Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bunu təhsil eksperti Elçin Əfəndi Yeniçağ.az-a açıqlamasında deyib. |
Onun sözlərinə görə, ümumi diplom işinin yazılması və praktikanın vacib olduğu ixtisaslarda dövlət imtahanı, yaxud diplom müdafiəsi keçirilə bilər:""“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il ali təhsil müəssisələrini bitirən tələbələr dövlət imtahanı verməyəcəklər. |
Başqa sözlə, 2020-ci ildə universitetə qəbul olan tələbələrin 70-75 faizi dövlət imtahanında iştirak etməyəcək. |
Onlar diplomlarını semestrlər ərzində əldə etdikləri ümumi ortalama göstərici əsasında alacaqlar. |
Lakin ümumi diplom işinin yazılması və praktikanın vacib olduğu ixtisaslarda dövlət imtahanı, yaxud diplom müdafiəsi keçirilə bilər. |
Düşünürəm ki, dövlət imtahanlarının ləğvi müsbət haldır. |
Onsuz da, tələbələrə dörd il ərzində hər semestr ümumi bilik və bacarıqları götürdükləri kreditlər üzrə yoxlanılıb müəyyən qiymətlər yazılırdı. |
Belə bir qərarın qəbulu tələbələri semestr imtahanlarında daha yaxşı nəticələr əldə etməyə yönəldəcək. |
Fikrimcə, dövlət imtahanının ləğvi semestr imtahanlarının çətinlik səviyyəsinə də təsir göstərəcək. |
Hər zaman bildiririk ki, universitetə qəbul asanlaşmalıdırsa, bunun qarşılığı olaraq, ali təhsil müəssisəsini bitirmək çətinləşməlidir. |
Biz cəmiyyət üçün yararlı, yüksəkixtisaslı kadrlar yetişdirmək istəyiriksə, imtahanların çətinləşməsi, təbii ki, gözləniləndir”. |
İqtisadiyyat Nazirliyində Çinin “Yutong Bus Co. |
Ltd” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi müzakirə edilib. |
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. |
Bildirilib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong Bus Co. |
Ltd” şirkətinin nümayəndə heyəti ilə görüşüb. |
Azərbaycan-Çin iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb. |
Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. |
Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sənaye zonaları barədə məlumat verilib. |
Görüşdə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi imkanları nəzərdən keçirilib. |
17:54"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong” şirkətinin nümayəndə heyəti ilə görüşüb. |
Bu barədə nazir öz “X” hesabında paylaşım edib. |
Bildirilib ki, görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr aparılıb. |
Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış "Yutong" (@YutongGlobal) şirkətinin nümayəndə heyəti ilə görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli #nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb… pic.twitter.com/KEFtSkOLWJ |
Nazirlər Kabineti “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib. |
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. |
Qərara əsasən, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamı çərçivəsində tikilən qurğular üzrə illik icarə haqqının minimum məbləği bu... |
Nazirlər Kabinetindən bildirilib ki, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər... |
Ermənistanın yalanları, beynəlxalq ictimaiyyəti çaşdırmaq planları növbəti dəfə ifşa olunub. |
Uzun illər beynəlxalq ictimaiyyətə yalan xəbərlər yeridən müəyyən hallarda buna müvəffəq olan İrəvan hökuməti elə paytaxtda tutarlı cavab alıb. |
Bu dəfə Ermənistanı yerlə bir edən Almaniya Bundestaqının hüquqi məsələlər komissiyasının sədri Elizabet Vinlekmayer-Bekker olub. |
İrəvanda səfərdə olan komissiya sədri erməni yalanlarının beynəlxalq ictimaiyyətə sırınması səylərini alt-üst edib. |
Keçirdiyi mətbuat konfransında erməni tərəfi onu təxribata çəkməyə çalışsa da, buna müvəffəq ola bilməyib. |
Əksinə, beynəlxalq aləmə alman deputatın sözləri ilə həqiqət bir daha agah olub. |
Bu baxımdan mətbuat konfransını bir çox mənada erməni tərəfinin fiaskosu da adlandırmaq mümkündür. |
Erməni jurnalistlər komissiya sədrindən Azərbaycanın Qarabağda suveren hüquqlarının bərpa edilməsinə gətirib çıxardığı antiterror əməliyyatları, eləcə də, bölgədən könüllü çıxan erməni sakinlərin guya zorla çıxarılmasına münasibət bildirmələrini istəyiblər. |
Erməni jurnalistlər sual ediblər ki, Almaniya Qarabağdan çıxan ermənilərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacaqmı? |
Cavab gözləmədikləri halda şok təsiri bağışlayıb. |
“Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycan ərazisindədir və heç bir halda Rusiyanın Ukraynada apardığı işğalçı müharibə ilə müqayisə oluna bilməz. |
Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur. |
Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqındırlar. |
Biz onlara mümkün sınaqlar zamanı dəstək məsələsində kömək edirik. |
Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, - o bildirib. |
Maraqlı olan digər məsələ olub. |
Erməni tərəfi Almaniya Bundestaqının hüquqi məsələlər komissiyasının sədrinə rəsmi Berlinin Azərbaycana qarşı mümkün sanksiyalar tətbiq etməsi ilə bağlı təxribatçı sual ünvanlayıblar. |
O belə bir variantı istisna edib. |
Erməniləri eyforiya vəziyyətindən çıxmağa çağırış edib. |
“Sizin bu məsələdə gözləntilərinizin dərəcəsini aşağı salmağınızı istəyirəm. |
Çünki indiki məqamda belə bir sanksiyaların tətbiqi sülh prosesinə ciddi maneə ola bilər”, - deyə almaniyalı deputat vurğulayıb. |
Beləliklə, alman qonağın həqiqətləri ermənilər üçün soyuq duş effekti yaradıb. |
Erməni tərəfi gözləyirdi ki, alman heyət Avropa İttifaqı, yaxud Fransa kimi birtərəfli qaydada onlara qahmar çıxacaq. |
Fransadan fərqli olaraq Almaniya Ermənistanla Azərbaycan arasında yaşananlara baş verənlərə obyektiv mövqe nümayiş etdirməyə çalışır. |
İki ölkə arasında münaqişənin dinc, sülh yolu ilə həllinə və görüşlərin keçirilməsində vasitəçilik etməyə çalışır. |
Fevralın 17-də Münhendə Almaniya kansleri Olaf Şoltun Prezident İlham Əliyevlə görüş təşəbbüsü ilə çıxış etməsi bunu sübut edir. |
Kansler ölkəsinin Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. |
O.Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır. |
Sonra onun təşəbbüsü ilə İlham Əliyevin Şolts və baş nazir Nikol Paşinyan ilə birgə görüşü olub. |
Kansler Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb. |
Almaniyanın Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirdiyini Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də deyib. |
Kansler Şoltsun təşəbbüsü ilə Münhendə Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. |
Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. |
Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. |
Beləliklə, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən “Azərbaycan müharibəyə hazırlaşır” kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Yelisey sarayı tərəf... |
Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. |
Görünür, Almaniya da ermənilərin çirkin planını başa düşüb. |
Bu səbəbdən Ermənistanı komissiya sədri vasitəsilə cəzalandırmaq qərarına gəlib. |
Türkiyənin Diyarbəkir vilayətində modelliklə məşğul olan Siburq Sarsılmaz adlı qadın kənd icma sədrliyinə namizədliyini irəli sürüb. |
Bağlar rayonunun Kaynar məhəlləsindən namizəd olan model bunu həmcinsləri üçün etdiyini qeyd edib. |
Siburq Sarsılmaz qadınları içində olduqları vəziyyətdən xilas etmək üçün bu qərara gəldiyini bildirib. |
O vurğulayıb ki, qadınların yenidən güc qazanmaları üçün səy göstərməyi özünə hədəf seçib. |
Model sosial şəbəkədə seçkiqabağı vədlər verib və məhəlləsində yaşayan vətəndaşlara müraciət edib. |
“Səsinizə namizədəm”, - o deyib. |
Qeyd edək ki, Türkiyədə martın 31-də baş tutacaq yerli seçkilərdə vilayət və rayon bələdiyyə sədrliyi ilə yanaşı kənd icma sədrliyinə də seçkilər keçiriləcək. |
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı dəqiqləşib. |
Oxu.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı martın 1-də Gəncədə olacaq. |
İclasın gündəliyinə AFFA-nın növbəti hesabat-seçki konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər daxildir. |
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasının yanvarın 11-də Gəncədə təşkili planlaşdırılsa da, sonradan təxirə salınmışdı. |
“4-7-8” adlı nəfəs məşqləri sinir sistemini sakitləşdirməyə, narahatlığı azaltmağa və tez yuxuya getməyə kömək edir. |
Bu barədə britaniyalı qastroenteroloq Surab Sethi tez yuxuya getməyin sadə və təsirli üsulundan danışarkən bildirib. |
Onun sözlərinə müntəzəm edildiyi təqdirdə, yuxusuzluqdan tamamilə qurtulmaq mümkündür. |
“Dörd saniyəyə dərindən nəfəs alın, sonra nəfəsinizi tutun və yeddiyə qədər saymağa davam edin, ardınca səkkizə qədər sayaraq nəfəsinizi verin”, - deyə mütəxəssis texnikanı təsvir edib. |
Sethi bu tənəffüs praktikasının yoqadan götürüldüyünü vurğulayıb. |
“Bu üsul rahatlamağa kömək edir və bədəni oksigenlə doyurur, stress və ya narahatlıq nəticəsində yaranan yuxu problemləri üçün effektiv işləyir”. |
Bundan əlavə, qastroenteroloq yatmazdan əvvəl banan yeməyi məsləhət görüb"“Çünki bu meyvənin tərkibində yuxu hormonu melatonin istehsalını təşviq edən triptofan maddəsi var. |
Həmçinin qatıq eyni effekti verir” , - deyə həkim sözlərini yekuynlaşdırıb. |
Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib. |
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. |
Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. |
Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. |
Namizədlər ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilər. |
Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. |
Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. |
Masallı rayonunda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq. |
Oxu.Az xəbər verir ki, Masallı rayonu Ərkivan qəsəbəsindən keçən diametri 159 millimetrlik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lürən, Qızılavar, Bala Kolatan kəndlərinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 2500 abonentin qaz təchizatının martın 1-i saat 10:00-dan işlər yekunlaşana qədər d... |
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir. |
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin dondurulması Ermənistanın burada KTMT-də daimi nümayəndəsinin olmaması, yüksək səviyyəli tədbirlərdə iştirak etməməsi deməkdir”. |
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. |
“Təşkilat öz öhdəliklərini yerinə yetirməsə, Ermənistan KTMT-yə üzvlüyünü hüquqi olaraq donduracaq” - o bildirib. |
Türkiyə yeni yerli istehsallı silahını xidmətə hazırlayır. |
“Trakon Targan” adlı uzaqdan idarə oluna bilən robot texnika dəniz platformalarını qorumaq üçün istifadə olunacaq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.