text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitabları". Dünən Tərtər rayon Gənclər Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Tərtər rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin Azərbaycan Mil...
ANL
Qarabağ münaqişəsi Litva radiosunda. Aprelin əvvəllərində Qarabağda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələr Litva kütləvi məlumat vasitələrinin də əsas təhlil mövzularından biri olaraq qalır. Litva İctimai Radiosunun populyar "Aktual problemlər studiyası"nın xəttilə Ermənistan - Azərbayca...
ANL
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siy...
ANL
Qələbə sevinci yaşadan döyüşlərin qəhrəmanı - Dilsuz Qarayev - Vətəni qibləgah edən şəhidlər -VI yazı. Bu ilin ilk aprel gecələri neçə ailəyə kədər, qəm-qüssə və qürur gətirdi. Dünyanın hər yerində yaşayan azərbaycanlılar, azərbaycansevərlər diplomatik nümayəndəliklərimizin qarşısına gəlib, Can Azərbaycanın müqəddəs dö...
ANL
Unudulmaz alimin əziz xatirəsinə. Ancaq bu yubiley onsuz qeyd edilir. Şəmistan müəllim ailəsinin, kolleqalarının, tələbələrinin, onu tanıyan insanların xatirəsində həmişə böyük ziyalı, alim, xeyirxah, prinsipial, Vətənə və torpağa bağlı bir insan kimi qalacaq. Azərbaycan Memarlıq və İnşaat İnstitutunun hidrotexniki mel...
ANL
Sona xanım Çərkəzin mərhum ömür yoldaşı, folklorşünas alim Çərkəz Quliyevin doğum gününə. Onun "Çərkəzli, Çərkəzsiz günlərim" adlı ilk kitabı sədaqətli və qayğıkeş ömür-gün yoldaşı, BDU-nun ədəbiyyat müəllimi, folklorşünas alim, dəyərli insan Çərkəz Quliyevin avtomobil qəzası nəticəsində qəfil ölümünün sevimli Sonasınd...
ANL
Əliağa Şıxlinskinin "Mənim xatirələrim" kitabı Moskvada nəşr edilib. Məşhur sərkərdə, əfsanəvi general Əliağa Şıxlinskinin "Xatirələrim" kitabı Moskvada çapdan çıxıb. Rusiya İmperator Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin sərkərdəsi, böyük hərbi xadimi, artilleriya generalı Əliağa Şıxlinskinin təqdimata ehtiyacı...
ANL
"Sərbəst geyim tərzi", yoxsa milli-mənəvi dəyərlərə etinasızlıq?! Böyük yazıçımız Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında belə bir şəkil vermişdi. Yarıçılpaq bir qadın və onun yanında donunun ətəkləri, qolları yırtıq-yamaq bir qızcığaz. Böyük satirikin "yetimsən" ifadəsi kinayə ilə verilib, qadının yetimliyin...
ANL
Məni məndən alıb gedən. Başqalaşır tam həyatım. Muğam eşqi var ruhumda, Dinlədikcə demə, bəsdir. Necə də sevirəm ürəkdən səni, Dalğalan, bayrağım, hər an dalğalan! Dalğalan, tarixə yaz qələbəni, Dalğalan, bayrağım, hər an dalğalan! Dalğalan göylərlə durub tamam tən, Başımız üstündən getsin duman, çən. Dalğalan, səninlə...
ANL
Öndərdən qalıb miras Azərbaycan ordusu, Alır düşməndən qisas Azərbaycan ordusu, Mərddir döyüşdə-darda, yox kimsədən qorxusu, Vətəni qorumaqdır ən müqəddəs arzusu. Keçmişin sədasıdır, qalıb qulağında səs: Vətən heç vaxt bölünməz, ana torpaq müqəddəs. Tariximiz yaşadır mərdləri nəfəs-nəfəs, Şanlı ordu çox yaşa, xalqımızd...
ANL
Muğam sənətimizdə parlaq imza. Xalqımızın milli-mənəvi dəyərləri sırasında onun musiqi sənətinin, bu musiqi sənətində isə ayrıca olaraq muğam dünyasının xüsusi çəkisi var. Təsadüfi deyil ki, milli-mədəni həyatımızın təbliğində bir sıra möhtəşəm layihələr həyata keçirmiş Heydər Əliyev Fondunun fəaliyyət proqramında muğa...
ANL
Təbrizin maddi mədəniyyətinə dair dəyərli tədqiqat əsəri. Bu gün etnoqrafiya elminin daha da inkişaf etdirilməsi alimlər qarşısında duran ümdə vəzifədir. Elmin inkişafını təmin edəcək maraqlı tədqiqat əsərlərinin yaranması bununla bağlı ümidləri daha da artırır. Azərbaycan etnoqrafiya elmində belə sanballı əsərlərdən b...
ANL
Dünyada məşhur turizm istiqamətlərindən olan Şarm əl -Şeyxi hər kəs görməyi arzu edir. Bu da səbəbsiz deyil. Səhrada yaradılmış bu möcüzəli cənnətdə nə istəsəniz var: Qırmızı dənizin sahillərində yüksək səviyyəli hotellər, müxtəlif əyləncə və ticarət mərkəzləri, diskotekalar, səhra və dəniz turları, dünya mətbəxi. Bir ...
ANL
Sahibə Qafarova: "İndiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq vacibdir". AŞPA-nın yaz sessiyasında Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin üzvü və qadınlara qarşı zorakılıqla mübarizə üzrə Assambleyanın baş məruzəçisi Sahibə Qafarovanın “Avropada antisemitizmə qarşı mübarizə üzrə yenilənmiş öhdəlik...
ANL
"Multikulturalizm və azərbaycançılıq" mövzusu müzakirə olundu. Azərbaycan Prezidentinin 2016-cı il 11 mart tarixli sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturazlizm ili" elan edilməsinə dair tədbirlər planına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq M...
ANL
Ali Neft Məktəbində tələbələrin IV elmi-texniki konfransı keçirilir. BANM-dən verilən məlumata görə, konfransda BANM-in rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli və SOCAR-ın, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələ...
ANL
"Naxçıvan" Universitetində "Azərbaycan mətbəxi" mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi” haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sər...
ANL
Yazıçılar Birliyində hərbi vətənpərvərlik mövzulu daha bir tədbir. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Birliyin Hərbi Vətənpərvərlik Komissiyasının və Mətbuat Xidmətinin təşkilatçılığı ilə hərbi vətənpərvərlik mövsuzunda tədbir keçirilib. Tədbiri AYB katibi Rəşad Məcid açaraq bu ayın ilk g...
ANL
Ağdam - əcdadlarımızın qədim və müqəddəs yaşayış məkanı kimi. BÖLGƏNİN ADININ MƏNŞƏYİ VƏ BƏDXAHLARIMIZ TƏRƏFİNDƏN SAXTALAŞDIRMAYA MƏRUZ QALAN TARİXİ HAQQINDA QEYDLƏR. Rus imperiyası və Sovet rejimi dövründə üzdə olan bir sıra mənbələrə nəzər salarkən, Ağdamın - əcdadlarımızın bu qədimdən qədim məskəninin "rəsmi tarixi"...
ANL
Aprelin 21-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanaraq nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, təqdim...
ANL
Görkəmli aktyorumuz Məmməd Səfanın "Dolu" filmində böyük bir ustalıqla yaratdığı Komandir obrazı ilə bağlı mənə hələ də suallar ünvanlayırlar ki, siz Komandir deyəndə həyatda kimi nəzərdə tutmusunuz? Mənim son romanlarımda və povestlərimdə rəsmi adlar yoxdur. Bütün adlar rəmziləşdirilib. Bu da mənim yazı üslubumdu. Mən...
ANL
Hərdən dəyib dodağına şərbəri, Ciblərimə həsrət qalıb sərvəti. Pıçıldayır qulağına xəlvəti, Canım-gözüm, ömür elə budur, bu. Baxdım gözlərində yaşı görmədi m, Yolumun üstəki daşı görmədim. Əlində tutduğu çiçək deyilmiş, Köksünə daş qoyub, ürək deyilmiş. Ona məhəbbətim gərək deyilmiş, Ömrümü çən kimi bürüdü dünya. Minlə...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Bu, çinlilərin imperiyası ilə Avropa arasında Marko Polonun iki yüz il əvvəlki səyahətindən sonra baş tutan birbaşa əlaqə idi. Həmin vaxt çinlilər buna elə bir əhəmiyyət vermədilər. Çin öz qüdrətinin zirvəsində idi və Yer üzündəki ən parlaq s...
ANL
Bu yaxınlarda 8 Mart münasibətilə bir qadın Feysbukda maraqlı bir status yazmışdı: “Sevgilim, mən bu gün səndən heç bir hədiyyə gözləmirəm. Əslində elə dəyərlər var ki, onu doğrudan da bir günə sığışdırmaq olmur. Təxminən iki ay əvvəl məşhur jurnalist Şakir Yaqubovun növbəti ad günü yaxınlaşanda bu qeydləri yazmaq qəra...
ANL
1989-cu ilin soyuq fevralının son günü Bakıda “Köhnə dəyirman” deyilən yerin yaxınlığında “qul bazarı” adlanan ərazidə yolun qırağında yanları deşik-deşik, əzik-üzük, qulpsuz vedrədən qalxan alovda üzü küçəyə sarı azca əyilərək əllərini isidib ovuşduran saçı-saqqalı ağarmış altmış səkkiz yaşlı kişi Qərbi Azərbaycandan ...
ANL
VƏ YAXUD ÖLMƏZ SƏNƏTKARLA BAĞLI UNUDULMAZ BİR XATİRƏNİN İŞIĞINDA... Qara Qarayev intibah dövrünün sənətkarlarına bənzəyir. O, sənətdə yeniliyi, qeyri-adiliyi sevirdi, həm də klassikaya bağlı idi. Mükəmməl musiqi təhsili almışdı. Üzeyir bəy Hacıbəyov və Dmitri Şostakoviç kimi azman bəstəkarlar onun sənət müəllimi olmuşd...
ANL
Qəhrəmanlar karvanına qoşulan cəsur kəşfiyyatçı. İnsan doğulmağından ölümünə kimi yol gəlir. Heç fərqinə varmısınızmı?! Ana bətnindən ayrılan uşaq, o rahatlığından ayrıldığına görə ağlayır. İnsan yaranışından bu günə kimi o qanunları poza bilmir. Kimin nə qədər yaşayacağını isə biz deyil, Tanrı müəyyən edir! Onun müəyy...
ANL
Afaq Məsud dünyası. Yalnız Azərbaycan yox, ümumən dünya miqyasında özünü təsdiq etmiş böyük bir yazıçı!.. Bakıda, məşhur bir ziyalı ailəsində dünyaya gəlib. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yaradıcılığa çox gənc yaşlarından başlayıb. Və demək olar ki, hər bir yeni əsəri ...
ANL
“Baş” romanında süjet sistemləri: tarixi fon və bədii uydurmalar, personajlar və xarakterlər. Süjet bədii forma kateqoriyasından biri kimi. “Baş” romanında süjet (əsər də zaman və məkan müstəvisində gedən hadisələrin inkişafı, məzmunu və sairə) əhəmiyyətli mövqedə dayanır. Qeyd edək ki, ədəbiyyatşünaslıqda “süjet” term...
ANL
Nigar Rəfibəylinin şeirləri ingilis dilində. Müasir Azərbaycan ədəbiyyatının ən görkəmli qadın nümayəndələrindən biri, Xalq şairi Nigar Rəfibəylinin şeirləri ingilis dilində nəşr olunacaq. Bu barədə AZƏRTAC-a kitabın tərcüməçisi, tərtibçisi və “Ön söz”ün müəllifi, tanınmış yazıçı Kamran Nəzirli məlumat verib. Tərcüməçi...
ANL
Qəmbər Hüseynli yad edildi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Turizm İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm ...
ANL
“Azərbaycan” jurnalının aprel sayı. Bu günlərdə “Azərbaycan” jurnalının aprel sayı işıq üzü görüb. “Nəsr” rubrikasında Xalq yazıçısı Anarın “Parisdə höcət” kinopovesti, Məmməd Orucun “Qara güzgü” romanından parça və Əlövsət Bəşirlinin “Tərif” hekayəsi verilib. “Poeziya”da Gülnarə Cəmaləddin, Qədiməli Əhməd, Nazir Rüstə...
ANL
“Azərbaycan xalçaları”nın yeni sayı. “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının yeni - XVII nömrəsi işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, oxucular jurnalın bu nömrəsində də Azərbaycanın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika ilə, maraqlı materiallarla, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətb...
ANL
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli uşaq incəsənət məktəbində Dimitri Şostakoviçin 110 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığı, məşhur əsərləri haqqında geniş məlumat verib. Bildirilib ki, D.Şostakoviçin yaradı...
ANL
V Beynəlxalq festival-müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bakı Musiqi Akademiyasının akt zalında İslam dünyası ölkələri gənc klassik musiqi ifaçılarının (20 yaşadək) V Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Təhsil, Elm və Mədəniyyət üzrə İsl...
ANL
Qan Turalı öz mətninin içində yoxdur... Qan Turalının mətni kələ-kötür yoldan şüşə kimi hamar yola keçdi. Artıq bu mətnin aurasına düşdünsə, sənin diqqətinə yad olan hər hansı məqam səni o yoldan kənara dartmır. Bu hal Şərifdə, Mirmehdidə, Mübarizdə, Kəramətdə də hiss edilir, bu yazarlar artıq söz stixiyasının içinə gi...
ANL
Allah vermişdi Allahverdini - Allahverdi Bağırovun 70 yaşına. Nədənsə mənə qəribə gəlmir onu 70 yaşında təsəvvür eləmək. Onu elə cavanlığından ağsaqqal tanıdıq hamımız, yəqin ondandı. Ağsaqqal saçı-saqqalı ağarana demirlər. Ağsaqqal - hər zaman, hər şəraitdə, hər kəslə ədalətli davranan adama el-obanın verdiyi tituldu....
ANL
Həyatda elə insanlar olur ki, dünyadan köçdükdən sonra belə əbədi olaraq qəlblərdə yaşayır, yaddaşlarda ölümsüzləşirlər. Bəzən bu cür insanlar çoxlarının idealına çevrilərək öz həyat təcrübələri ilə onların yolunu işıqlandırır. Adelaida xanım məhz belə insanlardan idi. Artıq Ada xanımın ölümündən bir il ötür. Onun haqq...
ANL
Ədalətlilik şüuru dəyişən güclü amildir. (Ədalət fəaliyyətin yeganə meyarıdır. Onun olmadığı cəmiyyət və ümumiyyətlə bütün bəşəriyyət məhvə məhkumdur. Təəssüflər olsun ki, ədaləti bərpa etmək uğrunda uzun illərdir aparılan mübarizə nəticəsində hələ tutarlı uğur əldə olunmayıb. Qələbəyə gedən yolun ədalətdən keçdiyi hər...
ANL
Amma bu apreli heç zaman heç bir azərbaycanlı unutmayacaq... Ruhun qələbəsi... Aprelin ilk dörd günü Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr, Milli Ordumuzun işğalçı Ermənistanı vahiməyə salan aprel zəfər döyüşü hər birimizi kövrəltdi, ağlatdı, qürurlandırdı! Yumruğumuzu düyünlədi! Hər bir...
ANL
Azərbaycan sivilizasiyaları birgəyaşayışa dəvət edir. BMT SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMU VASİTƏSİLƏ BÜTÜN DÜNYA MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ İLƏ TANIŞ OLACAQ. Məlum olduğu kimi, aprelin 25-27-də Bakıda “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar A...
ANL
Arzuladığı ucalığa qovuşan əsgər - Ömər Cəbrayılov. Vətəni qibləgah edən şəhidlər -VIII yazı. Hər döydüyüm qapının arxasında bir övlad acısı, bir sönmüş tale, bir qırılmış ömrün laylaları, xatirələri və ən əsası da bu dərdi çəkməyi bacaran və çəkə bilməyən valideynlər, bacılar, qardaşlar, gəlinlər və uşaqlar var. Və hə...
ANL
Tarixi janrın həqiqətləri. Ötən ədəbi il tarixi roman janrında vur-tut iki əsərin yaranması ilə əlamətdar olmuşdur. Bu, heç də son on ildə tarixi janra müraciətdə müşahidə olunan "bum"un səngiməsinə dəlalət eləmir. Sadəcə xronoloji ilin obyektivinə düşən faktlar bundan ibarətdir. Bütövlükdə çağımızda tarixi mövzuya mar...
ANL
Azərbaycan Gənc Tamaşaçılar teatrında “...və susarsan” adlı kitabın təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə, nəşrin müəllifi gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü İntiqam Yaşardır. Kitabın məsləhətçisi şair, publisist...
ANL
Moskvadakı Azərbaycan İcması Evində ədəbi tədbir. Rusiya paytaxtındakı Azərbaycan İcması Evində Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə ədəbi-bədii gecə keçirilib. Tədbirə Moskvada yaşayıb-yaradan azərbaycanlı şairlər, ziyalılar, diaspor nümayəndələri qatılıblar. AYB Moskva bölməsinin katibi, Ümumrusiya Azə...
ANL
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən “Yeni tatar şeiri antologiyası” çap olunub. AZƏRTAC xəbər verir ki, kitab tatar xalqının görkəmli oğlu, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın anadan olmasının 130 illiyi münasibətilə işıq üz...
ANL
Sumqayıtda bədii qiraət müsabiqəsi keçirilib. MÜSABİQƏ XALQ ŞAİRİ FİKRƏT QOCANIN POEZİYASINA HƏSR OLUNUB. Sumqayıt şəhərindəki S.Vurğun adına mərkəzi kitabxanada Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Tədbir Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, AYB Sumqayıt b...
ANL
Dövlətçilik tariximizdə ulu öndər Heydər Əliyev irsinin müstəsna yeri və rolu. "İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin bütün sahələrində çox iş görməlidir. Dünya miqyasında bir müstəqil dövlət kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı həm bugünkü potensialınd...
ANL
Otuz il əvvəl Çernobıla baş tutmayan ezamiyyət. YAXUD YENİ BİR "ÇERNOBIL"IN QONŞULUĞUNDA YAŞAMAQ DƏRDİ... 1986-cı il aprelin sonunda növbəti iş günüm çalışdığım Dövlət İnformasiya Agentliyinin - indiki "AzərTAc"ın - ictimai-siyasi şöbəsinin müdiri Leonid Qoldşteynin iş otağına çağırışla başladı. O mənə Ukraynaya - adın...
ANL
İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində Gənclər Forumu işə başlayıb. wap.info.az istinadən xəbər verir ki, Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici ...
ANL
YARADICI ÖMRÜN PİLLƏLƏRİ. Qələm dostum Hüseynağa Qəniyevin 75 yaşı münasibətilə. "Hər kəs öz taleyinin dəmirçisidir". Qədim latın kəlamı. Aclığa dözən, dərd çəkən, qayğı çəkən, anasının göz yaşını silən, çörək qazanan kişilər. Üç yaşında, dörd yaşında, beş yaşında kişilər. Uşaq doğulmurdu o illərdə. Dostunu, düşmənini ...
ANL
Dövlətçilik tariximizdə ulu öndər Heydər Əliyev irsinin müstəsna yeri və rolu. "İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin bütün sahələrində çox iş görməlidir. Dünya miqyasında bir müstəqil dövlət kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı həm bugünkü potensialınd...
ANL
Ümummilli lider haqqında kitabın Afinada təqdimatı olub. Ötən həftə Yunanıstanın paytaxtı Afina şəhərində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun həmmüəllifi olduğu "Görkəmli adamların həyatı" (JZL) seriyasından "Heydər Əliyev" kitabının yunanca nəşrinin təntənəli təqdimatı keçirilib. Mərasimdə...
ANL
Azərbaycan üzərinə daha böyük missiya götürüb. BAKI FORUMU AZƏRBAYCANIN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN DÜNYADA TƏBLİĞ OLUNMASI İSTİQAMƏTİNDƏ HƏYATA KEÇİRDİYİ FƏALİYYƏTİN YALNIZ TƏRKİB HİSSƏSİDİR. Dünən tədbirin rəsmi açılış günündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğa...
ANL
Azərbaycan Milli Elmlər Ajkademiyasinin (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında görkəmli Qazax yazıçısı və ictimai xadim Oljas Süleymenovla elmi ictimaiyyətin görüşü olub. İnstitutdan 525.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə AMEA-nın Əsas binasının foyesində Azərbaycan xalqın...
ANL
Dövlətçilik tariximizdə ulu öndər Heydər Əliyev irsinin müstəsna yeri və rolu. "İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin bütün sahələrində çox iş görməlidir. Dünya miqyasında bir müstəqil dövlət kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı həm bugünkü potensialınd...
ANL
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirildi. Bakı Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənc alimlərin və tədqiqatçıların “Müasir Biologiyanın innovasiya problemləri” mövzusunda VI beynəlxalq elmi konfransı keçirilib. “Qafqazinfo” xəbər verir ki, rektor...
ANL
Əbülfəs Qarayev: “Bakı prosesi” artıq diplomatik termin kimi dünya səviyyəsində qəbul olunub”. APA-nın məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Sivilizasiya Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində “Bakı prosesi: Qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağır...
ANL
Mənəviyyat məbədinin sönməyən işığı. Bu günlər itkisinin ağrı-acısını yaşadığımız müdrik ziyalımız, görkəmli alim İmamverdi Əbilovun "Ömrün və elmin romantikası" kitabından söz açmaq üçün bir qədər geriyə baxmalıyıq. Siz bizim günlərdə, çox təəssüf ki, get-gedə azalan həqiqi və nadir ziyalılarımızdansınız. Ziyalı - ziy...
ANL
Estrada nömrəsinin struktur özəllikləri haqqında qeydlər. Çox zaman estrada artistlərinin çıxışlarını izləyənlər, onu müasirliyin təqdim etdiyi bir incəsənət növü kimi qəbul edirlər. Halbuki, estradanın kökləri çox-çox uzaq dövrlərə gedib çıxır... Qədim Misirin, Yunanıstanın, Romanın antik sənət nümunələrində də estrad...
ANL
Adı ünvanlara çevrilmiş insan. Əlvan Əliyevin adı, imzası respublikamızın elmi ictimaiyyətinə, geniş oxucu auditoriyasına yaxşı tanışdır. Qabaqcıl təhsil işçisi,bacarıqlı pedaqoq uzun illər ali məktəbdə tarix elminin tədris olunmasında, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Onu...
ANL
Bir dəli quyuya bir daş tullayır, Yüzlərlə ağıllı çıxara bilmir. Bəs niyə belədir dünyanın işi, Dünyamı günahkar, yoxsa Yaradan?! Dinlə sözlərimi, qulaq as, kişi, Səni çıxartmasın yolundan şeytan. Lərzəyə gətirən sözdü dünyanı, İsidən ocaqdı, közdü dünyanı, Ağrılar, acılar üzdü dünyanı, Elə bil dünyamız qəm bağçasıdır....
ANL
Bakı Avrasiya Universitetində ad çəkilmədən "müəllim" deyiləndə yalnız rektor Nazim Hüseynli düşünülür. Mənim yazım da bu MÜƏLLİM haqqındadır. Əlbəttə, yubilyarın ünvanına xoş sözlər söyləyərlər, ona görə mən də dostum haqqında yalnız xoş sözlər deyəcək və onun haqqında indiyədək ürəyimdə saxladığım düşüncələrimi oxucu...
ANL
Çinarlı bölgənin rəşadətli övladı - Teymur Qasımov. Vətəni qibləgah edən şəhidlər -IX yazı. Çinarları başbaşa verən, torpaqdan göylərə salam aparan Göyçay torpağı! Hələ dünyada brend edə bilmədiyimiz narından danışmıram. İndi düşünürəm ki, o narın, torpaqda lalələnən çiçəklərin rəngindədir şəhid qanları. Boy-boya vermi...
ANL
Əsir düşmüş Dədəlinin şəhid oğlu. Bəlkə elə bu da bir tale yazısı idi, işğalına dözə bilmədiyimə görə 20 ildən artıq bir müddətdə ayaq basmadığım Füzuliyə getməli oldum. Qarabağ uğrundakı döyüşlərdə misli görünməmiş igidlik göstərib qəhrəmancasına həlak olmuş, Azərbaycanın cəsur oğlu mayor Elnur Əliyevlə ilk dəfə, həm ...
ANL
Multikulturalizm ocağı Şəmkirdən kilsə ruhlu reportaj. Şəmkirdə oldum. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin maarifləndirmə missiyasına Şəmkir Heydər Əliyev Mərkəzi böyük dəstək verir. Bilik Fondu ilə Heydər Əliyev Mərkəzi arasında Niyyət protokolu imzala...
ANL
Azərbaycan Qlobal Foruma uğurla ev sahibliyi etdi. XARİCİ QONAQLAR BAKIDA KEÇİRİLƏN BMT SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMUNU YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR. Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başa çatsa da, terror, ekstremizm, dini və irqi ayrı seçkiliyin aradan qaldırılması, siviliza...
ANL
Vətənə və dövlətə sədaqətlə xidmət yolu. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkənin ayrı-ayrı dövlət və hökumət strukturlarında aparılan köklü islahatlar hüquq-mühafizə sistemindən də yan keçmədi. Azərbaycanda siyasi və kriminogen durumun ağır olduğu bir vaxtd...
ANL
"Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) təşəbbüsü ilə yaradılan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən Mövlanə Mübadilə Proqramına qatılmaq istəyən professor-müəllim və doktorantlar! Sənədlərin qəbul müddəti başa çatır. Sosial şəbəkələrdə aktivliyi ilə seçilən təkcə Bakı Dövlət Universitetinin Mətbuat və inf...
ANL
Məhtimqulunun Azərbaycan dilinə çevrilmiş "Divan"ı təqdim olundu. Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə klassik türkmən şairi Məhtimqulu Fəraqinin Azərbaycan dilinə tərcümə edilmiş “Divan”ının təqdimat mərasimi olub. AZƏRTA...
ANL
Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə mühazirə dinlənilib. Mühazirə tarixdə "Dunsterforce" adlanan hərbi bölməyə həsr olunub. İngiltərə-Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə Britaniya Parlamentində tarixdə "Dunsterforce" adı ilə tanınan, 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda v...
ANL
Adımı kim qoyubdu. ömrün bir nazı vardı, dünya nə qəşəyimiş. ömür solub gedən ağac imiymiş, qocalıq bələkdə çağa kimiymiş;. elə çox yürüdüm, axından qaldım, getmədim, uzaqdan-yaxından qaldım;. şirin arzuların çoxundan qaldım, hardasa, hardasa səhv eyləmişəm;. yolların başından dönüm, qayıdım, desinlər həmişə kef eyləmi...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Yeni torpaqlardan gələn mənfəət. İspaniyanın tənəzzülü. Bir çox avropalılar üçün xarici ölkələrə ekspansiya torpaq, var-dövlət əldə etmək və irəliləmək imkanı gətirdi. Bir ispan 1570-ci ildə yazırdı ki, “gənc adamların çoxu İspaniyanı tərk ed...
ANL
Pərvinin “Qadın olmaq” kitabı ilk növbədə üz qapağı ilə diqqəti cəlb edir. Burada müəllifin şəklindən əlavə, qadınsal, simvolik bir bilərzik təsvir olunub. Kitabların cildləri onların simalarıdır. Üz qabığı kitab haqda informasiya verməlidir, həm də əsərin məzmunuyla bir növ vəhdət, harmoniya təşkil etməlidir. Pərvinin...
ANL
Piyada fədası. İstanbula gəldiyimdən bəri şahmat həyatımın ayrılmaz bir parçasına çevrilib. Gecə yarısına qədər, saatlarla gözlərimi şahmat taxtasına zilləyərək bir tərəfdən rəqibimin hücumlarının qarşısını alır, bir tərəfdən isə onu məğlub etməyin yollarını axtarıram... Qaldığım yataqxanada Afrikanın, Asiyanın bir sır...
ANL
Dəli sevda şairi. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. İnanıram ki, yaxın gələcəkdə bir tənqidçi - ədəbiyyatşünas kimi öz sözünü deyəcək. Onun şeir yazdığını bilirdim, amma bircə misrasını belə oxumamışdım. Həm ...
ANL
Rüstəm Behrudi yaradıcılığında mifopoetik ənənə. Mif şübhələrlə dolu reallığın insan təxəyyülündə fantaziyalara bürünərək yenidən reallaşmasıdır. Bir növ inanılmazın təxəyyülün köməyi ilə inandırılmasıdır. İnsan təxəyyülünün məntiqini yaradıcı şəxsiyyət olmadan anlamaq mümkün deyil. Təxəyyülündə yeni bir dünya yaratmaq...
ANL
“Koroğlu” dərgisinin yeni sayı Sabir Rüstəmxanlıya həsr olunub. Türkiyədə işıq üzü görən “Koroğlu” dərgisinin may sayı Azərbaycanın usta ədiblərindən olan Xalq şairi Sabir Rüstəmxanlıya həsr edilib. Ön söz yerinə redaksiyadan oxuyuculara ünvananlanan müraciətdə bir qayda olaraq dərginin məramı diqqətə çatdırılır, mövzu...
ANL
Aysel Kərimin uğur formulu: hisslərinlə istəklərin üst-üstə düşürsə... GƏNC SƏNƏTÇİ DEYİR Kİ, ALDIĞIM MÜSBƏT RƏYLƏR MƏNİ HEÇ DƏ ARXAYINLAŞDIRMIR, ƏKSİNƏ, MƏSULİYYƏTİMİ DAHA DA ARTIRIR. Müsahibimiz - gənc musiqişünas, bəstəkar və yazar Aysel Kərim Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsidir. Azərbaycan Yazıçılar Bi...
ANL
“Baş” romanı haqqında düşündüklərim. “O, var idi və O, yox idi. Və bu varlıqla yoxluq arasında yaranan anlaşılmazlıq, məchulluq ONUN şəffaf və çəkisiz varlığına yad idi”... İnsanın ilk baxışda fəlsəfi bir söhbətin başlanğıcı olaraq gördüyü yuxarıdakı sətirlər bir romanın şərh hissəsindən alınıb. Bu izahat bir insan dil...
ANL
“Baş”da süjet sistemləri: tarixi fon və bədii uydurmalar, personajlar və xarakterlər. Tarixi fon və bədii uydurmalar realist və postrealist müstəvidə. “Baş” romanı mükəmməl bir bədii nümunə kimi Elçinin nəsr təfəkkürünün orijinal məhsulu olaraq ortada dayansa da, müəllif bu əsərin araya - ərsəyə gətirilməsində müxtəlif...
ANL
“Aşıq sənəti və qərb şairləri” Fransada müzakirə edilib. Fransanın Müluz şəhərinin Yuxarı Alzas Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransadakı səfirliyimizin dəstəyi ilə “Aşıq sənəti və qərb şairləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Universitetin nəzdində fəaliyyət göstərən Nizami G...
ANL
“Şəki Azərbaycan mədəniyyətinin bütün incəliklərini özündə cəmləşdirir”. Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən şəhərlərin arasında əhalinin sayı baxımından ən kiçiyidir. Bundan əvvəl həmin missiyanı Astana, Əskişəhər, Kazan və Marı kimi böyük şəhərlər yerinə yetirib. Şəki Azərbaycanın qədim tarixindən süzü...
ANL
Pedaqoji Universitetdə Qəşəm Nəcəfzadə ilə görüş. Azərbaycan Dövlət Pedaqoji Universitetində tanınmış şair Qəşəm Nəcəfzadə ilə tələbələrin görüşü keçirilib. Tədbiri Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov açıb: "Bu tədbir tələbələrin arzusu ilə keçirilir. Burda hamı sərbəstdir. Yaxşı sual və cavablar...
ANL
Bugünlərdə “Ulduz” jurnalının aprel sayı işıq üzü görüb. Jurnalın budəfəki eksperti Telli Pənahqızıdır. “Yaz yazısı” adlı ekspert rəyində T.Pənahqızı jurnaldakı müsbət dəyişikliyi vurğulayıb: “Ondan başlayım ki, jurnalın siması xeyli dəyişib, özü də sima deyəndə təkcə onun bədii tərtibatını nəzərdə tutmuram, imza müxtə...
ANL
“Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” kitabından 2-ci məqalə. Akademik Kamal Abdulla uzun illərdən bəri qələmə aldığı “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” adlı tədqiqat əsərini tamamlamışdır. Əsər qədim dastan poetikasının özəl, immanent xüsusiyyətlərini öyrənməklə yanaşı, onların yaranma səb...
ANL
Afaq Məsud dünyası. Azərbaycan ədəbiyyatının, ümumən ədəbi-ictimai fikrin tarixində yetmişinci illər altmışıncı illərdən başlayan demokratikləşmə hərəkatının ən məhsuldar dövrü idi. İsa Hüseynov (sonradan Muğanna), Yusif Səmədoğlu, Anar, Elçin başda olmaqla “yeni ədəbiyyat” artıq özünü təsdiq etmişdi. Və Afaq Məsud ədə...
ANL
“İvon Bottonun arzuladığı həyat” və ya tərsinə çevrilmiş dünya. MÜHARİBƏ, MƏHƏBBƏT VƏ ÜMİD HAQQINDA... “Bilmirəm, indi açdığınız bu kitab adi bir qadının qeyri-adi taleyindən bəhs edir, yoxsa qeyri-adi bir qadının adi taleyindən. Bugünlərdə “TEAS Press” nəşriyyat evində Fransada yaşayan həmyerlimiz yazıçı-jurnalist Şai...
ANL
Novruz Nəcəfoğludan yeni kitab. Tanınmış yazıçı Novruz Nəcəfoğlunun bugünlərdə yeni kitabı işıq üzü görüb. AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəstəyilə hazırlanan, eyni zamanda, “ATV-Yaddaş” silsiləsindən ilk nəşr olan bu kitabda müəllifin ilk romanı - “Nağıl adam” adlı bədii-bioqrafik əsəri yer alıb. N...
ANL
Aşağı büdcə, blokbastersayağı ekran... Dünya kinematoqrafiyası məzmunu, dramaturji strukturu, personajlarının protoqanistliyi və antoqonistliyi, stilistik həlli, plastikasına görə iki qismə ayrılır. Ötən əsrin 50-ci illərində meydana gələn kütləvi mədəniyyət sonralar mainstream olaraq adlandırılmağa başladı ki, bu da H...
ANL
Təyyarəçi. Dəfn mərasimi gözlənildiyindən uzun çəkdi. Ətrafda sakitlik olduğundan mollanın gur səsi qəbiristanlığa yayılırdı. Rəhmətə gedən Rza yaxın qohumum idi. O, neçə illər əvvəl həyat yoldaşını və iki uşağını burada qoyub pul qazanmaq üçün Rusiyaya getmişdi. Əvvəllər zəng vurur, gəlib-gedəndən ailəsinə azdan-çoxda...
ANL
Mayın 1-də Rəşid Behbudov adina Azərbaycan Dövlət Mahnı teatrında tanınmış rəqqas-xoreoqraf, Əməkdar Artist Tahir Eynullayevin benefisi - musiqi rəqs tamaşası təqdim ediləcək. AZƏRTAC xəbər verir ki, konsertin ssenari müəllifi Rusiyanın Sankt-Peterburq şəhərinin “LenFilm” kinostudiyasinin ssenaristi Marina Aleksandrina...
ANL
Diqqət: şərh verilmir! Tamaşanın başlanma işarəsi veriləndə foyedə divardan asılmış rəsmlərə baxırdım. Zala girəndə duruxdum, səhnə yox idi, səhnəni əvəz edən boş meydançada 3 süni gülüşlü adam hamıya baş əyir, qondarma təbəssümüylə gülürdü. Adamlardan biri də mənə baş əyib yalançı təbəssümünü üzümə yapışdırdı. Birtəhə...
ANL
Elçin Hüseynbəylinin Qarabağ mövzulu məşhur hekayəsi Litva mətbuatında. Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin Qarabağ müharibəsi mövzusunda yaratdığı məşhur əsərlərdən biri - "Boz eşşəyin məktubları" adlı hekayəsi Litva dilində işıq üzü görüb. Əsəri orijinaldan litvacaya tanınmış türkoloq alim və tərcüməçi,...
ANL
Tofiq Hacıyevin yubileyi Türkiyədə qeyd edilib. Ankarada “Yeni Türkiyə” Strateji Araşdırmalar Mərkəzində görkəmli alim, akademik Tofiq Hacıyevin anadan olmasının 80-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi. Türkiyə və Azərbaycanın nüfuzlu ziyalıları, tanınmış elm adamları iştirak etdiyi toplantıda Tofiq Hacıyevin h...
ANL
“Dördüncü möhür”ün təqdimatı olub. Mayın 2-də Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı-tərcüməçi Kamran Nəzirlinin “Mütərcim” nəşriyyatında çapdan çıxmış yeni kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, AYB-nin sədri, Xalq Yazıçısı Anar yazıçını ilk irihəcmli əsəri olan “Dördüncü möhür” romanının nəşri m...
ANL
Daşkənddəki festivalda Azərbaycan da təmsil olunub. Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq “Xalqların mədəniyyəti və adət-ənənələri” adlı festival keçirilib. "Report"un məlumatına görə, tədbirdə ölkəni Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəni...
ANL
Aşıq Hüseyn Saraclı üçün ucqar havası. Çünki gəncliyində "Kövrək" təxəllüsü ilə qoşmalar, gəraylılar yazıb. Aşıq Hüseyn Saraclının sonuncu şəyirdi də Kövrək Muraddır. Adaşı Dəllək Muradın bu məhzun və məsum möhürbəndini də ilk dəfə ondan eşitmişəm: Dəllək Murad, bu yollarda sürünnəm, İndi gedişimdi, nə vaxt görünnəm? ....
ANL