Search is not available for this dataset
text
stringlengths
10
518k
O, həmçinin Valeri Zalujnını Qərargahın tərkibindən çıxarıb.
Digər fərmanla V.Zelenski A.Sırskini MTMŞ-nin tərkibinə daxil edib.
Eyni zamanda, V.Zalujnı və keçmiş veteranlarla iş üzrə nazir Yuliya Laputina MTMŞ-nin tərkibindən çıxarılıb.
Azərbaycanəsilli ikinci türk astronavtı Tuva Cihangir Atasever apreldə kosmosa çıxacaq.
“İkinci astronavt Tuva Cihangir Atasever aprel ayında kosmosa göndəriləcək və təxminən yeddi təcrübə həyata keçirəcək”, - deyə Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Yusuf Kıraç bildirib.
“Zaqataladan Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən İbrahim İbrahimzadə reanimasiya şöbəsində müalicəsini davam etdirir”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.
Qeyd edək ki, ötən gün Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı İbrahim İbrahimzadə Bakıya gətirilib.
Xatırladaq ki, ötən gün, saat 13 radələrində Zaqatala şəhər sakini, Emin Oqtay oğlu İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes-Benz” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməs...
Hadisə nəticəsində azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itiriblər, İbrahim İbrahimzadə isə xəsarət alıb.
Əlavə edək ki, E.İbrahimov daha əvvəl Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub.
O, polis əməkdaşları tərəfindən tutulub.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, rayonun Yuxarı Tala kəndində ümumi sahəsi 96 kvadratmetr olan, iki boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 kvadratmetr sahədə və içərisində təmirə dayanan VAZ markalı minik avtomobili yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
13:00"Zaqatalada maşın təmiri sexində yanğın olub.
APA xəbər verir ki, yanğın bu gün Yuxarı Tala kəndində Hacımuca Aslan oğlu Aslanova məxsus təmiri sexində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində sexə təmir üçün gətirilmiş VAZ-21011 markalı avtomobil və sexin tavanının bir hissəsi yanıb.
Sexin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Avropa Parlamentinin (AP) İtaliyadan olan üzvü Canantonio Da Re Avropa İttifaqı (Aİ) daxilində korrupsiyanın artması və üzv dövlətlər arasında korrupsiya nisbətlərindəki böyük fərqlərdən danışıb.
Avropa Parlamentinin deputatı “Avropada korrupsiyanın səviyyəsinin yüksəlməsi” adlı müraciətində qeyd edib ki, Aİ dünyanın digər ölkələri ilə müqayisədə Danimarka və Macarıstan kimi dövlətlər arasında “böyük” fərqlər səbəbindən orta korrupsiya səviyyəsinə malikdir.
Bəzi ölkələr, məsələn, İtaliya dövlət sektorunda şəffaflığın artırılması üçün addımlar atsa da, Avropa üzrə orta göstərici hələ də qənaətbəxş deyil.
Avropa ölkələrinin dörddəüçündən çoxunda antikorrupsiya səyləri əngəllənmiş və ya hətta azaldılmış kimi görünür.
Bununla bağlı Da Re Aİ-də korrupsiyaya qarşı mübarizə planları ilə bağlı sualla Avropa Komissiyasına müraciət edib.
“Yuxarıdakıları nəzərə alaraq, komissiya Avropada korrupsiyanı azaltmaq üçün hansı addımları atacaq?” - deyə müraciət müəllifi soruşub.
“Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov müalicəsinin ikinci hissəsini Türkiyədə başa vuraraq vətənə qayıdıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.
O bildirib ki, hazırda Elxan Səmədovun ümumi durumunda müsbət inkişaf var:""“Dünəndən etibarən “Bona Dea Hospital”da müalicə və bərpasının üçüncü hissəsinə başlanılıb.
Bərpa prosesinin nə qədər davam etməsi, eləcə də bu prosesdə hansı tibbi müdaxilələrin olacağı həkimlərin rəyindən asılıdır”.
Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, yaxınlıqda piyada keçidi olmasına baxmayaraq, yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub.
Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb.
Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.
Qazaxıstan beynəlxalq axtarışda olan şəxsi ölkəmizə ekstradisiya edib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Azərbaycan vətəndaşı Alyar Əhməd oğlu Həsənovun ekstradisiyası Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.
NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun üzvlərini Rusiya Federasiyası ilə münaqişəyə hazırlaşmağa və döyüş potensialını artırmağa çağırıb.
Onun sözlərinə görə, qarşıdurma onilliklərlə davam edə bilər.
“NATO Rusiya ilə müharibə axtarmır...Amma biz onilliklər davam edə biləcək mümkün qarşıdurma üçün özümüzü silahlandırmalıyıq”, - deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, hazırda ən yaxşı müdafiə Ukraynaya yardım və NATO qoşunlarına investisiya qoyuluşudur.
Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib.
APA-nın xəbərinə görə, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları siyahıya daxil edilib.
Dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının ocaqçıları, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinist köməkçiləri, parovozların qazanlarının isti yuyulması ilə məşğul olan qazançılar, parovozların d...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınır.
“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin...
Güzəştli şərtlərlə (5 il erkən) pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan Siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir.
Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişiklikləri zəruri edir.
Qərar sözügedən siyahının təkmilləşdirilməsi, eyni zamanda Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarına əsasən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə əsaslanan dəyişiklikləri əks etdirir.
Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub.
Qərara əsasən aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.
“Moskva Qarabağda sülhməramlıların olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Mixail Qaluzin bildirib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır.
“Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik.
2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.
ABŞ-li milyarder İlon Mask Ağ Evin rəhbəri Co Baydenin Konqresin Kiyevi dəstəkləmək istəməməsinin cinayət səhlənkarlığına bənzəyəcəyi barədə bəyanatını pisləyib.
“Bu insan qırğınını dayandırmağın vaxtıdır”, - deyə Mask özünün “X” hesabında yazıb.
Sahibkarın qeyd etdiyi kimi, Ukraynada müharibə bir il əvvəl dayandırılmalı idi.""Mənbə:REN TV
Azərbaycanda keçmiş sevgilisini çılpaq soyundurub, evdən qovan qadınla bağlı məhkəmə qərar verilib.
“Qaynarinfo” nun məlumatına görə, hadisə Qazaxın kəndlərindən birində baş verib.
Belə ki, rayon sakini Rövşən Kəlbiyev (soyad şərti) 1984-cü il təvəllüdlü Vüsalə adlı qadınla sevgi münasibətində olub.
Sonradan aralarında yaranmış mübahisələrə görə ayrılıblar.
Vüsalə Rövşənin rayonda onun barəsində nalayiq ifadələr işlətdiyini eşidib.
Bundan qəzəblənən qadın onun üçün bozartma bişirdiyini və təcili evə gəlməyini xahiş edib.
Rövşən də qadının dediklərinə inanaraq taksi ilə Vüsalənin evinə gedib.
Qadın ona çay süzüb və evin giriş qapısını bağlayıb-bağlamadığını soruşub, o da qapını bağladığını deyib.
Bundan sonra Vüsalə Rövşəni yerə yıxaraq şalvarın kəmərini çıxarıb və boynuna dolayıb.
Vüsalə əvvəlcədən evə çağırdığı Adil adlı tanışı ilə onun ayaqlarını şərflə bağlayıb.
Vüsalə Rövşənin əvvəlcədən yandırdığı siqareti kül qabından götürərək, onun dodağına basıb.
Bir daha onun ünvanına rayonda ağır ifadələr işlətməməsini tələb edib.
Bundan sonra Rövşən çılpaq vəziyyətdə Vüsalənin yaşadığı evdən çıxaraq hadisə yerindən uzaqlaşıb.
Baş verən hadisə ilə bağlı polisə məlumat verib və qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin hökmü ilə Vüsalə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 500 manat məbləğində cərimə edilib.
Cinayət işində adı hallanan Adil adlı şəxslə bağlı hər hansı qərarın verilib-verilməməsi məlum deyil.
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu...
“Unikal”ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində bir neçə hərbi hissənin maliyyə bölmələrinin rəisləri şahid qismində ifadə veriblər.
İbtidai istintaq zamanı məlum olub ki, ayrı-ayrı hərbi hissələrin maliyyə bölməsinin rəisi işləmiş Vüsal Möhübbət oğlu Məmmədli ümumilikdə 657 min manat mənimsəyib:""“Mənimsədiyim pullardan 220 min manatını rəsmi qaydada qaytarmışam.
Onun 150 min manatını ibtidai istintaq, 70 min manatını da məhkəmə prosesləri zamanı qaytarmışam.
Mənimsəmənin formasına gəlincə, qayda belə olub ki, dövrün sonunda qalan vəsaitlər cədvəllər vasitəsilə silinirdi.
Qalan məbləğin 50 faizi bizə, 30 faizi təftişə, 20 faizi isə maliyyələşməyə qalırdı.
Belə ki, təftişə gələn Süleyman Abbasova bir dəfəyə 214 min manat vermişəm.
Təftişə nə qədər pul çatacağını Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi polkovnik Rafael Xələfov müəyyən edirdi.
O, korpusun maliyyə xidmətinin rəisi Nazim Süleymanova tapşırıq verirdi.
Təftişə gələn maliyyəçilər isə yuxarı çatan pulu götürüb Rafael Xələfova aparırdılar.
İşlədiyim sonuncu hərbi hissədə isə təftiş olmayıb.
Ümumi məbləğin 20 faizini mənimsəmə kimi yazıb götürüblər”.
Vüsal Məmmədlidən sonra hazırda Hərbi Polis İdarəsinin maliyyə xidmətinin rəisi işləyən Mirseyid Mirvəli oğlu Eyvazov dindirilib:""“2012-2020-ci illərdə korpuslardan birinin maliyyə xidmət idarəsində baş köməkçi vəzifəsində işləmişəm.
Bundan sonra 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına kimi Hərbi Polis İdarəsində işləmişəm, hazırda da yuxarıda qeyd etdiyim kimi yenə həmin vəzifədəyəm.
Təftişçi kimi korpusun tabeliyində olan hərbi hissələrdən birində yoxlamada olmuşam.
20 min pul verilib, onu da Rafael Xələfova vermişəm.
Hərbi Polis İdarəsində işlədiyim həmin 2 il ərzində mənə 1 milyon 300 min civarında mənimsəmə yazıblar.