlə, milyonlarla körpə gəlir, o anda dünya körpələşir, məsumlaşır. Zalım dünyada ilk səhv, günah etməyənə qədər bəlkə də çiyinlərimizdə mələk kimi gözəgörünməz qanadlarımız olub. Nə qədər ki, müharibələr yer üzündə cəhənnəmi əvəz edib insanları məhv etdikcə, irqində... | ANL |
Oxumalı olduğumuz kitab: "Dostoyevski ətrafında düşüncələr". Giriş sözü əvəzi. Dostoyevskinin Ədəbi-memorial muzeyinin önündə (Sankt-Peterburq, Kuzneçnı döngəsi, 5), kiçicik foyedə, zirzəmidən birinci mərtəbəyə qalxan dar pilləkənlərdə və nəhayət, üç göz otaqdan ibarət taxta döşəməli, müdhiş bir hüzn duyulan mənzildə b... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı). GƏNCƏDƏ XEYRİYYƏ. Xeyriyyə maarifçilik cəmiyyətləri yalnız Bakıda deyil, həm də başqa şəhərlərdə yaranırdı. Belə cəmiyyətlərdən biri 1880-ci ildə məktəblilər tərəfindən Gəncə kişi gimnaziyasının əsasında yaradılmışdı.... | ANL |
M.Ə.Rəsulzadə Qubada. (Xüsusi müxbirimizdən). M.Ə.Rəsulzadənin Quba, Qusar, Xaçmaz görüşləri. 1918-ci ilin noyabrında Osmanlı-Türk hərbi hissələri, 1919-cu ilin avqustunda isə müttəfiq-ingilis qoşunları Azərbaycan torpaqlarını tərk etdilər. Beləliklə, Azərbaycan hökuməti ölkənin əsl sahibi kimi müdaxiləsiz fəaliyyətə b... | ANL |
Ürək ağrısı ilə yazılmış kitab. MÜHARİBƏ VETERANININ DÜŞÜNCƏLƏRİ. Qaradağ müharibəsi haqda indinin meyarları, ölçüləri ilə danışmaq asandı. İndi adamların ovqatı da dəyişilib, psixologiyası başqalaşıb. Sən bu dünyaya nə üçün gəlmisən? Bir oğul, vətəndaş kimi yerin haradı? Harada olmağın, kimin yanında dayanmağın mütləq... | ANL |
Vaqif Səmədoğlu üçün. Bəlkə ölümü öldürüm belə. Səninlə ayrıldıq, yaxşı oldu, Məni bu halda görməyini istəmirəm. Hər an ağrıdan ağrı doğuram, Sevgiyə ağrılarımla yoğruluram. Günorta sümüklərim yamanca ağrıdı... həkimə getdim. Qan analizinə yolladı məni, Amma analizə getmədim. Yaxşısı budu, dözüm ağrılara, Yaxşısı budu,... | ANL |
Ayşe Atay: "Rəsul Rzanın və Anarın timsalında Azərbaycan ədəbiyyatını çox sevdim". Bugünlərdə Türkiyədən ölkəmizə səfərə gəlmiş gənc alim və şairə Ayşə Atay redaksiyamızın qonağı olub. Ege Universitetini bitirərək həmin ali təhsil ocağının Türk Dünyası Araşdırmalar Mərkəzində elmi işini Azərbaycan ədəbiyyatı üzrə yazıb... | ANL |
"Ali məktəblərdə ədəbiyyatın təbliği və müasir ədəbi prosesdə gənclərin rolu" müzakirə edilib. Yazıçılar Birliyində (AYB) qurumun Gənclər Şurasının sədri Elşad Ərşadoğlunun və sədr müavini, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın təşəbbüsü ilə AYB Gənclər Şurasının və ali məktəblərin Tələbə Gənclər təşkilatları... | ANL |
AMEA-da Nizamnamə Komissiyasının yekun iclası keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Nizamnamə Komissiyasının yekun iclası keçirilib. İclası giriş sözü ilə Nizamnamə Komissiyanın sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açmış, komissiyanın fəaliyyəti ilə bağlı m... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi. İlk QHT-lərin yaranması və fəaliyyəti (davamı). Arxivdə "Salyan Maarifçilik Cəmiyyəti"nin mövcudluğu haqqında məlumatlar var. Cəmiyyətin sədri Cavad rayonunun rəhbəri Yerofeyev, xəzinədar - Nurəli bəy Axundov, katib - Əbusalam Səmədov idi. İRƏVANDA CƏMİYYƏT. İrəvan... | ANL |
Məhəmməd Əmin Rəsulzadənin soyağacı haqqında. İlk müstəqil Azərbaycan dövlətini qurmuş Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında (Parlamanında) aparıcı qüvvə olan Müsavat və bitərəflər fraksiyasının başçısı, Azərbaycanın istiqlal savaşını son nəfəsinədək mətinliklə aparmış böyük dövl... | ANL |
Ünvanı: Şəhidlik zirvəsi! Hər məni görəndə bağrına basır, elə doğma, elə istiqanlıdı, anamı xatırladır. Allah ömür versin, Səyalı xala şəhid anasıdı. Neçə ildir ki, oğlu Alimin Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmasını eşitmişdim. Amma nədənsə bu barədə yazmağı heç düşünməmişdim. Səyalı xalanın özü də bir söz... | ANL |
Sağlam həyat tərzi diabetin müalicəsində mühüm amildir. İnsanın sağlam həyat tərzi onda yaranan biləcək hər hansı bir xəstəliyin qarşısının alınmasında və ya əgər artıq xəstədirsə, onun müalicəsində birmənalı olaraq zəruri amildir. Sağlam həyat tərzi xəstəliklərin profilaktikası və sağlamlığın möhkəmlənməsi istiqamətin... | ANL |
Təhsil Problemləri İnstitutunda təqdimat. Təhsil Problemləri İnstitutunda (TPİ) "Məktəbəqədər təhsil üzrə kurikulum beynəlxalq kontekstdə" mövzusunda təqdimat dinlənilib. TPİ-dan verilən məlumata görə, təqdimatda ARTPİ-nin direktor müavini Ənvər Abbasov, Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin məktəbəq... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu. Şəki təkcə qədim tarixi, memarlıq abidələri ilə deyil, həm də görkəmli şəxsiyyətləri ilə Azərbaycanın dövlətçililk və mədəniyyət tarixində önəmli rol oynayır. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl, Şəki ipək fabrikində, dabba... | ANL |
Məşhur rejissor Nikita Mixalkov Bakıda ustad dərsi keçib. Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor, ssenariçi və prodüser, RSFSR-in Xalq artisti, "Günəşdən usanmışlar" filminə görə (1994-cü il) "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" kino mükafatı la... | ANL |
Miniatür Kitab Muzeyinə "Ginnesin Rekordlar Kitabı"nın sertifikatı verilib. Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahovaya bu muzeyin 38 rəfində nümayiş olunan 5700 miniatür kitabdan "Ginnesin Rekordlar Kitabı"nın tələblərinə cavab verən 2913-nün "Ginnesin Rekordlar Kitabı... | ANL |
adlı mahnı müsabiqəsi keçirilir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir. Müsabiqədə y... | ANL |
Qusar Dövlət Ləzgi Dram Teatrı ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini səhnələşdirib. Ləzgi dilində hazırlanan tamaşanın premyerası aprelin 4-də Qusar şəhər Mədəniyyət Evinin səhnəsində olacaq. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsərinin qurul... | ANL |
Sərgidə serebral iflicdən əziyyət çəkən 22 yaşlı Ağasəlim Abdullayevin rəsm əsərləri nümayiş olunub. Daha çox rəngkarlıq üslubunda işlənmiş əsərlər gənc rəssamın gözü ilə dünyaya yeni bir baxışı əks etdirir. Tədbirdə çıxış edən "Da-ART" Təsviri İncəsənət Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət işçisi, rəssamın müəllimi ... | ANL |
Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə edilib. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya ilə görüşüb. Görüşdə Azərbaycan-Polşa əlaqələrinin tarixindən və Azərbaycan musiqi mədəniyyətindən danışılıb. H... | ANL |
Azərbaycan və Monteneqro teatrları əməkdaşlıq edəcək. Monteneqro Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Branko Miliç və bu ölkənin Bakıdakı fəxri konsulu Vüqar Əliyev Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovla görüşüblər. Professor İsrafil İ... | ANL |
Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli anılıb. Niyazinin mənzil- muzeyində Azərbaycan professional musiqisinin və milli bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilmiş konsert təqdim olunub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Üzeyir Hacıb... | ANL |
Müasir İncəsənət Muzeyində "Anima" sərgilənəcək. Aprelin 8-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı İnna Kostinanın "Anima" adlı fərdi sərgisi açılacaq. Sərgidə rəssamın nümayiş olunan qeyri - adi əsərlərində süjet xətti əsas əhəmiyyət kəsb etmir. Əsərlərdə əsasən güllər, qadın və musiqi mövzusu yer al... | ANL |
UNUDULMAZ ŞAİR VƏ ALİM ARİF ABDULLAZADƏNİN 75 İLLİYİNƏ. Uzun illər bundan əvvəl çox sevdiyim bir mahnı vardı. Hazırladığım radio verilişlərində yeri gəldikcə onu səsləndirərdim." Hər şey gözəldir həyatda" adlanır. Akif İslamzadə ilə Brilyant Dadaşovanın duet şəklində oxuduqları bu mahnının sözləri Arif Abdullazadənindi... | ANL |
Ətirli xatirələr - bu ifadə Məmməd Aslana məxsusdur. Allah imkan versə, yazının sonuna yaxın nə vaxt və niyə deyildiyini açıqlayacam... Hələliksə, Bakıdan Ankaraya uçan təyyarənin sərnişinləriyik. Məmməd Aslan, Məmməd müəllimin oğul əvəzi kürəkəni - Xosrov bəy, Rüstəm bəy və Sultan bəyin nəsil davamçısı Rüstəm və bəndə... | ANL |
Yadındamı, Aqil Abbas? Bilmirəm, bəlkə o zaman Məhəmməd kişiyə "oğlun olub" desələr də əvvəlcə inanmayıb. Yazıçı, jurnalist, ssenarist, millət vəkili, fəxri adlara, mükafatlara layiq görülmüş Aqil Abbas! Yaxşı dost, sadədən sadə insan, gülənlə gülən, ağlayanla ağlayan Aqil Abbas! Pulumuz qurtarmışdı. Sənin kirayə qaldı... | ANL |
Görkəmli bəstəkar İsmayıl Hacıbəyov yad edilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar İsmayıl Hacıbəyovun xatirəsinə həsr edilmiş konsert olub. Konsertdən əvvəl musiqişünas, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış edərək tədbirin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muze... | ANL |
Miniatür Kitab Muzeyində filologiya elmləri namizədi Esmira Fuadın "Zakir Bağırov-85" miniatür kitabının təqdimatı keçirilib. Mərasimi muzeyin təsisçisi və yaradıcısı, respublika "Kitab" cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahova açaraq tədbirin əhəmiyyətindən söz açıb: "Bu gün həm də ona... | ANL |
SƏNƏ QIŞ PALTARI ALIRAM İNDİ. Sonra peşman olub qayıtmaq olar, Adam bağışlar da, bağışlamaz da... Heç yüz il keçməmiş atıb getdiyin, Yerindən durunca uçub gələrsən. Üstünü çırpınca baxıb gülərsən, Gözünü açınca çıxıb gedərsən. Heç fikir eləmə qurbanın olum. Ürək sınmayanda bəs nə sınacaq? Oğlum, ölüm xəbərimi uzaqdan e... | ANL |
Yaxşılıq heykəli. Adam özü qədərdir. Özünə qədərdir! Özü qədər olan adam dünya böyüklükdə, kainat boydadır. Özü qədər olan adam hamıdan böyükdür. Özü qədər olan adam hamını böyüdür. Hansı meydana girsə, orda ad çıxarır. Məşhur riyaziyyatçı Pifaqor əlbəyaxa döyüşdə olimpiya çempionu olmuşdu. Azərbaycanın görkəmli ziyalı... | ANL |
"Pensiyaçıların sosial müdafiəsi daim dövlətin xüsusi diqqət mərkəzindədir". Müsahibimiz Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevdir. - Elşən müəllim, hazırda ölkəmizdə nə qədər əmək pensiyaçısı var və onların sosial müdafiəsi hansı səviyyədədir? Pensiyaçıların sosial mü... | ANL |
Aprelin 3-də türk dünyasının nadir şəxsiyyətlərindən olan, dünyaca məşhur alim, pediatr, maarifçi, xeyriyyəçi, əsl xoşbəxtliyin yolunu kəşf etmiş comərd, altruist (ictimai mənafeyi şəxsi maraqlarından qat-qat üstün tutan) insan, Azərbaycanın böyük dostu Dr., professor İhsan Doğramacının 100 yaşı tamam olur. Tanınmış al... | ANL |
Əli Kərim novatorluğu: əbədi səfərdə. Əli Kərim XX əsr poeziyasında özünəməxsus, orijinal və bənzərsiz bir sənətkardır - bu fikri ustad Rəsul Rzadan tutmuş, bütün digər söz sərraflarına qədər, bir çoxları təsdiq edib. Azərbaycan şeirinin altmışıncı illərdən başlayaraq dərininə - keyfiyyətə doğru inkişafında, intellektu... | ANL |
Bu yaxınlarda "Qardaş qələmlər" dərgisinin növbəti sayı nəşr olunub. Dərgi bu il Türk Dünyasında İlin Ədəbiyyat Adamı seçilmiş Qırğızıstanın Xalq şairi Omor Sultanova həsr edilib. Jurnal O.Sultanovun şeirləri ilə açılır. Qırğızıstandan İlgiz Aytmatov, Abdı Satarov, Baxtıgül Çoturova, Nurqazi Kemelbayev, Abdıcapar Egemb... | ANL |
"Qobustan" sənət toplusunun yaz buraxılışı çapdan çıxıb. "Qobustan" sənət toplusunun bu yaxınlarda nəşr olunan yaz buraxılışında maraqlı materiallar yer alıb. Dərgi "Nəsirəddin Tusi- Əlamut giriftarı" yazısı ilə açılır. Toplunun "Sarı sim" rubrikasında Xalq yazıçısı Anarın "Muğam ölməzliyi", Məmmədağa Umudovun "Mənim ü... | ANL |
Bugünlərdə "Azərbaycan" jurnalının builki üçüncü sayı çapdan çıxıb. Jurnalın "Poeziya" bölməsində Camal Yusifzadə, Sabir Sarvan, Həyat Şəmi, Nazilə Gültac, Sabir Yusifoğlu, Fərid Həsənzadə, Dayandur Sevgin, Göyərçin Kərimi və Nuranə Nurun şeirləri yer alıb. Seyran Səxavətin "Qaçaqaç" roman-memuarının əvvəli və Mübariz ... | ANL |
VII Milli Uşaq Kitab sərgisi açılır. Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş VII Milli Uşaq Kitab sərgisi açılacaq. Sərginin təşkilində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onların ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbi... | ANL |
Təmiz duyğular, dərin fikirlər şairi. Yaşadığımız həyatda baş verən hadisələrin əsl mahiyyətini duyub, süzgəcdən keçirib, içəridən yaşayıb ürəyinin isti kürəsində bişirməklə ona ilmə-ilmə solmaz qəlb oxşayan naxışlarla poetik nəfəs vermək, sözün həqiqi mənasında şairdən bədii fikir, söz sahibi kimi ustalıq tələb edir. ... | ANL |
Azərbaycan Malayziyadakı Beynəlxalq Mədəniyyət Sərgisində. Malayziyanın MARA Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Mədəniyyət Sərgisində (International Cultural Expo) Azərbaycan da yüksək səviyyədə təmsil olunub. Sərginin əsas məqsədi müxtəlif ölkələrin tarixi, coğrafiyası, iqtisadiyyatı, ... | ANL |
Tarixi çox da qədim olmayan Azərbaycan memuar ədəbiyyatı müxtəlif istiqamətləri əhatə edir. İndiyədək Birinci və İkinci Dünya müharibələrinin iştirakçıları, partizan hərəkatının nümayəndələri, ayrı-ayrı elm sahələri üzrə xüsusi xidmətləri olan məşhur şəxsiyyətlərə aid xatirələr toplanılıb, çap edilərək oxuculara çatdır... | ANL |
"Nizami" Kino Mərkəzində "Ağır illər...xoş xatirələr" sənədli filminin təqdimatı olub. Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Studio-19" kino şirkəti ilə müştərək çəkilib. Filmin nümayişindən əvvəl mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, filmin ssenari müəllifi və rejissoru, Xa... | ANL |
"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında". Ötən gün Bakı Musiqi Akademiyasında (BMA) "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında" mövzulu I Respublika Festivalının açılışı olub. Festival dahi bəstəkarın anadan olmasının 130 illiyinə, BMA-nın 95 il... | ANL |
BİR DURNA QATARI - ÜZÜ QÜRBƏTƏ... Dərdimi dilimə gətirəmmədim, Günlərim sovuşdu haraysız, haysız. Bir vaxt üstümüzdən əsdi küləklər, Çiçəkdin - küləkmi qopardi səni? Bəlkə də durnalar çəkdi gözünü, Bir durna qatarı apardı səni. Hardasan, ömrümə dönməyin güman, Göy üzü sözümü söylər nə qədər. Sən demə, gileymiş üstümə y... | ANL |
Azərbaycan və Mərakeş Milli kitabxanaları əməkdaşlıq edəcək. Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz aprelin 6-da Azərbaycan Milli Kitabxanasında olub. Görüşdə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Həsən Hami də iştirak edib. Milli Kitabxananın direktoru professor Kərim Tahirov... | ANL |
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir əməkdaşlıq sənədi imzalayıb. Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu ilə Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi İdarə Heyətinin sədri Namiq Ş... | ANL |
Yazdı, quş-quşu çağırır, Tumurçuq bala çıxarır. Günəş isidir dağ-daşı, Sarmaşıq şaxa dırmaşır. Külək çalır saz qamışı, Saz dimdiyidir hər quşun, Bahar gəlir! Quruyur yolda palçıqlar, Köçür dağa alaçıqlar. Alışır köhnə ocaqlar, Bir yaş bürüyür uşaqlar! Səndən heç nə istəmirəm. Ölüm istərəm əcəldən, Səndən heç nə istəmər... | ANL |
Eşitdiyim və gördüyüm Yaponiya... Qərb mədəniyyətinin təzahür etdiyi şəhər - KOBE. Qaranlıq ağaclar altında. Bu məşhur yapon hokkusunda bəhs edilən Sumadera məbədi də elə bu gün gedəcəyimiz Kobe şəhərindəki saysız-hesabsız qədim tarixi abidələrdən biridir. Yaponiyada sərnişinlərə istər yaxın, istər uzaq yolçuluqlara hə... | ANL |
sonra qaralım, bozarım, guruldayım yağım sənə;. mən də qoşulum küləyə. yaşıl bir sarmaşıq olum, dolansın budağım sənə;. qurusun dodağım sənə. belə lal baxış olarmı. oyansın otlar, çiçəklər, oynasın xırda böcəklər;. könlümdə həsrət çiçəklər. ürəyini qoy ovcuma. qaçım bu dünyadan çıxım. dünyanın yolları uzun, gedən yolla... | ANL |
Həqiqət və Rəzalət. Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik. Məclis başa çatdıqdan sonra qonaqlar şadxürrəm ayağa qalxıb ev sahibləri ilə xudahafizləşdilər. Hərə öz evinə tərəf yollandı. Silva yan otağa keçib əynindəki... | ANL |
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. İmperatorların dövründə isə əxlaqsızlıq vakxanaliyası başlandı və getdikcə daha biabırçı formalar kəsb etməyə başladı. Əvvəlki şəhvət macəralarına baxmayaraq, əxlaqın keşiyində dayanması ilə öyünən Avqustdan sonra imperator Tiberi qoca vaxtında Kapri adasında əxlaqsız... | ANL |
Sözə təmənnasız xidmət. Həsən Quliyevin 80 illiyinə ithaf olunur. Bu yaxında biz çox yaxşı insanla vidalaşdıq. Səhhətindəki nasazlığı, ürəyinin xəstə olduğunu bilirdim, bununla belə onun ölüm xəbəri mənim üçün gözlənilməz oldu. Özünü bütünlüklə işə həsr etmişdi, yeni planları vardı, müxtəlif kitablar və məqalələr üzəri... | ANL |
Azərbaycan multikulturalizmi fənninin tədrisi xaricdə uğurla davam edir. Multikulturalizm həyat tərzimizdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu universitetlərdən biri də Litva Pedoqoji Universitetidir. Professor Rafael Həsənov f... | ANL |
Azərbaycan və Gürcüstan musiqi mühiti arasında səmərəli ünsiyyət. Ölkələr arasında dostluq əlaqələrini genişləndirən addımlardan biri də incəsənət günlərinin keçirilməsi, sənət nümayəndələrinin qarşılıqlı yaradıcılıq ünsiyyətidir. Bu mənada, Novruz bayramı günlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən tədbir xüsus... | ANL |
DAHİLƏRİN QADINLARI PƏRVİNin təqdimatında. Layihə çərçivəsində tarixdə iz buraxmış dahilərin həyatında, yaradıcılığında rol oynayan qadınlar haqda ayrı-ayrı esselər oxuculara təqdim olunur. Daha öncələr Pərvinin Aysedora Dunkan, Cülyetta Madzina, Jorj Sand, Liliya Brik və başqaları haqda yazıları qəzetimizdə yayımlanıb... | ANL |
Doğmaları ölümə, yadları həyata bağışlamaq... ÇIXIB GEDƏNDƏ ÜRƏYİMİN VƏ GÖZÜMÜN İŞIĞINI SÖNDÜRMƏYİN, ZİL QARANLIQDAN ÜRPƏNİRƏM... ...Uşaqlığımın xatirələr xarabalığında qırıq-sökük oyuncağa bənzər bir epizod atılıb qalıb: Günəşə baxıb gülümsəyən ucsuz-bucaqsız günəbaxan zəmisi... Zəminin kənarında böyük bir avtobus... ... | ANL |
Elçin yaradıcılığının növbəti Türkiyə təntənəsi. Azərbaycanın Xalq yazıçısı Elçinin “Ağ dəvə” romanı Türkiyənin məşhur nəşriyyatlarından biri sayılan “Ötüken”də ilk dəfə 1999-cu ildə çap olunub. Bu günlərdə isə nəşriyyat oxucuların marağını nəzərə alaraq “Ağ dəvə”ni yeni tərtibatda təkrar nəşr edib. Romanı türk dilinə ... | ANL |
Gənclərin III Ümumrespublika Teatr Festivalı başa çatıb. Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclərin III Ümumrespublika Teatr Festivalının bağlanış mərasimi keçirilib. Festival Milli Məclisin deputatı Jalə Əliyevanın təşəbbüsü və rəhbərliyi altında, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, ASSİTEJ - Uşaq... | ANL |
Ağ köpüklü nazənin ləpələr sahildə oturan qızın yalın, ağappağ baldırlarını yalayırdı. Oğlan bir qədər qıraqda durub qızın gah islanmış uzun hörüklərinə, gah da topuğunadək qumun içinə girmiş zərif ayaqlarına heyran-heyran baxırdı. Ürək eləmirdi ləpədöyənə girməyə. Oğlan sanki bu sözə bənd idi, dərhal yaxına gəldi, otu... | ANL |
Parisin “Rus dünyası” qalereyasında “Qadın incəsənəti” sərgilənir. Parisin Vlll rayonundakı “Rus dünyası” qalereyasında “Qadın incəsənəti” (Femme art) Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədən, Kiprdən və Gürcüstandan olan qadın rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgidə ölkəmizi əməkdar rəssam Əsmər Nə... | ANL |
“Rüşvət alan müəllimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”. Feyziyyə ilə Xəzərin sahilində. Düzünü deyim ki, Aliyə xanımı xanım millət vəkilimiz Jalə Əliyeva ilə söhbətdən sonra tanımışam. Jalə xanımın sevimli müəlliməsi olub. Haqqında danışdıqlarından sonra Aliyə xanımla görüşməyə qərar verdim. Respublika Qadınla... | ANL |
Bugünlərdə “Ulduz” jurnalının mart sayı nəşr olunub. Dərgi Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhminin “Fevral “Ulduz”u... Mart qeydləri” adlı ekspert yazısı ilə açılır: “Ulduz” jurnalının növbəti sayındakı yazılara da nəzər salarkən çox narahatlıq keçirirdim. Çünki deyəcəyim istənilən fikir, yəqin ki, subyektiv... | ANL |
Unudulmayan Süleyman Rəhimov. Ədəbiyyata gəldiyim ilk illərdə (keçən əsrin yetmişinci illəri) Süleyman Rəhimov və onun kimi ustad sənətkarlar mənim üçün son dərəcə əlçatmaz idi və günlərin bir günündə onlarla üz-üzə gəlmək, oturub söhbət eləmək ağlımdan belə keçmirdi. Tələbəlik illərində və sonralar mən bu böyük sənətk... | ANL |
Yaxın, uzaq körpülər. Rəşad Məcidə. Şair-bəstəkar Davide Qualtieri Milan Universitetinin professorudur. Azərbaycan ədəbiyyatının yaxın dostudur. Azərbaycanın Xalq şairləri Məmməd Arazın, Fikrət Qocanın şeirlərini italyancaya çevirib. Hazırda D.Qualtieri Rəşad Məcidin şeirlərini italyan dilinə tərcümə edir. Bəstəkar həm... | ANL |
Yorğunluq. Tanınmış tənqidçi-ədəbiyyatşünas, mənim tələbə yoldaşım və dostum Arif Əmrahoğlu barədə düşünəndə, onunla birgə keçirdiyimiz ilk günlərin yaddaqalan məqamlarını xatırlayanda fikir-xəyal məni Universitet yataqxanasına götürüb aparır: Qışın oğlan çağıdır. Arif pəncərənin nəfəsliyini açıq qoyub kitab oxuyur. Ot... | ANL |
Tarixi çox da qədim olmayan Azərbaycan memuar ədəbiyyatı müxtəlif istiqamətləri əhatə edir. İndiyədək Birinci və İkinci Dünya müharibələrinin iştirakçıları, partizan hərəkatının nümayəndələri, ayrı-ayrı elm sahələri üzrə xüsusi xidmətləri olan məşhur şəxsiyyətlərə aid xatirələr toplanılıb, çap edilərək oxuculara çatdır... | ANL |
"Nizami" Kino Mərkəzində "Ağır illər...xoş xatirələr" sənədli filminin təqdimatı olub. Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Studio-19" kino şirkəti ilə müştərək çəkilib. Filmin nümayişindən əvvəl mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, filmin ssenari müəllifi və rejissoru, Xa... | ANL |
"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında". Ötən gün Bakı Musiqi Akademiyasında (BMA) "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında" mövzulu I Respublika Festivalının açılışı olub. Festival dahi bəstəkarın anadan olmasının 130 illiyinə, BMA-nın 95 il... | ANL |
BİR DURNA QATARI - ÜZÜ QÜRBƏTƏ... Dərdimi dilimə gətirəmmədim, Günlərim sovuşdu haraysız, haysız. Bir vaxt üstümüzdən əsdi küləklər, Çiçəkdin - küləkmi qopardi səni? Bəlkə də durnalar çəkdi gözünü, Bir durna qatarı apardı səni. Hardasan, ömrümə dönməyin güman, Göy üzü sözümü söylər nə qədər. Sən demə, gileymiş üstümə y... | ANL |
Azərbaycan və Mərakeş Milli kitabxanaları əməkdaşlıq edəcək. Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz aprelin 6-da Azərbaycan Milli Kitabxanasında olub. Görüşdə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Həsən Hami də iştirak edib. Milli Kitabxananın direktoru professor Kərim Tahirov... | ANL |
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir əməkdaşlıq sənədi imzalayıb. Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu ilə Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi İdarə Heyətinin sədri Namiq Ş... | ANL |
Xatirə əvvəlcə hissə-hissə "Azərbaycan" jurnalında oxuculara çatdırılıb. Xatirəni yazmaqda müəllifin əsas məqsədi uzun illərdən bəri davam edən gündəlik qeydləri və müxtəlif şəxslər tərəfindən özünə və atasına göndərilən məktublar, teleqramlar (həmçinin öz məktub və teleqramları) vasitəsilə atası Q.Şərifzadənin ictimai... | ANL |
Milli Kitabxanada üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. Aprelin 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilib. Milli Kitabxananın direktoru, professor Kərim ... | ANL |
qoz töküləcək ətəyimə. elə düşünürdüm küləklər. bal gətirəcək hördüyüm pətəyimə. cavabını tapa bilmədiyim. neçə-neçə sual gəldi. Məşədi İbadın aldadıldığı, Məmməd Həsən kişinin. eşşəyinin itdiyi, Şeyx Nəsrullahın. Günün günortadan keçən, Buğdanın yetişən, Yarpağın budaqdan düşən vaxtı. sonu görünməz qatarı? Fəqət yaxşı... | ANL |
Akademik Məmməd Arif yad edilib. Nazim Hikmət adına uşaq kitabxanasında görkəmli tənqidçi, ədəbiyyatşünas akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş "Azərbaycan ədəbiyyatında Məmməd Arif yaradıcılığının rolu" mövzusunda İnformasiya saatı keçirilib. Kitabxananın müdiri Çərkəz Əliyeva Məmməd Arifin Azərbaycan ədəbi tə... | ANL |
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzindən yeni layihələr. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Dövlət Teatr Muzeyi, Əzim Əzimzadənin və Üzeyir Hacıbəylinin ev muzeyləri ilə yanaşı,... | ANL |
"Bölgələrdən paytaxta" layihəsi bu dəfə Qubaya həsr olunub. Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Layihə çərçivəsində Qubaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəni... | ANL |
Görkəmli bəstəkar Nəriman Məmmədov dünyasını dəyişib. Aprelin 7-də Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Xalq artisti Nəriman Məmmədov son mənzilə yola salınıb. Vida mərasimində tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun cənazəsi Üzeyir Hacıbəyli adına Bakı... | ANL |
Azərbaycan aktyorları Tiflis səhnəsində. Aprelin 27-də Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrının səhnəsində C. Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının və Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında gürcü yazıçısı Nodar Dumbadzenin "Didro" əsəri oynanılıb. APA-nın Gür... | ANL |
"Bölgələrdən paytaxta": sırada Gədəbəydir. Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində keçirilən budəfəki təqdimat Gədəbəyə həsr olunub. Tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 27-də Azərbaycan Dövlət Gə... | ANL |
Professor Qəzənfər Paşayevə məktub. Əziz, mehriban Qəzənfər müəllim, salam! Dünyanın əvəzsiz neməti olan cansağlığı, ailə səadəti arzulayıram! Amansız xəstəlik məni birdəfəlik yatağa saldı. Xeyli vaxtdır həyətimizi, küçəmizi görmürəm. Tənhalıq xiffəti məni əzir. Nə yaxşı ki, dünyada hər şeyə gücü çatan ölümün, xatirələ... | ANL |
Görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilova məktub. Sizinlə o vaxt yaxından tanış oldum. Yaxşı bilirsiniz ki, mənim əsl dostlarım məndən xeyli yaşlı olublar. Böyük alimlərimiz Abbas Zamanov, Bəkir Nəbiyev, Yaşar Qarayev, saz sənətinin memarlarından biri Mikayıl Azaflı artıq haqq dünyasındadırlar. İndi hər birinizin ... | ANL |
Böyük ədib Mir Cəlal Paşayev poeziyamızda. Birinci yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük pedaqoq Mir Cəlal Paşayev istər yazıb-yaratdığı çox dəyərli ədəbi-bədii nümunələrin müəllifi, isrərsə də qayğıkeş insan, xeyirxah müəllim kimi ədəbiyyatımızın, şeirimizin ədəbi obrazına... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2014-cü ilin ədəbi yekunlarına həsr edilmiş "Ədəbi proses-2014" mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İs... | ANL |
"Araşdırmağ"ı araşdırmaq ehtiyacı, yaxud bir sözün qəribə taleyi. Son zamanlar dilimizdəki bitişdirici samitlər sırasına süni olaraq "ş" adlı bitişdirici samitin artırılması müşahidə olunur. Bu fikrin tərəfdarları buna nümunə olaraq "araşdırmaq" sözünü göstərirlər. Bu söz haqqında fikirlərimizi bir neçə dəfə səsləndirs... | ANL |
"Azərbaycanda multikulturalizmin tarixi çox qədimdir". Müsahibimiz milli məsələlər üzrə ekspert, "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyevdir. N.Niftiyevlə Azərbaycanda milli məsələlər və multikulturalizm mövzusunda söhbətləşdik. - Multikulturalizm nədir və Azərbaycan cə... | ANL |
Mədəniyyət evinin tağları. Mədəniyyət evi Ağdamda keçmiş Sovet dövründə inşa edilən və görkəmi ilə yaddaqalan abidələrindəndir. Bina təxminən qırx illik zaman çərçivəsində rayon sakinlərinə xidmət göstərib. Danılmaz faktdır ki, teatr mədəniyyətinin formalaşmasında bu binanın xüsusi yeri olub. Ağdamın teatr tarixi ilə b... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin anadan olmasının 120 illiyinə həsr olunmuş "Böyük ədəbiyyatşünaslıq missiyası və müasirlik" mövzusunda elmi konfrans keçirilib. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat ... | ANL |
Cəlil Məmmədquluzadənin ev-muzeyində "Molla Nəsrəddin" jurnalının 109-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Muzeyin foyesində ekspozisiya nümayiş etdirilib. Muzeyin direktoru Pərixanım Mahmudova Cəlil Məmmədquluzadənin şərəfli həyat yolundan və yaradıcılığından söhbət açıb. Sonra şagirdlərin ifasında Cəlil Məmmə... | ANL |
Rejissor Şahin Zəkizadənin çəkdiyi "100 kağız" filminin "Nizami" Kino Mərkəzində qala-gecəsi keçirilib. Tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə iştirakçıları salamlayan Şahin Zəkizadə ekran əsəri barədə məlumat verib: "Filmin ideyası 14 il əvvəl yaranıb. Ekran əsərində baş verən hadisələr bu... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.