Search is not available for this dataset
text
stringlengths
10
518k
Məlumata görə, rəsmi Karakas yüngül tankları, raketlə təchiz olunmuş patrul katerlərini və zirehli daşıyıcıları əraziyə toplayır ki, bu da peyk görüntüləri ilə təsdiqlənir.
Qeyd edək ki, ötən ilin sonuna olan məlumata görə, Venesuela silahlı qüvvələrinin tərkibində 150 minə yaxın hərbçi var.
Öz növbəsində, Qayana qoşunlarının sayı təxminən 3 min hərbçidir.
Xatırladaq ki, Venesuela Qayananın təbii ehtiyatlarla zəngin Essekibo bölgəsinə qarşı ərazi iddiaları irəli sürüb və öz iddialarını ümumxalq referendumu ilə möhkəmləndirib.
“Hizbullah”ın silahlı qüvvələri İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini raket sistemləri ilə atəşə tutub.
Məlumata görə, şiə döyüşçüləri İsrail ərazisinə azı 30 raket atıblar.
İsrail ordusunun mövqeləri yerləşən Qolan təpələrinin də atəşə tutulduğu bildirilib.
“Hizbullah”ın bəyanatında vurğulanıb ki, birbaşa zərbələr nəticəsində düşmən sıralarında ölən və yaralananlar olub.
İsrail tərəfi itklərlə bağlı məlumatları təsdiq etməyib.
Hokkey üzrə ikiqat olimpiya çempionu rusiyalı Aleksandr Kojevnikov Qazaxıstanın 2028-ci il dünya çempionatına ev sahibliyi etmək istəyini şərh edərkən Beynəlxalq Hokkey Federasiyasının (IIHF) prezidenti Luk Tardifi yaramaz adlandırıb.
Onun sözlərinə görə, Qazaxıstanın yaxşı infrastrukturu var və uzun müddətdir ki, hokkeyi inkişaf etdirir.
“Heç kim onları bu işdən çəkindirə bilməz.
Qazaxıstan hokkey sahəsində irəliləyir, orada yaxşı məktəblər yaranır.
Ən başdakı isə fransızdır, xalis yaramazdır”, - Kojevnikov bildirib.
Qeyd edək ki, 2022-ci ilin yazında IIHF rusiyalı oyunçuların hətta neytral statusda belə beynəlxalq turnirlərdə iştirakına icazə verməyib.
Rusiyadan 2023-cü ildə gənclər arasında dünya çempionatının ev sahibliyi etmək hüququ əlindən alınıb.
Bu qərarlar məhz Tardifin rəhbərliyilə qəbul edilib.
Pakistan Müsəlman Liqası - Nəvaz Partiyasının lideri, bir neçə dəfə ölkənin baş naziri olmuş Nəvaz Şərif özünü parlament seçkilərinin qalibi elan edib.
Lahordakı iqamətgahı qarşısında tərəfdarlarına müraciət edən siyasətçi həmçinin yeni koalisiya hökuməti qurmağa hazır olduğunu bildirib.
N.Şərifin sözlərinə görə, onun partiyası seçkilərdə ən böyük siyasi partiya olub.
Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Belə ki, VAZ-2107 markalı minik avtomobilinin betona çırpılması nəticəsində Məcidova Ülkər İslam qızı və Məmmədov İlyas İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müğənni Şəbnəm Tovuzlu plastik əməliyyat etdirən kişilərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda proqramların birində danışıb.
O, bəzi prosedurları bəylərə yaraşdırmadığını bildirib:""“Salon işlətdiyim üçün bu prosedurları çox yaxşı bilirəm.
Bizə bəylər müraciət edir, onlar gözətrafı və alın qırışları üçün botoks etdirirlər.
Kiçik qırış varsa, bunu etdirən kişilərə normal baxıram.
Qaşqaldırma bəylərə olmaz, yaxşı baxmıram.
Şou-biznes nümayəndələri arasında bunu etdirənlər var.
Qaşqaldırma, yanağa botoks və ya dodağa nəsə etdirməyi heç bir bəyə yaraşdırmıram”.
ABŞ-nin “Meta” şirkəti İranın ali rəhbəri Ayətullah Əli Xameneinin “Facebook” və “Instagram” sosial şəbəkələrindəki hesablarını silib.
“Biz bu hesabları təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətimizi dəfələrlə pozduğu üçün sildik”, - deyə “Meta”nın mətbuat xidməti bildirib.
Şirkət izah edib ki, sözügedən siyasət zorakılığı təbliğ edən və ya bu işlərdə iştirak edən təşkilatlara, insanlara “Meta” sosial şəbəkələrində hesaba malik olmağa icazə vermir.
Bu, Birləşmiş Ştatların terrorçu kimi tanıdığı təşkilatları təmsil edən, dəstəkləyən və ya onlara haqq qazandıran şəxslərə də aiddir.
Mətbuat xidməti hesabların silindiyinə görə onları blokdan çıxarmağın mümkün olmadığına da aydınlıq gətirib.
Moldova Avropa İttifaqına (Aİ) daxil olmanın texniki mərhələsinə başlayıb.
Bunu respublika baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib.
“Fevralın 7-də biz Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki işlərin birinci mərhələsinə qədəm qoyduq.
Bizim ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var”, - o bildirib.
Gerasimova qeyd edib ki, birinci mərhələdə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi aparılıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv siniflərin açılması planlaşdırılır.
Oxu.Az-ın məlumatına görə, Şirvan-Salyan Regional Təhsil idarəsi korreksiyaedici pedaqoq mütəxəsislərinin işə qəbulu ilə bağlı müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək istəyənlər 9 fevral- 14 fevral 2024-cü il saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə uğur qazanmış namizədlər Şirvan-Salyan RTİ üzrə açılması planlaşdırılan inklüziv siniflərin fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələrində loqoped-defektoloq kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, vakansiya üçün korreksiya pedaqogikası yaxud loqoped-defektoloq ixtisasını bitirmiş şəxslər müraciət edə bilərlər.
Qeydiyyat üçün linkə keçid edə bilərsiniz.
Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Anatoli Bargileviçi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi təyin edib.
O, bu barədə axşam videomüraciətində bildirib.
Əvvəllər bu vəzifəni general-leytenant Sergey Şaptala tutub.
Bargileviç isə Ərazi Müdafiə Qüvvələrinə rəhbərlik edib.
Şabran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes-Benz” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - Nuray Nicat qızı Məmmədova, Yağmur Nicat qızı Məmmədova və Gülayə Novruz qızı Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Çernobıl Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yaşayan mutant canavarların xüsusi genomları var.
Radiasiyanın yaratdığı xərçəngə qarşı immunitet təmin edir.
Bu barədə Prinston Universitetinin bioloqu Kara Lavın araşdırmasında deyilir.
2014-cü ildə Lav və onun həmkarları təcrid zonasına gediblər və heyvanların xərçəngə səbəb olan radiasiyaya bədənin reaksiyasını anlamaq üçün yerli canavarlardan qan analizləri alıblar.
Alimlər xüsusi yaxalıqlardan istifadə edərək canavarların harada olduğu, həmçinin onların bədənlərinin hansı şüalanmaya məruz qaldığı barədə məlumatlar əldə ediblər.
“Lav aşkar edib ki, Çernobıl canavarlarının radiasiya müalicəsi alan xərçəng xəstələri kimi immun sistemləri dəyişib.
O, canavar genomunun xərçəng riskinin artmasına davamlı görünən spesifik bölgələrini müəyyən edib”, - məqalədə qeyd olunub.
Mütəxəssislər müəyyən ediblər ki, Çernobıl canavarları həyatları boyu hər gün 11,28 milliberdən çox radiasiyaya məruz qalırlar.
Bu, adi bir işçi üçün qanuni təhlükəsizlik limitindən altı dəfə artıqdır.
Məqalədə qeyd olunur ki, itlərin və canavarların orqanizmləri xərçənglə insan orqanizmi ilə eyni şəkildə mübarizə aparır.
Tədqiqat xərçəngdən sağ qalma şansını artıran qoruyucu mutasiyaları müəyyən etməli idi, lakin Lav və onun həmkarları pandemiya və Ukrayna ilə Rusiya Federasiyası arasındakı münaqişə səbəbindən Çernobıl AES-i tərk etmək məcburiyyətində qalıblar.
“Vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün hədəfimiz bütün avtobusların nağdsız ödəniş sisteminə keçidini təmin etməkdir”.
Bunu “Trend”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
“Sərnişindaşıma sahəsində aparılan islahatlar həm də bu istiqaməti əhatə edəcək.
Nağdsız ödənişlərin tətbiqi təkcə paytaxt Bakı ilə məhdudlaşmayacaq.
Sumqayıtda da şəhərdaxili ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqi üzrə işlər aparılır.
Bakı-Sumqayıt ekspres avtobusunda ödənişlər nağdsız qaydada həyata keçirilir.
İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq üçün mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır.
Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq.
Yaxın vaxtlarda bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək.
Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur.
Düşünürəm ki, 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq”, - deyə o bildirib.
Yaş dəri ildırım vurması nəticəsində orqanizmə ciddi ziyanın dəyməsi riskini azaldır.
Bu barədə Almaniyanın İlmenau Texniki Universitetinin alimləri tərəfindən aparılan araşdırmada deyilir.
Onlar insan başının 3D modellərindən istifadə edərək ildırım vurmasını simulyasiya ediblər.
Örtüyü dəriyə bənzətmək üçün onu üç qat hazırlayıblar.
Tədqiqatçılar nəm əlavə etdikdə, manekenin üzərində daha az zədə əlamətləri olub.
Alimlər belə qənaətə gəliblər ki, nəm dəri qoruyucu təbəqə rolunu oynayır.
O, elektrik yükünün bədənə güclü zərər verməsinin qarşısını alır.
Yeni məqalənin müəllifləri bu mexanizmin vəhşi təbiətdə işləməsini də təklif ediblər.
Belə ki, yağış zamanı dərisi çox islanan heyvanların ildırım vurmasından ölmə ehtimalı azdır.
Türkiyənin ilk astronavtı Alper Gezeravcının yolunu yaxınları səbirsizliklə gözləyirlər.
Bu barədə görüntülər “AZTV Xəbər”də yayımlanıb.
Belə ki, doğmaları astronavtı qarşılamaq üçün onun evinə, Türkiyənin Mersin əyalətinə toplaşıblar.
Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb.
O, bir sıra təcrübələr həyata keçirib.
Kosmonavtın Yerə dönüşü əlverişsiz hava şəraiti səbəbindən indiyədək üç dəfə təxirə salınıb.
Avropa Komissiyası (AK) tezliklə “TikTok” sosial şəbəkəsinə qarşı Rəqəmsal Xidmətlər Qanununa uyğun olaraq yetkinlik yaşına çatmayanlar üçün mümkün risklərlə bağlı araşdırmaya başlayacaq.
Qeyd olunur ki, AK “TikTok” şirkətinin yeni qaydalara uyğun olaraq etdiyi dəyişikliklərin azyaşlı istifadəçiləri qorumaq üçün yetərli olmadığına görə təhqiqat aparacaq.
Xatırladaq ki, ötən ilin avqustunda Avropa İttifaqında rəqəmsal xidmətlər haqqında qanun qüvvəyə minib.
Buna uyğun olaraq, internet platformaları öz saytlarında irqçilik və dezinformasiyaya qarşı mübarizə aparmalı, həmçinin uşaq pornoqrafiyasının və narkotik vasitələrin yayılmasının qarşısını almalıdırlar.
Bakının mərkəzində XIX əsrdə inşa edilən bina qəzalı vəziyyətdədır.
Belə ki, yaşayış binasının eyvanı çöküb, elektrik naqilləri isə açıq vəziyyətdədir.
Sakinlər bildiriblər ki, hər saniyəmiz təhlükədir.