Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur”, - məlumatda deyilir.
Masallı rayonunda yeniyetmənin zorla ərə verilməsi barədə iddia yayılıb.
“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində 12 yaşında olduğu deyilən yeniyetmənin özündən yaşca çox böyük biri ilə evləndirilməsi barədə məlumat verilib.
Lalə Azərtaş həmin şəxslərin görüntüsünü təqdim edərək “Video oğlanın həyətində çəkilib.
Elə bil bir ata gülü qızına verir.
Adətən çəkiliş edib sonra yayımlayıram.
Amma bu dəfə əlimdə video və fotolar var deyə yayımlayıram” , - deyə şərh edib.
Bir müddət əvvəl ölüm xəbəri ilə gündəmə gələn Əməkdar artist Kifayət Gəncəli xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın məlumatına görə, bu barədə aparıcı Elgiz Əkbər proqramında deyib.
O bildirib ki, aktrisa yıxılıb və vəziyyəti pisdir:""“Yıxılıb huşunu itirib.
Neçə gündür komada idi, ayılmırdı.
Azərbaycan Televiziyasında (AzTV) Parisdə Fransa Prezidenti Emmanuel Makronun və Yelisey Sarayının terror təşkilatları ilə əməkdaşlığını ifşa edən “Siyasətin kvazimodosu” adlanan sənədli film hazırlanıb.
Sənədli filmdə son zamanlar hökumət əleyhinə kütləvi etiraz aksiyaları ilə gündəmə gələn Fransada siyasi və iqtisadi böhrandan, Makronun faşist siyasətindən danışılıb.
Addımbaşı polis və əli silahlı əsgərləri görməyin mümkün olduğu Parisdə Makronun daxili və xarici siyasətinə etiraz edən siyasi fəalların və jurnalistlərin təqib edildiyi vurğulanıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovun ideya müəllifi olduğu filmdə erməni terror təşkilatlarının Fransadakı “yuvaları” ifşa edilib.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə tarixi-mədəni abidəsi dağılan, yaşayış məskənləri viran edilən Karvansaray, bəzi mənbələrdə isə Karvansara kimi qeyd edilən rayon haqqında süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, “İran ermənilərinin yerləşdirildiyi rayon" adlı süjetdə tarix boyu Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti aparıldığı, bunun nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən didərgin salındığı bildirilir.
Qeyd olunub ki, Qərbi Azərbaycanın, Şəmşəddin mahalı ərazində, İrəvan-Tiflis yolunun üstündə, Ağstafa çayı sahilində yerləşən Karvansara rayonu indiki Ermənistanın şimal-şərqində yaşayış məntəqəsi olub.
Bu ərazi dağ ətəyindən axan Ağstafa çayı boyunca keçən qədim ticarət yolunun sayəsində 18-ci əsrdə karvansara olaraq meydana gəlib.
1805-ci ildə rayon ərazisi Çar Rusiyası tərəfindən işğal edilib və Yelizavetpol/Gəncə quberniyasının Qazax qəzasına daxil olub.
Eyni zamanda, əraziyə İran və Anadoludan gətirilən ermənilər yerləşdirilib.
XX əsrin əvvəllərində bu ərazilər erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.
Bu məkan 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinə aid olsa da, Cümhuriyyətin süqutundan sonra Ermənistan SSR-nin tərkibinə verilib.
Diqqətə çatdırılıb ki, indi İcevan adlandırılan, amma vaxtilə azərbaycanlılara məxsus olan Karvansara rayonu Qərbi Azərbaycanın ən füsunkar yerlərindən biridir:“1920-ci ildən İcevan adı ilə rəsmiləşdirilən azərbaycanlılara aid bu yaşayış məntəqəsi rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb.
Bura 1961-ci ildə şəhər statusu verilib və Azərbaycanın Qazax bölgəsi ilə sərhəddə yerləşir.
1988-ci ilə qədər azərbaycanlılar yaşadıqları Salah, Murtel, Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad və digər kəndləri tərk etmək məcburiyyətində qalıblar.
Bu hadisədən sonra buradakı türk-oğuz mənşəli yer adlarının izi get-gedə itirilib və 41 tarixi yer adı dəyişdirilib.
Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə mərkəzi İcevan şəhəri olan Tavuş mərzliyi yaradılıb.
Azərbaycan və Gürcüstanla sərhəddə yerləşən mərzliyə Karvansara, yəni İcevan, Şəmşəddin, yəni Berd, Barana, yəni Noyemberyan rayonları və Dilican şəhəri daxil edilib”.
Sonda vurğulanıb ki, xalqımıza məxsus tarixi-mədəni və coğrafi yaddaşı əks etdirən Karvansara rayonu da saxta yollarla ermənilərin cənginə keçib:“Lakin əminik ki, biz qədim, əzəli və əbədi torpaqlarımıza, gözəl təbiəti ilə seçilən doğma yurd yerlərimizə mütləq qayıdacağıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Zabratda evlərin birində iri çatlar əmələ gəlib.
Ev sahibi iddia edir ki, səbəb yaxınlıqdakı zavodun çirkab su quyusunu düz onun evinin yaxınlığında qazmasıdır.
Nəticədə həmin su bəzən zirzəmini də doldurur.
Söhbət Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 46 ünvanından gedir.
Evin sahibi Şahin Kənani iddia edir ki, onun evinin bu vəziyyətə düşməsinin səbəbi yaxınlıqda yerləşən “Zabrat Maşınqayırma” zavodudur.
Həmin zavodun rəhbərliyinin göstərişi ilə zavod ərazisində, yəni ev ilə zavodu ayıran divarın düz yanında vaxtilə qazıntı işləri aparılıb, çirkab suların axıntısı üçün quyu qazılıb.
İndi həmin hissədə torpaq yatağı boşaldığı üçün onun mənzilinin zirzəmisinə su dolur.
Ev sahibi deyir ki, zabod rəhbərliyi bu barədə məlumatlıdır.
Bununla belə, problem həll edilmir.
Şahin Kənani deyir ki, faktiki olaraq onun maddi durumu bu məsələnin həll edilməsinə imkan vermir.
Üstəlik nəmişlik səbəbindən onun övladları da tez-tez xəstələnir.
O həmçinin çat səbəbindən gələcəkdə evinin uça biləcəyindən narahatdır.
Məsələ ilə bağlı “Zabrat Maşınqayırma” ASC-yə getdik.
Mühafizəçilər bizi içəri buraxmadılar və rəhbərliyin orada olmadığını dedilər.
Daha sonra zavodun direktoru Oruc adlı şəxslə telefon vasitəsilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mobil telefonunu satmaq istəyənlərin şəxsi məlumatları oğurlana bilər.
Xezerxeber.az-ın məlumatına görə, smartfonun yaddaşında şəxsi məlumatlar mövcud olduğu üçün, onu satmaq, kiməsə hədiyyə etmək doğru hesab edilmir.
Bir çox insan mobil telefonlarını satan zaman yaddaşını təmizləyir və şəxsi məlumatları silir.
Ancaq onu da bilmək lazımdır ki, bu bilgilər xüsusi proqramlar vasitəsilə geri qaytarıla bilir.
Bəs ikinci əl mobil cihazların alış-verişi ilə məşğul olanlar telefonların yaddaşını necə təmizləyir?
Ekspertlər düşünürlər ki, bu, kifayət qədər təhlükəsiz deyil.
Şəxsi məlumatların olduğu İT avadanlıqlarını satışa çıxardıqda, onların yaddaş qurğularını çıxarmaq lazımdır.
Yox əgər bu mümkün deyilsə, həmin cihaz köhnəldiyi zaman məhv etmək daha məqsədəuyğundur.
Kompüterlərdə yaddaş qurğusunu asan bir formada cihazdan ayırmaq olsa da, smartfonlarda bu proses cihazın quruluş və strukturuna görə kifayət qədər bahalı bir əməliyyatdır.
Ona görə də, bunu həyata keçirmək səmərəli bir seçim deyil.
İrəvan Moskvadan uzaqlaşaraq Kremlin düşmənlərinə doğru inamlı yol tutub.
KTMT və Aİİ müttəfiqləri Kazanda “mini sammit” təşkil edərkən, Ermənistanın baş naziri Nikol Paşinyan Parisə işgüzar səfərə gedib və orada Moskvaya qarşı bir sıra sərt bəyanatlar verib.
Eyni zamanda İrəvanda Rusiya sərhədçilərinin paytaxtın Zvartnots hava limanından çıxarılması barədə danışmağa başlayıblar.
Politoloqlar əmindirlər ki, işlər Ukrayna ssenarisinin təkrarına və Cənubi Qafqazda genişmiqyaslı müharibəyə doğru gedə bilər.
Moskva və İrəvan münasibətləri barədə NEWS.ru material dərc edib.
Məqalədə bildirilir ki, dəfələrlə Rusiya əleyhinə bəyanatlar verən Ermənistan parlamentinin spikeri Alen Simonyan bu dəfə Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanında fəaliyyətini dayandırmalı olduqlarını bildirib.
Simonyanın fikrincə, Ermənistanın təhlükəsizliyini “istənilən üsullarla” təmin etmək və “hər şeyi bir səbətə qoymamaq” lazımdır, çünki siyasətçinin dediyi kimi, İrəvan bunu artıq bir dəfə edib və vəziyyətin heç bir müsbət nəticə verməyəcəyinə əmin olub.
O, Rusiya hərbçilərinin Ermənistanın sərhədlərini qoruyacağına şübhə etdiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyanın bəyanatını “rəsmi İrəvanın nümayəndəsinin qeyri-dost davranışının növbəti nümunəsi kimi” qiymətləndirib.
Materialda Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mümkünlüyünə də toxunulub.
Bildirilib ki, məsələ ilə bağlı müzakirələr ikinci Qarabağ müharibəsindən sonra başlayıb.
Hərçənd, 102-ci Rusiya bazası müqaviləyə əsasən, 2044-cü ilə qədər Ermənistanda qalmalıdır, buna baxmayaraq İrəvan Rusiya Silahlı Qüvvələrinə qarşı qeyri-dost addımlar atmağa qadirdir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan general-mayoru Aleksandr Mixaylov NEWS.ru ilə söhbətində bəyan edib ki, hazırda Qafqazda “xırda siyasi təlatümlər var və bunu erməni siyasətçiləri, eləcə də xarici maraqlar stimullaşdırır”.
Ekspert Rusiya ilə sərhəddə Ermənistanın növbəti gərginlik mənbəyi yaratmağa çalışdıqlarına əminliyini ifadə edib.
Ermənistanın KTMT-də iştirakını dondurmasına gəlincə, Moskvada Paşinyanın açıqlamaları çaşqınlıq yaradıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya liderinin Ermənistanın KTMT-yə üzvlüyü məsələsində Paşinyanla heç bir təması olmayıb.
“Ancaq işgüzar əlaqələr çərçivəsində, əlbəttə ki, biz erməni dostlarımızdan onların nə demək istədiklərini və vəziyyətin necə olduğunu öyrənmək istəyirik.
Ona görə də, biz İrəvanla dialoqumuzu davam etdirəcəyik”, - Peskov qeyd edib.
İrəvan - Moskva ziddiyyətləri fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana mümkün səfəri münasibətləri daha da gərginləşdirib.
“Əgər Zelenski Ermənistana səfər etmək qərarına gəlsə, onu İrəvanda qəbul edəcəklər.
Zelenskinin səfəri zamanı Rusiyanın reaksiyası bizi maraqlandırmır”, - deyə ölkənin keçmiş müdafiə nazirinin müavini Qurgen Melkonyan bildirib.
“Ermənistan” fraksiyasının deputatı Argenaz Manukyan isə deyib ki, Ukrayna Prezidentinin İrəvana səfəri açıq-aşkar anti-Rusiya addımıdır və “Rusiyaya qarşı ikinci cəbhə açır”.
“Xarici qüvvələr Ermənistanın hesabına Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Zelenskinin Ermənistana səfərini təşkil etməyə çalışırlar.
Nikol Paşinyana bu tamaşada erməni Zelenskisi və ya Saakaşvilisi rolu verilir.
Paşinyan şəxsi hesablamalarına və maraqlarına əsaslanaraq Rusiya ilə Qərbin, Qərblə İranın qarşıdurmasında Ermənistanı alver obyektinə çevirib.
Zelenskinin səfəri baş tutsa, bu, Ermənistana qarşı təxribat olacaq və Ermənistan-Rusiya münasibətləri üçün geri dönüş nöqtəsinə çevriləcək”, - Manukyan bildirib.
Tibb təhsili alan həkimlər xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər.
Xezerxeber.az-ın məlumatına görə, "Sağlamlığa xidmət" ictimai birliyinin sədri Pərvanə Vəliyeva deyir ki, həkimlər özlərini nə qədər inkişaf etdirsələr, təbii ki, bir o qədər faydalıdır.
Xaricdə müxtəlif kurslarda ixtisasartıma keçənlərin əksəriyyəti isə düşünür ki, pasiyentlər təcrübəsi olan, müxtəlif cür kurslardan keçmiş, uzmanlıq adını almış həkimlərə üz tuturlar.
Türkiyə İxtisasartıma ilə bağlı ən çox müraciət edilən ölkələrdən sayılır.
Ekpsert bunu bir sıra səbəblərlə əlaqələndirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) insan resursları departamentinin təlim və karyera planlaması şöbəsinin müdiri Mədinə Kərimli bildirib ki, bu kimi kurslara cəlb edilmiş həkim-mütəxəssislər göstərdikləri xidmətin keyfiyyətinin artırılması ilə daha çox pasiyentə xidmət edirlər.
Bununla da əməkhaqqı qaydalarında nəzərdə tutulmuş əlavələrdən yararlana bilirlər.
Həmçinin qeyd olunub ki, ölkədə fəalliyyət göstərən tibb işçiləri beş ildən bir sertifikasiyaya cəlb olunurlar.
Sertifikasiya şəhadətnaməsini almış əməkdaşların da tibbi-praktiki fəalliyyətlə məşğul olmasına icazə verilir.
“Azərbaycanda su təsərrüfatı ilə bağlı ayrıca qanun qəbul olunmalıdır“.
Bunu Milli Məclisdə “Ölkənin su təsərrüfatı:problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.
“Təəssüf ki, insanlarımızın suya münasibəti xoşagələn deyil.
Çox insafsız davranırlar, bəzən su krantlarını açıq qoyurlar.