Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qeyd edək ki, fevralın 18-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. |
Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. |
Danışıq bloku üzrə imtahan 4 mart tarixində keçiriləcək. |
Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar. |
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. |
Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. |
Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. |
Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış id... |
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku imtahanı isə martın 4-də keçiriləcək. |
Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları var. |
Bu barədə ABC telekanalı əllərində ABŞ-nin kəşfiyyat məlumatları olan iki mənbəyə istinadən xəbər verib. |
Onların sözlərinə görə, söhbət nüvə silahının peyklərə qarşı mümkün istifadəsindən gedir. |
“Bu, çox narahatedici və həssas məsələdir”, - deyə telekanalın mənbəsi əlavə edib. |
Qeyd edək ki, Nümayəndələr Palatasının Kəşfiyyat üzrə xüsusi komitəsinin sədri Mayk Törner daha əvvəl milli təhlükəsizliyə ciddi təhlükə ilə bağlı narahatlığını bildirib. |
ABC bu təhlükənin Rusiya və kosmosda müəyyən fəaliyyətlərlə bağlı ola biləcəyini hesab edirlər. |
Onu da bildirək ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu gün Nümayəndələr Palatasında bir neçə əsas qanunvericisi üçün ölkənin milli təhlükəsizliyi ilə bağlı brifinq keçirəcək. |
Nümayəndələr Palatasının spikeri Mayk Conson isə ictimai həyəcan üçün heç bir səbəb görmədiyini deyib. |
“Alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili yaşıl dünya naminə həmrəylik ili elan edərək COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda yaşıl enerjinin əh... |
Bu barədə “AzərEnerji” ASC məlumat yayıb. |
Bildirilib ki, xüsusən də işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq ardıcıl şəkildə su elektrik stansiyaları yaradılır. |
Belə ərazilərdən biri də Laçın rayonudur və burada “AzərEnerji” tərəfindən silsiləli işlər görülür. |
Qeyd edək ki, yaşıl enerji strategiyasına uyğun olaraq Laçın rayonunda 9 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılmaqdadır. |
Belə ki, bu günə kimi Laçın rayonunda 8,25 meqavat gücündə “Mişni”, 8 meqavat gücündə “Güləbird”, 6 meqavat gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gücündə “Sus” Su Elektrik Stansiyası bərpa edilib. |
Nəticədə bu günə kimi “AzərEnerji” tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 milyon kilovat-saatdan artıq ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. |
77 milyon kilovat-saat yaşıl enerjinin istehsal edilməsi ilə 18 milyon kubmetr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. |
Ən əsası ekosistemin qorunması üçün zəruri tədbirlər görülüb, stansiyalarda Avropa istehsalı olan ekoturbinlər quraşdırılıb. |
Hazırda Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. |
Daha doğrusu, artıq 14,25 meqavat gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. |
14,7 meqavat gücündə “Ağbulaq-2”, 4 meqavat gücündə “Qaraqışlaq”, 3,5 meqavat gücündə “Mirik” və 2,8 meqavat gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. |
“2024-yaşıl dünya” naminə həmrəylik ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır. |
“Bizim istəyimizdən asılı olmayaraq bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. |
Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. |
Bu proses genişlənərək digər ölkələri də əhatə edəcək”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayılov Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə:davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda bildirib. |
O bildirib ki, öz müəssisələrimizin rəqabət qabiliyyətini qoruyub saxlamaq istəyiriksə, bu tənzimləyici alətləri vaxtında müzakirə etməliyik. |
“Arzum budur ki, ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının heç olmasa birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək”, - deyə Mikayıl Cabbarov vurğulayıb. |
“Ağ Evin hazırkı rəhbəri Co Bayden ABŞ prezidenti kimi Rusiya üçün rəqibi Donald Trampdan daha faydalı olacaq”. |
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinin sualını cavablandırarkən deyib. |
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. |
Putinin fikrincə, demokrat daha təcrübəli siyasətçidir və hərəkətlərinin proqnozlaşdırılması mümkündür. |
O, daha təcrübəli insandır, proqnozlaşdırılandır. |
O, köhnə formasiyanın siyasətçisidir. |
Hesab edirəm ki, ABŞ-də daxili siyasi seçki kampaniyası getdikcə güclənir və daha kəskin şəkil alır. |
Zənnimcə, bizim bu prosesə müdaxilə etməyimiz düzgün deyil”, - deyə Putin vurğulayıb. |
O, həmçinin qeyd edib ki, ixtisaslaşmış həkim olmadığı üçün Baydenin səhhəti ilə bağlı şərh vermək hüququ yoxdur. |
Vladimir Putin üç il əvvəl Amerika lideri ilə Cenevrədə görüşünü xatırladıb. |
Onun sözlərinə görə, o zaman bəzilərinin artıq siyasətçinin bacarıqsız olduğunu söyləmələrinə baxmayaraq, belə bir hal müşahidə etməyib. |
Putin etiraf edib ki, o zaman onların hər ikisi bəzən öz sənədlərinə göz gəzdiriblər və bunda qəribə heç nə yoxdur. |
Qeyd edək ki, daha əvvəl Putin Rusiyanın istənilən ABŞ lideri ilə işləməyə hazır olduğunu təsdiqləyib. |
O, jurnalist Pavel Zarubinlə söhbətində Moskvanın amerikalıların seçdiyi prezidentlə əməkdaşlığa hazır olduğunu nəzərə çatdırıb. |
Vaşinqtonda naməlum şəxslər ABŞ Konstitusiyasının vərəqləri üzərinə qırmızı toz töküblər. |
Hadisə Birləşmiş Ştatların paytaxtında yerləşən Milli Arxivlər və Qeydlər İdarəsinin ziyarətçilər üçün nəzərdə tutulan hissəsində olub. |
Hadisəni törədən şəxslər hadisə yerində saxlanılıblar. |
İdarənin təhlükəsizlik əməkdaşları onları hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verib. |
Hazırda faktla bağlı araşdırma aparılır. |
Konstitusiyanın mətni dərc olunmuş vərəqlər xüsusi vitrində qorunduğundan ona zərər dəyməyib. |
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Misir Vidadi oğlun Şahquliyevin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb. |
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. |
Məlumatda qeyd olunub ki, araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imka... |
İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. |
Şimali Atlantika Alyansı (NATO) Ukrayna hərbçilərinin təlimi üçün müasir təlim mərkəzi yaratmağı planlaşdırır. |
Bu barədə “El Pais” qəzeti mənbələrə istinadən yazıb. |
Məqalədə qeyd olunub ki, NATO layihəsi Avropa İttifaqının mövcud missiyasının genişləndirilməsi üçün nəzərdə tutulub. |
Təlimlər təkcə Ukrayna Silahlı Qüvvələrinin sıravi heyəti üçün deyil, həmçinin ordu komandanlığı, o cümlədən inzibati heyət üçün də keçiriləcək. |
Qəzet qeyd edir ki, alyans Ukrayna hərbçilərinin təlim səviyyəsini NATO standartlarına yüksəltmək niyyətindədir. |
Hazırda NATO proqramın təfərrüatını hazırlamağı yekunlaşdırır. |
Rusiya bunu təhdid kimi qiymətləndirə biləcəyi üçün təfərrüat açıqlanmır. |
Alyansın üzvləri, eyni zamanda, layihənin maliyyələşdirilməsi və təlim üçün təlimatçıların seçilməsi məsələlərini də müzakirə edirlər. |
Yekun təşəbbüs təşkilatın iyulda Vaşinqtonda keçiriləcək sammitində təsdiqlənə bilər. |
ABŞ limanlarında minlərlə “Porsche”, “Bentley” və “Audi” avtomobilləri bloklanıb. |
Qeyd olunur ki, səbəb “Porsche” şirkətinin aid olduğu “Volkswagen” konserninin məcburi əmək qanunlarını pozduğu iddia edilən Çin istehsalçısının detalının aşkar edilməsi olub. |
Avtomobil istehsalçısı yeni maşınların çatdırılmasını martın sonuna qədər təxirə salıb, çünki Qərbi Çindən gələn elektron komponent əvəz edilməli olub. |
Həmin detalın Sincan-Uyğur avtonom rayonunda istehsal edilib-edilmədiyi təsdiqlənməyib. |
“Volkswagen” konserni onun aşkar olunması barədə dərhal ABŞ səlahiyyətlilərini xəbərdar edib. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. |
Sizin qətiyyətli liderliyiniz sayəsində dost Serbiya hərtərəfli inkişaf edir və böyük uğurlara imza atır. |
Keçən ilin sonunda ölkənizdə baş tutmuş növbədənkənar parlament seçkilərinin nəticələri Sizin həyata keçirdiyiniz ümummilli siyasətə, əzmkar fəaliyyətinizə xalqınızın dəstəyini, Sizə olan inam və etimadı bir daha bariz şəkildə təsdiq etdi. |
Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. |
Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. |
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim. |
Siyasi əlaqələrimizin yüksək səviyyəsi, qarşılıqlı ali səfərlər və davamlı təmaslarımız bütün sahələr üzrə fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. |
Bu yaxınlarda Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımızın növbəti əyani nümunəsidir. |
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi olduqca genişdir. |
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığının böyük potensialından tam şəkildə istifadə etmək və strateji tərəfdaşlığımızı daha da gücləndirmək məqsədilə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. |
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Arif Paşayevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. |
Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir. |
Siz Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə tanınan dəyərli alimlərimizdənsiniz. |
Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə şöhrət qazandırmışdır. |
Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır. |
Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, habelə Akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz vardır. |
Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir. |
Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir. |
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram”. |
Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. |
Nazirlikdən verilən məlumata görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın lokal yayılmasına səbəb olub. |
Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir:""“Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.