passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
da623e3016b63605 | Alkanlar | Pentan adı yunanca beş (penta), heksan - altı (heksa), heptan - yeddi (hepta) və habelə sözlərdən təşkil edilmişdir. Əsasən iki - rasional və sistematik nomenklaturalar var. Birinci elmi nomenklatura - rasionala əsasən birləşmənin quruluşu nəzərə alınır. Bu nomenklaturaya əsasən homoloji sıranın birinci nümayəndəsi əsa... |
62b80fff27583efc | Alkanlar | Eyni radikallar yunan sayları di-, tri-, tetra-, penta-, və s. ilə göstərilirTəbii ki, karbon atomlarının sayı ondan artıq olan alkanlar da (C11 - undekan, C20-eykozan, C30-triakontan, C40-tetrakontan, C100-hektan...) vardır. Lakin kitablarda əsasən karbon atomlarının sayı ondan çox olmayan üzvi birləşmələr öyrənilmişd... |
3f4e6da109cd80d2 | Alkanlar | Bu halda maye qaynayaraq , bütün səthi boyu buxarlanmaya məruz qalır. Ərimə temperaturu (Tər) - mayenin doymuş buxar təzyiqinə bərabər olduğu temperaturdu. Bu halda maddə bərk (kristalik) hala keçir. Sıxlıq - vahid həcmə düşən kütlədir (m/v), onu suyun sıxlığının 40C-dəki qiymətinə nisbətən 20oC-də təyin edirlər. Şüası... |
e0488b09ceee52ba | Alkanlar | Molekul kütləsi artdıqca onların qaynama və ərimə temperaturu artır. Bundan başqa karbohidrogenlərin xassələri təkcə uzunluğundan deyil, həm də onun formasından asılıdır. Bələ ki, şaxəli strukturlu izomerlər daha aşağı temperaturlarda qaynayır. Adi şəraitdə metan rəngsiz, iysiz,havadan yüngül qazdır. Alkanların birinci... |
08a0be09a97f346c | Alkanlar | Suda pis həll olurlar. Propan və butan adi temperaturda təzyiq altında mayeləşir. Kimyəvi xassələri Alkanlar üçün əvəzetmə, oksidləşmə, yanma, izomerləşmə və parçalanma reaksiyaları xarakterikdir. Bu alkanlar əgər düz bir zəncir halındadırsa ve şaxələnməmişdirsə önündə n- yazılır: Alkanların təbii mənbələri Hazır alkan... |
69f93f64b35caa83 | Alkanlar | Onlardan ildə yüzlərlə milyard ton alınır. Düzdür bu daha çox metana aiddir, lakin alkanların ilk dörd nümayəndələrindən daha çox istifadə edilir. Qeyd etmək lazımdır ki, kimyəvi emala metanın ancaq 3%-i sərf olunur, qalanları yandırılır. Metan, etan, propan, butan məişətdə və sənayedə sobalarda yandırılmaq üçün yanaca... |
f79a998f90f4045e | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərb... |
b7aa85d4d4d71103 | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmməd... |
9021120a44026958 | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | Adının tarixi 1921–1928 – Mərkəzi Sovet Partiya məktəbi 1928−1956 – Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbi 1956−1992 – Bakı Ali Partiya Məktəbi (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbi) 1992–1999 – Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu 1999 — indiyədək – Azərbaycan... |
eca9e1fd0cd4e7de | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | Elmi Şuranın fəaliyyəti hər tədris ilinin başlanğıcında onun ilk iclasında təsdiq olunmuş iş planı əsasında həyata keçirilir. Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları təsdiq olunur, tədris prosesinin gedişi, tələbələrin dərslərə da... |
761078b93edeff98 | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | Fakültə üzrə bakalavr pilləsini bitirən tələbələrin əksəriyyəti DİA-nın, respublikanın və dünyanın nüfuzlu universitetlərinin magistratura pilləsində təhsillərini davam etdirir, bir çoxları isə öz ixtisaslarına uyğun idarə və müəssisələrdə çalışırlar. İnzibati idarəetmə fakültəsi. İnzibati İdarəetmə fakültəsi Dövlət İd... |
e932d285b489fbf8 | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları, tədris proqramları, sillabuslar və s. təsdiq olunur, tələbələrin dərslərə davamiyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi, tədris-metodiki vəsaitlərin, proqramların və dərsliklərin i... |
92eb30550a1a0937 | Əhməd bəy Ağaoğlu | Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu (türk. Ahmet Ağaoğlu; dekabr 1869, Şuşa – 19 may 1939, İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi.Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşa... |
b17aa1d3d5452a40 | Əhməd bəy Ağaoğlu | Sonradan gənc türklərin İttihad və Tərəqqi Partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının... |
39483040d9cd49a9 | Əhməd bəy Ağaoğlu | Bu tayfa XVIII əsrdə bütünlüklə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşmişlər. Atası Mirzə Həsən bəy varlı pambıqçı fermer idi. Ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Babası Mirzə İbrahim Şuşanın ən məşhur al... |
2fefde478fb340a3 | Əhməd bəy Ağaoğlu | İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Əhməd bəy Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə, doğru dəyişdiyini... |
c00f1d326b9ceb69 | Əhməd bəy Ağaoğlu | Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk etmiş, yalnız Əhməd təhsilini uğurla başa vura bilmişdir. Öz xatirələrində Əhməd bəy bu hadisələri belə təsvir edir: Daha sonra orta məktəbin VI sinfini bitirən Əhməd bəy Ağaoğlu VII və sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada oxuyur. Özünün yazdığına görə Tifli... |
7a004de2d8221d79 | Əhməd bəy Ağaoğlu | Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təəccüblənir. Çünki o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəlirdi. Ailə türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımırdı. Ermənilərin və digər xristianların türklərdən əvvəl təhsil aldıqlarını bilən Ağaoğlu ail... |
35df6484989da620 | Əhməd bəy Ağaoğlu | Yalnız sonuncu – cəbr imtahanında məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq cavab düzgün olduğu halda qəbul etməməsi onu məyus etmişdi. Professorun bu davranışı gənc Ağaoğluda ruslara qarşı böyük nifrət hissi yaratmışdı. Daha sonra yazdığı xatirələrində həmin günləri belə təsvir etmi... |
a93a7de4c9a6dc1c | Əhməd bəy Ağaoğlu | Gürcü tələbələr isə Əhməd bəyə kirayə otaq tapmağa kömək edirlər. Bir yaşlı qadının kirayə verdiyi otaqda yerləşdikdən sonra Əhməd bəy fransızca öyrənməyə başlayır. Bir müddət sonra pulu bitdiyi üçün borca düşür. Daha sonra isə evdən göndərilən pulla borclarını ödəyən Əhməd bəy Rue de Glacier küçəsində yerləşən bir pan... |
a2d991017ea0fd30 | Əhməd bəy Ağaoğlu | Hər iki şəxs Ağaoğlunun formalaşmasında böyük rol oynamışlar. 1888–1889-cu dərs ilində Əhməd bəy Sarbonna Universitetində hüquq təhsili almağa başlayır. Lakin onun maraq dairəsi yalnız hüquqla yekunlaşmır. O, şərq sivilizasiyalarının və dinin tarixinə maraq salaraq Şərq dilləri məktəbinə gedir. Burada şərq dilləri üzrə... |
c91ec0aa44dfe3d8 | Əhməd bəy Ağaoğlu | Bu qapalı klubda Fransanın elm və sənət insanları toplaşıb müxtəlif siyasi, elmi, tarixi, fəlsəfi müzakirələr aparırdılar. 1891–1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" adı altında silsilə yazıları çap olunur. 1892-ci ildə Londonda keçirilən Beynəlxalq Şərqşünaslıq Konqresində "... |
47b76aac16bb664a | Əhməd bəy Ağaoğlu | İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. Bununla yanaşı "Kavkaz" qəzeti ilə də əməkdaşlığını davam etdirir. 1896-cı ildə isə Şuşaya geri dönür. Şuşada Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Məhz buna görə Şuşada el ar... |
a7c7e9ef7211b39e | Əhməd bəy Ağaoğlu | Lakin 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra 1891-ci ildə Qafqaz Senzura Komitəsi tərəfindən Azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyuldu. Halbuki eyni dövrdə Çar Rusiyasının ərazisində ermənicə və gürcücə fəaliyyət göstərən 19 qəzet mövcud idi. İki milyondan çox olan Azərbaycan türkləri isə 1903-cü i... |
44e3481106304d3a | Əhməd bəy Ağaoğlu | Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Ağaoğlunun "Kaspi" qəzetində məqalələr yazması qəzetin daha da populyarlaşmasına səbəb oldu. Fərqli dövrlərdə qəzetin tiraj... |
28847149f1a31244 | Əhməd bəy Ağaoğlu | O, "İslama görə və islamiyyətdə qadın" əsərində qeyd edirdi ki: 1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər dumasının üzvü seçilib 1909-cu ilə qədər burada fəaliyyət göstərir. Bu dövr ərzində şəhərin bir çox problemlərinin həllinə nail olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə təhsil komissiyasının üzvü və Bakı Kommersiya Mə... |
dc3f03e1c384652f | Əhməd bəy Ağaoğlu | Bu məqalənin yazılması çox vacib idi, çünki bütün Rusiya mətbuatında 1905-ci il hadisələrində ermənilər əzilən tərəf kimi göstərilirdi. Ağaoğlunun məqaləsi isə həqiqətləri faktlarla oxuculara çatdırırdı. 1905-ci ilin 16 aprel tarixində Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseyinzadə və Əlimərdan bəy Topçubaşovun imzası ilə Qafq... |
7a57547d3ddfe77b | Əhməd bəy Ağaoğlu | Və 1905-ci ildən 1908-ci ilə qədər bu qəzetə rəhbərlik edir. Tezliklə qəzetin tirajı 3 minə çatır. Tadeuş Svetoxovskiyə görə qəzet eyni dövrdə çap olunan digər qəzetlərə nisbətən cəmiyyətin problemlərini daha radikal formada işıqlandırıdı. Məhz buna görə də qəzet II Əbdülhəmid tərəfindən Osmanlı dövlətində qadağan edil... |
f6ef2d6e4cdb0487 | Əhməd bəy Ağaoğlu | Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Halbuki müsəlmanların itkiləri qat qat artıq id... |
ec0e95667a4caa6b | Əhməd bəy Ağaoğlu | Rəsmi olaraq partiya "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlanırdı. Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasitə iştirak edirdi. Bu məqsə... |
8170abcb1ed9ee30 | Əhməd bəy Ağaoğlu | Ağaoğlu İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır. Müfəttiş işlədiyi dövrdə 4 ay ərzində İstanbulun bütün özəl, dövlət ibtidai və orta məktəblərinində olaraq öz müşahidələri əsasında mövcud vəziyyət və islahatların aparılması ilə bağlı hesabat hazırlamışdır. ... |
bc53c7b441a96c5c | Əhməd bəy Ağaoğlu | 1911-ci ildə o, filologiya fakültəsinin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakültənin dekanı seçilmişdir. İşlərini qaydasına qoyduqdan sonra ailəsinə məktub yazaraq Türkiyədə qalmağı düşündüyünü qeyd edir. Həyat yoldaşı Sitarə xanım da Türkiyəyə gəlməyə razı olur. 1910-cu ildə Əhməd bəy ailəsini də ... |
1d32b0be478e81a2 | Əhməd bəy Ağaoğlu | Hətta 1912-ci ildə "Tərcüman-i Hakikat" qəzetinin təsisçisi Əhməd Midhət dünyasını dəyişdikdən sonra həftəlik çap olunan bu qəzetə də bir müddət Ağaoğlu rəhbərlik etmişdir. 1912-ci ildə Əhməd bəy Ağaoğlu iki dəfə yazdığı məqalələrə görə həbs olunur və tezliklə də azad edilir. Əhməd bəy Ağaoğlu ilk öncə Akçuranın yaratd... |
c9fa6bfb241ad507 | Əhməd bəy Ağaoğlu | Daha sonra məktəbin tələbə nümayəndələri və Ağaoğlu, Akçura kimi ziyalıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradılır. Təşkilatın qurucu üzvləri arasında Ağaoğlu da yer alır. Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Türkiyə ərazisində tanınmağa başlayır. Əgər 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var id... |
6fda2123562cff91 | Əhməd bəy Ağaoğlu | O, 1915-ci ildə İstanbulda Rusiyadakı Türk – Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edir. 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında o, Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci dünya müharibəsi dövründə ABŞ prezid... |
c19a4449d95b6338 | Əhməd bəy Ağaoğlu | Milli hökumətin yaradılmasının tərəfdarları ilə Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyən ilhaqçılar arasında fikir mübahisəsi yaranır. Ağaoğlu da ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı olur. O coğrafi, mədəni, dil və etnik cəhətdən bu qədər yaxın olan Azərbaycan və Anadolu tü... |
092cba36ecc1beed | Əhməd bəy Ağaoğlu | Buna görə də daxili və xarici düşmənləri məhv edəcək bir hökumətin yaranmasını istəyir. Bundan başqa əsgərliyə çağırışla bağlı sinfi fərq olmadan yaşı çatan hər kəsin xidmət etməsini tələb edir. Ölkənin xarici dövlətlərdə tanınması üçün bu vaxta qədər heyətin göndərilməməsini də vurğulayaraq bunun vacibliyini bildirir.... |
be04ec26ca98ed46 | Əhməd bəy Ağaoğlu | 11 yanvar 1919-cu ildə nümayəndə heyəti Tiflisə 14 yanvar 1919-cu ildə isə Batuma çatır. Batumda müsəlman əhaliyə qarşı gördüyü haqsızlıqları, tərksilah olunan türk qoşunlarını və ümumi vəziyyəti daha sonra yazdığı "Atəşkəs və sürgün xatirələri" kitabında təsvir edir. O qeyd edir ki, ingilislər şəhərin idarə edilməsi ü... |
149033a18dbafcbf | Əhməd bəy Ağaoğlu | Daha sonra isə onları kiçik gəmilərlə sahilə gətirib üstü açıq yük maşınları ilə Bəyoğlu bölgəsində yerləşən ingilis səfirliyinə gətirirlər. Bir neçə saat da burda gözlətdikdən sonra gecə saatlarında onları qəbul edib sənədlərini yoxlayırlar. Lakin səhəri gün yenidən səfirliyə gəlmələri tələb olunur. 22 yanvar tarixind... |
0031f8a68cc43327 | Əhməd bəy Ağaoğlu | Lakin Ağaoğlu olanlara səssiz qalmır və İstanbulda fransızca çap olunan "Kurie de Turki" qəzetində bütün ittihamlara qarşı sərt bir cavab məqaləsi yayımlayır. Lakin artıq gec idi və o İttihad və Tərəqqi partiyasının tərəfdarı kimi həbs olunacaqlar siyahısında idi. O, İttihad və Tərəqqi partiyasının lideri, türk Parlame... |
b4504dfaa7e9b23e | Əhməd bəy Ağaoğlu | Bir neçə gün sonra evə oğrunun girəcəyi haqda informasiyaya sahib olduqlarını və ailəni mühafizə etmək üçün gəldiklərini idda edən iki polis gəlir. Əslində isə onlar Ağaoğlunun tam sağalıb qaçmasının qarşısını alıb onu həbs etmək üçün evə gəlmişdilər. Gələn polislər artıq növbəti gün onu həbs edirlər. Polislərin gətird... |
b3dd67c9e3fb4e2b | Əhməd bəy Ağaoğlu | Beləcə, Sitarə xanım və böyüyü 17 yaşında olan beş övladı yeganə sabit gəlirdən məhrum qalmışdular. Azərbaycan nümayəndə heyəti Türkiyədə olduğu dövrdə ehtiyac və çətinliklər içərisində yaşayan Ə. Ağaoğlunun ailəsinə 150 türk lirəsi həcmində maddi yardım göstərdi. Bundan başqa Ağaoğlu həbsdə olduğu dövrdə dostları Heyd... |
af05bccc5553dc56 | Əhməd bəy Ağaoğlu | Yalnız ingilislərə məlum olan səbəblər üzündən aralarında Əhməd bəyin də olduğu ilk qrupdakı 12 məhbus burada gəmidən endirildi. Onlar dustaqların qəbulu üçün əvvəlcədən heç bir hazırlıq görülməmiş həbs düşərgəsində yerləşdirildilər. Burada saxlananlar da adlarından daha çox nömrələri ilə tanınırdılar. Əhməd Ağaoğlu bü... |
0e49daa64a94e74f | Əhməd bəy Ağaoğlu | Sürgündə olduğu müddətdə Ağaoğlu Osmanlı hökumətini tənqid edən yazılar yazır. Bir yazısında o qeyd edir: Ağaoğlu Maltada da ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, təkzibolunmaz arqumentlərlə mübarizə aparır, onları tənqid etməkdən də çəkinmirdi. İngilislərin özbaşınalığına qarşı özün... |
0afe687ffe21c755 | Əhməd bəy Ağaoğlu | Müalicə üçün dəvət olunan həkim sağlam gözün də, xəsarət alma təhlükəsinə görə xəstə gözün dərhal çıxarılmasını vacib bilir və əməliyyatın aparılması üçün əlli funt-sterlinq istəyir. Heç yerdən heç bir yardım almayan məhbus üçün bu olduqca böyük məbləğ idi. Əhməd bəy aralarındakı varlılardan sayılan həmkarı Hüseyn Cahi... |
f3d7462fc4a2678b | Əhməd bəy Ağaoğlu | ifadəsini işlətməkdən də vaz keçmirdi. Çıxılmaz vəziyyətdə qalan Əhməd bəy Hüseyn Cahidi ilk növbədə həmkarı və ziyalı şəxs kimi tanıdığından xahişinə həssaslıqla yanaşılacağını düşünmüşdü. Əski bir hüquqşünas kimi borcun şərtlərini də unutmamışdı: "Buradan çıxar-çıxmaz ilk imkan düşən kimi pulunu qaytaracağam. Ölsəm, ... |
b452d7ca7da10dbd | Əhməd bəy Ağaoğlu | – deyə cavab vermişdi. – İnsan əsirlikdə nə borc istər, nə də borc verər". İllər keçdikdən sonra isə 1933-cü ildə Hüseyn Cahid "Fikir Hareketleri" jurnalını nəşr etdirmək üçün Əhməd bəydən maddi dəstək istəyir. Əhməd bəy isə özü də maddi ehtiyac içərisində olduğuna görə evdəki xalçaları sataraq öz keçmiş dostuna maddi ... |
ee660ad7fedd4878 | Əhməd bəy Ağaoğlu | Aradan altı gün keçəndən sonra rəsmi London bu təkliflə razılaşdı. Aprelin 13-də qərarla bağlı Malta valisinə müvafiq təlimat verildi. 37 nəfərlik qrupun (3 nəfər daha əvvəl azad olunmuş və adanı fərdi qaydada tərk etmişdi) İtaliya limanlarından birinə gətirilməsi və burada sərbəst buraxılması qərara alındı. Ankara hök... |
9cad23a4825e2503 | Əhməd bəy Ağaoğlu | Azad olunanların çoxunun vətənə qayıtmaq üçün heç bir vəsaiti yox idi. Onlar Malta adasını yalnız aprelin 30-da tərk edə bildilər. İngilis hərbi donanmasının "Hibiscus" və "Chryssanthemum" gəmiləri onları mayın 1-də Taranto limanına çatdırdı. Əhməd bəy Ankara hökumətinin Roma təmsilçisi Cami bəyin köməyi ilə 1921-ci il... |
a660dbf0396380da | Əhməd bəy Ağaoğlu | Eyni zamanda yaradıcılıqla da məşğul olmuşdu. Poçt ciddi nəzarət altında saxlandığından jurnalistlik fəaliyyətindən uzaq düşmüşdü. Ancaq Əvəzində fəlsəfi araşdırmalara baş vurmuş, dünya dinlərinin və mədəniyyətlərinin müqayisəli tədqiqi əsasında "Üç mədəniyyət" əsərini sürgün dövründə tamamlamışdı. Onun Türkiyəyə döndü... |
cf8b000e3569e84d | Əhməd bəy Ağaoğlu | Son olaraq Qarsda gündəlik qəzet və müəllimlər seminariyası təsis edilməli idi. Əhməd bəyə həm qəzetə həm də məktəbə rəhbərlik etmək tapşırılmışdı. 1921-ci il iyulun sonunda Əhməd bəy iki yoldaşı ilə birgə Ankaranı iki təkərli faytonla tərk edərək təbliğata yollanır. Böyük çətinliklərə baxmayaraq dörd ay yarım ərzində ... |
0856796464ccd0cc | Əhməd bəy Ağaoğlu | 1921-ci ilin dekabrında Ankaraya geri dönən Əhməd bəy həm də Anadolu Agentliyinə də rəhbərlik etməyə başlayır. Bundan başqa o, "Hakimiyyəti-milliyə" qəzetinin redaktoru vəzifəsini də yerinə yetirirdi. Demək olar ki, hər gün qəzetin səhifələrində çıxış edən Ağaoğlu sonradan nəticədə bu məqalələrini toplayaraq "İxtilalmı... |
4b94d7abe7e713d6 | Əhməd bəy Ağaoğlu | 2 avqust 1927-ci ildə isə o, TBMM-nə ikinci dəfə Qarsdan millət vəkili seçilir.29 dekabr 1922-ci ildə o yoldaşları ilə birgə yaradıcılarından biri olduğu Türk Ocaqları cəmiyyətinin fəaliyyətinin bərpa olunmasına nail olur. 1923-cü ilin mart ayından etibarən isə cəmiyyətin çap orqanı olan "Türk yurdu" jurnalı da yenidən... |
68fcb65f88a5d653 | Əhməd bəy Ağaoğlu | Lakin ölkənin 1928-ci ildə latın əlifbasına keçidi onun böyük kütləyə çıxışını məhdudlaşdırmışdır. 2012-ci ildə isə onun bu mühazirələri təkrar latın əlifbası ilə nəşr edilmişdir. Əhməd bəy 1930-cu ilə qədər Ankara Yüksək Hüquq məktəbində dərs deyir.Türkiyədə göstərdiyi fəaliyyətlə yanaşı öz soydaşlarına da kömək olan ... |
0d36a0a659af147c | Əhməd bəy Ağaoğlu | Bundan başqa Ağaoğlunun şəxsi təşəbbüsü ilə ölkə ərazisində yerləşən Türk Ocaqları təşkilatının 130 bölməsi "Yeni Kafkasya" jurnalına abunə olurlar. Və bu azərbaycanlı siyasi mühacirləri maddi iflasdan xilas edir. Məhz bu fəaliyyətinə görə Ağaoğlu Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində olub. Hərbi kəşfiyyatın b... |
e645c16cf60defd0 | Əhməd bəy Ağaoğlu | Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı. Bundan başqa Əhməd bəy hakim parti... |
47739d64586faa3c | Əhməd bəy Ağaoğlu | Partiyanın nizamnaməsi də Əhməd bəy Ağaoğlu tərəfindən yazılır. Lakin partiya uzun müddət fəaliyyət göstərə bilmir və 100 gündən sonra 17 noyabr 1930-cu ildə öz fəaliyyətini dayandırır. Partiya fəaliyyətini dayandırdıqdan sonra partiyanın lideri də daxil olmaqla üzvlərin mütləq çoxluğu yenidən Cümhuriyyət Xalq Firqəsin... |
6cadf9d71b2493f6 | Əhməd bəy Ağaoğlu | Polislər evə gələn şəxslərin adlarını və maşınlarının nömrələrini qeyd edirdilər. Sürəyya Ağaoğlunun xatirələrinə görə bir qış gün Əhməd bəy küçədə növbə çəkən polis üşüməsin deyə onu evə dəvət edir. Və o zamandan polis evin içində növbə çəkir. Hətta ailə İstanbula köçəndə Əhməd bəyin həyat yoldaşı Sitarə xanım daxili ... |
169b13d7ca60cdb9 | Əhməd bəy Ağaoğlu | Siyasətdən getdikdən sonra isə Ağaoğlu daha çox elmi-tarixi araşdırmalarla məşğul olur. Dünyada tarixində ilk dəfə o, etruskların türk kökləri haqqında fikir irəli sürüb. Onun fikrinə görə etrusklar türk köklüdürlər və onlar şərqdən gəlib Anadoludan keçərək Apenin yarımadasında peyda olublar.1933-cü ildə Əhməd bəy Türk... |
f3e229dfd649ee5e | Əhməd bəy Ağaoğlu | Lakin qəzetin dövlətin rəsmi təbliğatına zidd getdiyi üçün, hakimiyyətin yüksək təbəqəsində olanların hakimiyyətdən sui istifadə hallarını, rüşvət hallarını, iqtisadiyyatın fərqli sahələrində olan monopoliyanı ifşa etdiyi üçün uzun müddət fəaliyyət göstərə bilməyəcəyi bəlli idi. Atatürk Əhməd bəy Ağaoğlunu Dolmabaxça s... |
799395c323b2c1b5 | Əhməd bəy Ağaoğlu | Bundan başqa Əhməd bəy universitet islahatları adı ilə professorluqdan məhrum edilib təqaüdə göndərilir. Bu isə həmişə fəaliyyətdə olan bir insan üçün faciə idi. Öz dostu Fəthi Okyara bu hadisələrlə bağlı məktubunda yazırdı: Ölümü və dəfni Ömrünün son günlərində yataq xəstəsi olan Əhməd bəy Ağaoğlu dünyasını dəyişməzdə... |
1ee255547094584c | Əhməd bəy Ağaoğlu | 1939-cu il mayın 19-dan 22-dək olan bütün Türkiyə qəzetləri Əhməd bəy Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından müxtəlif detallar çap etdirmişdilər. Şuşaya qayıtdıqdan sonra Əhməd bəy Ağaoğlu Peterburqda birlikdə təhsil aldığı Fərrux bəy Vəzirovun qonağı olur. Burada o Fərrux bəyin əmisi qızı, məşhur Vəzi... |
41c403eff69af371 | Əhməd bəy Ağaoğlu | 1909-cu ildə ailə təqiblərdən qurtulmaq üçün İstanbula köçür. Burada ailənin çətin günləri başlayır. Körpə övladları Bəşir dünyasını dəyişdikdən sonra Əhməd bəy 1918-ci ildə Nuru Paşanın müşaviri kimi Azərbaycana gəldiyi vaxt İstanbulda yenicə tikdirib köçdükləri ev yanıb, külə dönür. Bakıdan qayıtdıqdan sonra isə onu ... |
872cb0cb06bc2a31 | Əhməd bəy Ağaoğlu | Sitarə xanım 1933-cü ildə 52 yaşında vəfat edir. Əhməd bəy və Sitarə xanımın 7 övladı olub. Vəzir və Bəşir kiçik yaşlarında vəfat etmiş, qalan 5 nəfərdən – Sürəyya, Tezər (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin ali təhsil alaraq Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Sürəyya Ağaoğlu 1903-cü ildə ... |
50d40df9a3ca7f38 | Əhməd bəy Ağaoğlu | O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir ç... |
3962b99fbf7ff188 | Əhməd bəy Ağaoğlu | O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır. 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifidir.Əhməd bəy... |
4268be2503430af3 | Əhməd bəy Ağaoğlu | Lakin 1964-cü ildə əfvi-ümumiyə düşərək həbsdən azad edilir. 1967-ci ildə o, ata yurdu Azərbaycanda olur. Geri döndükdə isə gördükləri əsasında Sovet Rusiya İmperiyası adlı kitab yazır. Bundan başqa onun "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü", "Tanış izlər... |
6b560cd1bfa8652d | Əhməd bəy Ağaoğlu | Oğlu Səməd Ağaoğlu atasının xatirələrini yarımçıq qoymasını belə izah edib: Öz xatirələrində Əhməd bəy atası haqqında bunları yazır: Anası haqqında isə bunları yazır: Çap olunmuş kitabları Şiə məzhəbi və qaynaqları, London, 1893.Əhməd Ağaoğlunun 1892-ci ildə Londonda keçirilən IX Şərqşünaslar Konfransına təqdim etdiyi ... |
127e5b8d1f2e7563 | Əhməd bəy Ağaoğlu | Üç mədəniyyət, İstanbul, 1927.Əhməd bəy Ağaoğlunun Maltada əsirlikdə olduğu vaxtlarda yazdığı müxtəlif mövzulardakı yazıları sonralar – 1927-ci ildə "Üç Mədəniyyət" adı altında toplanmışdır. Əsərdəki mövzular Üç Mədəniyyət, Din, Əxlaq, Fərd, Ailə, Cəmiyyət, Dövlət, Hökumət başlıqları ilə verilmişdir. Bu yazılar kitab ş... |
9acfed6b06f0a515 | Əhməd bəy Ağaoğlu | Kitab ilk dəfə İstanbulda Cümhuriyyət mətbəəsində 1929-cu ildə çap edilib. Sərbəst insanlar ölkəsində, İstanbul, 1930.Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. Əsərdə müəllif əsarət zəncirlərini qıraraq qaçan bir Türkün demokratik ölkəyə gəlməsi və bu ölkənin vətəndaşı olması üçün nələr etməli olduğunu göstə... |
81ba62c7e85ecb04 | Əhməd bəy Ağaoğlu | 1932-ci il noyabrın 13-də "Cümhuriyyət" qəzetində çap olunan bu məqalələr silsiləsinin ilk yazısının başlığı – Dövlət və Fərd sonralar kitabın adı olmuşdur. Məqalələr silsiləsi 14 yazıdan ibarətdir. 1500 ilə 1900 arasında İran, Ankara, 1934.XVI əsrin əvvəllərindən 1896-cı ilə qədərki İran tarixi və İran tarixində Türkl... |
913d9f0acd692141 | Əhməd bəy Ağaoğlu | Alleqorik əsərdir. Əsərdə bölmələrdən biri "Tanrı Dağında" adlanır. Əhməd Ağaoğlunun "Cümhuriyyət" qəzetində əski Türk yaşayışına dair yazdığı məqaləsi sonralar "Mən Nəyəm" adlı əsərində eyni adla çap olunmuşdur. Əhməd Ağaoğlu qədim Türk yaşayışına dair məlumatları rus alimi Seroşevskinin "Yakutlar" əsərindən əldə etmi... |
15050d16a65253e1 | Əhməd bəy Ağaoğlu | İxtilalmı, inqilabmı, Ankara, 1942.Əhməd bəy Ağaoğlunun "Böyük Zəfər"dən öncə Anadoluda başlayan və davam edən hərəkatın yeni dövlət qurmaq prinsipinə əsaslandığını və Milli Qurtuluş Mübarizəsi apardığını nəzərə çatdırmaq məqsəd ilə yazılmış məqalələrindən ibarət əsəri 1922-ci ilin may-avqust aylarında "Hakimiyyət-i Mi... |
2a71bb9147260601 | Əhməd bəy Ağaoğlu | Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır. Kitab 1998-ci ildə İstanbulda "İletişim Yayıncılık" nəşriyyatı tərəfindən, 2016-cı ildə isə Bakıda Qanun Nəşriyy... |
ca680fb8412d1657 | Əhməd bəy Ağaoğlu | 2007. 5 noyabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 noyabr 2019. İran və inqilabı Sərbəst insanlar ölkəsində (türk.) İngiltərə və Hindistan (türk.) İslamda qadın Dövlət və Fərd Şiə dinində məzdəki inancları Video materiallar Əhməd bəy Ağaoğlu (AzTV) Difai hamisi – Əhməd bəy Ağaoğlu (Kəpəz TV) Atatür... |
b440baddacde0994 | Murad Mirzəyev | Murad Mirzəyev (31 mart 1976, Muğan Gəncəli, Sabirabad rayonu – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabira... |
467f363994efe8bf | Murad Mirzəyev | Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı. Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü ... |
5c62579bd0b19c08 | Murad Mirzəyev | Sonralar isə Xüsusi Təyinatlı qüvvələrin zabiti olur. Xidmətə başlamasının 10-cu illiyində Murad Mirzəyev "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunur və bu mükafat Murad Mirzəyevin ilk mükafatı olur. Murad Mirzəyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)", "Azərbaycan Resp... |
e3f04c58d2d726cb | Karl Marks | Karl Henrix Marks (alm. Karl Heinrich Marx; 5 may 1818[…], Trir, Reyn əyaləti[d], Prussiya[…] – 14 mart 1883[…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…]) — alman filosof, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçı, tarixçi, sosioloq, siyasi nəzəriyyəçi, jurnalist və sosialist inqilabçı. Alm... |
2f8bd5ce885ef966 | Karl Marks | Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Das Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir. Marksı... |
899806477bfbeaad | Karl Marks | Tarixi materializm kimi tanınan tənqidi yanaşmanı tətbiq edən Marks, kapitalizmin əvvəlki sosial-iqtisadi sistemlər kimi daxili gərginliklər yaratdığını və bunun öz-özünü məhv etməsinə və sosialist istehsal üsulu kimi tanınan yeni bir sistemlə əvəzlənməsinə gətirib çıxaracağını proqnozlaşdırırdı. Marksın fikrincə, kapi... |
e5ccf23295b6060f | Karl Marks | Marks adətən müasir sosial elmlərin əsas memarlarından biri kimi qeyd olunur. Uşaqlıq illəri və ilk təhsili: 1818–1836 Karl Henrix Marks 5 may 1818-ci ildə Henrix Marks(en) (1777–1838) və Henrietta Presburqun (1788–1863) ailəsində anadan olub. O, Prussiya krallığının Aşağı Reyn əyalətinin Trir şəhərində, Brükenqasse 66... |
51191c839f9b0bac | Karl Marks | Atası Herşel (bu, ona doğularkən verilən ad idi) nəsildə dünyəvi təhsil alan ilk şəxs idi. O, vəkil olduqdan sonra rifahı yaxşılaşdı və yuxarı orta təbəqə kimi gəlir əldə etməyə başladı. Herşelin vəkillikdən gələn qazancından əlavə, ailənin Mozeldə bir neçə üzüm bağı da vardı. Hələ oğlu dünyaya gəlməzdən əvvəl, Reyn vi... |
cd6eaa70c4ae823f | Karl Marks | Həyat yoldaşı Henrietta Presburq əslən holland yəhudilərindən, sonralar Philips Electronics şirkətinin əsasını qoyan varlı sahibkar ailədən idi. Belə ki, Henriettanın bacısı Sofi Presburq (1797–1854) Lion Filips (1794–1866) ilə ailə həyatı qurmuşdu; o, şirkətin qurucuları olan Cerard(en) və Anton Filipsin(en) nənəsi, F... |
9712e2d720b43b72 | Karl Marks | Sonradan 1832-ci ildə məktəbdə reyd keçirən polis siyasi liberalizmi müdafiə edən ədəbiyyatların tələbələr arasında paylandığını aşkar etmişdi. Bu cür materialın yayılmasını təhrikçi hərəkət hesab edən hakimiyyət məktəbdə islahatlara başlamış və Marksın oxuduğu illərdə müəllim heyətini dəyişdirmişdi.Fəlsəfə və ədəbiyya... |
9b80c15c15ebfe2a | Karl Marks | Landsmannschaft der Treveraner) adlı içki cəmiyyətinin də üzvü idi; burada bir çox ideyalar müzakirə olunurdu. Hətta o, bir müddət kluba həmsədrlik də etmişdi. Həmin illərdə Marks münaqişəyə də girirdi. Belə münaqişlər bəzən ciddi xarakter alırdı; belə ki, universitetin Borrusiya qrupunun üzvü ilə dueldə belə iştirak e... |
d14a04ba3e1cd855 | Karl Marks | Bu da atasını məcbur etdi ki, Marksı daha intizamlı və akademik olan Berlin Universitetinə göndərsin. Hegelçilik və jurnalistika: 1836–1843 1836-cı ilin yay-payız aylarını Trirdə keçirən Marks təhsilinə və şəxsi həyatına daha ciddi yanaşmağa başladı. O, kiçik zadəganların təhsilli üzvü Cenni fon Vestfalenlə nişanlandı.... |
fb5a3a3d2479df7e | Karl Marks | Həm bu səbəbdən, həm də dini və sinfi mənsubiyyətlərindəki fərqlərə görə Cenni ilə Marksın münasibəti ətrafdakıların qınağına məruz qalmışdı, lakin Marks Cenninin atası, liberal aristokrat Lüdviq fon Vestfalenlə dostluq etmiş və sonralar doktorluq dissertasiyasını ona həsr etmişdi. Nişanlandıqdan yeddi il sonra, 19 iyu... |
ed5dddac41254ee4 | Karl Marks | Stralauda müalicə alarkən Hegelin ideyalarını müzakirə edən Həkim Klubu (alm. Doktorklub) adlı tələbə qrupuna qoşuldu və onların vasitəsilə 1837-ci ildə Gənc Hegelçilər kimi tanınan bir qrup radikal mütəfəkkirlə əlaqə saxladı. Hegelçilər Adolf Rutenberqlə yaxın dostluq əlaqələri quran Marksla Lüdviq Feyerbax və Bruno B... |
d9da5abd3b623da5 | Karl Marks | Marks atasına emosional olaraq çox yaxın idi və ölümündən sonra da onun xatirəsini əziz tutmuşdu.1837-ci ilə qədər Marks həm bədii, həm də digər janrlarda yazırdı; "Əqrəb və Feliks" (alm. Skorpion und Felix) qısa romanını və "Oulanem" dramını tamamlamışdı, eləcə də Cenni fon Vestfalenə həsr olunmuş bir sıra sevgi şeirl... |
6a0ac2415a53dbab | Karl Marks | Archiv des Atheismus) adlı jurnal üçün planlar qurmağa başladılar, lakin bu, heç vaxt baş tutmadı. İyul ayında Marks və Bauer Berlindən Bonna səfər etdilər. Orada onlar sərxoş olub kilsədə gülərək və küçələrdə eşşəklərin üstündə çaparaq öz siniflərini rüsvay etmişdilər.Marks akademik karyera haqqında düşünsə də, hökumə... |
710b934987ab31e3 | Karl Marks | Marks sağçı Avropa hökumətlərini, eləcə də təsirsiz və ya qeyri-məhsuldar hesab etdiyi liberal və sosialist hərəkatının xadimlərini tənqid edirdi. Qəzet Prussiya dövlətinin senzurasının diqqətini cəlb edirdi; belə ki, onlar hər nömrəni çap etməzdən əvvəl təxribat xarakterli materialların olub-olmadığını yoxlayırdılar. ... |
9b36f102bceff6cb | Karl Marks | Deutsch-Französische Jahrbücher) redaktoru oldu. Qəzet Fransada çap olunduğuna görə Marks və arvadı 1843-cü ilin oktyabrında Parisə gəlir. Əvvəlcə Ruqe və arvadı ilə birlikdə Vano küçəsi 23 ünvanında yaşayan gənc ailə həyat şəraitinin dözülməz olduğunu görüb 1844-cü ildə qızları Cenni dünyaya gəldikdən sonra başqa evə ... |
28cb023f0ee9ed0f | Karl Marks | Qəzetin yalnız bir nömrəsi nəşr olundu, lakin onu müqayisədə uğurlu hesab etmək olardı; bu uğurunu da əsasən Henrix Heynenin Bavariya kralı I Lüdviq haqqında yazdığı satirik qəsidələrə borclu idi. Satirik əsərlərin qəzetə daxil edilməsi məcmuənin alman dövlətləri tərəfindən qadağan edilməsinə və idxal olunan nüsxələrin... |
4d2818d564a26a7b | Karl Marks | üçün yazmağa başladı. Parisdə yerləşən qəzet işçilərin və sənətkarların utopik sosialist gizli cəmiyyəti olan Ədalətlilər İttifaqı tərəfindən dəstəklənirdi. Marks onların bəzi iclaslarında iştirak etsə də, ittifaqa qoşulmadı. "İrəli!" qəzetində Marks Hegelçi və Feyerbaxçı dialektik materializm ideyalarına əsaslanan sos... |
3853a9ef82186bee | Karl Marks | Engels Marksa yenicə çapdan çıxmış "1844-cü ildə İngiltərədə işçi sinfinin vəziyyəti" kitabını göstərir və Marksı inandırır ki, işçi sinfi tarixdə sonuncu inqilabın təmsilçisi və aləti olacaqdır. Tezliklə Marks və Engels birlikdə Marksın keçmiş dostu Bruno Bauerin fəlsəfi fikirlərini tənqid etməyə başlayırlar. Bu tənqi... |
7af9a82372f7d3f9 | Karl Marks | Marksizm böyük ölçüdə üç təsirə əsaslanırdı: Hegel dialektikası, fransız utopik sosializmi və ingilis iqtisadiyyatı. Hegel dialektikası ilə bağlı əvvəlki araşdırması ilə yanaşı, Marksın bu müddət ərzində Parisdə etdiyi araşdırmalar da marksizmin bütün əsas komponentlərinin 1844-cü ilin payızına qədər ortaya çıxdığını g... |
97f3b4a83285a10c | Karl Marks | Əslində o vaxta qədər dünya barədə marksist düşüncənin bir çox ünsürü təfsilatı ilə işlənib hazırlanmışdı, lakin Marks öz fikrindəki yeni siyasi iqtisadiyyat nəzəriyyəsini daha da dəqiqləşdirmək üçün iqtisadiyyata dair düşüncələrini bütün təfərrüatı ilə yazıda ifadə etmək ehtiyacı duyurdu. Bu dönəmdə Marks "İqtisadi və... |
623ef4d4a25aaa08 | Karl Marks | Buna uyğun olaraq, tarixi materializmlə davam etmək üçün Feyerbaxın fəlsəfəsindən imtina etməli olduğunu dərk edən mütəfəkkir bir il sonra, 1845-ci ilin aprelində, Parisdən Brüsselə köçdükdən sonra Feyerbax haqqında on bir tezis yazdı. "Feyerbax haqqında tezislər" xüsusilə on birinci tezislə məşhurdur; məhz həmin tezis... |
d9161436cd1928c4 | Karl Marks | qəzetini bağladı və Marksı Fransadan uzaqlaşdırdı. Nəticədə Brüsselə köçən Marks burada kapitalizm və siyasi iqtisadiyyatın tədqiqi ilə bağlı araşdırmalarını bir daha davam etdirəcəyinə ümid edirdi. Brüssel: 1845–1848 Fransada qalması istənməyən, Almaniyaya da qayıda bilməyən Karl Marks 1845-ci ilin fevralında Belçikay... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.