Search is not available for this dataset
text
stringlengths
10
518k
Daha ətraflı “ATV Xəbər”in süjetində:
İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərində dinc sakinlərin təxliyəsi və radikal HƏMAS hərəkatının qalan dörd batalyonunun məhv edilməsi üçün plan hazırlamağı əmr edib.
Bu barədə baş nazirin idarəsi məlumat yayıb.
Netanyahu hələ fevralın 7-də bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində döyüşlərin başlanmasına hazırlıq əmri alıblar.
BMT-nin baş katibi Antonio Quterreş Qəzzada hərbi əməliyyatın miqyasının yüz minlərlə fələstinlinin sığındığı Rəfah sərhəddinə qədər genişləndirilməsi planlarından narahatlığını bildirib.
Onun sözlərinə görə, bu, anklavda humanitar vəziyyətin pisləşməsinə səbəb ola bilər.
ABŞ-nin Florida ştatının Neypls şəhərində kiçikhəcmli təyyarə avtomobillə toqquşub.
Qeyd olunur ki, təyyarə nəqliyyat vasitəsinə I-75 magistral yoluna enərkən çırpılıb.
Toqquşmadan sonra hadisə yerində yanğın başlayıb.
Ölənlər və yaralananların sayı bəlli deyil.
Tikinti materialları bahalaşıb.
Səbəb idxalda yaranan problemlərlə və istehsalla əlaqələndirilir.
Tikinti bazarındakı satıcılar isə hazırda taxtanın qiymətinin 330-335 manat arası dəyişdiyini bildirirlər.
Bəs mövcud qiymət artımı əmlak bazarına necə təsir edir?
Daha ətraflı “ARB Xəbər”in süjetində:
Fransa Ermənistana 29 milyon avro dəyərində humanitar yardım göstərib.
Görüşdə Sejurne Fransanın 2023-cü ildə Ermənistana 29 milyon avro məbləğində yardım etdiyini bildirib və humanitar dəstəyin bundan sonra davam etdirəcəklərini vurğulayıb.
“Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırdır”.
Görüşdə fransalı nazir Parisin Avropa İttifaqı və ABŞ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi sahəsindəki vasitəçilik səylərini dəstəklədiyi qeyd edib.
O, yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət əsasında ədalətli və davamlı sülhün mümkün ola biləcəyini vurğulayıb.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Siyasi Elmlər Universitetinin (Science Po de Paris) Asiya Assosiasiyasının tələbələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir tələbələrə Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəni irsi, xarici siyasəti və regionda mövqeyi haqqında ətraflı məlumat verib.
Diplomat Avropa ilə Asiya arasında çox mühüm geosiyasi məkanda yerləşən Azərbaycanın daim müstəqilliyi uğrunda mübarizə aparmasından söz açıb, ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu, bu respublikanın Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilməsindən, bu gün ölkədə bütün sa...
Bildirib ki, ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən Azərbaycan elə ilk gündən Ermənistanın hərbi təcavüzü ilə üzləşib.
Otuz il davam edən erməni işğalı zamanı ölkəmiz münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışdığını deyən səfir qeyd edib ki, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, eləcə də Ermənistanın hərbi təxribatları Azərbaycanı torpaqlarını müharibə yolu ilə azad etməyə məcbur edib.
2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində işğal altındakı ərazilərimiz azad edilib.
Səfir qeyd edib ki, bununla da Azərbaycan regionda yeni reallıqlar yaradıb.
Ölkəmizin niyyəti regionda sabitliyin və sülhün bərqərar olunmasına töhfə verməkdir.
Səfir, həmçinin müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı, ümummilli lider Heydər Əliyevin ölkə iqtisadiyyatını yenidən dirçəltməsindən, “Əsrin müqaviləsi”nin imzalanmasından, dünyanın nəhəng şirkətlərinin ölkəmizə cəlb edilməsindən söz açıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın reallaşdırdığı nəhəng enerji layihələri Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük töhfələr verib.
Tələbələr, eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü olan “Yaşıl enerji” strategiyası, enerji mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerjinin önəmi barədə məlumatlandırılıb.
Vurğulanıb ki, Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolların üzərində yerləşən Azərbaycan qitələri birləşdirir və regionun nəqliyyat-logistika mərkəzinə çevrilib.
Qeyd edilib ki, qlobal miqyasda siyasi, iqtisadi və ekoloji çətinliklərin hökm sürdüyü bu dövrdə bir çox ölkələrin maraq dairəsində olan Zəngəzur dəhlizi regionun, eləcə də 3 qitənin - Avropa, Asiya və Afrika qitələrinin iqtisadi inkişafına mühüm töhfələr verəcək.
L.Abdullayeva, həmçinin ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyündən, eləcə də Qoşulmama Hərəkatına sədrliyindən söz açıb.
Bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini deyib.
Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.
Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazidə üç hektar sahədə kol-kos və bir ədəd elektrik dirəyi qismən yanıb.
ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur “Carnegie Hall” konsert mərkəzi Azərbaycan musiqisinə ev sahibliyi edib.
Anşlaqla keçən konsert proqramına müxtəlif ölkələrdən olan sənətsevərlər və Amerikada yaşayan azərbaycanlılar qatılıb.
Konsert proqramı dünya şöhrətli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun 90 illik yubileyinə həsr olunub.
Gecədə sənətçi bəstəkar Arif Məlikovun Azərbaycan musiqisinə və dünya incəsənətinə bəxş etdiyi əvəzolunmaz töhfələrdən bəhs edilib.
N.Əliyarova konsertdə bəstəkarın “Məhəbbət əfsanəsi” baletindən fortepiano üçün işlənmiş parçaları ifa edib.
Pianoçu baletin süjet xəttini danışıb, bu əsərin Məlikovun yaradıcılığında tutduğu mərkəzi roldan söz açıb, baletin dünyanın onlarla müxtəlif səhnələrində qoyulduğunu vurğulayıb.
Gecədə pianoçu A.Məlikovun musiqisi ilə yanaşı, dahi bəstəkarlar Bethovenin, Şopenin və Debüssinin əsərləri də ifa edilib.
N.Əliyarovanın ifasında Şopenin valsı gecəyə xüsusi rəng qatıb.
Yerli sənətsevərlər musiqiçinin ifasını heyranlıqla dinləyiblər.
Çıxışının sonunda qonaqlar pianoçunu ayaqda alqışlayaraq yenidən səhnəyə çağırıblar.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində üzərində odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Eldəniz Burcalıyev saxlanılıb.
Onun üzərində daşıdığı bağlamaya baxış keçirilərkən bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, eləcə də həmin silaha məxsus beş patron aşkar edilərək götürülüb.
E.Burcalıyev ifadəsində həmin silahı tapdığını və gizlətmək məqsədilə yaşadığı ünvandan başqa yerə aparmaq istədiyini bildirib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbiri nəticəsində isə Əli Novruzov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəl...
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Qusar rayonunun Hil kəndində ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Hadisə bu gecə 02:05-də paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Zəncirvari yol-nəqliyyat hadisəsində ölüm faktı olmayıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, “Ford” markalı maşın “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə toqquşub:""“Toqquşmadan sonra “Chevrolet” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan “Hyundai” və “Toyota Prius” markalı nəqliyyat vasitələrinə çırpılıb.
Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır”.
09:27"Bakıda gecə saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib.
Zəncirvari qəzanın videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata görə, “Ford Fusion”, “Toyota Prius” və daha iki avtomobil bir-birinə çırpılıb.
Həmin görüntüləri təqdim edirik:""Könül Cəfərli
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil olmuş 33 kiloqram narkotik vasitə, psixotrop maddə və həblərin paytaxt ərazisinə çatdırılaraq burada realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərçivan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini, hazırda narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dövlət sərhədini qanunsuz keçmə maddələri ilə axtarışda olan, əvvəllər isə Cinayət Məcəlləsinin oğurluq, xu...
Həmin nəqliyyat vasitəsinin yük yerindən A.Şirəliyevə məxsus iki ədəd torbadan umumilikdə 15 kiloqram heroin, 16 kiloqram marixuana, iki kiloqram metamfetamin və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilmiş həmin narkotik vasitələri pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib.
A.Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Astara rayonunda son bir ay ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 11 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycan daha bir tarixi ana şahidlik etdi.
Fevralın 7-də ilk dəfə olaraq bütün suveren ərazilərimizdə növbədənkənar prezident seçkisi uğurla təşkil olundu.
Gözlənildiyi kimi, bu dəfə də xalqımızın seçimi qalib Prezident İlham Əliyev oldu.
Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına əsasən, İlham Əliyev seçicilərin 92 faizindən çoxunun səsini alaraq inamlı qələbə qazanıb.
Bu seçki prosesi müstəqillik tariximizdə bir çox ilklərə imza atılmaqla da yadda qaldı.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.