passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
ba156e61633fab91 | Mingəçevir su anbarı | Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir (Avropadakı suvarma vasitəsiylə quraşdırılan ən hündür bəndlərdən biridir). Kür çayından ayrıca olaraq hövzə iki kanalı su ilə təchiz edir: 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı 123 km uzunluğundakı Yuxarı Şirvan kanalıBu kanallar ... |
edd01d733f53afff | Mingəçevir su anbarı | Bu illərdə su anbarında 32 növ balıq və bir hibrid (çapaq x külmə hibridi) qeydə alınmışdı. Son illərdə aparılan tədqiqatlar göstərmişdir ki, sıradan çıxan növlərin əvəzinə su anbarında yeni növlər görünməyə başlamışdır. Onlar su anbarına keçən əsrin 70-ci illərdində buraxılmış ağamur, qalınalın, qarasol və karp balıql... |
ecbd600c10e68b72 | Mingəçevir su anbarı | Onların 23 növü vətəgə əhəmiyyətli, 12 növü isə vətəgə əhəmiyyəti olmayanlardır. Hazırda su anbarında əsasən 10-12 növ balıq (çapaq, külmə, çəki balığı, şəmayi, naxa, sıf, həşəm, daban balığı, qalınalın) ovlanır. Ovda nadir hallarda qızıl balığa, ağ amura, poru və şirbitə də rast gəlinir. Təhlükəsizlik Mingəçevir su an... |
f2b0f75883d4366d | Mingəçevir su anbarı | Mingəçevir su anbarındakı suyun həcmi daim tənzimlənir. Gürsululuq dövründə kritik həddin keçilməsinə yol verilmir, artıq su kanallarla buraxılır. Su anbarının təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan Su Ehtiyatları Dövlət Agentliyi cavabdehdir. Mingəçevir su anbarının və elektrik stansiyasının... |
10722790a5766f0f | Qeyri-metallar | Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləş... |
2e5fb9d9d56f2954 | Vinsent van Qoq | Vinsent Villem van Qoq (nid. Vincent Willem van Gogh; 30 mart 1853[…], Zyundert[d], Şimali Brabant – 29 iyul 1890[…], Over-syür-Uaz) — holland postimpressionist rəssam. O, ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Rəssamın 10 il ərzində yaratdığı təxminən 2100 sənət əsərinə peyz... |
632fefad9bd20dc5 | Vinsent van Qoq | Londona transfer olunduqdan sonra depressiyaya düşdü, daha sonra, dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirdi. Xəstə və tənha Vinsent 1881-ci ildə rəssamlığa maraq salmazdan əvvəl evinə, valideynlərinin yanına gətirildi. Gənc qardaşı Teo ona maddi baxımdan yardım göstərdi və onlar uzun... |
832eecc7bc429bb6 | Vinsent van Qoq | Psixotik epizod və deluziyalardan əziyyət çəkən Vinsent ruhi sağlamlığına görə narahat olsa da, fiziki sağlamlığına heç vaxt fikir vermir, düzgün qidalanmır və tez-tez spirtli içkləridən istifadə edirdi. Sol qulağının bir hissəsini kəsmiş Vinsenti əlində ülgüclə gördükdən sonra Pol Qogenin onunla olan dostluğu sona çat... |
2bfd01459defd0f8 | Vinsent van Qoq | Sonrakı onilliklər ərzində o, dünyanın bir çox yerində böyük tənqidi və ticari uğur əldə etdi. Bu gün rəsmləri dünyanın ən bahalı rəsm əsərləri arasında yer alan və incəsənət tarixinin ən vacib rəssamlarından biri olaraq tanınan Van Qoq öz faciəvi həyatı ilə eyni zamanda ideal "iztirab çəkmiş rəssam" obrazıdır. Amsterd... |
355eb942e0830356 | Vinsent van Qoq | Məktubların az bir hissəsi 1906 və 1913-cü ildə, böyük əksəriyyəti isə 1914-cü ildə çap olundu. Vinsentin ifadəli yazı tərzi və "gündəlik yazan birinə xas səmimiyyəti" ilə xarakterizə olunan məktublar hissə-hissə yazılmış avtobioqrafiya təsiri bağışlayır. Tərcüməçi Arnold Pomerans bu məktubların nəşrinin "Van Qoqdan ba... |
b8aace12071cc5d1 | Vinsent van Qoq | O, 1875-ci ildə Teoya yazdığı məktublarda Bretonu gördüyünü qeyd etmiş, onun Salondakı rəsmləri haqda danışmış və Bertonun kitablarından birini qaytarmaq şərti ilə ona göndərə biləcəyini demişdir. 1884-cü ilin martında Rapparda yazdığı məktubunda bir tablosunu Bretonun şeirindən təsirlənərək çəkdiyini qeyd etmiş, 1885-... |
f59881dea1865cf3 | Vinsent van Qoq | Valideynləri Van Qoqa bu adı atasının heykəltaraş olan əmisi Vinsentin (1729–1802) şərəfinə də qoymuş ola bilər.Van Qoqun anası Haaqadakı imkanlı bir ailənin qızı idi və atası keşinin ən kiçik oğlu idi. O, gələcək həyat yoldaşı ilə kiçik bacısı Kornelia Teodorun böyük qardaşı Vinsent (Sent) ilə evlənəndə tanış oldu. On... |
b0a4c0ae6803400d | Vinsent van Qoq | Bununla belə, 1866-cı ildə o, orta məktəb təhsili almaq üçün Tilburqa göndərildi və orada da özünü həddən artıq qəmgin hiss edirdi. Onun incəsənətə olan marağı gənc yaşda başlamışdı. Hələ uşaq ikən anası onu şəkil çəkməyə həvəsləndirirdi. Onun ilk rəsmləri təsir gücünə malik olsalar da, özlərində Vinsentin sonradan yar... |
399aec76da29a693 | Vinsent van Qoq | 1873-cü ildə təlimini tamamladıqdan sonra firmanın Sauthempton küçəsində yerləşən London filialına transfer olundu və Stokueldə, 87-ci Hekford Yolu ünvanında yaşadı. Bu vaxtlar Van Qoqun həyatının xoşbəxt dövrləri idi; sadəcə 20 yaşında olan və işində yetərincə uğur qazanan Vinsentin gəliri atasından çox idi. Teonun yo... |
f4a4238b5254bf31 | Vinsent van Qoq | O, işindən məmnun deyildi, vaxtını cızma-qara edərək və ya Bibliyanın bəzi hissələrini ingilis, fransız və alman dillərinə tərcümə edərək keçirdi. Bütün fikrini dinə yönəldən Vinsent getdikcə daha dindarlaşdı və keşişlərə bənzəməyə başladı. Həmin vaxtlar otaq yoldaşı olan Paul van Qörlitzin sözlərinə görə, o, ət yeməkd... |
4fbabe2d0ea2f97a | Vinsent van Qoq | Təxminən 1880-ci ilin mart ayına qədər orada qalan Van Qoqun gedişi valideynlərinin narahatlığına və qəzəbinə səbəb oldu. Atası əsəbləşərək onun Hildəki ruhi xəstəxanaya aparılmasını məsləhət gördü.Van Qoq 1880-ilin avqustunda Kuryerə qayıtdı və oktyabr ayına qədər bir mədən işçisi ilə birgə yaşadı. Ətrafındakı insanla... |
0c481b7e52583503 | Vinsent van Qoq | 1881-ci ilin avqustunda anasının böyük bacısı Villeminanın və Yohannes Strikkerin yenicə dul qalmış qızı Kornelia "Key" Vos-Strikker onlara baş çəkdi. Bu vəziyyətdən çox məmnun olan Vinsent onunla uzun gəzintilərə çıxırdı. Key ondan yeddi yaş böyük idi və səkkiz yaşında bir oğlu vardı. Van Qoq sevgisini etiraf edib ona... |
27c72ff0487f7daa | Vinsent van Qoq | Bir neçə gün içində o, Ettendən Amsterdama yollandı. Key onunla görüşmədi və valideynləri göndərdikləri məktubda "Vinsentin israrının iyrənc olduğunu" yazırdı. Ümidsizlik içində olan Van Qoq sol əlini lampanın alovuna tutaraq bu sözləri demişdir: "Onu görməyə icazə verənə qədər əlimi alova tuta bilərəm". Sonralar o, bu... |
0daa9cb84a1bdbe4 | Vinsent van Qoq | İyunda qonoreyadan əziyyət çəkən Van Qoq üç həftə xəstəxanada qaldı. Tezliklə, o, Teodan borc aldığı pulla yağlı boya aldı və bu üsulla ilk rəsmini çəkdi. Van Qoq bu yeni metodu çox bəyəndi: o, boyanı kətanın üzərində yayıb daha sonra fırça ilə düzəldirdi. Rəssam belə yaxşı nəticə əldə etdiyinə görə təəccübləndiyini ya... |
514290f226544220 | Vinsent van Qoq | O, əvvəlcə atasına qarşı çıxdı və onlarla birlikdə şəhərkənarına köçməyi düşündü, amma 1883-cü ilin sonlarında Sini və övlarını tərk etdi. Bəlkə də, Vinsent ailə həyatının onun rəssam kimi inkişafına mane olduğunu hiss etmişdi. Sin həyatında olanda Vinsentin evi daha xoşbəxt bir yer idi. Yəqin ki, yoxsulluq onu yenidən... |
0e97c42e1fd6304c | Vinsent van Qoq | Rəssama çevrilməsi Nyuenen və Antverpen Vinsent Nyuenendə rəssamlığa fokuslandı, tez-tez çölə çıxaraq karandaş və boya ilə toxucuları və onların daxmalarını təsvir edən çoxlu rəsm çəkdi. Onun həmin ərəfədə tamamladığı Yaz bağı tablosu 2020-ci ilin martında saxlanıldığı Müğənni Laren muzeyindən oğurlandı. 1884-cü ilin a... |
ef5f5ca39377ce76 | Vinsent van Qoq | Teo ondan sərgiləmək üçün hazır əsərinin olub-olmadığını soruşdu. O, Teonun bu sualına mayda ilk əsas işi olan Kartof yeyənlərii və illərdir çəkdiyi zəhmətin kuliminasiya nöqtəsi olan "kəndli insan obrazları" seriyası ilə cavab verdi. Tablolarının satılmadığını görən Vinsent Teonun onları satmaq üçün kifayət qədər səy ... |
95d040f7efe112eb | Vinsent van Qoq | Onun əsas qidası çörək, qəhvə və tütündən ibarət idi. 1886-cı ilin fevralında Teoya yazdığı məktubda keçən maydan bəri sadəcə altı dəfə isti xörək yediyini yazırdı. Digər tərəfdən, laxlayan dişləri ona əziyyət verirdi. Antverpendə o, rəng nəzəriyyəsini öyrənmək üçün səylə çalışdı, vaxtını muzeylərdə keçirdi – xüsusən, ... |
2360a5604886fc1e | Vinsent van Qoq | Qısa müddət sonra boyadan qeyri-ənənəvi istifadə tərzinə görə akademiyanın direktoru və müəllimi Çarlz Verlat ilə arasında mübahisə düşdü. O, həmçinin karadaşla rəsm dərsi keçən Franz Vink ilə də dalaşmışdı. O, nəhayət Ejen Siberdtin keçdiyi dərslərdə iştirak etməyə başladı. Amma tezliklə onunla da arasında konflikt dü... |
c1e974a19d7df0ee | Vinsent van Qoq | Qadının ombası, arxası və uşağını daşıya biləcəyi bir çanağı olmalıdır". Bəzi mənbələrə görə, bu, onun akademiyada iştirak etdiyi son dərs idi və daha sonra Parisə getmişdi. Siberdt ilə aralarında olanlardan təxminən bir ay sonra, 1886-cı il 31 martda Vinsent də daxil olmaqla, bir il ərzində akademiyanın 17 tələbəsinin... |
89e44087e0c93431 | Vinsent van Qoq | 1886-cı ilin aprel və may aylarında orada çalışan Vinsent 1886-cı ildə onun portretini çəkən avstraliyalı rəssam Con Piter Rassellin çevrəsi ilə tez-tez vaxt keçirirdi. O, eyni zamanda, Emil Bernar, Lui Anketen və pastel boya ilə onun şəklini çəkən kimi Anri de Tuluz-Lotrek kimi rəssamlarla da tanış oldu. Onlar o zaman... |
50c41faa5a0b4758 | Vinsent van Qoq | Bu üsul mavi və narıncı daxil olmaqla, bir-birini tamamlayan rənglərin canlı kontrastlar yaradabilmə qabiliyyətini vurğulayırdı. Van Qoq Anyerdə olduğu zaman Anyerdə Sena çayı boyunca körpülər rəsmində olduğu kimi parkları, restoranları və Sena çayını təsvir edən tablolar yaratdı. Teo və Vinsent 1887-ci ilin noyabrında... |
6db6069811be5d12 | Vinsent van Qoq | Gedişindən bir neçə saat əvvəl Teonun müşayiəti ilə ilk və son dəfə Syöraya öz emalatxanasında baş çəkdi. Rəssam kimi inkişafı Arl (1888 – 1889) İçki ucbatından xəstələnən və çox siqaret çəkməyin səbəb olduğu öskürəkdən əziyyət çəkən Vinsent 1888-ci ilin fevralında Arlda sığınacaq axtardı. Görünür, rəssam buraya ağlınd... |
445918b1d96256a7 | Vinsent van Qoq | Bunu yenicə anlamış rəssamın rəssamın 1888-ci ilin martında "perspektiv çərçivəsi" ilə çəkdiyi peyzajlardan üçü Sərbəst Rəssamlar Cəmiyyətinin (fr. Société des Artistes Indépendants) illik sərgisində nümayiş olundu. Yaxınlıqda yerləşən Fonveydə yaşayan amerikalı rəssam Dac Uilyam MakNayt aprel ayında onu ziyarət etdi. ... |
3d64901b7f8c4139 | Vinsent van Qoq | MakNayt Vinsenti bəzən Fonveydə qalan belçikalı rəssam Ejen Boşla tanış etdi və onlar iyul ayında iki dəfə bir-birinə baş çəkdi. Qogenin gəlişi (1888) 1888-ci ildə Qogenin Arla gəlməyə razı olması Vinsentin dostu olacağına və ağlındakı rəssamlar ittifaqını quracağına olan ümidləri artırdı. Avqustda Qogenin gəlişini göz... |
230b71fccf8f1b4f | Vinsent van Qoq | Bu "xəyali" rəsmlərə Etten bağının xatirəsi tablosu da daxil idi. İki rəssam ilk dəfə çöldə birlikdə işləmək üçün Aliskana gedib Aliskan tablolarını əsrəyə gətirdilər. Arlda qaldığı müddət ərzində Qogenin özünün tək çəkdiyi yeganə rəsm əsəri Van Qoqun portreti idi.1888-ci ilin dekabrında Monpelyeyə gedən Van Qoq və Qog... |
238bb237448a4dc1 | Vinsent van Qoq | Sonrakı günlər güclü yağış yağması iki rəssamı Sarı Evdə qalmağa məhkum etdi. Qogen bildirib ki, o, gəzintiyə çıxmaq üçün evi tərk edən zaman Vinsent onun arxasınca gəlib və əlində ülgüclə ona tərəf qaçıb. Bu məlumatın gerçəkliyi əks etdirməsi təsdiqlənməyib; çox güman ki, oteldə qalan Qogen həmin gecəni demək olar ki,... |
b7c24f0a8f97f46d | Vinsent van Qoq | Xəstəxanada ona qoyulan diaqnoza görə, o, "kəskin maniya və ümumi sayıqlama"dan əziyyət çəkirdi; bir neçə gün içində yerli polis onun xəstəxanaya yerləşdirilməli olduğunu bildirdi. Qogen 24 dekabrda köhnə dostu Andris Bonqerin bacısı Yohannaya evlilik təklifi etmiş Teonu dərhal bundan xəbərdar etdi. Bunu eşidən Teo Arl... |
d9da364d90a87508 | Vinsent van Qoq | Xəstəxanaya Vinsenti görməyə gələnlər arasında Mari Jinu və Rulen də var idi.Ona qoyulan pessimist diaqnoza baxmayaraq, Van Qoq sağaldı və 1889-cu il 7 yanvarda Sarı Evə qayıtdı. Halusinasiya və deluziyalardan əziyyət çəkən rəssam növbəti ayları xəstəxana və ev arasında keçirdi. Onu "kürən dəli" (fr. "le fou roux") adl... |
318dcc9ca9c08b7c | Vinsent van Qoq | Tablonu bəyənməyən Rey onu toyuq qəfəsi düzəltmək üçün istifadə etdi, daha sonra isə kiməsə verdi. 2016-cı ildə tablo Puşkin Təsviri İncəsənət muzeyinə gətirildi və qiymətinin 50 milyon dollardan çox olduğu bildirildi. Sen-Remi (May, 1889 – May, 1890) 1889-cu il 8 mayda Sen-Remi Mavzoliyalı Pavel sığınacağı kimi tanına... |
c1aa59cf39343d1a | Vinsent van Qoq | Sentyabrda o, Arlda yataq otağı rəsminin iki yeni versiyasını hazırladı.Tez-tez çölə çıxa bilmədiyinə görə, tezliklə Vinsent tabloları üçün mövzu tapmaqda çətinlik çəkməyə başladı və yeni rəsm əsərləri yaratmaq əvəzinə başqa rəssamların rəsmlərinin interpretasiyaları üzərində işlədi. Buraya Jan-Fransua Millenin Əkinçi,... |
6b150323d0d377cc | Vinsent van Qoq | İncəsənət tənqidçisi Robert Hyuzun fikrincə, Van Qoqun ömrünün sonlarında çəkdiyi, "dəqiqlik və zərafətə can atan" rəsmlər onun yaradıcılığının öz zirvəsinə çatdığını göstərir. Alber Ore 1890-cı ilin yanvanında Mercure de France jurnalında Vinsentin sənətini təriflədi və onu "dahi" adlandırdı. Madam Jinu 1888-ci ilin n... |
6dc0d5b3854561e5 | Vinsent van Qoq | Halsker rəssamın bu tablonu tamamlayandan sonra daha yeddi rəsm əsəri çəkdiyini müəyyən etmişdir.Van Qoq İnstitutunun direktoru Vauter van der Vinin tədqiqatını nəzərdən keçirən Lui van Tilborq və Tio Midendorp 2020-ci ildə dərc etdirdikləri araşdırma işində belə nəticəyə gəldilər ki, Vinsentin Ağac kökləri tablosunda ... |
40a69718eae0e9c9 | Vinsent van Qoq | Onlar əllərindən gələni etdikdən sonra onu otaqda tək qoyub tənbəkisini çəkməyinə şərait yaratdılar. Növbəti gün səhər Teo tələsik özünü qardaşının yanına çatdıranda onun yaxşı ruh halında olduğunu gördü. Amma bir neçə saat içində yaranın səbəb olduğu infeksiya müalicə olunmadığından ona əzab verməyə başladı və vəziyyə... |
f904ab9705ef8286 | Vinsent van Qoq | Zəifləmiş və qardaşının yoxluğu ilə barışa bilməyən Teo 1891-ci il 25 yanvarda Den Dolderdə vəfat etdi və Utrextdə dəfn olundu. Onun nəşi 1914-cü ildə həyat yoldaşı Yohannanın xahişi ilə Utrextdə dəfn olunduğu yerdən çıxarılaraq Vinsentin məzanının yanında, Over-syür-Uazda dəfn olundu.Vinsentin xəstəliyi və bunun onun ... |
a9f543da230c1332 | Vinsent van Qoq | 1882-ci ilin əvvəlində Amsterdamda tanınmış müasir incəsənət qalereyasının sahibi olan dayısı Kornelis Marinus ondan Haaqanın şəkillərini çəkməsini istədi. Van Qoqun çəkdiyi rəsmlər onun gözləntilərini doğrultmadı. Marinus ona ikinci dəfə şans verdi, nə istədiyini daha ətraflı izah etdi, amma yenə də nəticədən razı qal... |
db67bb5910de9ae9 | Vinsent van Qoq | 1883-cü ilin əvvəllərindən başlayaraq, o, çoxlu insanın təsvir olunduğu rəsmlər çəkməyə başladı, amma Teo onlarda canlılığın çatışmadığını bildirəndə Vinsent onları yox etdi və yenidən yağlı boya rəssamlığına üz tutdu. O, Haaqa incəsənət məktəbinin Yan Hendrik Veysenbrux və Bernard Blommers kimi nümayəndələrinə, eyni z... |
68636662cb95330e | Vinsent van Qoq | Vinsentin gülləri təsvir etdiyi tablolar simvollarla doludur, amma o, ənənəvi xristian ikonoqrafiyasından istifadə etmək əvəzinə öz üslubunu yaratdı: həyat günəşin altında yaşanır, iş isə həyatın alleqoriyasıdır. Arlda yaz aylarında çiçəklənən budaqları çəkdikdən və parlaq gün işığını yaxalaya bildikdən sonra özünəinam... |
db3424e202edd48d | Vinsent van Qoq | Arlda ərsəyə gətirdiyi tablolar yaradıcılığına hədsiz töhfələr vermişdir: o, Əkinçi, Gecə kafesi, Etten bağının xatirəsi və Ulduzlu gecə tablolarını həmin dövrdə çəkdiyi ən vacib rəsm əsərləri hesab edirdi. Bu rəsmlər fırçadan istifadə tərzindən tutmuş orijinal perspektivləri, rəng seçimi, konturları və dizaynlarına qə... |
9bc5d9fec346ef87 | Vinsent van Qoq | Portret çəkmək Vinsentin pul qazanması üçün ən yaxşı vasitə idi. Bundan əlavə o inanırdı ki, onlar "ona dərindən təsir edən və sonsuzluq duyğusunu hiss etdirən yeganə şeydir". Bacısına yazdığı məktubda bildirmişdi ki, o, yaşayacaq portretlər çəkməyi arzulayır, buna görə də, rənglərdən fotoqrafik realizm əldə etmək üçün... |
2a81474ddf63ead3 | Vinsent van Qoq | Rəssam onları əsasən 1887-ci ilin ortalarında Parisdə tamamlanan avtoportretlər kimi seriyalar formasında çəkmiş və ölümündən çox az bir müddət əvvələ qədər çəkməyə davam etmişdir. Müəyyən periodlarda başqaları ilə qaynayıb-qarışmaması, daha çox özünü müşahidə etməsi və ya model tutmaq üçün pulunun olmaması Vinsentin ö... |
fbb1398b5e0b0292 | Vinsent van Qoq | Rəssam özünü bəzi rəsmlərdə saqqalla, bəzilərində saqqalsız, qulağını kəsdikdən sonra çəkdiyi portretlərin bir qismində qulağı sarğılı, sadəcə bir neçə rəsmdə isə rəssam kim təsvir edib. O, güzgüdəki əksini çəkdiyindən Sen-Remidə yaratdığı rəsmlərdə başı sağdan, yəni kəsik qulağı görünməyən tərəfdən təsvir edilib. Vins... |
a38daab0c25c8ccc | Vinsent van Qoq | 1888-ci ilə aid tablolar rəssamın həyatında nadir rast gəlinən optimist periodda yaradılmışdı. O, 1888-ci ildə Teoya yazırdı: "Marsel üsulu zəfəranlı balıq şorbasından dada-dada rəsm çəkirəm, amma məsələ böyük günəbaxanlar çəkmək olanda bu, yəqin ki, səni təəccübləndirməz … Əgər bu planı həyata keçirsəm, bu tablolardan... |
8fae1b12eb902034 | Vinsent van Qoq | Bu gün Van Qoqun ən məşhur sənət əsərləri arasında yer alan bu tablolar sarı rəngin məna çalarlarına, Sarı Evlə olan əlaqəsinə, ekspressionizmə xas fırça zərbələrinə və rəssamın tünd arxa fonlu digər rəsmləri ilə arasında olan təzada görə seçilir. Sərv və zeytun ağacları Vinsentin çəkdiyi 15 rəsmdə rəssamın Arlda olark... |
b52747bb832760b2 | Vinsent van Qoq | O, bu rəsmlər arasında yer alan Arxa fonda Alp dağı və zeytun ağacları haqda Teoya məktubunda belə yazmışdı: "Ən azından zeytun ağaclarını görə bildiyim bir mənzərəm var." Sen-Remidə olarkən xəstəxananın həyətində vaxt keçirən rəssam zeytunluqdakı ağacları çəkmişdi. Bu rəsmlərdə təbii həyat sanki təbiət aləminin boğuq ... |
2108966cdaf4a42e | Vinsent van Qoq | Həmin yaz ağaclar çiçəklənən zaman kəşf etdiyi "motivlər dünyasının bundan daha çox yaponsayağı ola bilməyəcəyini" bildirmişdi. O, 1888-ci il 21 apreldə Teoya 10 bağ rəsmi çəkdiyini və böyük bir albalı ağacının təsvir olunduğu tablonu korladığını yazmışdı.Həmin periodda Vinsent kölgələri işığa tabe etməkdə ustalaşmış, ... |
87916719f1aea2b1 | Vinsent van Qoq | Bununla belə, bəzi rəsmlərdə onun getdikcə çoxalan və dərinləşən həyəcanları nəzərə çarpır. Rəssam 1890-cı ilin iyulunda, Arlda olarkən yazırdı ki, "təpələrin qarşısındakı dəniz qədər hüdudsuz, füsunkar sarı rəngli ucsuz-bucaqsız düzənliklər" onun diqqətini həddən artıq çəkir.Tarlalar Vinsentin marağını ilk dəfə mayda,... |
6f12cba2011169f6 | Vinsent van Qoq | Rəssamın 10 tablosu Sərbəst Rəssamlar Cəmiyyətinin 1890-cı ilin yanvarında Brüsseldə keçirilən sərgisində nümayiş olundu. Fransa prezidenti Mari Fransua Sadi Karnonun Van Qoqun rəsmlərindən təsirləndiyi deyilir.Vinsentin ölümündən sonra Brüsseldə, Parisdə, Haaqada və Antverpendə onun xatirəsinə sərgilər keçirildi. 6 ta... |
1f0005062728e68d | Vinsent van Qoq | 1896-cı ildə fovist rəssam Anri Matiss, daha sonra da bir nəfər naməlum incəsənət tələbəsi Con Piter Rasseli Bell-İl adasında ziyarət etdi. Rassel Vinsentin yaxın dostu olmuşdu; o, Matissi Vinsentin yaradıcılığı ilə tanış etdi və ona Van Qoqun rəsmlərindən birini verdi. Van Qoqdan çox təsirlənmiş Matiss torpaq tonların... |
67e27e774003fe18 | Vinsent van Qoq | Birinci Dünya müharibəsindən əvvəl Van Qoqun şöhrəti Avstriya və Almaniyada pik həddə çatdı; bunda onun 1914-cü ildə üç cilddə nəşr olunan məktublarının da rolu böyük idi. Onun ifadəli və ədəbi məktubları 19-cu əsr yazıları arasında bu növün qabaqcıllarından idi. Bu məktublar özünü sənətinə həsr edən, incəsənət yolunda... |
ad964007a48faaa2 | Vinsent van Qoq | 100 milyon ABŞ dollarından (günümüzdəki dəyəri) daha yüksək qiymətə satılan tablolara Həkim Qaşenin portreti, Yozef Rulenin portreti və Süsənlər aiddir. Metropoliten muzeyi 1993-cü ildə Sərv ağacları ilə buğda tarlası tablosunun nüsxəsini 57 milyon ABŞ dollarına əldə etmişdir. Əvvəl dəyəri 40 milyon dollar olan Aliskan... |
65bda65860ca741e | Vinsent van Qoq | O, Reyksmüzyemdən sonra Hollandiyadakı ikinci ən məşhur muzeyə çevrildi. İldə muzeyi 1.5 milyondan çox insan ziyarət edir. 2019-cu ildə bu rəqəm rekord həddə — 1.9 milyona insana çatdı. Gələnlərin 85%-i başqa ölkələrdəndir. Xarici keçidlər The Vincent van Gogh Gallery, the complete works and letters of Van Gogh Vincent... |
1a592abce45d4d8b | Malayziya | Malayziya (malay Malaysia) — Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland və Sinqapur, cənubda İndo... |
01c5cf543385c2cf | Malayziya | Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi ola... |
eb188b52d562b0ac | Malayziya | Müstəqillik əldə etdikdən sonra, Malayziya Asiyada ən yaxşı inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Hər il ortalama ÜDM artımı 6,5%-dir. Bugün, Malayziya bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. ÜDM göstəricisinə görə Malayziya dünya ölkələri arasında 29-cu yerdədi... |
f18984d60d9655dc | Malayziya | Bu "malaylar torpağı" mənasını daşıyır. "Melayu" sözünün mənası mübahisəlidir. O, ya sanskrit dilində yüksək dağlıq ərazisi mənasını daşıyan "Himalaya" sözündən, və ya dağ şəhəri mənasını daşıyan "Malaiyur-pura" ifadəsindən gələ bilərdi.Başqa bir nəzəriyyəyə görə Malayziya sözünün mənşəyi Tamil dilindəki malai (dağ) və... |
e99da16dd0bcba7f | Malayziya | I əsrdə Çin və Hindistandan olan ticarətçilər və məskunlar Malayziyaya köçməyə başladılar. II və III əsrdə onlar burada bir neçə şəhər və limanın əsası qoydular. Onların burada məskunlaşması Malayziya xalqının Çin və Hindistan mədəniyyətinin təsiri altına düşməsi ilə nəticələndi, Hinduizm və Buddizm dinləri yerli xalq ... |
819eb16ea1bc7873 | Malayziya | VII və XIII əsrlər arasında Malay yarımadasının cənubunun çox hissəsi dəniz Srivijayan imperiyasının bir hissəsi idi. 13-cü və 14-cü əsrlərdə Majapahit imperiyası Srivijayadan yarımadanın çox hissəsi və Malay arxipelaqı üzərində müvəffəqiyyətlə nəzarəti ələ keçirdi. XV əsrdə Malakkada İslam dini yayıldı və bütün yarıma... |
2ce54d11927d8bfc | Malayziya | Hollandiyalılar burada 1795-ci ilə qədər hakim qüvvə oldular. Penanqda 1786-cı ildə və Sinqapurda 1824-cü ildə yerləşməyə başlayan İngilislər getdikcə ticari və siyasi fəaliyyətlərini artırdılar. Bu vaxt müxtəlif Malayziya ərazilərini işğal etməyə cəhd edən Taylanda qarşı mübarizə başlandı. Malayziyanı Hollandlar 1826-... |
20de60c8f2533321 | Malayziya | Bu dövrdə etnik gərginliklər yüksəldi və millətçilik gücləndi. Malaya Müttəfiq qüvvələr tərəfindən yenidən fəth edildikdən sonra xalqın müstəqilliyə dəstəyi artdı. 1946-cı ildə qurulan və Sinqapur istisna olmaqla, Malay yarımadasındakı bütün Britaniya mülklərindən ibarət olan Malay Birliyi tez bir zamanda ləğv edildi v... |
6eb4657506d18732 | Malayziya | 31 avqust 1957-ci ildə Malaya Millətlər Birliyinin müstəqil üzvü oldu.Baş nazir Mahathir Məhəmmədın dövründə 1980-ci illərdən başlayan sürətli iqtisadi artım və urbanizasiya dövrü baş verdi. İqtisadiyyat kənd təsərrüfatına əsaslanandan istehsal və sənayeyə əsaslanan iqtisadiyyata keçdi. Petronas Qüllələri, Şimal-Cənub ... |
68f266eb869d0d88 | Malayziya | Qərbi Malayziyanın Taylandnan, Şərqi Malaysiyanın isə İndoneziya və Borneo ilə quru sərhədi var. Ölkə həmçinin Sinqapurla torpaq bəndi və körpü ilə bağlıdır, Vyetnam və Filippinlə isə onun dəniz sərhədi var. Malayziyanın iki hissəsi bir-biridən Cənubi Çin Dənizi ilə ayrılmışdır. Şəri və Qərbi Malayziyanın landşaftları ... |
2ae39c2e42f94d3e | Malayziya | Ölkə meqadiversdir. Dünyada olan bütün heyvan növlərinin 20%-i Malayziyada yerləşir. Ölkə ərazisində təqribən 210 məməli heyvan növünə rast gəlinir. Malayziyanın yarımada hissəsində 620-dən çox quş növü aşkar edilmişdir. 150 ilan növü, 80 kərtənkələ növü də daxil olmaqla, ölkə ərazisində 250 növ sürünən qeydə alınıb. |
029be60bcf9bbb34 | Malayziya | Malayziya həmçinin 150 qurbağa növü və minlərlə növ həşərata da ev sahibliyi edir. Böyük hissəsi Şərqi Çin Dənizində yerləşən Malayziyanın iqtisadi zonası (su sahəsi ilə birlikdə) isə onun quru ərazisindən 1.5 dəfə böyükdür. Malayziya sularında 1200 balıq və 600 mərcan növü var. Qədim biomüxtəlifliyi olan Malayziya mağ... |
a2693c1b2b0b0d1e | Malayziya | Əhalinin böyük hissəsi Qərbi Malayziyada yaşayır. 2010-cu ildə təxminən 28 million Malayziyalının 20 millionu orda məskunlaşır. Şəhər əhalisi 70%-i təşkil edir. Əmək tutumlu sənayələrin inkişafının nəticəsində, ölkədə təxminən 3 million miqrant işçi yaşayır. Onlar əhalinin təhminən 10%-i təşkil edir. |
2810f760c7dfbe03 | Malayziya | Milli tərkib Malayziya əhalisinin 69,7%-i bumiputra kimi sayılır. Bumiputeralar əsasən malaylardan və həmçinin Sabah və Saravakda yaşayan yerli qruplardan ibarətdir. O cümlədən, dayaklar (ibanlar, bidayuhlar və oranq ulu qrupları), kadazandusunlar, melanaular, bacolar və s.. Qeyri-malay bumiputraların sayı Saravak əhal... |
85338588ecebc818 | Malayziya | Malayziya çinliləri əsasən hokkien, kantonlu, hakka, tioçu və s. Cənubi Çindən gələn etnik qruplara aiddir. Onlar ölkənin iqtisadiyyatında böyük rol oynayır. Malayziya hindləri isə əsasən tamillərdir. 2010-cu ilin siyahıya almaya görə, İslam dininə etiqad edənlər əhalinin 63,5%-i, buddizmə 18,7%-i, xristianlığa 9,1%-i,... |
2ec102add7ad04a5 | Malayziya | Xristianlar əsasən, Cənubi Asiyadan gələnlər, çinlilər və avropalılardır. Xristianlar həm katoliklər (335 min nəfər, Malayziya və Bruneydə), həm də protestantlarla (225 min nəfər) təmsil olunublar. Protestantlar arasında metodistlər (85 min nəfər) daha çoxdur. Bununla yanaşı anqlikanlar (40 min nəfərdən çox), lüteranla... |
40af2359c7978006 | Malayziya | Malayziyada siqxlər də yaşayırlar. Bunlar Cənubi Asiyadan gələnlərin 2%-ni təşkil edir. Şərqi Malayziyada yaşayan dyakların böyük əksəriyyəti və Qərbi Malayziyanın azsaylı xalqları ənənəvi kultlarını qouyub saxlayırlar. Mədəniyyəti Malayziya zəngin mədəniyyətə malik ölkədir. Malayziya mədəniyyəti qarışıqdır, yəni müxtə... |
b5027cba94499dc4 | Malayziya | Malayların maraqlı və xeyirli mətbəxi var. Səhər yeməyi nasi lemak adlanır. Malaylar düyüdən, balıqdan, ətdən və s-dən geniş istifadə edirlər. Vəhşi heyvanların və quşların ətini, həşəratları və s. yemək qadağan edilib. Malayların qadın geyimi baju kurunq adlanır. |
8e90a1ce6c0e041e | Malayziya | O, dizə qədər uzanan paltar-köynəkdir. Onu uzun ətəyin üstündən geyinirlər. Bəzən daha qısa köynək-baju kebaya da geyinirlər. Malaylar müsəlman olduqları üçün qadınlar başlarını yaylıqla örtürlər. Kişi geyimi isə baju melayu adlanır. |
80f58b6465b18894 | Malayziya | Malaylar çox əlvan geyinməyi sevmirlər. Malayziyanın rəsmi və milli dili malay dilinin standartlaşmış forması olan Malayziya malaycasıdır. Hökumətin rəsmi siyasəti Bahasa Malaysia ("Malayziya dili") ifadəsini işlətməkdir. Eyni zamanda, qanunvericilikdə Bahasa Melayu ("malay dili") ifadəsi də işlədilir. Beləliklə, hər i... |
a06d637457445694 | Malayziya | 1967-ci ilin Milli Dil Aktına görə latın (rumi) əlifbası rəsmi əlifbadır, amma cavi əlifbası qadağan deyil.İngilis dili geniş yayımlanmış ikinci dil səviyyədə qalır. 1967-ci ilin Milli Dil Aktı onun bəzi rəsmi məqsədlər üçün işlətməsinə icazə verir. Saravak ştatında həm ingilis dili, həm də Malayziya dili rəsmidir.Mala... |
e75478d1f2b979a2 | Azərbaycan Polisi Günü | Azərbaycan Polisi Günü — Azərbaycan Respublikasında qeyd edilən xüsusi günlərdən biri. Hər il 2 iyul tarixində qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statu... |
56911a6c2e85c6f5 | Ziqmund Freyd | Ziqmund Freyd (Almanca tələffüz: [ˈziːɡmʊnt ˈfʁɔʏt]), doğma adı ilə Sigismund Şlomo Freyd (6 may 1856[…] – 23 sentyabr 1939[…], London, Birləşmiş Krallıq) — psixoanaliz elminin banisi olan avstriyalı nevroloq. Miliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə... |
c996821dbe703d22 | Ziqmund Freyd | Psixoanalitik müəlliflər kişi və qadın arasındakı psixoloji fərqlərə diqqət yetirir, lakin qadın gender rollarının inkişafı barədə çox vaxt kişi inkişafı ilə bağlı təsəvvürlərə əsaslanaraq ümumi nəzəri nəticə çıxarmağa cəhd göstərirdilər. Patriarxallıq motivləri başlıca əlamət kimi bütün psixoanalizdən keçir və qadın k... |
e7d20e16d4547297 | Ziqmund Freyd | Freydizm və şəxsiyyətin inkişaf dövrləri Freyd illərlə psixi xəstələrlə çalışmış bu xəstələrdən qazandığı təcrübələr nəticəsində insan şəxsiyyətindəki psixi pozğunluqların səbəbini onların uşaqlıqda keçirdiyi travmalarla bağlamışdır. Freydə görə insan şəxsiyyəti 5 yaşına kimi formalaşır. 6 yaşında durğunluq dövrü yaşan... |
ee5240df098170fc | Ziqmund Freyd | 1-ci mərhələ ORAL ADLANIR. Bu mərhələ 0–2 yaşda olur. Həzzin qaynağı ağız olduğundan belə adlandırılmışdır. Uşaq əgər ağzına qoyulan qidanı bəyənməzsə bunu tüpürərək reaksiya verir. Eyni zamanda uşaq diş çıxartdığı dövrdə də əşyaları dişləyib , tüpürür. |
135853ac10eb508e | Ziqmund Freyd | Bu hərəkətlər sonralar onun xasiyyətlərini müəyyən edər. Ağzın qidayla dolmasından zövq alan insann sonralar məlumat alma, müxtəlif kolleksiyalar toplama kimi şeylərdən zövq ala bilir. Və ya bu insan irəlidə asan aldadılan, hərzarafata gülə bilən birinə çevrilir. Bu oral saplantı da adlanır. Bu dövrdə anaya hədsiz bağl... |
f51d5a7d2de32913 | Ziqmund Freyd | Umumiyyətlə insanlara qarşı bağlılıq və sevgi bu dövrdə formalaşır. Uşağın ən çox istədiyi ana rəhminə geri dönməkdir. 2-ci dövr anal dövrdür. 2–3 yaş dövrünü əhatə edir. Əgər uşaq təkbaşına tualetə getmə bacarığı qazana bilmirsə , bu onun şəxsiyyətində qalıcı izlər buraxır. |
2eb172e6b4b0d8da | Ziqmund Freyd | Bununla birliktə superego formalaşmağa başlıyır. Çünki ana uşağından bu istəyini kontrol etməyini istəyir. Beləliklə uşaq boşaltmaq yoluyla alacağı zövqdən məhrum edilir. Bu dövrdə ananın hərəkətləri çox vacibdir. Əgər ana çox qatı əmrlər verən, uşaq tualetini düzgün etmədikcə əsəbləşən biridirsə uşaq gələcəkdə inadkar... |
9ebc23cb8f655460 | Ziqmund Freyd | Fallik dövr 3–6 YAŞI əhatə edir. Dövr cinsi orqanlarla ilk tanışlığın olduğu dövrdür. Xüsusən oğlan uşaqlarında mastüribasyon müşahidə edilir. Onlar cinsi orqanlarıyla oynamağa meyilli olurlar. Qız uşaqlarında isə Freydə görə "penis qısqanclığı" yaşanır. |
297b436c246a275f | Ziqmund Freyd | Onlar öz cinsi orqanlarının etdikləri birşey səbəbindən kəsildiyini düşünürlər. Və buna görə də qız uşaqlarında gələcəkdə öz güvən problemi olur. Böyümənin bu mərhələsində müşahidə edilən bir başqa şey "edip kompleksi" dir. Bu kompleks qızların atalarına, oğlanların analarına duyduqları eşqdir. Adı qədim yunan mifindək... |
a51fdd16846bac80 | Ziqmund Freyd | Oğlan uşaqları analarına duyduqları sevginin ataları tərəfindən hiss edildiyini və atalarının onu cəzalandıracaqlarını düşünür. Bu ataya qarşı nifrət yaradır, uşaq atasını öldürmək istəyir. Lakin atasının böyük və güclü olduğunudan qorxub, bu hərəkətinin cinsi orqanının kəsiləcəyi ilə nəticələnəcəyindən düşünür. Atasın... |
fc9d69af975edb1c | Ziqmund Freyd | Cinsəl istəkləri, karyera planları, sosyallaşmaq, ailə qurmaq istəkləri baş göstərir. Peşəkar kimi yetişməsi 1873-cü ildə Freyd Vyana universitetinin Tibb fakültəsinə daxil olur. həmin illər ərzində onunla tələbə yoldaşları arasında milli zəmində konflitklər baş verirdi. Belə ki, həmin dövrdə Avstriyada antisemitizm me... |
0a764e985435f79e | Ziqmund Freyd | Ziqmund Freyd tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Məşhur Psixologiya alimi O kokainin dadına ilk dəfə 1884-cü ildə baxıb. Dahi psixoanalitik onun təsirindən heyrətlənib. Kokain onu depressiyadan xilas edib və özünəinamı gücləndirib. O zaman gənc alim kokaini astmanın, depressiyanın, nevr... |
c0b14f1872e77e14 | Ziqmund Freyd | Freyd kokainin xassələri haqda məqalələr də yazıb. Sonralar yaxın dostu Ernst fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub. Psixoanalizin banisi Ziqmund Freyd həm də səyahət, əntiq əşyalar həvəskarı, şərqşünas kimi tanınırdı. O, şərq dillərini öyrəni... |
380fd68790d22669 | Ziqmund Freyd | Onun yaşadığı əvvəlcə Vyana, daha sonra Londondakı evi heykəltəraşlıq nümunələri, müxtəlif mebel əşyaları ilə bəzədilirdi. İnteryerin əsas tərtibatını isə ecazkar xalça və xalça məmulatları təşkil edirdi. Freydin ev muzeyindəki xalçaların çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, psixoterapevt üçün bu qədim sənət növü n... |
2f2b17af0306d088 | Ziqmund Freyd | O, xalçalardan pasiyentlərinin seanslarını daha səmərəli etmək, daha dolğunlaşdırmaq məqsədilə istifadə edirdi. Z. Freyd tibb praktikasında əsasən azad assosiasiyalar üsulundan istifadə edirdi. Onun pasiyentlərinə taxtda rahat uzanmaq, nə qədər cəfəngiyat olsa, xoşagəlməz, ədəbsiz görünsə belə ağıllarından keçən hər şe... |
287fc6a5cd9468a2 | Ziqmund Freyd | Bununla o, bir neçə saat davam edən psixoanaliz seanslarına uyğun mühit, ab-hava yaradırdı. Maraqlısı odur ki, Freyd xalça seçimində Cənubi Azərbaycanda toxunan xalçalara üstünlük veriridi. Xəstələri qəbul etdiyi otaq başdan-başa qaşqaylara məxsus xalça və kilimlərlə döşənib. Freydin bu seçimi təsadüfi deyil. Parlaqlığ... |
18a8a681afb28d04 | Ziqmund Freyd | Zərif toxunuşlu bu xalçaların rəng palitrası, incə naxışları yuxu danışmaq üçün lazım olan bir mənzərə yaradırdı. Qaşqay xalçası üzərində uzanan pasiyentlər öz xatirələrini, arzularını, fantaziyalarını danışır, problemlərini bölüşür, əvəzində isə xalçanın ötürdüyü müsbət enerji sayəsində sakitlik, dinclik tapırdılar. Z... |
d06350d0f47afee7 | Ziqmund Freyd | Elə bu xalçada da qərbə məxsus rəng palitrasından istifadə edilib. Xalça palmetlərlə, nəbati naxışlarla bəzədilib. Xalçanın rəng həlli qızılı, fil dişi və darçını rənglərlə tərtib edilib. Yaşıl və sarı rənglərin müxtəlif tonları isə xalçaya kübarlıq gətirir.. Freydizmin süqutu və inancın qəbulu Freyd insan dünyasını ci... |
5f9bcac8410fd102 | Ziqmund Freyd | Freyddən sonra da psixologiya elmi ateist bünövrəsi ilə inkişaf etdi. Ancaq bu, psixoloqların, şəxsən özlərinin apardıqları psixoloji tədqiqatlar nəticəsində çürüdüldü. Əvvəlcə freydizmin əsas fərziyyələrinin heç bir elmi dayağı olmadığı ortaya çıxdı. Amerikalı yazıçı Patrick Glynnin ifadəsi ilə "20-ci əsrin sonunda mü... |
16a61a7bf143dafa | Alkanlar | Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve... |
83f8dc69452f34c6 | Alkanlar | Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar. Propanın bir, butanın iki, pentanın üç izomeri vardır. Sonrakı alkanların izomeri daha çoxdur. yeni maddələr artdıqca, quruluşları mürəkkəbləşdikcə, onları adlandırmaq çətinləşirdi. Bu... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.