text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Nağıl kimi bir ömür: Nüsrət Kəsəmənli. UNUDULMAZ ŞAİRİMİZİN 70 İLLİYİNƏ. Beləcə, "Nüsrət və Rəhilə" məhəbbət dastanının da təməli qoyulur. Nüsrət bir gün ona ürəyini açır, Rəhilə isə çox fikirləşir, əvvəlcə razılıq vermir, tərəddüd edir. Axı Nüsrət Kəsəmənli artıq məşhur şair, gənclərin dilinin əzbəri, çox qızların sev...
ANL
Müdriklik və insaniyyətlik zirvəsində. Bir gün Sokratdan soruşurlar: "İnsanda ən çox nəyi qiymətləndirirsən?". Filosof tərəddüd etmədən cavab verir: "İnsaniyyətliyi". Həqiqətən, insanlıq zirvəsini fəth etmək hər kəsə nəsib olmur. Bundan ötrü gərək ən azı ətrafdakılara yaxşılıq etmək, qayğı, xeyirxahlıq, mərhəmətlik gös...
ANL
Nizami demiş... Söz, sənət xiridarı, görkəmli İnsan və alim qardaşım Nizami Cəfərova bir könül ərməğanı. Hər uca rütbədən biliniz fəqət. Alimin rütbəsi ucadır, əlbət. Nizami Gəncəvi. Nəfəs dərib bir dəryanın lal sahilində. Göy suların köpüklənən mavi dilində. Bir sonsuzluq nəğməsinə hissim olmuş cəm. Sonsuzluğun sahili...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Üçüncü Səlib yürüşünə isə səbəb sultan Səlahəddin tərəfindən Yerusəlimin tutulması oldu. Bu yürüşə üç monarx- alman imperatoru Fridrix Barbarossa, ingilis kralı I Riçard - Şir ürəkli və Fransa kralı II Avqust başçılıq edirdi. Bütövlükdə isə səkkiz səlib yürüşü baş verdi ...
ANL
Əmrahsız qalan dağlar. Davıdlı camaatı ermənilərin bu cür qəfil hücumunu gözləmirdi. Ona görə də düşmənin qarşısını almaq üçün heç bir hazırlıq görməmişdilər. Tək-tük adamda ov tüfəngi vardı. Kəndin erməni əlinə keçmək təhlükəsi yaranmışdı. Əmrah tez-tez yerini dəyişirdi ki, erməniləri çaşdırsın, düşmən elə başa düşsün...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Əmrahsız qalan dağlar. Davıdlı camaatı ermənilərin bu cür qəfil hücumunu gözləmirdi. Ona görə də düşmənin qarşısını almaq üçün heç bir hazırlıq görməmişdilər. Tək-tük adamda ov tüfəngi vardı. Kəndin erməni əlinə keçmək təhlükəsi yaranmışdı. Əmrah tez-tez yerini dəyişirdi ki, erməniləri çaşdırsın, düşmən elə başa düşsün...
ANL
Gəncliyə açıq məktub. Bəlkə də, bu sətirləri oxuyanda Sən arzuların və imkanların arasında seçim ərəfəsində olacaqsan; reallıqları və xəyalları bir araya gətirmək çətinliyi, qiymətləndirmə təcrübəsizliyi və səriştəsizliyi üzündən tərəddüdlər bəzən insana düzgün seçim etməkdə mane olur. Və bəzən bir qığılcım, bir işartı...
ANL
Əlillər (əngəllilər) bayramı. Haqqında danışdığım insanlara “əlillər” deməyə dilim yatmır. Məncə “əngəllilər” desək daha doğru olar. Düzdür “əngəllilər” sözü Türkiyədə qəbul olub, işlədilir. Bizim də dilimizdə bu hər iki söz işlənir. Amma “əlillər” sözündə bir qaranlıq yük, bir ümidsizlik kölgəsi, zəiflik və kimsəsizli...
ANL
tənhalıqdan daralıb. duaya durmasın kaş... Dualarımızı dinləməkdən, bəlalarımızı önləməkdən. Tənhalıq təklik deyil. könlün kimsəsiz deyilsə, təklik tənhalıqdı - Tanrıyla bağın qırılsa, torpağla tağın qırılsa... Sevgisiz buraxma bəndəni, qulundan qırılma, Tanrım! Əzizim, ağlamazdım, hər cövrə ağrımazdım, sənsiz elə dağı...
ANL
Ləzgi qızları. Əhdinə sadiq qalar, gözləri canlar alar. Aşiqi qəmə salar, gözəl ləzgi qızları. Ləblərindən bal axar, ürkək ahu tək baxar, yarın yandırıb yaxar, gözəl ləzgi qızları. Şipşirindir dilləri, incədir ağ əlləri. Dünyanın gözəlləri, gözəl ləzgi qızları. Vətən. Gəzsəm dünyanı, gözəl yer hanı? Sözüm, söhbətim, əb...
ANL
Beləsindən beləsinə. Dünya dönüb qan gölünə, beləsindən, beləsinə. Aslan quldu, tülkü ağa, meydan sulayır qurbağa. Dövran qalacaq axsağa, işlər getsə beləsinə. Təbiətmi qızğınlaşıb, insanlarmı quzğunlaşıb. Yoxsa, dünya azğınlaşıb, fırlanır tərs, beləsinə. Kotannılı yaxşı düşün, dünya ilə nədir işin. Bitə həsrəti. Anamı...
ANL
Bircə qarış torpağa dönə bilsəm Qazaxda... Hər dəfə “Sınıq körpü” keçid məntəqəsindən və suları qumrular kimi ötən Xram çayının sahilindən keçib ata yurdum Faxralıya gedəndə, şair dostum Eldar Nəsiblinin eyniadlı şeiri yadıma düşür: Xramçay üstündə qədim körpü var, İllər kərpicində möhürlənibdir. Bir daşı qırılıb düşüb...
ANL
“Yaradıcı insan həmişə kənardan bir stimul gözləyir”. MÜSAHİBİMİZ 50 YAŞINI BU GÜNLƏRDƏ QEYD EDƏN YAZIÇI MAHİR QABİLOĞLUDUR. - Düzdür, dəfələrlə şeir də yazmışam, şeirə çox yaxınam və bildiyiniz kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir çox şeirini rus dilindən tərcümə də etmişəm. Çünki ilk vaxt...
ANL
Prospekt görən xatirələr. Əvvəlcə anama zəng edib məsələni danışdım. Etiraz etmədi, əksinə təsəlli verdi. Odur ki, ürəklənib otaq axtardığımı birinci elə qrup yoldaşlarıma söylədim. Dərsdən sonra isə əlimə keçəndən ağzıma atıb, Yeganə ilə məhəllələrin canına düşdüm. Yenə həmin səhnələr təkrarlandı: ev sahibləri bizi yu...
ANL
Kədərə qalib gələn ŞAİR. Toğrul Nərimanbəyovun nağıllar aləmi elə Kukla Teatrının foyesindəcə yaxalayır adamı. Ona görə binada müxtəlif ovqatların, auraların mistik bir qarışığı duyulur; boyumuzdan uca kuklalar, divarboyu freskalar, pəncərədən görünən dəniz, qapının ağzındaca çığır-bağır salmış tıxaclar, paytaxtın ən b...
ANL
“Ədəbiyyatla bağlı söhbətlərdən yorulmuşam”. QAN TURALI: “BİR QƏDƏR SAKİTLƏŞMƏK, OXUDUQLARIMI BEYNİMDƏ YERBƏYER ETMƏK İSTƏYİRƏM”. “Azərbaycan” jurnalının son sayında yazıçı Qan Turalının keçən il yazıb bitirdiyi “Samir, Samiri...” povestini oxudum. Adı kimi əsərin özü də maraqlı idi. Sevgi hekayəsi, intihara təşəbbüs e...
ANL
Həsrətin qırmancı qısqanclıq. Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub. Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımı...
ANL
"Sehrbazlar dərəsi"- hər birimizin dəruni avtobioqrafiyası. İtaliyanın Florensiya Universitetinin professoru, tanınmış tarixçi, ədəbiyyatşünas, yazıçı Franko Kardini Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanına resenziya yazıb. Hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə əmək...
ANL
Bugünlərdə “Ulduz” jurnalının yeni sayı işıq üzü görüb. “Açıq qapıları döymək lazımdırmı?” adlı ekspert rəyində yazıçı Varis jurnalın ötən sayında çap olunan materiallara münasibət bildirib. Ekspert rəyini Nilufər Şıxlının “Özüylə söhbəti” və “Ölümsüz” hekayəsi izləyir. “Şeir vaxtı” bölməsində Xuraman Hüseynzadə, Nazil...
ANL
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Aşıq Rza Qobustanlı adına mədəniyyət evində Aşıq Pənahın anadan olmasının 90 illiyi ilə əlaqədar konsert proqramı keçirilib. İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin nümayəndəsi Altay Məmmədov Aşıq Pənahın həyat və fəaliyy...
ANL
Şəki Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçirilib. Mərasimdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında iştirak edən qonaqlar əvvəlcə teatrın foyesində tü...
ANL
Faxralı poeziyasının torpaq sevgisi. Şair-publisist Rəşid Faxralı ilk növbədə bir insan kimi mənim çox yaxından tanıdığım adamdır. Bu yaxınlıq iki mühüm istiqamətlə şərtlənir: birincisi, Rəşid Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bizim tələbəmiz olub, ikincisi və bəlkə də ən önəmlisi - o, fakültəni bit...
ANL
O uzaq illərin xatirəsi. Bircə xatirəni yaşatsa insan. Bütün ömrü boyu bəlkə bəsidir. Ürəyi kövrəldən, gözü yaşardan. O uzaq illərin xatirəsidir. Bu müdrik kəlamı cavan vaxtında çox eşitsən də, əsl mənasını ahıl yaşında anlayırsan. Yalnız xəyalların qanadında qayıtmaq olar o çağlara, ahıl yaşında ürək yanğısı ilə xatır...
ANL
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ikicildliyinə xülasə. Hər yaranan kitab müdrikliklə vicdanın ittifaqı, vicdanlı ağlın səviyyə göstəricisidir. Hər yaranan kitab tarixlə mədəniyyətin müttəfiqliyi, keçmişlə gələcəyin varisliyi, tarixi-mənəvi yaddaşdır. Hər yaranan kitab insan ruhu və insan zəkasının müqəddəs ya...
ANL
Ədəbi və elmi fikir tariximizdən: Ceyhun Hacıbəylinin araşdırmaları. Çoxşaxəli, çoxsahəli fəaliyyəti ilə xalqımızın istiqlal mücadiləsi tarixində olduğu kimi, ədəbi-mədəni, mətbu həyatında da xidmətlər göstərən Ceyhun Hacıbəylinin folklorşünaslıq, ədəbiyyatşünaslıq, sənətşünaslıq, tarix və politologiya istiqamətlərində...
ANL
Görkəmli kitabxanaşünas alim və dəyərli mədəniyyət xadimi. Bu il kitabxana ictimaiyyəti çox əlamətdar bir yubileyi - görkəmli kitabxanaşünas alim, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, "Ş...
ANL
Elə günü sabah Bakı Xoreoqrafiya Akademiyasına yolunuz düşsə, başqa məktəblərə xəyalınız getməsin, mütləqdir ki, burda sizi qəddi şax, qaməti uca oğlanlar-qızlar qarşılayacaq. “Badam yesə, boylu görünən incə belli” qızlar akademiyanın kandarında qol götürüb oynasalar, yenə təəccüblənməyin, vallah, hə, adama elə gəlir, ...
ANL
Dəyərli kitab, mühüm bir qaynaq. "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı Azərbaycan ədəbiyyatının ümumi multikultural mənzərəsi haqda təsəvvür yaradan ilk sanballı kitab, ilk mühüm mənbədir. Akademik Kamal Abdullanın ideya müəllifliyi və elmi redaktorluğu ilə, Azərbaycan Milli Elmlər Akademiyası...
ANL
"Bir günəş altında" sənədli filminin təqdimatı oldu. Dekabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi "Bir günəş altında" sənədli filminin təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib. Təqdimatdan əvvəl iştirakçılar...
ANL
Firuz Mustafanın "Seçilmiş əsərləri"nin birinci cildi çıxdı. Yazıçı-filosof Firuz Mustafanın "Seçilmiş əsərləri"nin birinci cildi işıq üzü görüb. Kitaba yazıçının "Qapı" və "Cənnət çiçəyi" romanları daxil edilib. Əsərlər ilk dəfə "Azərbaycan" və "Literaturnıy Azerbaydjan" jurnallarında, Azərbaycanın və Rusiyanın bir sı...
ANL
Hüseyn Cavid dilinin leksikası əhatəli tədqiqat işığında. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın yeni monoqrafiyası çapdan çıxıb. "Hüseyn Cavid dilinin leksikası" adlanan monoqrafiyada görkəmli Azərbaycan şairinin bədii dilinin leksika...
ANL
Fizika-riyaziyyat elmləri doktoru, professor Nazim Cəlil oğlu Musayevin xatirəsinə etdiyi xitab. Amma Nazim Cəlil oğlu Musayev təkcə böyük bir nəslin ağsaqqalı deyildi. Həm də elmimizin, təhsilimizin ağsaqqalı idi. Alim idi, elmə, təhsilə xidmət edirdi. Elmə xidmət isə dünyada ən şərəfli işlərdən biridir. Çünki elmə xi...
ANL
Qəfəsdəki qartal. Yeməkxana sıx meşənin xəlvət bir guşəsində yerləşsə də, müştəri sarıdan kasadlıq çəkmirdi. Yeməkxana sahibi gəlirindən xəsislik etməyib bir qədər ayırmış, müştərilərin rahatlığı üçün obyektə babatca çınqıl bir yol da çəkdirmişdi. Qəfəsə salınan qartal haqqında söz-söhbət yayılandan sonra yeməkxananın ...
ANL
Təbiətə dönüşün poeziyası. O, həyata və insan hisslərinə dərindən bələd olan bir şairdir. Klassiklərimizin xeyli sayda şeirini əzbər bilir. Elə bil dediyi şeirlər onun səsinin üstə yazılıb. Rast gəlinən hər bir həyat faktına şeir deyir. Fikirlərini şeirlə əsaslandırır. Bölgədə yaşamasına baxmayaraq, müasir ədəbi proses...
ANL
Ədəbiyyat İnstitutunda Milli Kitabxananın nəşr etdiyi biblioqrafiyaların təqdimatı olub. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən son on ildə nəşr edilən biblioqrafiyalar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutuna hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, bu münasi...
ANL
Kərim Tahirov Ərəb ölkələri liqası Əlyazmalar İnstitutunun rəhbərləri ilə görüşüb. Bu gün Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olub. Direktor Kərim Tahirov qonaqla görüşdə Kitabxana haqqında ətraflı məlumat verib, həyata keçirilən layihələrdən ...
ANL
"Səməd Vurğun xatirələrdə" təqdim olundu. Ötən gün Səməd Vurğunun Ev Muzeyində "Səməd Vurğun xatirələrdə" kitabının təqdimatı və şairin 110 illiyinə həsr olunan elmi konfrans keçirilib. Tədbiri muzeyin direktoru Nüşabə Vəkilova açaraq şairin yubileyi münasibətilə təşkil edilən silsilə tədbirlərdən söz açıb: "Bu münasib...
ANL
Nizami Cəfərovun rakursu: "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına". Professor Nizami Cəfərovun "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına" kitabı işıq üzü görüb. Kitaba müəllifin son illər qələmə aldığı məqalələri daxil edilib. Eyniadlı önsözdə N. Cəfərov Nizami Gəncəvidən Kamal Abdullaya...
ANL
qələmə alınmış "Yenə iki od arasında" romanı yalnız tanınmış yazıçının yaradıcılığı deyil, bütövlükdə müasir ədəbi- ictimai təfəkkür prosesi miqyasında həm böyük maraq doğuran, həm də bir sıra əhəmiyyətli məsələlər ətrafında səmərəli mübahisələrə rəvac verən əsərlərdəndir. Və belə bir əsərin meydana çıxması təsadüfi de...
ANL
Məhəmməd Əli Rəsulzadənin Yaponiyaya məktubu və Gültəkinin bir şeiri. Hər halda baxmağın yaxşı olar. Şeiri həyəcanla gözdən keçirdim. Həqiqətən də şeir Əmin Abidin idi. Bu şeri mən də Əmin Abidin kitabına (Gültəkin-Əmin Abid. Xeyirxah bir insanın xərci ilə nəşr etdirdiyimiz bu kitabın sayı cəmi 500 olduğundan çoxları b...
ANL
Dərin qatlardakı zəngin xəzinə. BU XƏZİNƏDƏN AZƏRBAYCAN DAİM BƏHRƏLƏNƏCƏK. Həyat yalnız sevincdən deyil, həm də kədərdən ibarətdi. Xoşbəxtlik aləminə çevrilmək, kədərsiz, qəmsiz, qüssəsiz keçinmək əzəl gündən dünyanın taleyinə yazılmayıb. Tarix qovğalı dünyada bir-birinə qənim kəsilən insanların dərdini çəkə-çəkə vərəq...
ANL
Yaxşılıq etmək missiyası... Şair Taleh Həmid haqqında xatirələrim. Çox qorxurdum. Bir gün o zəngin gələcəyindən və o xəbəri eşidəcəyimdən qorxurdum. Xəstə idi, ağrıyırdı, açıq ürək əməliyyatı keçirmişdi, şəkərdən, təzyiqdən, digər xəstəliklərdən əziyyət çəkirdi. Bunları bilirdim... Bildiyim üçün də qorxurdum. Belə bir ...
ANL
Şeirimizin Bahadur Fərman itkisi. Ədəbiyyata yenicə maraq, mehr salırdım. Hardasa iki il əvvəlin söhbətidir, ilk getdiyim ədəbi ocaq AYB-nin Gəncə filialı idi... Ora ilk getdiyim gün heç vaxt yadımdan çıxmaz. Özümü Nizami Gəncəvi zənn etdiyim günlərdi... Axı uşaqlıq dövrü belə olur... İlk dəfə gedəndə cızma-qaralarımı ...
ANL
Dünyadan qaçan İşıq əmi. Fikrət Sadıq da bu dünyadan qaçdı. Özü demişkən, dünyanı başına götürən yalandan, ola-ola olmayandan, olmaya-olmaya olandan qaçdı. Amma o, dönməyəcəyinin səbəbini bilən adam idi. Odur ki, sözünü ürəyində saxlamadı, işığını götürüb qaçdı... ...Xəbərini onun doğma ocağında - Azərbaycan Yazıçılar ...
ANL
Bəstəkar Azər Dadaşovun 70 illiyi qeyd olunub. Dekabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində bəstəkar, Əməkdar incəsənət xadimi, "Humay" milli mükafatının laureatı, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşovun 70 illik yubileyinə həsr olunan tədbir keçirili...
ANL
Vaşinqtonda Azərbaycan mədəniyyəti nümayiş etdirilib. Dekabrın 7-də Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonun ən böyük inzibati tikilisi olan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində ölkəmizin zəngin mədəniyyət nümunələri bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə, media t...
ANL
Pedaqoji Universitetdə ədəbi-elmi müzakirələr - Foto. Professor Təyyar Salamoğlu "Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri" mövzusunda məruzə edib. Bugünlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev lektoriyasında, ədəbi-elmi müzakirələr keçirilib. Dekabrın 6-da Filologiya fakü...
ANL
Azərbaycan Tbilisidəki beynəlxalq forumda təmsil olunur. Əbülfəs Qarayev: "Mədəniyyət sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlığımız var". Dekabrın 8-də Tbilisidə "Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları" adlı beynəlxalq konfrans işə başlayıb. İki gün davam ed...
ANL
Azərbaycanda media sisteminin bugünkü inkişafı jurnalistikamızda formalaşmış, özünün informasiya siyasətini qəti şəkildə müəyyənləşdirmiş qəzetlərimizin tipoloji xarakteri haqqında söz deməyə şərait yaratmışdır. Qəzetlərimizin bu tipoloji sistemində müstəqil mətbuat orqanlarının sayı və sanbalı artmaqdadır. Azərbaycan ...
ANL
Naxçıvan mövzusu məşhur rus fotoqrafın yaradıcılığında. XX əsrin əvvəllərindən başlayaraq Tiflis Qafqazın inzibati və mədəni paytaxtı olub. Təxminən, 1828-ci ildən Tiflisin ədəbi-ictimai mühiti Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın milli mədəniyyətinin inkişafında böyük rol oynayıb. Qeyd edək ki,...
ANL
Etnoqraf-alimin monoqrafiyları çapdan çıxdı. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, etnoqraf-alim Hacı Qadir Qədirzadənin bugünlərdə ""Kitabi-Dədə Qorqud" və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər" və ...
ANL
Söz, sənət xiridarı, görkəmli İnsan və alim qardaşım Nizami Cəfərova bir könül ərməğanı. Hər uca rütbədən biliniz fəqət. Alimin rütbəsi ucadır, əlbət. Nizami Gəncəvi. Yamanlar yalanla can üzərdilər, Qərbdə qəribə bir kindi siyasət. Cibləri rüşvətlə doldurulandır;. Vətən anlayışı yox yaddaşında, Müasir imici: korrupsion...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. İslam dünyası. İslam VII əsrdə Ərəbistanda yarandı. Bu ərazinin mərkəzində ucsuz-bucaqsız Ərəbistan səhrası uzanırdı. Adamlar əsasən onun kənarında və dəniz sahillərində yaşayırdılar. Təsərrüfat və mədəni cəhətdən ən inkişaf etmiş ərazi Yəmən və Ərəbistandakı Hicaz idi, ...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Əmrahsız qalan dağlar. Əmrah bu dəfə Həsənxana sifariş göndərdi ki, yaxşı, mal-heyvanı vermir-verməsin, hamısından əl çəkirəm. Heç olmasa bizim bu yetim Sultanı göndər gəlsin. Yad yerdə bizə lazımdır. Əmrahın bu sözünə Həsənxandan belə bir cavab gəldi: - Yetim Sultanı erməninin əlindən mən qurtarmışam. Yoxsa onu da erm...
ANL
HƏSRƏTDƏN ŞİKAYƏTÇİYƏM... Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub. Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza t...
ANL
Mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri - IV məqalə. “AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI” SİMPOZİUMUNUN 25 İLLİYİNƏ. Azərbaycan ədəbi mühitində “Əmin Abid” və “Gültəkin” adları sovet dövründə nadir hallarda yanaşı çəkilib. Əmin Abid bir nəzəriyyəçi, ədəbiyyat tarixçisi, qorqudşünas və axundovşünas alim...
ANL
Füzulinin anadilli “Divan”ının leksikası yeni tədqiqat işığında. Azərbaycan ədəbi dilinin, ümumiyyətlə Oğuz türkcəsinin tarixi leksikasının hazırlanmasında, onun lüğət fondunun, sözlərin dövrlər üzrə işlənmə tezliyinin öyrənilməsində, xüsusilə türk dilinin regional (Azərbaycan, İrak-Kərkük, İran-Xorasan, Türküstan) və ...
ANL
Ümidlər və ağrılar şairi Taleh Həmidin vəfatından 40 gün keçir. Zəruri xatırlatma. 1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sonralar “Ulduz” jurnalında işləyib, təxminən on il bu jurnalda şöbə müdiri kimi çalışıb. Eyni zamanda ədəbi yaradıcılıqla məşğul olub, kövrək, lirik şeirlər müəl...
ANL
Yazıçı-publisist Novruz Nəcəfoğlunun “Nağıl adam” romanı insanı təkcə bu nağıl, təkcə bu Adam, təkcə bu dostluq yox, ümumiyyətlə nağıllar, dostluqlar və Adamlıq haqqında düşündürür. XXI əsrin bu xaosunda, dinamik və gərgin həyat şəraitində əsl, gerçək insan hissləri, dostluq, sevgi, bağlılıq doğrudan da nağıla, mifə çe...
ANL
... Qəfil qəribsəyir adam - qayıdırsan sevgilərin uşaq vaxtına... qəfil qəribsəyir adam - qayıdırsan oturduğun stulun ağac vaxtına. görürsən budaqların hər haçasında bir yuva. içində ətcə balalar civildəşir... qəfil qəribsəyir adam - qayıdırsan sevgilərin uşaq vaxtına. görürsən müharibədə itgin düşmüş əmin. və gülümsəy...
ANL
Sərdar Fərəcovun müəllif konserti. Dekabrın 8-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında tanınmış bəstəkar Sərdar Fərəcovun müəllif konserti təşkil olunub. AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Əvvəlcə Azərbaycan ...
ANL
Filarmoniyada gənc xanəndələrin konserti. Dünən Muğam Televiziya Müsabiqəsinin qalibləri Nigar Şabanova və Ramiq Bayramov Dövlət Filarmoniyasında konsert proqramıyla çıxış ediblər. Ölkə.Az-ın məlumatına görə, “Gənclərə dəstək” adlı layihə çərçivəsində baş tutan konsertdə xanəndələri Azərbaycan Dövlət Xalq Çalğı Alətlər...
ANL
“Yazıçı” bu dəfə Əlişir Nəvai irsini işıqlandırdı. “Oğuz eli” qəzetinin xüsusi buraxılışı olan “Yazıçı”nın noyabr sayı böyük özbək-türk şairi Əlişir Nəvaiyə həsr olunub. Tanınmış ədibimiz Azər Abdullanın baş redaktorluğu ilə hazırlanan xüsusi buraxılışda Əlişir Nəvai fenomeni, onun mükəmməl bədii yaradıcılığı, insanlığ...
ANL
Əlimərdan bəy Topçubaşı sənədlərinin 2-ci cildi də çıxdı. Çox fərəhli haldır ki, son illərdə Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndələri haqqında dəyərli monoqrafiyalar yazılır, onların əsərləri tapılaraq üzə çıxarılır və nəşr edilir, fəaliyyətləri haqqında sənədli filmlər çəkilir. Əlbəttə, siyasi mühacirlər...
ANL
Daş dövrünün insanı. Dərsin başlamasına beş dəqiqə qalırdı. Dəhlizdə Filologiya fakültəsində oxuyan rəfiqəm Sevinci gördüm, neçə gündü məni axtardığını söylədi. Sevincin sevinci elə mənə də keçdi. Özümə yer tapa bilmədim. Dərsin tez bitməsini istədim. Əqrəblər rəqəmlərin üzərində gəzmək əvəzinə, sanki yerində qurdalanı...
ANL
Ölməzlik himni. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə. Başının altında yastığı Vətən, Qoynunda uyuyub yatdığı Vətən, Qəbrini bəzəyən çiçəklər Vətən, Məzarın oxşayan küləklər Vətən, Onu sevən, duyan ürəklər Vətən!.. Yaşar könlümüzdə - ruhu şeyriyyət, Bəşər yolçusudur - ünvanı cənnət. Zamanın saçına dən düşüb keçər, ...
ANL
Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Dekabrın 11-də M.F Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə təbdir keçirilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Kitabxananın direktor müavinləri Gülbəniz Səfərəliye...
ANL
Ömürdən keçənlər. Çoxlarının (təbii ki, hamının yox...) ömrü-günü qədrini qədərincə bilmədiyimiz Uca Yaradanın bir daha ələdüşməz, təkrarsız Yerüstü yaşama payı müddətində, bənzərsiz (bəzi hallarda nadir!) əhvalatlarla zəngin olur, ömürlərin həyat ritmi ayrıca bir tarixçəyə dönür, seçilir, fərdi-məxsusi ömürnaməyə çevr...
ANL
Heykələ dönmüş söz sahibi. Tarixən öz həyatı və əməlləri xalqın, millətin gözündə ucalıb heykələ dönmüş şəxsiyyətlər çox olub. Adı heykəlləşən belə insanlardan biri də Borçalı torpağının böyük oğlu, həmyerlilərinin bu gün də haqqında ağız dolusu söz açdıqları Ayvaz Dursun oğlu Həsənovdur. Ayvaz Dursun oğlu 1929-cu ildə...
ANL
Texniki kitabxanaların inkişafına dəyərli elmi töhfə. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Tədris-Metodik Şurasının qərarı ilə 2016-cı ildə fakültənin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mehmanəli Məmmədovun "Azərbaycanda texniki kitabxanaların inkişafı" adlı monoqrafiy...
ANL
"Jurnalistika millidən daha çox, beynəlxalq səciyyə daşımalıdır". Azərbaycanda mətbuat tarixi köklərə, ənənələrə malikdir. Keçən əsrin əvvəllərində hələ bir çox ölkələr mətbuatın nə olduğunu bilməyəndə ölkəmizdə əsl qəzetçilik məktəbləri var idi-"Molla Nəsrəddin", "Kaspi", "Açıq söz" və başqaları. Amma gərək, yaxşını d...
ANL
TÜRKSOY sədri Düsen Kaseinov: "Molla Pənah Vaqifi Türk dünyasına tanıtmaq istəyirik". Ötən il Türkmənistanın Mərv şəhərində Şəki 2016-cı ildə Türk Dünyası Mədəniyyət paytaxtı elan edilmişdi. Bir il ərzində Şəkidə müxtəlif festivallar, mədəni tədbirlər, görüşlər keçirildi. Bu il dekabr ayında isə Şəki bu işləri uğurla b...
ANL
Əhməd bəy Ağaoğlunun İslam dünyasında qadına münasibət barədə düşüncələri. Ömrünü Azərbaycan və Türkiyədə keçirmiş Əhməd bəy Ağaoğlu Türk dünyasının bir sıra önəmli məsələlərini qələmə alıb, hər iki qardaş ölkənin mədəni, sosial və siyasi həyatında fəal rol oynayıb. Cəmiyyətin formalaşması və inkişafında qadının əhəmiy...
ANL
Tariximizin Heydər Əliyev səhifəsi. Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən onu insanların sadəcə "baxıb keçdiyi bir pəncərə"yə də bənzədiblər. Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar sadəcə baxıb keçmir, ...
ANL
Söz sənətimiz çağdaş ədəbi tənqid işığında. Çağdaş ədəbi-mədəni mühit və onun inkişaf tendensiyası özlüyündə müxtəlif təhlilləri, yanaşmaları bir zərurət kimi ortaya qoymaqdadır. Ancaq bir məsələni bəri başdan etiraf edim ki, keçən əsrin doxsanıncı illərinin qarışıq ab-havası, ictimai, siyasi, mədəni mühitdəki hərc-mər...
ANL
Tərəddüd etmədən yazmaq istəyi. Günlərdir, özümlə bərabər gəzdirdiyim, vaxt tapdıqca oxuduğum, tapmayanda isə yadımdan çıxmayan,məni düşünməyə sövq edən bir kitab haqqında öz təəssüratlarımı oxucularla, qələm əhli ilə bölüşmək istədim. Psixologiya üzrə fəlsəfə doktoru Vaqif Hüseynin bu il "Təfəkkürün tərəddüdü və ya bə...
ANL
"Şəki və onun tarixi hissəsi" Parisdə müzakirə olunub. Məlum olduğu kimi, nazir müavini Sevda Məmmədəliyeva Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında iştirakla bağlı səfərdədir. Səfər çərçivəsində Sevda Məmmədəliyeva "Şəki və onun tar...
ANL
Əli Əmirlinin əsəri Kalmıkiya səhnəsində. Dekabrın 16 və 17-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin Kalmık Milli Dram Teatrının sifarişi ilə yazdığı "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşasının premyerası olacaq. Dramaturq pyesi Kalmık ədəbiyya...
ANL
Milli Qəhrəman Salatın Əsgərovanın unudulmaz xatırəsinə. Fədakarlıq dastanıdır qeyrətin, Dönə-dönə oxudum mən, Salatın! Daim gözün önündədir surətin, Özün xəyal olan gündən, Salatın! Doğuldun qız, öldün fəqət kişi tək, Məzarını qucaqlayıb gül-çiçək;. Neçə fəsil, neçə nəsil keçəcək. Tunc özüllü söz körpündən, Salatın! M...
ANL
"Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı" təqdim edilib. Dekabrın 14-də Milli Kitabxanada BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin professoru, Əməkdar Elm Xadimi Abuzər Xələfovun anadan olmasının 85 illik yubi...
ANL
Mən ölümü yaşamışam. zərrələrə parçalanırsan, səpilirsən, dağılırsan, səssiz, səmirsiz, sənsiz qalırsan. Özünü tapa bilmirsən, ölmürsən, dirilmirsən. Qalırsan çəkisizlikdə. kimsəsizlikdə. keçib gedir, bilmirsən. Ağlamırsan, gülmürsən. Qısqanclığın, aclığın, toxluğun yoxdu. Zamanla getmirsən. Zərrələrim qayıtdı. Beçə ve...
ANL
Ədəbiyyatın bədii-fəlsəfi gücü onun "balaca boy" janrında - lirik poeziyadadır. Təsadüfi deyil ki, min ildən artıq möhtəşəm bir dövrdə Azərbaycan ədəbiyyatı həm Şərq, həm də dünya ədəbi-tarixi prosesində əsasən şeirlə təmsil olunub. Yazılı klassik ədəbiyyatımızda qəzəl, qəsidə, rübai şifahi poeziyamızda, o cümlədən, zə...
ANL
Ramiz Rövşənin 70 yaşı Yazıçılar Birliyində qeyd edildi. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış şair Ramiz Rövşənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq şairlə dostluğundan, onun yaradıcılığından danışıb: "Böyük şairimiz, əz...
ANL
Mədəniyyət və İncəsənət Universitetində Ramiz Rövşən günü. Dekabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış şair Ramiz Rövşənin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə ADMİU-nun beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya elmlər...
ANL
Milli dəyərlərin təcəssümü: ədəbi axtarışlar, ideoloji mübarizələr. Teymur Əhmədovun "Xatirə, sənədli oçerk və etüd"lərdən ibarət ədəbi-bədii əsərləri V cilddə toplanıb. Müəllifin hələ gəncliyindən "Sovet Ermənistanı" qəzetində işlədiyi vaxtlardan bədii ədəbiyyatla məşğul olması, hekayələr, bədii-sənədli oçerklər yazma...
ANL
IV Bakı Teatr Konfransı beynəlxalq mətbuatda. Ölkəmizdə keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında beynəlxalq mətbuatda yazı dərc olunub. Material Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) üzv olduğu beynəlxalq ASSİTEJ-in bu ay üçün nəşr olunmuş elektron bülletenində işıq üzü görüb. Teatrın mətbu...
ANL
Ədəbiyyat fənnindən xüsusi ilə fərqlənirdim. Yerli rayon qəzetində arabir miniatür, mənsur şeirlərim də çap olunurdu. Şeirlər də yazırdım. O vaxtacan əlimizə keçənlərdən, oxuduqlarımızdan tamam fərqli, o zaman şəxsən mənə möcüzə kimi görünən misralar qətiyyətlə deyərəm ki, təkcə məni yox, yazmaq həvəsinə düşən bütün hə...
ANL
Əmioğlu Mehman on səkkiz il əvvəl Ağcabədidə limonad sexi açmışdı. Ağcabədini və qonşu rayonları dadlı limonadlarla təmin edirdi. Vəziyyətdən çıxmaq üçün Mehman dizel yanacağı ilə işləyən generator alıb quraşdırdı. Generatorun yanacağına və təmirinə çəkilən xərc limonadın qiymətini artırır, rəqabət qabiliyyətini aşağı ...
ANL
Milli dəyərlərin təcəssümü: ədəbi axtarışlar, ideoloji mübarizələr. Ədəbiyyat irili-xırdalı çayların qovuşduğu nəhəng dənizlərə bənzəyir və əbədiyyətdə qərarlaşır. Ədəbiyyat cəmiyyətdə, xalqın taleyində kəsb etdiyi böyük mənaları - öyrətmək, tərbiyələndirmək, həyatı daim öz inkişafı axınında yeniləmək, bütün mənalarda,...
ANL
Azərbaycanın dini tolerantlıq mühiti dünyaya nümunə kimi. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. Multikultural təhlükəsizlik ümumbəşəri təhlükəsizliyin tərkib hissəsi kimi. Beynəlxalq müstəvidə dini və etnik zəmində baş verən proseslər sübut edir ki, multikultural təhlükəsizlik ic...
ANL
Ana dilimizin Naxçıvan qrupu dialekt və şivələri haqqında dəyərli elmi əsər. Son illər türk dillərinin tədqiqinə xüsusi maraq göstərilir. Bu cəhətdən Azərbaycan dilçiliyi türkologiyanın ön cərgələrində gedir. Belə ki, təkcə Azərbaycan ədəbi dilinin xüsusiyyətləri deyil, onun dialekt və şivələri də geniş və ətraflı surə...
ANL
Nağıl kimi bir ömür: Nüsrət Kəsəmənli. UNUDULMAZ ŞAİRİMİZİN 70 İLLİYİNƏ. Biri var idi, biri yox idi, keçən əsrin ortalarında Azərbaycanın qədim bölgələrindən biri olan Qazax mahalının Kəsəmən köyündə Adıgözəl adında bir kişi vardı. Hamısı bir-birindən yaraşıqlı, cəsarətli, cəngavər. Böyük oğlu Yusif Qazaxda bir pəhləva...
ANL
Əsəd Cahangir: “Bizim alimlər üçüncü mərhələyə çata bilmirlər”. “On üçüncü gecə” tanınmış tənqidçi Əsəd Cahangirin sayca dördüncü kitabıdır. Təzəcə işıq üzü görən kitabda müəllifin Elçin yaradıcılığı - hekayələri, məqalələri, dram əsərləri, onlar əsasında hazırlanmış tamaşalar və nəhayət, “Baş” romanı haqda yazıları ye...
ANL
Çadır saraylarda soldum, çərlədim, Ömrü hədər etdim, günü vərlədim. sən imkanın olanda. mənə rişxənd edənlər. bir-birindən şəklənsin. bəlkə də çox gülüncdü. inan, varlığın durur, sevgimin təməlində. oxundan üzülmüş yay tək. yenə tıncıxan nəfəs. birdən sorar könlümü. hirsdən qırar könlümü. ovunmaq gücüm qalmaz, kirpikdə...
ANL
Səttar Bəhlulzadə silsilə tədbirlərlə anıldı. Dekabrın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S.Bəhlulzadə adına Mədəniyyət Sarayında Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu” adlı yaradıcılıq gecəsi keçirilib. AZƏRTAC-ın məlumatına görə, tədbirdə Səttar Bəhlulzadənin həyat və yaradı...
ANL
Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qaray...
ANL
“Həddən artıq uyğunluq”un təqdimatı oldu. Dekabrın 15-də Nizami Kino Mərkəzində Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında l...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL