id
int64
1
59.4k
title
stringlengths
6
4.17k
text
stringlengths
1
12.3k
80
Tibbi sığorta haqqında
Maddə 15-29. Növbəlilik rejimi
80
Tibbi sığorta haqqında
15-29.1. Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, xidmətlər zərfinin əlavə hissəsinə daxil olan tibbi xidmətlərdən istifadə edilməsi növbəlilik rejimi əsasında həyata keçirilir.
80
Tibbi sığorta haqqında
15-29.2. Bu Qanunun 15-29.1-ci maddəsində nəzərdə tutulan növbəlilik rejiminin tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
80
Tibbi sığorta haqqında
3 aprel 2018-ci il tarixli 1064-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 651) ilə 16-cı maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.
80
Tibbi sığorta haqqında
Əvvəlki redaksiyada deyilirdi:
80
Tibbi sığorta haqqında
Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir. Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir.
80
Tibbi sığorta haqqında
28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə16-cı maddənin birinci – beşinci hissələr müvafiq olaraq 16.1-ci – 16.5-ci maddələr hesab edilmişdir.
80
Tibbi sığorta haqqında
3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 16.1-ci maddədə “müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması,” sözləri “üzrə sığorta haqlarının gizlədilməsi və ya” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 16.2-ci maddədə “təchizatçısı” sözü “müəssisəsi” sözü ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 16.3-cü maddədə “müəssisələri” sözü “təchizatçıları” sözü ilə əvəz edilsin və hər iki halda “tibbi sığorta” sözlərindən əvvəl “könüllü” sözü əlavə edilmişdir, “tibbi sığorta təşkilatı” sözləri “sığortaçı” sözü ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 16.3-cü maddədə “təchizatçıları” sözü “müəssisələri” sözü ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 16.4-cü maddədə “Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı” sözləri “Könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə sığortaçı” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
27 may 2021-ci il tarixli 332-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 697) ilə 16-4.4-cü maddədən “, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri” sözləri çıxarılmışdır.
80
Tibbi sığorta haqqında
4 mart 2022-ci il tarixli 491-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 193) ilə 16-4.4-1-ci maddədə “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
1 fevral 2023-cü il tarixli 801-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 216) ilə 16-4.4-1-ci maddəsində “2023-cü” sözləri “2024-cü” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) ilə 16-4.4-1-ci maddədə “və 15-28.4-cü maddələri 2025-ci” sözləri “maddəsi 2026-cı” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
5 dekabr 2023-cü il tarixli 1045-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 20 dekabr 2023-cü il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1618) ilə 16-4.4-1-ci və 16-4.5-ci maddələrdə “2024-cü” sözləri “2025-ci” sözləri ilə əvəz edilmişdir.
80
Tibbi sığorta haqqında
28 fevral 2025-ci il tarixli 145-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53) ilə 16-4.5-ci maddədə “2025-ci” sözləri “2026-cı” sözləri ilə əvəz edilmişdir.
81
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
81
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli, 266 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
81
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
1. "Su kəməri şəbəkəsində suyun itkisini ixtisar etmək və işlənən su üçün Bakı şəhəri müəssisələrindən, idarələrindən və əhalisindən su pulu almağı qaydaya salmaq tədbirləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 6 mart tarixli, 168 nömrəli qərarı; "Azərbaycan SSR su ehtiyatlarında istifadə edilməsini qaydaya salmaq və su ehtiyatlarını ciddi mühafizə etmək tədbirləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1960-cı il 21 iyul tarixli, 572a nömrəli qərarı; "Azərbaycan SSR su kəməri-kanalizasiya müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətində çatışmazlıqlar haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 10 dekabr tarixli, 774 nömrəli qərarının 7-ci bəndi və "Bakı şəhərinin su kəməri təsərrüfatını inkişaf etdirmək və şirin suyun işlədilməsinə qənaət etmək tədbirləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 18 avqust tarixli, 392 nömrəli qərarının 3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.
81
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
81
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
81
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
Bakı şəhəri, 10 may 2000-ci il № 85
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
qüvvədə olan qanunvericilik aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
həmin Qanunun 19-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsində və 43-cü maddəsinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
öz səlahiyyətləri daxilində “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
2.5. həmin Qanunun 53-cü maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
Bakı şəhəri, 8 fevral 2000-ci il
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
№ 277
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
1. 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
2. 29 yanvar 2004-cü il tarixli 18 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 24)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
3. 7 may 2008-ci il tarixli 748 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 may 2008-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 359)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
4. 27 avqust 2009-cu il tarixli 151 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 avqust 2009-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 627)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
5. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
6. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
7. 20 noyabr 2015-ci il tarixli 682 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1312)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
8. 20 aprel 2016-cı il tarixli 870 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 22 aprel 2016-cı il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 675)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
9. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
10. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
11. 20 fevral 2019-cu il tarixli 531 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 230)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
12. 1 mart 2019-cu il tarixli 552 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 393)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
13. 8 aprel 2023-cü il tarixli 2092 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 477)
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
29 yanvar 2004-cü il tarixli 18 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 24) ilə 2-ci bənddən üçüncü abzas çıxarılmışdır.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
həmin Qanunun 27-ci maddəsinin birinci hissəsində "müvafiq icra hakimiyyəti orqanının qərarı" dedikdə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin təqdimatına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar nəzərdə tutulur;
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
7 may 2008-ci il tarixli 748 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 may 2008-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 359) ilə İkinci abzasda “və Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2-ci hissəsinin ikinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissənin birinci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
20 fevral 2019-cu il tarixli 531 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 230) ilə 2-ci hissənin ikinci abzasından “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılmışdır və həmin abzasa “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilmişdir.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
1 mart 2019-cu il tarixli 552 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 393) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
Əvvəlki redaksiyada deyilirdi:
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
2.1. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində göstərilən “müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları” dedikdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin kitabxanaları nəzərdə tutulur;
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
7 may 2008-ci il tarixli 748 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 may 2008-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 359) ilə dördüncü abzas yeni redaksiyada verilmişdir.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
Əvvəlki redaksiyada deyilirdi:
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
həmin Qanunun 19-cu maddəsinin və onuncu hissəsində və 52-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi həyata keçirir;
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
20 fevral 2019-cu il tarixli 531 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 230) ilə 2-ci hissənin dördüncü abzasında “onuncu” sözü “üçüncü” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2-ci hissəsinin ikinci və altıncı abzaslarında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
82
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə[1]
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 2-ci hissənin ikinci və beşinci abzaslarına “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.
83
F. F. Məmmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
83
F. F. Məmmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyanın 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
83
F. F. Məmmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında
Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilsin.
83
F. F. Məmmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏlİYev
83
F. F. Məmmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında
Bakı şəhəri, 19 aprel 2000-ci il № 325
84
G. L. Rzayevanın Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
84
G. L. Rzayevanın Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
84
G. L. Rzayevanın Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
Gülzar Lətif qızı Rzayeva Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.
84
G. L. Rzayevanın Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏlİYev
84
G. L. Rzayevanın Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
Bakı şəhəri, 19 aprel 2000-ci il № 326
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Bu Qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
I fəsil Ümumİ müddəalar
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Maddə 1. Əsas anlayışlar
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
insan orqan və (və ya) toxumalarının transplantasiyası (bundan sonra - transplantasiyaya) - insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsi;
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
insan orqan və (və ya) toxumaları - şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs;
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
resipiyent - müalicə məqsədi ilə orqan və (və ya) toxumalar köçürülən şəxs.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Maddə 2. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri , sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Bu Qanun reproduksiya vəzifələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Maddə 3. Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Qanunun müddəalarından fərqli müddəalar müəyyən olunarsa, həmin dövlətlərarası müqavilələr tətbiq edilir.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Maddə 4. Transplantasiyanın qaydaları və şərtləri
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Maddə 5. Donor həddinin müəyyən edilməsi
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir.
85
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1]
Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.