Search is not available for this dataset
text
stringlengths
10
518k
Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən, 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir.
Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır.
Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”.
Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.
Onun sözlərinə görə, insult keçirən Vasilyev milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə özəl klinikaya yerləşdirilib:""“Onun bütün müalicə xərcləri AFFA tərəfindən ödənilir.
Millimizin sabiq üzvünün müalicə prosesini daim diqqət mərkəzində saxlayırıq.
Vadim Vasilyevin vəziyyəti stabil orta qiymətləndirilir.
Ən əsası odur ki, həyatı təhlükəsi yoxdur.
Hələlik veteran futbolçu reanimasiyadadır.
Bu da onunla əlaqədardır ki, Vasilyevin təzyiqi stabil deyil.
Həkimlər bildiriblər ki, təzyiq stabilləşən kimi palataya köçürüləcək.
Həkimlərin dediyinə görə, insultdan sonrakı vəziyyəti normal sayıla bilər.
Sol qolunda və ayağında hərəkətin, hissiyyatın pozulması var.
Amma ümumilikdə müalicədə müsbət dinamika müşahidə olunur”.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.
Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışı Azərbaycanın daxili və xarici siyasətlərinin konseptual istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənəcəyini göstərir.
Əliyevin əvvəlki illərdəki andiçmələrindən fərqli olaraq, gələcək üçün müəyyənləşdirmə aktı:""- Azərbaycanın xarici siyasət səhnəsində öz təsirini daha geniş miqyasda artıracağına,"- Azərbaycanın regional prosesləri uzunmüddətli sülhlə nəticələndirməkdən ötrü cilalama aparatının təkmilləşəcəyinə,"- Azərbaycanın müdafiə...
İlham Əliyevin həmin istiqamətlər üzrə tezisləri Azərbaycan-Ermənistan sülh gündəliyi, bu proqramı pozmaq istəyən qüvvələrin ambisiyalarının fonunda perspektiv mənalı cavab tədbirlərini özündə cəmləşdirir.
Bu mənada, sərhədlərin təhlükəsizliyindəki mükəmməl sistemin yaradılması Azərbaycanın cavab addımlarının sürətini və çevikliyini artıran faktordur.
Ona görədir ki, Əliyev gələcək üçün sərhədlərin daha güclü qorunmasını müvafiq qurumların qarşısında önəmli vəzifə kimi qoydu.
Şübhəsiz ki, bu, Azərbaycanın sərhədləri boyunca mümkün təxribat cəhdlərinin motivlərini araşdırmağa yardımçı olacaq, lakin bir məsələ var ki, onu ayrıca diqqətdə saxlamaq lazımdır.
Əliyev çıxışında sərhədlərin təhlükəsizliyini Azərbaycanın xarici risklərdən qorunması aktı kimi səsləndirərək ideoloji istiqamətlərə də diqqət çəkdi.
Prezident dedi ki:""- Bütün mümkün olan potensial risklər Azərbaycan hüdudlarından kənarda yerləşir və formalaşır,"- Azərbaycan təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərin möhkəmləndirilməsi nəticəsində özünü həm fiziki, həm də ideoloji risklərdən qorumalıdır.
Deməli, Azərbaycan ona qarşı ölkə hüdudlarından kənarda qalaqlanan təhdid ocaqlarını (ideoloji əsaslı fiziki) aşkarlamaq, həmin mənbələrdən yola çıxaraq dövlətə qarşı koordinatlar quran qeyri-leqal şəbəkələrin işini iflic etmək çağırışı ilə üzləşir.
Azərbaycan bu məsələdə strateji müttəfiqi olan Türkiyənin verdiyi kəşfiyyat məlumatları və tərəfdaş ölkələrin bəzi məxfi hesabatları ilə tanış olmaqla üstün mövqeyə yiyələnə bilər.
Prosesin böyükölçülü miqyası Yaxın Şərqdə genişlənən eskalasiya həyəcanı, ekstremizmin alovlanması, radikal təşkilatların “çiçəklənməsi” və bunun Cənubi Qafqaza təsirləri fonunda təhlil edilə bilər.
İlham Əliyevin sərhədlərlə əlaqədar təqdim etdiyi istiqamətlərdən biri də Ermənistanla münasibətlərin normallaşması prosesinin işığında əhəmiyyət daşıyırdı.
İlk olaraq, Əliyevin Azərbaycan-Ermənistan mövcud “sıfır nöqtələri”ni şərti sərhəd kimi xarakterizə etməsi Bakının öz şərtlərini yeni regional konyunktura uyğun böyüdəcəyinin anonsudur.
Yəni Əliyev yenidən prezident kimi fəaliyyətində:""- Sərhədlərin delimitasiyasının Azərbaycanın istədiyi və tələb etdiyi formada aparılması qaydalarını,"- Zəngəzur dəhlizinin açılmasındakı Bakının təqdim etdiyi istiqamətlərin reallaşmasını,"- Qərbi azərbaycanlıların qayıdışının təminini prioritet olaraq regional gündəl...
Həmin üç “cəbhə”nin aktiv saxlanılması Əliyevin Ermənistana “Konstitusiyanı dəyişdir” xəbərdarlıqlarının müşayiətində yeni mərhələ kimi başa düşülə bilər.
Çünki Əliyev “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq” deyərək, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi mövqeyi ilə fikrinin ardını gətirdi.
Gec-tez Ermənistanda Konstitusiya dəyişikliklərinin qaçılmaz olduğu görünə bilər.
Lakin bir sual dövriyyədə fırlanır - görəsən, erməni cəmiyyəti, müxalifəti mümkün dəyişikliklərə hansı formada reaksiya verəcək və onlar iğtişaşlara gedəcəkmi?
Hər halda, Azərbaycan Ermənistana ana qanununu dəyişdirməyi məsləhət görürsə, onun mümkün praktiki nəticələrinə də hazırlıq ssenarilərinə malikdir...""Aqşin Kərimov
Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci ildə ABŞ Prezidenti Co Baydenə və onu müşayiət edən şəxslərə 4,5 min dollarlıq hədiyyələr təqdim edib.
Bununla bağlı Amerika liderinin 2022-ci ildə məmurlara verilən hədiyyələrlə bağlı hesabatında bildirilib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sənəddə belə bir qeyd var ki, “hədiyyənin qəbul edilməməsi hədiyyəni təqdim edəni və ABŞ hökumətini çətin vəziyyətə sala bilərdi”.
“İşıq qalib gələcək” rəsm əsəri, ənənəvi Ukrayna köynəyi, “Yaroslav Mudrıy” medallar dəsti Zelenskinin verdiyi hədiyyələr sırasındadır ki, bunlar, protokolda qeyd edildiyi kimi, 1 429 ABŞ dollar dəyərində qiymətləndirilir.
Bundan əlavə, Ukrayna prezidenti Baydenə 2,4 min dollar dəyərində olan “Narıncı naxışlar” tablosunu da hədiyyə edib.
Yelena Zelenskaya isə öz növbəsində ABŞ-nin birinci xanımı Cil Baydenə süfrə, salfetlər, qızıl saç sancağı və sırğalar hədiyyə edib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı ilə London arasında uçuşlarının tezliyinin artırılmasına həsr olunmuş videoçarx hazırlanıb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Videoda səfir Fergus Auld AZAL-ın uçuş heyətinin kapitanı obrazında çıxış edib.
Burada diplomatın Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldiyi, “Boeing Dreamliner 787” təyyarəsinə mindiyi və pilot kabinəsinə baş çəkdiyi əks olunur.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi mən bu ilin mart ayından etibarən Bakı ilə London arasında AZAL-ın uçuşlarının sayının artmasını və həftədə altı reysə çatdırılmasını məmnuniyyətlə qarşılayıram”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, yeni reyslər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üzrə geniş imkanlar yaradacaq.
Bu video Azərbaycan ilə Böyük Britaniya arasında aviasiya əlaqələrinin möhkəmlənməsini, həmçinin aviadaşımaların inkişafının əhəmiyyətini vurğulayır.
AZAL martın 17-dən London Qetvik Hava Limanına yeni reyslər həyata keçirməklə Bakı-London-Bakı marşrutu üzrə uçuşların tezliyini həftədə 6 reysə çatdıracaq.
“City Garden Narimanov”da təmir seçimləri başlayıb!
“Kristal Abşeron” xəbər verir ki, “City Garden Narimanov”dan mənzillər yaxın müddətdə (yay aylarının sonunda) təhvil veriləcək.
Aldığımız məlumata əsasən meqa yaşayış kompleksinin birinci hissəsində olan binaların bir çoxunda fasad işləri tamamlanmaq üzrədir.
Paralel olaraq isə sürətli şəkildə daxili təmir işləri aparılır.
Sakinlərin seçim prosesi yekunlaşdıqdan sonra təmirin sonuncu mərhələsinə tam keçid ediləcək.
Bu günədək bütün mənzillərə yenilənmiş səs izolyasiya sistemi tətbiq edilib, pəncərələr quraşdırılıb, mənzillərə kabel sistemi çəkilib.
Qeyd edək ki, “City Garden Narimanov”un təmir-tikintisində məşhur dünya markalarından istifadə edilir.
Hamam aksesuarları Almaniya istehsalı “Grohe” və “Hansgrohe”, pəncərə şüşələri Amerika markası “Guardian Glass”, kabel sistemi İtaliya markası “Prysmian” yanmayan kabelləri, parketlər Kanada markası “Coswick”, elektrik açarları və aksesuarları İtaliya istehsalı “Gewiss”dir.
Heydər Əliyev prospektinin yaxınlığında (“SOCAR Tower”in yanı), metronun Nəriman Nərimanov stansiyasına qısa məsafədə inşa edilən kompleksə Şəki dairəsindən yeni tunel çəkiləcək və bununla da kompleksin yerləşməsi daha əlverişli olacaq.
İndi sizin şəxsi büdcənizə uyğun aylıq ödəniş məbləği təyin edərək tam təmirli, premium mənzil sahibi olmaq imkanınız var.
Bunu üçün sadəcə “City Garden Narimanov” satış mərkəzinə yaxınlaşmaq kifayətdir.
Satış mərkəzi layihənin daxilində yerləşir və siz bura gələrək həm də inşaatla yerində tanış ola bilərsiniz.
Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək.
Bu barədə “Joxovurd” qəzeti mənbələrə istinadən yazır.
Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hazırda yeganə toxunulmaz şəxsdir.
“Görünür, onun işi həm Paşinyanı, həm də “Vətəndaş sazişi”nın elitasını təmin edir”, - deyə qəzet qeyd edir.
Bununla belə Paşinyanın hələ də fikrini dəyişə biləcəyi ehtimalı da istisna edilməyib.
Nəşr qeyd edib ki, Paşinyan ona sadiq olan qanunverici orqanın üzvlərinə güvənir və onları icra orqanına keçməyə dəvət edir.
Lakin deputatlar nazir portfelini götürməkdən imtina edirlər.
Hazırda Paşinyanın ümidi kadr bankınadır, lakin qəzetin mənbələrinə görə, o, oradan da adam tapa bilmir.
Azərbaycanın qadınlardan ibarət iki minaaxtaran komandası hazırda Ağdam rayonunun erməni işğalından azad olunan Nəmirli kəndi ərazisini minalardan təmizləyir.
Bildirilib ki, həmin qruplar tərəfindən indiyədək 595,258 kvadratmetr ərazi minalardan təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Qeyd edək ki, qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə h...
TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrinin adları dəyişdirilib.
Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.
Mərkəzin strukturuna daxil edilən bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.
Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.
Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclas təqsirləndirilən şəxslərin vəkillərinin gecikməsi səbəbindən vaxtından gec başlayıb.
Hakim Azad Məcidov iclasa gecikən vəkillərə xəbərdarlıq edib.
O, məhkəmə iclasının təyin olunmuş vaxtdan 38 dəqiqə gec başladığını nəzərə çatdırıb.
Hakim məhkəmə iclasına gec gələn vəkillərə məhkəmə salonunda gözləyən digər həmkarlarına hörmət etməyi məsləhət görüb:""“Proses iştirakçıları bir-birinə hörmət etməlidirlər.
Vəkillər saatlarla gözləməli olurlar.
Biz ayrıca vaxt ayırırıq ki, bu işi araşdıraq.
Həcmi böyük olan cinayət işidir.
Belə getsə, bu iş çox uzanacaq.
Vəkillərin gec gəlməsi işin gedişinə mane olur”.
Hakimin xəbərdarlığından sonra şahid qismində Xəndan Əliyev ifadə verib.
Bildirib ki, təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu tanıyıb.
Onun sözlərinə görə, Dəyanət Qüdrətov onların silah satışı mağazasında ovçuluq məqsədilə silah alıb:""“Amma səhəri gün bu hadisə baş verdi.
Biz silahı bütün qayda-qanunla satmışıq.
Daxili İşlər Nazirliyinə yoxlama üçün müraciət edilib.
Narkoloji testdən keçib, əvvəllər məhkum olunmadığı müəyyən edilib.
Bu araşdırma aparılandan sonra nazirlikdən bizə silahın satılması ilə bağlı müsbət rəy verilib.
Dəyanət silahı almaq üçün müraciət edəndə bir saatdan çox onu sorğu-sual etmişik.
Silahı nə məqsədlə aldığını öyrənmişik.
O, ovçuluq məqsədilə silahı almaq istədiyini bildirib.
Silahı, dəqiq deyə bilməsəm də, 3000-3500 manata satmışıq.
Əlövsət bizim mağazaya Dəyanətlə gəlmişdi.
Əlövsətin özü də ovçuluq mağazası işlədir.
Amma onun mağazasına silah satmaq üçün lisenziya verilməyib deyə müraciət edən Dəyanəti bundan əvvəl başqa müştərilər kimi bizim mağazaya yönləndirib”.