id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 6. Orqan və (və ya) toxumaların götürülməsini, hazırlanmasını (konservasiyasını) və saxlanmasını həyata keçirən tibb müəssisələri |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində aparılır. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların köçürülməsi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 7. Transplantasiya barədə tibbi qərar |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 8. Transplantasiyaya resipiyentin razılığı |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı gözlənilən ağırlaşmalar haqqında ona məlumat verilir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Resipiyent 18 yaşına çatmamışsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | II fəsil Transplantasİya məqsədİ İlə meyİtdən orqan və (və ya) toxumaların götürülməsİ |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 9. Transplantasiya məqsədi ilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 10. Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkim konsiliumu tərəfindən bioloji ölümün baş verilməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünün") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 11. Meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilməsi |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə bu Qanunun 9-cu və 10-cu maddələrinin tələbləri əsasında tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Meyitin məhkəmə-tibb ekspertizası zəruridirsə, məhkəmə-tibb eksperti orqan və (və ya) toxumaların götürülməsinə icazə verməyə bilər. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | III fəsil Transplantasİya məqsədİ İlə donordan orqan və (və ya) toxumaların götürülməsİ |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 12. Donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir; |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır; |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyarlığı müəyyən olunmalıdır (sümük iliyindən başqa). |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 13. Donorun hüquq və vəzifələri |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Donorun hüquqları aşağıdakılardır: |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyata bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq; |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 14. Donordan orqan və toxumaların götürülməsinə məhdudiyyət |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozğunluqlar yaranmasın. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | IV fəsil Tİbb müəssİsələrİnİn və tİbb İşçİlərİnİn məsulİyyətİ |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 15. Donor və resipiyent haqqında məlumatların yayılmasına görə məsuliyyət |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağandır. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Bu məlumatları yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 16. Transplantasiyanın reklamı |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 17. İnsan orqan və (və ya) toxumalarının alqı-satqısının yolverilməzliyi |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | İnsan orqan və (və ya) toxumaları alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Qanunun bu müddəaları toxuma komponentlərindən hazırlanmış köçürmə materiallarına və preparatlara şamil edilmir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 18. Tibb müəssisələrinin məsuliyyəti |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Transplantasiya zamanı orqan və (və ya) toxumaların götürülməsi hazırlanması (konservasiyası) və saxlanması qaydaları pozularsa və bununla əlaqədar donorun və resipiyentin sağlamlığına zərər vurularsa, müvafiq tibb müəssisəsi qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Bakı şəhəri, 28 oktyabr 1999-cu il № 726-IQ |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | 1. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | 2. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | 3. 29 noyabr 2016-cı il tarixli 413-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 fevral 2017-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 1) |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | 4. 19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | 5. 20 oktyabr 2020-ci il tarixli 189-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2020-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, maddə 1419) |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | 19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 13-cü maddənin birinci hissəsinin dördüncü abzasında “əlil və ya sağlamlıq imkanları məhdud olarsa” sözləri “əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərsə” sözləri ilə əvəz edilmişdir. |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | əvvəlki redaksiyada deyilirdi: |
85 | İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında [1] | Transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir. |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin 80 illiyi münasibəti ilə Universitetin aşağıdakı müəllimləri elm və təhsil sahələrində xidmətlərinə görə təltif edilsin: |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | "Şöhrət" ordeni ilə |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Axundov Ağamusa Ağası oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Bayramov Əkbər Salman oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Cəfərzadə Əzizə Məmməd qızı |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Əsədullayev Seyfulla Qüdrət oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Əsgərov Şahlar Qaçay oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Hacıyev Sabir Abdulmanaf oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Hüseynov Tofiq Həsən oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Xələfov Abuzər Alı oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | İmanov Həmid Rza oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Qasımzadə Fuad Feyzulla oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Qəmbərov Dəmir Heydər oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Quliyev İskəndər Həsən oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Məlikova Məsumə Fazil qızı |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Mustafayev Qara Teyfur oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Namazov Qənbər Kazım oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Sultanov Rəhim Sultan Məmməd oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Zeynalov Məmmədəli Baba oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | "Tərəqqi" medalı ilə |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Ağayev İdris Ağamoğlan oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Babanlı Məhəmməd Baba oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Əlizadə Yalçın Mustafa oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Əmənzadə Rəfael Yusif oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Əmirova Fəxrəntac Cəlil qızı |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Hidayətzadə Timuçin İsmayıl oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Hüseynov Elxan Bahadur oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | İbrahimova Sara Hökmulla qızı |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Yarikov Qennadi Petroviç |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Qurbanov Əsədulla Cüci oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Mahmudov Ədhəm İsmayıl oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Muradov Rəsul Xanəli oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Paşayev Rizvan Teymur oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Paşayeva Əbidə Mircəlal qızı |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Rüstəmova Təhminə Zəkəriyyə qızı |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Səfərov Yusif Həbibulla oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Sofiyev Məhəd Mahmud oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Sultanov Yusif Dostməmməd oğlu |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev |
86 | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında | Bakı şəhəri, 11 fevral 2000-ci il № 279 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.