Search is not available for this dataset
text
stringlengths
10
518k
Mütəxəssislər bu prosesi təbii hesab edirlər.
Bəzilər bunu qlobal istiləşmə, iqlim dəyişiklikləri ilə izah edir, bəziləri Xəzər suyunu formalaşdıran çayların suyunun azalması ilə əlaqələndirirlər.
Mənbə:“Moy Derbend” “Telegram” kanalı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi rəis inin keçmiş müavini, Səfərbərlik Şöbəsinin sabiq rəisi Adil Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, A.Hüseynov təkrar külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Hüseynov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı cinayət başında yaxalanıb.
İttihama görə, Hüseynov saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması müqabilində vətəndaşlardan rüşvət alıb.
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında qiymətlər 2023-cü ilin eyni ayına nisbətən 1,7 faiz artıb”.
Oxu.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.
Deputat bildirib ki, inflyasiya səviyyəsi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,2 faiz olub:""“İnflyasiya meyillərinin səngiməsi daha çox idxal olunan məhsullarda inflyasiya dərəcəsinin düşməsi ilə bağlıdır.
Belə ki, inflyasiyanın strukturunda idxal olunan məhsulların qiyməti xüsusi çəkiyə malik olduğundan regional bazardakı dəyişikliklər qiymət indeksinə təsirsiz ötüşmür.
Bütövlükdə, inkişaf etmiş dövlətlərdə və eləcə də əksər region ölkələrində inflyasiya meyillərinin səngiməsi müşahidə olunur”.
Onun sözlərinə görə, ötən ay üzrə inflyasiyanın strukturunda diqqəti çəkən əsas məqam xidmətlərin qiymətindəki artımın ümumi istehlak qiymətləri indeksini, təxminən, iki dəfə bənd üstələməsidir:""“Rəsmi inflyasiya səviyyəsi 1,7 faiz olduğu halda xidmətlərdə qiymətlər 3,2 faiz yüksəlib.
Bunun əsas səbəbi bir sıra xidmətlər üzrə yanvardan reallaşan artımlar olsa da, ödənişli xidmətlərin qiymətinin monitorinq edilməsi olduqca vacibdir.
Çünki ötən ay xidmətlərin qiyməti hətta qida məhsullarının xərcindən də sürətlə artıb.
Buna görə də bu artımların real əsaslarının olub-olmamasının araşdırılmasına ehtiyac var”.
Bu gün Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı qəbul edəcək “Braqa” problemlə üzləşib.
İdman.biz xəbər verir ki, Portuqaliya təmsilçisi qarşılaşmaya əsas futbolçusu olmadan çıxa bilər.
“Braqa”nın kapitanı Rikardu Orta komandanın mətbuat üçün açıq məşqinə qatılmayıb.
29 yaşlı futbolçunun fiziki problemlər səbəbindən hazırlıqdan kənar qaldığı bildirilir.
Onun “Qarabağ”la matçda meydana çıxması da sual altına düşüb.
Rikarduya qədər rəqibin heyətində Adrian Marin və Brumanın oynamayacağı dəqiqləşib.
Əvəzində türkiyəli müdafiəçi Sərdar Saatçı isə zədəsini sağaldıb və komandaya dönüb.
Qeyd edək ki, “Braqa” -“Qarabağ” matçı bu gecə saat 00:00-da start götürəcək.
“2024-cü ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb”.
APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə:davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
O bildirib ki, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan enməsi, dünya bazarlarında qiymətlərin düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi.""“Buna baxmayaraq, biz prosesə hazır idik.
Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir.
2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub”, - deyə M.Cabbarov əlavə edib.
Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb.
Hadisənin baş verdiyi Bursa vilayətinin valisi Mahmud Demirtaş onların axtarışına başlanıldığını bildirib.
“69 metrlik “Batuhan” yük gəmisinin göyərtəsində altı nəfər var, hamısı Türkiyə vətəndaşıdır.
Onların axtarış-xilasetmə işlərinə başlanılıb”.
Onun sözlərinə görə, insidentlə bağlı siqnal yerli vaxtla səhər saat 6:20-də (Bakı vaxtı ilə 7:20 - red.)
Hadisə yerinə üç sahil mühafizə gəmisi və bir helikopter göndərilib.
Vali bildirib ki, dənizçilərin axtarışına güclü dalğalar mane olur.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yollarda təhlükəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
İdarədən Oxu.Az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:""“Xəbər verildiyi kimi, bir neçə gün davam edən mülayim hava şəraiti bu gündən etibarən dəyişib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hava şəraitinin fevralın 18-dək davam edəcəyi gözlənilir.
Hazırda paytaxt ərazisində müşahidə olunan dumanlı, eləcə də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçılarından yollarda diqqətli olmalarını xahiş edirik.
Xüsusilə, səfərə çıxan sürücülərə, yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı ...
Türkiyənin İstanbul şəhərində eyni vaxtda keçirilən “KAFES-40” əməliyyatları zamanı üç ayrı mütəşəkkil cinayətkar dəstə məhv edilib.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.
Yerlikayanın sözlərinə görə, qruplaşma liderləri Emre Özcan, Önder Küçük və Sergen Solak saxlanılıb.
Keçirilən əməliyyatlar zamanı, həmçinin 24 şübhəli ələ keçirilib.
İstanbul’da eş zamanlı olarak düzenlenen "KAFES-40” operasyonlarında; ❗️ Elebaşılığını Emre ÖZCAN’ın yaptığı Organize Suç Örgütü, ❗️Elebaşılığını Önder KÜÇÜK’ün yaptığı Organize Suç Örgütü ve ❗️Elebaşılığını Sergen SOLAK’ın yaptığı 3️⃣ ayrı Organize Suç Örgütü Çökertildi❗️… pic.twitter.com/WOW5CcLWlq
Daxili İşlər Nazirliyi (DİN) Xətai rayonu, “Xəzər dairəsi” deyilən ərazidə uşaqlarını diləndirən qadın barədə açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları dəfələrlə qanunamüvafiq tədbirlər görüb:""“Paytaxtın Xətai rayonu ərazisində yerləşən müvafiq ünvanda azyaşlı övladları birgə məskunlaşmış 1987-ci il təvəllüdlü şəxslə dəfələrlə profilaktiki ...
Polis əməkdaşları tərəfindən şəxs barəsində müxtəlif vaxtlarda qanunamüvafiq tədbirlər görülüb”.
11:00"Xətai rayonunda qadın dilənmək üçün yeni metod seçib.
Oxu.Az-ın məlumatına görə, qadın hər gün günorta saatlarından sonra iki uşağı ilə birlikdə rayonun “Xəzər dairəsi” deyilən ərazisinə gəlir.
O, uşaqları ilə birlikdə uzun müddət məişət tullantılarının atıldığı yerdə oturur.
Hətta gecə saatlarında zibil qutularının ətrafında ocaq qalayır.
Sanki evsiz olduğu üçün burada qalır.
Halbuki səhər saatlarında onları orada görmək mümkün olmur..."Ətrafdan keçən əksər şəxslər də onlara pul verirlər.
“Google” zərərli emissiyaları izləmək üçün Yerin orbitinə peyk çıxaracaq.
Bu barədə ABŞ korporasiyasının rəsmi bloqunda məlumat verilib.
İşlər Ətraf Mühitin Müdafiəsi Fondu (EDF) təşkilatı ilə əməkdaşlıq çərçivəsində aparılır.
Metan sızmasını aşkar etmək üçün şirkətin mütəxəssisləri Harvard və Smitson İnstitutunun alimləri ilə birlikdə “Google Cloud”a əsaslanan alqoritmlər hazırlayıblar.
Süni intellekt kosmosdan neft və qaz infrastrukturu obyektlərini:boru kəmərlərini və rezervuarları avtomatik müəyyən etməyə imkan verəcək.
Texnologiya istixana qazı emissiyalarının daha çox hansı qovşaqlarda baş verdiyini müəyyən etməyə kömək edəcək.
Peykin orbitə buraxılması 2024-cü ilin mart ayına planlaşdırılır.
O, “SpaceX Falcon 9” raketi ilə kosmosa çatdırılacaq.
Sistem dünyanın ən böyük neft və qaz bölgələrində gündə 15 dəfə metan səviyyəsini ölçəcək.
Monitorinqin nəticələri ictimaiyyətə açıqlanacaq.
Azərbaycanda gənclərin əylənmək istəyi qəzaya səbəb olub.
Oxu.Az xəbər verir ki, videogörüntülər avtomobildə əyləşən sərnişin tərəfindən lentə alınıb.
Videodan görünür ki, sürət həddinin aşılması səbəbindən 77-BU-703 dövlət nömrə nişanlı “Prius” markalı avtomobil idarəetmədən çıxaraq dirəyə çırpılıb.
Ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində səkkiz ədəd müxtəlif markalı avtomat, üç tapança, on ədəd qumbara, yeddi alışdırıcı, bir tüfəng, 60 ədəd patron darağı, 4 060 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.
ABŞ-li sahibkar İlon Mask öz şirkəti “SpaceX”i Delaverdən Texasa köçürüb.
“Mən “SpaceX” qeydiyyatını Delaverdən Texasa köçürdüm!
Əgər şirkətiniz hələ də Delaverdə qeydiyyatdadırsa, mümkün qədər tez başqa ştata köçürməyinizi məsləhət görürəm”, - deyə biznesmen bildirib.
Qeyd edək ki, fevralın 1-də Delaver məhkəməsi 2018-ci ildə şirkətin sahibi və rəhbəri İlon Maska təşkilata rəhbərlik etdiyinə görə bonus olaraq 55,8 milyard dollar ödəməyə razı olan “Tesla”nın direktorlar şurasının qərarını ləğv etmək qərarına gəlib.
“2023-cü ildə özəl sektorda çalışan işçilərin sayı dövlət və neft sahəsində çalışan işçilərin sayını üstələyib”.
APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə:davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
“2019-cu ildə biz bu prosesə başlayanda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı.
5 il ərzində aparılan uğurlu işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan muzdlu işçilərin sayını üstələyib.
Bu illər ərzində vergi işçiləri öz vəzifələrinin icrasına daha yüksək standartla yanaşıb”, - deyə o vurğulayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də doktorantura, dissertantlıq və adyunktura üzrə təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanda 309 iddiaçı iştirak edəcək.
302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İddiaçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:""- şəxsiyyəti təsdiq edən sənədin əsli;"- “İmtahana buraxılış vərəqəsi”.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanın müddәti 2 saat 30 dәqiqәdir.
İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә (vizual mәlumatın yazılı tәsviri üçün) ayrılır.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur.
Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır.
Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır.
Apellyasiya müraciətləri zamanı təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.)baxılmayacaq.
Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.
İmtahanın keçirilməsi üçün 2 imtahan binası, 4 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 31 nəzarətçi, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.