Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Yaxud sərhəd məsələsinə dair kompromis tapıb həmin yolla maliyyə vəsaiti ayıracaqlar. |
Bu, yaxın iki ay ərzində davam edəcək prosesdir. |
Bu iki ay üçün resurslarımız var və özümüzü bu mənada tamamilə təhlükəsiz hiss edirik. |
Səfərbərliyin yeni dalğalarının necə maliyyələşdirməsinə gəlincə, səfərbərlik demobilizasiya olmadan baş tutmayacaq. |
Yəni bəzi hərbçilər tərxis olunacaq. |
Səfərbərliyə cəlb edilmiş şəxslərin təchiz edilməsi və öyrədilməsi ilə bağlı əlavə xərclər olacaq. |
Bu məsələdə bizim müttəfiqlərimiz var. |
Biz əks-hücuma hazırlaşanda 200 mindən çox təlim keçmiş hərbçimiz var idi.""Onların bəziləri xaricdə, məsələn, Rumıniya, Fransa, İtaliya, İspaniya və s.ölkələrdə təlimlər keçmişdilər. |
Yəni bizim bununla bağlı müqavilələrimiz var. |
Təlimlər həmin ölkələrin hesabına həyata keçirilib. |
Bir sözlə, bu məsələyə dair böyük böhranın olduğunu düşünmürəm. |
Bununla bağlı suallar var, amma onların əksəriyyəti işgüzar suallardır..."""- Yeri gəlmişkən, 50 milyard avronun ayrılması zamanı Avropa İttifaqının Ukrayna qarşısında əsas şərtlərindən biri yenə də korrupsiyaya qarşı həll edici tədbirlərin görülməsi oldu. |
Amma hələ də, hətta müharibə dövründə, ölkədə ciddi korrupsiyalar ilə bağlı xəbərlərin şahidi oluruq. |
Bu problemi necə həll etmək fikrindəsiniz? |
- Bu yaxınlarda qlobal antikorrupsiya reytinqi dərc olunub. |
Ukrayna bu reytinqin tarixində ən böyük sıçrayışa nail olub. |
Biz çoxlu islahatlar aparmışıq. |
Təəssüf ki, onlar insanların özlərinin istədiyi qədər sürətlə həyata keçirilmir. |
İnsanlar istəyirlər ki, hakimiyyət nəsə etsin və bir həftədən sonra korrupsiya yox olsun. |
Gəlin, realist olaq, bu, belə olmur. |
Biz müxtəlif partiyaların siyasətçilərinin də iştirakı ilə bu istiqamətdə çoxlu sayda qanun qəbul etmişik. |
Ukraynada Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu fəaliyyət göstərir. |
Onun prosessual idarəçiliyi həyata keçirən xüsusi antikorrupsiya prokurorluğu, antikorrupsiya məhkəməsi var. |
Bu islahatın özü təxminən 5 il çəkdi, amma bu gün kifayət qədər sürətlə həyata keçirilir. |
Məsələn, sadə statistika, Ukrayna məhkəmələrində son iki ildə dəmir barmaqlıqlar arxasına düşən hakimlərin sayı Ukraynanın müstəqilliyinin bütün 30 ili ərzində məhkum olunmuş hakimlərin sayından çox olub. |
Eyni şey prokurorlara da aiddir, təhlükəsizlik xidmətinin rəhbərləri var ki, onların barəsində bu araşdırmalar aparılır. |
Dövlət sistemində bütün dövlət qulluqçuları ilə bərabər yarım milyondan çox insan çalışır. |
Amma buna baxmayaraq, biz rəqəmsallaşmaya doğru gedirik. |
Bilirsiniz ki, Ukrayna dünyada ilk olaraq sürücülük vəsiqələrini, pasportları və s.mobil telefonda sadəcə olaraq elektron formada leqallaşdırdı. |
Elə etdik ki, sistem prosesləri avtomatik idarə etsin. |
Beləliklə, məsələn, tikinti icazələri ilə bağlı korrupsiya faktiki olaraq aradan qalxıb. |
Bizdə bu prosesləri rəqəmsallaşdıran Rəqəmsal Transformasiya Nazirliyi var. |
Beləliklə, biz cəza və bütün bu prosesin rəqəmsallaşdırılması kimi iki vektor görürük. |
Biz bu parlamentdə tamamilə qərəzsiz olan yeganə həqiqi siyasi qüvvəyik. |
Bəzən bu bizim üçün siyasi baxımdan zərərli olsa da, sıralarımızı təmizləyirik. |
Bizdə, ümumiyyətlə, belə bir fəlsəfə var idi ki, bu deputatların heç biri bu parlamentə qədər siyasətdə olmayıb. |
- ABŞ-də tezliklə prezident seçkisidir və Ukraynaya qarşı çıxışlarında fərqli münasibət sərgiləyən Donald Trampın şansı çoxalır. |
O prezident seçiləcəyi halda Ukrayna üçün risklər varmı? |
- Səhv etmirəmsə, 2021-ci ildə prezidentimizlə birlikdə nümayəndə heyətinin tərkibində şəxsən Donald Trampla görüşmüşəm. |
Əsas odur ki, vəzifəyə gələndə nə edəcəklər. |
ABŞ-də tarazlığı saxlayan sistem, departamentlər, xidmətlər var. |
Trampın dövründə bir növ dəyişikliyin olacağını düşünmürəm. |
Amma bu hazırda çox yüksək görünmür. |
Lakin bu gün bizi arxayın edən ən mühüm şey odur ki, Konqresdə və ABŞ Senatında bizim ikipartiyalı dəstək sistemimiz var. |
Həm Respublikaçılar, həm də Demokratlar Ukraynanı dəstəkləyir. |
Onlar siyasətçidirlər, seçicilərini dinləyirlər. |
Biz ABŞ-də, ştatlarda, Ukraynaya qarşı münasibətləri ilə bağlı sorğular apardıq. |
Bunlar ölkənin köməyə ehtiyacı varmı, yoxsa yardımı azaltmaq lazımdırmı və s.idi. |
Bu gün amerikalıların böyük əksəriyyəti, deyirlər ki, Ukrayna təcavüzün qurbanı olduğu üçün ona kömək etmək lazımdır. |
Ona görə də nə qədər ki, vəziyyət bu cür qalacaq, biz özümüzü sakit hiss edirik. |
Əgər Tramp prezident olarsa, biz əminik ki, o, indiki hökumətin bu gün Ukraynaya göstərdiyi münasibətindəki kimi ədalətli davranacaq. |
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat yayıb. |
ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartar kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib. |
Arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının alışdırıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. |
Zərərçəkən şəxsin sağ əlinin üç barmağı amputasiya olunub. |
11:04"Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. |
Bildirilib ki, fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub. |
Bildirilib ki, 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. |
Vətəndaş xəstəxanaya təxliyə edilib. |
Faktla bağlı araşdırma aparılır. |
Əlborz əyalətinin polis komandanlığı Savcabulaq şəhərində əsgərin bir polis və bir vətəndaşı öldürdüyünü açıqlayıb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, sözügedən əyalətin Xilasetmə İdarəsinin əsgəri patrul xidməti zamanı polis əməkdaşını öldürdükdən sonra qaçıb. |
Daha sonra o, bir vətəndaşı da öldürərək, onun avtomobilini oğurlayıb. |
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri əsgərin qaçırdığı avtomobilə atəş açıblar. |
Nəticədə avtomobil aşaraq əsgərin ölümünə səbəb olub. |
Zaqatalada dəhşətli qəza törədən sürücü barədə qərar çıxarılıb. |
Oxu.Az xəbər verir ki, iki azyaşlının ölümünə səbəb olan sürücü Emin İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. |
Xatırladaq ki, E.İbrahimov fevral ayının 8 rayonun Göyəm kəndində dərsdən çıxıb evə gedən üç məktəblini “Mercedes-Benz” markalı maşın vurub. |
Nəticədə məktəblilərdən ikisi ölüb, birinin vəziyyəti ağırdır. |
Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb. |
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. |
O bildirib ki, fevralın 3-ü səhər saatlarında Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən Zərifə Dadaşovaya məxsus “Hyundai” markalı avtomobilin qaçırılıb. |
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil həmin gün saat 11 radələrində Binəqədi rayonu ərazisində təkərləri oğurlanmış vəziyyətdə tapılıb. |
Bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Anar Rəhimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. |
Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. |
Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm. |
Fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm. |
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah və əmin-amanlıq arzulayıram”. |
Azərbaycana səfər çərçivəsində bir qrup mərakeşli jurnalist Qarabağ iqtisadi rayonunun Ağdam, Əsgəran və Şuşa şəhərlərinə səfər edib. |
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. |
Bildirilib ki, nümayəndə heyəti öncə Ağdam şəhərində Pənahəli xanın “İmarət” kompleksinə, Cümə məscidinə və Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxış keçirib, ermənilərin törətdiyi vandalizm aktlarının şahidi olub. |
Qonaqlara tarixi abidələrimizin dağıdılması, Ağdamın Baş Planına uyğun şəkildə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. |
Sonra Əsgərana yollanan nümayəndə heyəti bu şəhərdə aşkarlanmış kütləvi məzarlığa baxış keçirib və çəkilişlər aparıb. |
Şuşa şəhərinin mərkəzi meydanından başlayan tanışlıq zamanı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Aşağı Gövhərağa məscidi, Şuşa qalası, Cıdır düzü ziyarət edilib. |
Şuşa rayon İcra Hakimiyyətinin binasında qonaqlarla görüşən Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov qədim şəhərimizin tarixi, işğal illərində məruz qaldığı vandalizm aktları, burada aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib, 2023-cü il sentyabrın 25-də Qətər D... |
Daha sonra mərakeşli jurnalistlərin sualları cavablandırılıb. |
Qeyd edək ki, nümayəndə heyətinə MAP agentliyinin redaktoru Mohammed Aswab, “L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” qəzetinin redaksiya direktoru Souhail Nhaili, “Al Bayane” qəzetinin direktorluğunun rəhbəri, nəşrlər üzrə direktor Mahtat Rakas, “La Vie Eco” qəzetinin direktoru Fahd İraqi, “Le Desk” m... |
“Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın qapalı həyətyanı sahəsində iməcilik işləri aparılıb”. |
Bunu ərazidə abadlıq işlərinin aparılmaması ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən bildirilib. |
“Məlumat üçün qeyd edirik ki, qaldırılan məsələ ilə əlaqədar bir müddət əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Səbail rayonunun müvafiq strukturları tərəfindən sözügedən ünvanda iməcilik işləri aparılıb”. |
Xatırladaq ki, paytaxtın Səbail rayonunun sakinləri binanın həyətyanı sahəsinin hələ də bərbad vəziyyətdə qaldığından şikayətçidirlər. |
Sakinlər bildiriblər ki, ərazidə heç bir abadlıq işi görülməyib. |
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandanlıq Qərargahının və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) tərkibini dəyişib. |
Bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb. |
V.Zelenski Silahlı Qüvvələrin yeni baş komandanı Aleksandr Sırskini Ali Baş Komandanlıq Qərargahının tərkibinə salıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.