text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
BəxtiyarVahabzadə və Aripov yaradıcılığı türk xalqlarının ədəbi əlaqələri rakursunda. Bəxtiyar Vahabzadə yaradıcılığında 60-cı illərdən etibarən başlanan tamamilə yeni estetik məzmun və keyfiyyətə malik mərhələnin mahiyyətini və əsas estetik əlamətlərini milli özünüdərk meylləri səciyyələndirirdi. Bu şeirlər, təxminən,...
ANL
Ekstremal jurnalistika üçün ilk layihə. Məndən, səndən ötən zərbənin Vətənə dəydiyini hamımız bilirik. Vətənə atılan daşları sinəsiylə əsgərlər zərərsizləşdirir, söz daşını jurnalistlər. Bu anlamda sözə yük olmayan, sözün yükünü çəkən jurnalistlər də əsgərdi. Həm də müharibə başa çatmadığı bir vaxtda (müharibə torpaqla...
ANL
Muzey işçilərinin ümumrespublika müşavirəsi olub. Muğam Mərkəzində muzey işçilərinin ümumrespublika müşavirəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə muzey sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr müzakirə olunub. Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ...
ANL
YARADICININ "ÖZÜNÜN ÖZÜYLƏ MÜKALİMƏSİ". Zemfira Məhərrəmlinin 60 yaşına. Bunlar publisist, nasir Zemfira Məhərrəmlinin mənə məlum olan kitablarından bir neçəsidir, onların yalnız adlarının çəkilməsi, görünür, kifayət edir ki, istedadlı, zəhmətkeş xanımın yazıçı-publisist təfəkkürünün maraq dairəsi barədə aydın təsəvvür...
ANL
Cəsarətdən yoğrulmuş ömür. Milli Dirçəliş Gününün ilk dəfə qeyd olunmasından 23 ildən çox vaxt keçir. Həmin tarixi anlarda müstəqilliyimiz uğrunda ilk mühüm addımlar atılıb. Alüminium zavodunun tikilməsi məqsədi ilə Topxana meşəsinin ermənilər tərəfindən məhv edilməsi səbəbindən başlanan bu xalq hərəkatı, Sovetlər Birl...
ANL
Tək başına adam. Bu gün sənin doğum günündür. Çox sevdiyim alman şairi Hölderlin deyirdi ki, ilahi olana özləri ilahi olanlar inanar. Sən hər nəsnədə ilahi, tanrısal olan şeylər arayan adamsan. Və ona görə də, sənin doğum günündə səni anladacaq bir şeylər demək istədim. Təkbaşına sevinməyi bacaran adam bütün asılı oldu...
ANL
İnsanı başa düşmək üçün onun bioqrafiyasını, üz-üzə gəldiyi müxtəlif durumlarda həyatında baş verən dəyişiklikləri izləmək lazımdır. Böyük ispan filosofu Orteqa Qassetə görə, bizim doğulduğumuz və yaşadığımız sosial dünya bioqrafiyamız üçün həlledici məqamdır: "Bu dünya təkcə insanlardan deyil, bir qədər dumanlı şəkild...
ANL
İndi – Kamal müəllimi 65 illiyində də həmin yazıdakı fikirlərin kifayət qədər yeni və aktual səsləndiyini düşündüyümüz üçün onu bir daha oxucuların diqqətinə çatdırırıq. Görkəmli yazıçı, ədəbi və ictimai xadim, akademik Kamal Abdullanı yubileyi və Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülməsi...
ANL
Vahabzadə və Aripov yaradıcılığı türk xalqlarının ədəbi əlaqələri rakursunda. Bəxtiyar Vahabzadənin 60-cı illərdən geniş vüsət alan mənəvi-estetik axtarışları təkcə onun Vətəni - o taylı, bu taylı Azərbaycanda deyil, onun sərhədlərindən xeyli uzaqlarda da əks-səda verirdi. Böyük şairin hərarətli Vətən çağırışlarına qar...
ANL
Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. ATƏŞGAH MƏBƏDİ: SURAXANIDAN QƏDİM VƏ ƏN YENİ TARİXİMİZƏ AÇILAN SƏHİFƏ. Bakının Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi" dövlət tarix-memarlıq qoruğu UNESCO-nun mədəni irs siyahısına daxil edilən nadir mədəniyyət incilərindəndir. Böyük tari...
ANL
nəsə çatmaz göy üzündə, bir quş yeri boş qalar, səni də başqa şəhərin yağışları isladar... səni də başqa şəhərin yağışları isladar, başqa küçəyə açılar sərxoş pəncərələrin. anamızın qarğışı da heç kimsəni tutmazdı. Allah da heç kimi öldürməzdi. mən qorxurdum. hamı birdən susa bilər. səsini itirə bilərəm, dostum. mən sə...
ANL
Azərbaycan sevdalı mühacir “Əli Usta və şeirləri”. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir həmvətənimiz üçün Azərbaycan sevdası əbədidir və bu sevda milliyyəti, dini, cinsi, təhsili, dünyagörüşü və s. asılı olmayaraq, yurd yaddaşının,vətən həsrətinin əsasında dayanır. 1920-ci ilin aprelində bolşevizm t...
ANL
Günümüzün gözəllik kriteriyaları və harmoniya anlayışı. ŞƏMSİYYƏ NAMAZLI: “HƏR KƏS ÖZ DÜŞÜNCƏSİNƏ, MƏNƏVİ ALƏMİNƏ UYĞUN GÖZƏLLİK AXTARIR”. Hər kəsin istəyi gözəl görünməkdir. Qadınlar isə gözəl görünmək üçün müxtəlif üsullara əl atırlar. Belə bir deyim var: iyirmi yaşınızda üzünüz təbiətin hədiyyəsidir, əlli yaşınızda ...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Vaxtilə Çingiz xan hərbi gücün vasitəsi ilə İpək Yolunda ticarəti xeyli asanlaşdırdığı və faydalı etdiyi kimi, axı imperiyada gömrük məsələləri kiçik dövlətlərin çoxluğuna nisbətən daha əziyyətsiz və vahid qayda əsasında aparılır, həm də tacirlərin və malların təhlük...
ANL
Ağdamda nəyim qaldı? “Azərbaycan” jurnalının builki 10-cu sayında yazıçı-dramaturq Əli Əmirlinin “Ağdamda nəyim qaldı” avtobioqrafik romanının “ardı var”sız, bütöv şəkildə çap olunduğunu görəndə bu əsəri mütləq oxuyacağımı düşündüm. Amma mütaliəylə bağlı aldadıcı qənaətlərim az olmayıb. Necə belə əsəri bir neçə cümlədə...
ANL
Nə vaxtdır ki, doğma Azərbaycanımızın bu vaxtacan gəzib dolaşdığım el-obaları, gəzməli-görməli yerləri ilə bağlı təəssüratlarımı, gördüklərimi-eşitdiklərimi “Yurdumuzu gəzə-gəzə...” silsiləsində qələmə alıram. Yeri gəlmişkən, qayım-qədim Şabran torpağında belə səfərlərdə çox vaxt yol yoldaşım dostum Aydın olub. Müdrik ...
ANL
MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ BU MÖVZUDA ELMİ-NƏZƏRİ KONFRANS TƏŞKİL EDİLİB. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində möhtəşəm ümumtürk abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının ilk nəşrinin 200 illik yubileyinə həsr olunmuş “Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusund...
ANL
Elm və təhsilin vəhdəti: yeni layihələr, yeni nailiyyətlər. Son zamanlar Təhsil Nazirliyi ilə AMEA arasındakı müştərək layihələr aktuallıq qazanıb. Tələbələrin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihələrin əsas qayələrindəndir. Azə...
ANL
Cəmil müəllimi xatırlayarkən. Əvvəllər Cəmil Əlibəyovu hadisələri olduğu kimi qələmə alan yazıçı, professional jurnalist və publisist kimi tanımışdım. Doxsanıncı illərdə “Vahid” qəzetində və “Elm və həyat” nəşriyyatında birgə işlədiyimiz müddətdə onu lap yaxından tanıdım. Xeyirxahlığı, insanpərvərliyi, hamıya köməklik ...
ANL
...Deyilənlərin boş, söylənənlərin cəfəng, vədlərin yalan, görünənlərin ilğım olduğu qənaətinə gəldiyin bəlli bir yaşdan sonra inanmaq, güvənmək, tapınmaq və təsəlli üçün bircə Yazı qalır. Bundan sonra hadisələr də, adamlar da Mətnə çevrilir. Öncə yaddaşa, sonra tarixin səthinə - bəzən dərin, bəzən səthi... Bundan sonr...
ANL
Hüseyn Cavid yaradıcılığı yeni təqdimat formatında. Bu gün xeyli fasilədən sonra - yəni həm də siyasi kataklizmlərin səngidiyi, Azərbaycanın və azərbaycanlının sakit bir həyat tərzi başladığı bir çağda bəzən elə təsəvvür yaranır ki, insan artıq kamilləşib, hər kəsin təhsili var və bəlkə internetin tüğyan etdiyi bir müh...
ANL
Azərbaycan Misirdəki mədəniyyət festivalında təmsil olunub. Misirin ilk özəl universiteti sayılan, 40 mindən çox tələbəsi olan “6 Oktyabr” Universitetinin keçirdiyi doqquzuncu mədəniyyət festivalında Azərbaycanın Misirdəki səfirliyi də iştirak edib. Mədəniyyət festivalında ABŞ, Yaponiya, Çin, Pakistan, Səudiyyə Ərəbist...
ANL
Latviyalı nazir Azərbaycan Xalça Muzeyini ziyarət edib. Ölkəmizdə səfərdə olan Latviyanın rifah naziri Uldis Auqulinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyində olub. Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətr...
ANL
Rəşid Behbudovun 100 illik yubileyi keçirilib. Axşam.az Azərtac-a istinadən xəbər verir ki, tədbir müğənninin ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başlanıb. Bu mahnı Rəşid Behbudovun özünəməxsus vizit kartı olub. O, dünyanın hər yerində konsertlərini bu mahnı ilə başlayıb və bu mahnı ilə də qurtarırdı. ...
ANL
Bitməyən sənətkar ömrü: Toğrul Nərimanbəyov. Tarixdə öz dövrünü qabaqlamış şəxsiyyətlər az olub. Zamanın hər pilləsində mütəfəkkir insanlara ya dəli kimi baxılıb, ya da onlar müxtəlif amansız üsullarla məhv edilməyə çalışılıb. İsa peyğəmbərin çarmıxa çəkilməsi, Məhəmməd peyğəmbərin daş-qalaq edilməsi, Avropanın orta əs...
ANL
“Dünya irsi: İçərişəhər - qədim şəhərin müasir tarixi” müzakirə edilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyinə həsr olunan “Dünya irsi: İçərişəhər - qədim şəhərin müasir tarixi” mövz...
ANL
Səməd Vurğunun ev muzeyinin yaradılmasının 40 illiyi qeyd olunub. Xalq şairi Səməd Vurğunun ev muzeyinin yaradılmasının 40 illik yubileyi keçirilib. Tədbirdə ev-muzeyin direktoru Nüşabə Vəkilova ev-muzeyin yaranma tarixindən danışıb: “Böyük şairimiz Səməd Vurğun Azərbaycan poeziyasının min illik populyarlığını yaradan ...
ANL
Nizami və dünya nizamı. MÜASİR DÖVRDƏ NİZAMİ, TOLSTOY, HÜQO KİMİ DAHİLƏRİN İNSANSEVƏR FİKİRLƏRİNİ NOSTRADAMUS KİMİ XEYİRSÖYLƏMƏZLƏRİN UYDURMALARI NƏ ÜÇÜN ÜSTƏLƏYİR? Cürbəcür rəngli “inqilablar”, müharibələr, mənşəyi şübhəli xəstəliklər, yalançı müsəlmanlar-İŞİD, əsl satanizmə meylli anti-mədəniyyət və digər bəlalar... ...
ANL
Neçə illər öncə Qarabağın çox-çox şəhərlərini, kəndlərini gəzdim. Bircə Şuşanı görə bilmədim. Bu dərd, bu həsrət illər boyu içimdə yaşayır və əslində, bir həsrət ağacına dönmüşəm, yarpaqlarım sapsarıdır və o yarpaqlar ağacdan bir-bir qopub torpağa qarışır. Əli Mahmud adlı gözəl bir şairimiz var və mən bu nisgilimi ona ...
ANL
Mənim sevdalarım edam yeridir. Ayağım yer tutmur, mənim yerimə. dərdim ayaq tutdu, qadam yeridi. Ölümün neçəsi dəyər dirimə, İçimdə göynəyən adam yeridir. Sevdiyimin məndən sirri olmasın, Baş qoysun dizimə, piri olmasın, Gül-çiçək içində yeri olmasın, Qəlbim cənnətidir, odam yeridir. Bu yazın çiçəyi, gülü qanlıdır, Axs...
ANL
Bilik Fondu "Azər-İlmə" Xalçaçılıq Mərkəzində "Kitabi-Dədə Qorqud" saz və söz işığında" musiqili-ədəbi məclis keçirib. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov dövlət başçımızın müvafiq Sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un...
ANL
Dirili Qurbani Məclisinin təşkilatçılığı ilə, XX əsr Azərbaycan poeziyasının parlaq simalarından olan Xalq şairi Cabir Novruzla bağlı xatirə tədbiri keçirilib. Tədbirdə məclisin sədri, şair-publisist Tariyel Abbaslı Cabir Novruzun yaradıcılığından söhbət açıb: "Onun əsərlərində xalqımızın həyatında baş verən keşməkeşli...
ANL
Fikrət Qoca haqqında bir kitablıq düşüncələr və təəssüratlar. Kitabda şair, yazıçı və ədəbiyyatşünasların Fikrət Qoca yaradıcılığı və şəxsiyyəti ilə bağlı düşüncələr, təəssüratlar toplanıb. Kitabın önsözü yazıçı-dramaturq İlqar Fəhminin "İynə gözü..." yazısıdır. Burada müəllif, Fikrət Qoca dünyasını onun şeirləri müstə...
ANL
"Əldə toxunmuş Azərbaycan xalçaları - ənənənin qorunması" sərgilənir. Gürcüstan parlamentinin Milli Kitabxanasında Azərbaycan mədəni irsi nümunələrinin sərgisi açılıb. "Əldə toxunmuş Azərbaycan xalçaları - ənənənin qorunması" adlı layihə çərçivəsində təşkil olunmuş sərgidə 40-a yaxın əl ilə toxunmuş xalça nümunələri, A...
ANL
Milli mətbuatımıza və mədəniyyətimizə xidmət nümunəsi. Teymur Əhmədov Azərbaycan ədəbiyyatşünaslıq elminin, milli mətbuatın ictimai-siyasi, mənəvi yükünü cəsarətlə, həm də bir ziyalı qeyrətilə çəkən alim, vətəndaşdır. Bu vicdan işini ləyaqətlə daşıdığı üçündür ki, gördüyü işlərin sayı-sanbalı, çəkisi ictimai-ədəbi mühi...
ANL
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. Hələ XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti" anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanıb. Məlum olduğu kimi bu cəmiyyətin gerçəkləşməsi üç tarixi mərhələdən keçib: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin...
ANL
Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətinə sinergetik uyğunlaşması. ELÇİN DRAMATURGİYASI MÜSTƏVİSİNDƏ DÜŞÜNCƏLƏR. Qeyri-səlis məntiq nəzəriyyəsi dəqiq elmlər sferasına, riyazi hesablamalar sisteminə aid bir nəzəriyyə olduğu kimi, yaradıcı fəaliyyətin bütün sahələrinə, o cümlədən, ədəbi proseslərə, dramaturgiya sa...
ANL
Məktəb illərindən şeirlər yazmağa başlayıb, Beyləqandakı "Araz" ədəbi birliyinin fəal üzvü oub. Mən bu yurdun sabahına açılan. Mən çiçəyəm, mən torpağam, mən daşam, Ağlayana, sevinənə yoldaşam. Kövrək qəlbə şirin sözəm. Mən dünyayam,kainatam, ona tənəm. Gizlimi danışım, izharmı olsun, Pünhanmı saxlayım, aşkarmı olsun, ...
ANL
Azərbaycan həqiqətləri beynəlxalq audiovizual məkanda. "BİZİM KİNO GÜNLƏRİ..." ÇƏRÇİVƏSİNDƏ BU MÖVZUDA MÜZAKİRƏ TƏŞKİL EDİLİB. Ötən gün Mədəniyyət və Turizm Nazirliyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsinin dördüncü mər...
ANL
Yazıçılar Birliyində Zemfira Məhərrəmlinin yubileyi qeyd olunub. Ötən gün Yazıçılar Birliyində (AYB) Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin yubileyi və "Ömür bitər, yol bitməz", "Oyuncaq" kitablarının və yubilyar haqqında tərtib olunan "Söz adamı" məqalələr topl...
ANL
Milli mətbuatımıza və mədəniyyətimizə xidmət nümunəsi. "Vətən səsi", "Vətən həsrəti", "Yeni fikir" qəzetlərində həyatdan gələn mövzulara aktuallıq prizmasından yanaşan müəllif bu ideyalarını yeni anlamda "Füyuzat"da davam etdirir. Bu yazıların hər birində torpağa məhəbbət, birliyə, bütövlüyə vüsətli bir çağırış, milli-...
ANL
Düsen Kaseinov: "Rusiyanın regionlarında yaşayan türksoylu xalqları Şəkiyə dəvət edirik". Son vaxtlar Türkiyə ilə Rusiya arasında baş verən məlum hadisələrin fonunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY da gündəmə gətirildi. Rusiya tərəfi bu təşkilatda fəaliyyətini dayandıracağını bəyan etdi. Müsahibimiz təş...
ANL
Bir üsyanın 85 illiyi, yaxud Hacı Axund niyə qiyam qaldırmışdı... Azərbaycan Xalq Cümhuriyyətini devirən bolşeviklər hakimiyyəti ələ keçirdikdən dərhal sonra ölkəni üsyanlar bürüdü. Əvvəl Gəncədə, sonra Qarabağda, Şəkidə, Qubada və Azərbaycanın başqa bölgələrində baş verən qiyamlar müəyyən müddət davam etsə də, sonrada...
ANL
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Qarabağ xalçaları: keçmişdən bu günə. Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nadir cins atları ilə yanaşı, həm də nəfis xalçaları ilə dünyada tanınır. Qədimliyi i...
ANL
Şairin köynəyi sözdü! Şair onu "geyinəndə" köynək adama yaraşır, adam köynəyə! Şair qardaşım Sərvaz Hüseynoğlunun da belə bir köynəyi var: Şair köynəyi! Uşaqlıqda Sərvazına tikdiyi, aldığı köynəklərə oxşadığına görə. Adamlara soyunub verə bilər şair o köynəyi. Amma istəsələr,quşlara da verə bilər, daşlara da... Sürünür...
ANL
Gözləyirəm. İtir fikrin, düşüncənin düzümü, Təbdən çıxıb çaşdırıram özümü, Yoldan-rizdən ayırmıram gözümü, Sarır bütün varlığımı çən-duman, Gözləyirəm, gələcəksən nə zaman? Havalanıb boş görməkdən yanımı, Bil, oluram taleyimdən bədgüman, Gözləyirəm, gələcəksən nə zaman? Ötənləri birər-birər yadıma. Yetmir əsla, düşünmü...
ANL
Müasir İncəsənət Muzeyində daha bir fərdi sərgi. Dekabrın 9–dan 25-dək Müasir İncəsənət Muzeyində heykəltəraş–rəssam Fərəc Rəhmanovun “Moon is burning” adlı fərdi sərgisi açılacaq. Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunacaq. “Moon is burning” sərgi...
ANL
Vyana səhnəsində "Xəzər virtuozları". Avstriyanın paytaxtı Vyanada gənc azərbaycanlı musiqiçiləri öz sıralarında birləşdirən "Xəzər virtuozları" kamera orkestrinin konserti keçirilib. Vyananın Landştrasse rayonu magistratının tədbir zalında keçirilən konsertdə N.A.Rimski-Korsakov, P.İ.Çaykovski, D.D.Şostakoviç, F.Əmiro...
ANL
Minskdə Bəxtiyar Vahabzadə xatirəsi yad edilib. Belarusun paytaxtı Minskdə Azərbaycanın Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycanın Belarus Respublikasındakı səfirliyinin, Belarusun "Azərbaycan icmaları konqresi" beynəlx...
ANL
"Səttar yadigarı" təqdim olunub. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Bülbülə qəsəbəsində yerləşən Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında tarixçi-publisist Təranə Cəbiyevanın Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-şair Əbdülağa Kazımlıya ithaf olunan "Səttar yadigarı" kitabının t...
ANL
Xalq şairi Zəlimxan Yaqub Göyçədə. YAXUD İLK KİTABIN VƏ BİR ŞƏKLİN TARİXÇƏSİ. "Yarpaq tökümü" özünü yeni-yeni göstərirdi. İlin "qüruba doğru" yön aldığı belə bir zamanda havada bu yerlərin təbiəti üçün çox da xarakterik olmayan qeyri-adi mülyimlik hökm sürürdü. "Bar-bəhər" fəsli "yaydan qalma günlərin" hesabına mövsümü...
ANL
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. Texnika, internet əsrində yaşamağımızın, qloballaşmanın faydalı tərəfləri danılmazdır. Amma əgər bütün informasiyanın, kitabların, bədii və elmi ədəbiyyatın elektronlaşması, insanlar arasında virtual ünsiyyətin üstünlüyü ələ alması bu dünyanın adamının özünün robotlaşmasına,...
ANL
Cahangir Novruzov: “Azərbaycanda teatr üçün yaradılan şərait Türkiyədə yoxdur”. "Kaş Azərbaycan aktyorlarının təhsil imkanları ilə Türkiyə aktyorlarının cəsarəti, sənət və vətən sevgisi bir yerdə olardı". Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun müs...
ANL
Düşüncə mozaikası. ...Hərdən düşünürsən ki, bu qədər adam sıxlığında sanki sıldırım qayalar, qara daşlar arasında yaşayırsan. Qapını açmağa peşman olursan, adamların soyuqluğu sərt külək kimi üzünə-gözünə çırpılır. Dünyanın o üzünə keçmək istəyirsən. Odur ki, adamların bir-birinə biganəliyini, ögeyliyini qulaqardına vu...
ANL
Tofiq Bakıxanovun 85 illiyi ilə bağlı konsert keçirilib. Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində kamera konserti təşkil olunub. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığ...
ANL
Budapeştdə "Atəşkəs" sənədli filminə ictimai baxış olub. Azərbaycanın Macarıstandakı səfirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi və Macarıstan Turan Fondunun təşkilatçılığı ilə macar və Azərbaycan kinematoqrafçılarının çəkdiyi Dağlıq Qarabağdakı erməni işğalından, bu ərazilərdə həyata keçirilən etnik t...
ANL
Bəxtiyar Vahabzadənin 90 illiyi Ankarada silsilə tədbirlərlə qeyd edilib. Ankarada TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və Milli kitabxanaları tərəfindən Xalq şairi, türk dünyasının görkəmli söz adamı Bəxtiyar Vahabzadənin anadan olmasının 90-cı ildönümü münasibətilə silsilə tədbirlər keç...
ANL
Türk dünyası mədəniyyətinin təbliğində önəmli addım: "Mahnıdan Şarkıya". "Mahnıdan Şarkıya" - bu, Azərbaycandan başlayıb, türk dünyasına uzanan möhtəşəm bir proyektin adıdır. Bütün qardaş türk dünyasının qəlbinin şeirlərlə, mahnılarla, şarkılarla bir vurduğu nəhəng proyekti həyata keçirən Azərbaycan Bəstəkarlar İttifaq...
ANL
Demokratik mətbuatın Heydər Əliyev konsepsiyası. Tarixən bir missiya qədəmi ilə meydana çıxmış mətbuat yaranışının lap ilk çağlarından hakimiyyət və cəmiyyət münasibətlərinin, dövlət idarəçiliyinin demokratikləşməsi yolunda öz missiyasını yerinə yetirməkdədir. Hər bir ölkənin, hər bir dövlətin və hər bir millətin demok...
ANL
Dilbilməz ayrılıq duranda qəsdə, Ürək inildəyər sarı sim üstə. İlahi, nə çoxmuş dərdi şikəstə, Gecəsi ağlayan, gündüzü gülən. Tale yarıdıbdı ömürdən kimi, Sərçə dimdiyində ömür dən kimi. Elə doğulandan ağlar gözlərim, Heç görən oldumu Hafizi gülən. Gəldiyin yollara, gedər-gəlməzə, Gözümün yaşını sıxıb ağlaram. Yükü çox...
ANL
Mənim əllərimdə bir əl soyuyar, Sənin gözlərində bir baxış sönər. Deyərsən, unutdum, deyərəm, unutmadın. Məni dünənlər qovurduqca. sabahlar isladar, Sən heç nə olmamış kimi. xəlvətdə sızlayarsan, Deyərsən, unutdum, deyərəm, unutmadın... Hər gün səndən qalan xatirələri. oxşaya-oxşaya arxanca gedəndə, Sənin qayıtdığını g...
ANL
Rəssamlıq sənətimizin tarixində parlaq bir imza - Kamil Xanlarov. Azərbaycan rəssamlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Azərbaycanda peşəkar rəssam kadrların yetişdirilməsi istiqamətində onun əvəzsiz xidmətləri olub. Tahir Salahov, Toğrul Nərimanbəyov və bir çox tanınmış rəssamlarımızın ilk müəllimi olduğu...
ANL
Türkiyədə Azərbaycan ədəbiyyatı. Bizim nəsil Azərbaycan ədəbiyyatı nümunələrini ilk dəfə Azərbaycan jurnalında oxudu. Məmməd Əmin Rəsulzadənin Ankarada qurduğu Azərbaycan dərnəyinin sanıram üç ayda bir çıxardığı “Azərbaycan” jurnalını maraqla gözləyər və gələr-gəlməz də bütün səhifələrini əzbərcəsinə oxuyardıq. O jurna...
ANL
I. İlin ən təəccüblü ədəbi hadisəsi Milan Kunderanın yeni roman yazması olduğunu desəm, yəqin, yanılmaram. Bir Milan Kundera oxucusu kimi bu xəbər məni də heyrətləndirdi. Düzü, yaşının bu vaxtında nə onu sevənlər, nə ədəbi tənqidçilər, nə yazıçılar ondan roman yazacağını gözləmirdilər. Xəbəri eşidən hər kəsin kitab dük...
ANL
Şahmat dünyası və ilahə Kaissanın kahinləri. ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. Bütün oyunlar içərisində şahmatın icadını, meydana gəlməsini onu insan zəkasının inkişafına xidmət edən bir növ hesab etməklə, ümumi proqressdə xüsusi bir mərhələ kimi qəbul etmək olar. Bu oyun ağlın inkişafına, güclənməsinə böyük təsir göstərən ...
ANL
Ağdamda nəyim qaldı? Dediyim kimi, ögeyli-doğmalı qardaş-bacılarımdan kənd məclislərinə getmək təkcə mənim imtiyazımdı. Təbii ki, burada mənim çox yaraşıqlı uşaq olmağım da rol oynayırdı. Valideynlərim mənimlə qürrələnirdilər. Kənd toyları əsrarəngiz yuxular kimi yadıma düşür. Düzdür, yaşa dolduqca, elə birbaşa deyək, ...
ANL
portret-povestdən parçalar. Sevdiyim və məni sevən dostlara! O vaxt jurnalın məsul katibi isə indi bu dərgiyə rəhbərlik edən İntiqam Qasımzadə idi. Bir yay günü, daha dəqiqi, bazar günü səhər ertədən məhəllə camaatından kimsə Aydını çölə çağırır. Və o da həyətə düşəndə qapılarının ağzında bir ağ “Jiquli” görür (Aydın b...
ANL
Tədbir də şəhərin göbəyində ola, Muğam Mərkəzində. Gecikməməkdən ötrü nə qədər erkən çıxırsan çıx, yenə də bu böyük meqapolisin siqnallı, hay-küylü tıxaclarından sıyrılmalısan. Bütün o zil səsləri, əsəbi sürücüləri, addım-addım irəliləyən maşınları arxada qoyub Bulvarın səssizliyinə daxil olan kimi ovqatın dəyişilir. Ç...
ANL
Neftçaladan iki məktub. Əzizim Əjdər Ol! Neftçalaya gəlişinlə çoxlarının unutduğu rayonuma təzə nəfəs gətirdin, ömrün uzun, bütün əməllərin xalqı, milləti, ailəni sevindirsin! Kamil şəxsiyyət millətin danışan heykəlidir. Kitablarınızı oxudum, elə bil, danışan heykəllə görüşdüm. Amandır, bu xisləti, bu mənəviyyatı qoruy...
ANL
Sözünüz yerə düşməsin! Həmişəki kimi daha çox ötüb keçənlərdən danışırdıq. Mən Əjdər Olun “Ölümlə zarafat” kitabını yeni bitirmişdim. Janrından asılı olmayaraq bütün əsərləri xoşuma gəlmişdi. “Xoşuma gəlmişdi” kitab haqqında təəssüratımı tam ifadə etmir. Ancaq bu sözlər yerli-yersiz o qədər işlənib ki, adama bir az sax...
ANL
Bu adı Azərbaycanda neçə adam bilir və nə qədərimiz onu gərəyincə tanıyır? Yüz faiz əminəm ki, millətini atəşin məhəbbətlə sevmiş və qısa ömrü ərzində yurdu və xalqı üçün çoxlu və çox faydalı işlər görmüş Əsgər ağa Adıgözəlov Goranini onun layiq olduğu səviyyədə tanıyıb-bilənlərin miqdarı barmaqla sayılacaq qədər azdır...
ANL
Fərid Rəsulovun “YEGANESHANS”ı Müasir İncəsənət Muzeyində. Müasir İncəsənət Muzeyində gənc rəssam Fərid Rəsulovun “YEGANESHANS” adlı fərdi sərgisi açılıb. Sərgidə ənənəvi üsullarla işlənib hazırlanan sənət əsərləri nümayiş olunur. Tədbirdə Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov çıxış edərək sərgi və rəssam...
ANL
Avrasiya Yazarlar Birliyinin nəşri olan “Qardaş qələmlər”in oktyabr sayı məşhur qırğız şairi Alıkul Osmanovun 100 illik yubileyinə həsr olunub. Dərgi yubilyarın şeirləri ilə açılır. Şeirləri TÜRKSOY baş katibi Düsein Kaseinovun “Türk dünyasının tayı-bərabəri olmayan şairi” yazısı izləyir. Baş katib məqalədə Alıkul Osma...
ANL
Heydər Əliyev silsilə mədəniyyət tədbirləri ilə də anılıb. Heydər Əliyev Sarayında Ümummilli liderin büstü qarşısında anım tədbiri keçirilib. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxışdan sonra Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edib və Ulu öndərin ...
ANL
Xalq yazıçısı Elçinin Rəşid Behbudovla bağlı kitabının təqdimatı keçirilib. Dekabrın 11-də Miniatür Kitab Muzeyində Xalq Yazıçısı Elçinin “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kitabda Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haq...
ANL
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”. Dekabrın 9-da Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar təşkil olunub. Tədbirdə əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi b...
ANL
“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti”. “Nitq mədəniyyəti hər bir xalqın əsrlərlə formalaşdırıb bu günə çatdırdığı ən vacib, ən mühüm tərkib hissələrindən biridir. Ulu öndər Heydər Əliyevin XX əsr Azərbaycan siyasi natiqliyinin, ümumiyyətlə, Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında rolu birmənalı şəki...
ANL
Azərbaycan multikulturalizmi - dünyaya örnək model. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. Eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasət anlayışını özündə ehtiva edən multikulturalizm- term...
ANL
Heydər Əliyev: siyasətdə Qələbə simvolu. Bu gün orta və yuxarı yaş nəslinə mənsub olan soydaşlarımızı dünyagörüşü baxımından gənc nəsildən fərqləndirən önəmli məziyyətlərindən biri onların mahiyyət və struktur etibarı ilə bir-birinin tam əksi olan iki ictimai-siyasi formasiyada, iki fərqli cəmiyyətdə yaşaması və hər ik...
ANL
Böyük azərbaycanlı. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın bütövlüyü, müstəqilliyi, xalqın bugünü və xoşbəxt gələcəyi naminə ömrünü şam kimi əridən, milyonların qəlbində əbədiyyət qazanmış müdrik şəxsiyyət, böyük azərbaycanlıdır. Ulu Öndərin unudulmaz xatirəsinin anım günü ərəfəsində bu böyük şəxsiyyəti xatı...
ANL
Xalq yazıçısı Anar Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının, irihəcmli “Qalib gəldi, qalib getdi” essesinin müəllifidir. Yazıçının son aylarda qəzetimizdə hissələrlə çap olunan “Yaşamaq haqqı” traktatında ümummilli liderə həsr olunmuş bir neçə bölüm yer alıb. Ulu Öndərin anım günündə həmin bölümlərdən...
ANL
Lider və şəxsiyyət: təkrarolunmaz Heydər Əliyev nümunəsi. İndi dünyanın müxtəlif regionlarında müşahidə edilən ixtilaflar "siyasi lider" anlayışını daha da aktuallaşdırıb. Mütəxəssislər qlobal miqyasda geosiyasi nizamın pozulduğunu vurğulayırlar. Dünya xaosa doğru sürüklənir. Böhran getdikcə daha geniş məkanı əhatə edi...
ANL
İnteqrasiyanın Azərbaycan modeli. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi. Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, Yer kürəsinin bütün qitələrini əhatə edir. Bir çox tədqiqatçılar inte...
ANL
Bu dünyaya əl yellədib gedən insan. Kişinin biri də artdı, yaradan özü ruzusunu yetirsin - dedilər. Ad qoyan tale yazmır. Bəxtimizi tanrımız yazır... Tanrımız da onu məşəqqətli illərin qada-balasından qorudu... Müharibə insanların başını elə qatmışdı ki... Əməköməci, quşəppəyi yığa-yığa böyüdü, dirədöymə, çilingağac oy...
ANL
Günəşli yatağındakı qəzada həlak olanlara ithaf. Güney Azərbaycanın Əhər şəhərində müəllim işləyən Həmid Ənbaz bugünlərdə Günəşli yatağında baş verən qəzadan təsirlənib və qəza qurbanlarının xatirəsinə ehtiram olaraq bu şeiri qələmə alıb. Son görüşüm mesaj oldu, Halal eylə gələmmirəm. Gözlərimlə yol çəkirəm, Halal eylə...
ANL
Tanınmış telejurnalist, sənətşünas alim, görkəmli pedaqoq Etibar Babayevin bu gün 65 yaşı tamam olur. Yaradıcı-ziyalı mühitində boya-başa çatan E. Babayev əvvəlcə Teatrşünaslıq fakültəsini, daha sonra politologiya ixtisasını bitirib. Görkəmli telejurnalist fəaliyyətə 1970-ci ildən Azərbaycan Teleradio Verilişləri Komit...
ANL
Ötən gün görkəmli müğənni Rəşid Behbudovun 100 yaşı tamam olması münasibətilə yaxınları, sənət dostları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda unudulmaz sənətkarın məzarını ziyarət ediblər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın həyat və yaradıcılığı...
ANL
İstedadlı ifaçının ilk uğurları. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində istedadlı muğam ifaçıları nəsli yetişir. Onların arasında 12 yaşlı Nəcibə Məmmədovanın adı xüsusi yer tutur. C.İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəbinin VII sinif şagirdi olan bu istedadlı qız hələ kiçik yaşlarında ikən mə...
ANL
Görkəmli bəstəkar Əşrəf Abbasovun xatirə konsertindən təəssüratlar. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin sayəsində ötən əsrin əvvəllərindən Azərbaycan musiqisində peşəkar bəstəkarlıq məktəbi yarandı. Bu, musiqi mədəniyyətimizdə və hətta bütövlükdə Azərbaycan mədəniyyəti tarixində yeni bir mərhələ və böyük hadisə idi. ...
ANL
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Kitabi-Dədə Qorqud” müzakirəsi. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Myultikulturalizm Mərkəzində müşavirə keçirib. APA-nın məlumatına görə, müşavirədə “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşün...
ANL
Mifik və bədii düşüncə tariximizin maraqlı səhifəsi: Əshabi-Kəhfə bir hekayət. Pedaqoji və uşaq mətbuatı tarixinə aid silsilə yazılar hazırlayarkən "Maarif" jurnalının 1921-ci ilə aid birinci nömrəsində Quran mövzusunda olan maraqlı bir yazıya rast gəldim. Müəllifi Kərim İsmayılzadədir. Kərim İsmayılzadə Zaqafqaziya Mü...
ANL
İnsan hüquqlarının qorunması prioritet vəzifə kimi. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması. Azərbaycanda iqtisadi inkişafla yanaşı, ictimai-siyasi həyatda müsbət dəyişikliklərin olması da göz önündədir. İnsan ...
ANL
Çin-Azərbaycan münasibətləri yeni müstəvidə. AZƏRBAYCAN QƏDİM İPƏK YOLUNUN BƏRPASI İLƏ TRANZİT ÖLKƏ KİMİ DÜNYANIN DİQQƏT MƏRKƏZİNƏ DÜŞƏCƏK. Xəbər verdiyimiz kimi, dekabrın 8-də Prezident İlham Əliyev Çinə səfər edib. Dövlət başçısı səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin, baş nazir Li Keçyan, eləcə ...
ANL
Ötən dərsin davamı. O, böyük alim idi və tarixdə qalmaq haqqına layiqliyi artıq sağlığında özünə də, ətrafdakılara da bəlli idi. 1970-ci ildə yazdığı şəxsiyyətlər haqda düşüncələrini Romen Rollanın sözləri ilə başlayırdı və həmin müdrik fikir elə akademik Şəfaət Mehdiyevin özünə də çox yaraşırdı: "O şəxslər həqiqətən b...
ANL
Kəlbəcər vurğunu, Yanşaq sevdalısı, el ağsaqqalı... UNUDULMAZ TƏHMƏZ CƏFƏROVUN ƏZİZ XATİRƏSİNƏ. Hüseyn Arif. Bilirdim ki, Təhməz müəllim haqqında yazmaq mənim üçün çətin olmayacaq, axı heç nə yadımdan çıxmayıb, onun siması, uca qaməti, əsl dağ adamına xas olan boy-buxunu, yaraşığı gözlərimin önündən getməyib. Tay-tuşla...
ANL
Vahid Məhərrəmovdan "Kəsilməyən atəş səsləri". Bu yaxınlarda hərbi müxbir, yazıçı Vahid Məhərrəmovun "Kəsilməyən atəş səsləri" kitabı nəşr edilib. Kitaba müəllifin müxtəlif illərdə yazdığı hekayələr, publisistik məqalələr və "Cəza" povesti daxildir. Müharibədən bəhs edən hekayələrin qəhrəmanları olan zabit və əsgərlər ...
ANL
Azərbaycanlı rəssamın əsərləri Gürcüstanın Parlament Kitabxanasında. Gürcüstan Parlamentinin Milli Kitabxanasında azərbaycanlı gənc rəssam Rasim Həsənovun rəsm əsərlərinin sərgisi açılıb. "Xeyir və şər" adlı sərginin açılışında elm, mədəniyyət xadimləri, hökumət rəsmiləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndəl...
ANL
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Xanlar Məmmədovun "Ömrün 70 ili" adlı rəsm sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşkilatçılığı nəticəsində reallaşıb. Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin...
ANL
Abid Tahirli haqqında biblioqrafik göstərici nəşr olunub. Bugünlərdə tanınmış ədəbiyyatşünas ailm, publisist Abid Tahirlinin 60 illiyi münasibətilə biblioqrafik göstəriciləri əhatə edən kitab işıq üzü görüb. Kitabı dosent Rasim Süleymanov tərtib edib. Nəşrə Azərbaycan mühacirət ədəbiyyatının və mətbuatının fəal tədqiqa...
ANL
Azərbaycan dolması beynəlxalq kulinariya festivalında. Hər il Poltava İqtisadiyyat və Ticarət Universitetinin (PİTU) bazasında Texnoloq Gününə həsr edilən "Peşə ustalığı bayramı" adlı beynəlxalq kulinariya festivalı keçirilir. Tədbirdə ənənəvi olaraq Ukrayna, Azərbaycan, Gürcüstan, Polşa və Türkmənistanın ictimai iaşə ...
ANL