passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
4446053f6ee75874
Litva
1 mart 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən isə ölkə əhalisi 2 milyon 939 min 431 nəfər təşkil edir. 2011-ci ilin senzi göstərmiş ki, əhalinin 77,2%-i Roma katolikləridir. Ümumi ərazisi 65,300 km² olan Litva inzibati cəhətdən 6 dairə, 44 rayona bölünür. Vilnüs – 560,2 min Kaunas – 373,7 min Klaypeda – 191,6 m...
a2dfad5f3542b1e8
Göyçə gölü
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygö...
11cb5f3353ae2f37
Numerologiya
Numerologiya (lat. numerus – rəqəm) — bir insanın xarakterini şərh etmək və ya gələcəyini təyin etmək üçün rəqəmlərdən istifadəyə əsaslanan psevdoelm. Bütün qədim mədəniyyətlərdə "elm" və "magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiya – astrologiyadan, tibb – xalq təbabəti...
34e2021598de2c5c
Numerologiya
Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır. Numerologiyanın yaranma tarixi Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir. Uşaql...
cd8a673a4678d711
Numerologiya
Pifaqor onların yanında – mənəviyyatı bol olan məkanda boya başa çatır, orada meditasiyanı öyrənir və ulduzları sevməyə başlayır. O, qeyri-adi ideyaları, fikirləri ilə hamını heyran edir. Pifaqorun elmi 2 hissədən ibarət idi: Rəqəmlər haqqında elm və Miqdar nəzəriyyəsi. Birinci hissə özündə cəbr və musiqini, ikinci his...
c1190cc2425297ac
Numerologiya
Pifaqor deyirdi: "Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir". Bu şifrələrin çözülməsi, aydınlaşdırılması üçün "Numerologiya" elmi yaradıldı. Pifaqor kvadratı (Psixomatrisin qurulması) Hər bir elmin açarı olduğu kimi, numerologiya elminin açarı Pifaqor kvadratıdır. Pifaqo...
99b71bbc4a2366e8
Numerologiya
Hesablamalar aşağıdakı ardıcıllıqla həyata keçirilir: Doğum tarixi: 15.04.1972 (15 aprel 1972-ci il) (Qeyd:Doğum gününün tarixi bir rəqəmli olduqda, həmin rəqəmin özü götürülür). Doğum tarixi: 1541972 Şifrələr: 2911279Qeyd: Xanalara doğum tarixi və şifrələrin birlikdə rəqəmləri daxil edilir. Məsələn, birinci xanaya "1"...
be30a506103566af
Numerologiya
Ona görə də 3 xanasına rəqəm daxil edilmir. (Qeyd: 0 nəzərə alınmır) Psixomatrisin xarakteristikası Pifaqor kvadratı qurulduqdan sonra həmin kvadratın sətirləri, sütunları, diaqonalları və ayrı-ayrı xanalar üzrə təhlil aparılır. Təhlil müvafiq insanın doğum gününə uyğun olaraq onun xarakteri, sağlamlığı, həyatda tutduğ...
5eaa9c6e465ba35d
Numerologiya
Psixomatrisin hər bir kateqoriyası rəqəmlərinin sayına görə keyfiyyət dərəcələrinə malikdir. Həmin keyfiyyət dərəcələri aşağıdan yuxarıya doğru yüksələn xətlə inkişaf edir. Psixomatrisin sətirləri Psixomatrisin üfüqi cizgi üzrə 3 sətri var. Sətirlərin keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sətrdəki müvafiq ...
99c31395a815d040
Numerologiya
Yəni, hər bir simvol vahidə Psixomatrisin I sətri Psixomatrisin birinci sətri "1", "4" və "7"-ci xanalardan ibarətdir. Birinci sətir aşağıdakı kimi xarakterizə olunur: İnsanın həyatda məqsədli yaşaması Müəyyən məqsədi əldə etməyə çalışması Qarşıya məqsəd qoyma və öz hüquqlarını müdafiəBirinci sətrin keyfiyyət analizi: ...
cd96c7c49a98d9ba
Numerologiya
Bu keyfiyyətə malik insanlar tez-tez mübahisə edirlər. Ancaq mübahisə etmələri heç də o demək deyildir ki, onlar mübahisənin qalib gələn tərəfi olurlar. Onlar sadəcə mübahisədə qalib gəlməyə can atırlar. Dostlarına və təsadüflərə güvənir. İki rəqəm – Normal məqsədli yaşam.
89162a7e5b127e83
Numerologiya
Bu insan həyatda yavaş-yavaş irəliləyir. Əvvəlcə öz potensialını müəyyən etdikdən sonra, qarşısına müvafiq məqsədlər qoyur. Üç rəqəm – Bu insan öz məqsədini gözlənilmədən dəyişir. Tez-tez onun qəbul etdiyi qərarlar heç cür izah olunmur və bəraət qazanmır. Dörd rəqəm – Güclü məqsədli yaşam.
2267e67d8c8595e4
Numerologiya
İlk öncə insan öz qarşısına müəyyən etdiyi məqsədi qoyur və ondan sonra həmin məqsədə çatıb-çatmamağı və ya həmin tapşırığın öhdəsindən gəlib-gəlməməyi düşünür. Çox vaxt öz maraq dairəsinə və potensialına cavab verməyən məqsədlərə nail olur. Beş rəqəm – Çox güclü məqsədli yaşam. Bu insanlar qarşılarına məqsəd qoyduqlar...
6fa225337a490f5d
Numerologiya
Altı və daha çox rəqəm – Bu göstərici keyfiyyət dərəcəsinin həddindən artıq yüklənməsinə işarədir. İnsan qarşısına eyni anda müxtəlif məqsədlər qoyur və özünü o qarışıq məqsədlərin arasında idarə edə bilmir.Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin birinci sətri 7 ...
5d7d44a003548b8b
Numerologiya
Əgər heç bir rəqəm yoxdursa (II sətir boşdursa) – Bu insan ailəcanlı deyil. Bu o deməkdir ki, ailə həmin insanın fikirləşəcəyi ən son şeydir. Bir qayda olaraq, bu keyfiyyətə malik insanlar ailə qurmağa tələsmirlər. Onları ən çox iş, karyera və dostları düşündürür. Bir və ya iki rəqəm – Bu insan başa düşür ki, ailə qurm...
aac7b2eb93d7032d
Numerologiya
Gözləyir ki, nə vaxt hər şey öz-özünə həll olunacaq. Üç rəqəm – Bu insanlar ikili istək içində olurlar. Ailə qurmaq və ya qurmamaq arasında tərəddüd edirlər. Bir tərəfdən hədsiz dərəcədə ailə qurmaq istəsələr də, digər tərəfdən ümumiyyətlə ailə qurmaq haqqında düşünmək belə istəmirlər. Əgər bu tipli insanlar ailə qurma...
b08814b7551c5898
Numerologiya
Dörd rəqəm – Bu insan ailə qurmaq istəyir və istəyir ki, bu iş tezliklə baş versin. Bəzən ailənin dağılma təhlükəsi yarandıqda ailəsini qorumaq üçün çalışır. Beş rəqəm – Ailəcanlı olmağın ən güclü keyfiyyət göstəricisi. Bu tipli insanlar ailələrinin ideal görünməsini istəyirlər və bu mənada ailələrinə qarşı həddindən a...
5018c0ef23dd5037
Numerologiya
Ümumiyyətlə, bu insanlar özlərini ailəsiz halda düşünə bilmirlər. Altı və daha çox rəqəm – Ailəcanlı olmaq keyfiyyətinin həddindən artıq yüklənməsi, bu keyfiyyət dərəcəsinin zəifləməsi ilə izah olunur ki. Bu insanlar öz ideallarını uzun müddət axtarırlar və ailə qura bilmirlər. Və ya ailələrini vaxtında qursalar da, hə...
359a275d43cacdca
Numerologiya
Deməli, bu insan ailə qurmaq istəyir və istəyir ki, bu proses uzanmasın. Və ailəsinin dağılmaması üçün əlindən gələni etməyə hazırdır. Psixomatrisin III sətri Psixomatrisin III sətri "3", "6" və "9"-cu xanalardan ibarətdir. Üçüncü sətir aşağıdakı kimi xarakterizə olunur: İnsanın stabilliyi Dəyişikliyi xoşlamaq Vərdişlə...
f7befc3d06bae83b
Numerologiya
Ətrafında olan hər şeyi dəyişməyə can atır. Mühitin, iş yerini, bir sözlə, özünü və ətrafındakılarını daim dəyişməyə çalışır. İki rəqəm – Bu insan dəyişikliyə meyllidir, lakin öz istəyi ilə inqilabçı ruhunu boğa bilir. Üç rəqəm – Qeyri-stabil və vərdişləri olan insandır. Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişl...
8e5d6ddcdbfaed11
Numerologiya
Bütün bunlar gözlənilmədən baş verir. Dörd və ya beş rəqəm – Çox stabil insanlardır. Özlərini müxtəlif vərdiş və bağlılıqları ilə mühasirəyə alırlar. Bununla da özləri üçün stabil mühit yaradırlar. Dəyişiklik etməyi ağıllarına belə gətirmirlər.
ea99406d2edf953a
Numerologiya
Altı və daha çox rəqəm – Keyfiyyət dərəcəsinin yüklənməsi. Bu insanlar o qədər vərdişlərə malik olurlar ki, axırda özləri vərdişlərindən bezirlər. Çünki həmin vərdişlər həyatda onlara mane olmağa başlayır. Demək olar ki, bu insanlar öz vərdişləri ilə mübarizə edirlər.Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsi...
120e9084ad75b784
Numerologiya
Bir tərəfdən özündə müxtəlif bağlılıq və vərdişləri birləşdirsə də, digər tərəfdən çox asanlıqla heç bir səbəbi olmadan onlardan imtina edə bilər. Psixomatrisin sütunları Psixomatrisin şaquli cizgi üzrə 3 sütunu vardır. Sütunların keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin sütundakı müvafiq rəqəmlərin sayının c...
5cb56c9d2d34e12d
Numerologiya
Bir, iki və ya üç rəqəm – Hər üç göstəricidən birinə sahip olan şəxs zəif özünüqiymətləndirmə xüsusiyyətinə malikdir. Öz qabiliyyətini aşkara çıxara, qiymətləndirə bilmir. Çox vaxt özlərinə əmin deyillər. Dörd rəqəm – Yaxşı özünüqiymətləndirmə. İnsan ümumi kütlədən seçilməyə cəhd göstərir və bunun üçün bütün gücünü ort...
7529a8dc82c61484
Numerologiya
Beş rəqəm – Çox güclü özünüqiymətləndirmə. Öz gücünü, potensialını çox yaxşı bilir və yaradıcı işlə məşğul olanlar öz sahələrində uğurlar əldə edirlər.Altı və daha çox rəqəm – Özünüqiymətləndirmənin yüklənmə vəziyyəti. Bu göstəriciyə uyğun olaraq insan öz daxili gücünü unudub daha çətin işlərlə məşğul olur və bəzi hall...
60f71baf03e68ba8
Numerologiya
Psixomatrisin II sütunu Psixomatrisin ikinci sütunu "4", "5" və "6"-cı xanalardan ibarətdir. Bu xanalar olduqca aktiv xanalardır və insandan çoxlu güc və zəhmət tələb edir (sağlam olmaq üçün pəhriz saxlamaq, fiziki iş görmək, uzunmüddətli planları reallaşdırmaq). Psixomatrisin ikinci sütununun analizi: Rəqəm yoxdur (II...
452300fb34312455
Numerologiya
Bir rəqəm – Bu insanlar ailələrini təmin etmək üçün nisbətən səy göstərirlər. İki rəqəm – Bu insan başa düşür ki, ailənin maddi ehtiyacını qarşılamaq lazımdır. Bunu göz önünə gətirərək, sonradan özünə iş axtarmağa başlayır. Bu iş onun istədiyi iş olmasa belə həmin işdə işləməyi qəbul edir, yetər ki, stabil məvacibli ol...
e825b493a26fa4a6
Numerologiya
Onların prinsipi belədir: "Tez işləyim və əvəzində əldə etdiyim məvacib hansısa bir müddət üçün yetərli olsun. Sonra yenə işləmək olar." Dörd və ya beş rəqəm – Bu insanlar öz güc və vaxtlarını ailələrini təmin etmək üçün qurban verirlər. Bu tipli insanların həyatda yeganə məqsədləri ailələrini təmin etmək olur. Altı və...
f3d6aed560de0c90
Numerologiya
Bu insan cürbəcür işlərlə məşğul olur. İntensiv çalışır. Sonda isə özü də bu qədər işləməkdən bezir və yorulur.Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin II sütunu 2 rəqəmdən ibarətdir. Deməli, bu insan başa düşür ki, ailənin maddi ehtiyacını qarşılamaq lazımdır. Və...
91468e7fd83e6097
Numerologiya
Həmin stabil məvacibli işə görə öz xəyallarından belə əl çəkə bilər. Psixomatrisin III sütunu Psixomatrisin III sütunu "7", "8" və "9"-cu xanalardan ibarətdir. Üçüncü sütun hər bir insanın istedadının keyfiyyət dərəcəsini müəyyənləşdirməyə imkan verir. Üçüncü sütunda nə qədər çox rəqəm yerləşərsə (5 rəqəmə kimi, 5 rəqə...
8873dc7d326a39c2
Numerologiya
Üç və ya Dörd rəqəm – İstedadın normal səviyyədə olmasını göstərir. Beş rəqəm – İstedadın yüksək səviyyədə inkişafına işarədir. Altı rəqəm – Keyfiyyətin yüklənməsi. İstedadın həddindən artıq olması istedad sahibinin onu itirməsinə səbəb olur.Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər sal...
401f5c4af0d3015b
Numerologiya
Psixomatrisin diaqonalları Psixomatrisin diaqonalları qalxan və enən olmaqla iki yerə ayrılır. Psixomatrisin diaqonallarının keyfiyyət dərəcələrini müəyyənləşdirmək üçün həmin diaqonaldakı müvafiq rəqəmlərin sayının cəmi götürülür. Qeyd: Sətrdəki rəqəmlər riyazi deyil simvolik məna daşıyır. Yəni, hər bir simvol vahidə ...
bc1707c6012af448
Numerologiya
Əsasən, kişi cinsinin nümayəndələri həyatda daim özlərinə müvafiq xanım axtarışında olurlar. Belə ki, həmin xanım da soyuq temperamentə malik olur. Həm kişi qadını, həm də qadın kişini məmnun edir. İki və ya Üç rəqəm – Normal temperament. Bu tipli insanlar hər gün cinsi əlaqədə ola bilərlər.
f90727004f19ebec
Numerologiya
Digər tərəfdən isə, əgər mümkün şərait yoxdursa, səbirlə gözləmək iradəsinə malikdirlər. Dörd rəqəm – Güclü temperament. Bu insana cinsi yaxınlıq mütləqdir. Beş rəqəm – Temperamentin ən yüksək nöqtəsi. Bu insan cinsi yaxınlıq olmadan keçinə bilmir.
d18f9e12ed8d0a2b
Numerologiya
Bu insana cinsi yaxınlığın kimlə və necə reallaşması maraqlandırır. Ona qarşı tərəfin ehtirası lazımdır. Bu insan cinsi yaxınlığı incəsənət kimi qəbul edir. Altı və daha çox rəqəm – Yüklənmə. Bu insan çox fərqli insanlarla bərabər olur və bu istiqamətdə həm ölçünü, həm də işin mənasını itirir.
e6dcbf9df8b92379
Numerologiya
Bu proses özü-özlüyündə ona cinsi yaxınlığa soyuqluq və istəksizlik gətirir.Qeyd: 15 aprel 1972-ci il doğum tarixinə malik şəxsin Psixomatrisinə nəzər salsaq, psixomatrisin qalxan diaqonalı 3 rəqəmdən ibarətdir. Deməli, bu insan normal temperamentə malikdir, hər gün cinsi əlaqədə ola bilər. Digər tərəfdən isə, əgər müm...
7d296f6c3e68d0d2
Numerologiya
Üç və ya Dörd rəqəm – Mənəvi aləmə meylliliyin normal göstəricisi. Beş rəqəm – Mənəviyyatı bol olan və Allaha inamın yüksək səviyyədə göstəricisi. Altı rəqəm və daha çox rəqəm – Yüklənmə. Bu göstəriciyə malik insanlarda mənəviyyat həddindən artıq artaraq fanatizmlə əvəz olunur. Bu keyfiyyət isə heç də arzu olunan keyfi...
929d225fe4250b7d
Numerologiya
Deməli, bu insanda mənəviyyat həddindən artıq artaraq fanatizmlə əvəz olunmuşdur. Psixomatrisin xanaları Psixomatrisin xanalarının sayı doqquzdur. Bu xanalar "1", "2", "3", "4", "5", "6", "7", "8" və "9"-dur. Psixomatrisin hər bir xanası özünə məxsus məna daşıyır. Bu xanaların təhlili onların tərkibindəki rəqəmlərin sa...
852a0eb86916fa37
Numerologiya
Psixomatrisin hər bir xanasının qısa mənası aşağıdakı kimidir: I Xana – Xarakter II Xana – Enerji III Xana – Elmə maraq (xüsusilə, dəqiq elmlərə) IV Xana – Sağlamlıq V Xana – Məntiq və intuisiya VI Xana – Fiziki əməyə meyllilik VII Xana – Uğur VIII Xana- Dözümlülük və mərhəmət IX Xana – Yaddaş Psixomatrisin I xanası Ps...
f1e9fdc8d057cbe9
Numerologiya
Belə ki, həmin yükü başqasının çiyninə atmağa çalışırlar. Bu insanlar tez-tez mübahisələrdə olurlar. Onun üçün nə haqqında mübahisə etməsi, mübahisənin mövzusu maraqlandırmır. Onları mübahisədə maraqlandıran yeganə şey qələbədir. Bununla da hamıya öz gücünü göstərməyə can atırlar.
ad90958941f317f5
Numerologiya
Tez-tez eqoist olurlar, belə ki, qələbə qazandıqdan sonra başqalarının xahişini və ya bədbəxtliyini görmürlər. Heç vaxt bu tipli insanlara öz gerçək xasiyyətlərini üzlərinə söyləmək olmaz. Çünki, onlar inciyəcək və həmin mübahisəli xarakterləri işə düşəcək. Xarakter "11" İKİ RƏQƏM": Psixomatrisində "11" olan insanlar, ...
31a84080a701b588
Numerologiya
Buna görə də, başqalarına kömək etməyi çox sevirlər. Asanlıqla istənilən mühitə daxil olur və oradakı nəzərləri öz üzərinə cəlb edə bilirlər. Bu insanlar başqalarını dinləməyi bacarırlar. Çox nadir hallarda başqalarına təzyiq göstərirlər. Xarakter "111" ÜÇ RƏQƏM": Psixomatrisində "111" olan insanlara "qızıl xasiyyət" a...
b58d72070737687e
Numerologiya
Bu insanlar hamıyla dil tapa bilirlər. Söhbət burasındadır ki, onlar mübahisədə istənilən şəxsə güzəştə gedə bilirlər. (hətta psixomatrisind tək bir olana da.) Ən əsası onu bilmək lazımdır ki, bu tipli insanları təhqir etmək olmaz, lazım gəldikdə istənilən despot adamın üzərində qələbə çala bilər. Xarakter "1111" DÖRD ...
114b578de68c41f5
Numerologiya
Siz lider işarəsi ilə anadan olmusunuz, lakin bunu əldə edə bilmədikdə,(səbəbi: zəif enerji və ya başqa səbəblər) işdə liderliyi qazanmadıqda depresiyaya qapılmayın. Bunu yadda yadda saxlamaq lazımdır ki, hər bir şəxs unikaldır. O cümlədən siz. Siz çox istedadlısınız və psixomatrisin birinci sətrinə görə də özünüzü qiy...
fed5e1eed06a6f9a
Numerologiya
Kişilər çox vaxt idarəçi və ya hərbçi olurlar. Yaltaqlıq və zarafatı xoşlamırlar. Xarakter "11111" BEŞ RƏQƏM": Çox özündən əmin, başqasının sözünü ciddiyə almayan və onu yerinə yetirməyən, icra etdiyi əməllərdə yalnız özünə güvənən bir insandır. Hökmranlıqdan əl çəkin. Bu sizin uçurum və böhran nöqtənizdir.
2bc4b2372431c198
Numerologiya
Özünüzü elmdə, incəsənətdə, peşədə axtarın. Öz istedadınızı kəşf edin. Əgər sizinlə eyni xarakterə malik insanla yaşayırsınızsa, sizin iki çıxış yolunuz var: Həmin insanın sizin üzərinizdə hökmranlığına yol verməmək və ya ona boyun əymək.Əgər siz üzərinizdə kiminsə ağalıq etməsini xoşlamırsınızsa, o zaman bu keyfiyyətl...
9a2538f4cd26fcd2
Numerologiya
Bu insanlar ikili hiss yaşayırlar. Bir yandan bilirlər ki, hakimiyyət onların olmayacaq, digər tərəfdən isə ən aşağı səviyyədə də yaşamaq istəmirlər. Bu tipli insanlar öz sirlərini sərxoş olduqda söyləyirlər. Çox sakit və dözümlüdürlər. Lakin bu sakitlikləri heç də o demək deyildir ki, onlar acıqlı olmurlar.
946c08966019de9f
Numerologiya
Zaman keçdikcə bütün hirslərini özlərində toplayırlar. Bir müddətdən sonra onlarda emosiya partlayışı baş verir. Ona görə də, yaxınları onun bu xüsusiyyətini bilib qabaqcadan həmin insanı sakitləşdirməlidirlər. Psixomatrisin II xanası Psixomatrisdə iki rəqəmi insanın enerjisini müəyyən edir. Enerji dedikdə, başa düşmək...
0bd121d9473f330e
Numerologiya
İnsanların xarakteri haqqında danışdıqda, bu insan enerjilidir ifadəsi işlədirik. Bu ifadə həmin insanın cəmiyyətdə aktiv hərəkəti zamanı işlədilir. İki rəqəmi həmçinin insanların energetik əlaqələrini xarakterizə edir. Əsrlər boyu insanlar mövsud energetikanın bədəndə artırılmasına çalışmışlar. Halbuki, insanlar qarşı...
55168690a331e784
Numerologiya
Söhbət "Vampirizim" və "Donorluq"dan gedir. Onu yadda saxlamaq lazımdır ki, hər hansı bir söhbət zamanı tərəflərdən biri "vampir" digəri isə "donor" rolunu oynayır. Bu isə həmin şəxslərin psixomatrisində yerləşən ikilərin sayından asılıdır. Psixomatrisin ikinci xanasının analizini aparaq: ENERJİ "2-YOXDUR": Psixomatris...
acac632f9c7d3264
Numerologiya
Hər bir insan (hətta donor) digərlərinin enerjilərini xəstəlik, mübahisə, stres, kədər zamanı sovururlar. Zəif enerjiyə malik və ya heç enerjisi olmayan insanlar təhsildə, fiziki əməkdə, mübahisədə belə tənbəllikləri ilə seçilirlər. Bir qayda olaraq, onlar həmişə mübahisə iştirakçısı olmaqdan çəkinirlər, lakin mübahisə...
87811cf7cb981834
Numerologiya
Ona görə ki, itlər "enerji donoru", pişiklər isə "enerji vampiri"ndən ibarətdir. ENERJİ "2" BİR RƏQƏM: Psixomatrisin ikinci xanasında bir 2-nin olması həmin insanda defisit enerjinin olmasına işarədir. Demək olar ki, bu insanlar psixomatrisində heç iki olamayanın xüsusiyyətləri ilə eyni keyfiyyətlərə malikdirlər: tənbə...
e16fa3502b356409
Numerologiya
Tez-tez insanlara yaxşılıq edirlər və inanırlar ki, nəticədə əldə etdikləri tərif onların itirilmiş enerjilərini bərpa edir. Tərif, kompliment, liderlik, digərlərindən seçilmə – bütün bunlar bu tipli insanlara məxsusdur. Fiziki əmək onları az maraqlandırır, çünki onların ona sərf edəcək enerjiləri yoxdur. ENERJİ "22" İ...
53a61534c2a574c8
Numerologiya
Bu insanların yaxşı enerjiləri var, digər insanlarla rahatlıqla ünsiyyət qura bilirlər. "22" enerjisinə sahib insanlar, yaxşı nitq mədəniyyətinə sahib olurlar. Qarşıya istənilən sayda məqsəd qoymaq olar. Çünki, onların enerjiləri həmin məqsədlərə çatmağa kömək edəcək. Yaxşı enerjiyə malik insanlar tənbəlliyə meylli dey...
23be749dfab31f56
Numerologiya
ENERJİ "222" ÜÇ RƏQƏM: Əgər psixomatrisdə "222" varsa, bu ekstrasens işarəsinin göstəricisidir. Doğulandan və ya sonradan siz ekstrasens keyfiyyətlərə sahib olursunuz. Ekstrasens kimdir?. Bu sualın cavabı olduqca asandır: ekstrasens – xüsusi (fövqəladə) keyfiyyətlərə malik olurlar. Hamının sahib olmadığı hipnoz, şəfave...
5721a44c23c1124e
Numerologiya
Bu enerjiyə sahib insanlar digərlərindən enerjini alıb, başqalarına ötürmək qabiliyyətinə malikdirlər. ENERJİ "2222" DÖRD RƏQƏM VƏ DAHA ÇOX: Əgər psixomatrisdə dörd "2" və daha çoxdursa, bu o deməkdir ki, siz "enerji donoru"sunuz. Bu insanlarda enerji boldur və istədikləri qədər onu sərf edə bilərlər. Bu qədər enerjiyə...
eb8462aa96fcf5c1
Numerologiya
Bəzən hər şeyə soyuqqanlılıqla yanaşırlar. Hər şeydən əvvəl, bu enerjiyə sahib insanlar özlərini idmanda, tibbdə, müəllimlikdə və fiziki əməkdə sınaya bilərlər. Çünki, bu sahələr yüksək enerji tələb edən sahələrdir. Bu insanlar enerjilərini sərf etməsələr, onlarda enerji artıqlığı yaranacaq və bu proses onların qıcıqlı...
8adfd750a7850d9c
Numerologiya
Ancaq, enerjinin bu tərzdə sərfi, təbii ki, məsləhət deyil. Bu ilk növbədə, insan sağlamlığına, onun ruhi vəziyyətinə ziyan gətirə bilər. Enerjini işləməklə, fiziki əməklə itirmək daha məqsədəuyğundur. Artıq enerjini yaxşı itirməyin digər vasitəsi dişi pişikləri bəsləməkdir. (erkək pişiklər daha az enerji sovururlar).
0bb1e735cf6983e1
Numerologiya
Psixomatrisin III xanası Psixomatrisdə 3 rəqəmi elmlərə – ilk növdəbə texnikaya və dəqiq elmlərə marağı əks etdirir. Yadda saxlamaq lazımdır ki, psixomatrisdə 3 rəqəminin çoxluğu həmin insanın dəqiq elmlərə və texnikaya nə qədər maraq göstərdiyini, 3 rəqəminin azlığı isə həmin insanın humanitar elmlərə maraqlı olduğunu...
024cc505f380deb2
Numerologiya
Demək olar ki, bütün atalar belə düşünürlər ki, humanitar elmlər və incəsənət kişi maraqları ilə üst-üstə düşmür və uşaqlıqdan onları dəqiq elmlərlə maraqlanmağı məcbur edirlər. Bu davranış məntiqi deyil, çünki təbiət həmin uşağı formalaşdırır və onun həyatdakı təyinatını qabaqcadan müəyyənləşdirir. MARAQ "3" BİR RƏQƏM...
94337fd7aba1b516
Numerologiya
Yəni siz istədiyiniz elmlə, həm humanitar, həm də dəqiq elmlərlə məşğul ola bilərsiniz. Belə ki, psixomatrisdə bir 3-ün olması, sizin humanitar elmlərdən ayrılmadığınızı, dəqiq elmlərə isə yenicə atıldığınıza işarədir. Ona görə də seçdiyiniz ixtisas aralıq xarakteri daşımalıdır: iqtisadiyyat, təbiyyat elmləri, siyasi p...
bc6ac6b17444c6e3
Numerologiya
Bu maraq müxtəlif istiqamətlərdə təzahür edə bilər. Dəqiq elmlərə və texnikaya güclü maraq, onları elmin müxtəlif sahələrinə cəlb edir. Bu da onların maraqlarının tez-tez dəyişməsinə səbəb olur. Bu göstəriciyə malik insanlar, əsasən, riyaziyyat, fizika, texnika (avtomatlaşdırma, komputerləşdirmə) sahələrinə maraq göstə...
d3f319b39fbf7cf9
Numerologiya
Bu göstərici çox nadir insanların psixomatrisində mövcuddur. Bunlar, əsasən, tanınmış fizik, riyaziyyatçı, kimyaçı, və digər dəqiq elmlər sahəsindəki şəxsiyyətlərə məxsusdur. Psixomatrisin mövcud işarəsi həmin insanın elmə və texnika olan böyük marağını əks etdirir. Psixomatrisin IV xanası Psixomatrisdə 4 rəqəmi insanı...
24adee7e4ceca361
Numerologiya
Qədim Çində "Numerologiya Sistemi" mövcud idi. Bu sistem insanın daxili orqanlarının müvafiq rəqəmlərlə kombinasiyasını təşkil edirdi. Qədim Çində orqanlar "İn" və "Yan" olmaqla iki qrupa bölünürlər. Əgər hər hansı orqanın uyğun rəqəmi psixomatrisdə çoxluq təşkil edirsə, bu həmin orqanın sağlam olmasına işarədir. Psixo...
e1017dec272e2b42
Numerologiya
"İn" və "Yan" orqanlar aşağıdakı cədvəldə verilmişdir: Psixomatrisin dördüncü xanasının analizini aparaq: SAĞLAMLIQ "4-YOX": Psixomatrisdə 4 rəqəmi yoxdursa, bu o deməkdir ki, siz doğuşdan zəif orqanizmə sahibsiniz. Ona görə də, siz sağlamlığınızı möhkəmləndirməli və onun qayğısına qalmalısınız. Peşəkar idmanla məşğul ...
26c9ef853e53fe82
Numerologiya
Sağlamlığınız möhkəm olduqdan sonra siz qarşınıza istədiyiniz məqsədi qoya və reallaşdıra bilərsiniz. SAĞLAMLIQ "4" BİR RƏQƏM: Psixomatrisdə cəmi bir 4 varsa, bu o deməkdir ki, doğuluşdan sizə sağlamlıq verilib, ancaq o elə də möhkəm deyil. Həyatın irəliləyən dövrlərində sağlamlıqlarında problemlərlə üzləşirlər. Əgər p...
dccc502b4c5db6f0
Numerologiya
İdmanla profesional səviyyədə məşğul olmaq olar. Bu göstəriciyə sahib insanlar nadir hallarda xəstələnirlər. Kiminləsə mübahisə etdikdə, öz fiziki gücündən istifadə etməklə qarşı tərəfi susdurmağa cəhd göstərirlər. Psixomatrisin V xanası Psixomatrisdə 5 rəqəmi insanın məntiq və intuisiyasını ifadə edir. Məntiq və intui...
886a56fc2afbc4cc
Numerologiya
Psixomatrisin beşinci xanasının analizini aparaq: MƏNTİQ "5-YOX": Psixomatrisdə 5 rəqəminin olmaması, həmin insanın məntiqdən istifadə etməməsinə işarədir. Həmin insanı xəyalpərəst adlandırmaq olar. Ona görə də, onlar çox uzun müddətli planlar qura bilmirlər. Demək olar ki, onlar plan qurmur, sadəcə xəyallarındakı fiki...
a660ede60644c0a9
Numerologiya
Psixotrisində 5 rəqəmi olmayanlar ciddi surətdə texnika və ya dəqiq elmlərlə məşğul olmasınlar. Onların, əsasən, humanitar sahələr və incəsənətlə məşğul olmaları məqsədəuyğundur. MƏNTİQ "5" BİR RƏQƏM: Psixomatrisdə bir 5-in olması, o deməkdir ki, bu insan məntiqə sahibdir. Amma o çox zəifdir. Belə insanlar xəyal qurmağ...
cc7e89a39091ba8c
Numerologiya
Bu insanların xarakterik xüsusiyyəti xəyallarını məntiq çərçivəsində qururlar. MƏNTİQ "55" İKİ RƏQƏM: Psixomatrisdə iki 5-in olması, ondan xəbər verir ki, bu insan güclü məntiqə sahibdir. Dəqiq elmlərlə və texnika ilə məşğul ola bilər. Bu tip insanlar öz gələcəklərini yaxşı planlaşdıra bilirlər. Bu o demək deyil ki, on...
e6b77139b3053b58
Numerologiya
Çox vaxt onların qəbul etdiyi qərarlar ətrafındakı insanlardan asılı olur. Belə insanları aldatmaq mümkün deyil, çünki onlar yalan ilə doğrunu bir-birindən asanlıqla ayıra bilirlər. Onlar xaricdən mülayim təbiətli görünə bilərlər, lakin yalan söyləyən adama ikinci şans vermirlər. MƏNTİQ "555" ÜÇ RƏQƏM VƏ DAHA ÇOX: Psix...
339dbddc05feef4a
Numerologiya
Hətta bu insanlar əvvəlcədən hadisələri hiss etmək, onları görmək qabiliyyətinə malikdirlər. İntuisiya çox güclüdür. Əgər psixomatrisdə dörd 5 rəqəmi varsa, bu "peyğəmbərlik işarəsi" adlanır. Yəni həmin insanlar gələcəyi görmə qabiliyyətinə malik olurlar. Psixomatrisin VI xanası Psixomatrisdə 6 rəqəmi numeroloji sistem...
e5229acfcb011ddd
Numerologiya
Rəqəmin xarakteriskasını verməzdən əvvəl, rəqəm barədə bəzi izahatlar verək: İlk növbədə 6 rəqəmi ilə bağlı müqəddəs "Bibliya"da da məlumat verilmişdir ki, "666" – canavar (yırtıcı, vəhşi heyvan) işarəsidir. Həmçinin bu işarə "şeytan" və ya "cadugər" işarəsidir. Ümumilikdə isə 6 rəqəmi fiziki əməyə meyllilik, zəhmətlə ...
479c13bf2f0d9d6b
Numerologiya
Bu insanlar elm və incəsənət üçün doğulublar. Onları heç vaxt fiziki əməyə məcbur etmək olmaz, onlardan yaxşı işçi (fiziki əməklə məşğul olan) çıxmayacaq. ƏMƏK "6" BİR RƏQƏM: Psixomatrisdə bir 6-nın olması, həmin insanın fiziki əməklə məşğul olduğunu göstərir. Ancaq, onun fiziki əməklə məşğul olması, təmamilə, həmin in...
8326ea21a6d116bd
Numerologiya
Bu işarəyə malik insanlar monoton xasiyyətə malik olurlar. ƏMƏK "66" İKİ RƏQƏM: Bu işarəyə malik insanlara "qızıl əllər" adını verirlər. Onlar bütün işləri bacarırlar, söhbət əllərlə bağlı işlərdən gedir. Bu insanlar arasında istedadlı memarlar mövcuddur. Həmçinin, onlar kitab oxumağı, televiziya proqramlarını seyr etm...
5fded6311c3ddd59
Numerologiya
ƏMƏK "666" ÜÇ RƏQƏM VƏ DAHA ÇOX: Psixomatrisdə "666" kombinasiyası "şeytan rəqəmi" anlamını verir. Bu insanlar "cadugər işarəsi"nə malikdirlər. Əgər siz, bu işarəyə maliksinizsə, heç də qorxmaq və ya özünüzü cadugər adlandırmaq lazım deyil. Bu işarə özünü insanlarda aktiv və passiv mənada göstərir. Əgər insanın yaşadığ...
78c72caad94a4a5e
Numerologiya
Digər tərəfdən, əgər insanın yaşadığı ətraf mühit onu sevgi, mərhəmət, və digər müsbət keyfiyyətlərə formalaşdırırsa, o zaman həmin işarə öz təsirini göstərə bilmir, yəni passiv formada özünü göstərir. Psixomatrisdə "6666" kombinasiyası daha da təhlükəlidir. Belə insanlar ətrafa zərər verir və özü kimi insanlarla birli...
1af944bac5154ee1
Numerologiya
Psixomatrisdə 7 rəqəminin sayı insanın uğur dərəcəsini göstərir. Psixomatrisin yeddinci xanasının analizini aparaq: UĞUR "7-YOX": Psixomatrisdə 7 rəqəminin olmaması, o deməkdir ki, insanın uğuru təbiət tərəfindən olan böyük güclə idarə edilmir. Onlara kainat üçün yerinə yetirmələri olan hər hansı bir tapşırıq verilməyi...
223d06aa1ac13326
Numerologiya
Təbii ki, bu situasiyalardan təbiətin ona bəxş etdiyi məntiq, elm, iradə vasitəsilə çıxış yolu tapmalıdır. UĞUR "7" BİR RƏQƏM: Psixomatrisdə bir 7-nin olması həmin insanın uğurunun zəif olmasına və hadisələrdən siğortalanmadığını göstərir. Bu insan özünü müxtəlif sferalarda kəşf etmək istəyir, daim axtarışda olur. Əgər...
78038ba90ebc2436
Numerologiya
El arasında, bəxti gətirən insan deyirlər. Risk etmək qabiliyyətinə malik olur və qarşısına çətin məqsədlər qoyur, hansı ki, onların öhdəsindən gəlmək iqtidarına malikdir. Bu insanların həyatda üzləşdikləri çətinliklər yalnız onların yanlış seçimlərindən asılı olur. UĞUR "777" ÜÇ RƏQƏM VƏ DAHA ÇOX: Psixomatrisdə üç 7-n...
55554f826139b1fc
Numerologiya
Bu insanlar ətraflarına güvəndikləri şəxsləri toplayırlar. Çünki, həyatda fəaliyyətləri o insanlardan asılıdır. Bu insanların həyatda üzləşdikləri uğursuzluqlar çox vaxt yanlış qərar seçimlərindən asılı olur. Bu işarəyə malik insanlar əsasən, həkim, müəllim və ya psixoloq olurlar və bu sferalarda müvəffəqiyyət qazanırl...
800b716b7a9d5afa
Numerologiya
Bu işarə yaxınlarına (ailə, valideynlər) olan borcluluq, dözümlülük, mərhəmət hisslərini xarakterizə edir. 8 rəqəminin niyə məhz bu keyfiyyətləri xarakterizə etdiyini Pifaqor belə izah edir: "Bu sualın cavabı olduqca asandır. Ən yaxın qohumların siyahısını qeyd edək: ata, ana, qardaş (və ya bacı), arvad, oğul, qız, qay...
3b36c5cade8197c0
Numerologiya
Bu hər bir insanın mütləq sahib olacağı keyfiyyətlərdəndir. Hamıya qarşı səbirli və bütün vəziyyətlərdə dözümlü olmaq lazımdır. Psixomatrisin səkkizinci xanasının analizini aparaq: DÖZÜMLÜLÜK "8-YOX": Psixomatrisdə 8 rəqəmi yoxdursa, bu insanın dözümlülük hissi yox dərəcəsindədir. Bu insanlar çox vaxt əsəbi olurlar. DÖ...
13a7c0cccb586452
Numerologiya
Həmçinin dözümlülük hissinə də malikdirlər. Bu insanlar bəzən valideynləri ilə mübahisəli vəziyyətə düşürlər və ailələrinə qarşı zəif dözümlülük nümayiş etdirirlər. Bu zaman onlar düşünməlidirlər ki, onların övladları da eynilə onların təkrarları olacaq. Bu əlaqələr təbiətdə bir-birilə sistemli surətdə sıx bağlıdır. DÖ...
6df62821c322eb33
Numerologiya
Bu insanlar mərhəmətli olurlar. Çox dözümlü, yaxınlarını düşünəndirlər. "888" işarəsinə sahib olanlar da eyni xüsusiyyətlərə malikdirlər. Onlar həddindən artıq dözümlü, valideynlərinin qayğısını çəkən, yaxınlarını düşünən olurlar. Psixomatrisin IX xanası Psixomatrisdə "9" insanın yaddaş və gələcəyi görmə keyfiyyətinə i...
3b28cf4f2c14b307
Numerologiya
Həmin rəqəmin sayından asılı olaraq insanda bu xüsusiyyətlərin də keyfiyyət dərəcələri dəyişir. Psixomatrisin doqquzuncu xanasının analizini aparaq: YADDAŞ "9" BİR RƏQƏM: Bu o deməkdir ki, bu insan unutqandır və başqasına qarşı kin saxlamır. Söyləmək olarmı, bu insan savadlı deyil? –Əsla. Yaddaşla məntiqi qarışdırmaq o...
cdb36904b87047bb
Numerologiya
Yaddaş sadəcə olaraq verilən informasiyanı yadda saxlamaq gücüdür. YADDAŞ "99" İKİ RƏQƏM: Psixomatrisdə "99" güclü yaddaşdan xəbər verir. Bu insanlar asanlıqla verilən informasiyanı qəbul edir və yaddaşlarında uzun müddət saxlaya bilirlər. Bu onlara elmi işlərlə məşğul olmaq üçün böyük imkanlar yaradır. YADDAŞ "999" ÜÇ...
592c65fb68c4649c
Numerologiya
Onlarda tez-tez dejavü (bir hadisəni qabaqcadan yaşamaq hissi) halları baş verir. Gördükləri yuxular çox vaxt həyatda reallaşır. Bu insanların psixomatrisində ikilərin sayı nə qədər çox olarsa, bir o qədər onlarda gələcəyi görmə gücü yüksək olar. Ən güclü gələcəyi görməyə malik insanların psixomatrisində "9999 və ya 99...
8828641267cb6119
Elmar Məmmədyarov
Elmar Məhərrəm oğlu Məmmədyarov (2 iyul 1960, Bakı) — Azərbaycan siyasətçisi və diplomat, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri (2003–2004), Azərbaycan Respublikasının xarici işlər naziri (2004–2020), AFFA İcraiyyə Komitəsinin üzvü, BAAU-nun fəxri doktoru. Əslən Culfa rayonundan olan Elmar Məmmədyar...
a5a056427e8ba56e
Elmar Məmmədyarov
Sabiq nazir bu səbəbdən mütəmadi olaraq tənqid olunmuşdur.Bakı Avrasiya Universitetinin fəxri doktorudur. Anası İzida İbrahimbəyova Fuad İbrahimbəyovun qızıdır.Atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. Elmar Məmmədyarov Kamilla Məmmədyarova ilə ailəlidir, Emin və Riad adında övladları v...
1531f7206eb50cdf
Elmar Məmmədyarov
Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-də yaşayır. 2020-ci ildə Elmar Məmmədyarovun ABŞ-də oğlu Eminin adına 4,5 milyon dollarlıq mənzil alması xəbəri yayıldıqdan sonra Emin Məmmədyarova qarşı ABŞ-də vergidən yayınma ittihamı ilə məhkəmə iddiası qaldırılıb. Elmar Məmmədyarov 1982-ci ildən 1988-ci ilə qə...
ae1c231c081a2317
Elmar Məmmədyarov
1992–1995-ci illərdə Azərbaycanın BMT yanında olan daimi nümayəndəliyində I katib vəzifəsində çalışan Elmar Məmmədyarov, 1995–1998-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində Beynəlxalq qurumlar idarəsinin rəisi olub. Elmar Məmmədyarov 1998-ci ildən 2003-cü ilə qədər Azərbaycanın ABŞ səfirliyində müşavir vəzifəsi...
92dbade75f43c701
Elmar Məmmədyarov
O, bu postda 1999-cu ildən bu vəzifəni yerinə yetirən Vilayət Quliyevi əvəzləyib. Elə həmin gün imzalanan digər sərəncamla Elmar Məmmədyarov, Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən azad edilib. 2019-cu ilin iyul ayında Elmar Məmmədyarov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.2020-ci il iyulu...
ba782769c3b5d419
Parkinson xəstəliyi
Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Ümumi məlumat Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. PH'ın xarakterin cəhəti dopaminergik neyronların itkisi ...
4bc5c5031d272681
Parkinson xəstəliyi
Sporadik PH olan xəstələrin beyin toxumasındakı neyron ölümü apoptoz mexanizması ilədir. Epidemiologiyası PH'ın rast gəlmə tezliyi 65 yaşdan sonra artır, lakin 35 ilə 50 arasında da rast gəlinə bilər. Yaş artdıqca tezlik artır bu da PH'ın yaşla əlaqəsini təsdiq edir. 35–50 yaşlarda GKPX'yə rast gəlinir (daha çox kişilə...
1ed0d7a7589b3596
Parkinson xəstəliyi
Ancaq ailəvi PH hallarının hər zaman genetik etiologiya ilə uyğun gəlmədiyi və ailə üzvlərinin uzun müddət eyni ətraf faktorlara məruz qalmalarının xəstəliyi əmələ gətirdiyi məlumdur. Belə ki, ətraf faktorların təsirindən olduğu üçün IPH'ı ailəvi IPH və sporadik IPH olaraq bölürlər. Sporadik IPH'da etioloji faktorlar i...
440f9be42d777b10
Parkinson xəstəliyi
Tremor olmadığı zaman diaqnoz qoymaq çətinləşir. Maska üz, önə əyik duruş, göz qırpmanın azalması, qolların sallanmasının çətinləşməsi (gərgin olur) başlanğıc dönəmin tablosunu tamamlayır. Başlanğıc gücsüzlük və yorğunluq, inkordinasiya, ağrı və narahatlıq hissi də ola bilər. Ayaqları sürüyərək və qısa addımlarla xarak...
86e65ce3bee66b00
Göyərçin
Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa qıçlı quşlardır. Dimdikləri qısa, zəif quruluşlu, ucu yüngülcə aşağı əyilmişdir. Qanadları orta uzunluqdadır.
2f6aea0b8cd44d56
Göyərçin
Olduqca iti uçma qabiliyyətinə malikdirlər. Ayaqları yaxşı inkişaf etmişdir və arxa barmaq yerə dəyir. Meyvələr, dənəli və ya tumlu toxumlarla qidalanırlar. Çöl göyərçini (Columba livia) Columba livia domestica Columba oenas Columba trocaz Columba bollii Columba junoniae Columba rupestris Columba leuconota Columba guin...
8bb98fabe59008c6
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən (ikilik kod) hansısa biri deməkdir. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir baytın tək qiyməti 0 və ya 1-dir....