text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bizimlə birgə addımlayan dahi. Dünyanın ən böyük şəxsiyyətlərinin xarakterini açmaq üçün bəzən ən xırda detal, ən adi jestdən istifadə edilir. Bu mənada xalqımızın ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin həyatı saya-hesaba gəlməyən parlaq detallarla, ştrixlərlə doludur. Ulu öndərin doğum günü ərəfə...
ANL
Doktorantura təhsili haqqında mülahizələr. Azərbaycan Respublikasında doktorantura təhsili "Təhsil sahəsində" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında...
ANL
Bu zaman yaşın özü ilə gətirdiyi ağır yük üstümdən düşür, xəyallara qapılıb mən də gəncləşirəm, uşaqlaşıram... Ən çox da nağıla dönən tələbəlik illərim yadıma düşür... qəribsəyirəm o günlərçün... O əlçatmaz illərdə yaşayan şirin xatirələr, heç vaxt unudulmayan doğma simalar içində görkəmli dilçi alim, filologiya ...
ANL
Nizami Gəncəvinin. mənəviyyat dünyasına bir nəzər. MÜTƏFƏKKİR ŞAİRİN BƏDİİ-FƏLSƏFİ DÜŞÜNCƏ SİSTEMİNƏ DAİR QEYDLƏR. Nizaminin düşüncəsi irfan bilgi sisteminə bağlıdır. Bu bilgi sisteminin ən önəmli anlayışlarından biri xəlvətdir. Şair "Sirlər xəzinəsi" dastanında "xəlvət" anlayışının mənası ilə bağlı beş bölmə yaz...
ANL
Nizami Gəncəvinin. mənəviyyat dünyasına bir nəzər. MÜTƏFƏKKİR ŞAİRİN BƏDİİ-FƏLSƏFİ DÜŞÜNCƏ SİSTEMİNƏ DAİR QEYDLƏR. Nizami "Sirlər xəzinəsi" dastanında irfan düşüncə sisteminin ən önəmli anlayışlarından biri olan "qənaət"in mənasını açıqlayır. İrfan əhlinə görə "qənaət" anlayışı bu mənalarla yüklüdür: - qənaət riz...
ANL
Nizami Gəncəvinin mənəviyyat dünyasına bir nəzər. MÜTƏFƏKKİR ŞAİRİN BƏDİİ-FƏLSƏFİ DÜŞÜNCƏ SİSTEMİNƏ DAİR QEYDLƏR. Nizami dastanlarını yazarkən çox çalışır, mövzu ilə bağlı bütün qaynaqları toplayır, bilgiləri sistemləşdirir, təhlil edir, nəticə çıxarır, yerli-yerində işlədir, onlara bədii don biçir. O üfüqləri ...
ANL
Elm və mədəniyyət ocağında keçən. mənalı ömrün səhifələri. Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının 60 illik yubileyinə. Azərbaycanın elmi ictimaiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası alim və mütəxəssisləri, ölkəmizin ədəbiyyatşünaslıq sahəsinin çoxsaylı tədqiqatçıları və mədəniyyət sahəsinin mütəxəs...
ANL
İşığa çıxmasını gözləyən. həqiqətlərin sorağında. ŞAİRƏ QONÇABƏYİM KƏNGƏRLİ HAQQINDA BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ. XVIII-XIX yüzilliklərdə ədəbiyyat tarixində də mühüm hadisələr baş verib. Naxçıvan xanlığının müstəqil fəaliyyət göstərdiyi illərdə Kəngərli xanları xanlığın hərtərəfli inkişafında söz sənətin...
ANL
-Mətbuat və mədəni-maarif. 1920-ci illərdə ərəb əlifbasından latın əlifbasına keçid hərəkatının geniş vüsət aldığı bir vaxtda Tiflisdə yaşayan Azərbaycan ziyalıları da bu prosesdə yaxından iştirak edirdilər. Həmin sahədə ən mühüm istiqamətlərdən biri məhz yeni əlifba ilə mətbuat orqanlarının nəşri, əhali arasınd...
ANL
DÜNYANIN XOŞBƏXTİ. Dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarovanın. Nyu-Yorkdakı çıxışlarının video yazısına baxarkən. Zümzümə edirdi nəğmələrini, Heyrətə salmışdı nənəm hamını. Müğənni olmuşdu sanki özü də, Çünki dinləmişdi Zeynəb xanımı! Bax, belə sevərlər yurdu, torpağı, Oddan oda düşmüş Azərbaycanı! Onun...
ANL
İmperiyalar və onların. süquta sürüklənməsi. Qorçakov lord Derbiyə cavabında bildirdi ki, ruslar Süveyş kanalını nə bağlamaq, nə mühafizəyə götürmək, nə də hansısa bir yolla kanala təhlükə törətmək fikrində deyildir, kanalın ümumdünya ticarəti üçün mühüm əhəmiyyət daşıyan qurğu olduğunu tanıyır. İstanbul (məktub...
ANL
“Azərbaycan” qəzetində parlament. hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Şirməmməd HÜSEYNOV. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, e...
ANL
Professor Nizami Cəfərova açıq məktub. “Azərbaycan”da “Keçən günlərin tərcümeyi-halı”nı oxudum. Mübarək olsun! Gözəl bir əsər yazmısan. Bizim yaşıd olduğumuzu, ancaq təqvimhesabı fərqimizi bilməzdim! Oğuzlardan çox yazmışdınız, mən də oxumuşdum. Burada onların saz havasını da eşitdim. Birinci dəfəydi ki, bədii əsəri ...
ANL
Özümə dəfələrlə ünvanladığım bu sualı onu düşünərək “ Hələ tezdir. İllər isə axar sular kimi sürətlə ötür keçir. Daim hərəkətdədir, dayanmadan qaynayır. Yəqin inadkarlıqda, israrlılıqda, prinsipiallıqda, qəfil və gözlənilməz qərar qəbul etməkdə heç kim onunla bəhsə girmək istəməz: Yazıçı Əlisa Nicatın təbirincə d...
ANL
Vaqif Səmədoğlunun “Sandıq şeirləri”. Oxunuram, oxunmuram, kimi bəyənir məni. başqasının zəhləsi gedir. hər sözümdən, fikrimdən. Bilmirəm, bilmək də istəmirəm. kim cırıb atacaq, kim əzbərləyəcək məni... Doğrusu, Vaqif Səmədoğlunun “Sandıq şeirləri” adı ilə çap olunan kitabını əlimə alanda heç bir tərəddüd keçirmədim...
ANL
Azərbaycan təsviri sənətinin. Azərbaycan təsviri sənətinin inkişafında onun xüsusi xidmətləri var. O, həm rəngkarlıq və həm də qrafika sahəsində yaratmış olduğu çoxsaylı sənət əsərləri və bədii yaradıcılıq fəaliyyəti ilə öz adını Azərbaycan təsviri incəsənət tarixinə əbədi həkk edib. Azərbaycan təsviri sənətinin...
ANL
Və yazıçının özü də bu romanı vaxtaşırı şərh etmiş, ən müxtəlif xarakterli suallara cavab vermiş, məsələlərə mümkün qədər aydınlıq gətirməyə həmişə ehtiyac duymuşdur. Əlbəttə ki, bu romanda toxunduğunuz hadisələrin demək olar ki, böyük hissəsi cəmiyyətin gözü qarşısında baş verib. İnanırdınızmı ki, yazdıqların...
ANL
Duyğu və düşüncə yazıçısı. Fikirlərini çox yığcam, səlis ifadə edərək oxucunu öz cazibəsində saxlamağı bacaran Təranə Vahidin yaradıcılığı ilk gündən öz orijinal ifadə tərzi, fərqli duyğu və düşüncələriylə diqqəti cəlb etdi. Onun “Cənnətdən yuxarı” kitabını oxuduqca bu yazılara valeh olmaya bilmirsən. Laçında dü...
ANL
Televiziyamızın canlı əfsanəsi... Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli teleaparıcı və diktor, professor Rafiq Hüseynlinin 70 yaşı tamam olur. Rafiq Hüseynli... Onu ilk dəfə ilk “mavi ekran”ımızda - Azərbaycan televiziyasında görmüşük: yaraşıqlı və ciddi görkəmi, mehriban çöhrəsi, xoş təbəssümü, aydı...
ANL
parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Azərbaycan Məclisi-Məbusanında 8-ci iclas. Qanun layihələrinin müzakirəsindən sonra növbətdə parlaman baş katibinə iki müavin seçmək məsələsidir. Katib müavinləri. Sədr təklif ediyor baş katibə müavinlər seçilsin. “Müsavat” nüma...
ANL
İmperiyalar və onların. süquta sürüklənməsi. Persiya 1914-cü ilə kimi avropalıların düşüncəsində nizami orduya malik deyildi. Yalnız bir neçə yüz nəfərdən ibarət olan mühafizə dəstəsi var idi. Müharibə zamanı kənd icmaları könüllülər dəstəsi verməli idi. Köçəri tayfalar isə 200 minlik süvari dəstəsi verməli idil...
ANL
Afaq Məsudun dramaturgiyaya (və teatra) gəlişi görkəmli yazıçı kimi xeyli məşhurlaşdığı dövrə düşür. Vaxtilə “teatrlarımızın repertuarında boşluqdu, Afaq xanım niyə teatrlarla işləmək istəmir” sualını belə cavablandırmışdı: “Səhnə qanunları ilə mənim yazı üslubum arasında uyuşmazlıqlar var. Hadisələr, anekdotlar,...
ANL
Təzə qonşu. Köhnə bağ qonşumuzla mehriban yola gedirdik. Başqa millətdən olan bu qonşunun ötən illər ərzində bir dəfə də olsun yüksək tonda danışdığını eşitməmişdim. Aramızda heç vaxt söz-söhbət olmazdı. Xeyirdə, şərdə də əlimizdən tutardı. Yaxşı adam olduğuna görə ondan uzaqlaşmaq istəmirdik. Gedib deyə də bilm...
ANL
Boşanmış qadın. Evdən yığışıb gedir. Otağı tərk eyləyir. Güzgü önündə qadın. Gözü yerə dikilib. Həyat iki nəfərə. Mənə səndən keçib. Sənə aid olanlar. Mənim arxivimdədi. Ürəyimin içində. Neçə nömrəli yara. Sən indi təbaşirin. Lövhədə yeri kimi. Vacibsən, zərurisən. Mənim şeirlərimdə. Vərəqlərin yerinə, Qələmlərin yerin...
ANL
Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri. "Molla Nəsrəddin" jurnalı uşaqlara təlim vermək əvəzinə onlara qarşı ağır cəza tədbirləri həyata keçirən müəllimləri sərt tənqid edərək yazır: "... rəhmətlik Dursunəli həmişə şagirdlərnən çubuq, falaqqa ilə danışardı. Şagirdlərin ayaqlarını falaqqaya qoyub o q...
ANL
Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri. Əvvəldə qeyd etdiyimiz bu çox mühüm problemlər "Əlifba" felyetonunda öz əksini tapmışdı. Buna sözümüz yoxdur... Bəli, bu dörd yaşında oğlumuz, gərək on ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfununda da ki duanın bərək...
ANL
Şeirin içindəki adamla dialoq. - Yadıma gəlir, bu şeir “Ulduz” jurnalında Əli Kərimin ölümündən sonra dərc edilmişdi, deyəsən, bununla bərabər başqa bir kiçik şeiri də vardı. Kiçicik bir dərdim vardı, Dünya da gözümdə qəmxanəydi, Bir az bundan ağır gələn. Dedim bunun yanında nəydi, Bundan sonra hər dərdim olanda. Bunla...
ANL
Bir poemanın təəssüratı: milli qayğılar Barat Vüsal qələmində. Dəyərli şair, Əməkdar incəsənət xadimi Barat Vüsalın 65 illiyi münasibəti ilə seçilmiş əsərlərinin ikicildliyi çap olunub. AYB-nin Qazax zona filialının sədri olan Barat Vüsalın bu ikicildliyinin ikinci cildində üç poeması yer alıb. Onlardan ən irihəcml...
ANL
TÜRKSOY sədri Düsen Kaseinov: “Biz hərtərəfli təbliğata üstünlük veririk”. TÜRKSOY sədri Düsen Kaseinovla söhbətimiz bu il Türk Dünyası Mədəniyyət paytaxtı seçilmiş Şəkidə baş tutdu. Artıq ənənəyə çevrilmiş Şəki İpək yolu Beynəlxalq musiqi festivalının açılış mərasimindən sonra TÜRKSOY-un son illər gördüyü işlər...
ANL
TÜRKSOY-un Gənclik Kamera. Xorunun Avropa uğurları - TÜRKSOY-un Gənclik Kamera Xoru Almaniyanın Bayroyt şəhərində təşkil olunan 66-cı Bayroyt Gənc Sənətçilər Musiqi Festivalının 1 avqustda baş tutan açılışında çıxış edib. Bu festivala qatılan Gənclik Xoru Almaniyanın müxtəlif şəhərlərində 10 konsertlik bir turne gerç...
ANL
Çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Xalq şairi Qabil İmamverdiyev (Qabil) 90 il bundan əvvəl avqustun 12-də Bakı şəhərində dünyaya göz açıb. O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin ...
ANL
Bir şəhidin məhəbbət dastanı. Cənnəti xatırladan dağ yoxuşları ilə yol gedib Şabranın Zeyvə kəndinə yetişdim. Elə bildim ki, öz kəndimizdəyəm, Zaratxeybəri kəndində. Bu ilin aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhid Babək Vəfadar oğlu Abidovgilin evinin taxta darvazasından həyətə girdim. Bu birmərtəbəli ev ...
ANL
Mollanəsrəddinçi publisistikada elm və təhsil problemləri. Cəlil Məmmədquluzadə "Müəllimlər" felyetonunda müxtəsər bir girişlə payız fəslinin gəlməsini və dərslərin başlanmasını nəzərə çatdırır. Yazıçı çox böyük uzaqgörənliklə əsl mətləbə keçməzdən əvvəl belə bir məlumat verir: "Hər kəs yüz ildən sonra Qafqaz müsəlman...
ANL
elm və təhsil problemləri. XX əsrin əvvəllərində Azərbaycanda mollaxanalarla, mədrəsələrlə yanaşı, yeni tipli üsuli-cədid deyilən Avropa sistemli məktəblər açılmışdı. Təhsil sahəsində baş verən bu yeniləşmə əsasında mollaxana və mədrəsələrdə islahatlar başlanmışdı. Dövrün elmi mənzərəsinə nəzər saldıqda görürük ki, ar...
ANL
Altmış-yetmişinci illərin gənc şairləri sırasında adı tez-tez hallanan, iki ünlü şairimizdən - Rəsul Rzadan və Əli Kərimdən xeyir-dua alan Camal səksəninci-doxsanıncı illərdə artıq müasir poeziyamızın seçilən nümayəndələrindən biri idi. Hər dəfə kiçik şeir kitabları nəşr edilsə, tənqidçilər ondan xəsisliklə bəhs ...
ANL
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNDƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR. Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin, xüsusən də paytaxtımız Bakının tarixində ən unudulmaz və şərəfli səhifələrdən biri kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan vuruşma...
ANL
Səbəb. Görüşməyə səbəb üçün. Niyə dərinə gedirsən?! Səni düşünmək. Mən səni sevdimsə, əl çəkməyəcəm. Bir sevən gördünmü heç yanılmaya, Bir ürək gördünmü qapısı olsun, Kimsə gəlib döyə, açan olmaya?! Ağlına da gəlməz hansı ürəkdə. Axşamı salmısan, gecələmisən, Bir tanrı bəndəsin gic eləmisən. Sevginin ən bədbəxt girinc...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xali...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. Vuruşan imperatorlardan ən qocası Avstriya-Macarıstan imperatoru, bundan əvvəl isə 1967-ci ilə qədər Avstriya imperatoru olmuş I Frants-İosif idi. O, I Dünya müharibəsinə girmək barədə dekreti imzalamaqla, dörd il sonra, əlbəttə, əgər iki il əvvəl ölməsəydi, imperiyanı...
ANL
Muhsin Kadıoğlunun “Küresel düşün, ulusal davran” əsərində türkçülük məsələləri. Müasir dünyamızda türkçülük ideyalarının yeni istiqamətdə inkişafında mühüm rol oynayan araşdırmaçı və yazıçılardan biri də Muhsin Kadıoğludur. Muhsin Kadıoğlu İstanbul Texnik Universitetinin doktoru, bir çox kitab, elmi məqalə və bə...
ANL
Xasiyyət xoşbəxti. Biz bəzən xəyalların qanadında arzularımızın axtarışına çıxanda bir də görürük ki, çox uzaqlara getmişik, lap uzaqlara. Bəlli məkan və zaman içində, lap eləcə, kosmik təhtəlşüurda biz fərqinə varmasaq da, özümüzü axtarırıq. Hər bir mənəvi-əxlaqi, hissi-emosional, əqli-intellektual eksperimentl...
ANL
Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altınd...
ANL
Deyəcəksiniz ki, bu rəqəm manipulyasiyalarının mətləbə nə dəxli var? Mətləb birinin ad günüdür və deməli, rəqəmlərsiz ötüşmək olmaz. Məncə, rəqəmlər olmasa, hərflər dul qadın kimi görünər. Vaxtilə televiziyada işləyəndə birisi haqqında oçerk yazmaq lazım gəldimi, Moskvanın “Mavi işıq” verilişindəki kimi, ilk abzaslarda...
ANL
Bu xasiyyətimin başqalarına qətiyyən dəxli yoxdur. Hətta bu əlamətdar tarixləri insanların bir-birinə hörmət və ehtiramını ifadə etməsi üçün bir bəhanə, bir fürsət hesab edirəm... Biri uzun illərdir “ikinci ev”imə çevrilən AzTV-nin yubileyidir. O biri elə ilk dəfə AzTV-də görüb tanıdığım, televiziyamızın yaşıdı,...
ANL
Mətn dərhal göstərir ki, bu, nasirlə dramaturqun birgə əsəridir... “Fəhlələrin köməyi ilə platformaya qalxıb üst- başının tozunu çırpır. Fəhlələr çıxırlar. Perronun əks tərəfindən səhnəyə nimdaş əyin- başı, tük basmış sifətiylə evsiz- eşiksiz küçə əyyaşını xatırladan Xasay Muradov daxil olur. O, Gültəkini sezmədə...
ANL
Lələtəpədən görünən ellər. Bu günlük evdə görüləsi işi qalmamışdı. Otaqları səliqə-sahmana salmış, tənha vaxtlarının həmsöhbətlərinə çevrilən kitablara, albomlara, onu illərin dərinliklərinə hər an aparmağa qadir eksponatlara nəvazişlə əl gəzdirmiş, nəhayət oğlunun sevimli yeməklərindən birini hazırlamışdı. Qalı...
ANL
Hər kəsin qəlbində, xəyallarında bir utopiyası var. Amma o inam, xoşbəxtliyin uzaqda olmasına, gec-tez ona yetişəcəyinə ümid hamıda var. Bax onda azad olacaqsan, səhvlərini təkrar etməyəcəksən, düz yaşayacaqsan, unudacaqsan ağrılarını... Ən əsası xoşbəxt olacaqsan. Mütləq! Axı xoşbəxtlər ölkəsində ayrı cür mümkün də d...
ANL
Amerikaya yaradıcılıq səfərimin unudulmaz təəssüratları. Son dəfə Amerika qitəsində 1990-cı ildə Meksikanın paytaxtı Mexikoda keçirilən möhtəşəm festivalda ölkəmizi instrumental musiqiçi kimi təmsil edəndə olmuşdum. Xatırladım ki, hələ gənc yaşlarımdan etibarən dünyanın bir sıra ölkələrində (İsveç, Almaniya, Misir, ...
ANL
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR. Qafqaz İslam Ordusu iki qrupa bölünərək düşmənə qarşı mübarizə aparırdı: Cənub qrupu və Şimal qrupu. Cənub qrupu ordu birləşmələri 4 avqustda Bakı cəbhəsinə çata bilmişdi. Puta stansiyasına...
ANL
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR. Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin, xüsusən də paytaxtımız Bakının tarixində ən unudulmaz və şərəfli səhifələrdən biri kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan vuruşmaların...
ANL
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR. Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin, xüsusən də paytaxtımız Bakının tarixində ən unudulmaz və şərəfli səhifələrdən biri kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan vuruşmal...
ANL
Uca amallara, nəcib niyyətlərə həsr olunmuş ömür. 1954-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakultəsinin ingilis dili üzrə müəllim ixtisasına yiyələnərək doğma rayonuna gənc mütəxəssis kimi təyinat alıb. Rayon təhsil şöbəsinin məsləhəti ilə gənc kadr kimi rayonun Yuxarı Seyidəhmədli kənd o...
ANL
Həsrətindən tutuşar. Sönmüş çıraq kimiydi. Seçəmmirdi insanı. Gör necə yalqızlamışam. Bayram nəşəsindən qaçaqmı yoxsa? Elə bu tonqalın göz yaşlarıymış- Buluddan töküldü bu bayram günü. Hərdənbir sərçələr olur. Məhəmməd TURAN.
ANL
Düşdünmü taleyin sərt qışına sən? Dözdünmü qarına, yağışına sən? Yoxdu bu dünyada adam mən adda, Çəkməyin adımı çəkilən adda! İnsandı, büdrədib yıxan insanı, İnsandı, sonuna çıxan insanın! Göydə buludları bir hədəf sanıb, Tuş olub gedəsən bu yer üzündən! Gəlib yaşadığım Yer yaxşıdısa, Niyə ərşə çıxır su yer üzündən? Q...
ANL
Londonun Viktoriya və Albert Muzeyində Azərbaycan əsərləri. London şəhərində yerləşən Victoria and Albert Museum - Viktoriya və Albert Muzeyi dünyanın ən böyük və zəngin muzeylərindən biri hesab olunur. İstər həcmi, istərsə muzey mədəniyyəti, təqdim olunan eksponatları haqqında verdiyi dolğun məlumatlara görə də muze...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xali...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. Rusiya çarı I Nikolayın 1917-ci ildə taxt-tacdan əl çəkməyə məcbur edilməsi əsrlərlə davam edən imperiyanın sonu demək idi. Təbiətcə utancaq və fikrini asanlıqla dəyişən olan Nikolay erkən yaşlarında Rusiyada avtoritar hökmdar rolunu oynamağa girişdi. Onun irticaçı müna...
ANL
O, ölkəmizdə minlərin, yüz minlərin tanıdığı bir şəxsdir. Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Qadınlar Şurası təqribən 300 min nəfər qadını öz ətrafında birləşdirir. Rektoru olduğu Bakı Slavyan Universitetinin yüzlərlə elmi titullu pedaqoji kollektivi, minlərlə tələbəsi var. Qarşına çıxan yaxşı insan Tanrını...
ANL
Səsimdən yapış... Uzun zamandı bir-birimizdən xəbərimiz yox idi. Ali məktəbdə bir yerdə oxumuşduq. İki-üç ay əvvəl küçədə onu qəfildən görəndə xeyli dəyişmişdi. Sabah yox, o biri gün əməliyyata gedəcəyəm. “Yastığın yüngül olsun” deyib üzümə qəmli ifadə verdim. Bir yas məclisində təsadüfən üzbəüz oturduq. Darıxan ad...
ANL
Uzun və mənalı ömrün unudulmaz anları. Maraqlı həyat yaşayan insanların özləri dəə maraqlı olurlar. Bəlkə də insan ömrünü uzadan da, elə həyatının maraqlı olmasıdır. Həyatı maraqlı keçən insanlardan biri də şair xalq şairi Fikrət Qocadır. Kitablarında rəngarəng mövzular- vətən məhəbbəti, insan, zaman və təbiət haq...
ANL
Mən həmişə özgüvən duyğumun yetərincə olmamasından əziyyət çəkmişəm. Bu variant isə ancaq və ancaq peşmanlıq gətirir və böyük hərflərlə hər addımda qarşıma “KAŞ” yazır. Etdiklərinin, dediklərinin, hətta, gülüşünün və kədərinin də arxa fonunda bir əminlik vardır. Mənə bugün üçün “yanlışlarımla da qürur duyuram, ...
ANL
Ekran sənəti ictimai mənafenin müdafiəsində. Böyük ekrandan fәrqli olaraq, televiziya ekranı yuxarıda sadalanan. funksiyaların daha çevik, operativ vә effektiv şәkildә, özü dә bütün. tamaşaçı kütlәsinә birbaşa çatdırmaqla sosial sifarişi zәruri istiqamәtdә. yerinә yetirmiş olur. tәsis edilәn “Bakı Film” Kinostudiya...
ANL
Dramın birinci şəklində Abbasilər sülaləsinin sultanı İbrahimlə saray əyanları Bağdadda peyda olmuş Həllac Mənsur adlı bir şəxsin “dinə zidd” təbliğatlarını, hərəkətlərini müzakirə edib nəticə etibarilə qərara gəlirlər ki, o həbs olunsun. Ancaq belə bir qərarın doğruluğuna müəyyən şübhələr var. Çünki Həllac Mənsurun il...
ANL
Kövrək duyğuların tərənnümçüsü. Radio dalğalarının yaydığı mahnılardan biri belə adlanır: “Mənə dəniz verin”. Həzinliklə bərabər xoş ovqat bəxş edən şərqinin sözləri, sonradan bilmişəm ki, tanınmış şair Sabir Abdininmiş. Bir zaman Mərdəkandakı sanatoriyada daimi ünsiyyətimizin təməlini qoymuşuq. O vaxt həmkarımın çapa ...
ANL
Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü qeyd olunub. Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi t...
ANL
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul AZƏRTAC-a bildirib ki, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır. Qeyd edək ki, “Ailə günü” adlı tədbirdə “Hemofiliya və ta...
ANL
Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəm. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı. Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə. Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilə...
ANL
İşıqlı əməllər sahibi Mehriban Əliyeva. Bu dünyada insana yaşamağı haqq edən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. Tanrının taleyinə bəxş etdiyi bu yükü (missiyanı) qisməti kimi qəbul edən insan da ömrünə bəxş olunmuş ...
ANL
Mən həmişə özgüvən duyğumun yetərincə olmamasından əziyyət çəkmişəm. Elə bilmişəm ki, nə etsəm, nə danışsam, mütləq alternativ variantı vardır. Bu variant isə ancaq və ancaq peşmanlıq gətirir və böyük hərflərlə hər addımda qarşıma “KAŞ” yazır. Etdiklərinin, dediklərinin, hətta, gülüşünün və kədərinin də arxa fonunda b...
ANL
Böyükkişi Mirzəzadə: böyük vətəndaş və şair. QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI. Ədəbiyyatımızın ötən əsrdə yazıb-yaratmış elə nümayəndələri vardır ki, onların ədəbi fəaliyyətindən və yaradıcılığından bəhs edərkən, istər-istəməz, bütün vətənimizin keçdiyi tarix...
ANL
"Ağcabədidə belə tədbirlər artıq ənənə halını alıb". Yay mövsümündə əyalətdə əhaliyə asudə vaxtın səmərəli təşkili sahəsində işlər Ağcabədi rayonunda da davam edir. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun sözlərinə görə, bölgə əhalisinin asudə vaxtının və istirahətinin mənalı təşkili ...
ANL
Böyükkişi Mirzəzadə: böyük vətəndaş və şair. QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI. Milli və poetik tariximizin bilicisi, əsl varisi kimi çıxış edən Böyükkişi Mirzəzadənin şeirlərində böyük vətəndaş və sənətkar şəxsiyyəti üzvi surətdə birləşmişdir. Keçmişlərin unudulm...
ANL
"Samidə məktub" məramına yetibmi? "AZƏRBAYCANIN MILLI QƏHRƏMANLARI" SILSILƏSINDƏN ÇƏKİLMİŞ YENİ FİLM HAQQINDA QEYDLƏR. 2016-cı ilin aprel ayında Qarabağ bölgəsində aparılan döyüşlər Azərbaycan tarixinə Dördgünlük Müharibə adı ilə daxil oldu. Həmin döyüşlərdə ordumuz böyük şücaət göstərərək Taliş kəndi ətrafındakı yüksə...
ANL
Alim ömrünün mənzərəsi. Azərbaycan ədəbiyyatşünaslığında, eləcə də digər humanitar sahələrdə olduğu kimi, kitabşünaslıq sahəsində də XX əsrin ikinci yarısı xüsusi mərhələ təşkil edir. Azərbaycanda bu kimi istiqamətlər üzrə ilk aspirantlar, ilk dissertasiyalar, ilk milli dərsliklər, ilk dərs vəsaitləri və ilk biblioqraf...
ANL
Abdulla Şaiq irsinə biblioqrafik abidə. Bugünlərdə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının növbəti layihəsi - şəxsi elmi-köməkçi biblioqrafiya mənbəyi olan "Abdulla Şaiq" biblioqrafiyası geniş ictimaiyyətə təqdim edildi. "Uşaq ədəbiyyatı xəzinəsindən" seriyası ilə nəşr edilmiş bu mühüm biblioqrafiya sa...
ANL
Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı keçirilir. Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı işə başlayıb. AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtir...
ANL
Əflatun Amaşov Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantıda iştirak edib. Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyənin İstanbul şəhərində Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantıda iştirak edib. Tədbirə Türkiy...
ANL
Elm və təhsil tariximiz: Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu. 1932-ci ildə yaradılmış bu qurum Azərbaycanda Humanitar Sahədə ilk Elmi-Tədqiqat İnstitutu sayıla bilər. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun (Az.DETİ. 1929-1932) Ədəbiyyat və dil bölməsi şöbə statusunda olsa da, professor Vəli Xuluflunun rə...
ANL
Mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri. MÜHACİRƏT ƏDƏBİYYATININ ARAŞDIRILMASI PROBLEMLƏRİ. “Azərbaycan mühacirət ədəbiyyatı” simpoziumunun 25 illiyinə. Azərbaycan mühacirət ədəbiyyatının yaşı beş yüz ili aşsa da araşdırılmasının yaşı o qədər də çox deyil; Sovet dövründə ara-sıra mühacirət ədəbiyyat...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Osmanlı imperiyasının öz iqtisadiyyatını və infrastrukturasını inkişaf etdirmək cəhdləri Avropa dövlətləri tərəfindən müəyyən qısqanclıqla qarşılanırdı. Elə təsəvvur yaranırdı ki, Türkiyənin hansısa böyük proyekti həyata keçirməyə səlahiyyəti yoxdur. 1891-ci ildə Türkiyə...
ANL
Yazıçılıq, alimlik və xanımlıqda Əzizə Cəfərzadə nümunəsi. Sənətkar var ki, yaşamaq onun üçün təkcə yaradıcılıq sevinci deyil, həm də yanğıdır, ehtirasdır. Bu yanğı, bu ehtiras ömrünün son günlərinə qədər onu tərk etmir. Məşhur Amerika yazıçısı İrvinq Stounun dahi Van Qoqa həsr etdiyi “Yaşamaq yanğısı” povestini xatırl...
ANL
Etiraf məktubu. Hörmətli Rəşad müəllim, bu yazını Sizə ünvanlamaqda məqsədim özümə yaraşdırmadığım bir hadisədən söz açmaqdır. İctimai Televiziyanın 6 dekabr 2016-cı il tarixli “Yadigarlar” verilişi sevimli şairimiz Tofiq Bayrama həsr olunmuşdu. Verilişə şairin bacısı Svetlana Bayramova və mən də dəvət olunmuşdum. Şair...
ANL
Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik. Yarım gülsün könlüncə; o həmişə xoşbəxt olsun ömrümcə. Sevdamla, sevdiyimlə mənə hər mövsüm yaz. Gözlərimdə bir dünya var mənim. Yarımdan ...
ANL
Elçin Hüseynbəylinin gənc ədiblərlə görüşü. “Mənim əsərlərimi oxusanız, tarix imtahanından rahatlıqla keçə bilərsiniz”. Yazıçı Elçin Hüseynbəyli öz yaradıcılığı haqqında danışarkən bu fikri özünəməxsus bir əminliklə söyləyir. Səbəb isə onun təkcə tarixi romanlar müəllifi olmasında deyil. Ancaq bir məsələ də var ki, inf...
ANL
Mərkəzi Elmi Kitabxanada xüsusi statuslu müəlliflərlə görüş. Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) dekabr ayı ərzində kitabxanaya daxil olan yeni ədəbiyyatların təqdimatı keçirilib. Tədbiri açan kitabxananın direktoru Leyla İmanova MEK-in ümumi kitab bazası və strukturu barədə məlumat verib. Direktor bildirib k...
ANL
Dekabrın 21-i müasir Azərbaycan poeziyasının və rəssamlıq sənətinin istedadlı, tanınmış nümayəndəsi mərhum Adil Mirseyidin doğum günü idi. Gələn il isə unudulmaz sənətkarın 65 illiyi tamam olacaq. Bu vəsiləylə Adil Mirseyidin şeirlərindən nümunələri oxucularımıza təqdim edir, şairin xatirəsinə bir daha dərin ehtiramımı...
ANL
Səhnə sehrinin cazibəsi. Birinci məqalə. YAXUD ELÇİN VƏ TEATR MÖVZUSUNDA DÜŞÜNCƏLƏRİMİN BƏYANI. Son əlli-əlli beş ildə meydana çıxmış ədəbiyyatşünas alimlər arasında elmi təfəkkürü, dərin analitik gücü, araşdırdığı obyektə fəlsəfi yanaşma tərzi, formalaşmış estetik təhlil konsepsiyası olan filologiya elmləri doktoru, p...
ANL
Dekabrın 28-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaranmasının 85 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınıb. Tədbirdə mədəniyyət və turizm na...
ANL
Oman ədəbiyyatının Azərbaycanda ilk geniş təqdimatı. “Dünya ədəbiyyatı” dərgisininyeniişıq üzü görən, bütövlükdə Oman ədəbiyyatınahəsrolunansayı AzərbaycanRespublikası Mədəniyyətvə TurizmNazirliyinindəstəyi, OmanSultanlığı MədəniyyətKlubuilə AYBBədiiTərcümə və Ədəbi ƏlaqələrMərkəzinin əməkdaşlığı nəticəsində ərsəyə gəl...
ANL
Səyyad Aranın hekayələr kitabı çıxdı. Tanınmış yazıçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın “Sazaq” adlı hekayələr kitabı işıq üzü görüb. Kitabın redaktoru Elçin İsgəndərzadə, texniki redaktoru Şükufə Əhmədli, cildin rəssamı isə Əlisəmid Kürdür. Kitab “37-ci il qurbanlarına və ...
ANL
Xalq yazıçısı Anar Milli Ensiklopediyanın kollektivi ilə görüşdü. Dekabrın 28-də Xalq yazıçısı Anarın Azərbaycan Milli Ensiklopediyasının kollektivi ilə görüşü keçirilib. Görüşdən öncə yazıçı Ensiklopediyanın tarixini, keçdiyi yolu əks etdirən muzeyi ziyarət edib. Muzeydə Milli Ensiklopediyanın tarixini əks etdirən eks...
ANL
Yeni il gecəsində adda-budda fikirlər. "Səhər-səhər" rubrikasında. Xalq yazıçısı Anar oxucularının görüşünə yeni bir layihə ilə gəlir. Qəzetimizin hər şənbə sayında yazıçı “Səhər-səhər” rubrikasında fikirlərini oxucularıyla bölüşəcək. Astronomik, çcoğrafi anlamda Günəş Şərqdə doğur, Qərbdə batır - bu da məlum. Amma nəd...
ANL
Vicdan susmayanda... GÖRKƏMLİ AZƏRBAYCAN YAZIÇISI VİDADİ BABANLININ 90 İLLİYİNƏ. Bu adam artıq sağlığında Azərbaycan və rus ədəbiyyatının klassiki olmuşdur. Vidadi Babanlını, hətta, bəlkə Rusiyada respublikamızdan daha çox tanıyır və oxuyurlar. Hər halda, İnterneti açıb bu adı yazmaq kifayət edir ki, əvvəlki tək Rusiya...
ANL
"Multikulturalizm" jurnalının üçüncü nömrəsi işıq üzü gördü. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalının üçüncü nömrəsi işıq üzü görüb. Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əiyevin V Bakı Be...
ANL
Müasir Azərbaycan poeziyasında məxsusi yaradıcılıq manerası, poetik təfəkkürünün zənginliyi, bədii düşüncələrinin təravəti ilə seçilən istedadlı şairlərdən biri Şəmsi Vəfadardır. Zəngin söz aləmi, bədii predmetə yanaşma özəlliyi, düşüncə genişliyi, cəmiyyətə münasibəti, duyğularının təbiiliyi onun poetik özünəməxsusluğ...
ANL
Nə vaxtsa savadsızın birindən mənə xeyir gələcəyini desəydilər, vallah heç inanmazdım. Qələmə almağa yenicə qol qoyduğum bu iş başıma gələndən sonra inanmaqdan başqa çarəm qalmadı. Redaksiyaya işə düzələndən az müddət sonra heç əməlli-başlı tanış olmağa macal tapmadığım İslam adlı fotoqrafla ezamiyyətə gedəsi oldum. İs...
ANL
Bişkekdə Rəşid Behbudov və Müslüm Maqomayev yad edilib. Dekabrın 17-də Bişkek şəhərində Abdılas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrında Rəşid Behbudovun 100 illik yubileyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş "Göy əbədiyyət" adlı qala-konsert keçirilib. Tədbirin əvvəlində teatrın ...
ANL
Min sirrin var bilinməyən, Dil-dodaqla deyilməyən, Alnımızda görünməyən. Yaş var qarğadan da çox, Yaratdın Körpəsindən qarıcıq, Pozuna şükür, ilahi! Şeytanın mələk dondakı, Cənnət cəhənnəm sondakı, Yaşılca yarpağındakı. Cücərtmişəm qəm toxumu, Kədər udub qorxumu, Nə qəmli yozdun yuxumu, Yozuna şükür, İlahi! Qərənfillər...
ANL
Elmi-ədəbi düşüncənin imkanları və uğurları. On doqquzuncu əsrin sonları, iyirminci əsrin ilk onilliklərində Azərbaycan ədəbiyyatı, mətbuatı və mədəniyyətində özünəməxsus mövqeyi olan görkəmli ədib Eynəli bəy Sultanov çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə xalqımızın ədəbi-mədəni tərəqqisinə layiqli xidmət göstərib. "Eyn...
ANL