Search is not available for this dataset
text
stringlengths
10
518k
Həmçinin bax Sənətkar medalı ilə təltif olunanlar
Sərhəddə fərqlənməyə görə medalı — Azərbaycan Respublikasının medalı.
Sərhəddə fərqlənməyə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədən ibarətdir.
Medalın mərkəzində qala divarı fonunda qılınc təsvir olunmuşdur.
Qala divarı ilə qılıncdan yuxarıda, çevrə boyunca "Sərhəddə fərqlənməyə görə" sözləri yazılmışdır.
Yazı və təsvirlər qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 m ölçüdə mixəyi çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Sərvan" nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr.
Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə "sərvanlar" söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər.
Sarvan" nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları ("Yoluva qoymuşam iydə", "Yoluva qoymuşam kahı", "Yoluva qoymuşam qəndi", "yoluva qoymuşam alma" və s.) "sərvanlar"ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır.
Sərvan" nəğmələri bir çox hallarda oxşar nəqəratlərlə oxunur.
Aş gəl, aş gəl" nəqəratli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Səttarxan ordeni — 1946-cı ildə təsis edilmiş və Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak edən 10 nəfərin təltif edildiyi orden.
Milli Hökumətinin dağılmasından sonra ordenin verilməsi də dayandırılıb.
Təltif edilənlər "Səttarxan" ordeni ilə yalnız 10 nəfər təltif edilib.
Cəfər Kavian Qulam Yəhya Məhəmməd Biriya Məmi Dehqan Mirqasım Çeşmazər Mirrəhim Vilayi Mirzə Rəbi Kəbiri Nüsrətullah Cahanşahlı Sadıq Padiqan Zeynalabidin Qiyami
Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi.
Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi.
8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu.
Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi.
BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı.
FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Teatr Xadimi" qızıl medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat.
Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
Teatr sənəti sahəsində müstəsna xidmətləri olan teatr xadimlərinə verilir.
Həmçinin bax "Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlərin siyahısı
Telemexanika zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
Şirvan şəhərində yerləşir.
Telemexanika" zavodu 1981-ci ildə "Cihazlar" zavodu adı altında fəaliyyətə başlamışdır.
1988-ci ildə "Cihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərmişdir.
1991-ci ildə "Telemexanika" İstehsalat Birliyi yaradılmışdır.
1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.
2006-cı ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.2016-cı il iyunun 26-da zavodun utilizasiya sahəsində baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirmiş, daha 19 nəfər isə yaranalanmışdır.
Hadisə qısaqapanma nəticəsində baş verib.
Fəaliyyət sahələri Texnoloji imkanları Xarici keçidlər
Texnofest Azərbaycan — 2021-ci ildən etibarən Azərbaycanda keçirilən aerokosmik və texnologiya festivalı.
Azərbaycan ilk dəfə 2021-ci ildə Teknofest Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda iştirak edib.
Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib.
Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29" qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər.
Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki "MiQ-29" təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən "İti qovan", "Orbiter 2", "Orbiter 3", "Orbiter 4" kimi pilotsuz hava vasitələri də sərgilənib.
MiQ-29" təyyarələri beş gün ərzində İstanbulda hava şoularında da iştirak edib.
Teknofest Azərbaycan tədbirinin 2022-ci ilin 26–29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilib.
Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası" — T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.
Yarışlarda beynəlxalq iştirakçıların da iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılıblar.Həmçinin akademik tərəfdaşlar isə ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasıdır.Tədbir çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "MİQ-29" qırıcı təyyarələri, Türkiyənin Solotürk və Türk Ulduzları aerobatika komandaları, Bayraktar Akıncı PUA-sı, Hürkuş təlim təyyarəsi və T-129 helikopterləri uçuşlar həyata keçiriblər.
Xarici keçidlər Texnofest Azərbaycan — Instagram səhifəsi
18 iyun 2023-cü ildə Amerika turizm və ekspedisiya şirkəti olan OceanGate tərəfindən idarə olunan Titan sualtı gəmisi Kanadanın Nyufaundlend sahillərində, Şimali Atlantik Okeanında RMS Titanikin qalıqlarını görmək üçün ekspedisiya zamanı qəzaya uğrayıb.
Sualtı gəminin qəzası nəticəsində bütün ekipaj üzvləri, OceanGate-in baş direktoru Stokton Raş, fransız dəniz tədqiqatçısı və Titanik araşdırmaları üzrə mütəxəssis Paul-Henri Narqeolet, ingilis milyarder və iş adamı Hamiş Hardinq, Pakistan əsilli britaniyalı milyarder və iş adamı Şahzadə Davud və Davudun oğlu Süleyman həlak olublar.
Dalışından 1 saat 45 dəqiqə sonra Titanla əlaqə tamam kəsilib.
Sualtı gəminin yoxa çıxmasından dörd gün sonra uzaqdan idarə olunan başqa bir sualtı nəqliyyat vasitəsi, Titanikin dağıntılarından təxminən 500 metr (1600 fut) aralıda Titanın hissələrinə bənzəyən bəzi qalıqlar aşkar edib.
Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti.
Coğrafiyası Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir.
Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır.
Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.
Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur.
Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
İnfrastruktur Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır.
İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir.Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir.
Bütünlükdə Kompleks gün ərzində 3000 nəfərə xidmət göstərmək imkanına malikdir.Burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olması kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biridir.
Belə ki, hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər.
Planlaşdırılan işlər Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər aparılır.
Xarici keçidlər Rəsmi saytı
Təbib" nəşriyyatı "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir.
Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur.
A. Balaxanlı direktor təyin edilmişdir.
Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir.
Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir.
Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir.
Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç.
Həmçinin bax Azərbaycan Tibb Universiteti Əsgər Əsgərov — "Təbib" nəşriyyatının baş redaktoru (2009-dan)
Təbəssüm Ordeni (pol.
Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden.
Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib.
1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub.
Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir.
Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir.
Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir.
Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var.
Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur.
Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb.
Mükafatın təqdimetmə mərasimi 2007-ci il martın 13-də Rəşid Behbudov adanı Mahnı Teatrında keçirilib.
Mükafatı xüsusi olaraq bu məqsədlə Bakıya gələn Təbəssüm Orbeni Kapitulasının sədri Marker Mixalak şəxsən təqdim edib.
Xarici keçidlər Rəsmi saytı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat.
1993-cü ildən fəaliyyət göstərir.
Müəssisədə 100 nəfərdən çox yüksək ixtisaslı, peşəkar kadrlar çalışır.
Ən müasir və güclü poliqrafiya bazasına malikdir.
Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir.
2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır.
Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir.
2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür.
Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir.
Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Müstəqillik illərində Azərbaycanda kitab nəşrinin inkişafında, xüsusilə təhsil quruculuğu konsepsiyasının əsasını təşkil edən dərsliklərin və digər elmi-metodik ədəbiyyatların hazırlanmasında "Təhsil" nəşriyyatının xüsusi əməyi vardır.
Nəşriyyat fəaliyyət göstərdiyi müddətdə 6500-dən çox adda və 33 milyon nüsxədən çox kitab, o cümlədən dərslik, dərs vəsaiti və elmi-metodik ədəbiyyat nəşr etmişdir.
Nəşriyyatın çap məhsulları ölkə və bir çox beynəlxalq miqyaslı müsabiqələrin qalibi olmuş, dünya və Avropa sərgilərində uğurla nümayiş etdirilmişdir.
Nəşriyyatın hazırladığı dərsliklərdən V sinif üçün "Ata yurdu" 2002-ci ilin, VIII–IX siniflər üçün "Azərbaycan dili" 2003-cü ilin, X–XI siniflər üçün "Azərbaycan dili" 2004-cü ilin "Ən yaxşı dərsliyi" adına layiq görülmüşdür.
Təhsil"in ən böyük uğurlarından biri də "Qarabağ: real tarix, faktlar, sənədlər" kitabıdır.