Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Kənddə böyük torf ehtiyatları var idi, orada ermənilər torf fabriki tikmişdilər. |
Kənd camaatı torfdan yanacaq kimi istifadə edirdi. |
Kənddə ermənilər və ruslar da yaşayırdılar. |
Onun sözlərinə görə, erməni qonşuları Qarabağ məsələsi ilə bağlı Ermənistanda yaşayan azərbaycanlıların hamısını ölkədən çıxarılacağını və öldürüləcəklərini deyib:“Danel atama demişdi ki, yəni siz indidən gedin, gəlib öldürəcəklər. |
1988-ci ilin fevral ayında hadisələr başlayanda bizim camaat aktivlik etdi. |
Dərhal sovet qoşunlarını Basarkeçərlə bizim kəndin arasına gətirib oraya qoydular. |
Üstündən bir müddət keçəndən sonra rusları çıxardılar, saqqallı ermənilər rayonda mərkəz yaratdılar və Alı dayının oğlunu oğurladılar. |
Kəndə 2-3 dəfə hücum oldu, evləri yandırdılar, postlar qurdular. |
Bundan sonra camaat çıxmağa başladı”. |
Ş.Əliyev kəndi tərk edərkən 10-cu sinifdə oxuduğunu deyib:“Qardaşım Əliyev Eldəniz 8-ci, bacım Əliyeva Şəhla 6-cı sinifdə oxuyurdu. |
Atam Mail Əliyev, anam Leyli Binnətova kənddən çıxmadılar. |
Bizi - 3 uşağı maşına qoyub Bala Məzrəyə gətirdilər. |
Gecə idi, qış idi, qar yağmışdı. |
Bala Məzrədən Kəsəmənə babamgilə 4-5 kilometr ayaqla getdik. |
1988-ci ilin oktyabr-noyabr ayları idi Azərbaycandan Kəsəmənə vertolyotlar gəldi, biz 3 uşağı vertolyotla Gədəbəyin Rüstəmli kəndinə, oradan da avtobusla Gəncəyə gətirdilər. |
Bir müddətdən sonra da oradan Sumqayıta gəldik. |
Atam, anam, biz uşaqlar 4-5 aydan sonra görüşdük. |
Ermənilər atamı yolda öldürmək istəyiblər. |
Avtomat silahla boynunun arxasına vurmuşdular”. |
Qanlı sakini kəndin məhəllələrindən, bulaqlarından, yer və yurd adlarından söz açıb, daim Vətən həsrəti ilə yaşadığını söyləyib:“Mən oraya qayıdaram və qayıtmaq da istəyirəm. |
Bütün fikrim-zikrim də odur və qayıdacağam da. |
Babamın nəsli bu günə qədər üç dəfə qovulub və geri qayıdıb, kəndi dirçəldib, böyüdüblər. |
Sonda isə biz nəvələri qovdular. |
Ona görə də, Göyçəyə, Qanlıya getməyə hazıram və biz qayıtmalıyıq. |
Mən gedib Qanlıda, Basarkeçər rayonunda “Basarkeçər” televiziyasını yaradıb orada işləyəcəyəm və orada yaşayacağam”. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
“Oskar” mükafatına namizəd Mark Ruffalo Hollivudun Şöhrət xiyabanında şəxsi ulduzuna sahib olub. |
Aktyoru dəstəkləməyə onun həyat yoldaşı, uşaqları, həmkarı Cennifer Qarner, rejissorlar Devid Finçer, “Marvel”in prezidenti Kevin Feyq və başqaları gəliblər. |
Ruffalo toplaşanlara dəstəyə görə təşəkkür edib və Hollivuddakı yaradıcılıq yolunun necə başladığını xatırladıb:""“Nənəm mənə həftədə 20 dollar göndərirdi və “Sənə inanıram” yazırdı”, - aktyor bildirib. |
Qeyd edək ki, Ruffalonun ulduzu Hollivud Bulvarında sayca 2722-cidir. |
Britaniyalı aktyor Orlando Blum London küçələrində elf geyimində görüntülənib. |
Paparazzilər 47 yaşlı sənətçini yaxalıqlı sviter, qeyri-adi manjet və şalvardan ibarət al-qırmızı və yaşıl kostyumda qeydə alıblar. |
Bundan əlavə, o, adıçəkilən çalarlarda dizə qədər corablar və gülməli iti burunlu düz ayaqqabılar geyinib. |
Aksessuar kimi stilistlər aktyora qırmızı kəmərli çanta və pomponlu papaq seçiblər. |
Məlum olub ki, bu obrazda Blum yeni komediya filmində rol alır. |
Sosial şəbəkələrdə və yerli mediada mərhum aktyor Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayılıb. |
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı aktyorun qızı Rübabə Səməndər sosial şəbəkədə açıqlama yayıb. |
O bildirib ki, bunlar yalan məlumatlardır və əks olunan görüntülər montaj edilərək paylaşılıb. |
R.Səməndər atasının məzarından foto paylaşaraq, - “Budur ailəmin məzarı. |
Görün burada baxımsızlıqdan əsər-əlamət varmı?”, - deyə şərh yazıb:""“Allah bunu düzəldib paylaşanların bəlasını versin. |
Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mənim yaşadığımı yaşasın. |
Mənim kimi əzizləri yanaşı yatsın məzarda, bəlkə o zaman insafları qımıldanar. |
Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb insan olsun. |
Sadəcə Allaha tapşırıram belələrini”. |
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər. |
Bunu İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Hədami deyib. |
“Əgər maliyyə vəsaiti təmin olunarsa, çatışmayan 162 kilometrlik hissənin tikintisi 5 il ərzində başa çatdırıla bilər”, - o bildirib. |
Nazir müavini əlavə edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən verilir. |
Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycandan keçməklə Hindistan, İran və Rusiyanı birləşdirəcək. |
Xalq artisti Flora Kərimova teleproqramlardan birində ömür boyu küsülü olduğu mərhum müğənni İlhamə barədə danışıb. |
“İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. |
Deyirlər ki, ölən insanın arxasınca danışmazlar. |
Doğrudan, bu dünyadan köçən insanın arxasınca danışmazlar, yalnız həqiqətdən başqa. |
İlhamə Quliyeva adama pislik edən insan idi.Ailəmin, qızımın, oğlumun haqqında o qədər xoş olmayan sözlər danışıb ki...Mən də bunlardan sonra “şişdim, şişdim, şişdim” və sonda “partladım”, - o bildirib. |
Lent.az-ın xəbərinə görə, müğənni kədərli bir xatirəsini də paylaşıb:"“Qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovdu. |
İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. |
Mən heç zaman heç kimin qarşısından qaçmamışam”. |
Fevralın 3-də Ermənistanla şərti sərhəddə Azərbaycan ərazisinə keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılıb. |
Caliber.Az xəbər verir ki, onun şərti sərhəddə minalanmış sahədən sağ-salamat keçə bilməsi maraq doğurur. |
Hələ o zaman şübhə yaranıb ki, saxlanılan şəxs Qərbin xüsusi xidmət orqanlarından birinin nümayəndəsi ola bilər və casusluq məqsədilə Azərbaycan ərazisinə daxil olmağa çalışır. |
Üstəlik, Ermənistan tərəfdəki şərti sərhəddə artıq Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyası fəaliyyət göstərir. |
Fevralın 5-də Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşının saxlandığını təsdiqləyib və Çexiyanın Bakıdakı səfirliyinin nümayəndələrinin onunla görüşmək istədiyini bildirib. |
Bu arada, məlumata görə, Çexiya vətəndaşı D.B. |
(bəlli səbəblərdən adı açıqlanmır) Laçın rayonu istiqamətində saxlanılıb. |
İlkin araşdırma zamanı məlum olub ki, D.B. |
güclü bədən quruluşlu, orta yaşlı rusdilli kişi olmaqla, özünü alpinist kimi təqdim etdi. |
O, Qarakilsə (Sisian) istiqamətindən hərəkət etdiyini və ərazidə azdığını bildirib. |
Lakin Çexiya vətəndaşının saxlandığı yerdən Qarakilsə kəndinə qədər olan məsafə 13-15 kilometrdir. |
Bundan başqa, bu istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin bir neçə postu yerləşir və hər iki istiqamətdə mövqelər arasında minalanmış sahələr var. |
D.B.-nin dediyinə görə, onun 37 yaşı var, subaydır və alpinizmlə məşğuldur. |
Onun sözlərinə görə, bu məqsədlə Meksika, Tayland, İndoneziya, Türkiyə, İtaliya, Fransa və Kolumbiyaya səfər edib. |
Həmin şəxs İrəvana təyyarə ilə gəlib, iki gün sonra isə Qafan rayonuna gedib. |
Daha sonra Ermənistan paytaxtına qayıtmaq qərarına gəlib. |
Lakin avtomobildən və ya digər nəqliyyat növündən istifadə etmək əvəzinə, D.B. |
nədənsə on kilometrlərlə uzaqda olan Qarakilsəyə piyada getməyə qərar verib. |
Döyüş növbətçiliyində olan hərbçi onu görüb və vəzifədəki baş zabitə məlumat verib. |
D.B aşkarlandıqdan sonra əllərini qaldıraraq mövqeyimizə yaxınlaşıb. |
Azərbaycan hərbçiləri onun paltarını və bel çantasını yoxlayıblar. |
Çantanın içərisindən iki pasport, mobil telefon, şarj cihazı, dırmaşma ipi, gün eynəyi, tibbi eynək və təbii ki, peşəkar fotoaparat tapıblar. |
D.B.-nin versiyasında əlavə suallar doğuran müəyyən uyğunsuzluqlar var. |
Birincisi, yeni ölkəyə, daha çox sərhədyanı ərazilərdə yerləşən bölgələrə getməzdən əvvəl, heç olmasa, sərhəd təhlükəsizliyinin vəziyyəti ilə əvvəlcədən tanış olmaq məntiqlidir. |
Üstəlik, Ermənistandakı bir çox Avropa səfirlikləri Ermənistan-Azərbaycan şərti sərhədinə səfərin arzuolunmazlığı ilə bağlı dəfələrlə müvafiq göstərişlər dərc ediblər. |
İkincisi, “alpinist” bu qədər erməni postundan necə xəbərsiz keçib? |
Bu, xüsusi hazırlıq olmadan mümkün deyil. |
O sahələrə elə həmin ərazilərdə yaşayan çobanlar belə yaxınlaşmağa qorxarlar. |
Üçüncüsü, “təcrübəli alpinistin” yanında niyə kompas yox idi? |
Uzun illər “dağadırmanma” ilə məşğul olan birisi üçün bu, inandırıcı deyil. |
D.B.-nin versiyasına şübhə kölgəsi salan daha bir məqam:O, Qafan rayonuna səfər edib. |
Ötən ilin avqustundan Aİ kəşfiyyat və müşahidə missiyasının ofislərindən biri məhz burada fəaliyyət göstərir. |
Bakıdakı evlərin birində eyvan aylardır ki, qəzalı vəziyyətdədir. |
Eyvanın uçmaması üçün altına taxta dirək qoyulub. |
Ərazidən həm piyadalar, həm də sürücülər istifadə edirlər. |
Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayonu, Əlövsət Quliyev 37 ünvanında yerləşən evin eyvanını yük maşını zədələyib. |
Yasamal rayonu Mənzil-kommunal təsərrüfat birliyindən isə bildirilib ki, sözügedən ərazidə yoxlamalar aparılıb. |
Lazımi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib. |
Sakinlər ümid edirlər ki, aylardır, güclü küləklərə rəğmən quru taxtaya söykənərək ayaqda duran eyvan hər hansı hadisəyə səbəb olmadan təmir edilər. |
Venesuela hakimiyyəti Qayananın mübahisəli Essekibo vilayətilə sərhədində silahlı qüvvələrini cəmləşdirir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.