passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
512098cbcc9ed863
Sivilizasiya
Sivilizasiya (lat. civilis — mülki, dövlət)– müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyi. Sivilizasiya tarixin müəyyən bir mərhələsində bir neçə mədəniyyətin birləşməsini əks etdirir, elm və texnikanın təsiri nəticəsində həya...
4f8bddcd837ba931
Sivilizasiya
Beləliklə, sivilizasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləşdirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır. Tarixdə hələ ən qədim dövrlərdən şərq və qərb sivilizasiya tipləri daha çox diqqət çəkmiş və geniş yer almışdır. Şərq e...
f758e78b1229785d
Brüs Li
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-...
a417c06b52818c33
Brüs Li
Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı. Atasının son filmində rejissor onu setdə gördü və o rejissorun çox xoşuna gəldi və ona bir rol təklif etdi. Bu Brüsün gələcəkdəki film karyerasınnı başlanğıcı oldu. İdman fəali...
3b0a576c0ae04aae
Brüs Li
Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün bu məşhur idman ustasının məktəbinə yazdırır. Brüs Li burada Ving Çun müdafiə sistemi üzrə təlim keçir. Ən yaxşı tələbə İp Man tələbəsinin bacarığını kəşf edir, ona Kunq-Funun ən incə detallarını öyrədir. Li böyük ustanın ən yaxşı tələbəsinə çevrilir. Manın Çindəki ləqəbi "Böy...
dca8d1f33c28bb3f
Brüs Li
Bununla da onun qatıldığı döyüşlərinin sayı artmağa başlayır. Honkonqda təşkil edilən boks çempionatlarında üç dəfə çempion olan Çemsi məğlub edir və boks çempionu adını qazanır. Bununla belə, Linin adı hələ də küçə davalarında çəkilirdi. Həmin il Li Honq Konqda təşkil olunmuş "Çaça" rəqsi üzrə keçirilən yarışda qalib ...
c455c1cd74049eda
Brüs Li
Bir döyüşdə rəqibinin qolunu və ayağını qırdıqdan sonra onu ABŞ-yə göndərməyi qərara alır. Amerika günləri Linin ABŞ-yə gedərkən yanında apardığı tək şey 100 dollar və Kunq Fu təlimi idi. Amerikaya gəldiyi ilk günlərdə Sietl şəhərində ofisiantlıq edir, restoranın çardağında yaşayır. Həmçinin də təhsilini davam etdirir....
add29b2c2e0b18d1
Brüs Li
Li 22 yaşındaykən "Chinese Kung Fu" (özünü qoruma Fəlsəfi Sənəti) adlı kitabını dərc etdirir. Burada amerikalılara Çin mədəniyyətinin zənginliyini izah etmək üçün çinlilərdən başqa kiməsə öyrədilməsi qadağan olan Kunq Fu dərslərini verməyə başlayır. Bu məqsədlə yığdığı pulla mənzil kirayə götürür. Öz məktəbini açır. Mə...
91d06f948ec36609
Brüs Li
Fəlsəfə üzrə diplom müdafiə edir. Li daha sonra Oaklandda ikinci məktəbini açır, burada geniş kütləyə, amerikalılara yad olan bu sənətin nə qədər geniş məzmunlu və dərin fəlsəfəyə sahib olduğunu isbat edir. Çinlilər Liyə qarşı Amerikalılar Kunq Fuyla ilk dəfə Brüs vasitəsi ilə tanış olublar. Tez zamanda məşhurlaşan Kun...
efeb0fa51571e485
Brüs Li
Artıq döyüş sisteminə yeni elementlər əlavə etməsi lazım olduğuna qərar verdi. Qazandığı qələbələr ona daha da məşhurluq gətirirdi. Digər məktəblərdən olan tələbələr də Brüsün yanına gəlirdilər. Artıq Brüs 3-cü məktəbini də açmışdı. Çinlilər kunq funun başqalarına öyrədilməsinə qarşı idi. Buna görə Brüs Linin amerikanl...
b55afa7c19b925de
Brüs Li
Çinlilər az danışır, bildiklərini başqalarına söyləmirdilər. Onlardan fərqli olaraq, Li kunq fu kitabı belə yazmışdı. Nəhayət, Lini alçaltmaq üçün Çindən seçdikləri döyüşçünü onun qarşısına çıxardırlar. O, B. Linin qarşısına belə şərt qoyub: "Sənin burada başqalarına kunq fu öyrətməyini istəmirik. Səninlə döyüşəcəm. Əg...
d9ef477b71760a3b
Brüs Li
Brüs rəqibini 3 dəqiqə ərzində məğlub edir: "Kimə istəsəm, ona da öyrədərəm! Necə yəni? Yalnız çinlilərdəmi iradə və qabiliyyət var, digər cəmiyyətlərdə heç bir şey yoxdurmu? "- deyə cavab verib. Döyüş sənətinə gətirdiyi yeniliklər Brüs Li Kunq fuda Sisuk 3-cü Grand döyüşçü idi (xəyali yüksək dərəcə). Amma onun fikrinc...
cc349f61c4587211
Brüs Li
Bu tip hərəkətlərin küçədə heç bir işə yaramadığını iddia edirdi. Artıq yeni bir tərz üzərində dayanmışdı. Tez-tez boks məşqləri edirdi. O, bunun üçün xüsusi müəllimlər tutmuşdu. Taekvondonun atası kimi tanınan Con Rhi Brüs Liyə taekvondonun, məşhur idmançı Li Jan Jae isə aikidonun bəzi fəndlərini öyrətmişdi. Li Jan Ja...
9fc9187513f0209a
Brüs Li
Adıçəkilən müəllimlərin heç biri: "Biz ona bunları öyrətdik, biz ondan yaxşıyıq" demədilər. Çünki Brüs Li də onlara böyük usta İp Mandan öyrəndiyi Vinq Çun Kunq Funu başa salmışdı. Həftədə 6 gün məşq Brüs Li öyrəndikləri ilə kifayətlənməyib, başqa əlavə idman növlərində də ustalıq səviyəsinə yüksəlmişdi. ABŞ-yə getdiyi...
8bd870a57c9872bf
Brüs Li
Çünki onlar əvvəlcə belə bir şeylə qarşılaşmamışdılar. Başda məşhur karate ustadı Ed Parker olmaqla, hər kəs Linin bacarıqlarından təsirlənib. "Fury İn Red" adlı sənədli filmdə usta karateçi Ed Parkerin oğlu: "Atam deyirdi ki, Brüs həyatımda gördüyüm ən sürətli və ən güclü döyüşçü olub". Bu turnir prodüserlər və rejiss...
ebb9d4ed8e423e85
Brüs Li
Həmçinin filmlərə çəkilərkən bir çox məşhura bu idman növünün sirlərini öyrədib. Bunlar içərisində karate üzrə 7 qat dünya çempionu Çak Norris də var. Cit Kun Do 1967-ci ildə Brüs Li tərəfindən yaradılmış bir döyüş sistemidir. Bu döyüş növü tam özünümüdafiə texnikalarına əsaslanır. "Jeet Kune" mənası-yumruğu qabaqlamaq...
1dbf53415023c82d
Brüs Li
Çünki, üslub sadə, öyrənilməsi asan, əsl özünümüdafiə texnikaları ilə zəngin bir sistemdir. Bu döyüş növünün təməli Vin-Çun və boks döyüş növlərinə əsaslanır. Çünki, Brüs Li uşaqlıqdan Vin-Çun ustadı İp Manın yanında bu döyüş növü ilə məşğul olmuşdur. Daha sonrakı illərdə yaratdığı bu unikal döyüş üslubuna başqa idman ...
c3aaefb152e4c5b0
Brüs Li
Kunq funun o dövrdə SSRİ-də yayılması qadağan edilmişdi. Bu səbəbdən də bu cür döyüşlər gizli şəkildə, klublarda keçirilirdi. Fiziki nailiyyətləri Brüs Li düyü dənələrini havaya atıb və yemək üçün çubuqlarla tuta bilirdi. Brüs Linin zərbəsi 0,05 saniyə çəkirdi. Brüs Li dayanmadan 1500 jim edə bilirdi. Brüs Li 2 barmaq,...
46c57b478901df4a
Brüs Li
Brüs Li 32 kiloluq qanteli bir, düz əli ilə gözləri səviyyəsinə qaldırıb 20 saniyə saxlaya bilirdi, bir əli ilə 50 dəfə yuxarıya çəkinə bilirdi. Brüs Linin zərbəsi əl ilə 1700 kiloqrama gəlirdi, ayağı ilə zərbəsi isə 3 tonu keçirdi. Brüs Li on sentlik qəpiyi başqasının əlində həmin şəxs əlini yummamış dəyişməyi bacarır...
5d4d7a50b144a936
Brüs Li
Film karyerası İlk uzun metrajlı filmi Çinli prodüser Raymond Çou yeni qurduğu film şirkəti Qoldan Harvestla (Golden Harvest) çəkilən filmidir. Film Honq Konq və cənub-şərqi Asiya bölgəsində indiyə qədərki ən çox satılan film olur. Bundan sonra Asiyalıların çəkdiyi "Qəzəbin yumruğu" filmində çəkilir. Linin bu filmlərin...
69168cd49403f203
Brüs Li
Nunçaku, Bo, Kali, bıçaqlar və bunun kimi bütün döyüş alətlərindən istifadə edərək döyüş səhnələrini daha da təsirli edirdi. Sonralar Green Hornet adlı bir serialda çəkilməyə başladı. Lakin bu serial bir mövsüm sonra bağlandı. Daha sonra Ceyms Qarnerin çəkildiyi "Marlove" adlı filmdə kiçik bir rolda çəkildi. Şikəst old...
2c6b49e29fc88a95
Brüs Li
Li ondan sonra döyüş 3 Knuns adlı məktəb açmağa qərar verdi.O, burada şagirdlərinə Jit Kun Donu öyrətdi. Stiv MakKuin, Kərim Əbdul Cabbar, Ceyms Koburn, Den İnosanto kimi tanınmış şagirdləri oldu. 1970-ci illərdə Hollivud ilə Honq Konqdan ona inanılmaz təkliflər gəldi. Bu illərdə kürəyindən çox ciddi zədə aldı. Brüs Li...
52dbc5dc5abd777a
Brüs Li
Linin bütöv bir idmançı olduğunu, Jit Kun Donun da həqiqi döyüş sənəti olduğunu, bununla yanaşı Brüs Linin də çox yaxşı bir aktyor olduğunu, döyüş sənətini fantastik bir şou olaraq tamaşaçıya sərgiləməyi bacara bildiyini söyləyərdi. Brüs Linin üçüncü filmi "Əjdahanın yolu" oldu. Bu filmdə Linin yanında köməkçi aktyor o...
cd142652b9d70790
Brüs Li
Amerikan filmlərində baş rol oynamağı çox istəyən ancaq bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən Amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəldi. Buna görə sənətçi "Ölüm oyunu" filmini yarıda qoyaraq, Çin Amerikan ortaq istehsalı olan "Əjdahanın çıxışı" filmi çəkildi. Amerikan Kinosunda və ...
37e9a395d061e54e
Brüs Li
Amma axıra çatdıra bilmədi. Kitabını ölümündən sonra arvadı tamamladı. Şəxsi həyatı Brüs Li 1964-cü ildə Linda Emeri adlı qızla evləndi. 1 fevral 1965-ci ildə onların Brendon adlı oğlu dünyaya gəldi. Bir neçə il sonra 19 aprel 1969-cu ildə isə Şanon adlı qızı dünyaya gəlib. 20 iyul 1973-cü ildə Brüs Linin ölümü faciə o...
01bc00ea4460f84c
Brüs Li
Fiziki sağlamlığının insanlar tərəfindən çox yaxşı olduğu bilinirdi. Ölüm səbəbinin təbii səbəblərdən ola biləcəyi düşünülürdü. Brüs Bettində baş rolda oynayacağı "Ölüm oyunu" adlı filmi bitirirdilər. Raymond günortadan sonra axşam yenidən görüşmək arzusu ilə onlardan ayrıldı. Başağrısından şikayət edən Brüsə Betti hər...
d0df8f866cbaf104
Brüs Li
Raymond axşam nə üçün gəlmədiklərini öyrənmək üçün onları axtardığında Betti, Brüsün yataqda qaldığını söylədi. Raymond Bettinin evinə gedib Brüsü qaldırmağa çalışdı amma bacara bilmədi. Onu qurtarmaq üçün edilən bir çox müvəffəqiyyətsiz sınaqdan sonra təcili yardım çağırıldı. Brüs xəstəxanaya çatdırıldıqda artıq vəfat...
4b133e5ebcaa17e4
Brüs Li
Ölümünün beynindəki şişdən ola biləcəyi deyildi. Bunun doğuşdan mı, yoxsa daha sonra mı ortaya çıxdığı məlum deyildi. Amma başında hər an partlamaq üzrə olan ziyan görmüş bir damarla çox vaxtı yox idi. Hətta ölümündən 2 ay əvvəl bir beyin zədəsi keçirmişdi. Minlərlə insan küçələrə tökülüb, son səfərində onu tək buraxma...
113513add85d5578
Brüs Li
Brüs Li ABŞ-nin Sietl əyalətində Leyk Vyu qəbiristanlığında basdırılmışdır. Brendon Li də atasının yanında basdırılıb. Hər gün özünün və oğlunun məzarı dünyanın dörd bir tərəfindən gələn insanlar tərəfindən ziyarət edilir. Filmoqrafiya Xarici keçidlər Brüs Li — IMDb səhifəsi Rəsmi saytı (ing.) Rəsmi facebook səhifəsi (...
b676854455a8c97a
Termitlər
Termitlər (lat. Khuraman) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. Termit (ağ qarışqa) inqulinləri Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlən...
051193315e73d3be
Termitlər
H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındak...
2c3c535bcb12f82e
Yüzillik müharibə
Yüzillik müharibə (İngiliscə: The Hundred Years' War) – Plantagenetlər, Valualar və İngiltərə kralları arasında Fransa taxtı uğrunda baş tutan və 1337-1453-cü illəri əhatə edən müharibədir. Müharibənin tərəfləri digər Avropa dövlətlərini də müharibəyə sürüklədi. Qərbi Avropanın ən böyük krallığı uğrunda gedən bu mühari...
5c8ab97ac58d11d5
Yüzillik müharibə
Mərhum kralın ən yaxın kişi qohumu isə İngiltərə kralı olan bacısı oğlu III Eduard idi. Çox keçmədən mərhum kralın bacısı İzabella oğlunun adına Fransa taxtında haqq iddia etdi. Ancaq fransızlar bunu qəbul etmədilər. Çünki İzabella qardaşının verdiyi fərmanla taxt hüququndan məhrum edilmişdi və bu vəziyyətdə oğlunun da...
3e2371b4c6ab95ee
Yüzillik müharibə
Ancaq 1378-ci ildə V Karlın idarəsindəki fransızlar qitədə yalnız bir neçə qalanı ingilislərə tərk edərək Bretinya sülhü (1360) ilə itirdikləri bütün torpaqları geri aldılar. Ancaq kral idarəçiliyinin zəifləməsi, Avropa əhalisinin üçdə birinin epidemiya və iqtisadi böhran səbəbilə həlak olması nəticəsində münaqişələr s...
c3e422cd24d8126c
Yüzillik müharibə
Bununla yanaşı bu müharibə 3 fazada araşdırılır: Eduardian müharibəsi (1337-1360), Karolin müharibəsi (1369-1389) və Lankaster müharibəsi (1415-1453). Müharibənin sonunda feodal birliklər profesiyonal qoşunlar və güclü silahlarla əvəz olundu. Əslində kral sülalələri arasında baş tutsa da, müharibə ingilis və fransız mi...
ff55e3078fc9f08a
Yüzillik müharibə
Bundan başqa həm də, ingilis kralı Fransa kralının qohumu idi. Fransa kralı IV Filippin oğullarının ölümündən sonra onun kişi nəsli kəsildi. Bunu görə İngiltərə kralı özünün Fransa kralı taxtını ələ keçirmək hüququna malik olduğunu bildirdi. Tərəflərin hazırlığı Fransa qoşunların atlı cəngavər dəstələri üstün idi. Laki...
6be14d783dcf4717
Yüzillik müharibə
Müharibənin başlanması İngilis ordusunun yaxşı donanması vardı. Onlar bu donanmanın köməyi ilə La-Manş boğazını keçib Fransa ərazisində hərbi əməliyyatlara başladılar. Müharibənin əvvəlində fransızlar məğlub olmağa başladılar. İngilislər Normandiyanı tutdular. Onlar 1346-cı ildə Kresi döyüşündə fransız qoşunlarını məğl...
080051b55e28c00a
Yüzillik müharibə
Vuruşa-vuruşa irəli çıxan fransız cəngavərləri döyüş cərgələrini pozur, vuruşma zamanı bir-birinə mane olurdular. İngilis oxçularının yağış kimi yağdırdığı ox zərbələri altında fransız atlı qoşunlarının döyüş cərgələrinə qarışıqlıq düşdü. Fransız ordusunun döyüş yerinə yetişən əsas qüvvələri də darmadağın edildi. Frans...
a9b3bb21a0109325
Yüzillik müharibə
Həm fransız qoşunları, həm də ingilis hərbi qüvvələri tez-tez kəndlərə həmlələr edib kəndliləri talayırdılar. Puatye döyüşündəki məğlubiyyətdən sonra muzdlu əsgərlər Fransanın hər yerinə səpələnmişdilər. Onlar müdafiəsiz kındlərə basqınlar edir, kəndlilərə işgəncə verir, onları çapıb-talayır və evlərini yandıraraq çəxə...
c82c556fdf855a0b
Yüzillik müharibə
Feodal ağalar belə deyirdilər. Sadəlövh Jakın enli kürəyi var, nə yükləsən götürər. Zadəganlar sadə xalq arasında geniş yayılmış Jak adını kəndlilər üçün həqarətli bir ləqəb kimi işlədirdilər. 1358-ci ilin may ayında Fransanın şimal-şərqində kəndli üsyanı başlandı. Bu üsyan tarixdə Jaklar üsyanı kimi tanınmışdır. Jakla...
f9cd5bc2e4b77f21
Yüzillik müharibə
Zülmkarlara nifrət o qədər güclü idi ki, üsyançılar bütün zədəganları axırıncı nəfərinə kimi qırmaqla hədələyirdilər. Əllərinə nə küçdi onunla silahlanan jaklar feodalları öldürür, onların qəsrlərini dağıdırdılar. Ən böyük üsyançı dəstələrindən birinə kəndli Gilyom Kal başçılıq edirdi. O dövrün salnaməçisi onu dünya gö...
a622f6a60d24db51
Yüzillik müharibə
Feodallar kəndlilərin üsyana qalxdığı yerlərdən qaçıb gedirdilər. Lakin onlar çox keçmədən özlərini ələ aldılar və böyük qoşun topladılar. Həlledici döyüş ərəfəsində Gilyom Kal öz dəstələrini bir təpənin üstündə yerləşdirib, düşərgəni arabalarla dövrəyə aldı. Kəndliləərin müqavimət göstərməyə hazırlaşdığını görən zədəg...
a8b386e7f1e96864
Yüzillik müharibə
Feodallar onları qorxuya salmış kəndlilərdən amansız qisas aldılar. Zədəganlar Kalı edam etməzdən əvvəl onun başına közərdilmiş dəmir çənbər keçirdilər. Onlar Kalı lağa qoyub belə deyirdilər. "Jaklar kralının başına biz, bax belə tac qoyuruq." Cəngavərlər kəndləri və taxıl zəmilərini yandırır, kəndliləri ağacdan, öz ko...
050102f28f8d88cc
Yüzillik müharibə
Müharibənin davamı 1348-49-cu illərdə baş vermiş taun epidemiyasında Fransa əhalisinin təqribən 1/3 hissəsinin həlak olması ölkəni xüsusilə çətin vəziyyətə saldı. Fransa qoşunlarının məğlubiyyəti, iqtisadi vəziyyətin ağırlaşması, vergilərin ağırlığı, xalqın narazılığının artmasına səbəb oldu, Paris üsyanı (1357-58) və ...
c614e9224bf25d7e
Yüzillik müharibə
1435-ci ildə Arrasda, Burqundiya hersoqu ilə VII Karl arasında sülh bağlandı. 1436 ildə ingilislər Parisdən qovuldular, sonra bir sira vilayətlər azad edildi. Yüzillik müharibə ingilislərin Bordoda təslim olması ilə (1453, 19 oktyabr) qurtardı. Fransa ərazisindən yalnız Kale (1558-ci ilədək) İngiltərənin əlində qaldı. ...
97b479774820f0ce
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element.Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və b...
dfcd335e83e32187
Mis
Xlorofilin əmələ gəlməsi üçün mis istənilən bitkiyə lazımdır və onu başqa element ilə əvəz etmək olmaz. Bitkilərdə misin fizioloji rolu fermentativ proseslərdə aktivator kimi və ya misə malik fermentlərdə iştirakı ilə əlaqədardır. O, nəfəsalmanın intensivliyini gücləndirir, askarbin turşusunun oksidləşməsini katalizləş...
ff1527ac8b8b8ae4
Mis
Heyvanlar arasında mis ilə daha çox zəngin olanlar bəzi onurğasızlardırlar. Mis onlarda hemosianinlərin-hemolimfaların nəfəsalma piqmentlərinin tərkibinə daxildir. Hemosianinlər orqanimzdə oksigen nəqlini həyata keçirirlər (molyuskalarda və xərçəngəbənzərlərdə, 0,5–026 % mis olur). Oksidləşmiş hemosianinlər göy rəngli,...
69772d06757cf25b
Mis
Qanda misin miqdarının artması dəmirin mineral birləşmələrinin üzvi birləşmələrə çevrilməsinə səbəb olur, qara ciyərdə toplanmış dəmirin hemoqlobin sintezində istifadəsini stimullaşdırır. Mis həmçinin ürəkdə, beyində, böyrəklərdə , əzələ və sümük toxumalarında toplanır, sümük beyninin qan əmələgətirmə funksiyasını stim...
3f330d432f6229a9
Mis
Bitki mənşəli məhsullar: qoz, fındıq, araxis, kartof, qarğıdalı, paxlalılar, gicitkan. Heyvan mənşəli məhsullar: yumurta sarısı, qara ciyər, süd, turş süd məhsulları (kefir, prostokvaşa, yoğurt), dəniz məhsulları. Misin daha çox məlum olan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır: CuSO4∙5H2O –– ...
fab6a23a32e8bd2c
Mis
İnsan orqanizmində mis atomlarının sayı 1,0∙1021, bir insan hüceyrəsində isə 1 ∙ 107 ədədidir. Tibbdə CuSO4∙5H2O mikrob əleyhinə və dağlayıcı vasitə kimi istifadə olunur. Misli preparatlar dayaq- oynaq aparatının xəstəliklərinin profilaktikası və müalicəsində istifadə olunur. Mis kuporosu CuSO4∙5H2O məhlulu kənd təsərr...
3e57806da629f7af
G nöqtəsi
G nöqtəsi — Qadınlarda göbəyin aşağı hissəsi hesab edilən G nöqtəsi ən ehtiraslı yeridir. Alman həkim Ernst Qrefenberqin araşdırmasına görə, bu hissə beyinlə əlaqədardır. Oranı astaca sığallamaq sinirləri sakitləşdirir, beyinə siqnal göndəririr. Bu hissəyə edilən masaj ehtirası ikiqat artırır. G nöqtəsi qadınlarda klit...
425dc423a0162f6b
G nöqtəsi
Bu bölgədə "skene" vəziləri dediyimiz ifrazat etmə qabiliyyətinə sahib vəzlər toplu olaraq yerləşir və buna görə burada bir qabarıqlıq meydana gəlir. Cinsi əlaqə əsnasında penisin bura təması ilə qadınlarda vaginal orqazm meydana gəlir. Digər bir orqazm şəkli olan klitoral orqazm isə vagina girişində üst hissədə olan k...
e21f18ef6b32023c
G nöqtəsi
Altı ay sonra təkrar tətbiq olunmasının heç bir əks təsiri yoxdur. Xəstələr eyni gün gündəlik fəaliyyətlərinə, sabahısı gün cinsi birlikdəliklərinə davam edə bilərlər. G nöqtəsi qadınların çox həssas bir erogen zonasıdır. 1950 ci ildə ginekoloq Ernst Qrefenberq tərəfindən kəşv edilmişdir. Ona görə də onun adı ilə adlan...
c876b74ee8d61d65
G nöqtəsi
Həmin nöqtəyə manual təsir göstərərək orqazma çatmaq olar. Amma bəzən bu nöqtənin qıcıqlanması bəzi qadınlarda siyimə hissi əmələ gətirə bilər. G nöqtəsindən başqa, qadınlarda A nöqtəsi, uretranın xarici dəlik ətrafı zonası- U nöqtəsi də həssas erogen zonalardan sayılır. Bu nöqtələr bütün qadınlarda vardır. Bu gün müra...
cfef5442fefea18d
G nöqtəsi
Ona görə bu nöqtənin tapılması çox vaxt çətinlik törədir. Bu nahiyyənin stimulə edilməsi tək orqazm yaratmir. G nöqtəsinin masaji müalicəvi xarakter daşıyaraq stres və neqativ enerjidən azad olunmaqda xeyirlidir. Bu haqda məlumatlı olmaq bir çox ailələrdə intim problemlərin həllində müsbət rol oynayır. Bir çox qadınlar...
450436ba96dddd0c
G nöqtəsi
Ernst Gräfenberg onu atfen adlandırılmışdır. G nöqtəsinin həddindən artıq şəkildə erogen olduğu və qadın orqazmının yalnız klitorisə deyil ayrıca G-nöqtəsi tərəfindən də çox güclü bir şəkildə əks etdirilməsi iddia edilməkdədir. Vaginal orqazm üçün G-nöqtəsinin xəbərdar edilməsinin lazım olduğu düşüncəsi vardır. G nöqtə...
c1d7e5add2baa22e
G nöqtəsi
Zaman-zaman ifrazat o qədər bol miqdardaydı ki, qadınlar orqazm əsnasında boşalır kimi görünürdü. Qadınlarda boşalma ilə əlaqədar olduğu düşünülən bu maye araşdırıldığında bu mayenin prostatik maye deyil, sidik olduğu isbat edilmişdir. G nöqtəsinin (g point) xəbərdar edilməsi ilə əvvəllər sidik etmə istəyi görünür ki, ...
c7efbd21022a886d
G nöqtəsi
"International Journal of intimology" adlı jurnalda nəşr olunan Dr. Ernest Gräfenberg tərəfindən yazılan məqalədə qadınlardakı vagina ön divarında olan həssas və həzz verən bir bölgədən bəhs edildi. Amma əslində Gräfenberg yazdığı məqaləsində bu həssas bölgədən fərqli bir anatomik bölgə olaraq söz etməmişdir. Vaginal o...
5db6d2720f361815
G nöqtəsi
Asiya ölkələrində isə şəhvət nöqtəsi olaraq bilinməkdədir. Əsasən G-nöqtəsi ən soyuq qadını belə intim tutqunu halına gətirə biləcək bir möcüzə olaraq bilinir. Bu nöqtənin xüsusiyyəti saatlarla intim həzzi təmin edə biləcək, cinsi baxımdan bir qadının ən həssas olduğu yer olmasındadır. G-nöqtəsi xəbərdar edilən qadınla...
ed9246ba652e4339
G nöqtəsi
Nöqtə sözü, Alman dilindəki terminin tam qarşılığıdır. Ancaq əslində G nöqtəsi bir nöqtə olmaqdan çox böyük bir bölgədir. Bu tapıntı bu günə qədər orqazm olmayan qadınların günahkarı axtarışına gərək olmadığını isbat etmişdir. Çünki bu qalın toxuya sahib olmayan qadınların vajina orgazmı olma şansı da, yoxdur və bu qad...
9ed4d928c1b58682
G nöqtəsi
Amerika başda olmaq üzrə Avropada çox tətbiq olunan bir müalicədir. Cərrahi olmayan, həkim tərəfindən tətbiq olunması lazım olan, cinsi istiqamətdən aktiv qadınlarda, keçici və sadə bir müalicə üsuludur. Bu müalicə üçün bir kollagen növü istifadə edilər. Kollagen laboratoriyada müxtəlif mühəndislik texnikaları ilə diqq...
cc15e3c2cf08ecce
Protokol
Protokol yun. "protokollon" sözündən götürülüb, mənasi "protos"- 1-ci, "kollo"- yapişdirmaq deməkdir — kollegiyal orqanlar (müşavirələr simpoziumlar, seminar, konfrans və s.) tərəfindən müzakirə olunan məsələlərin gedişinin ardıcıl qeyd edildiyi sənəddir. Protokol kollegiyal orqanın kitabı və xüsusi təyin edilmiş şəxs ...
66da666d81c4c6ba
Protokol
Diplomatik yazışmalar, rəsmi görüşlər, diplomatik qəbullar, xarici ölkənin dövlət və hökumət başçısının qarşılanması, beynəlxalq təşkilatların xəttilə təşkil olunan toplantılar diplomatik protokol tələbləri çərçivəsində əməli xarakter alır. Xarici dövlətlərin vəzifəli şəxslərinə, onların bayraq və gerblərinə, himnlərin...
b807dea2a91940d3
Protokol
Diplomatik protokol diplomatikanın mühüm siyasi vasitəsidir, onun tətbiqindən doğan nəticələr dövlətlərarası münasibətlərə bu və ya digər dərəcədə təsir göstərir. Yəni diplomatik protokol ölkənin xarici siyasət məqsəd və vəzifələrinə tam tabe olub, ölkələrarası münasibətlərin vəziyyətini əks etdirir. Diplomatik protoko...
a5389c52b53c7a7a
Protokol
Siyahıda Roma papası özü I, Fransa kralı II, İspan kralı III, daha sonra Portuqaliya, İngiltərə, Siciliya və s. dururdu. Diplomatik normalarına hüquqi qüvvə vermək, onları beynəlxalq hüququn normalarına çevirmək məqsədilə bir sıra sənədlər qəbul olunmuşdur. 1815-ci il Vyana konqresində qəbul edilmiş Vyana reqlamenti və...
a8f5855165f5689d
Miqyas (xəritə)
Miqyas — Yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildildiyini göstərən kəsr ədədi. Miqyasın xəritədə istifadə yolları Sadə miqyas:Onun bütün şəkli 1 N 1000 {\displaystyle 1 \over N1000} belədir. Metrik sistemdən istifadə edən ölkələrdə işlənir və 1 mm xəritə üzərində,N metr yer üzərinə bərabərdir kimi göstəril...
2a814b2c0734d0e3
Miqyas (xəritə)
Miqyas baxımından xəritələr Çox böyük miqyaslı xəritələrMiqyasları 1 500 {\displaystyle 1 \over 500} 1 100 {\displaystyle 1 \over 100} arasında dəyişilir, bu miqyasda xəritələrə plan deyilir. Böyük miqyaslı xəritələrMiqyası 1 10000 {\displaystyle 1 \over 10000} 1 500 {\displaystyle 1 \over 500} arasında dəyişilir. Bu x...
0f10f2c2123d4642
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi Ümumi məlumat Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki. 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 m-ə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km eləyir. Xarici keçidlər
68f1b98a8c02c59f
Jony
Cahid Əfrayıl oğlu Hüseynli (29 fevral 1996, Bakı) — Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli ifaçı. Əsl adı Cahid Hüseynli Əfrayıl oğlu olan Jony 1996-cı ildə bir Bakı şəhərində anadan olub. Tezliklə valideynləri özü və qardaşı ilə birlikdə Moskvadakı daimi yaşayış yerinə köçdülər. Cahidin təxəllüsü olan JONY adı...
ce808cb89810c62b
Jony
Ancaq atası oğlunun musiqi karyerasına qarşı çıxdı, amma anası Cahidin tərəfində olsa da, o Dövlət İdarəetmə Universitetində "Beynəlxalq idarətmə" ixtisası üzrə təhsil almağa başladı. Təhsil aldığı müddətdə Cahid musiqini unutmadı və İnstaqramında populyar mahnıların müxtəlif versiyasılarını səsləndirdi. Bunun sayəsind...
b8584a430d8d282d
ATƏT-in Minsk qrupu
ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurum. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başla...
59a52769a96e07a8
ATƏT-in Minsk qrupu
8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini deyib.18 fevral 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhl...
4a44ca3ad9bbbdf2
ATƏT-in Minsk qrupu
İkinci təklif1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu. Üçüncü təklif1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkü...
383a2c42be86afad
Dərinin xoşxassəli törəmələri
Dərinin xoşxassəli törəmələri — qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur. Bunarın hər birininn özünəməxsus göstəriciləri və müalicə üsulları vardır. Qocalıq ziyilləri Qocalıq ziyilləri (lat. Verruca senilis)Başlıca olaraq qocaların gövdə nahiyəsində, üzündə və ətraflarda...
4cb3cf409815d4d2
Dərinin xoşxassəli törəmələri
Xəstəlik müxtəlif formalarda yastı və quru , qəhvəyi rəngli kəpəklərlə örtülü düyüncüklərlə təzahür edir. Günəş şüalarının təsirindən epiteliomaya çevrilir.Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır. Fibroma-Kollagen liflərdən əmələ gəlmiş dəri şişidir. Fibroma tək-tək, yaxud xeyli miqdarda təsasdüf edilir.Noxud...
50868acf49b6a388
Dərinin xoşxassəli törəmələri
Lipoması olan xəstələr həkimə adətən iki səbəbdən müraciət etmiş olur. Bəzi xəstələr lipomaların bədxassəli olduğundan narahatlıq hissi keçirir, digərləri isə sadəcə böyük ölçülü lipomaların kosmetik qüsur yaratdığından onun çıxarılmasını istəyir. Lipomalar nazik fibroz kapsulaya bürünmüş yetişmiş piy hüceyrələrinin to...
39397bdf25ce7dc6
Dərinin xoşxassəli törəmələri
Bir çox xəstədə bir neçə lipoma müəyyən edilə bilər. Bəzi hallarda isə çoxsaylı lipomaları olan xəstələrdə irsi çoxsaylı lipomatoz xəstəliyi müəyyən edilə bilər. Lipomaların maliqnizasiya olunaraq liposarkomaya transformasiyası çox nadir haldır. Lipoma diaqnozu adətən kliniki müayinə əsasında qoyulur. Lipomalar yumşaq,...
f87a1f63365592d8
Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tan...
9f866d2e0888309c
Mövlana Cəlaləddin Rumi
Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövl...
fd5d34e46462bc16
Mövlana Cəlaləddin Rumi
Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyyid Bürhanəddin Mövlananın tərbiyəsi ilə məşğul olmuş və Mövlana doqquz il ona xidmət etmişdir. Mövlana 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir...
bb5b7b241ca95d53
Mövlana Cəlaləddin Rumi
Onun atası, Bahauddin Wold və Sultan əl-Ulama kimi tanınan Mövlana Məhəmməd bin Hüseyn Xətibi böyük sufilərdən biri və mistik bir insan idi və Əhməd Qəzali ilə qohum idi. O, təsəvvüf və rəftarda uzun bir tarixə malik olduğundan, mübahisə və mübahisə adamı olmadığından, şifahi və şifahi müzakirə və mübahisələrdə deyil, ...
c840c1bb8e2c506d
Mövlana Cəlaləddin Rumi
Sultan əl-Ulama təxminən 628-ci ildə vəfat etmiş və həmin Konyada dəfn edilmişdir. O zaman şagirdləri atasının yerini doldurmağı xahiş edəndə Mövlana Cəlaləddinin 24 yaşı var idi. Divan-i Kəbir Fihi ma-fih Məcaşi-Səba Rumi və Qərb dünyası 21-ci əsrdə Rumi Qərb dünyasında tez bir zamanda məşhurlaşdı və beləliklə onun ki...
1e239d05032c5d8d
Rozmarin
Rozmarin (lat. Rosmarinus) — dalamazkimilər fəsiləsinə aid bitki kladı. Həmişəyaşıl, çoxillik kol bitkisidir. Vətəni Aralıq dənizinin qərb sahilləridir. Azərbaycanda park və bağlarda dekorativ bitki kimi becərilir.
d24d246f5edf5906
Rozmarin
Temperatur yayda 23-25 °C, qışda 10-13 °C-də (15 °C-dən yuxarı olmamalıdı) saxlanılmalıdır. Yayda eyvana qoymaq lazımdır. Suya orta tələbkardır. Quraqlığa davamlı koldur. Ağır və turş torpaqlarda yetişmir.
3740d86eee70fea1
Rozmarin
Torpağa tələbkar deyil, şoran torpaqlarda da yetişir. Toxum, qələm və kolun bölünməsi ilə aparılır. 7,5 sm uzunluqda kəsilən qələmlər stimullaşdırıcıya qoyulur, torf və qum qarışığına əkilir və isti yerdə saxlanılır. Köklənmə 1 ay çəkir. Rosmarinus chilensis Rosmarinus eriocalyx Rosmarinus officin
6ad99862322f668e
Qax rayonu
Qax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qax şəhəridir. Rayon 1930-cu ildə qurulmuştur. 1963-cü ildə Zaqatala tərkibinə qatılsa da 1 il sonra yenidən inzibati rayon statusunu geri qaytarmışdır. Coğrafi mövqeyi Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləş...
6f09bc24f4efe145
Qax rayonu
Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq...
e80c70de1ed29848
Qax rayonu
İnzibati rayon ərazisində yalnız iki gil yatağının Qax və Kürmükçayın ehtiyatları hesablanmışdır. Qax yatağı Qax şəhərindən 1,5 km şimal-qərbdə yerləşir. Onun ehtiyatı 35 min kub. m-dir. Kürmükçay yatağı isə Qax şəhərindən 2,5 km cənub-şərqdə yerləşir. Ehtiyatı isə 116 min m³ hesablanmışdır. Su ehtiyatları Qax rayonunu...
bda5c804796fc4f2
Qax rayonu
Bunların içərisində yalnız Suskənd kəndi yaxınlığındakı bulaqdan daha geniş istifadə olunur. Onun əsasında sanatoriya fəaliyyət göstərir və içməli "Qax" suyu istehsal olunur. İqlimi və təbi şəraiti Rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarım rütubətli subtropik, yüksək dağlıqda soyu...
f4113299037436a0
Qax rayonu
Qax rayonunda meşə sahəsini 26848 hektar ətraf mühiti mühafizə edən qoruyucu kateqoriyasına aiddir. İlisu kəndi ətrafında yerləşən rekreasiya meşələri 300 hektar sahəni təşkil edir. Bakı-Zaqatala və Şəki-Zaqatala yolları və dəmir yolu boyu qoruyucu meşə zolaqları isə 865 hektar təşkil edir. Qanıx çayı boyu 764 hektar m...
6eb1abef04e0fe8d
Qax rayonu
AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 54.458 nəfər əhali yaşayır.Əhalisi 55.6 min nəfər olmaqla 59 yaşayış məntəqəsini(1 şəhər, 58 kənd) özündə birləşdirir. 82,51 %-ni azərbaycanlılar, 13,98 %-ni ingiloylar, 1,89 %-ni saxurlar, 0,48 %-ni ləzgilər və 1,14 %-ni digər millətlərin nümayə...
c653ce949e4b97c7
Qax rayonu
Qax öz mətbəxi ilə də sevilir.Belə ki, onun sürhüllü, xingili, qırs (ala qırsı,ət qırsı,çürümtək qırsı) kimi ləziz təamları vardır. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da,dadları tamam fərqlidir.Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Əsasən, Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İli...
ba45447e909d8a29
Kəlbəcər
Kəlbəcər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun mərkəzi, Kəlbəcər şəhər inzibati ərazi dairəsində şəhər. Etimologiyası Şəhərin adının mənşəyi ilə bağlı bir neçə nəzəriyyə var. Versiyalardan birinə görə, şəhər ilkin olaraq qədim türkcə "çayların yuxarı axarında qala" (kevli – "çayın yuxarı axarları", çər – "qal...
a14e24b719d17f98
Kəlbəcər
1930-cu ildə Azərbaycan SSR-in tərkibində 1936 km2 ərazisi olan Kəlbəcər rayonu təşkil edilmiş, onun inzibati mərkəzi 1980-ci ildə şəhər statusu almış Kəlbəcər şəhəri olmuşdur. Şəhər 3 aprel 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin sonuna yaxın Ermənistan Silahlı Qüvvələri zamanı işğal edilmişdir. Kəlbəcərin bütün a...
d7d187703320379b
Kəlbəcər
1993-cü ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan, o cümlədən Kəlbəcər şəhərindən çıxarılmasını tələb edən 822 saylı qətnaməni qəbul etmişdir.2000-ci illərin əvvəllərindən başlayaraq, şəhərə yavaş-yavaş əslən Aşağı Ağcakənd və Gülüstan kəndlərindən...
669ee101feb7f2a0
Kəlbəcər
O, həmçinin Kəlbəcər qəbiristanlığında "1993-cü il erməni işğalından əvvəl burada basdırılmış azərbaycanlıların dağıdılmış məzarları"nı müşahidə etdiyini bildirmi.dir. Rovera əlavə etmişdir: "Bəzi qəbirlər, görünür, 27 illik işğaldan sonra keçən həftə ərazini tərk edən ermənilər tərəfindən təzəcə dağıdılıb".16 avqust 2...
7aa35f995a8d8288
Pyotr Çaykovski
Musiqi baxımından erkən olsa da, Çaykovski dövlət qulluqçusu karyerası üçün təhsil almışdı. O dövrdə Rusiyada musiqi karyerası üçün imkanlar az idi və ictimai musiqi təhsili sistemi yox idi. Belə bir təhsil almaq imkanı yarandıqda, o , 1865-ci ildə bitirdiyi Sankt-Peterburq Konservatoriyasına daxil oldu . Orada aldığı ...
1363679df60becd0
Pyotr Çaykovski
Rus mədəniyyəti ilə bölünmüş bir şəxsiyyət nümayiş etdirdi, onun doğma və qəbul edilmiş elementləri Böyük Pyotrun dövründən getdikcə bir-birindən ayrıldı . Bu, ziyalılar arasında qeyri-müəyyənliklə nəticələndiölkənin milli kimliyi haqqında, Çaykovskinin karyerasında əks olunan qeyri-müəyyənlik. Bir çox məşhur uğurların...
f959cc500ad24c68
Pyotr Çaykovski
Sonuncu iddianın açıq-aşkar gücləndirilməsi olaraq, bəzi avropalılar Çaykovskini əsas ekzotizmdən daha əsaslı musiqi təklif etdiyinə görə alqışladılar və onun rus klassik musiqisinin stereotiplərini aşdığını söylədilər. Digərləri Çaykovskinin musiqisini "yüksək düşüncədən məhrum" kimi rədd etdilər və Qərb prinsiplərinə...