text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Polkovnikə məktub olmayacaq... Ədəbiyyatın "Titanik"i batdı. Teatr ədəbiyyatının ən təsirli əsərində yazılan sözlər budur: "O öldü". Bilirəm, üzgün olmaq çox təbiidi. Əsas məsələ Şekspirin ölümün başlanğıc ola biləcəyi qədər bir son da olmasını diqqətə çatdırmağa çalışmasıdır. Ölüm bütün dəbdəbənin sona yetməsi, puç ol... | ANL |
Nəriman Nərimanov - alovlu vətənpərvər, böyük türk təəssübkeşi. Siyasi bioqrafiyası ziddiyyətli olan bu böyük şəxsiyyətin - Nəriman Nərimanovun həyatındakı ən mühüm hadisələr Qori Müəllimlər Seminariyasından başlanıb. Rus çarının 1875-ci ildə Tiflisin Qori şəhərində erməni-rus-gürcü və dağıstanlı uşaqların maarifləndir... | ANL |
Şərq məsələsi və uydurma erməni genosidi. HƏQİQƏT YALANLA ÜZ-ÜZƏ. Bu gün dünyada gedən prosesləri diqqətlə izləyən təhlilçilər açıqca etiraf edirlər ki, demokratiya, azadlıq, fundamental insan haqları müəyyən güclərin əlində öz məqsədləri üçün istifadə etdikləri bir silahdır. Bu silahın haçan kimə tərəf tuşlanacağı da ... | ANL |
Çinar boylu, sərv qamətli, saçları qar kimi ağappaq, həmişə səliqə ilə geyinən bu azman kişi çoxsaylı Azərbaycan Dövlət Teleradiosu kollektivinin sayılıb-seçilən veteran əməkdaşlarındandır. Jurnalistlərin diliylə desək, nadir nüsxələrdəndi. İndi belələrinə az-az rast gələrsən. Ağayana oturuşu-duruşu 100 yaşa şəksiz-şüb... | ANL |
Böyük xanəndə Qədir Rüstəmovun vəfatının ildönümünə. Qədirin qanadlı mələklərisiz, Ay sona bülbüllər, sona bülbüllər! Sizin yolunuzda əridir canın, Gəlin nəğmənizlə qoşa dayanın. Dərin dəryalarda gəmisi qalıb, Onun biçilməmiş zəmisi qalıb. Xatırlayar handan-hana, bülbüllər, Ay sona bülbüllər, sona bülbüllər! Gül göndər... | ANL |
"Pompeyin Qafqaz yürüşü": tarixdə xəyanət, yaxud Qafqaz birliyi ideyası. Azərbaycan ədəbiyyatında diqqəti cəlb edən mənzum tarixi dramlardan biri Xalq şairi Nəriman Həsənzadənin qələmindən çıxmış "Prometeyin Qafqaza yürüşü" dramıdır. Müəllif bizim eradan əvvəl I əsrin 66-62-ci illərində Roma sərkərdəsi Pompeyin Qafqaza... | ANL |
"Koroğlu" operası Türkiyə səhnəsində. Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, artıq TDOBT "Koroğlu"nu repertuarına daxil etməyə qərar verib. "Koroğlu" operasını Türkiyənin Mərsin Dövlət Opera və Balet Teatrında azərbaycanlı rejissor, professor Əflatun Nemətzadə səhnəyə qoyacaq. "Koroğlunun" qardaş... | ANL |
Aprelin 21-də İstiqlal Muzeyinin ekspozisiyasında "Generalın yolu" adlı tədbir-sərgi keçirilib. "Azərtac" xəbər verir ki, sərgidə 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş olunub. Tədbir iştirakçıları əvvəlcə generalın nəvəsi, rejissor Ziya Şıxlinskinin generala həsr etdiyi sənədli filmə... | ANL |
Bakıda VI müasir musiqi festivalı keçirilir. Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI müasir musiqi festivalının açılış mərasimi olub. "Azərtac" xəbər verir ki, mərasim dahi bəstəkar Qara Qarayevin "İldırımlı yollarla" b... | ANL |
İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvi konfransı. Beynəlxalq Nizami Gəncəvi Mərkəzi Misirin İsgəndəriyyə Kitabxanasında Azərbaycanın böyük şairi Nizamiyə həsr olunmuş konfrans keçirib. Konfransda İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, kitabxananın direktoru, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin rəhbəri İ... | ANL |
Nəriman Nərimanov - alovlu vətənpərvər, böyük türk təəssübkeşi. Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətində onu çox narahat edən problemlərdən biri Birinci Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində Çar Rusiyasının ordusu tərəfindən əsir alınaraq Nargin adasında zülm edilən Osmanlı əsirlərinin taleyi idi. 200 min... | ANL |
İnqilabdan əvvəlki Ağdam. Sovet dövründə böyüməyim, ali təhsil almağım, hətta o illərdə əmək fəaliyyətinə başlamağım mənə bu dövr haqqında müəyyən mənada daha obyektiv fikir bildirməyə imkan verir. Deməliyəm ki, bir sıra müsbət addımlarıyla yaddaşımda iz buraxan keçmiş Sovet dövrünün ən mənfi cəhəti özündən əvvəlki döv... | ANL |
Şərq məsələsi və uydurma erməni genosidi. HƏQİQƏT YALANLA ÜZ-ÜZƏ. Gerçəkdə "erməni məsələsi" Türkiyəyə zorla calanmış, həm də yabançı güclərin çəkişməsinin süni məhsulu olaraq meydana gətirilmişdir. Əsrin əvvələrində yaşamış məşhur ingilis alimi Edqar Qranvil yazırdı: "Gerçəkdə erməni-türk ilişkilərinə bir nəzər salına... | ANL |
Kitablara bağlı sənətkar taleyi. Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət" ordenli bəstəkar, Prezident təqaüdçüsü Tofiq Bakıxanovun 85 illik yubileyi ilə onun ilk kitabının 60 illiyi eyni vaxta düşür. Ustad sənətkarın yaradıcılığı ilə dərindən tanış olan tədqiqatçıların fikrincə, tələbə - bəstəkarın... | ANL |
Bakıda Şəki günü. Aprel ayının 21-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihəsi əsasında növbəti tədbir keçirilib. Bu dəfə paytaxt sakinləri Şəkinin mədəni irsi ilə tanış olublar. Tədbir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb. Qonaqlar layihə çərçivəsində bölgə... | ANL |
Şərəflə yaşanmış ömür. Doğrudur, hər bir canlı insan yaşadığı dünyasını dəyişir. Amma o, cismən yox olur, əslində həmişə övladlarının, nəvələrinin, nəticələrinin , kötükcələrinin, iticələrinin xatirələrində yaşayır, ehtiramla, hörmətlə anılır. Bu dünya evinə təşrif buyuran hər bir insan bir-birinə bənzərsiz, müxtəlif h... | ANL |
Polşada Azərbaycan musiqisi gecəsi. Polşanın Poznan şəhərində Adam Miskeviç adına Poznan Universitetinin Türkologiya fakültəsinin tələbəsi Zuzanna Goslavskanın təşkilatçılığı ilə Azərbaycan musiqisi gecəsi keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən "Azərtac"a bildirilib ki, gecədə Həmid İbadullayev (balaban/dəf), ... | ANL |
XX yüzil ədəbiyyat tariximizə yeni elmi baxış. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu 2014-cü ilin növbəti elmi nəşrinin təqdimatını keçirib. Bu yeni elmi nəşr AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Bəd... | ANL |
Bilik Fondu yazıçı Aqil Abbasla tələbələrin görüşünü keçirib. Bu gün M. F. Axundov adına Milli Kitabxanada, 23 aprel- Beynəlxalq Kitab Günü münasibətilə, millət vəkili, yazıçı Aqil Abbasla tələbələrin görüşü təşkil edilib. Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "İm... | ANL |
"Sözə təmənnasız xidmət"in təqdimatı olub. AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ TƏQDİMATI KEÇİRİLƏN KİTAB MƏRHUM PROFESSOR HƏSƏN QULİYEVƏ HƏSR OLUNUB. Ötən gün Yazıçılar Birliyində (AYB) görkəmli ədəbiyyatşünas alim, "Luç" Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, professor Həsən Quliyevin xatirəsinə həsr olunmuş "Sözə t... | ANL |
Milli xarakterin koloritli təqdimatı: Maqsud İbrahimbəyov nəsri. Onu Azərbaycanda tanıyır, sevir və görkəmli bir yazıçı kimi yüksək qiymətləndirirlər. Böyük sevginin qaynağı isə oxucular və tamaşaçılardır. Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlardır. Onu keçmiş SSRİ məkanında da tanıyır, sevir və y... | ANL |
"Təbii fəlakətdən heç kəs, heç nə sığortalanmayıb". - Əhməd müəllim, yazın gəlişi ilə təsərrüfat, əkin-biçin, sel-daşqın mövsümü başlayıb. Bu baxımdan, bu il Azərbaycanda güclü sel-daşqın gözlənilirmi və bununla bağlı qabaqlayıcı addımlar atılırmı? Bir sözlə, bir neçə il öncə Mil-Muğan zonasında yaşanan sel-daşqın fəla... | ANL |
“Azərbaycan dilində yaxşı danışmayan məmur artıq əvvəlki kimi iddialı deyil". Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovun müsahibəsi. - Nizami müəllim, mətbuata verdiyiniz açıqlamalardan birində “Dövlət dili haqqında” qanunun zaman-zaman təkmilləşdirildiyini demişdiniz. Sizcə, mövcud qanunun... | ANL |
Çanaqqala. Duyğularla dopdoludur sinəm yenə, İstəyirəm nəğmələşən şeir deyim;. Qulaq asıb ötən əsrin söhbətinə, Çanaqqala dastanını vərəqləyim. Türk topunu, mərmisini xatırlayaq, Osmanlımız od qalayıb od dəryada! Türkün qeyrət, qəhrəmanlıq yazısı var;. Azərbaycan oğlunun da imzası var! Daşnak, daşı yağdıranda başımıza,... | ANL |
Vətənin xoş sabahı naminə... Yeri-yurdu tanıdan həmişə onun övladları, layiqli oğlu-qızı olub. Zöhrabkəndin də başdan-binədən bəxtinə onu şöhrətləndirən övladlar düşüb. Onlardan kimisi məsul vəzifələrdə çalışan dövlət qulluqçuları olub, kimisi adlı-sanlı elm adamları, fəxri-titullu alimlər. On iki il bundan qabaq haqq ... | ANL |
Qədir kişi becərdiyi kartof məhsulunu Bakı bazarında satdıqdan sonra kəndə qayıdırdı. Fikri-zikri qonum-qonşular kimi, heç olmasa, bir inək almaq idi. Könlündən keçən bu idi. Arvadı ilə məsləhətləşmək qərarına gəldi. - A kişi, doğrusu, o vaxt aldığımız inəkdən sonra sənin işinə qarışmaq istəmirəm. Onun qısır çıxması mə... | ANL |
"QHT-lərin fəaliyyətinə bütün mümkün şərait yaradılıb". AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI KATİBLİYİNİN İCRAÇI DİREKTORU FƏRASƏT QURBANOVUN AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİNİN "BÜLLETEN" DƏRGİSİNƏ MÜSAHİBƏSİ. - Fərasət müəllim, Azərbaycanda dövlət və vətəndaş cə... | ANL |
UNESCO-da Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub. Aprelin 22-də UNESCO-nun İcraiyyə Şurası çərçivəsində Bakı Prosesi və bu il mayın 18-19-da Bakıda gerçəkləşəcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib. Təqdimat mərasimini açan İcraiyyə Şurasının sədri səfir Məhəmməd... | ANL |
Vokal musiqisinin nəzəri problemləri müzakirə edilib. Aprelin 23-də Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində reallaşıb. S... | ANL |
"Mühacirət irsimizin "Yurd Bilgisi". ƏHMƏD CƏFƏROĞLU İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİNƏ QİYMƏTLİ TÖHFƏ. Azərbaycanın dəyərli oğlu, görkəmli elm xadimi professor Əhməd Cəfəroğlu ötən əsrin 30-cu illərinin əvvəllərindən etibarən Əhməd Cəfəroğlu Türkiyənin elmi həyatında fəal rol oynayıb. Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1... | ANL |
Erməni riyakarlığı. Yalandan ağlamaq, sızlamaq, göz yaşı axıtmaq, yalvarmaq qətiyyətsizliyin, acizliyin və ləyaqətsizliyin ifadəsidir. Bu həm də yol verilən günahları, cinayətləri, əxlaqsızlıqları pərdələmək, danmaq, bəraət almaq üsuludur. Ulu öndər Heydər Əliyev deyirdi: "Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ic... | ANL |
"TÜRKİYƏ KİMİ MÜTTƏFİQ DƏYƏRLƏNDİRİLMƏLİDİR". Qərbin qondarma erməni soyqırımı məsələsində Türkiyəyə təzyiqlər göstərməsinə qarşı qardaş ölkənin hansı addımlar atacağı müzakirə mövzusu olan əsas məsələlərdəndir. Xüsusilə Avropa bu məsələdə narahatlıq keçirir. Çünki son olaraq Ukrayna böhranında Rusiyaya qarşı tətbiq ol... | ANL |
Bütün millətlər bir-birindən özünəməxsus keyfiyyətləri ilə fərqlənir. Onlar sadəcə fiziki, antropoloji, mədəni xüsusiyyətlərinə görə deyil, bəzən öz keçmişinə münasibəti ilə də öz xarakterini açır, kimliyini ortaya qoyurlar. Türkləri öz tarixi ilə birləşdirən - əbədi və yenilməz bir Zəfər duyğusudur. Türk tarixində bel... | ANL |
Xalqa və dövlətçiliyə xidmətin parlaq nümunəsi. Azərbaycan tarixinin bütün dövrlərində ömrünü öz xalqına, onun azadlığına, hər sahədə inkişafına həsr edən insanlar olub və onlar xalqımızın taleyində mühüm rol oynayıblar. Ürəyində həmişə Vətən sevgisi, xalqından,millətindən ötrü canını fəda edən belə insanların isə həmi... | ANL |
Həmişə. uçmaq arzusuyla yaşamaq olmaz, uçmaq həmişə yaşatmaz. Yəni yaşamaq üçün uçar quşlar. Yarpaqlar ölməkçün, ölümə uçar yarpaqlar. Budağından qopar, azad olar, Amma ölmək üçün uçar yarpaqlar, uçar torpağa. Yaşamaq üçün uçar quşlar. Uçar göylərə-azadlığa. Amma göylərdən asıla bilməz. Hər baxanda gördüyümüz, duyduğum... | ANL |
Təəccüb etməyin, İlhamı doğrudan da keçən minillikdən tanıyıram. Şeir, müsahibə, tərtibatçılıq kimi müxtəlif janr və sahələrlə bağlı üç kitabına ön söz yazmışam. İlham milli ənənələrə bağlı şairdir, amma təqlidçi yox, özünəməxsusdur və bununla da göstərir ki, inkarçı olmadan da yenilikçi olmaq, orijinal ruhlu şeirlər y... | ANL |
Sözün Küründəsən, Arazındasan, yaxud qan çəkir adamı... Uşaqlıqdan beləydi... Yerindən duran kimi Xudafərinə doğru qaçardı. Qan çəkirmiş onu. Arazdan daş götürüb Xudafərinin uçmuş oyuqlarına qoyardı. Deyərdi ki, mənim ulu babalarım bərpa etdirib bu körpünü, Şeyx babalarım! Şeyx Məhyəddin və Şeyx Qiyasəddin - XIV əsrdə!... | ANL |
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm. İnqilab və ya radikal islahat, sakitləşdirmək üçün atın yalını daramaq qaydasında, xalqın başını sığallamaq fürsəti deyildir, əksinə,... | ANL |
“I Bakı Beynəlxalq Poeziya Festivalı mühüm ədəbi-mədəni hadisə kimi qarşılandı”. Bu ilin martında Azərbaycanda ədəbiyyatla - poeziya ilə bağlı əlamətdar bir tədbir keçirildi. “Sözün də su kimi lətafəti var” devizi ilə gerçəkləşən I Bakı Beynəlxalq Poeziya Festivalı haqqında bu mühüm tədbirin təşkilatçısı olan Azərbayca... | ANL |
Romada “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası” konfransı. Vatikanın Romadakı Pontifiçia Salesiana Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Nodo di Qordiyo” “beyin mərkəzi” və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi və Qafqaz Alb... | ANL |
Poeziyamızda cavanların cavanı - Fikrət Qoca. O da öz yaşıdları kimi zamanın bütün dərdlərinə və problemlərinə səmimi münasibət bildirmək istəyirdi. Və bütün altmışıncılar kimi, F.Qoca da qələmə aldığı mövzularda həqiqi və səmimi şair olmağı qarşısına məqsəd qoymuşdu. Təsadüfi deyil ki, ilk dəfə olaraq, məhz F.Qoca və ... | ANL |
Vaqif Bəhmənli. Zamanı dayandırmaq istəyirdim, vəssalam. Zamansa keçirdi... Həmsöhbətim bu yaxınlarda Zamanın il bölgüsü ilə götürsək, 60-cı sənəsini sanamağa hazırlaşan tanınmış şair Vaqif Bəhmənlidir. Şairin yubileyini təbrik etmək üçün gəlmişdim bura - Bakının səs-küyündən kifayət qədər uzaq Mərdəkandakı, özü demiş-... | ANL |
Eşitdiyim və gördüyüm Yaponiya... Yol qeydləri. Yağışsa damcılayır hələ də. Yol paltarımın qolundan”. Bəri başdan deyim ki, mənim Yaponiya haqqında səfər təəssüratlarımı hər dəfə hokkularla başlamağımın başlıca səbəbi o xalqın mənəvi həyatında poeziyanın yüksək mövqeyə malik olması ilə bağlıdır. Yaponların ilk yazılı a... | ANL |
Budapeştdəki Kitab Festivalında Azərbaycan da təmsil olunub. Nazirliyinin təşkilatçılığı və Macarıstandakı səfirliyimizin dəstəyi ilə Budapeşt şəhərində keçirilən XXII Beynəlxalq Kitab Festivalında ölkəmizdə nəşr olunan çap məhsullarından ibarət milli stend nümayiş etdirilib. Kitab festivalında ölkəmizi Mədəniyyət və T... | ANL |
“Qarabağ hekayələri” Ankarada işıq üzü görüb. Bugünlərdə Türkiyənin paytaxtı Ankarada Azərbaycanın bitmək bilməyən Qarabağ dərdi ilə bağlı yeni bir kitab nəşr olunub. “Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, El... | ANL |
Azərbaycan aliminin tədqiqatları dünya şərqşünaslığının maraq dairəsində. Bakı Dövlət Universitetinin professoru Aida Qasımovanın klassik Azərbaycan şeirində Quran simvolizmi ilə bağlı tədqiqatlarını dünya, xüsusən Qərb şərqşünaslıq mühiti böyük maraqla qarşılayır. Mövzu ilə bağlı müəllifin Edinburq Universitetində (“J... | ANL |
Ən böyük və real təhlükə Azərbaycanı Şimaldan hədələyən qüvvələr idi. Bizim müstəqilliyin əvvəllərində bu, general Denikinin ordusu idi. Ağ qvardiyaçılarla mübarizə aparan Sovet hökuməti Azərbaycana təklif etdi ki, Denikinə qarşı saziş bağlasınlar. Xarici işlər naziri Fətəli Xan Xoyski, Sovet Rusiyasının xarici işlər ü... | ANL |
Atası Abbas Əli İran Qacar Xanədanının ordusunda polkovnik idi. Anasının isə qafqazlı olduğunu yazırlar. O da atası kimi daha 16 yaşındaykən İran ordusunda xidmətə başladı. Cəsarəti ilə diqqəti çəkdi və tezliklə yüksəldi.1923-cü ildə də ingilislərin yardımıyla Əhməd Şah Qacarı devirərək 2 il sonra onun yerinə İran Şahə... | ANL |
Nekroloq əvəzi. Son vaxtlar Vəsilənin xəstə olduğunu bilirdim. Söhbət əsnasında bir dəfə dedi ki, boğazımdan çörək keçmir. Ancaq az miqdarda duru xörəklər yeyə bilirəm. Mən də həmişə ona təskinlik verməyə çalışırdım. Deyirdim ki, bu, əsəbdəndir, tezliklə sağalacaqsan. Hətta ona şahidi olduğum bir əhvalatı da danışdım. ... | ANL |
Niyyətdən başlayan uğurlu yol. Niyyətin hara. Xatirələr, yaddaşının dərin guşəsində qoruduğu o günlər nə qədər şirin olsa da, diqqətini toplamaq, fikrini tezliklə tamamlayıb nəşriyyata verməli olduğu əsər üzərində cəmləşdirmək istəsə də, alınmırdı. Yadına məşhur akademik, böyük alim, mərhum Azad Mirzəcanzadədən nə vaxt... | ANL |
RAMİZ MİRİŞLİNİN ƏZİZ XATİRƏSİNƏ. Poeziyamızın nəhəng nümayəndəsi Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə 1982-ci ildə Naxçıvan Poeziya Teatrı yaradılmışdı. əsərində ölməz Cavidin obrazını yaradırdım və bu tamaşanın musiqisini Ramiz Mirişli bəstələmişdi. Ramiz müəllimlə tanışlığımız da elə bu tamaşadan başlamışd... | ANL |
"Azərbaycan xalçaları"nın daha bir sayı. "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin təsis etdiyi "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının yeni - 14-cü sayı işıq üzü görüb. Həm sənətşünaslıq, həm də tarixşünaslıq sahələri üzrə ixtisaslaşmış jurnalın bu nömrəsində də Novruz bayramına həsr olunmuş ümumxalq şənliyindən re... | ANL |
Uşaq musiqisi ilə bağlı elmi-praktik konfrans keçirilib. Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqında "Uşaq musiqisinə və onların musiqi-estetik tərbiyəsi"nə həsr olunmuş elmi-praktik konfrans təşkil edilib. Xorun ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin Xalq şairi Səməd V... | ANL |
Kamal Abdulla İtaliya televiziyasının qonağı olub. Yazıçı Kamal Abdulla bugünlərdə İtaliyanın "Rai 3" kanalında Dünya Kitab və Müəllif Hüquqları Günü ilə bağlı Milanda hazırlanmış televiziya proqramında iştirak edib. İtaliya Naşirlər Assosiasiyasının "İo legge perche" (Mən oxuyuram, çünki...) layihəsi çərçivəsində yayı... | ANL |
Xalqa və dövlətçiliyə xidmətin parlaq nümunəsi. Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik-daşnak təcavüzü nəticəsində süquta uğramasının 95 illiyi tamam olur. Vətənimizi işğal etmək, müstəqil dövlətimizi yıxmaq üçün şimaldan Azərbaycana hücum edən XI ordu və bolşevik-daşnak qüvvələrinin tələbi ilə 1920-ci il aprelin 27-... | ANL |
Bir daha "Qarabağ muzeyləri" haqqında. 1988-ci ilin fevralından başlanan Ermənistan Silahlı Qüvvələrinin təxribatları sonda ərazilərimizin iyirmi faizinin itirilməsi ilə nəticələndi. Araşdırmalar göstərir ki, işğal altında və ümumilikdə münaqişə zonasında ölkəmizə məxsus 35-40%-lik maddi-mədəni irs nümunələri Ermənista... | ANL |
"ERMƏNİLƏR GƏLƏCƏKLƏRİNİN OLMADIĞINI BİLİR VƏ ANCAQ KEÇMİŞLƏ YAŞAYIRLAR". Türkiyə və Azərbaycanın dostları Çanaqqalada zəfər bayramını qeyd edərkən, siyasətdə ermənipərəst mövqe nümayiş etdirən qüvvələr İrəvanda uydurma matəm şousuna qatılaraq rüsvayçı Ermənistanla həmrəy olduqlarını nümayiş etdirdi. Qondarma matəm şou... | ANL |
Azərbaycan aktyorları Tiflis səhnəsində. Aprelin 27-də Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrının səhnəsində C. Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının və Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında gürcü yazıçısı Nodar Dumbadzenin "Didro" əsəri oynanılıb. APA-nın Gür... | ANL |
"Bölgələrdən paytaxta": sırada Gədəbəydir. Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində keçirilən budəfəki təqdimat Gədəbəyə həsr olunub. Tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 27-də Azərbaycan Dövlət Gə... | ANL |
Professor Qəzənfər Paşayevə məktub. Əziz, mehriban Qəzənfər müəllim, salam! Dünyanın əvəzsiz neməti olan cansağlığı, ailə səadəti arzulayıram! Amansız xəstəlik məni birdəfəlik yatağa saldı. Xeyli vaxtdır həyətimizi, küçəmizi görmürəm. Tənhalıq xiffəti məni əzir. Nə yaxşı ki, dünyada hər şeyə gücü çatan ölümün, xatirələ... | ANL |
Görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilova məktub. Sizinlə o vaxt yaxından tanış oldum. Yaxşı bilirsiniz ki, mənim əsl dostlarım məndən xeyli yaşlı olublar. Böyük alimlərimiz Abbas Zamanov, Bəkir Nəbiyev, Yaşar Qarayev, saz sənətinin memarlarından biri Mikayıl Azaflı artıq haqq dünyasındadırlar. İndi hər birinizin ... | ANL |
Böyük ədib Mir Cəlal Paşayev poeziyamızda. Birinci yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük pedaqoq Mir Cəlal Paşayev istər yazıb-yaratdığı çox dəyərli ədəbi-bədii nümunələrin müəllifi, isrərsə də qayğıkeş insan, xeyirxah müəllim kimi ədəbiyyatımızın, şeirimizin ədəbi obrazına... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2014-cü ilin ədəbi yekunlarına həsr edilmiş "Ədəbi proses-2014" mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İs... | ANL |
"Araşdırmağ"ı araşdırmaq ehtiyacı, yaxud bir sözün qəribə taleyi. Son zamanlar dilimizdəki bitişdirici samitlər sırasına süni olaraq "ş" adlı bitişdirici samitin artırılması müşahidə olunur. Bu fikrin tərəfdarları buna nümunə olaraq "araşdırmaq" sözünü göstərirlər. Bu söz haqqında fikirlərimizi bir neçə dəfə səsləndirs... | ANL |
"Azərbaycanda multikulturalizmin tarixi çox qədimdir". Müsahibimiz milli məsələlər üzrə ekspert, "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyevdir. N.Niftiyevlə Azərbaycanda milli məsələlər və multikulturalizm mövzusunda söhbətləşdik. - Multikulturalizm nədir və Azərbaycan cə... | ANL |
...Onu qürurundan tanıdım ilk dəfə, çörək verəninə etibarından sevdim. Həm özünə, həm də haqqında söhbət açdığı adama layiq, həsrət və məhəbbətlə, itkisinə cızdağı çıxa-çıxa... Bilirdim yerli "Suqovuşan" qəzetinin aktiv əməkdaşı olub, ta Sovet dövründən daimi aktual sahələrdə dəyərli yazılar hazırlayıb... O zamanın da ... | ANL |
Köynək. Novruz Nəcəfoğluya. ...Yayın qorabişirəni idi. Qapı-pəncərəni açıq qoysa da, Sənəm qarı hiss etdi ki, içəridə istidən-bürküdən yata bilməyəcək. Hərçənd ki, yayın qısa gecələrindən biri idi, gecədən də xeyli keçmişdi və sübh çağına da bir elə qalmırdı. Canı tutmasa da, Sənəm qarı çar-naçar qalıb əringənlik etməd... | ANL |
“Əl-ələ tut gedək” kompozisiyası təqdim olundu. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) müğənni Xumar Qədimovanın “Əl-ələ tut gedək” kompozisiyasının təqdimatı keçirilib. Axşam.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə şair, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açara... | ANL |
Üçüncü yazı. Hələ uşaqlıq çağımdan müəllim babamın, eləcə də el-obamızın yaşlı adamlarının dilindən eşitdiyim xoş sözlər ürəyimdə Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin şəxsiyyətinə, yaradıcılığına böyük rəğbət yaradıb. Ali məktəbdə təhsil aldığım illərdə kitabxanalardan birinci Mir Cəlal müəllimin əsərləri... | ANL |
Məşhur ispan şairi Federiko Qarsiya Lorka faşizmin cənginə aldığı ötən əsrin 30-40-cı illər Avropasının ölüm düşərgələrinin birində yatarkən "yazıçılıq, şairlik fədakarlıqdı, qəhrəmanlıqdı" demişdi və bundan qorxmamışdı, bu isə həqiqətən o dövr üçün cəsarət tələb edirdi. Ancaq təkcə o dövr üçünmü? Bizcə ağır, mənəvi və... | ANL |
"Multikulturalizmin aktual məsələləri" mövzusunda elmi konfrans. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Multikulturalizmin aktual məsələləri" keçirilib. Konfransda mövzu ilə bağlı müxtəlif məsələlər işıqlandırılıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və d... | ANL |
ANTİ-AZƏRBAYCAN QÜVVƏLƏRİN DÜNYADA "SABİTLİK ADASI" VƏ "İDMAN ÖLKƏSİ" KİMİ TANINAN ÖLKƏMİZƏ QARŞI YÜRÜTDÜYÜ MƏKRLİ SİYASƏT NƏDƏN QAYNAQLANIR? "Azərbaycan dünyada "sabitlik adası", "idman ölkəsi" statusunu layiqli şəkildə öz üzərində daşımaqdadır". 24 illik müstəqilliyi ərzində 100-dən çox beynəlxaq konfrans, qlobal for... | ANL |
Ötən yüzilliyin 80-ci illərinin əvvəllərindən ədəbiyyatşünaslıq və ədəbi tənqid üzrə yazdığı məqalələri, etdiyi çıxışları ilə Azərbaycan ədəbi, ictimai fikrində, ədəbi-kulturoloji həyatında böyük qatqıları olan filologiya üzrə elmlər doktoru Vilayət Quliyevin sanballı monoqrafiya və tərcümələri həmişə ədəbi həyatın uğu... | ANL |
Mirşahin: “Yaşamaq və çoxlu yaxşılıqlar etmək istəyirəm”. “YALNIZ ONA GÖRƏ YAXŞILIQ ETMƏK İSTƏYİRƏM Kİ, BUNU ETMƏK MƏNİM XOŞUMA GƏLİR”. Ad insanın həyatına bir şəkildə təsir edir deyilənə görə. Nə dərəcədə doğru olduğunu demək, təbii ki, mümkün deyil. Ömrünə düşən payı adı ilə doğrulda bilən tanınmış jurnalist Mirşahin... | ANL |
Türk əsgərinin qəhrəmanlığını, türk sərkərdəsinin qüdrətini, türk insanının əzmini, milli ruhunu özündə yaşadan bir tarixdir. Bu şərəfli tarixə, qosqocaman bir dövləti enmək istəyən işğalçıların birləşmiş gücünə qarşı ölüm-qalım savaşına qalxan və savaşdan qalib çıxan xalqın böyüklüyünə biganə qalmaq mümkün deyil. Azər... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu. Qarabağın tarixi simaları sırasında Sarı Aşığın da xüsusi yeri var. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XV... | ANL |
ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR TİMUÇİN ƏFƏNDİYEVİN ELMİ İRSİNƏ BİR NƏZƏR. Taleyinə alimlik şərəfi yazılmış ziyalılar aydınlar içində xüsusi ada, fərqli mövqeyə malik olan seçilmiş kəslərdir. Çünki onların qismətinə elmin dərin qatlarına sirayət etmək, onun uca zirvələrinə qalxmaq səadəti düşüb. Elə müqəddəs kitabımız Qu... | ANL |
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Mədəniyyət: ənənələr və müasirlik. Çinlilərin (hanların) və Çinin digər xalqlarının maddi mədəniyyəti ayrı-ayrı etnosların sosial-iqtisadi inkişaf prosesində bir neçə min illər boyu əmələ gəlmişdir. Çin xalqlarının maddi mədəniyyətinin formalaşmasında məhsuldar qüvvə... | ANL |
Xətrinə dəyməsin, bir söz soruşum, Getməyə-qalmağa yermi tapmadın? Ha yandan azmısan yolunu bura, Mənim ünvanımı kim verdi sənə? Yüz ildir gələnim-gedənim yoxdur, Sən niyə gəlmisən, cavab versənə? Mənim otağımın qış mövsümüdür, Sən get eşikdəki yaza qonaq ol. Mənim otağıma xoş gəldin, adam, Belə məlul-məlul baxma üzümə... | ANL |
Milli-mənəvi irsimizin qorunmasına xidmət edən toplu. Tarixə nəzər yetirsək görərik ki, antik zamanlardan başlayaraq bütün intibah dövrləri, renessanslar ənənəyə, mədəniyyətə, milli-mənəvi dəyərlərə istinad edərək yaranıb və inkişaf edib. Qədim və orta əsr Azərbaycan-türk memarlarının yaratdıqları incilər, nəqşbəndlər,... | ANL |
Qəlbimin nurusan, başımın tacı, Ana təbiətin özüsən qızım. İki qardaşına doğmaca bacı, Atanın, ananın gözüsən qızım. Yerdə günəşimsən, göydə Allahım, Varım, dövlətimsən, nurlu sabahım. Ruhum, bədənimsən, həm qibləgahım, Qəlbimin ən şirin sözüsən qızım. Qızlar dünyamızın bəzək tacıdır, Qızlar kainatın ehtiyacıdır. Qızım... | ANL |
Torpaq göy üzündən dənəbir-dənəbir naxış yığır. Az sonra yağış səngiyir, səngiyir, kəsir. Son damcılar torpağa düşər-düşməz Göy üzünün göy qurşağı - göyqurşağı görünür. Yaxşı yazını(əsəri), düşündürücü yazını (əsəri), könül xoşluğuna dönən yazını (əsəri) duyğularına göyqurşağı bilənlərdən biri də mənəm. Ustad Füzuli be... | ANL |
Bütöv bir ömürdən mənə qalan təkəmseyrək yazdığım təkəmseyrək, iki cüt bir tək misralardı. Elə ömrümə yazılanlar da o misralarla baş-başa qaldığım o kiçicik anlardı. Hədər gedən vaxta hayıf. Ömrümün çoxunu kəmfürsətlərnən, bədxahlarnan qeyli-qalda, döyüşdə-vuruşda keçirdim. Lap gənclikdəki qənaətimdi: “Neçə ki dünyada ... | ANL |
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Ticarətin böyüməsi puldan daha çox istifadəyə səbəb oldu. Puldan və gümüşdən artan istifadə isə həmçinin rəsmi maliyyəyə və hesablaşmalara təsir göstərdi. Vergilər pulla ödənməyə başlandı. Daha çox varlanmış tacirlər duz satışı ilə məşğul olurdular, iri şəhərlərdəki ... | ANL |
Söhbət tələbə yoldaşımız, Azərbaycan Dövlət Universitetinin yataqxanasında beş il bir otaqda qaldığımız, fəlsəfə üzrə elmlər doktoru, məşhur mətnşünas - ərəb əlyazmalarının tətqiqi və tərcüməsi üzrə səviyyəli nadir mütəxəssislərdən biri sayılan Kamandar Şəriflinin “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar” kitabından ged... | ANL |
Muğanna mərtəbəsi və ya milli nəsrimizdə İsa Hüseynov mərhələsi. Yeni nəsrin ən səciyyəvi cəhətlərindən biri avtobioqrafik cizgilərin qabarıqlığı ilə zəngin olması idi. Xatırlamalar İsa Hüseynovun oçerklərində dolğun bədii mənalandırmalar, doğma, məhrəm hisslərin emosional ifadəsi kimi dəyər qazanırdı. Yazıçının ilk ça... | ANL |
Muğanna mərtəbəsi və ya milli nəsrimizdə İsa Hüseynov mərhələsi. "Teleqram" povestində Zəlimxan Zümrüdlə olan keçmişlərinin üstünə birdəfəlik xətt çəkməmək üçün ona haram pulla qazanılmış ziynət əşyalarını çıxarmasını məsləhət görür. Həyatın dəbdəbəsinə, komfortuna alışmış Zümrüd "Tək mənəm?!. Səriyyə bacının, Məryəmin... | ANL |
Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli simaları: Məhəmməd xan Təkinski. 23 aylıq Xalq Cümhuriyyəti dövründə əvvəlcə Azərbaycanın Ermənistandakı (İrəvan) səlahiyyətli nümayəndəsi, daha sonra isə xarici işlər nazirinin müavini vəzifələrində çalışmış Məhəmməd xan Təkinski haqqında o dövrə aid məlumatlar yal... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu. Qarabağın məşhur şəxsiyyətlərindən biri də Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbüldür. Məmmədov Murtuza Məşədi Rza oğluna Bülbül adı ona xalq tərəfindən ... | ANL |
Kamal Talıbzadənin tənqidində ədəbi refleksiya. Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən olan Kamal Talıbzadə bütün şüurlu həyatını ədəbiyyat elminə və milli şüurun formalaşmasına sərf etmiş alimlərimizdəndir. K.Talıbzadənin tədqiqatları ədəbiyyat tarixinin və tənqidinin bütün inkişaf yollarını əhatə... | ANL |
Mir Həmzə Seyid Nigari Qarabaği Qafqaz və Anadoluda məşhur olan, şeirləri iki əsrə yaxındır sevilərək oxunub əzbər söylənilən təkkə-təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin nüfuzlu şeyxi, kamil mürşiddir. O, Qarabağ xanlığının Zəngəzur mahalının Cicimli kəndində (indiki Laçın rayonu) dünyaya ... | ANL |
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. İqtisadi cəhətdən Cuçen çinlilərlə müqayisə oluna bilməzdi. Bəzi hallarda xeyli cuçen çinli torpaq sahiblərinin icarəçisinə çevrilirdi, bəziləri hətta pauper vəziyyətinə düşürdü. Onların iqtisadi tənəzzülü sosial münasibətləri də dəyişdirirdi. Şəraitdən asılı olaraq ... | ANL |
Hər günü mənalı və dəyərli olan arxeoloq-tarixçi ömrü. “Yaddaşı boydadır insan, Tarixi boydadır ölkə”. Rəhman Babaxanlı. Qasım müəllim ən ağırını götürüb: tariximizi, arxeologiyamızı, etnoqrafiyamızı, bütövlükdə mədəniyyət tariximizi, zəngin tarixi mənəvi dünyamızı dərindən öyrənməyi, yorulmadan təbliğ etməyi. Bu sahəl... | ANL |
Fikrət Qoca yaradıcılığı yeni mədəni epoxanın aydın təzahürü kimi. ŞAİRİN İNSAN, ALLAH, AZADLIQ VƏ POEZİYA HAQQINDA DÜŞÜNCƏLƏRİNƏ BİR NƏZƏR. 60-cı illərin bədii mənzərəsini, xüsusən, həmin dövrdəki fərdi üslub və poetik üsulların qarşılıqlı əlaqəsini və bir-birinə təsirini bugün də tam mənada təsəvvür etmək çətindir. G... | ANL |
Bugünlər təqvimdə onun günü deyil. Nə doğulmasının yuvarlaq tarixidir, nə də vəfatının ildönümü. Amma bəzən bütün şərti təqvimləri bir yana atıb, kimlərinsə sıraladığı, “ələyib, dənələdiyi” günləri bir kənara buraxıb bəzən yalnız özünə məlum olan bir gün düşür yadına... Lap naqafil olur bu xatırlama. Bu yadasalma hansı... | ANL |
...Qəbələdən Şəkiyə gedərkən yazar dostum Xəyal Rza bu mahnını zümzümə edirdi. Tələbə yoldaşım Azər Hüseynbalanın dəvətiylə. Onun doğma kəndi Orta Zəyzidə. Bu kənd daha çox alatoran axşamlarıyla yadımda qalıb. Eynən başqa kəndlər kimi... Gün batmağa az qalmış doqqaza çıxar, örüşdən gələn davarlara baxar, ayaqlarının al... | ANL |
Qanunları qoruyub, qaydaların pozulmasından zövq almaq iddiası. YAXUD, SƏMƏD VURĞUN SƏTİRLƏRİ ÇİNARA MEH GƏTİRMƏK GÜCÜNDƏYMİŞ... Qardaşım Respublika Xəstəxanasının reanimasiyasında, oğlum qəbul imtahanında, ürəyim çantamdakı kardioloji dərmanların “yanında”, özüm işdə, gözüm pəncərədən görünən çinarların yarpaqlarında.... | ANL |
Azərbaycan multikulturalizmi: həvəslə öyrənilən, maraqla araşdırılan, sevgiylə paylaşılan irs. Şövqlə başlanılan və məsuliyyətlə icra edilən bütün layihələr uğur qazanır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçı... | ANL |
Həsən bəy Zərdabinin varisi. Milləti mənəvi baxımdan ucaldan, azərbaycançılığın əsaslarını yaradan Həsən bəy Zərdabi də öz soy-kökü üstündə qol-budaq atdı. Babası Rəhim bəyin xarakterindən, tərbiyəsindən doğan keyfiyyətlərə sahib oldu və Azərbaycan üçün böyük miqyaslı işlər gördü. Həsən bəy bu yanaşmanı, tərbiyəni öz a... | ANL |
Hüseyn Cavid və ümumbəşəri problemlər. Tarixdən bu günə bizə miras qalmış ədəbi, bədii, yaxud fikir mirasına baxdıqda bir həqiqətin şahidi oluruq: yalnız özünü, öz eqosunu, öz dar ailə və ya qövm maraqlarını deyil, hətta özünün mənsub olduğu milli maraqlarını deyil, yalnız bəşəriyyəti düşünən, onun dərdləri ilə dərdlən... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.