Search is not available for this dataset
text
stringlengths
10
518k
Burada riyaziyyat, fizika, informatika və rus dili fənləri müasir metodologiya əsasında tədris olunur.
Bu da hazırlıq kurslarında iştirak edənlərə gələcəkdə ali məktəb proqramına müvəffəqiyyətlə yiyələnmək imkanı verir.
Universitet təhsili Hazırda universitetdə 3 fakültə fəaliyyət göstərir: Universitetin dinamik inkişaf edən fakültəsi hesab edilən informasiya texnologiyaları və idarəetmə sistemlər fakültəsində bu gün elmin, istehsalın və biznesin müxtəlif sferalarında ən çox tələb olunan İT mühəndislik istiqamətləri üzrə kadrlar hazırlanır.
Fakültədə informasiyanın və idarə etmənin emalının avtomatlaşdırılmış sistemləri, ölçü informasiya sistemləri və texnologiyalar, informasiya sistemləri, informasiya texnologiyaları və hesablama sistemləri, kompüter idarə sistemləri, tətbiqi riyaziyyat, robot texnikası və mexatronik, qurğu sistemləri, texniki sistemlərdə idarə etmə və informatika, elektrotexnika, elektronika və avtomatika ixtisasları əsasında tədris həyata keçirilir.
Maşınqayırma texnologiyaları və avadanlığı fakültəsi sahə üzrə innovasiya texnologiyalarının tətbiqi ilə kompleks hazırlığı təmin edir.
12 kafedranı əhatə edən fakültə maşınqayırmanın baza sahələrinin yüksək ixtisaslı mühəndislərini hazırlamaq üçün bütün lazımi resurslara malikdir.
Maşınqayırma texnologiyaları və avadanlığı fakültəsində emalın yüksək təsirli texnologiyaları, instrumental texnika və formalaşma texnologiyası, mühəndislik ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi, kompozisiya materialları, metalşünaslıq, maşınların qurulmasının əsasları, materiallar müqaviməti, dəzgahlar, plastik deformasiya sistemləri, maşınqayırmanın texnologiyası, nəzəri mexanika və fizika kafedraları fəaliyyət göstərir.
İqtisadiyyat və menecmentlik fakültəsi müxtəlif sənaye sahələri üçün iqtisadçıların və menecerlərin hazırlığında mühəndislik təhsilinin və innovasiya yanaşmalarının ən yaxşı ənənələrini birləşdirir.
Fakültə tələbələrə müasir tendensiyalara əsaslanan iqtisadi və idarəetmə bilik və bacarıqlarını əldə etmək imkanını təqdim edir.
Fakültədə iqtisadiyyat və müəssisəni idarə etmə, istehsal idarəetməsi, maliyyə idarəetməsi, sosiologiya, psixologiya və pedaqogika, texnologiya planlaşdırması, xarici dillər, fiziki tərbiyə və idman, fəlsəfə kafedraları mövcuddur.
Tələbə həyatı Bu universitetdə həyat yalnız tədris auditoriyalarında, kitabxanalarda və ali məktəbin qiraət zallarında gündəlik bilik əldə etməyi deyil, həm də parlaq, maraqlı ictimai həyatı əhatə edir.
Burada tələbə şou-qrupu, vokal və rəqs kollektivləri fəaliyyət göstərir.
Eyni zamanda tələbələrin fəal şəkildə idmanla məşğul olmasına diqqət göstərilir.
Bunun üçün ali məktəbdə lazımi şərait yaradılıb.
Tələbələrin Həmkarlar İttifaqı Komitəsi tələbələrə sosial dəstəyi və tələbə özünü idarəetməsinin reallaşdırılmasını həyata keçirir.
Ali məktəbin "Stankinovski vestnik" adlı qəzeti hazırlanması işində də tələbələr aktiv iştirak edirlər.
Elmi-tədqiqat işləri Elmi-tədqiqat işi universitetin fəaliyyətində xüsusi önəm verilən və böyük əhəmiyyət kəsb edən istiqamətlərdən biridir.
Burada elmi-tədqiqat işləri informasiya — kommunikasiya texnologiyalarının (İKT), maşınqayırma texnologiyasının, texnoloji avadanlıq və təchiz etmənin, avtomatlaşdırma və prosesləri idarə etmənin, avtomatlaşdırılmış planlaşdırma sistemlərinin, çoxfunksiyalı informasiya sistemlərinin, iqtisadiyyat və maşınqayırma istehsalı idarəetməsinin geniş spektrini ehtiva edir.
Universitetdə dövlət layihələndirmə, fizika-texnologiya tədqiqatları, yeni texnologiyalar və alətlər, yeni informasiya texnologiyaları, fəlsəfə təhsili ali məktəblərarası, əməyin qorunması və ekoloji təhlükəsizlik üzrə təhsilin və ixtisasın artırılması dövlət ali məktəblərarası, tələbə tədris-istehsal, tədris-texniki, tələbələri işədüzəltmə və məzunları bazara uyğunlaşdırma mərkəzləri fəaliyyət göstərir.
Rabitə dünyası" qəzeti.
№ 9 (756), 8 mart 2013, səh.
Sualtı Hücum, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabit ve gizirlərindən seçilən xüsusi təyinatlı dəstədir.
Azərbaycanın Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlıları 1999-cu ilinde Türkiyənin SAT (Sualtı Taarruz Grup Komutanlığı.Türkiye) təlimatçılarının yardımları ile qurulmuşdur.2004-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Little Creek Amphibious Base, hərbi bazasında Navy Seal xüsusi təyinatlarıyla ortaq təlimə qatıldılar.2005-ci ildə Azərbaycanla ABŞ arasında dəniz təhlükəsizliyi üzrə hərbi əməkdaşlıq imzalandı.
Bu eyni zamanda Sualtı Hücum xüsusi təyinatlılarının yetişdirilməsinə böyük töhfə verdi.
Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafiəzsinin təmin edilməsi, sahilyanı dövlət əhəmiyyətli obyektlərin qorunmasından ibarətdir.
Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlıları quruda, dənizdə, havada istənilən tapşırıqları icra etmək qabiliyyətinə malikdir.
Təlim prosesi Gələcək kursantlar yalnız artığ müddətli hərbi xidmət keçmiş gənclər arasından seçilir.
Təlim prosesi təxminən 50 həftədir.
Bu proses gələcək kursantların süzgəcdən keçirilməsi məqsədini güdən ilkin hazırlıqdan başlanır.
Bu süzgəc tədbirlərinin başında isə Cəhənnəm Həftəsi adlanan çətin bir sınağ durur.
Cəhənnəm Həftəsi fiziki hazırlıq cəhətdən xüsusi çətinlik ilə fərqlənsə də, ilk növbədə gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir.
Məhz bu sebəptən ilkin hazırlığ prosesində normal olaraq gələcək kursantların sayı təxminən 50 nəfərə yaxın olsa da Cəhənnəm Həfəsindən sonra əsas təlim kursuna yalnız yeddi səkkiz nəfər qalır.
Kursatlar su hazlığı, batağlığ ağır fiziki güc tələb eden hazırlığ məşğələlərindən keçir.
Təlim kursunu bitirənlər xüsusi təyinatlı dəstəyə gizir rütbəsi ilə daxil olur.
Sualtı Hücum (SAH) dəniz xüsusi təyinatlı dəstələrin qarşısında qoyulan quruda suda havada əməliyyat aparmaq tələbi hava desant hazırlığına ciddi yanaşmanı qaçılmaz edir.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Sualtı Hücum(SAH) xüsusi təyinatlıları 2016 Aprel döyüşlərində ve 44 günlük Vətən Müharibəsi döyüşlərində iştirak etmişdir.
Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyətinin tərkibində (Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyəti "Azərsu" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır) 1961-ci ildə yaradılmış keçmiş "VODGEO" Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş "AzərbSETLİ" Elmi-Tədqiqat və Layihə İnstitutunun birləşdirilməsi nəticəsində 6 avqust 1997-ci il tarixdə təşkil olunmuşdur.
Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu Azərbaycan Respublikasında yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır.
Sukanal" ETLİ-nin hal-hazırda direktoru Vüqar Mirzəyevdir.
İnstitutun əsas fəaliyyət istiqamətlərinə ölkənin yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası və beynəlxalq standartlara cavab verən tikinti üçün kompleks mühəndis axtarışlarının aparılması, sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, normativ-hüquqi sənədlərə uyğun olaraq idarə və müəssisələrin ekoloji, su təsərrüfatı pasportlarının hazırlanması daxildir.
Sukanal" ETLİ-nin tədqiqat sahəsinə yeraltı və səth suları əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, ilk növbədə "Azərsu" ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı əsas və yardımçı bina və qurğuların layihələndirilməsi də daxildir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Lisenziyalaşdırma Qaydasına uyğun olaraq Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi və müvafiq mühəndis-axtarış işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutuna 2016-cı ildə müddətsiz lisenziyalar verilmişdir.
İnstitutda geniş tərkibdə Elmi-Texniki Şura fəaliyyət göstərir.
İçməli və çirkab suların, qruntların beynəlxalq standartlara cavab verən analizlərinin aparılması üçün İnstitutda müasir tədqiqat laboratoriyası fəaliyyət göstərir.
İnstitutun layihələndirmə prosesinin bütün mərhələlərində müasir kompüter proqramlarından istifadə olunur.
Nailiyyətləri "Sukanal" ETLİ-nin tərkibinə daxil olan elmi-tədqiqat və layihə bölmələrində müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru (elmlər namizədi) vardır.
İnstitutda gənc mütəxəssislərin xüsusi çəkisi böyük yer tutur və onların bilik bacarığının artırılmasına xüsusi diqqət yetirilir.
Belə ki, gənc mütəxəssislər "Azərsu" ASC tərəfindən təşkil olunmuş kurslarda və treninqlərdə aktiv iştirak edir, xaricdə öz ixtisasları üzrə təcrübə alırlar.
İnstitutun bir qrup gənc mütəxəssisi Türkiyənin İstanbul şəhərinin su təchizatı və kanalizasiya qurğuları ilə tanış olmuş, müvafiq kurslar keçmiş və beynəlxalq sertifikat almışdır.
İşlərində əldə etdikləri uğur və nailiyyətlərə görə İnstitutun 1 əməkdaşı 3-cü dərəcəli Əmək ordeni, 4 əməkdaşı Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adı, 4 əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Rəhbərlik yanında aparat Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsi Peşə və ixtisas biliklərinin qiymətləndirilməsi şöbəsi İqtisadiyyat və uçot şöbəsi Hüquq şöbəsi Doktorantura şöbəsi Texniki şöbə Geodeziya şöbəsi Mühəndis-geoloji axtarışları şöbəsi Su təchizatı sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsi Kanalizasiya və yağış suları sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsi Yerüstü tikili və qurğuların layihələndirilməsi və ekspertizası şöbəsi Elektromexanika və avtomatika sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsi Tikintinin təşkili və layihələrin qiymətləndirilməsi şöbəsi Layihələrin tərtibatı və buraxılışı şöbəsi İnformasiya texnologiyalarının tətbiqi şöbəsi Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsi Hidroloji tədqiqatlar şöbəsi Qrunt və su tədqiqatları şöbəsi Təchizat və təsərrüfat işləri şöbəsi Təlim və İnnovasiyalar Mərkəzi "Metodiki təminat" şöbəsi "Kadr hazırlığı" şöbəsi "İnkubasiya və Akselorasiya" şöbəsi Xidmətedici heyət "Büllur" Poliqrafiya Mərkəzi Xarici keçidlər
Suqovuşanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Suqovuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Əsasnamədə deyilir: Maddə 1.
Təltif edilən şəxslər "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2.
Təltif edən orqan "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Döyüşdə fərqlənməyə görə" medalından sonra taxılır.
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur.
Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "SUQOVUŞAN", aşağı qövs boyunca "3 OKTYABR 2020" sözləri yazılmışdır.
3 OKTYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur.
SUQOVUŞAN" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi 3.1.
Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "SUQOVUŞANIN AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır.
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 4.
Medalın elementləri 4.1.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Suvorov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı.
Uşakov ordeni 1942-ci ildə SSRİ-də təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı.
Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi.
Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir.
Rusiya Federasiyasının Prezidentinin 14 noyabr 2013-cü il tarixli 842 saylı fərmanı ilə general V. F. Marqelov adına Ryazan ali hava-desant komanda məktəbini Suvorov ordeni ilə mükafatlandırılıb.
Prezident Putin 2013-cü il noyabrın 15-də ziyarət zamanı məktəbin bayrağına ordenin nişanını o şəxsən bərkitdi.8 avqust 2014-cü ildə 76-cı qvardiyanın Çerniqov Qırmızı Bayraqlı diviziyası Suvorov ordeniylə mükafatlandırılmışdır.
Sülh göyərçini" abidəsi — Sumqayıt şəhərində memarlıq abidəsi, şəhərin əsas rəmzlərindən biri.
Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.
Abidə 1978-ci ildə Sumqayıtın dənizkənarı parkında ucaldılmışdır.
Abidə betondan tökülmüşdür.
Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub.
Müəllifləri Müəllifləri Sumqayıt şəhərinin baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltaraş Asim Quliyevdir.
Əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür.
Abidə 2008-ci ilin yanvar ayının 5-də rekonstruksiya edilib.
Poçt markalarında Həmçinin bax Sumqayıtdakı şəhər heykəllərinin siyahısı Xarici keçidlər gomap.az: "Sülh göyərçini" abidəsi (az.)
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə "Təcrübə Zavodu" və "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmışdır.
1985-ci ildə həmin müəssisənin bazasında "Sənayecihaz" Elmi-İstehsalat Birliyi yaradılmışdır.
2006-cı ildən "Sənayecihaz" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Fəaliyət sahələri Texnoloji imkanları Xarici keçidlər
Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat.
Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.