Search is not available for this dataset
text
stringlengths
10
518k
Təftişə həmin 2 ildə ümumilikdə 80 min bir, 385 min də bir pul vermişəm.
Bu məbləğləri məndən Sadıq Sadıqov, Süleyman Abbasov və Teymur Teymurov alıb.
Onlar da Rafael Xələfovun işçiləri olub.
İbtidai istintaq zamanı işlədiyim həmin 10 il ərzində 700 mindən çox pul mənimsədiyim aşkara çıxıb.
Onun da 345 min manatını ibtidai istintaq zamanı, 60-70 minini də məhkəmə istintaqı gedən zaman ödəmişəm”.
General Nizami Məmmədovun mənə heç bir göstərişi olmayıb, Rafael Xələfov məcburi deyirdi ki, “gətir hamısını qoy ortaya”.
Sonuncu dindirilən, hazırda Təlim-Tədris Mərkəzində müəllim vəzifəsində çalışan mayor Səbuhi Məmməd oğlu Məmmədov olub.
Mayorun sözlərinə görə, 2015-2020-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin, sonra isə hərbi hissələrdən birinin maliyyə bölməsinin rəisi olub.
Belə ki, onun işlədiyi hərbi hissələrdə 3 milyon 450 min manat mənimsəmə faktı aşkarlanıb:""“Əlimdə 57 bank kartı var idi.Həmin kartlara maaş yazırdıq.
Amma kartların sahibləri əsasən tərxis olunmuş “MAXE”lər idi.
Bu kartlara köçürülən pullar mənim tərəfimdən götürülürdü, sonra yoxlama nə deyirdisə, mən də onu verirdim”.
Məhkəmə prosesinin bu yerində təqsirləndirilən Cəlal Kazımov sifariş tələbnamələrinin verilməsi ilə bağlı S.Məmmədova sual ünvanlayıb:"“Həmin dövrdə, yəni Nəriman Cabbarov və Sadıq Sadıqovun vaxtı sifariş tələbnamələrini necə verirdiniz, mülki, yoxsa hərbçi kimi?
Xatırladım ki, həmin zaman Cəmşid Naxçıvanski adına hərbi liseydə 800 mülki, cəmi 100 nəfərdən çox zabit olub”.
“Həmin vaxt tələbnaməni əsasən hərbçi kimi verirdik, çünki əlimdə yuxarıda dediyim kimi bank kartları var idi.
Bu kartlar vasitəsilə bir ilə 650 min manat yığılırdı.
Nəriman Cabbarova gəlincə, o mənə heç bir faiz qoymurdu, kim nə istəyirdi onu da verirdim.
Əsasən iki dəfə külli miqdarda pul vermişəm təftiş şöbəsinin işçilərinə.
Mənimsədiyim 715 mindən 651 min manatını bir, 502 mindən isə 442 min manatını da bir vermişəm Sadıq Sadıqova.
O da həmin məbləğin 600 min manatını öz rəhbərliyindən gizlədib.
2019-cu ildə Rövşən müəllim təftişə gələndən sonra üstü açıldı ki, Sadıq Sadıqov həmin məbləği yuxarı çatdırmayıb.
Məni Təftiş şöbəsinə çağıranda Sadıq Sadıqov mənə dedi ki, bu məbləği öz boynuna götürərdin sonra mən sənə qaytarardım.
General Nizami Məmmədovun bu məbləğlərlə bağlı mənə heç bir göstərişi olmayıb.
Şəxsən Rafael Xələfova 700 min manat vermişəm, məcbur deyirdilər “gətir hamısını qoy ortaya”.
Ümumi mənimsədiyim puldan mənə 10 faiz qalırdı.
Hərbi hissədə işlədiyim dövrdə isə 120 min manat mənimsəmişəm.
Ümumilikdə mənə ibtidai istintaq tərəfindən 399 min manat mənimsəmə yazılıb, onun da 20 min manatını ödəmişəm.
Hazırda müəllim işləyirəm, qalanını ödəməyə imkanım yoxdur”.
Növbəti məhkəmə prosesi fevral ayının 16-na kimi təxirə salınıb.
2022-ci il dekabrın 16-da Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 174 ünvanında yerləşən kişi salonunda paytaxt sakini İlkin Qurbanlının meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayəti törədən İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü İsmət Qədirov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, oktyabrın 1-də aralarında yaranan mübahisədən sonra İsmət Qədirov İlkin Qurbanlının ortaq tanışlarının yanında onun barəsində nalayiq ifadələr işlətməsini düşünüb.
Bunu bəhanə edən İsmət dekabrın 16-da saat 13 radələrində salona gələrək, üzərindəki mətbəx bıçağı ilə İlkinə zərbələr vuraraq, onu öldürüb.
İş üzrə dindirilmiş İsmət Qədirov bildirib ki, 4 ildir bərbərlik fəaliyyəti ilə məşğuldur.
İlkin Qurbanlını 2022-ci ilin may ayından tanıyıb.
O, İlkin və Vüsal adlı şəxs eyni kişi salonunda çalışıblar.
Onun sözlərinə görə, satmaq məqsədilə bir tanışından ətirlər alıb.
İlkinin Elməddin adlı tanışı 2022-ci il sentyabrın 20-də ondan bir ədəd ətir götürüb və pulunu sonra verəcəyini deyib.
Amma bir neçə gün keçsə də, həmin şəxs pulu verməyib.
Oktyabrın 1-də borca görə salonun elektrik enerjisi kəsilib.
Vüsal təxminən 90 manat borclarının bir hissəsini vermək lazım olduğunu söyləyib.
Həmin gün onun üzərində 23 manat pul olub.
İlkinə deyib ki, tanışı Elməddinin götürdüyü ətirin pulundan heç olmasa 10 manat versin, amma iş yoldaşı üstündə cəmi 5 manat olmasını bildirib və “ətir satanın” ünvanına nalayiq ifadə işlədib.
Ətir satdığı üçün İlkindən kimi söydüyünü soruşduqda, İlkin ona ətir gətirənləri nəzərdə tutduğunu deyib.
Müştəri az gəldiyinə və iş zəif olduğuna görə o, oktyabr ayında həmin salondan çıxaraq, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində icarəyə yer götürüb.
Noyabrın ortalarında əvvəl işlədiyi salona gedib.
Müştərilərin yanında onun barəsində nalayiq ifadələr işlətdiyini soruşanda, İlkin onun haqqında pis heç nə söyləmədiyini deyib.
Dekabrın 11-də 20 Yanvar küçəsində icarəyə yeni yer götürüb, yenidən bərbərlik fəaliyyətinə başlayıb.
Öz müştərilərinə bu barədə xəbər etsə də, bəziləri onun yanına gəlməkdən imtina edib.
Ürəyində şübhə yaranıb ki, İlkin müştərilərin yanında onun arxasınca danışıb, amma bunu ona üzbəüz deyə bilməyib.
Dekabrın 16-da İlkini öldürmək qərarına gəlib və bu məqsədlə xırdavat dükanından mətbəx bıçağı alıb.
Saat 12 radələrində İlkinin işlədiyi salona yollanıb.
İçəri keçəndə İlkinin paltar şkafının qarşısında telefonda nəyəsə baxdığını görüb.
Gödəkçəsinin iç cibindən bıçağı çıxararaq cəld şəkildə onun ürək nahiyəsinə güclü zərbə vurub.
Daha sonra İlkinin bədəninə və ayaqlarına da çoxsaylı xəsarət yetirib.
Salonda olan İlkinin iş yoldaşlarından Sahillə Əfqan bıçağı İsmətin əlindən almağa çalışanda hər ikisi əllərindən xəsarət alıb.
İlkin isə aldığı xəsarətlərdən elə yerdə uzanıqlı vəziyyətdə keçinib.
Daha sonra polis əməkdaşları gəliblər və onu polis şöbəsinə aparıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən iki nəfəri müəyyən edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərdən bir ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
“ABŞ Prezidenti Co Bayden hələ də sağ olduğunu dərk etməyə bilər”.
Bu fikri ABŞ-nin keçmiş lideri Donald Tramp deyib.
Pensilvaniya ştatının Harrisburq şəhərində Milli Tüfəng Assosiasiyasının tədbirində çıxış edən Tramp xələfi Bayden haqqında - “Mən onun sağ olduğunu bildiyini düşünmürəm”, - deyib.
Trampın sözlərinə görə, Baydenin iş yeri çox ağıllı, lakin çox qəzəbli insanlarla əhatə olunub.
Qeyd edək ki, 81 yaşlı Bayden ictimai çıxışlarında tez-tez müxtəlif iftiralar və şifahi kobud səhvlər edir.
Respublikaçılar bundan dövlət başçısının Birləşmiş Ştatlara rəhbərliyə davam etmək üçün əqli və fiziki qabiliyyətini şübhə altına almaq üçün partiyalararası döyüşdə istifadə edirlər.
2020-ci ilin noyabr ayından bəri Azərbaycanda mina və partlamamış hərbi sursat qurbanlarının sayı 345-ə çatıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edək ki, bu gün Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında mina partlayışı olub.
Naxçıvan Muxtar Respublikasının Qaraçuk kəndində bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlanıb.
Bu barədə Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.
Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Rahib Həsən oğlu Hüseynovun evinin həyətinə baxış zamanı oradan bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlayıb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib.
Faktla bağlı araşdırmalar aparılır.
Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Hançjou İdman Komitəsi Argentina və Nigeriya milliləri arasında yoldaşlıq görüşünün ləğv edildiyini açıqlayıb.
“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur.
Bu tədbirin ləğvi barədə qərar qəbul edilib”, - deyə rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, “məlum səbəblər” dedikdə təşkilatçılar Honkonqda “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə bağlı münaqişəli vəziyyəti nəzərdə tutublar.
Orada argentinalı zədə səbəbindən matçda iştirak etməyib, lakin bir neçə gün sonra Yaponiyada oynayıb və bu, azarkeşlərin qəzəbinə səbəb olub.
Zaqatalada ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yanğın olub.
APA xəbər verir ki, yanğın günorta saatlarında rayonun Lahıc kəndində Süleyman Saleh oğlu Yusifova məxsus ikimərtəbəli, 6 otaqdan ibarət evdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Son 24 saat ərzində İsrail hərbçiləri Qəzza zolağında döyüşlər zamanı bir neçə terror birləşməsini məhv edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
“Əsgərlər Xan Yunis, həmçinin Qəzza zolağının şimal və mərkəzi hissələrində intensiv əməliyyatları davam etdirirlər”, - deyə məlumatda bildirilir.
“Xan Yunisdə İsrail ordusu terrorçuların hədəflərinə məqsədyönlü reydlər keçirib, 24 saat ərzində qoşunlar şəhərin qərb hissəsində bir neçə terrorçu birləşməni məhv edib”, - mətbuat xidməti qeyd edib.
Əvvəllər meyvələri qabığı ilə birlikdə yeməyi məsləhət görürdülər.
Düşünürdülər ki, ən az meyvənin özü qədər qabığında da vitaminlər var.
Son dövrlərdə isə əksinə istər meyvələrin, istərsə də tərəvəzlərin qabıqlarının soyulması məsləhət görülür.
Səbəb isə bu məhsulların daha uzunömürlü olması, parlaq görünməsi üçün üzərlərinə vurulan parafin maddəsidir.
Mütəxəssislər qeyd edirlər ki, üzərinə parafin vurulan meyvə və tərəvəzlər ağır xəstəliklərə yol aça bilər.
“Parafin daha çox kosmetoloji məhsulların hazırlanmasında istifadə olunur.
Yüksək dərəcədə toksik maddədir.
Həm qaraciyərə, həm də böyrəyə ciddi təsirləri var”, - terapevt Nəbi Absalamov deyib.
Qida üzrə mütəxəssis Məhsəti Hüseynova isə bildirib ki, xaricdən gətirilən meyvə və tərəvəzlərə xarab olmaması və uzun müddət qalması üçün digər kimyəvi qatqı maddələri də vurulur ki, onlar xərçəng xəstəliyinin yaranmasına səbəb olur.