passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
52be96af7458326d | Rafael İsgəndərov | Rafael Çərkəz oğlu İsgəndərov (23 aprel 1972, Keşlə) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. Rafael İsgəndərov 23 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. Ailəsi əslən Bərdəlidir. 1979-cu ildə Bakıda 201 saylı orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan... |
329e9f26d86ff039 | Rafael İsgəndərov | Orada Gülşad Baxşıyeva, Şəfiqə Məmmədova, Şahmar Ələkbərov və Fuad Poladov kimi aktyorlardan dərs alıb. 3-cü kursda ikən Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrına aktyor kimi işə götürülüb. Geniş tamaşaçı kütləsinə daha çox "Bu şəhərdə" layihəsindən tanışdır. Filmoqrafiya Bala-başa bəla! (film, 1995) Yaşıl eynə... |
c8576bf20faaf382 | Sözün tərkibi | Sözün tərkibi kök və şəkilçidən ibarətdir. Sözün tərkib hissələri Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır... |
6711fa996d38eed4 | Sözün tərkibi | Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir. Azərbaycan dilində şəkilçilər yazılışına görə iki, dörd və bir variantlıdır. İki variantlı şəkilçilərdə a/ə saitləri, dörd variantlı şəkilçilər... |
12899bb8b68e12d3 | Səid Rüstəmov | Səid Əli oğlu Rüstəmov (doğum adı: Mircabbar Mirəli oğlu Seyidrüstəmzadə; 12 may 1907, İrəvan – 10 iyun 1983, Bakı) — Azərbaycan-sovet bəstəkarı, dirijoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1957), Stalin mükafatı laureatı (1951). O, 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan SSR Bəstəka... |
8baac39d235dc286 | Səid Rüstəmov | Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynamışdır. Həmçinin Səid Rüstəmovun 1950-ci ildə çap olunmuş "Tar üçün melodik etüdlər" adlı dərsliyində də tədris prosesində olan tələbat azalmamışdır. Səid Rüstəmov 1948-ci ildə musiqi məktəbi şagirdləri üçün "Skripka əlifbası" ad... |
5b086c5b95d5cf4b | Səid Rüstəmov | Xəstəxanadan sonra Səid Rüstəmov Mərdəkanda, şəxsi bağ evində yaşamağa başlamışdır. Səid Rüstəmovun iyun ayının 10-da vəziyyəti ağırlaşmış, həmin gün də Bakıda vəfat etmişdir. Bəstəkar I Fəxri Xiyabanda dəfn olunmuşdur. Erkən illəri və təhsili Səid Əli oğlu Rüstəmov və ya əsl adı ilə Mircabbar Seyidrüstəmzadə 12 may 19... |
eafefde2f300f99a | Səid Rüstəmov | 1918-ci ildə baş verən hadisələr, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən qırğınlar bu ailənin də taleyində öz izini qoymuşdur. Qırğınla əlaqədar Türkiyəyə qaçmalı olan ailə tezliklə geri dönmüş, lakin İrəvanda evlərinin dağıldığını gördükdə 1919-cu ildə Gəncəyə köçməyə başlamışlar. Səid Rüstəmovun aləsi ... |
f852b4d8df726691 | Səid Rüstəmov | Səid Rüstəmov Müəllimlər Seminariyasına daxil olur. Burada başqa fənlərlə yanaşı musiqi dərsləri də keçirilirdi. Səid Rüstəmov burada truba ifa etməyi öyrənir və tələbələrdən təşkil edilmiş orkestrin çıxışlarında iştirak edir. Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənətinə bağlayır. Bu xatirə bəstəkara həsr... |
64a6cacc11836df3 | Səid Rüstəmov | 1926-cı ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır. Pedaqoji fəaliyyəti Pedaqoji iş cavan yaşlarından Səid Rüstəmovun fəaliyyət göstərdiyi mühüm sahələrdən biri olmuşdur. Müəllimlər Seminariyasında, daha sonra Pedaqoji İnstitutda təhsil alması Səid Rüstəmovun ümumtəhsil sahəsində uğurlu fəali... |
4a185222bb4c2624 | Səid Rüstəmov | Səid Rüstəmovun kiçik oğlu, bəstəkar Eldar Rüstəmov bu barədə qeyd etmişdir: Səid Rüstəmov 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitunda təhsilini tamamlamışdır. Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynamışdır. Bu günə kimi bu dərslik dəfələrlə nəşr edilmişdir. Dərslik mü... |
92715e0bf08f7f15 | Səid Rüstəmov | Səid Rüstəmovun tələbələri içərisində həmçinin Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimov, Xalq artisti Ağasəlim Abdullayev, Əməkdar incəsənət xadimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları, professorlar Oqtay Quliyev, Vaqif Əbdülqasımov, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru... |
0b4f555e2135a78e | Səid Rüstəmov | Cəfər Cabbarlının "Almaz", Mehdi Hüseynin "Nizami", Rəsul Rzanın "Vəfa" əsərlərinə musiqinin müəllifi Səid Rüstəmov idi.Müharibə illərindəki fəaliyyətinə və milli musiqi sənətindəki xidmətlərinə görə 1946-cı ildə Səid Rüstəmov "Qırmızı əmək bayrağı" ordeni ilə, eləcə də "Qafqazın müdafiəsi uğrunda" və "1941–1945-ci ill... |
b35e04bfa80efd0a | Səid Rüstəmov | "Sözügedən dövr Səid Rüstəmovun bir musiqi təşkilatçısı və ictimai xadim kimi fəaliyyətində parlaq səhifələrdən biri kimi tarixə düşmüşdür. O, Fioletov adına klubun mahnı və rəqs ansamblına rəhbərlik edir, Üzeyir Hacıbəyovun vəfatından sonra, 1949-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilir. O, 1953-cü ilə... |
83a0fb993e7e1456 | Səid Rüstəmov | Müxtəlif illərdə Səid Rüstəmovun sinfində tar ifaçılığının sirlərinə yiyələnmiş musiqiçilər sonradan Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdılar. Ağabacı Rzayeva, Hacı Xanməmmədov, Adil Gəray kimi görkəmli musiqiçilər onun tar sinfində təhsil almışdılar. Səid Rüstəmov 1983-cü ilin may ayında ağı... |
f8a8d6c2ec18fe21 | Səid Rüstəmov | Atası vəfat etdikdən sonra anası Leyli yenidən ailə həyatı qurmuşdur. Səid Rüstəmovun iki ögey qardaşı olub. Bundan əlavə bəstəkarın ailədə üç qardaş və bir bacısı olub. Səid Rüstəmov uzun müddət böyük qardaşı Mirhüseyn Rüstəmovun yanında yaşayıb. 1918-ci ildə ermənilər onun qardaşını bəstəkarın gözü qarşısında qətlə y... |
12b953da01d818c1 | Səid Rüstəmov | Bikə xanım tibb institutunu bitirmiş, Səid Rüstəmov isə müəllimlər texnikumuna daxil olmuşdur. 1930-cu ildə onlar ailə həyatı qururlar. Bəstəkarın bu evlilikdən iki qızı, iki oğlu dünyaya gəlmişdir – Rafiq, 1936-cı il təvəllüdlü Tamilla, 1946-cı il təvəllüdlü Eldar və Rəna Rüstəmovalar. Səid Rüstəmovun bir oğlu Altay R... |
0c327264cbd181db | Səid Rüstəmov | Həmin il institutun tələbəsi olan vokalçı Olqerd Krastınşla ailə həyatı quraraq Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır. Aktrisa həmçinin 1964-cü ildə "Zirvə", 1971-ci ildə "Axırıncı aşır... |
d39915c4652f3902 | Səid Rüstəmov | Bəstəkar kimi Səid Rüstəmovun yaradıcılığı janr etibarilə kifayət qədər genişdir. O, musiqili komediya janrına müraciət etmişdir; bir çox irihəcmli vokal-instrumental və instrumental əsərlər yaratmışdır; bir sıra dram tamaşalarına musiqi bəstələmişdir. Onun yaratdığı çoxsaylı mahnılar milli bəstəkar yaradıcılığı tarixi... |
abc0d8acb3ca808b | Səid Rüstəmov | Bu əsərlər sırasında bəstəkarın orkestr üçün xalq mahnı və rəqslərinin işləmələri, "Bayatı-kürd" muğamı əsasında fantaziyası, eləcə də orijinal pyesləri, dörd süitası, tar ilə xalq çalğı alətləri orkestri üçün konserti xüsusilə əhəmiyyətlidir.Səid Rüstəmovun irihəcmli vokal-instrumental əsərləri – onun xalq mahnı və rə... |
3cb1ed22fefebbc6 | Səid Rüstəmov | Uşaq yaşlarından xalq musiqisi, muğam nümunələrini sevərək dinləyən, sonrakı illərdə tar sinfində bu nümunələri öyrənən, daha sonra isə bu nümunələri toplayıb nota yazdırmaq kimi işi həvəslə yerinə yetirən Səid Rüstəmov milıi musiqi təfəkkürünün prinsiplərinə yaxından bələd olmuş, milli musiqi dilinin xüsusiyyətlərini ... |
06e25894414540b2 | Səid Rüstəmov | Həmçinin bəstəkara dinləyicilərlə ünsiyyətdə olmaq, düşüncə və arzularını bölüşmək imkanı verən ən sevdiyi janra çevrilmişdir.Dünya musiqisi tarixində mahnını öz yaradıcılığının əsas janrı hesab edən bəstəkarlar az olmamışdır. XX əsrdə rus musiqisində də ilk növbədə mahnı bəstəkarı kimi tanınan musiqiçilər olmuşdur. Sə... |
72bbfa4a9aefee63 | Səid Rüstəmov | Bu üç bəstəkarın lirik bəstəkar mahnısı kimi sözügedən janrda yaratdığı mahnılar bu janrın klassik nümunələri kimi tarixə düşmüş və sonrakı dövrdə yeni müəlliflərin mahnı sahəsində uğurlu fəaliyyəti də bu klassik nümunələrdən bəhrələnmişdir. Səid Rüstəmov miqyasından asılı olmayaraq, bütün ideyaları – bəşəri problemlər... |
e0ddf70c565c580f | Səid Rüstəmov | Hələ yaradıcılıq fəaliyyətinin erkən çağından xalq mahnılarını toplayıb nota yazmağa çox ciddi surətdə məşğul olan Səid Rüstəmov iş prosesində bu folklor nümunələrinin bütün incəliklərini, qanunauyğunluqlarını mənimsəmiş və sonradan öz əsərlərində istifadə etmişdir. Bəstəkar toplayıb yazdığı mahnı nümunələrinin tipik c... |
574cca04848a349b | Səid Rüstəmov | Xalq mahnıları çox zaman bir məqamın mayesi və istinad pərdələri ətrafında gəzişmələrdən ibarət intonasiyalardan "hörülür". Mahnıların müxtəlif bölmələri (bənd və nəqərat) məhz müxtəlif pillələr ətrafında gəzişməyə əsaslanaraq qarşılaşdırılır. Səid Rüstəmovun mahnılarında da bu cəhət aydın təzahür edir. Bir çox nümunəl... |
d074468b82ac7673 | Səid Rüstəmov | Belə xüsusiyyətlərdən biri də bu cəhətdir – melodiyanın zil nöqtədən başlayıb aşağı istiqamətdə hərəkət etməsidir. Bəzi tədqiqatçılar bu cəhətin aşıq musiqisi ilə bilavasitə əlaqəsini qeyd edirlər. Bəstəkar "Sumqayıt" mahnısında aşıq musiqisinin xüsusiyyətlərdən çox məharətlə istifadə etmişdir. Aşıq mahnıları yüksək re... |
e5b47197d735a357 | Səid Rüstəmov | Nümunələrdə aşağı istiqamətdə gedən sekvensiya melodiyanın mühüm faktoru kimi çıxış edir. Bəzi hallarda sekvensiya eyni melodik dönmənin aşağıya doğru pilləvari hərəkətinə əsaslanır; çox zaman isə sekvensiyavari hərəkət variasiyaya uğradılan motivlər əsasında qurulur. Nümunələrdə melodik dönmələr daxilində gedən gizli ... |
6a3d09e895f64e9c | Səid Rüstəmov | Belə ki, mahnının ikinci hissəsi (nəqərat) də adətən iki cümlədən ibarət period formasına uyğun gəlir. Bunun ikinci (cavab) cümləsi həmin materialın, birinci hissədəki periodun cavab cümləsinin təkrarından ibarətdir. "Getmə", "Alagöz", "Neftçi qız", "Həkim qız" mahnılarının strukturu məhz belə qurulub. Bu quruluşa Səid... |
56e5478fdcc4c09b | Səid Rüstəmov | Bolşevizm siyasətinin təzyiqi altında Azərbaycan milli musiqi alətinə qarşı aparılan hərəkatkara qarşı çıxmış Mikayıl Müşfiqin də, həmin şeirə musiqi bəstələmiş Səid Rüstəmovun da bu alətə olan məhəbbəti səmimi şəkildə ifa edilmişdir. Zemfira Səfərova yazır ki, "Səid Rüstəmov mahnılarının populyarlığını şərtlərindən ba... |
814a28ccfb42fb94 | Səid Rüstəmov | Firəngiz Əhmədova yazır ki, "Səmimiyyət və təravət onun yaradıcılığının səciyyəvi cəhətləridir. Buna görə də ifaçılar onun mahnılarını sevirlər. Demək olar ki, respublikanın heç bir müğənnisi onun mahnılarından yan keçməmişdir. Düşünürəm ki, hətta Bülbül kimi böyük müğənni də onun mahnılarını ifa edərkən öz sənətinin y... |
a987c701288d022b | Səid Rüstəmov | Səid Rüstəmovun mahnılarını müxtəlif millətlərdən olan insanlar şövqlə alqışlayır, bu mahnılar vasitəsilə Azərbaycanla, onun istedadlı xalqı ilə tanış olurlar. "Şövkət Ələkbərova, Firəngiz Əhmədova və Gülağa Məmmədov qeyd edirlər ki, "Səid Rüstəmovun mahnılarını bunlara xas olan xüsusi kolorit fərqləndirir. Bunlar sank... |
4e0c673a1ae34e3c | Səid Rüstəmov | Bu da əsl sənətkarlığın, peşəkarlığın təzahürüdür. "Səid Rüstəmovun mahnılarını Azərbaycanın tanınmış müğənniləri ifa etmişlər. Bu mahnıların bir çoxu Bülbül, Rəşid Behbudov, Rauf Atakişiyev, Şövkət Ələkbərova, Sara Qədimova, Gülağa Məmmədov, Lütfiyar İmanov kimi müğənnilər tərəfindən ifa edilmişdir. Bu müğənnilərin Sə... |
2d15f92d5a33483f | Səid Rüstəmov | Bu nümunələr içərisində Gülağa Məmmədovun ifasında bir çox mahnılar mövcuddur. Bəstəkarın mahnıları içərisində müğənni Şövkət Ələkbərovaya həsr olunmuş "Oxu, gözəl" (Səməd Vurğunun sözlərinə) mahnısı mövcuddur. Bu mahnı da Səid Rüstəmovun rəngarəng mahnı lirikasının daha bir nümunəsidir.Səid Rüstəmovun mahnı yaradıcılı... |
1dedff3a2ecbe9ea | Səid Rüstəmov | Bu janrda ilk dəfə yaradıcılığının erkən mərhələsində – 1930-cu illərdə qələmini sınayaraq, "Beş manatlıq gəlin" əsərini təqdim edən bəstəkar 1940-cı illərdə "Durna" adlı ikinci musiqili komediyasını yazmışdır; 1950-ci illərin sonunda isə "Rəisin arvadı" adlı sonuncu musiqili komediyasını tamamlamışdır.Musiqili komediy... |
ee7360c084e9e101 | Səid Rüstəmov | Bu ilk növbədə Səid Rüstəmov musiqisinin məziyyətləri ilə şərtləndirilir. Onun operettalarının musiqisi xalq musiqisinin ruhu ilə yaranmış, sıx tellərlə folklor ənənələri ilə bağlı olan musiqidir. Bəstəkarın komediya surətlərini səciyyələndirmək üçün tətbiq etdiyi musiqi formalarında da Üzeyir Hacıbəyovun istifadə etdi... |
c57c01c5abb00a53 | Səid Rüstəmov | İlk dəfə 1940-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru H. Əliyev, dirijoru Aleksandr Loxovitski, rəssamı Q. Mustafayev olmuşdur. Baş rolların ifaçıları Ağahüseyn Cavadov – Kəblə Hüseynəli, S. Haşımlı – Naznaz, P. Hüseynov – Qiyas olmuşlar. Daha sonra bu operet... |
6d80930d91776766 | Səid Rüstəmov | Bir-birini sevən Qiyas və Naznaz obrazlarının musiqi səciyyəsi lirik xarakterli ariya və duetlər vasitəsilə verilir. Əsərin mərkəzində duran komik surət – Kəblə Hüseynəli məzəli kupletlərlə səciyyələndirilir. Burada qızların oxuduğu lirik xor da var. Bu xor sevgililərin ovqatı ilə səsləşir. Kolxozçuların məişətini təsv... |
cfb23f8cefb6e858 | Səid Rüstəmov | Qiyasın "Sənindir" adlı mahnısı bəstəkarın ən gözəl lirik mahnılarından biri kimi populyarlaşmışdır. "Beş manatlıq gəlin" musiqili komediyasından rəqslər və qızların xoru da geniş yayılmışdır. "Beş manatlıq gəlin" musiqili komediyasının musiqisi əsasında bəstəkar Boris Zeydman fortepiano üçün fantaziya bəstələmişdir.Sə... |
a8984a49016a0d11 | Səid Rüstəmov | Bu əsərlərdə kənd həyatında baş verən yeniliklər, kənd məişətinin təsviri, insanlar arasında münasibətlərdə köhnəlmiş qayda-qanunların hələ də gözlənilməsi, bir-birini sevən gənclərin qarşılaşdığı problemlər, "atalar və oğullar"ın fərqli baxışlarının toqquşması və s. məsələlərə toxunulurdu. Bu komediyalarda gülünc, məz... |
cddb72423028a8f8 | Səid Rüstəmov | Həmin personajlar cütlüklərinin musiqi səciyyəsində istifadə edilmiş vasitələr Səid Rüstəmovun operettasında da tətbiq edilmişdir. Belə ki, Muradla Durnanın lirik planda verilməsi, digər iki cütlüyün musiqi xasiyyətnaməsində isə komizm elementlərindən istifadə edilməsi bunları bir-birindən kəskin surətdə fərqləndirir.Ə... |
6102b91acbecae87 | Səid Rüstəmov | Birinci pərdədən onun ifa etdiyi "Bağlarda əsəndə payız yelləri, balam" ariyasında vokal-partiyada da aşıqların ucadan, gur səslə oxuma üslubu öz əksini tapmışdır; eyni zamanda ariyadakı orkestr müşayiətində saz aləti üçün səciyyəvi olan səslənmələr eşidilir. Muradın ikinci pərdədə oxuduğu musiqi nömrələrində də aşıq m... |
3105d30bc1fb108c | Səid Rüstəmov | Bu da dəyişmə xarakterli yumoristik xalq mahnılarına yaxındır. Operettanın maraqlı səhnələrindən birində – ikinci pərdədə Durnanın atasının sandıqda, anasının isə şkafda gizlənərək, onun Murad ilə vidalaşmasını gördükləri səhnədə əsərin lirik və komik planları birlikdə verilmişdir: bir tərəfdən Durna ilə Muradın lirik ... |
98ea7bf57ecf8146 | Səid Rüstəmov | Birinci pərdədən kolxozçuların xorunun musiqisi ("Mizrabı tellərə vurduqca aşıq Murad") sonradan başqa mətnlə ikinci və üçüncü pərdədə səslənərək, kolxozçuların həyatını təsvir edən leytmotiv rolunu oynayır. Bu cür təkrarlara Dursunun partiyasında da rast gəlinir. Operettadakı əsas mövzular uvertürada da səslənir. Bura... |
935f649db4596cc1 | Səid Rüstəmov | Tamaşanın quruluşçu rejissoru Şəmsi Bədəlbəyli, tərtibatçı-rəssam Əyyub Abbasov, dirijoru Kazım Əliverdibəyov olmuşdur. Rollarda Ə. Qafarlı – Dilavərzadə, Bəşir Səfəroğlu – Baləmi, Şəfiqə Qasımova – Bənövşə, Məleykə Ağazadə – Nazəndə xanım, Münəvvər Kələntərli – Afərin xala, S. Aslanov – Nəriman, N. Aslanova – Gülbuta,... |
4841ddcecec0efb4 | Səid Rüstəmov | Bütün Şərq aləmində milli musiqi alətlərindən ibarət ilk notlu orkestr üçün repertuarın yaradılması mühüm bir vəzifə kimi bəstəkarların qarşısında dayanırdı. Bu orkestri təşkil etmiş Üzeyir Hacıbəyov bu orkestrin rəhbəri olaraq, Azərbaycan xalq mahnılarını, rəqs melodiyalarını orkestr üçün işləyirdi. Bundan məqsəd dinl... |
95d338d32b3fb7af | Səid Rüstəmov | Belə ki, xalq çalğı alətləri orkestri üçün orijinal əsərlər yaradılmalı idi. Bu sahədə ilk mühüm addımları atan Üzeyir Hacıbəyov olur. Onun bu orkestr üçün yaratdığı ilk əsərlər – 1932-ci ildə yazdığı "Çahargah" və "Şur" fantaziyalarının əhəmiyyəti dəfələrlə qeyd olunmuşdur. Üzeyir Hacıbəyovdan daha sonra Səid Rüstəmov... |
f5aede4a931119d3 | Səid Rüstəmov | Muğamın intonasiya məzmununun sərbəst təfsiri, xalq çalğı alətlərindən ibarət orkestrin çoxsəsli imkanlarından istifadə vasitəsilə bəstəkarın yaxından bələd olduğu ayrı-ayrı alətlərin ifa potensialını səmərəli və xalq musiqi ifaçılığı ənənələrinə uyğun surətdə tətbiq edərək müəllif, şifahi ənənəli musiqi janrının xüsus... |
eed061a481ee1d4c | Səid Rüstəmov | Səid Rüstəmovun xalq çalğı alətləri üçün yazdığı və onun xalq musiqisindən istifadə edərək yazdığı əsərləri içərisində dörd süitası xüsusi yer tutur. 1946-cı ildə o, "Azərbaycan" süitasını və İkinci süitanı, 1948-ci ildə Üçüncü süitanı, 1958-ci ildə Dördüncü süitasını bəstələmişdir.Səid Rüstəmovun yaradıcılıq təfəkkürü... |
2c61af75576266d5 | Səid Rüstəmov | Azərbaycan xalq musiqisində də, şifahi ənənəli sənətdə bu xüsusiyyət mövcuddur. Belə ki, muğamların quruluşunda improvizasiya-reçitativ səciyyəli şöbə və guşələrlə təsnif, rəng kimi epizodların növbələşməsi, həmçinin aşıq dastanları üçün səciyyəvi olan təzadlı epizodların ardıcıllaşması da həmin prinsipə uyğundur. "Azə... |
5ae8cf324d9182d1 | Səid Rüstəmov | Süitanın giriş bölməsində və birinci hissəsində cəngi üçün səciyyəvi olan xüsusiyyətlər nəzərə çarpır.İkinci hissədə lirik mahnı və rəqs, birinci hissənin epizodlarından birində isə muğama xas olan məqam-intonasiya, tematizm ünsürlərindən istifadə olunmuşdur.Süitadakı mövzuların bəzi hissələri intonasiya materialında b... |
bf87362546899480 | Səid Rüstəmov | Bəstəkarın hissələrə verdiyi başlıqlar əsərin proqramlı məzmununa malik olduğunu göstərir və hissələrdən hər birinin məzmunu haqqında ümumi təsəvvür yaradır. Süitanın birinci hissəsi "Şən həyat", ikincisi "Lirik", üçüncüsü "Aşıq mahnısı" adlanır. İkinci süitanın musiqi materialı Azərbaycan xalq rəqslərindən ibarətdir. ... |
41f557e2b2435f53 | Səid Rüstəmov | Bu iş prosesində bəstəkar xalq rəqs musiqini nümunələrini yaxından öyrənmiş, bu nümunələrin melodik, ritmik xüsusiyyətlərinin incəliklərinə yaxından bələd olmaq imkanı əldə etmişdi. Səid Rüstəmovun sonradan yaratdığı İkinci və Üçüncü süitaları milli rəqs musiqisinin ruhu və bədii cəhətlərinin bəstəkar yaradıcılığında t... |
3692c150909e5548 | Səid Rüstəmov | Əsərin ikinci və üçüncü hissələrində Azərbaycan xalq rəqslərinin iki növü – aramlı lirik rəqs və şən yallı rəqsinin tipik cəhətləri öz əksini tapmışdır. Səid Rüstəmov 1950-ci illərdə də süitaya müraciət edərək, bu janrda özünün dördüncü əsərini yaradır. Dördüncü süita da janr xarakterli əsər olaraq, mahnı və rəqs xüsus... |
e3b90b710d79584f | Səid Rüstəmov | Burada həm muğam (birinci hissə), həm lirik xalq mahnısı (ikinci hissə), həm cəngiyə (üçüncü hissə) xas olan cəhətlər müşahidə edilir. İkinci süitada bəstəkar partituraya vokal musiqi (xor) daxil edərək, aşıq musiqisinin xüsusiyyətlərindən istifadə edir. Üçüncü və Dördüncü süitalarda isə xalq rəqs musiqisinə bələd oldu... |
e26f271ef34dae0c | Səid Rüstəmov | Tar ilə Xalq Çalğı Alətləri Orkestri üçün "Konsert" əsəri Səid Rüstəmovun ifaçı kimi təhsil alması da onun yaradıcılığını istiqamətləndirən mühüm amillərdən biri olmuşdur. Bəstəkarın instrumental yaradıcılığında bu, nəzərə çarpır. Səid Rüstəmovun tar ilə xalq çalğı alətləri orkestri üçün ilk konsert nümunəsini bəstələm... |
49492cd2f514ac1f | Səid Rüstəmov | Xalq musiqisinin məqam boyalarının təzadlı şəkildə qarşılaşdırılması (çahargah, bayatı-şiraz, segah) konsertin ikinci hissənin musiqisini də canlandırır; eyni zamanda bu hissədə müəllif milli musiqinin metroritmik xüsusiyyətlərindən biri kimi 3/4 və 6/8 ölçülərini tətbiq etməklə, lirik hissənin musiqisinin ritmik rənga... |
77471c7b7f7a815d | Səid Rüstəmov | İlk növbədə özü tar ifaçısı olaraq, həm bu alətin, həm də xalq çalğı alətlərinin başqa növlərinin bədii və texniki imkanlarına yaxından bələd olan Səid Rüstəmov bütün bilik və bacarığını bu orkestrin təkamülünə istiqamətləndirmişdir. O, orkestrin qruplarından hər birinin xüsusiyyətlərini bilir, mizrablı simlilər, kaman... |
be39ea06166426bc | Səid Rüstəmov | Orkestr həmçinin Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Hüseynqulu Sarabski, Xan Şuşinski, Ağababa Bünyadzadə, Rəşid Behbudov, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Fatma Mehrəliyeva, Qulu Əsgərov, Gülağa Məmmədov, Zeynəb Xanlarova, İslam Rzayev, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Fidan Qasımova, Xuraman Qasımova... |
faf89fbd3554b286 | Səid Rüstəmov | Şübhəsiz ki, geniş dinləyici kütləsinə Səid Rüstəmov musiqisini sevdirən ilk növbədə məhz bu xüsusiyyətdir. "Əfrasiyab Bədəlbəyli qeyd edir: Qara Qarayev bildirmişdir: "Üzeyir Hacıbəyovun ləyaqətli şagirdlərindən olan Səid Rüstəmov xalq mahnılarına məhəbbətlə yanaşmağı, xalq ruhuna daha yaxın və xalqın başa düşəcəyi re... |
29ecb22e3f6042b7 | Səid Rüstəmov | "Səid Rüstəmovun fəaliyyətində diqqəti cəlb edən başlıca cəhətlərdən biri onun xalq yaradıcılığına töhfələri və bağlılığıdır. Bu töhfələr Səid Rüstəmovun fəaliyyətinin müxtəlif səviyyələrində və müxtəlif formalarında özünü göstərir. Səid Rüstəmovun musiqiçi kimi fəaliyyət göstərdiyi sahələri – bəstəkarlığa dirijorluğu,... |
821ddec0adef395e | Səid Rüstəmov | "Üzeyir Hacıbəyov qeyd edir ki, "İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır… kompozitorun nəinki ümumi musiqi kulturası sahəsində, bəlkə xalq musiqisi sahəsində də... |
ccfb9e51e8b8bc8d | Səid Rüstəmov | Həmin topluların sonrakı illərdə təkrar nəşr edilməsi bunlara olan tələbatın azalmadığını təsdiq etmişdir. "Azərbaycan xalq rəqsləri" vəsaiti 1950-ci ildə təkrar çap edilmişdir. Cabbar Qaryağdıoğlunun ifasından yazılmış mahnılarla yanaşı, Səid Rüstəmovun qələmə aldığı başqa xalq mahnıları da var. Bu mahnılar Fikrət Əmi... |
1dab763168bf7757 | Səid Rüstəmov | Səid Rüstəmov aşıq mahnılarını nota salaraq sadəcə əyani musiqi nümunələri kimi təqdim etməmiş, həmçinin iş prosesində müşahidə etdiklərini – aşıq musiqisinin müxtəlif üslub xüsusiyyətləri, aşıq mahnılarının oxuma tərzi, bunların quruluşu, melodik və ritmik xüsusiyyətləri, mətnlə əlaqəsi, saz alətinin quruluşu və instr... |
504c4cf7103466b5 | Səid Rüstəmov | Səid Rüstəmov isə həmin mahnıları nota köçürmüşdür. 1934–1938-ci illərdə Səid Rüstəmov Cabbar Qaryağdıoğlunun oxuduğu 100-ə qədər mahnını nota köçürmüşdü. Zemfira Səfərova yazır: "Folklor nümunələrinin nota salınması işinin çətinliyi, tədqiqatçıdan xüsusi səriştə, savad, bacarıq tələb etməsi məlum məsələdir. Ən vacib ş... |
515c282c68536eb9 | Səid Rüstəmov | Səid Rüstəmovun nota saldığı nümunələr xalq mahnılarının janr rəngarəngliyini nümayiş etdirir. "50 Azərbaycan xalq mahnısı" toplusuna əsas etibarilə lirik mahnılar daxil olmuşdur. Buraya daxil olmuş mahnıların bəziləri toplu nəşr edilməmişdən əvvəl Üzeyir Hacıbəyov tərəfindən istifadə edilmiş nümunələrdir. "Bu gələn ya... |
e2d12e33f249c6b7 | Səid Rüstəmov | Əsas "Şur" muğamının mayesi sol-dur, səsdüzümü etibarilə "Şur" muğamının eyni olan "Nəva" muğamının isə mayesi re-dir. Əsas "Rast" muğamının mayesi sol olduğu halda, quruluşça "Rast" muğamının yeni olan "Mahur-hindi" muğamının mayesi d, "Orta mahur" muğamının fa, "Dügah" muğamının ifası isə mi-dir. Əsas muğamların bəzi... |
37c14b0b4bd98d8e | Səid Rüstəmov | Musiqi məktəbi yaşayış binasının alt mərtəbəsində yerləşir. Məktəb 23 sinif otağından ibarətdir.Sumqayıtda Səid Rüstəmov adına 3 nömrəli Musiqi Məktəbi fəaliyyət göstərir. Musiqi çəktəbi Sumqayıt şəhər mədəniyyət İdarəsinin tabeliyində olan incəsənət məktəblərindən biridir. Məktəb Sumqayıt şəhər Xalq Deputatları Soveti... |
98e5fe433688eac2 | Səid Rüstəmov | Təqribən 40 il – 1973-cü ilə qədər Səid Rüstəmov orkestrə rəhbərlik etmiş, onun başçılığı altında həmin ifaçı kollektivi böyük uğurlar əldə etmiş, inkişaf etmiş, ayrı-ayrı instrumental ifaçıları, həmçinin müğənni və bəstəkarların təhsil aldığı məktəb kimi mühüm əhəmiyyət kəsb etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Xal... |
39c301a36a11075d | Səid Rüstəmov | Bakı: Azərbaycan müəllimi. 2015. Qədirova, Xatirə. Nəğmələri ilə ürəkləri fəth edən sənətkar – Səid Rüstəmov. Bakı: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi. 2018. Həmçinin bax Azərbaycan musiqisi Azərbaycan bəstəkarlarının siyahısı Xarici keçidlər |
80c32951065e2d7f | Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi | Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyə... |
56d6888cff5bb457 | Saturn (planet) | Saturn, köhnəlmiş adı Zühəl — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz dəfə böyük olan qaz nəhəngidir. Saturnun sıxlığı Yerin sıxlığının səkkizdə biri qədər olsa da, həcmi Yerin həcmindən 95 dəfə çoxdur. Planetin adı Rom... |
2133d136306e7626 | Saturn (planet) | Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir. Saturnun yuxarı atmosferi əsasən mülayim və sakitdir. Buna baxmayaraq... |
219dc31607b0790d | Saturn (planet) | Saturnun ən böyük peyki Titandır və ölçüsünə görə Günəş sistemində Qanimeddən sonra ikinci peykdir. Ölçüsünə görə Merkuridən daha böyük olan Titanın vacib bir xüsusiyyəti də diqqətçəkən atmosferə sahib olmasıdır. Fiziki xüsusiyyətlər Saturn əsasən hidrogen və heliumdan təşkil olunduğundan qaz nəhəngidir. Bərk səthə mal... |
b34acc25a05bce9f | Saturn (planet) | Saturn Günəş sistemində sıxlığı sudan az olan (təqribən 30 % daha az) tək planetdir. Saturnun nüvəsinin suya nəzərən olduqca sıx olmasına baxmayaraq, sıxlığı az olan yuxarı qatlarına görə orta sıxlığı 0,69 q/sm3-ə bərabərdir. Yupiter kütləsinə görə Yerdən 318 dəfə , Saturn isə 95 dəfə daha ağırdır. Yupiter və Saturn bi... |
eda30ec7ebe232e7 | Saturn (planet) | Bu nüvənin tərkibi Yerin nüvəsinə oxşayır, ancaq sıxlığı daha çoxdur. Saturnun qravitasiya momentinin daxili fiziki quruluş modelləri ilə birgə öyrənilməsi nəticəsində, fransız astronomlar, Didier Saumon və Tristan Quillot nüvənin kütləsinə məhdudiyyət tətbiq olunması düşüncəsini qəbul etdi. 2004-cü ildə düşünülürdü ki... |
7ac8e653af575b95 | Saturn (planet) | Bu enən damcıların nüvəni əhatələyən helium təbəqəsində yığılması ehtimalı vardır. Və buz nəhəngləri olan Neptunla Uran kimi Saturnda da və həmçinin Yupiterdə almaz yağışlarının olduğu düşünülür. Saturnun xarici atmosferinin tərkibi 96,3 % molekulyar hidrogen və 3,25 % heliumdan ibarətdir. Günəşdəki heliumun bolluğu il... |
e6fc6e2f1bca9e11 | Saturn (planet) | Bunun nəticəsində ortaya çıxan maddələr diffuziya və burulğanlarla aşağı təbəqələrə daşınır. Bu fotokimyəvi dövrə Saturnun fəsil dövrələri ilə tənzimlənir. Bulud təbəqələri Saturnun atmosferi də Yupiterin atmosferi kimi zolaqlıdır, ancaq Saturnun zolaqları daha solğun və ekvatora yaxındır. Bu zolaqları təsnif etmək üçü... |
c5b7a161feefcdfe | Saturn (planet) | 3–6 bar aralığında dəyişən təzyiq bölgələrində ammoniyum-hidrosulfid buzundan təşkil olunmuş buludlar müşahidə olunur. Təzyiqin 10–20 bar aralığında dəyişdiyi bölgədə ammonyakın maye şəklinə keçib damcıladığı aşağı bulud təbəqəsi mövcuddur.Saturnun əsasən mülayim olan atmosferində bəzi hallarda Yupiterdəkilərə oxşar ov... |
4e4d39c8de2a2e7d | Saturn (planet) | Böyük ehtimalla rəngin Saturnda baş verən Reyli səpilməsi nəticəsində meydana gəldiyi düşünülür. Müşahidələr nəticəsində Saturnun cənub yarımkürəsində yerləşən qütb qasırğası müəyyən olmuşdur. Bu qütb qasırğası Günəş sistemində isti olan tək qütb qasırğasıdır. Saturnun istiliyi normalda −185 °C olduğu halda, qütb qasır... |
81362e454a46d3bf | Saturn (planet) | Altıbucaqlı struktur Saturnun görünən atmosferindəki digər buludlar kimi uzunluğa görə yerini dəyişdirmir. Bu strukturun qaynağı ilə bağlı bir sıra nəzəriyyələr vardır. Bir çox alim bunun atmosferdə dayanan dalğa nümunəsi olduğunu düşünür. Çoxbucaqlı formalar laboratoriyada müxtəlif axıcılığa sahib olan mayelərin döngü... |
8874ac578ac7ee21 | Saturn (planet) | Bu qasırğa Yerin böyüklüyü ilə müqayisə edilə biləcək dərəcədə böyükdür. Onun külək sürəti 550 km/saat təşkil edir. Digər xüsusiyyətlər Kassini şimal enliklərdə olan "İncilərin simləri" olaraq adlandırılan bir sıra bulud xüsusiyyətlərini müşahidə etdi. Bu xüsusiyyətlər dərin bulud təbəqələrində olan bulud açıqlıqlarıdı... |
8d05e82f830b5982 | Saturn (planet) | Böyük ehtimalla, Saturnun maqnit sahəsi Yupiterinkinə oxşar şəkildə metallik-hidrogen dinamo olaraq adlandırılan metallik-hidrogen təbəqəsindəki axıntılar vasitəsilə meydana gəlmişdir. Saturnun maqnitosferi Günəş küləklərini sapdırmaqda effektlidir. Saturnun maqnitosferi həm planetdən, həm də peyklərdən gələn plazma il... |
29a354e6a133d1b5 | Saturn (planet) | Saturnun elliptik orbiti Yerin orbital müstəfisinə 2,48° meyillidir. Perigelisi və afelisi uyğun olaraq, ortalama 9,195 və 9,957 AV-dir. Saturnun görünən xüsusiyyətləri enliklərə və fərqli bölgələr üçün təyin edilmiş çoxsaylı fırlanma periyodlarına bağlı olaraq, fərqli tempdə dövrə vurur (Yupiterdəki kimi). Astronomlar... |
3a6a65a110dcef7c | Saturn (planet) | Voyacer 1 və Voyacer 2 tərəfindən aşkar edilən planetdən yayılan radio emissiyalarına əsasən , III Sistem fırlanma periyodu 10 saat 39 dəq 22,4 saniyəyə bərabərdir (810,8 °/ gün). III Sistem əsaslı şəkildə II Sistem-i əvəz etmişdir.Daxili hissələrin fırlanma periyodu üçün dəqiq göstərici qeyri-müəyyəndir. 2004-cü ildə ... |
7f6ed82315d6d753 | Saturn (planet) | Sekulyar rezonans da daxil olmaqla orbital rezonans mexanizmlərinin Saturnun troyanları əldən verməsinə səbəb olduğu hesab edilir. Təbii peykləri Saturnun kəşf olunmuş 82 peyki vardır ki, bunlardan 53-ü rəsmi şəkildə adlandırılmışdır. Həmçinin, Saturnun halqalarında həqiqi peyk olaraq qəbul edilməyən, diyametri 40–500 ... |
e4d6ebc9cef7794f | Saturn (planet) | Bunun əsasən, Titanda "yaşam" olması ehtimal edilir. NASA 23 iyun 2013-cü il tarixində Titanın atmosferindəki azotun əvvəllər Saturnu meydana gətirən materiallardan deyil, Oort buludundaki materiallardan gəldiyini və kometlərlə əlaqəli olduğuna dair güclü sübutlara sahib olduğunu iddia etdi.Kimyəvi tərkibinə görə komet... |
f579b667f1e9b2f4 | Saturn (planet) | Digər qaz nəhənglərinin də halqa sistemi olsa da Saturnun halqa sistemi ən böyük və ən nəzərəçarpandır. Halqaların mənşəyi ilə əlaqəli iki əsas hipotez mövcuddur. Birinci hipotezə görə, halqalar parçalanmış Saturn peykinin qalıqlarıdır. İkinci hipotezə əsasən, isə halqalar Saturnu meydana gətirən dumanlıq materialdan a... |
c22f5e1e382d10fc | Saturn (planet) | Müşahidəsinin və kəşfiyyatının tarixi Saturnun müşahidəsi və kəşfiyyatı üç əsas mərhələyə bölünür. Birinci mərhələ müasir teleskopların ixtirasından əvvəlki qədim müşahidələri əhatə edir (açıq gözlə müşahidə). 17-ci əsrdən başlayaraq, Yerdən tədricən daha qabaqcıl teleskoplarla müşahidələr edilmişdir. Üçüncü mərhələ ko... |
762cc6dbab3f7421 | Saturn (planet) | Qədim yunan dilində planet Fanion, Roma dövründə isə "Saturn ulduzu" olaraq adlandırılırdı. Qədim Roma mifologiyasına görə, planet Fanion planetin müasir adını aldığı bu əkinçilik tanrısı üçün müqəddəsdir. Romalılar Yunan tanrısı Kronu Saturna ekvivalent hesab edirdilər; müasir yunan dilində planet "Kron" (Cronus—Κρόνο... |
c9beb669957053be | Saturn (planet) | Onun mələyi Kassiyəl-dir. Zəkalı və ya faydalı ruhu Əqiyəl-dir (İvrit: עֲזָאזֵל, translit. ʿƏqyal) və onun qaranlıq ruhu Zazəl-dir (İvrit: זאזל, translit. Zazl). Zazəl Süleymanın sehri ilə çağrılan böyük mələk olaraq təsvir edilmişdir. Osmanlı, urdu və malay dillərində Zazəl-in adı "Zuhal"-dır bu ad ərəb dilindən gəlmi... |
bfd3d1f9a3bf5b95 | Saturn (planet) | O, halqaları Saturnun yanlarında olan iki peyk olaraq hesab etdi. 1655-ci ildə holland astronom Xristian Hüygens əlli dəfə yaxınlaşdıra bilən teleskopdan istifadə edərək, Saturnun ətrafındakı həmin quruluşun halqa olduğunu aşkarladı. Hüygens Saturnun Titan peykini kəşf etdi; Covanni Kassini daha sonra başqa dörd peyk k... |
c19eaf6457904c9a | Saturn (planet) | Şəkillərin keyfiyyəti səth detallarını müayyənləşdirmək üçün kifayət qədər yaxşı olmasa da, planetin və bir neçə peykin şəkilləri çəkildi. Kosmik gəmi həmçinin, halqaları da tədqiq etdi; incə F halqasını və halqalardaki qaranlıq boşluqların yüksək faz bucağında (Günəşə doğru) baxıldıqda parlaq göründüyünü, yəni incə iş... |
8ccb6e4cf5b92003 | Saturn (planet) | Uçuş kosmik gəminin orbitini Günəş sistemi müstəvisindən çıxarmışdır.Təxminən bir il sonra, 1981-ci ilin avqust ayında, Voyacer 2 Saturn sistemini öyrənməyə davam etdi. Onun vasitəsilə peyklərin yaxın çəkilmiş görüntüləri və atmosferdəki və halqalardaki dəyişkənliklərin sübutu qeydə alındı. Uçuş zamanı kosmik gəminin f... |
06b82dd09a471268 | Saturn (planet) | Hüygens 14 yanvar 2005-ci ildə Titanın səthinə eniş etdi.2005-ci ilin əvvəllərindən başlayaraq, alimlər Kassinini Saturndaki ildırımları tədqiq etmək üçün istifadə etdilər. Saturndaki ildırımın gücü Yerdəki ildırımın gücündən 1000 dəfə çoxdur. 2006-cı ildə NASA Kassinin Enkelad peykinin fışqıran qeyzer səthlərinin bir ... |
3c35287f25c9ea3d | Saturn (planet) | iyul 2006-cı ildə Titanın şimal qütbünə yaxın hidrokarbon göllərinin şəkilləri əldə edildi; bunların varlığı yanvar 2007-ci ildə doğrulandı. mart 2007-ci ildə şimal qütbün yaxınlığında, ən böyüyü Xəzər dənizinin ölçüsündə olan hidrokarbon dənizləri aşkar edildi. oktyabr 2006-cı ildə kosmik gəmi Saturnun cənub qütbündə ... |
a961efabf873c14f | Saturn (planet) | Saturn gecə səmada açıq gözlə parlaq, sarımtıl işıq nöqtəsi olaraq görünür. Saturnun əsas görünmə böyüklüyü 0,34-lük sapma ilə 0,46-dır. Ulduz ölçüsündəki dəyişikliklərin çoxu halqa sisteminin Günəşə və Yerə olan meyilliyindən aslıdır. Ən parlaq görünmə böyüklüyü (-0,55) halqa müstəvisinin ən çox meyilli olduğu vaxta y... |
3320b2232fe2c4df | Saturn (planet) | Bu cür "gözdən itmə" daha sonra 2025-ci ildə baş verəcək, lakin Saturn Günəşə çox yaxın olacaq və bu, halqa-keçid müşahidələrinin həyata keçirilə bilməsinə imkan yaradacaq. Saturnun halqaları qarşıdurmada və ya ona yaxın olduğu daha yaxşı görünür, bu zaman planet Günəşin qarşısında durur. Hər il — təxminən 378 gündən b... |
7ad487f6696d365a | Saturn (planet) | Avstraliyalı astronomlar Hill və Horner Saturn tutulmalarının mövsümi təbiətini izah edir: Bu, Ayın Yer ətrafındaki orbitinin Yerin Günəş ətrafındaki orbitinə nəzərən əyimli şəkildə olmasının nəticəsidir və çox vaxt Ay səmada Saturnun altından və ya üstündən keçəcək və heç bir tutulma meydana gəlməyəcəkdir. Saturn sadə... |
85135858720371ca | Saturn (planet) | Seidelmann, P. Kenneth; və b. "Report of the IAU/IAG Working Group on cartographic coordinates and rotational elements: 2006". Celestial Mechanics and Dynamical Astronomy. 98 (3). 2007: 155–180. Bibcode:2007CeMDA..98..155S. doi:10.1007/s10569-007-9072-y. de Pater, Imke; Lissauer, Jack J. Planetary Sciences (2nd updated... |
6dff194d455f2808 | Ədəbiyyat janrları | Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.