Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Simurq" Beynəlxalq medalının təsis olunmasında əsas məqsəd həm, Azərbaycanda və həm də, dünya miqyasında yüksək bilik, bacarıq, mütəşəkkillik, mənəviyyat və yaradıcı fəaliyyətə malik olan "Homo Cultural" yeni tipli insanın formalaşmasına kömək etməkdir.
|
Simurq" mükafatı "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının IV qurultayının qərarı ilə təsis olunub və Azərbaycanın ruhi və maddi mədəniyyətinin inkişafına edilmiş töhfəyə görə verilir.
|
Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasına üzvlük Assosiasiyanın üzvlərlə iş üzrə koordinatoru tərəfindən həyata keçirilir.
|
Assosiasiyaya üzv olmaq üçün elektron ərizə formasını doldurub göndərmək lazımdır.
|
Üzvlər Assosiasiyanın təşkilati işlərində fəal iştirak edə bilər və Assosiasiyada öz istək və təkliflərini həyata keçirə bilərlər.
|
Üzvlər Assosiasiyaya hər ilin yanvar ayında 12 AZN miqdarında üzvlük haqqı ödəməlidirlər.
|
Xarici keçidlər "Simurq" Mədəniyyət Assosiasiyasının rəsmi veb saytı Arxivləşdirilib 2011-09-24 at the Wayback Machine
|
Sofiya Kiyev" Milli Qoruğu — Ukraynanın milli əhəmiyyətli tarixi-memarlıq qoruğu.
|
Qoruğun tərkibinə bir sıra Kiyev abidələri daxildir: monastır binaları kompleksi olan Müqəddəs Sofiya Katedrali, Qızıl Qapı, Müqəddəs Kiril, Müqəddəs Endryu kilsəsi.
|
Formal olaraq bura Ceneviz qalası da daxildir (Krım).
|
Qoruq 1011-1018-ci illərdə Müqəddəs Sofiya monastırının ərazisində qurulmuşdur.
|
Qoruq 1994-cü ildən milli status alıb.
|
1990-cı ildə Müqəddəs Sofiya Katedrali YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
|
1994-cü ildən "Sofiya" Muzeyi qoruğuna milli status verilmiş və o, Sofiya Kiyev Milli Qoruğu kimi tanınmağa başlamışdır.
|
2009-cu ildə Yaroslav Müdrik sarkofaqında iki qadının qalıqları aşkar edilmişdir - biri Müdrik Yaroslavın dövründə, ikincisi isə eramızdan əvvəl 7-ci əsrdə yaşayıb.
|
2014-cü ildə Kiyevin Müqəddəs Sofiya ərazisində kötüklərdən hazırlanmış məzarın altında süni mağara aşkar edilmişdir.
|
18 oktyabr 2014-cü ildə Kiyev Sofiyasının 5 metrlik kərpic hasarının bir hissəsi çökür.
|
Qoruğun kolleksiyaları Arxeologiya Memarlıq qrafikası - kolleksiya XIX əsrin əvvəllərindən 1970-ci illərə qədərki dövrü əhatə edir.
|
Kolleksiyaya Kiyev Sofiyasının abidələrinin ölçüləri və sovet memarlarının bir sıra layihələri daxildir.
|
Memarlıq keramika Elmi arxiv Sofiya Qoruğunun bərpa və təmir işlərinin tarixinə dair bərpa hesabatlarını və arxiv sənədlərini saxlayan arxivdir.
|
Tədqiqatçıların şəxsi arxivləri və gündəlikləri də vardır.
|
Neqativlər - daimi saxlamada 12 mindən çox neqativ var.
|
Kolleksiyaya şüşə neqativlər, ağ-qara fotoplyonka, rəngli fotoplyonka, həmçinin ağ-qara və rəngli şəffaflar daxildir.
|
Konfranslar 2002-ci ildən etibarən Sofiya Kiyev Milli Qoruğunda hər il beynəlxalq elmi konfranslar keçirilir.
|
Cəmi yeddi konfrans keçirilmişdir: 2002 - “Memarlıq irsinin öyrənilməsi, mühafizəsi, qorunması, istifadəsində problemlər və təcrübə” adlı ilk elmi və praktiki Sofiya oxunuşları.
|
2003 - İkinci Sofiya oxunuşları “Cəmiyyətin həyatında müqəddəs binalar: tarix və bu gün”; 2005 - Üçüncü Sofiya oxunuşları “Kiyev Sofiya Milli Qoruğunun abidələri və muzey elminin müasir tendensiyaları”; 2007 - Dördüncü Sofiya oxunuşları “Cəmiyyətin mənəvi oriyentasiyasında “Kiyev Sofiya” Milli Qoruğunun abidələri: nəsillərin dialoqu”; 2009 - Beşinci Sofiya oxunuşları “Xristian sənətinin mənəvi potensialı və tarixi konteksti”; 2011 - Altıncı Sofiya oxunuşları "Xristian ziyarətgahları - Əbədiyyət, Hikmət və Gözəllik lövhələri: biliyin yeni aspektləri"; 2013 - "Sofiya Kiyev" Milli Qoruğunun abidələrinin məşhur tədqiqatçısı, tarix elmləri doktoru S. A. Vısotskinin anadan olmasının 90 illiyinə həsr olunmuş Yeddinci Sofiya oxunuşları.
|
Qoruğun direktorları İvan Mixayloviç Skulenko, qoruğun ilk direktoru (1934-1937) Aleksey İvanoviç Povstenko (1941-1943) Georgi İqnatyeviç Govdenko (1944-1949) Nikolay İosifoviç Kresalnı (1949-1966) Valentina Nikiforovna Açkasova (1967-2000) Nelya Mixaylovna Kukovalskaya (2000-2012) Yelena Mixaylovna Serdyuk (2012-2015) Nelya Mixaylovna Kukovalskaya (2015-)
|
Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 5 dekabr 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
|
Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib.
|
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı.
|
Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir.
|
Təltif qaydası Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir.
|
Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.
|
Sportinq" futbol akademiyası (port.
|
Academia Sporting) — "Sportinq" (Lissabon) FK-ya aid təlim mərkəzi.
|
Lissabon yaxınlığındakı Alkoşeti qəsəbəsində yerləşir.
|
Bu akademiyanın tikintisinə 1999-cu ildə start verilib və 2002-ci ildə başa çatıb.
|
Ancaq "Sportinq"in akademiyası Alkoşetidəki bazadan öncə də fəaliyyət göstərib.
|
Klub Kriştiano Ronaldo, Luiş Fiqu kimi istedadları dünya futboluna bəxş edəndə, Alkoşetidəki baza hələ tikilməmişdi.
|
Bu bazanın tikilməsiylə birlikdə isə daha çox oyunçunun yetişdirilməsinə şərait yarandı.
|
Akademiyanın ərazisi 250 min kv.
|
Burada möhtəşəm təlim-məşq bazası, 4-ü təbii, 3-ü süni örtüklü olmaqla 7 meydança mövcuddur.
|
Akademiyanın ərazisində uşaqların qalması üçün hər cür şərait vardır.
|
Buradan bir saatlıq yoldan artıq məsafədə yaşayan uşaqlar məhz akademiyada qalırlar.
|
Akademiya iki hissədən ibarətdir: gənclər və peşəkarlar üçün.
|
Hər iki hissədə tibbi mərkəz, idman zalı, cakkuzi və yataq otaqları var.
|
Gənclər üçün olan hissədə isə əlavə olaraq, dərs keçmək üçün otaqlar və qapıçıların məşq etməsi üçün xüsusi meydança da var.
|
AÇ-2004 zamanı Portuqaliya millisi məhz bu akademiyada məskunlaşmışdı.
|
Akademiyanın skautları bura yeni oyunçular cəlb etmək üçün daim axtarışdadılar.
|
Bu axtarışlar əsasən, Portuqaliyanı əhatə edir.
|
Akademiyada 100-ə yaxın skaut çalışır.
|
Onlar 7 yaş və yaşı yuxarı olan istedadları kəşf edib, akademiyaya cəlb etmək üçün daim axtarışda olurlar.
|
İstedadlar akademiyaya daxil edildikdən sonra "Sportinq"in əsas komandası üçün yetişdirilirlər.
|
Məhz akademiyanın həyata keçirdiyi layihə nəticəsində Portuqaliyada 6 minə yaxın uşaq futbolun sirlərinə yiyələnir.
|
Akademiyada hər yaş qrupu üçün fərqli məşq sistemindən istifadə edilir.
|
7–13 yaş aralığında olan uşaqlara əsasən, futbolun ilkin elementləri öyrədilir.
|
Onlar futbolun ilkin prinsipləriylə tanış olur, texniki qabiliyyətin artırılmasıyla bağlı məşqlər keçir, oyun tərzi və fiziki hazırlığın qaydaya salınması təmin edilir.
|
Bütün bu təlimlər uşaqlara əyləncəli yolla aşılanır.
|
Yəni uşaqlar bu təlimləri keçərkən, həm də, bu oyundan zövq alır, futbola qarşı sevgisi bir az da artır.
|
Bütün bu təlimlər növbəti mərhələ üçün keçid rolunu oynayır.
|
Akademiyanın 15–17 yaş arası qrupları isə bir qədər fərqli məşq keçirlər.
|
Belə ki, bu yaş qrupunda çıxış edən yeniyetmələr əsasən, taktiki, fiziki və psixoloji plan üzrə hazırlanırlar.
|
Son mərhələyə isə oyunçuların psixoloji cəhətdən tam hazır vəziyyətə gətirilməsi, fiziki hazırlığın mükəmməl həddə çatdırılması və oyunçuların əsl peşəkar kimi formalaşdırılması daxildi.
|
Akademiya təkcə milli komadalar üçün oyunçu yetişdirmir, yetişdirdiyi oyunçulardan həm də yaxşı qazanır.
|
Məsələn, "Mançester Yunayted" klubu 2003-cü ildə "Sportinq"in yetirməsi Kriştiano Ronaldonun transferi üçün bu kluba 17,5 milyon avro haqq ödəmişdi.
|
Klub digər yetirmələrinə görə Kriştianonun transferində olduğu kimi çox qazanmasa da, hər halda, bu oyunçuların transferinə görə ildə bir neçə milyon avro irəli düşür.
|
Üstəlik, həmin oyunçuların yeni klublarından başqa komandalara transferi zamanı da, həmin futbolçunun yetişməsində əsas pay sahibi kimi "Sportinq" müəyyən pay alır.
|
Sportinq"in futbol akademiyası 2016-cı ildə Fransada təşkil edilən Avropa çempionatından sonra bir az da diqqət mərkəzinə düşmüşdür.
|
Belə ki, AÇ-2016-nı qalib kimi başa vuran Portuqaliya millisinin üzvlərinin əksəriyyəti məhz bu futbol akademiyasının yetirməsi idi.
|
Final qarşılaşmasında Portuqaliya yığmasının heyətində meydana çıxan 14 futbolçudan 10-u "Sportinq"in futbol akademiyasında təhsil almışdır.
|
Sportinq"in futbol akademiyası fəaliyyətinə görə, beynəlxalq İSO 9001 sertifikatına layiq görülüb.
|
Xarici keçidlər sporting.pt/Academia/academia.asp — Sportinq Futbol Akademiyasının rəsmi saytı
|
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib.
|
Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu.
|
Təsis edilməsi Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində" — 1 fevral 1940 -cı il tarixli qərar..Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi.
|
Ləğv edilməsi Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi.
|
Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı.
|
Həmçinin bax İosif Stalin
|
Stalinqradın müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 22 dekabr 1942-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ.
|
Medalın rəsmləri Nikolay Moskalyov tərəfindən çəkilib.
|
Tarixi və fəaliyyəti 1930-cu ildə əsası qoyulan Moskva Maşın Alət İnstitutu sənaye sahələrini kadrlarla təmin etmək məqsədilə yaradılmışdı.
|
İnstitut 1992-ci ildən etibarən universitet statusu əldə edərək rəsmi olaraq "Stankin" Moskva Dövlət Texnologiya Universiteti adı ilə fəaliyyətini davam etdirir.
|
Bununla da universitetdə istənilən ölkənin texnologiya mühitinin əsas elementlərindən birini təşkil edən tədris prosesinin kompüterləşdirilməsi üzrə araşdırmalar həyata keçirilməyə başlanılır.
|
Hazırda ali məktəbdə yeni təhsil texnologiyaları işlənir və tətbiq olunur.
|
Bu texnologiyalar əsas beynəlxalq və milli standartların tələbləri nəzərə alınmaqla, maarifləndirici fəaliyyəti, idarə etmə metodları və tədrisin yüksək keyfiyyəti ilə ən müasir dünya tendensiyalarını əks etdirir.
|
Universitet bu gün yalnız bakalaviatura və magistratura təhsil pillələri üzrə deyil, həmçinin aspirantura və doktorantura elmə dərəcələri üzrə yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirir.
|
150-dən artıq Rusiya, eləcə də yaxın və uzaq xarici ölkə universitetlərin məzunları bu ali məktəbin aspiranturasında təhsil alıblar.
|
Yüksək ixtisaslı professor-müəllim heyəti müasir elmi-metodiki əsaslarla universitetdə tədris prosesinin keçirilməsini təmin edir.
|
Hazırda ali təhsil ocağında 500-dən çox müəllim və elmi işçi çalışır ki, onlardan təqribən 100 nəfəri elmlər doktoru elmi dərəcəsi və professor rütbəsinə malikdirlər.
|
Onların əksəriyyəti bir çox öz elmi hazırlamalarına və ixtiralarına görə fəxri adlara layiq görülüb, müxtəlif mükafatların laureatı olublar.
|
Hal-hazırda burada 502-si aspirant və 21-i doktorant olmaqla təqribən 5000 tələbə təhsil alır.
|
Ali məktəb yalnız təhsil müəssisəsi kimi deyil, həm də Rusiya Elmlər Akademiyasının Konstruktor-texnoloji İnformatika İnstitutunun daxil olduğu elmi-tədris və istehsal kompleksi kimi fəaliyyət göstərir.
|
Qazandığı elmi və tədris nailiyyətləri sayəsində "Stankin" Moskva Dövlət Texnologiya Universiteti "Texnologiya, avadanlıq və maşınqayırma istehsalının avtomatlaşdırması" istiqaməti üzrə tədris metodiki ittifaqına rəhbərlik edir.
|
Bu ittifaqa Rusiyanın və yaxın xarici ölkələrin 120 ali məktəbi daxil edilib.
|
Ali məktəb bu gün universitetlərlə və öz fəaliyyəti sferasında Avstriyanın, Braziliyanın, Macarıstanın, Almaniyanın, İtalyanın, Çinin, ABŞ-nin, Cənubi Koreyanın və başqa ölkələrin nüfuzlu şirkətləri möhkəm və daim inkişaf edən beynəlxalq əlaqələrə malikdir.
|
Universitetə qədər hazırlıq "Stankin" Moskva Dövlət Texnologiya Universitetində abituriyentlərlə iş üzrə mərkəz yaradılıb.
|
Sözügedən mərkəzin hazırlıq kurslarına yuxarı siniflərdə təhsil alan şagirdlər dəvət edilirlər.
|
Hazırlıq kurslarının əsas məqsədi şagirdləri buraxılış və qəbul imtahanlarına hazırlamaqdan ibarətdir.
|
Kurslarda tədris prosesi şəhər imtahan komissiyalarının üzvləri olan yüksək ixtisaslı müəllimlər tərəfindən həyata keçirilir.
|
Hazırlıq müddəti sentyabr ayından aprel ayına qədər olan müddəti əhatə edir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.