Search is not available for this dataset
text
stringlengths
10
518k
Bildirilib ki, sistemin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olması istiqamətində işlər görülür.
Texnikanın təhvil veriləcəyi dəqiq tarix açıqlanmayıb.
Çanaqqala boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib.
“Qatı duman səbəbindən yaranan görmə məhdudiyyətinə görə Çanaqqala boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, - deyə qurumdan bildirilib.
“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb”.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.
“Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur”, - məlumatda deyilir.
“Ukrayna Prezidenti Volodimir Zelenskinin on maddəlik sülh planını prinsipcə dəstəkləyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciətində deyib.
O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında növbəti görüşə ev sahibliyi etməyə hazırdır.
“Şərqi Avropadakı savaşın ədalətli və dayanıqlı sülhlə başa çatması üçün çalışırıq.
Bunun üçün diplomatiya və dialoqa şans verilməlidir”, - deyə o bəyan edib.
Ərdoğan qeyd edib ki, bütün cəhdlərə rəğmən, Ukraynadakı müharibənin dayandırılması ilə bağlı lazımi nəticə əldə olunmayıb və sülh üçün tərəflərin bir araya gətirilməsinə ehtiyac var.
Power” agentliyi sahiblərinin ən çox razı qaldığı elektromobillərin siyahısını təqdim edib.
Agentliyin həyata keçirdiyi sorğunun nəticələri təşkilatın saytında dərc olunub.
Araşdırma çərçivəsində avtomobillər qiymət kateqoriyasına görə bölünüb.
Nəticələrə əsasən, “BMW” elektrik avtomobilləri kütləvi və premium qruplarda liderdir.
Beləliklə, “BMW i4” bahalı avtomobillərin reytinqində birinci yeri tutub.
İkinci və üçüncü sıraları “Rivian” modelləri tutur:“R1T” pikap və “R1S” krossoveri.
İlk beşlikdə həmçinin “Tesla” “Model 3” və “Model Y” yer alıb.
“Mini Cooper” elektrik avtomobili kütləvi seqmentdə liderdir.
Ondan sonra “Ford Mustang Mach-E” və “Ionqi 6” gəlir.
İlk beşliyi “Nissan Airya” və “Chevrolet Bolt” tamamlayır.
Power” əlavə edib ki, bu yaxınlarda elektrik avtomobillərinə keçən respondentlərin 39%-i ictimai enerjidoldurma stansiyaları ilə bağlı problemlərə görə hibrid və ya ICE avtomobilinə keçmək istəyir.
Bununla belə, artıq ikinci və ya üçüncü elektrik avtomobilini idarə edən sürücülər akkumulyatorla işləyən nəqliyyat vasitələrindən imtina etməyə daha az (19%) həvəsli olacaqlar.
Fransanın baş naziri Qabriel Attal bəyan edib ki, Rusiya respublika üçün birbaşa təhlükədir.
“Reallıq bundan ibarətdir ki, Rusiya bütün aspektlərdə Fransa üçün birbaşa və bilavasitə təhlükə yaradır”, - o, Senatda (respublika parlamentinin yuxarı palatası) çıxışı zamanı deyib.
Hökumət başçısının sözlərinə görə, Rusiya Fransada “dezinformasiya kampaniyaları”, Avropa ölkələrində “sabitliyi pozmaq və parçalama əməliyyatları”, həmçinin kiberhücumlar həyata keçirir.
Çinin “AutoFlight” şirkəti ilk dəfə pilotsuz hava taksisini işə salıb - nəqliyyat vasitəsi Şençjen və Çjuhay şəhərləri arasında 50 kilometrlik yolu cəmi 20 dəqiqəyə qət edib.
Qeyd olunur ki, İnci çayının deltası şəhərlər arasında yerləşdiyi üçün quru yolu ilə səyahət bir neçə saat çəkir.
Tərtibatçı çətin relyeflə əhatə olunmuş şəhərlərdə yeni aeromobil növünə tələbat olacağını gözləyir.
Bu sahədə həmçinin “eHang” şirkəti də fərqlənib - artıq Çində kommersiya daşımaları işə düşüb.
Ehtimal olunur ki, müvafiq nəqliyyat növündən turizm şirkətləri hava marşrutları və ekskursiyaların açılması üçün istifadə edəcəklər.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Prezident İlham Əliyevdən Borell və Makrona tərs şillə.
“Vəziyyət planlaşdırdığını kimi olmayacaq”.
Laçında hərbi qulluqçumuz əlverişsiz hava şəraitində yolu azdı.
Ermənistan Milli Təhükəsizlik Xidməti onun saxlanıldığını bildirdi.
Makron dünyani bir-birinə vurdu.
Qərb ölkələri Rusiya ilə müharibəyə hazirlaşır?
Rusiya benzin ixracını dayandırır.
Bu addımın Azərbaycana təsiri necə olacaq?
Apteklərdə dırnaqarası göz müayinəsi.
Eynək satanlar necə “həkimlik” edir?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
“Qarabağ”ın futbolçusu Olavio Juninyo zədələnib.
Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu “Qəbələ”yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda sıradan çıxıb.
Braziliyalı forvardın yerinə 40-cı dəqiqədə Leandro Andrade meydana daxil olub.
Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində Cavidin itkin düşməsi ilə bağlı Vüqar adlı şəxs danışıb.
O bildirib ki, Cavidin nəşi ya dayısının, ya da Astanın (Astan Məsim oğlu Cəfərov - red.)
Çünki bir ay qabaq Astanın bağında kart oynayarkən davaları düşüb.
Qeyd edək ki, A.Cəfərov barədə iddia Cavidin itkin düşdüyü gün kənd ərazisində polislər tərəfindən aparılan axtarışlar zamanı Astana məxsus olan, istifadə edilməyən sahəyə suyun buraxılması olub.
Bu səbəbdən polislər həmin gün sözügedən ərazidə axtarış apara bilməyiblər.
Cəlilabad rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.
Yanğın nəticəsində VAZ markalı minik avtomobilinin salonu yanıb.
Faktla bağlı araşdırma aparılır.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.
Ermənistan mətbuatında yayılan məlumatlara görə, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib.
Etiraz notasına səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstərilib.
“Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir.
İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb”, - nazir vurğulayıb.
Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində bir sıra ikitərəfli sənədlər (memorandum və investisiya əməkdaşlığı ilə bağlı sazişlər) imzalanıb.
Sənədlər sırasına Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Stavropol diyarının Ticarət və Sənaye Palatası” İttifaqı, “Kavkaz.RF” QSC ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Həştərxan vilayəti hökuməti ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti arasında əməkdaşlı...
Qeyd edək ki, Rusiya və Azərbaycan arasında iki dövlət başçılarının təşəbbüsü ilə təşkil olunan regionlararası forumlar 2009-cu ildən bəri keçirilir.
Bu, iki ölkənin regionları arasında yeni əlaqələrin qurulmasına və birgə perspektivli layihələrin müzakirəsinə kömək edir.
İlk forum Bakıda keçirilib və müxtəlif illərdə Rusiyanın Həştərxan, Volqoqrad, Yekaterinburq şəhərləri ilə yanaşı, Azərbaycanın Qəbələ şəhəri də tədbirə ev sahibliyi edib.
Nəticədə bir sıra ikitərəfli sənədlər imzalanıb.
“Rusiya sərhədçilərinin Nerkin And kəndi ərazisində yerləşməsi üçün mandatı yoxdur”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Bu vəziyyətlə bağlı deyə bilərəm ki, Rusiya sərhədçilərinin nə mandatı, nə də müqaviləsi var.
Bu isə o deməkdir ki, həmin zonada Rusiya sərhədçiləri təhlükəsizliyə yönəlmiş fəaliyyətlər həyata keçirə bilməzlər.
Deməli, biz bundan müvafiq nəticə çıxarmalıyıq”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Sünik rayonunun Nerkin And kəndi Azərbaycanın Zəngilan rayonu ilə həmsərhəddir.
Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gələcəklər.
Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.
“Yaxın bir neçə gün ərzində atəşkəsin tətbiqi ilə bağlı razılıq əldə edəcəyik”, - o bildirib.
Qeyd olunur ki, İsrail və HƏMAS nümayəndələri arasında danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada aparılır.
Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında daha bir medal qazanıblar.
Federasiyadan Oxu.Az-a verilən məlumata görə, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət kollektiv trio komanda yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, qitə çempionatında daha əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət yığma isə oğlanlar arasında komanda yarışında eyni uğura imza atıblar.
Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.
Onun sözlərinə görə, Almaniya münaqişənin həlli istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.
“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra hazırda davamlı sülhə nail olmaq imkanı var”, - deyə Berbok Berlində iki ölkənin xarici işlər nazirləri ilə görüşündə bildirib.
Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük iztirab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb.
O deyib ki, irəli getmək qətiyyət tələb edir.
Baku TV yeni layihəsini - “Kəndinə qayıt” verilişini təqdim edib.
Verilişin ilk buraxılışında Astara rayonunun Sım kəndinə səyahət edilib.
Proqramın aparıcısı Kəmalə Bədəlova qədim tarixi ilə məşhur olan kəndin sakinlərinin həyat tərzini və problemlərini öyrənməyə çalışıb.
Kənd sakinləri əsasən yol problemindən əziyyət çəkdiklərini deyirlər.
Buraya gələn qonaqlar kəndə xüsusi avtomobillərin köməyi ilə qalxmalı olurlar.
Turizm bölgəsi olan Sım əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur.
“Sımın pəncərəsi” adlanan “Ballı qaya”nın ən hündür zirvəsində bu gün sadəcə bir ev və ailə məskunlaşıb.
“Ballı qaya”dan görünən şəlalə isə “Dustaqxana” adlanır.
Deyilənə görə, burada şahın zindanı yerləşir.
Hətta şahın edama məhkum etdiyi dustaqların sümüklərinin hələ də burada olduğu deyilir.
“Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar”.