passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
88f3ae6d3717ff69 | Çeçenistan | 1999-cu ildə rusların ölkəyə 2-ci dəfə yürüşü olmuşdur ki, bu dəfə də onlar ölkəni ələ keçirməyə cəhd etməyə çalışırdılar. Şamil Basayev 2006-cı ildə ruslar tərəfindən öldürülmüşdür. Bundan savayı Salman Raduyev həbs olunub ömürlük həbs cəzası alsa da 3 aydan sonra həbsdə öldürülmüş, Zəlimxan Yandarbiyev Qatar dövlətin... |
fb1598ca9fc49290 | Dövlət quruluşu formaları | Dövlət quruluşunun forması — dövlətin və ya birliyi təşkil edən dövlətlərin ərazi təşkili metodu. Dövlətin daxili quruluşunu, onun tərkib hissələrinə (ərazilərinə) bölünməsini və onların bir-biri ilə münasibətləri prinsiplərini müəyyənləşdirir. Federal bir dövlətin ərazi quruluşunu xarakterizə etmək üçün "siyasi-ərazi ... |
7ff6237b18a91ae8 | Dövlət quruluşu formaları | Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi bölgüsünə malikdirlər. Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki sisteminə — federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi aktlara — federasiya və federasiya subyektlərinin ... |
80518debc3ccc9eb | Dövlət quruluşu formaları | Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa daxil olan hər bir ayrıca dövlətin öz vətəndaşlığı var. Konfederasiya subyektlərinin ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq hakimiyyətinin qəbul etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki, konfederasiyanın dövlət quruluş forması ... |
e8daad620f4b2d65 | Dövlət quruluşu formaları | Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu zaman onlar öz fəaliyyətlərini əlaqələndirmək üçün xüsusi birgə orqanlar yaradırlar. Bir qayda olaraq onların qərarları konfederasiyaya daxil olan ayrı-ayrı ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları tərəfindən təsdiq edildikdən sonra ... |
7b0037e6145c358a | Təbiət elmləri | Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri. Ümumi məlumat Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın... |
d33251c26c8a0df6 | Təbiət elmləri | Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir. Riyaziyyat, statistika və informasiya texnologiyaları təbiət elmləri hesab olunmasalar da, bu sahədə aparılan əksər tədqiqatlar üçün mühüm elmi əhəmiyyətə malikdirlər. Qədim dövrlər və orta əsrlərdə ətraf mühit sadə müşahidə və təsvir ... |
b4fb281da76d4f9b | Təbiət elmləri | 1923-cü ildə amerikalı kimyaçı H.Lyuis və amerikalı fiziki kimyaçı M.Rendalın məşhur Termodinamika və kimyəvi elementlərin azad enerjisi kitabında yazırlar: Məntiq və riyaziyyatdan başqa Təbiət elmlərinin bir-birində çox uzaq duran üç böyük qolu vardır – bu mexanika, elektrodinamika və termodinamikadır. Bu gün isə elmi... |
1adcc68bbe403abf | Təbiət elmləri | Bu müasir təbiətşünaslığa da aid məsələdir. Onda da bir-birinə zidd olan və eyni zamanda vəhdət təşkil edən iki istiqamət səciyyəvidir. Bu istiqamətlərdən biri inkişaf prossesindəki analitikliyi, digəri isə sintetikliyi təmsil edir. Analitik istiqamətdə yeni elm sahələri, yeni qanunauyğunluqlar kəşf olunur. Bunların tə... |
738ca35be924fa95 | Təbiət elmləri | Bütün təbiət elmləri müşahidə edilən təbiət hallarınının təsviri üçün riyazi aparat metodundan istifadə edirlər. Təbiət elmləri təbiət qanunauyğunluqlarının dəqiq təsvirini və formul yazılışını tələb edir. Bu zaman təbiət hallarının izahı riyazi düstur halına salınır. Sonradan isə riyazi formulların hesabına istənilən ... |
0a57865b45e6ecb2 | Təbiət elmləri | Astronomiyada informasiya əsasən kənardan cihazlar vasitəsi ilə müşahidə edilmiəklə toplanır. Ancaq bu sahədə informasiyanın bir hissəsi laboratoriyada təcrübələr vasitəsi ilə də toplana bilər (məsələn, fəzanın molekulyar kimyasının laboratoriyada öyrənilməsi). Müasir astronomiya bir-biri ilə bağlı olan bir çox sahələr... |
091c4ac30c6363fd | Təbiət elmləri | Temperatur atrdıqda termonüvə reaksiyası baş verir və ulduz əmələgəlmə prosesi başlayır. Kosmoqoniya — göy cisimlərinin əmələ gəlməsini öyrənir; Kosmologiya — fəzanın quruluşunun və inkişafının əsas qanunauyğunluqlarını öyrənir. (yun. βιολογία — βίος, bios, "həyat"; q.yun. λόγος, loqos. ""bilik, elm") — həyat haqqında ... |
bd7705421a860056 | Təbiət elmləri | Tədqiqat sahəsi biofizikadan tutmuş mürəkkəb ekologiya məsələlərinə qədər geniş mövzuları əhatə edir. Biologiya elmləri kateqoriyasına aid olan botanika, zoologiya və səhiyyə sivilizasiyanın ilk dövrlərindən öyrənilirdi. Elmin inkişafına güclü təkan verən mikroskop ancaq XVII əsrdə kəşf edildi. "Biologiya" termini ilk ... |
dc1caa296de2cf76 | Təbiət elmləri | Biokimya canlılar haqqında olan bütün elmləri birləşdirir və onun öyrənilməsi biologiyanın hər hansı bir sahəsinin və eləcə də müasir zamanda prioritet istiqamətlərdən sayılan ekologiya ilə bağlı problemlərin başa düşülməsi üçün geniş imkanlar yaradır. Son zamanlar, təbii şəraitdə orqanizmlər arasında münasibətləri öyr... |
ade3c296aedbbd46 | Təbiət elmləri | Hər il dünyada biologiyaya, tibbə və tibbi biologiyaya dair miliyonlarla kitab, məqalə çap edilir, dissertasiyalar müdafiə edilir.Molekulyar biologiya həyatın kimyəvi əsaslarını, hüceyrə biologiyası isə orqanizmlərin kərpici rolunu oynayan hüceyrələrin öyrəniolməsi ilə məşğuldur. Fiziologiya orqanizmin daxili strukturl... |
7ff4cdccdcd9131e | Təbiət elmləri | Kimya fizika ilə çox sıx bağlıdır və fərqləri nisbidir. Müasir kimya çoxsahəli təbiət elmidir. Kimya müstəqil elm sahəsi kimi XVI—XVII əsrlərdə bir səra elmi kəşflərdən sonra tanındı. Bu kəşflər mexanikləşdirmə vasitəsi ilə əl əməyini istehsaldan sıxışdırdı, sənayeni mexanikləşdirdi, burjua cəmiyyəti yaratdı. Kimyəvi p... |
209336a09715d29d | Təbiət elmləri | Bununla da tədqiqatçılar maddənin quruluşunu, kimyəvi tərkibini və kimyəvi reaksiyaların rolunu daha dərindən dərk edə bildilər. Kimya elminin inkişafı kimya sənayesinin inkişafına və dünya iqtisadiyyatının uğurlarına gətirib çıxardı. Fizika dünyanın fiziki xüsusiyyətlərini, onların bir-birinə təsirini və bu təsirdə ya... |
23f24ae22d657c46 | Təbiət elmləri | Fizika tarixində əsas hadisələri klassik mexanika qanunları, İsaak Nyutonun ümumdünya cazibə qanununun kəşfi, elektroenergetika və ondan istifadə, Albert Eynşteynin nisbilik nəzəriyyəsini işləməsi, termodinamika nəzəriyyəsinin hazırlanması, atom və nüvə fizikasının kvant-mexanika modelinin hazırlanmasıdır. Fizikanın sa... |
7376da77208d783b | Təbiət elmləri | Yer kainatda həyatın mövcud olduğu məlim olan yeganə göy cismidir. Günəş sistemini dolğun öyrənməyə imkan verən kosmik zondlar yaranandan sonra Yer haqqında elmə planetologiya da əlavə edildi. Bununla da Yer haqqında elm Yer və kainat haqqında elmə çevrildi. Yer haqqında əsas elm geologiyadır. O Yer kürəsinin üst hissə... |
d61c0c259f962ffc | Təbiət elmləri | Elm fundamental bilikləri əldə edir. Ona söykənən mühəndislik elmi isə, artıq məlum qanunlara əsasən istehsalat yaradır və onun davamlılığına ciddi diqqət edir. Müasir təbiətşünaslığın ən səciyyəvi cəhətlərindən biri də elmlərin qarşılıqlı təsirinin olmasıdır. Buna görə də müasir dövrdə təbiət elmləridakı sintetik ənən... |
c3a32132f02a9d91 | Təbiət elmləri | Minerallarla canlılar arasındakı əlaqələr açılır. Canlı və cansız aləm arasındakı sərhədin şərti olduğu daha çox nəzərə çarpır. Təbiət elmlərinin öyrənilməsi daha dərin elmi biliklər və maliyyə tələb edir, lakin birbaşa texnoloji inkişaf ilə bağlı olan isə mühəndislik elmləridir. ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniy... |
5b5f8e268394a77f | Liviya | Liviya (ərəb. ليبيا) — Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərdə Sudan, cənubda Çad və Niger, qərbdə Əlcəzair və Tunis ilə həmsərhəddir. Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xa... |
fc92b7344cf69787 | Liviya | . BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir.Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir. .6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, Fəzzan və Kirenaikidən ibarətdir... |
65c812839674ec6c | Liviya | Liviyanın əhalisi – 6,46 milyon nəfərdir (o cümlədən 167 min xaricdən gələn işçilər) (2009). Camaatı daha çox çöl bölgələrində yaşayırlar. Əhalisi və demoqrafik vəziyyət 1973-cü ildəki 2,2 milyon olan əhali sürətli artım nəticəsində 1998-ci ildə 5,7 milyon nəfərə qədər artdı. 1970-ci illərdə illik əhali artımının templ... |
0c989ca6ccd9e2c2 | Liviya | Uşaq ölüm faizi burada normal göstərici sayılır. 1000 doğuluşda 20,87 ölüm. Liviyalıların orta yaşı 24 il. Əhalinin böyük əksəriyyəti dar sahilboyu zonada və oazislərdə cəmlənmişdir. İnsanlar tez-tez kənd yerindən şəhərlərə köçürlər, 2008-ci ildən demək olar ki, 78% əhali şəhərdə yaşayır. Liviya iki böyük şəhərə malikd... |
ceb4855680291768 | Liviya | Ölkədə bir sıra kiçik şəhərlərdə mövcuddur: Onların sayına Misurata (360 min insan), Ez-Zaviya (280 min), Sebxa (150 min), Tobruk (75,3 min), El-Beyda (67,1 min) və Adjdabiya (65,3 min) aid etmək olar. Bundan əlavə neft terminallarının yanında yeni şəhərlər yaranmışdır: Es-Sider, Ras-el-Anuf, Marsa-el-Bureyka, Ez-Zuvay... |
ec1faf79f7367170 | Liviya | Liviyanın, Tunis və Misir arasında olan Aralıq dənizi sahillərinin uzunluğu, təxminən 1912 km-dir. Sahildən etibarən getdikcə yüksələn Liviya torpaqları, ümumiyyətlə yüksək yayla görünüşündə olub, başlıca üç böyük bölgəyə ayrılar; Bunlar Fizan, Trablus və Sirenaik bölgələridir. Aralıq dənizinə bir qövs şəklində girmiş ... |
72097af41e575975 | Liviya | Bu bölgənin ən yüksək yeri olan Nefusa Dağı, bölgəni şimal küləklərindən müdafiə edir. Liviya torpaqlarının böyük bir hissəsini meydana gətirən və Şimal Afrikanı az qala örtmüş olan Böyük Səhra çölü kimsəsizdir. Səhra çölündə iqlim də çox fərqlilik göstərir. Bəzi yerlərinə on il boyunca heç yağışlar yağmır. Liviya vətə... |
62fc62126c40b92e | Liviya | Tripolinin bütün Aralıq Dənizinin böyük mədəni və iqtisadi mərkəzi sayılır. Bizanslar burada V- əsrdə hökmranlıq ediblər. — VI yüzillikdə isə burada Ərəb Xilafəti hakimiyyətdə olmuşdur. Tripoli Orta əsrlərlədə isə İspaniyaya aid idi, lakin Osmanlı İmperiyası şəhəri 16-cı əsrdə geri aldı . Tripoli türklərdə iyirminci əs... |
1cebd627c28a7170 | Liviya | şəhəri İtalyan qoşunları işğal etdi. İngilislərin qoşunları isə 1943-cü ildə şəhərə girdi, 8 il sonra Liviya paytaxtı Tripoli ilə birlikdə müstəqil dövlət oldu. Paytaxtın cənubu ictimai və işgüzar binalardan ibarət olan Yeni şəhərdir Tripoliyə məşhurluğu burada yerləşən bazarlar gətirdi , hansılar ki, neçə əsrdən heç v... |
c235b33e16287a8f | Şüalanma | Şüalanma – enerjinin şüalar (görünən və görünməyən) vasitəsilə köçürülməsi prosesi. Şüalanma tam vakuumda da baş verir. Güclü və yaxud zəif qızdırılmış bütün cisimlər (insan bədəni, soba, lampa) enerji şüalandırır. Şüalanma cisimlərdən yayılaraq başqa cisimlərin üzərinə düşür. Bu halda şüalanma enerjisinin bir hissəsi ... |
ba81fa43136b70ad | Şüalanma | "Radiaktiv" maddələrin alfa, betta və qamma kimi şüaların yayılmasını və ya Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanı meydana gətirən ünsürlərin hamısına Radiasiya deyilir. Bir maddənin atom nüvəsindəki neytronların sayı, proton sayına görə olduqca çoxdursa, bu cür maddələr qərarsız bir quruluş göstərməkdə v... |
6d385e45c17f592f | Şüalanma | Canlı hüceyrələr və daha da önəmlisi, həmin hüceyrələrdəki DNT bu ionlaşma nəticəsində zədələnə bilər, ionlaşdırıcı radiasiyaya məruz qalma xərçəng riskini artırır. Beləliklə, "ionlaşdırıcı şüalanma" bioloji zərər üçün böyük potensiala görə bir qədər süni şəkildə hissəcik radiasiyasından və elektromaqnit radiasiyasında... |
a4af3dd3cc8e7d44 | Şüalanma | İstisna neytron hissəcikləridir; aşağıya baxın. Bu hissəciklərin bir neçə fərqli növü var, lakin əksəriyyəti alfa hissəcikləri, beta hissəcikləri, neytronlar və protonlardır . Təxminən desək, enerjisi təxminən 10 elektron voltdan (eV) yuxarı olan fotonlar və hissəciklər ionlaşır (bəzi orqanlar su üçün ionlaşma enerjisi... |
632754ca7d6d6d3b | Şüalanma | Bununla birlikdə, ionlaşdırıcı şüalanma səbəb olduğu hüceyrələrdə xərçəng meydana gəlməsi riskinin və şansın hesablanması hələ də yaxşı başa düşülməmişdir və hazırda qiymətləndirmələr Hirosima və Naqasaki atom bombalarından və reaktorun izlənməsindən gələn məlumatlara görə populyar olaraq müəyyən edilir. Çernobıl fəlak... |
957642537157d86e | Şüalanma | Kosmosda mövcud olmasına baxmayaraq, UB spektrinin bu hissəsi bioloji əhəmiyyət kəsb etmir, çünki Yerdəki canlı orqanizmlərə çatmır. Ozonda 98% ionlaşmayan, lakin təhlükəli UB-C və UB-B nisbətini aldığı atmosfer zonası var. Bu sözdə ozon təbəqəsi təxminən 20 mil (32 km) başlayır və yuxarıya doğru uzanır. Yerə çatan bəz... |
a935d97a9fa65b88 | Şüalanma | Bunun əksinə olaraq, görünən işıq və daha uzun dalğa uzunluğunda olan elektromaqnit şüaları, məsələn, infraqırmızı, mikrodalğalı və radio dalğaları, çox az enerjisi olan fotonlardan molekulyar həyəcanlanmaya səbəb olur və beləliklə bu radiasiya enerji vahidinə nisbətən daha az təhlükəlidir. Rentgen şüaları(X şüalar) Re... |
81cb53f1ea7b3e79 | Şüalanma | Qamma şüaları materialın kifayət qədər qalın və ya sıx bir təbəqəsi ilə dayandırıla bilər, burada materialın dayanma gücü əsasən materialın olub-olmamasından asılı olmayaraq radiasiya yolu boyunca ümumi kütlədən asılıdır (lakin tamamilə deyil). Bununla yanaşı, rentgen şüalarında olduğu kimi, qurğuşun və ya zəif uran ki... |
ceb4fb0f36b6c6f2 | Şüalanma | Bu o deməkdir ki, adi alfa parçalanmasından olan alfa hissəcikləri ölü dəri hüceyrələrinin xarici təbəqələrinə nüfuz etmir və aşağıdakı canlı toxumalara zərər vermir. Bəzi çox yüksək enerjili alfa hissəcikləri kosmik şüaların təxminən 10% -ni təşkil edir və bunlar bədənə və hətta nazik metal plitələrə nüfuz etməyə qadi... |
fe92d15828583394 | Şüalanma | Yüksək zəhərli alfa-yayıcılara misal olaraq, yarım ömürlü materiallarda meydana gələn çürümə miqdarına görə radium, radon və polonyumun izotoplarıni misal göstərmək olar. Beta şüalanması Beta-minus (β -) radiasiya enerjili bir elektrondan ibarətdir. Alfa radiasiyasından daha çox nüfuz edir, lakin qamma radiasiyasından ... |
458e480025786551 | Şüalanma | Beta-plus (β +) radiasiya, elektronların antimateriya forması olan pozitronların yayılmasıdır. Pozitron materialdakı elektronlara bənzər sürətlərə yavaşladıqda, pozitron 511 keV iki qamma fotonu buraxaraq bir elektronu məhv edəcəkdir. Bu iki qamma fotonu (təxminən) əks istiqamətdə gedəcəkdir. Pozitron məhvindən gələn q... |
0d95d9f8bd98048a | Şüalanma | Bu neytronlar ya kortəbii və ya induksiya edilmiş nüvə parçalanması zamanı yayıla bilər. Neytronlar nadir radiasiya hissəcikləridir; onlar yalnız çox sayda istehsal olunur, zəncirvari reaksiya parçalanması və ya birləşmə reaksiyaları aktiv olduqda, bu termoyadro partlayışında və ya davamlı fəaliyyət göstərən bir nüvə r... |
977be37c6c9b3498 | Şüalanma | Kosmik radiasiya Yer atmosferinə xarici kosmosdan daxil olan yüksək enerji hissəciklərinin iki mənbəyi var: günəş və dərin kosmos. Günəş davamlı olaraq günəş küləyində hissəciklər, ilk növbədə sərbəst protonları yayır və bəzən axını koron kütləsi ilə çox artırır. Dərin kosmosdan olan (hissələrarası və qeyri-qalaktik) h... |
df101090779c8e92 | Şüalanma | Onlar həmçinin GRB-lərə(qamma şüası partlayışları; ing: Gamma Radiation Bang) bənzər, lakin daha böyük ölçüləri ilə tanınan və kainatın erkən tarixinin zorakı bir hissəsi kimi görünən qalaktikadakı reaktiv hadisələr olan kvazarlar tərəfindən də əmələ gələ bilər. Qeyr-ionlaşdırıcı radiasiya Qeyri-ionlaşan radiasiya hiss... |
6d06a8fb9db9398e | Şüalanma | İstilik ionlaşmansının tanış bir nümunəsi adi bir yanğının alov-ionlaşması və infraqırmızı şüalanma nəticəsində yaranan ümumi qida maddələrində qızartma reaksiyalarıdır. İonlaşdırmayan şüalanma aşağıdakılardır: Ultrabənövşəyi işıq Yuxarıda qeyd edildiyi kimi, 3 eV-dən 10 eV-ə qədər yumşaq UV adlanan ultrabənövşəyi spek... |
363769d713171a35 | Şüalanma | İR dalğa uzunluqları görünən işığın uzunluğundan daha uzun, lakin mikrodalğalılardan daha qısadır. İnfraqırmızı radiasiya cisimlərindən bir məsafədə "hiss etməklə" aşkar edilə bilər. İnfraqırmızı həssas ilanlar, başlarında "çuxurlar" adlanan bir pinhole linzadan istifadə edərək infraqırmızı tanıya və fokuslana bilər. P... |
9e753f509459f077 | Şüalanma | Bu geniş tərif həm UHF, həm də EHF (millimetr dalğaları) daxildir, lakin müxtəlif mənbələr fərqli digər məhdudiyyətlərdən istifadə edir. Bütün hallarda mikrodalğalar, ən azı çox yüksək yüksək tezlikli diapazonu (3 ilə 30 GHz və ya 10 ilə 1 sm) əhatə edir. RF mühəndisliyi tez-tez 1 GHz (30 sm), yuxarı həddi isə 100 GHz ... |
0834dea5bafa6e9b | Şüalanma | Süni şəkildə yaradılan radio dalğaları sabit və mobil radio rabitə, yayım, radar və digər naviqasiya sistemləri, peyk rabitəsi, kompüter şəbəkələri və saysız-hesabsız digər tətbiqlər üçün istifadə olunur. Bundan əlavə, alternativ cərəyan daşıyan demək olar ki, hər hansı bir tel enerjinin bir hissəsini radio dalğaları k... |
3f1d7f2b8e165ebd | Şüalanma | Bir ümumi ev radiatorundan və ya elektrikli qızdırıcıdan gələn infraqırmızı və ya qırmızı radiasiya, işləyən bir közərmə lampasının yaydığı istilik kimi istilik radiasiyasına bir nümunədir. Termal radiasiya atomlardakı yüklü hissəciklərin hərəkətindən gələn enerjinin elektromaqnit şüalanmasına çevrildiyi zaman yaranır.... |
ba015c611e0d8327 | Şüalanma | Qara cisim, istənilən dalğa uzunluğunda mümkün olan maksimum hadisə radiasiyasını da udacaqdır. Otaq istiliyində və ya ondan aşağı bir temperaturda olan bir qara cisim tamamilə qara görünür, çünki heç bir hadisə işığını əks etdirmir və gözlərimizi aşkar etmək üçün görünən dalğa uzunluqlarında kifayət qədər radiasiya ya... |
a067d1c9062e9537 | Şüalanma | Vilhelm Rentgenin kəşfindən sonra Antuan Anri Bekkerel işıqla aktivləşdirilən lüminsə edilmiş materialların rentgen şüası buraxıb-buraxmaması üzərində tədqiqat aparmağa başlamışdır. Bekkerel uran-kalium sulfatını (uran duzlarından biridir) qalın, qara kağıza bükərək, fotoqraf plastinlərinin üzərinə qoymuş və onu bir ne... |
b212cea3d49d7b3f | Şüalanma | Bir müddət keçdikdən sonra Bekkerel bu şüaların elektronlardan ibarət olduğu qənaətinə gəlmişdir. Mariya və Pyer Küri toriumda da bu xassəni müşahidə etmiş, daha sonra isə polonium və radium adlı iki yeni elementi kəşf etmişdilər. 1903-cü ildə Antuan Anri Bekkerel Mariya və Pyer Küri ilə bərabər, "Radiasiyanın araşdırı... |
049c24e6d6a2f5f5 | Şüalanma | X-şüaların bu xüsusiyyəti həkimlərə qırıq sümükləri tapmağa və bədəndə böyüyə biləcək xərçəngləri tapmağa imkan verir. Həkimlər ayrıca bir radioaktiv maddə inyeksiya edərək və maddənin bədən daxilində hərəkət etdiyi radiasiyanı izləməklə müəyyən xəstəliklər tapırlar. Xərçəngin müalicəsində istifadə olunan radiasiya ion... |
6cec13d7f657644e | Şüalanma | Məsələn, bir insanın səsi dalğanın səsdəki müvafiq dəyişkənliyə qədər dəyişərək radio dalğası və ya mikrodalğalı olaraq göndərilə bilər. Musiqiçilər səs və musiqi çıxarmaq üçün qamma sonifikasiyası və ya nüvə radiasiyasından istifadə etməklə də təcrübələr aparmışlar. Tədqiqatçılar canlı bir orqanizmin tərkib hissəsi ol... |
615884c3b349cddc | Şüalanma | Radiasiya neytron aktivləşdirmə analizi adlanan bir prosesdə materialların tərkibini təyin etmək üçün istifadə olunur. Bu müddətdə elm adamları neytron adlı hissəcikləri olan bir maddənin nümunəsini bombalayırlar. Nümunədəki bəzi atomlar neytronları udur və radioaktiv olurlar. Elm adamları, yayılan radiasiyanı öyrənərə... |
df84331c80f2afbd | Ərəb qrafikalı Azərbaycan əlifbası | Ərəb qrafikalı Azərbaycan əlifbası və ya Əbcəd (ابجد) — Azərbaycan dilinin yazılmasına ərəb qrafikasının bir variantı ilə başlanılmış əlifba. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub. Azərbaycan Respublikası ərazisində... |
069763f36d594805 | Məkkə | Məkkə (مكة) — Səudiyyə Ərəbistanında bir şəhər. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə ... |
422b723312200a42 | Məkkə | Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır. Etimologiya Məkkənin məlum olan ən qədim adı Bekkedir (ərəb:بَـك) Bu adın etimologiyası Məkkədə olduğu kimi tapılmamışdır. Akademik ictimaiyyətin yekdil olmayan iddiası Ptolemey tərəfindən adlandırılan "Makoraba"nın Məkkə olmasıdır. Bir çox etimoloji mənşə təklif edil... |
b1ab94bf7d8c9534 | Məkkə | İbrahim onların hər ikisini Məkkənin yerləşdiyi əraziyə aparır və onları tərk edir. Səmərəsiz və kimsəsiz vadidə tək qalan ana-oğul burada məskunlaşır. Həcərin açdığı Zəm-zəm adlı su mənbəyinin yaşayış üçün yararlı hala gətirdiyi bu yerdə zamanla ticarət məqsədilə bu bölgədən keçən ərəb qəbiləsi Curhumi məskunlaşaraq ş... |
603e98874920c388 | Məkkə | Bunun ən böyük səbəbi islam dininin yaranmasından əvvəl onun adının tarixi mənbələrdə çəkilməməsi və onun yerləşdiyi bölgədə şəhərin mövcudluğuna dair heç bir işarənin olmamasıdır.106-cı ildə Roma İmperiyası Hicazın bir hissəsini nəzarətə götürdü və Məkkənin şimalında yerləşən Hicr-Hicr (Mədain Saleh) kimi şəhərləri id... |
68cfc3e288403add | Məkkə | Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir. Orta əsrlərdə Məkkə Hicazın (Ərəbistanın) inzibati mərkəzi idi, şəhərdə din elmləri tərəqqi edirdi. XX əsrin əvvəllərində Məkkə şəhər şəriflərinin türk hökmranlığına qarşı qaldırdıqları üsyanın siyasi mərkəzinə çevrilmişdi. Məkkədə dörd sünni məzhəbinin... |
5b7989e6681d4093 | Məkkə | Xarici keçidlər Deyerler sitesi Arxivləşdirilib 2011-02-01 at the Wayback Machine (az.) Əlşiə sitesi Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine (az.) İrfan dergisi Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine (az.) Mədinə şəhəri Arxivləşdirilib 2009-01-05 at the Wayback Machine (ing.) Mədinə memarliği Arxiv... |
ce113186ed287785 | ANS TV | ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ... |
9cef6ddb881045c5 | ANS TV | O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı. O ildə jurnalist Çingiz Mustafayev Azərbaycan Televiziyasında çıxış edərək Şuşanın işğal xəbərini çatdırmaq istəyirdi. Lakin Müdafiə Nazirliyinin əməkdaşları verilişin efirə çıxmaması üçün əllərindən gələni edirdilər. Çingiz çıxış yolunu ANS-də gördü və ANS-in efirinə... |
167c9c24a53e2bf5 | ANS TV | 1993-cü ilin iyul ayında ANS-in fəaliyyətini Heydər Əliyev bərpa etdi. 1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ilin oktyabr hadisələrini daha ətraflı şəkildə xalqa çatdırmışdı. Həmin ildə ANS televiziyası ilə AzTV arasında qalmaqal baş verdi. ANS-in i... |
1423112b5d6a9f27 | ANS TV | Çəkiliş vaxtı şirkətin 7 əməkdaşı güc strukturları tərəfindən saxlanılmış, 4 maşın əzilmiş və biri sradan çıxmışdı. Daha sonra Vahid Mustafayev Rövşən Cavadov haqqında "Heç kim və Heç Nə Unudulmayacaq" verilişinin buraxılışını hazırladı. Həmin verilişdə "ANS Records"-da Rasim Müzəffərli və Gündüz Bakılı tərəfindən ifa ... |
cd1cc6c841c7728b | ANS TV | Tez-tez verilişlərində Rusiya telekanallarının yayımını gündəmə gətirir və bunun reklam büdcəsinə zərər vurduğunu deyirdilər. Məhz o vaxtdan ANS ilə ABA arasında mübahisə yarandı. Bu məsələ 2001-ci il iyul ayının 17-nə kimi, yəni ABA-nın bağlandığı günə kimi davam etdi. ABA bağlandıqdan sonra isə ANS son dəfə ABA teleş... |
55227c0a40fa8fc3 | ANS TV | 2006-cı il noyabrın 24-də MTRŞ, ANS TV və ANS ÇM-in fəaliyyətinin dayandırılması haqqında press-reliz yaydı. "Xəbərçi"nin 15:00 buraxılışında Afət Telmanqızı efirə çıxaraq ANS-in əvvəl analoq yayımının, sonra isə peyk yayımının dayandırıldığını bildirdi. ANS televiziyası və radiosu 17 gün efirdə olmadı. 29 noyabr 2006-... |
912e6908af7c5fba | ANS TV | "Salam, Azərbaycan! ", "Sən tək deyilsən", "Xoşqədəmlə axtarıram səni" və "Şokolad" verilişlərinə görə MTRŞ tərəfindən ANS TV 54.000 manat cərimə olundu.13 oktyabr 2015-ci il tarixində isə ANS yenə cərimə olundu. Həmin gün Milli Televiziya və Radio Şurasının iclasında "Televiziya və radio yayımı haqqında" qanunun 35.5-... |
8719d23162b8dd89 | ANS TV | Həmin loqotip çəhrayı rəngdə "ANS" yazısından ibarət idi. 1993-cü ildə ekranın sağ üst kənarında ağ rəngdə sadə "ANS" yazısı idi. Əslində loqotip sayılmaz. 1994-cü ildə çəhrayı rəngli loqotip kiçildildi, ağ rəngdə oldu, lakin loqotipə göy arxa fon da əlavə edildi. Loqotipin ekrandakı yeri isə dəyişmədi. Eyni zamanda il... |
6add171eebece415 | ANS TV | Artıq bu dəfə introlar dəyişmişdi. 1999-cu ildə isə introlar yenidən dəyişdirildi. 1999-cu ildə loqotip yenə dəyişdirildi. Bu dəfə də bayraq rəngləri qaldı, lakin rənglər "ANS" yazısının altına yerləşdirildi. "A" hərfinin altına göy, "N" hərfinin altına qırmızı, "S" hərfinin altına isə yaşıl. Həmin loqotip 2009-cu ilin... |
4e36fa6e501634cf | ANS TV | 2006-cı ilin sonlarında həmin loqotipin yuxarısında "15 il yayımda" yazısı olan qara-qırmızı loqotip də var idi. 12 dekabr 2006-cı ildə efirə qayıtdıqdan sonra o loqotip görünmədi. 2009-cu ildə təxminən 10 ilə yaxın eyni loqotipi olan ANS loqosunda müəyyən dəyişiklik edərək ekranın sağ alt kənarından sol üst kənarına k... |
7afb7c406b9fd654 | ANS TV | Tədbirdə loqotipin alman dizaynerləri tərəfindən hazırlandığı bildirildi. 19 may 2012-ci il tarixində həmin loqotip ilə efirə çıxdı. Həmin loqotip 18 iyul 2016-cı ilə kimi dəyişməz qaldı. Lakin Yeni il bayramı, Qara Yanvar, Xocalı soyqırımı, Novruz bayramı və digər buna bənzər günlərdə o günə xüsusi olan loqotiplə efir... |
41d2df8db9c3e857 | ANS TV | 2001-ci ilin yanvar ayında Xaçmazda ötürücü mərkəzin yaradılması ilə şimal rayonlarının sakinləri indi daha keyfiyyətli siqnal qəbul edir. Lənkəranda isə belə ötürücü mərkəz həmin ilin iyulunda yaradıldı. ANS Müstəqil Yayım və Media Şirkəti sentyabrın 10-u 2002-ci ildən etibarən peyk vasitəsilə yayıma başlayıb. 2002-ci... |
77c320c2749ed45f | ANS TV | 21 aprel 2014-cü ildə isə buna biri də əlavə olundu: ANS İranda fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) əldə etdi.Telekanalın sahibi Vahid Mustafayevin sözlərinə görə, telekanal 2016-cı ilin yanvarın 1-dən yeni yayım formatına keçəcək. ANS kanalı yanvarın 1-nə qədər Azərbaycanı son məlumatlarla təmin edən i... |
4829f16a0e640d6d | ANS TV | 1993-cü ilin mart ayında (Əbülfəz Elçibəyin hakimiyyəti dövründə) fəaliyyəti dayandı. Təxminən 4 aya yaxın bağlı qalan ANS-i həmin ilin iyul ayında Heydər Əliyev efirə qaytarıb. 1994-cü ilin noyabr ayının 4-də teleşirkətin vitse-prezidentlərindən biri Seyfulla Mustafayevə Azərbaycan Televiziyasının binasında zərər verm... |
110819c9bbad88d2 | ANS TV | Buna cavab olaraq isə: "Siz azanı verin və nəticəsini görün" (Bundan əvvəl də ANS-dəki dini verilişlər dayandırılmışdı; Azərbaycanda dinin dövlətdən ayrı olması əsas gətirilir, dinlə söhbətlərin və təbliğatın dini ibadət yerlərində olmasının qanuna və məqsədə uyğunğunluğu vurğulanırdı). Telekanalın media üzrə müşaviri ... |
b02cb490b41fe4ba | Gəmi | Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərn... |
33d95f615643df9e | Gəmi | Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. Gəmi növləri Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyasiyası daşıyan hərbi gəmi. Avarlı Gəmi avarlarla hərəkətə gətiri... |
de9ce647b513fa8a | Gəmi | Bu gəmilərin əsasında 7 əsrdə qalera yaranmışdı. Sonralar Avarlı gəmi yelkənli gəmilərlə əvəz olundu. Dəniz və çay Avarlı gəmiləri gəmiçilikdə, idmanda və müxtəlif məqsədlərlə (kiçik vətəgə, xilasetmə gəmiləri və s.) istifadə edilir. Gəmiçilikdə az işlədilən Avarlı gəmilər müxtəlif təyinatlı olur. Bunlardan qondolanı v... |
5c67a97780720113 | Sümük | Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. Kimyəvi tərkibi Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqaniz... |
3282b8344ae220a7 | Sümük | Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır. Sümüklər yüksək möhkəmliyə və həddən artıq yüksək sıxılma müqavimətinə malikdirlər. Onlar dağılmaya qarşı uzun müddət davam gətirə bilirlər. Buna arxeoloji qazıntılar zamanı ... |
a413198dae1539a5 | Sümük | Sümüklərin skeletdə yerləşməsi onun icra etdiyi funksiyadan asılıdır. Sümüklər ən az material həcmində yüksək gücə davamllıq göstərir. Uzun sümüklər (ossa longa) uzadılmış, diafiz adlanan boruşəkilli orta hissəyə malik kompakt maddələrdən təşkil olunur. Diafizin daxilində sümük iliyi üçün boşluq (cavitas medullaris) və... |
ef0b89698db9e825 | Sümük | O xaricdən kompakt maddələrlər örtülür. Onlar mənşələrinə görə fərqlənirlər: kürə və taz sümüklər xirtməkdən, kəllənin üst hissəsini təşkil edən yastı sümük isə birləşdirici toxumalardan ibarətdir. Qısa sümüklər (ossa brevia) kobud maddələrdən təşkil olunur. Xarici səthi kompakt maddələrdən ibarət nazik qatla örtülür. ... |
c24721b736566f33 | Sümük | Pnevmatik sümüklərin içərisində hava daxil olması üçün seliklə əhatə olunmuş boşluq olur. Buraya hava dolmaqla onun çəkisini yüngülləşdirir, möhkəmliyini isə azaltmır. Sesamoid sümüklər əzələlərə daxil olmuş və onun gücünü artırmağa, həmçinin işləmə qabiliyyətini artırmağa xidmət edən sümüklərdir. Sümük iliyi Sümüyün d... |
f51aaa2da577b505 | Elçin Babayev | Elçin Səfərəli oğlu Babayev (4 aprel 1965, Naxçıvan) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019), AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, Şamaxı Astrofizik... |
1bed7a372ec1c047 | Fəttah Heydərov | Fəttah Səməd oğlu Heydərov (23 fevral 1938, Çeşməbasar, Naxçıvan rayonu – 4 avqust 2020, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri. Fəttah Heydərov 1938-ci il fevralın 23... |
8d3b8cbc0c18ea3d | Fəttah Heydərov | 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir. 1990–1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci... |
338de6dd811c686d | Fəttah Heydərov | 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şöhrət" ordeni ilə təltif edilmişdir 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şərəf" ordeni ilə təltif ... |
b741329859ee0d9b | Qərbi Azərbaycan | Qərbi Azərbaycan — indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan (Şurnuxu, Gorus və Kafan kimi bir çox kəndlər həmin əraziyə daxildir). XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respubl... |
0e24e9661c0ce583 | Qərbi Azərbaycan | Həmçinin bax Qərbi Azərbaycan mahalları Qərbi Azərbaycan İcması Xarici keçidlər Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)). azerbaijan-news.az. 2014-10-14. 2015-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29. |
7a525597d3828173 | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi — 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsi. Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13, yaralıların sayı 10-dur. Yaralıla... |
2af306382f3e337f | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, xüsusi təyinatlılar əməliyyat keçirib, girov götürüldüyü bildirilən şəxslər azad edilib. İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin v... |
56d1ceed2683f9b0 | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlayıb. Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsində... |
5b788359a1928703 | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | Şahid dedi ki, bir tələbə onu dayandırmağa çalışsa da, başından vurulub. Digər şahid iki silahlı şəxs gördüyünü bildirib. Silahlı şəxs Akademiyada barrikada qurdu və polis binanı mühasirəyə aldı.Hadisə nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Qədirov daha sonra polisin yaxınlaşdığını görüb özünü güllələyib. Tezli... |
5d277aa58f290e6a | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | Universitetə gedən bütün əsas yollar bağlanıb. Binanın hər yerində cəsədlər tapılıb. Yaralılar çöldə dayanan təcili yardım maşınlarına aparılıb və xəstəxanaya təxliyə edilib. Çoxunun vəziyyəti tezliklə stabil olsa da, bəzilərinin vəziyyəti ağır idi və əməliyyat olundu. Bütün tələbələr təxliyə olunaraq evlərinə göndəril... |
1fda5f40a161aed9 | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov deyir ki, təcrübəsiz hücumçunun "Makarov PM" tapançası ilə bu qədər insanı öldürə və yaralaya biləcəyi onun üçün tamamilə qaranlıqdır. Cəfərov qeyd edib ki, Qədirov hərbçi deyil, mülki şəxsdir. Beynəlxalq reaksiyalar Rusiya prezidenti Dmitri Medvedev və Gürcüstan prezidenti Mix... |
7c5d883330106415 | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | İttihama görə, təqsirləndirilən şəxslərin etirafları əsasında qətli Gürcüstanın Marneuli rayonunun Şüləver kəndindən olan gürcü ermənisi, çörəkçi Mardun Qriqoryeviç Qumaşyan sifariş edib. İttihamda qeyd olunur ki, Qumaşyan milli ədavət zəminində 2009-cu ilin əvvəlində Azərbaycan vətəndaşı olan Gürcüstan vətəndaşları Fə... |
755c6ab31cfdcf5c | Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi | 30 aprel terror hadisəsindən sonrakı günlərdə Azərbaycan Dövlət Neft Akademiyasının köhnə və yeni tədris korpuslarının divarlarında yazılar, vərəqələr qalıb, qırmızı qərənfillər düzülüb, şamlar yandırılıb. Tələbə və gənclərin qoyub getdiyi divar yazılarında hər kəsə terrora qarşı birləşməyi, terror qurbanlarını unutmam... |
e4f3a3a3e957ece9 | Mingəçevir su anbarı | Mingəçevir su anbarı — Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış su anbarı. Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının (SES) tikintisi 1953-cü ildə tamamlanıb. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 7... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.