text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Atəşkəsi pozmaq Ermənistana baha başa gəldi. SİLAHLI QÜVVƏLƏRİMİZ DÜŞMƏN TƏXRİBATLARININ QARŞISINI QƏTİYYƏTLƏ ALARAQ ERMƏNİLƏRİ MÖVQELƏRİNDƏN GERİ ÇƏKİLMƏYƏ MƏCBUR EDİR. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb. Bunun ...
ANL
Mən və mənim Allahım. Onların arasında siyasətdən də, dindən də, hətta insan üçün ən mühüm hiss olan sevgidən də bəhs edən yazılar var. Həmin müddət ərzində qələmə aldıqlarım həm ölkədə, həm də onun hüdudlarından kənarda Azərbaycan, rus və ingilis dillərində çap olunan 16 kitabda toplanıb. Bütün bu məqamları qeyd etmək...
ANL
Böyük ədibin taleyindən keçən unudulmaz insan. MİRZƏ CƏLİL BİR MÜDDƏT HƏYAT YOLDAŞI OLMUŞ NAZLI XANIMI ÖMRÜ BOYU EHTİRAMLA YAD EDİB. Mirzə Cəlilin öz xalqına bağlılığını göstərən və onun "zəhmətkeş adamların hüquqlarını axıradək müdafiə etmək imkanlarından" istifadə edən (İ.Həbibbəyli), heç olmasa, "bir yetim uşağın gö...
ANL
Milli Orduya dəstək tədbiri keçirildi. Aprelin 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında cəbhədə qələbə qazanan Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbi...
ANL
Ələsgər Cabbarovun əziz xatirəsinə. "Xalq" qəzetinin keçmiş əməkdaşı Ələsğər Müzəffər oğlu Cabbarov ömrünün 83-cü ilində üzün sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Ə.Cabbarov ötən əsrin 50-ci illərində sabiq SSRİ-nin dünyada tanınan ali məktəblərindən sayılan Sənaye İnstitutunu neft mühəndis ixtisası üzrə bitirmiş...
ANL
"Qarabağ haqqında ən yaxşı roman Ali Baş Komandanın dəstəyi ilə yazılmağa başlanıb". Son günlər cəbhə xəttində əldə etdiyimiz uğurlar, vacib məntəqələrin ələ keçirilməsi cəmiyyətdə döyüş ruhunu qaldırıb. Azərbaycan cəmiyyətinin vaxtilə dünyaya görk olan milli birliyi uzun illərdən sonra bu günlərdə yenə də cövlan etmək...
ANL
Bilik Fondu “Azərbaycan multikulturalizminin qaynaqları” kitabı təqdim edildi. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xəzər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından akademik Kamal Abdullayevin elmi reda...
ANL
Xoreoqrafiya Akademiyasında “Qarabağa qayıdış” mövzusunda tədbir. Son günlər cəbhə xəttində baş verən hadisələri nəzərə alaraq, Bakı Xoreoqrafiya Akademiyasında rəhbərliyin müəllim-tələbə heyəti ilə "Qarabağa qayıdış" mövzusunda görüşü təşkil olunub. Akademiyadan verilən məlumata görə, əvvəlcə cəbhə xəttində düşmənlə d...
ANL
7 Aprel Ümumdünya Sağlamlıq Günüdür. 1948-ci ilin aprelin 7-si Birləşmiş Millətlər Təşkilatının (BMT) ən mühüm qurumlarından biri olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsinin qüvvəyə mindiyi gündür. Məqsəd, dünyanın bütün ölkələrinin dövlət və hökumət rəhbərlərinin, səhiyyə sisteminin, ictimaiyyətin, özəl s...
ANL
Gədəbəyin Şınıx zonasının tarixindən bəzi qeydlər. Aşağıda qeyd olunan əhvalatlar Hacılar kənd sakini, tarix müəllimi, uzun müddət Hacılar kənd orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərmiş Əli Nağı oğlunun (1922 - 2008) söylədikləridir. Əli müəllimlə hər dəfə görüşəndə Şınıxdakı kəndlərimizin tarixi barədə...
ANL
Özün boyda çırağın var, Əsrlərdən sorağın var. Əsirgəmir uğrunda can. Azad, vahid Azərbaycan! Azıxdır ilk ünvanımız, Qobustan- daş dastanımız;. Xudafərin körpüsündən. Yenə keçər karvanımız. İstiqlalın yolu çətin, Məskənisən bol sərvətin;. Tanrı bizi bağışlamaz- Qorunmasa təbiətin. Bakı daim şöhrətimiz, Xəzər mavi qüdrə...
ANL
Qarabağsız vətən yox. Yurdum qatil əlində. Şeytanlar əməlində! Çəmənində, çölündə. Əmr eyləsin sərkərdəm. Güllə açılan yerdə. Mənimkidir bu torpaq! Qarabağsız Vətən yox.
ANL
Ali baş komandanım, əmrinə müntəzirik! Yarası göz-göz olan vətən ağrı çəkirdi, Məkirli yağı düşmən qan toxumun əkirdi. Üçrəngli bayrağımı bağrım üstə sıxıram, Qarğa qonan zirvəyə qartal kimi çıxıram. Məğlublar tarixini tərsinə yazır yağı, Onlara bax, beləcə çəkirik biz göz dağı. İldırımtək gurlayır, yüksəlir cəngi səsi...
ANL
Anam Azərbaycanım. Bəsdi boş danışıqlar. İndi söz səninkidir, Əmr verdi yurdumuz! Vətənin şərəfinə. Ana gözlərin aydın. Hər oğlun qəhrəmandı. Yaxın-uzaq ölkələr. Düşmən lap quduzlaşır, Getdikcə həddin aşır, Az qala Qarabağdan. Hər silahdan güclüdür. Ordunun Vətən andı. Cənnətməkan Qarabağ. Hər odlar övladının, Canında ...
ANL
Mədəniyyət sahəsində Azərbaycan -Qətər əməkdaşlığı müzakirə edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətərin Doha şəhərinə ...
ANL
Milli Kitabxanada İran nümayəndə heyəti ilə görüş keçirilib. Dünən Milli Kitabxananın direktoru Kərim Tahirov, İran İslam Respublikasının Payam Noor Universitetinin prorektoru Atosa Vazirinin başçılığı ilə ölkəmizə gəlmiş nümayəndələrilə görüşüb. Kərim Tahirov kitabxana haqqında ətraflı məlumat verib, son illər burada ...
ANL
"Azərbaycan əsgərləri" mahnısının təqdimatı oldu. Bu gün vətənpərvərlik ruhunda yazılmış “Azərbaycan əsgərləri” mahnısına çəkilən klipin təqdimatı keçirilib. Tədbirdə əvvəlcə son günlərdə gedən döyüşlərdə şəhid olan hərbçilər yad edilib. Bəstəsi və ifası Səyyad Əlizadəyə məxsus olan musiqinin sözlərini tanınmış şair Va...
ANL
Əsgər marşı. Türkiyənin Qazıantep şəhərindəki Universitetdə müəllim işləyən İlqar İmamverdiyev 15 ildən artıqdır ki, Azərbaycandan uzaqdadır. Bugünlərdə Qarabağda gedən döyüşlərdən o da ilhamlanıb və bu təsirlə bir marş yazıb. Bu həm də onu göstərir ki, dünyanın harasında olsalar da, soydaşlarımız vətənimizlə nəfəs alı...
ANL
Böyük ədibin taleyindən keçən unudulmaz insan. MİRZƏ CƏLİL BİR MÜDDƏT HƏYAT YOLDAŞI OLMUŞ NAZLI XANIMI ÖMRÜ BOYU EHTİRAMLA YAD EDİB. "4 iyun Tiflis" məqaləsində müəllif müsəlman qızlarının "mamalıq məktəbxanasında təhsil etməməsi" və bu "mamasızlığın bərəkətindən" "neçə-neçə balaların vaxtsız ölməsi... cürbəcür və ölüm...
ANL
Azərbaycan ordusunun yüksək döyüş ruhu. Təxminən dörd gün kifayət etdi ki, "mənəm-mənəm deyən, ipə-sapa yatmayan" işğalçı erməni ordusu haqqında onun cinayətkar başbilənlərinin yaratmaq istədikləri mif alt-üst oldu. Yüksək səviyyədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, düşmən öz murdar burnunu (ifadəyə görə üzr...
ANL
Qələbəyə aparan yol. Son günlər dünya KİV-i diqqətini Dağlıq Qarabağda baş verən hadisələrə yönəldib. Ermənistan ordusunun təxribatları sayəsində münaqişə zonasında yenidən hərbi əməliyyatlar başlayıb. Milli.Az newtimes.az-a istinadən bildirir ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq, Ermənistan atəşkəsə əməl etmək...
ANL
Cavanşir Feyziyev: "Fransada Ermənistanın təxribatını qəti şəkildə pisləyirlər". Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən, o cümlədən, mülki əhali arasında insan tələfatına səbəb olan erməni təxribatı və Azərbaycan Milli Ordusunun düşmənə layiqli cavabı bütün dünya ictimaiyyətinin diqqətini yenidən "dondurulmuş...
ANL
İnam və ruh yüksəkliyi böyük qələbənin əsas təminatıdır. Düşmən sərhədində Azərbaycan ordusunun atdığı qətiyyətli addımlar müstəqillik illərində ölkəmizdə ordu quruculuğu və hərbi vətənpərvərlik istiqamətində dövlət səviyyəsində aparılmış ardıcıl və məqsədyönlü siyasətin mühüm nəticəsidir. Bu, xalqla dövlətin, ordu ilə...
ANL
Ramiz Mehdiyevin kitabı polyak dilində. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabı Polşada çap olunub. Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik tarixi, müstəqil ölkəmizin inkişafı və nailiyyətləri, ulu öndər Heydər ...
ANL
Dövlət müşaviri Kamal Abdullayevin məqaləsi Almaniya mətbuatında. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Ümummilli lider Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisidir” adlı məqaləsi Almaniyanın nüfuzlu Presse Anze...
ANL
"Azərbaycan – multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?". "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan...
ANL
Naxçıvan tarixinin öyrənilməsinə həsr olunan ömür. Naxçıvan Muxtar Respublikasının tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı və təbii sərvətlərinin öyrənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədqönlü tədbirlərin nəticəsində formalaşmış elmi məktəblərdən biri kimi Naxçıvan tarixşünaslığının özünəməx...
ANL
Həmyaşlarım bir-bir düşür, Soyuq məzarın içinə. Gəzdik, dolandıq cahanı, Qurban etdik şirin canı, Tərk edirik bu dünyanı, Bədxahların nə vecinə? Qəmdən, kədərdən boşalım. Son sətri yazıb qoşulum, Həmyaşlarımın köçünə. Dilindəki bal sözü. Dərdi qanana saxla. Səbri, dözüb gözləməyi, Torpağa dən əkənə ver. Dadlı-şirin məh...
ANL
Yıxıla-yıxıla böyümür, böyüdükcə yıxılır adam. ağlayanda güzgüyə baxsaq, özümüzü görərik. Axmaq vərdiş. Dünən bir qız gördüm küçədə. sənə çox bənzəyirdi. qədər qəmgin. Saçları Bakı nefti qədər buruq. saçlarına, üzünə, ayaqlarına, bəlkə sənə, bəlkə də sənə bənzəyənə. təzədən vuruldu. Köhnə “İnqilab” küçəsiylə irəliləyir...
ANL
Hacı Seyid Novruz İsmayılovun vəfatından bir il ötür. Aprelin 15-də Qarabağın nüfuzlu seyidlərindən, tanınmış ziyalı, Ağcabədi şəhər Cümə məscidi dini icmasının rəhbəri olmuş Hacı Seyid Novruz İsmayılovun vəfatından bir il keçir. Seyid Novruz İsmayılov 1950-ci ildə Ağcabədinin hörmətli ağsaqqallarından sayılan Seyid Ağ...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). İspaniya. Bu torpaqlara İspaniya, Niderland, İtaliyadakı ərazilər və Yeni Dünya daxil idi. Filipp elə bir hökumət quruluşunu miras kimi götürmüşdü ki, müxtəlif dövlətlərin və İmperiya ərazilərinin hər biri kralla fərdi əlaqədə idi. O, bütöv b...
ANL
Çağdaş ədəbiyyatımızın görkəmli simalarından sayılan, istedadlı yazıçı Hüseynbala Mirələmovun yaradıcılığına yaxından bələdəm. Yazıçının onlarca, diqqəti cəlb edən, həm müasir, həm də tarixi mövzularda yazdığı roman, povest, dram və hekayələri, eyni zamanda bioqrafik mövzulu əsərləri oxucuların qəlbinə hakim kəsilib. B...
ANL
“Molla Nəsrəddin” - milli kimliyimizin yaddaş kitabı. Azərbaycan mollanəsrəddinşünaslığı XX əsr Azərbaycan ədəbiyyatşünaslığının mühüm istiqamətlərindən birini təşkil edir. Təkcə milli mətbuatımızın deyil, ümumiyyətlə Şərq, türk-islam mətbuatının ən möhtəşəm dərgisi olan “Molla Nəsrəddin” yarandığı gündən - 1906-cı ild...
ANL
Abidələr yonacaqdı, özü abidəyə döndü... “Şamaxı yollardan başlayır...” - məşhur yazıçımız Əzizə xanım Cəfərzadənin əsərlərinin birinin ilk cümləsidir bu. Neçə yollar ayrıldı səndən, neçə müharibələrə, qovğalara, toylara, mərəkələrə şahid oldun Vətən torpağı... Tarixini hər zaman qanla yazdıq. Düz 25 ildir ki, mənfur n...
ANL
Sənətin zirvəsində: Xalq rəssamı Altay Hacıyev. Xalq rəssamı, yüksək səmimiyyətə və mənəvi keyfiyyətlərə malik ustad sənətkar Altay Hacıyevlə ünsiyyətimiz zamanı bir daha yəqin etdik ki, o, çağdaş rəssamlıq sənətimizin ağsaqqalı, təsviri sənət tariximizin isə sözün əsl mənasında “canlı ensiklopediyasıdır”. 1959-cu ildə...
ANL
Azərbaycan – multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?”. Dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri sayılan Azərbaycan minillikləri adlayaraq, zəngin və qədim dövlətçilik təməlinə söykənən multikulturalist cəmiyyəti formalaşdırıb. Məhz buna görə, Azərbayca...
ANL
Kamil insan, görkəmli alim. ARXAYA BAXMAĞA DƏYƏR, FİRUDİN MÜƏLLİM! Bu qaçhaqaç, qovhaqov, vurhavur, al və ver dünyasında hər kəs ona verilən ömür payını başa vurmaq üçün yeriyir-yüyürür, qaçır, yıxılır, qalxır. Təbii olaraq bir mənzildən sonra dönüb geriyə baxır. Kimi nəsə görür, kimi nəsə görməyə çalışır, kimi də nə q...
ANL
Məryəm Ələkbərlinin rəsmləri Dünya İncəsənət Sərgisində. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya İncəsənət Sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, 40-dək ölkəni təmsil edən sənət adamlarının əl işləri ilə birgə Azərbaycana aid guşə də ziyarətçilər üçün cəlbedici olub. Azərbaycan tədbirdə gənc rəssam Məryəm ...
ANL
Böyük şairin xatirəsinə ehtiram nümunəsi. “AZƏRBAYCAN” JURNALININ BAŞ REDAKTORU İNTİQAM QASIMZADƏYƏ AÇIQ MƏKTUB. Hörmətli İntiqam müəllim! İlk Xalq şairimiz Səməd Vurğunun 110 illiyi münasibəti ilə yeni forma tapıb görkəmli şairimiz Ramiz Rövşənə ünvanladığınız yeddi sualınıza şairin yeddi cavabını abunəçisi olduğum “A...
ANL
Marş irəli! Çox-çox illər öncə rəhmətlik atam Osmanlı türkcəsində yadında qalan şeirlərdən bəzən bədahətən söylərdi. Onlardan biri də beləydi: Düşmən çarığı qəbri - Süleymanamı baksın. Yunan xaçını minbəri - Əyyubamı taksın. Əzmində Məhəmməd sənə Allah sənə yoldaş. Atam deyərdi bu şeir müəllimimiz Hüseyin Cavidin dilin...
ANL
Ögeyliyi doğmalığa çevirən... UNUDULMAZ SƏNƏTKAR CEYHUN MİRZƏYEVİN NURLU XATİRƏSİNƏ. Deyirlər, zaman hər şeyi unutdurur insana. Dünyasını dəyişmiş əzizlərimiz belə, illər ötdükcə xatirələrimizdə yalnız sakit və uzaq xəyal kimi yaşayırlar. Amma hansısa gün yaşadığımız sevinc və ya kədər təkcə bizim deyil, həm də vaxtın ...
ANL
“Vətən sevgisi milləti ayaqda tutan başlıca gücdür”. ŞAHİN MUSAOĞLU: “DÖVLƏTİMİZİN, ORDUMUZUN, XALQIMIZIN BİRLİYİ TORPAQLARIMIZIN TEZLİKLƏ AZAD EDİLMƏSİNƏ YOL AÇACAQ”. Vətənpərvərlik mahnılarının müəllifi kimi tanıdığımız, ixtisasca həkim olan Şahin Musaoğlu Qarabağ savaşının qızğın vaxtlarında Müdafiə Nazirliyi ilə ci...
ANL
Azərbaycanın media əhlinin yaxşı tanıdığı jurnalist, “1news.az”ın əməkdaşı Alyona Salayevanın aprelin 5-də, Qarabağda qanlı savaşın getdiyi, qəhrəman əsgərlərimizin işğalçılara qarşı rəşadətlə döyüşdüyü və zəfərlə irəlilədiyi saatlarda yazdığı Feysbuk statusudur. Mən Alyonanın keçmiş iş yoldaşı və indiki sosial şəbəkə ...
ANL
“Şəhidimizin ən böyük arzusu Mübariz İbrahimov kimi igidlik göstərmək olub”. Son günlər Vətən torpaqları uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlər sırasında Zərdab rayonunun Böyük Dəkkə kəndindən də bir şəhidimiz var. Bu, cəbhənin Tərtər rayonu istiqamətində döyüşlərdə şəhid olan 1994-cü il təvəllüdlü hərbç...
ANL
Giləzinin ilk şəhidi - Ravil Novruzov. Vətəni qibləgah edən şəhidlər. Bugünlərdə Xızının Giləzi kəndində də bir igid balamızın şəhid olduğunu dedilər. Toy çadırı qurulmalı olan Ravil Elman oğlu Novruzovun yas çadırına gəldik. Həyətində musiqi səsləri çalınmalıykən, mərsiyələr, bayatılar oxunurdu. Üç qardaşın bir bacısı...
ANL
Təkcə dostları yox, bütün kənd ona "Kərimov" deyə müraciət edirdi. Sənətinə olan məhəbbəti və peşəkarlığı onu çox gənc yaşlarından bütün Qarabağda tanıtmışdı. Sənət dostları - Rəmiş, Qədir Rüstəmov, uşaqlıq dostu, yazıçı Aqil Abbas da ona həmişə "Kərimov" deyə müraciət edərdilər. Təkcə atası Müzəffər müəllim, anası Val...
ANL
Azərbaycanda Qabdulla Tukay şəxsiyyətinə həssas münasibət. GÖRKƏMLİ TATAR ƏDİBİNİN VƏFATI XƏBƏRİNİ İLK OLARAQ "MOLLA NƏSRƏDDİN" YAYIB. Qabdulla Tukayın həyatını şimşəyə bənzədiblər. Allah ona sanki bir göz qırpımında alışan və sönən ömür bəxş etmişdi. Öz cismani ağrılarını bütün tatar xalqının can ağrısı bilərək, bu bə...
ANL
Əsgər balama. Bir əlində bayrağım, Canında ruhum, qanım. Sağalt ey qəhrəmanım, Dərdimin çarasını. Şığıdın düşmən üstdə, Qoymadın göz açmağa, Tanrıdan qüvvət istə, Düşmən beli qırmağa. Qolunun qüvvətindən. Yağı lərzəyə gəlsin, Qoy vurduğun zərbələr. Çıxart qılıncı qından, Artıq dərd varmı bundan? Torpaq yağı əlində. Düş...
ANL
Haqq savaşı. Qurtulduqca düşməndən. Əsgər kimi dayanıb. Babamın şəhid ruhu. İndi nura boyanıb. Haqq uğrunda savaşır. Azərbaycan əsgəri! Mina RƏŞİD.
ANL
Ədəbiyyatşünaslığımıza böyük töhfə. PROFESSOR TEYMUR ƏHMƏDOVUN 5 CİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA. "Seçilmiş əsərləri"nin dərc edilməsi yaradıcı insan üçün həmişə ictimai hadisədir; tənqid və ədəbiyyatşünaslıq sahəsində uzun müddət ədəbi prosesin fəal nümayəndələrindən biri kimi yazıb yaradan filologiya üzrə elmlər...
ANL
Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında. Azərbaycan xalqı dünyanın ən qədim tarixə, mədəniyyətə, adət-ənənələrə, mənəvi və dini dəyərlərə malik xalqlarından biridir. Ölkə ərazisində məskunlaşan əhalinin həyatında tarixən müxtəlif inanclar, dini dəyərlər mühüm rol oynayıb. Bunu aparılan arxo...
ANL
Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir? "Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-d...
ANL
Ədəbiyyatşünaslığımıza böyük töhfə. PROFESSOR TEYMUR ƏHMƏDOVUN 5 CİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA. Professor Teymur Əhmədov N.Nərimanovun dramaturgiyasını təhlil edərkən bu əsərlərin milli dramaturgiyamızın yeni, orijinal keyfiyyətlərlə zənginləşdirdiyini üzə çıxarmaqla yanaşı, dramatik konflikt və bədii həllini şə...
ANL
"Dahinin tənhalığı: Fazil Hüsnü Dağlarca" təqdim olundu. PROFESSOR TOFİQ MƏLİKLİNİN BU ƏSƏRİ "AYB KİTAB" LAYİHƏSİ ÜZRƏ NƏŞR EDİLİB. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda professor Tofiq Məliklinin "AYB kitab" layihəsi çərçivəsində çap olunmuş "Dahinin tənhalığı: Fazil Hüsnü Dağlarca" kitabın...
ANL
"Millətin həyatı üçün təhlükə yoxdursa, müharibəyə başlamaq cinayətdir". Heç bir ağlı başında olan insan döyüş istəməz, istəyə bilməz. Döyüş yalnız insanları deyil, bütün təbiəti məhv edər. İnsanlar üzərində uzun illər davam edən böyük tramvalar yaradar. Amma bir insanın, bir cəmiyyətin varlığının təhlükəyə girməsi onu...
ANL
Səfir İtaliya televiziyasına Qarabağdakı hadisələrdən danışdı. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin əsas xəbər kanalı “RaiNews24” kanalının xəbərlər proqramına müsahibə verib. Verilişin aparıcısı Emma Farnenin sullarına cavab olaraq M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, təmas xə...
ANL
Hökumət sosial-iqtisadi islahatları genişləndirir. ƏSAS VƏZİFƏ HƏR BİR RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFIDIR. Xəbər verdiyimiz kimi, aprelin 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası k...
ANL
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Sosial İş İctimai Birliyinin (ASİİB) təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət məsələləri Bürosu tərəfindən maliyyələşdirilən Fulbrayt proqramı çərçivəsində "Sosial Xidmətlərin yaradılması" mövzusunda seminar təşkil olunub. Univer...
ANL
Şəhidlik zirvəsində şanlı bir ünvan - tankçı Elvin Qayıbov. Vətəni qibləgah edən şəhidlər -III yazı. Müharibə, bəzən də təbii fəlakətlər insan arzularını yarımçıq qoyur. Dünya yaranandan insanlar müharibələrdədir. Ayağımızı altında düşünən, bizi yaşadan, bizi ucaldan, son anda qoynuna alan o ana torpaq nə qədər qovğala...
ANL
Ömrünü müharibələrdə yaşayan şairə. Həyatında üç müharibənin ağrı-acısını, əzab-əziyyətini görmək qisməti oldu.1941-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya göz açdı. Uşaqlıq illəri o dərdli, keşməkeşli həsrətin sırsıra bağladığı günlərə dəng gəldi. Özü böyüdükcə həsrəti, ağrısı, nisgili də qəlbində böyüyüb ...
ANL
Fransanın şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilib. Bu günlərdə Fransanın Altkirş, Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanɪn Fransadakɪ səfirliyinin, Paris Azərbaycan Evinin və qeyd edilən şəhərlərin meriy...
ANL
Qulu Ağsəsin kitabı ingilis dilində. Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” ədəbi-bədii jurnalının baş redaktoru, şair Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çapdan çıxıb. “Mütərcim” nəşriyyatı tərəfindən "Contemporary Azerbaijani Poetry" (“Müasir Azərbaycan şeiri”) seriyası ilə buraxılan bu kitab “Dawn” (Dan yer...
ANL
Ədəbiyyatşünaslığımıza böyük töhfə. PROFESSOR TEYMUR ƏHMƏDOVUN 5 CİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA. Professor Teymur Əhmədovun yaradıcılığında publisistika başlıca yer tutur. O, ömrünün müxtəlif vaxtlarında mtbuatda işlədiyi kimi, həm də publisistika ilə məşğul olmuş, xalqın problemlərini ifadə etmək üçün məqalələr ...
ANL
Orta məktəb dərsliklərinin dil mənzərəsinə dair qeydlər. Azərbaycan prezidenti cənab İlham Əliyevin 23 may 2012-ci il tarixli sərəncamından sonra son illər dövlət dilinin tətbiqinə nəzarətin gücləndirilməsi ana dilimizin inkişaf sferasını daha da genişləndirir, bu istiqamətdə ciddi addımların atılmasını və mövcud nöqsa...
ANL
"Gözündən bal axan" Əsgərxan bulağının suyundan içə-içə, Savalan müəllimin ədəbiyyat haqqında "mühazirələrini" dinləyə-dinləyə, məşhur Azıx mağarasının yeddi-səkkiz kilometrliyində - doğma kəndi Yuxarı Yağlıvənddə - var-dövləti başından aşan, işlək, təpərli camaatı, camış ferması, inək ferması, ilxısı, arpa-buğda zəmil...
ANL
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi konfrans keçirilib. AMEA-nın Naxçıvan Bölməsində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətind...
ANL
“Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, ...
ANL
İşıqdan keçərək qaranlıqlara, özümü içimə sıxıb gedirəm. Kəpənəklər tikan üstə, Qərib quşlar yem axtarır. Fillərin üstə bülbüllər, Səs vermə yə dəm axtarır. Varlıq yoxluğa dirənir. Ayılar qan iyi çəkir, Qarğa-quzğun leşə gəlir. Canavarlar parçalayıb, Çeynəyir nə dişə gəlir. Aclıq toxluğa dirənir. Zəhər gəzdirib diş alt...
ANL
Kəndimizin ruhu. Qarabağ müharibəsi zamanı Laçında doğma kəndini tərk etməyən və orada qalıb sona qədər döyüşən Kamran bəyin xatirəsinə həsr edirəm. Dağlara səs düşmüşdü. Elə bil ağır-ağır qayalar yerindən qopub aşağı yuvarlanırdı. Göy üzünün buludları qaralmışdı. Bir himə bənddir sanki... Get-gedə yaxınlaşan atəş səsl...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Afrika ətrafında üzəndə portuqaliyalıların ilk məqsədi Ədviyyat adalarına dəniz yolunu tapmaq olsa da, onlar tezliklə Afrikanın özündən mənfəət götürmək imkanını da kəşf etdilər. Digər avropalılar da bu işi görməyə başladılar. Portuqaliyalıla...
ANL
- Bu il mart ayında XX əsr Azərbaycan poeziyasının ən görkəmli simalarından biri Səməd Vurğunun anadan olmasının 110 illiyidir. O, XX əsrin birinci yarısının,Sizsə - ikinci yarısının və artıq həm də XXI əsrin şairisiniz. 1930-cu illərin sonlarında çəkilmiş sənədli filmləri, kinoxronikaları yada salın. Bayramlarda, para...
ANL
Deyirlər ürək yanmasa, gözdən yaş çıxmaz. Buna mənim qətiyyən şübhəm yoxdur. Ağamalı Sadiq haqq dünyasına qovuşanda keçirtdiyim sarsıntını bu gün də unutmamışam. Onun cənazəsini 12 dekabr 1995-ci ilin ayazlı-şaxtalı qış axşamında Qazağa, İncə dərəsinə, Qaymaqlı kəndinə aparan maşının arxasınca baxdığım o şər vaxtını, o...
ANL
Ucalığın, ölümsüzlüyün Raquf Orucov ünvanı. Yazında-yayında Vətənimin yaşıl çəmənli, lalə yamaclı, yasəmən ətirli , torpağı cənnət qoxuyan, payızında yarpaqları xəzan olub, yağışından nur- bərəkət daman,qışında ayazı- şaxtası ilə kəklikləri hürküdən evlərinin damı ağ - Ağdamım!!! ...Günlərin bir günü Vətənin başı üstün...
ANL
Ürəyin danışdığı sevgi dolu şeirlər. Əbülfət Mədətoğlunun şeirləri ilə çoxdan tanışam. Son illər dövrü mətbuatda şeirləri ən çox çap olunan şairlərimizdəndir. Ancaq özü ilə şəxsi tanışlıqdan sonra yetkin və təcrübəli yazı adamı, əməkdar jurnalist olduğunu bildim. Əbülfət müəllim həm də tez-tez maraqlı mövzularda publis...
ANL
Gələcək məkanda cavablar varmı? Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik. “Yeganə ümid yeri Mətndir. Müasirlər onun səsini ya eşitmir, ya da eşitmək istəmirlər. Təyyarəçi... Bir neçə il bundan əvvəl Anar və onun yaradıcılığı haqqında kitab üzərində işləyərkən, onun nəsr əsərlərini, məqalələrini və şeirlərini...
ANL
Seyran Səxavətin 70 illiyi Yazıçılar Birliyində qeyd olunub. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-dramaturq Seyran Səxavətin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq yazıçının yaradıcılıq yolundan danışıb: “Bu gün yazıçı dost...
ANL
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” təqdim olunub. Aprelin 15-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Multikulturalizm Mərkəzinin nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədi...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl - sərkərdə və hökmdar” adlı sərgi təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə bir sıra tanınmış elm xadimləri, mədəniyyət və incəsənət ocaqlarının təmsilçiləri, o cümlədən, “Dərbənd” xeyriyyə cəmiyyətinin üzvləri iştirak ...
ANL
Rafiq Babayev konsertlə anılıb. Azərbaycan Milli Konservatoriyasında respublikanın Xalq artisti, görkəmli pianoçu Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə pianoçunun ifasını əks etdirən video-çarx nümayiş olunub. Daha sonra Konservatoriyanın rektoru, Xalq artis...
ANL
Görkəmli bəstəkar Qəmbər Hüseynli yad edilib. Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynli milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olub. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində bəstələdiyi və dərin lirizmi ilə səciyyələnən yaradıcılı...
ANL
Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanın tanınmış səhnə xadimi, aktyor Nazir Rüstəmovun 60 illik yubiley gecəsi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazırliyi ilə Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşəbbüsü və təşkilatçılığı sayəsində gerçəkləşib. Əvvəlcə N.Rüstəmovun müxtəlif illərə aid fotoları, el...
ANL
Gözəlliyi vəsf edən şair-döyüşçü. UNUDULMAZ ŞAİRİMİZ ƏNVƏR ƏLİBƏYLİNİN 100 İLLİYİNƏ. Şair, müəllim, jurnalist, radio və televiziya xadimi Ənvər Əlibəyli vətəninə və xalqına həm döyüşçü kimi, həm də istedadlı qələmi, peşəkar jurnalist fəaliyyəti, təşkilatçılıq bacarığı ilə xidmət edib. Bakıda yeddiillik məktəbi qurtardı...
ANL
Nadir Əbdürrəhmanovun rənglər dünyası “Xalq Əmanəti” kimi yenidƏn canlandı. Xalq Bankın, artıq altıncı ildir ki, davamlı həyata keçirdiyi “Xalq Əmanəti” mədəni layihəsi rəssamlıq və ədəbiyyat vurğunlarından, sənətsevərlərdən, elmin müxtəlif istiqamətlərində çalışan alimlərdən ibarət geniş bir auditoriyanın layiqli rəğb...
ANL
Dağlıq Qarabağdakı son vəziyyət bilavasitə Azərbaycan ordusunun adı ilə bağlıdır. MÜBARİZ ƏHMƏDOĞLU: “RUSİYANIN AZƏRBAYCANIN TƏKBAŞINA QAZANDIĞI QƏLƏBƏYƏ ŞƏRİK AXTARMAĞA ÇALIŞMASI RƏSMİ MOSKVA ÜÇÜN CİDDİ GEOSİYASİ PROBLEM YARADA BİLƏR". “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki son vəziyyət bilavasitə Azər...
ANL
Qulağım bəzi sözləri çalır... Folklend-Malvin adaları deyir aparıcı... Hardasa okeandakı arxipelaq... Nəyimə lazımdı? “Cəhənnəmə olsun”- deyib keçəcək vaxtımdı. Bəşərin qardaşıdı müharibə. Bunu yaşasa da dərk edə bilmir. Sərhədi geniş olsun deyə? Sürətli müharibə... İldırım sürətli müharibə. İlk dəfə almanlar istifadə ...
ANL
“Soyuqqanlı vətənpərvərliyə ehtiyacımız var”. MİLLƏT VƏKİLİ, TANINMIŞ PUBLİSİST FAZİL MUSTAFA İLƏ SÖHBƏT. - Fazil müəllim, siyasətçi olmağa necə qərar verdiniz? - Siyasətçi olmaq üçün qərar vermədim, sadəcə xalq hərəkatı dalğasında bu sferada faydalı olacağımı düşünərək hadisələrin və proseslərin içində yer aldım və nə...
ANL
İstanbul sammitində Qarabağ münaqişəsi diqqət mərkəzində. İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATINDA XARİCİ İŞLƏR NAZİRLƏRİ SƏVİYYƏSİNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR TƏMAS QRUPU YARADILDI. Məlum olduğu kimi, aprelin 13-də Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitində iştirak etmək üçün Türkiyəyə işg...
ANL
Ulu Babəkin adını haqq edən igid. ŞABRANIN ZEYVƏ KƏNDİNDƏ ŞƏHİD BABƏK ABİDOVUN İZDİHAMLI DƏFN MƏRASİMİ KEÇİRİLİB. Dilimizin ilk düyünü “ana” kəlməsiylə açılıb. Ananın, Vətənin yolunda fədakarlığı özünə şərəf bilən igid oğullarımız dillərində “Azərbaycan”, damarlarında Vətən eşqi ilə kükrəyən qan ilə “dava günü” “müxənn...
ANL
Laçın dağları kimi vüqarlı qəhrəman - Ülvin Məmmədov. Vətəni qibləgah edən şəhidlər -V yazı. "Qəhrəman oğulları qəhrəman analar doğa bilər. Bir də ki, qəhrəmanlar dünyaya qəhrəman kimi gəlirlər" - bu sözləri mənə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi, Laçınoba yatağında məşkunlaşan Laçının Qarakeçdi kəndinin sakini, ə...
ANL
Yeni il ərəfəsi, soyuq, küləkli bir axşam idi. Günortadan başlayan külək bir az da güclənmiş, seyrək yağan qar dənələrini havada fırladıb plaş və paltolarına bürünmüş, papaqlarını gözünün üstünə basmış kişilərin, baş örtüklərini boğazlarının altında möhkəm bağlamış qadınların üzünə və paltarına çırpırdı. Belə bir havad...
ANL
Səlim Babullaoğlu beynəlxalqmükafata layiq görülüb. Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin verdiyi məlumata görə şair Səlim Babullaoğlu Serbiyanın əcnəbi sənət adamlarına, o cümldən ədəbiyyatçılara verilən “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünə layiq görülüb. “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülü uzun illər ədəbi yar...
ANL
Gənc yazar Mirmehdi Ağaoğluya açıq məktub. Hörmətli Mirmehdi Ağaoğlu! Mənə təqdim etdiyin “Bu gün səbr elə” adlı kitabını oxudum, tanışlığımıza şad oldum. Heç şübhəsiz, istedadlı insansan. Xüsusilə biləndə ki, İqtisad universitetini bitirmisən, indi jurnalist kimi fəaliyyət göstərirsən, hətta bədii yaradıcılıqla məşğul...
ANL
AMEA Naxçıvan bölməsinin nəşrlərindən ibarət kolleksiyanın təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Naxçıvan Bölməsi alimlərinin əsərlərindən ibarət kitab kolleksiyasının təqdimatı ilə bağlı tədbir keçirilib.Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açar...
ANL
Nizamişünaslığa giriş: "Axirət dünyanın ruhudur". Nizami tövhid, iman və ədalət şairidir. Onun ağlı, düşüncəsi, qəlbi və vicdanı insanları qaranlıqdan aydınlığa çıxarmaq üçün göndərilmiş, nur qaynağı, içində şübhə olmayan, kökü uca Allaha, hədəfi insanlara bağlı Qurani-Kərimin ölməz dəyərləri ilə tərbiyə və inşa olmuşd...
ANL
Bir damla həsrət. Şanlı ordumuzun Qarabağda düşmən təxribatının qarşısını almaq üçün aprelin əvvəllərində keçirdiyi hərbi əməliyyatın qəhrəmanlarından olan və əfsanəvi igidlikləri ilə tanınan polkovnik-leytenant Raqub Orucovun həyat yoldaşı Sevinc xanım Orucova bu günlərdə öz duyğu və düşüncələrini qələmə alıb. O, ixti...
ANL
Dağlıq Qarabağ münaqişəsinin həlli yubanarsa... ELXAN ŞAHİNOĞLU: "BİR MÜDDƏT KEÇDİKDƏN SONRA ERMƏNİSTAN MÜXALİFƏTİ VƏ CƏMİYYƏTİNİN SARKİSYANA QARŞI TƏZYİQLƏRİ ARTACAQ". Aprel ayında Azərbaycanla Ermənistan arasında yaşanan 4 günlük döyüşlər ölkə və beynəlxalq ictimaiyyətin diqqətini bir fikir üzərində cəmləşdirib: Dağl...
ANL
İnqilabdan sonrakı Misirdə. Üçüncü yazı. Qahirə həm də müxtəlif dinlərin, mədəniyyətlərin birləşdiyi bir məkandır. Paytaxtın Mısrül-Kadimə ("əski Qahirə) adlandırılan hissəsində iudaizm, xristianlıq və İslamın vəhdət yaratdığı məkanı ziyarət etdikdən sonra bu qənaətə gəlirsən. Mısrül-Kadimə multikulturalizmə, dini bəra...
ANL
Millət naminə, ana dili uğrunda və elm yolunda yaşanmış ömür - Ata Tərzibaşı. Aprelin 1-də Qarabağda qızışan savaş Ata Tərzibaşının ölümünü mənə unutdurmasa da, haqqında yazmağımı xeyli yubatdı... Ata Tərzibaşının adını ilk dəfə 1968-ci ildə, Azərbaycan Dövlət Universitetinin birinci kursunda oxuyanda eşitmişdim. Bizə ...
ANL