text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Əyriqarın qardaşı. Xalq şairi Zəlimxan Yaqubun ölüm xəbərini mənə Kürüstündən şair Osman Əhmədoğlu xəbər verdi. O, telefonda elə ağlayırdı ki, sanki əsrlərin o üzündə Osmanlının süqutu xəbərini alan Sultan Səlim ağlayır... Amma bunu göz yaşları heç olmasa bircə yol göllənməyənlər bilməsə də olar... Bir neçə gün sonra B... | ANL |
Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları. LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ. ŞAPŞAL İRAN ƏKS-İNQİLABININ EPİSENTRİNDƏ. Dünyaca tanınmış karay türkü, şərqşünas professor, türkşünas alim və görkəmli Litva-Polşa ictimai-mədəni xadimi Hacı Seraya Xan Şapşal (1873-1961) tərəfindən Azərbaycan etnok... | ANL |
Dostumuzun şərəflə yaşanmış 50 yaşı. Görkəmli alman yazıçısı və filosofu İohan Höte deyib: “Dostluq əntiq əşya kimidir - zaman ötdükcə qiyməti artır”. Bu deyimin doğruluğunu tanınmış ziyalı Zaur İsayevlə ildən-ilə daha da səmimiləşən münasibətlərimizdə görməkdəyik. Bizi bir-birimizə, eləcə də Zaur müəllimə bağlayan ham... | ANL |
Ürəkdəki çıraq. Torpağın üstündə doğuluruq, yalın ayaqlarımızla onun köksündə ilk addımlarımızı atırıq, bərəkətindən güc alaraq böyüyürük, “ana” dediyimiz bu varlığa ömrümüz boyu borclarımızı qaytarmağa çalışırıq və nəhayətdə dövrə qapanır, yenidən müqəddəs torpağın ağuşuna qayıdırıq. Bu, hər insanın taleyidir. Amma də... | ANL |
Qara Qarayev doğum günündə anılıb. Fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli ictimai və elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Qara Qarayevin anadan olmasından 98 il ötdü. Bununla əl... | ANL |
Vaqif Səmədoğlu ilə bağlı daha bir tədbir. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Kaspi” qəzetinin mərhum Xalq şairi Vaqif Səmədoğluya həsr olunmuş xüsusi buraxılışı ilə bağlı tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq düşüncələrini bölüşüb: “Bu gün həm kədərli, həm d... | ANL |
“Qürbətdən gələn məktublar” yenidən səhnədə. Fevralın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinə Xalq artisti, kinorejissor... | ANL |
Vyanada bal mövsümünün zirvə nöqtəsini təşkil edən Vyana Opera balı keçirilib. “Dünyanın ən gözəl bal salonu”na çevrilmiş Vyana Dövlət Operasında 60-cı dəfə təşkil edilən bal bu il öz təmtərağı və qonaqların rəngarəngliyi ilə seçilib. Vyana Dövlət Operasının solistləri Plasido Dominqo və Olqa Peretyako müxtəlif operala... | ANL |
Ədəbiyyatın və əbədiyyətin şəhidi. Sözün Mehdi Bəyazidi. O, bu dünyada ən böyük istəyinə nail olmuşdu – Allahı sevindirə bilmişdi. Ancaq bu dünya onu istəmədi. O, ruhdan düşmədi, istedadlı adamlara qarşı qəddar olmayan başqa bir dünyanı sevməyə getdi. Əslində o, dünyasını dəyişmədi, dünya onu dəyişdi, dünya üçün hava, ... | ANL |
Betərin də betəri... QAN TURALININ YAZILARI VƏ “KULİS”DƏKİ FƏALİYYƏTİ BELƏ TƏƏSSÜRAT YARADIR. Qəzetimizin 25 ilə yaxınlaşan nəşr həyatında gənclərə geniş yaradıcılıq meydan verilməsi möhkəm ənənəyə çevrilib. Təxminən 10 il əvvəl onda hələ çox gənc olan Qan Turalının ədəbi proseslə bağlı yazılarına səhifələr ayırmaq da ... | ANL |
Qəzetin bu sayında isə yazıçının XX əsrin birinci yarısında yaşamış ictimai xadim Mirsəid Sultanqaliyev haqda yazdığı parçanı oxuculara təqdim edirik. Əgər çar dövründə türklərin milli istəkləri maarifçi, mədəni aksiyalarla ifadə olunurdusa, 1905-ci ildən sonra Dumaya seçilən və müsəlmanları təmsil edən deputatlar mill... | ANL |
Həpimiz bir günəşin zərrəsiyiz!.. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabı - “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” çapdan çıxıb. Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarla... | ANL |
2005-ci ildə Azərbaycanı Avropa Şurasında təmsil edən Milli Məclisin nümayəndə heyətinə daxil edilmişdim. Avropa parlamentlərindən olan həmkarlar o zaman məndən tez-tez Vaqif Səmədoğlu barədə soruşurdular: o necədir, niyə gəlməyib... Bir çoxu onu daha Azərbaycan nümayəndə heyəti tərkibində görməyəcəyindən məyus olur və... | ANL |
Qərbdə radikallaşma meyllərinin dünya nizamına təsiri. Tarixən bəşəriyyət müxtəlif güc mərkəzlərinin fərqli dəyərlər sistemi və buna uyğun olaraq fərqli ideologiyaları üzərində qurulan dünya nizamına malik olmuşdur. Fərqliliklər üzərində formalaşan dünya nizamı bu fərqli dəyərlərin ahəngdarlığından asılı olaraq zaman-z... | ANL |
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. Allahın yaratdığı ən böyük dəyər insandır. İnsanlığın dəyəri isə müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşmasından keçir. Bu, təqdiri-İlahidir. Bu barədə Qurani-Kərimdə belə buyurulur: "Biz sizi bir kişi və bir qadından yaratdıq. Bu... | ANL |
Zəlimxan Yaqub Daşkənddə anılıb. Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib. Axşam.az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini... | ANL |
Azərbaycan filmləri Çində mükafata layiq görülüb. Azərbaycan istehsalı olan iki film Çində birinci Asiya beynəlxalq qısametrajlı filmlər festivalının xüsusi mükafatına layiq görülüb. Azərbaycanın Çindəki səfirliyi mədəniyyətimizin, incəsənətimizin bu ölkədə geniş təbliği istiqamətində gördüyü işlər çərçivəsində Amil Mə... | ANL |
San-Farnsiskoda Firəngiz Əlizadənin premyerası olub. ABŞ-ın San Fransisko şəhərində Kronos Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib. Azərbaycanın San Fransiskodakı Konsulluğundan APA-ya verilən məlumata görə, dünya şöhrətli Kr... | ANL |
Böyük şairimiz Füzuli və onun dünya ədəbiyyatındakı yeri. Klassik ədəbiyyatımızın Nəvai, Nəsimi, Əhməd Yəsəvi, Qaspıralı İsmayıl, Məxdumqulu və bu kimi çox sevilən, oxunan və bəyənilən nümayəndələrindən biri də Məhəmməd Süleyman oğlu Füzuli olduğunu, hətta onun birinciliyini iddia edə bilərik. İnsanlığa ərməğan etdiyi ... | ANL |
Bakıdan görünən və görünməyən Strasburq həqiqətləri. Aralıqdakı məsafə min kilometrlərlə ölçülsə də, artıq çoxdandır ki, Strasburq Bakıdan uzaq deyil. Azərbaycan insanı bu köhnə Avropa şəhərində baş verənləri 15 ildir nigaran maraqla izləyir, vətəndaşlarımız Avropa Şurasından umur və oradan Qarabağın, zəbt olunmuş torp... | ANL |
Regionların inkişafı və regional universitetlər. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında və Dövlət Proqramında qeyd edildiyi kimi regionların inkişafı son 10 ildə ölkənin sosial-iqt... | ANL |
Dilindən çox ürəyi ilə danışan şair. Həmişə kövrələndə, hissə qapılanda açıb kitab oxuyar, dərdimi kitaba danışıram. Bu dəfə də eynən beləcə boylandı dərd içimdən. Bir neçə gündür ki, yanımda olan, Bakıdan, daha doğrusu, iş yerindən, 24 ildir ki, müvəqqəti sığındığım Müşfiqabaddakı fəhlə yataqxanasınadək (marşrut avtob... | ANL |
Bu günlərdə yaxın dostlardan birinə rast gəldim. Oturub, ötən illəri yada saldıq. Söhbət Ağdamdan, Sadıq Murtuzayevin Abdul-Gülablıda qurub-yaratdıqlarından düşəndə dostum qəfil susdu. Görünür, doğma yurd yerlərinin həsrəti onu qəhərləndirdi. Handan-hana baxışlarını üzümə çevirdi. Əsl yaradıcı, qurucu adamdır. Bilirsən... | ANL |
Yazıçılar Birliyində Yapon şeiri antologiyasının təqdimatı olub. “ATV Kitab” ın “Parlaq imzalar”la növbəti nəşri olan “Səsindən tanıdılar payızı” adlı klassik yapon şeiri antolgiyasının təqdimatı keçirilib. Fervalın 6-da Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində tanınmış şair və yazıçılar, tərcüməç... | ANL |
"Multikulturalizm Azərbaycanın həyat tərzidir" adlı kitab sərgisi açılıb. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Multikulturalizm ili” münasibətilə “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi açılıb. SalamNews xəbər verir ki, kitabxananın direktoru, professor Kərim Tahirov Prezident ... | ANL |
Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın "Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri" adlı məruzəsi... | ANL |
Aktauad Azərbaycan milli mətbəxi nümayiş olunub. Dünən Aktau şəhərinin “Xan şaxar” istirahət və əyləncə sarayında dünya xalqlarının milli mətbəxlərinin nümayişi keçirilib. Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğundan 525.az-a verilən məlumata görə, Aktauda fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tə... | ANL |
Fevralın 8-də Sumqayıt Dövlət Rəsm Qalereyasında "Yurdumuzu qarış-qarış gəzək" aktiv rəssamlar qrupunun üzvlərinin əsərlərindən ibarət "Yurdumuzun rəngləri" adlı sərgi təşkil olunub. AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının, Uluslararası Aktiv Rəssamlar ... | ANL |
Azərbaycana məxsusluğun ali və əbədi meyarı. "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin elm və mədəniyyətinin təbliği" istiqaməti üzrə. Heydər Əliyev. Xalqımızın yaddaşında əbədiyyətə qovuşub əsatirləşən, qeyrət, qürur, şərəf, paklıq, ülvilik və əyilməzlik rəmzinə çevrilən Azərbaycanın ən dahi tarixi ... | ANL |
“Əbədi ezamiyyət”dəkilərin sorağı. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günündə. Həmin gün Azərbaycan İctimai Telekanalında "Əbədi ezamiyyət" sənədli filmini nümayiş ediləcəyini bilirdim. Filmin təsirindən bir müddət çıxa bilmədim, neçə dəfə duyğulandım. Çox mükəmmə... | ANL |
ŞAİRİN YENİ ŞEİRLƏRİNİ ƏSAS ALAN DÜŞÜNCƏLƏR. Bu gün görkəmli şair Musa Yaqubun poeziyası haqqında yeni Söz demək mənim üçün çətindir - fikrimin həqiqi mənasında. Etirafı o oxuculara xatırladıram ki, vaxtilə şairin yaradıcılığı mənim yozumumu bir kitab halına gətirdi və yazdım, yüngülləşdim. Təkrara qayıtmağın bir imici... | ANL |
“Zəlimxan Yaqub yaradıcılığında hərbi vətənpərvərlik mövzusu” müzakirə edilib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq Şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş “Zəlimxan Yaqub yaradıcılığında hərbi vətənpərvərlik mövzusu” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı, ... | ANL |
ŞAİRİN YENİ ŞEİRLƏRİNİ ƏSAS ALAN DÜŞÜNCƏLƏR. Ən zərif və cəsarətli gül-çiçək soyuq çağlarda təbiətin acığına torpaqdan baş qaldırır ki, üsyana qalxsın, lakin ömrü vəfa etmir, hətta insanlardan "ölüm" ayağında imdad diləyir: Bənövşə! Vaxtsız gəlmiş qonaq kimi, Peşiman baxdın üzümə. Səni gördüm inanmadım gözümə. Poetik a... | ANL |
AZƏRBAYCAN TELEVİZİYASININ İLK DƏFƏ EFİRƏ çıxmasından 60 il ötür. Tənha yaşayan ahıl qonşumdan bir dəfə xəbər aldım: - Bayram günlərində darıxmırdınızmı? Televiziya qəbulediciləri bu gün sadəcə məişət əşyamız deyil, sanki ailəmizin üzvlərindən biridir, özü də ona digər üzvlərdən daha artıq vaxt və diqqət ayırırıq. Səhə... | ANL |
Ağdamda nəyim qaldı ? Evdə arvad olmadığından yeməyə dadlı bir şey də tapılmırdı, hərdən Surayya boşqabda bir pay dadlı nəsə gətirirdi. Tamahı çəksə də, Nənəm erməni gətirən xörəyə əl vurmur, öz payını da mənə verirdi. Mən də əvəzində məxsusi onun üçün iki yumurta alıb qayğanaq bişirirdim. Nənəm dişsiz ağzını marçıldad... | ANL |
Azərbaycan Televiziyası - hər birimizin televiziyası... Hər şey ondan başladı... 20-ci yüzilliyin möcüzələrindən olan radio və televiziya texnologiyanın mədəniyyətə ən böyük hədiyyəsi oldu. Bu hədiyyədən bizə də pay düşdü: Azərbaycan Teleradiosu... Azərbaycan Radiosunun yaranma tarixi hər il ölkəmizdə teleradio günü ki... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları - VI hissə. LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ. BALTİK ELLƏRİNDƏN EŞİDİLƏN AZƏRBAYCAN SƏSLƏRİ... Azərbaycan və Baltik xalqlarının qədim əlaqələri təbii ki, birtərəfli proses olmayıbdır. Xalqlarımız arasında ictimai və mədəni münasibətlərin təməlinin qoy... | ANL |
Əlahəzrət kitabın xidmətində. Böyük maarifçi-alim Həsən bəy Zərdabi demişdir: “Yaxşı kitab - qiymətli dəfinədir”. Əslində, kitab haqqında bir çox müdriklərin kəlamları var. Bu misalların sayını kifayət qədər artırmaq olar. Ancaq bir fakt faktlığında qalır. İKT-nin cəmiyyət həyatına nüfuz etdiyi, kitaba olan rəğbət və s... | ANL |
Fobiya - Dostum Məzahir Əhmədoğluya. Əbədi müasirimiz Mirzə Cəlilin “Ölülər” əsərində İskəndərlə Nazlının belə bir mükaliməsi var: “İskəndər (Nazlını qucaqlayır). Ey mənim gözəl bacım Nazlı. Səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən ... | ANL |
Bir gizli sevginin qəhrəmanıyıq, Bir kimsə bilməyir bu sevgimizi. Görüşük, vüsalıq, baharıq, yayıq, Baxanlar özgələr bilirlər bizi. Küçədə, bayırda qarşılaşırıq, Ani bir təbəssüm bəs edir bizə. Xəyal qanadlanır, dağlar aşırıq, Quşlar nəğməsini bəhs edir bizə. Bu gizli sevgini qürur sanırsan, Sevgisiz günümdən usanır öm... | ANL |
İmperiyalar və onların süquta sürüklənməsi. İmperiya hansısa bir fövqəl icad deyildir, öz mənşəyini insanların malik olduğu qüsurlardan götürür, taleyin yuxarı qaldırdığı bəzi adamlar daha çox şeyə sahib olmaq, başqa ölkələrin torpaqlarını qəsb etmək və var-dövlətini ələ keçirmək kimi eybəcər ehtirasla hərəkət etməklə ... | ANL |
Məhəmməd Əmin Rəsulzadə Atatürk haqqında. Məqalə, həqiqətən, həm müəllifin, həm də ümumən Azərbaycan mühacirətinin Atatürkə münasibətini bütün ictimai- siyasi, ideoloji təfərrüatı ilə əks etdirən mötəbər tarixi mənbədir. Vilayət Quliyev məqaləyə təqdimat sözündə maraqlı (və tədqiqatçıları düşündürən) bir mühüm məsələyə... | ANL |
YAXUD MÜBAHİSƏNİ FAKTLARLA APARAQ. Bizdə tənqid və ədəbiyyatşünaslıq indi çox çətin bir mərhələdən keçir; elmi təfəkkür öz yerini sözçülüyə, bir qədər də dəqiqləşdirsək populizmə və ritorikaya verib. Kimsə bir yerdə hər hansı bir faktı görür, dərhal onu bir yenilik kimi qələmə verir, hərtərəfli araşdırma olmadan əsası ... | ANL |
Uzun və mənalı ömrün sönməz işığı. PROFESSOR SƏYYARƏ MOLLAZADƏ ALİM VƏ PEDAQOQ KİMİ DƏ, İNSAN VƏ ŞƏXSİYYƏT KİMİ DƏ UNUDULMAZDIR. Yanvarın 22-si filologiya elmləri doktoru, professor, 40 ilə yaxın müddətdə Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının müdiri işləmiş Səyyarə Məmməd qızı Mollazadənin doğum ... | ANL |
Beynini o üşüdüyün günə kökləyəndə ürəyindən keçən qanın da "sərinliyini" hiss edirsən elə bil... İndi gülüb keçən də tapılacaq bu üşüməyin fəlsəfəsində azmağıma. Eynimə almıram, əminəm ki, dodağı qaçanlar Dəyanət Osmanlının şeirlərini oxumayıblar. Pəncərəmdən qarlı bir gecə keçir, Üşüdüyün günün fotosu. Gözlərimə baxı... | ANL |
Şeir-işıqdı. İşıq varsa, görünəcək. Görmək istəməyənlər də görəcək. Şeirin işığını görmək bəsirətlə bağlıdı; bəsirət gözüylə baxanlar görə bilir şeirin işığını. İşıqlı fikirləri, düşündürücü fikirləri ifadə elədiyinə görə. Şeir şairin oxucusuyla duyğu dilində kəlmələşməsidi. Qınayan olmasa, şeiri duyğulara üzərrik bilə... | ANL |
Özümə bəs deyildimi. Yad ellərə üz tutubdu. Doğmalar əlindən qaçır. Sizin düşmən olduğunuz. Niyə indi bəlli olub? Hamilə suda boğulur, Körpə var yolda doğulur. Cavana sərhəd çəkirlər, Nənə qapıdan qovulur. Ekranlarda hamı görür, Hamı bilir, hamı qanır. Sahibsiz iti qoruyur, Qaçqını sərhəddən qovur. Qaçqın düşən məhəbbə... | ANL |
Görkəmli aktyor Əliabbas Qədirovun xatirəsi yad edilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xalq Artisti, görkəmli teatr və kino xadimi Əliabbas Qədirovun məzarını ziyarət edib. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemət görkəmli sənətkarın... | ANL |
Fevralın 14-də İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Tehranın “Əndişə” Mədəniyyət Evində Azərbaycanın Xalq Şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun anım mərasimi keçirilib. Tədbirdə İran azərbaycanlıları, Tehran ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər. Mərasimdə Azərbaycanın İ... | ANL |
Hüseynbala Mirələmov medalla təltif olunub. Milli Məclisin deputatı, yazıçı-dramaturq, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDUEA) qərarı ilə "Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət medalı" ilə təltif edilib. AZƏRTAC xəbər verir ki... | ANL |
Azərbaycan ədəbi dilinin dövrləşdirilməsi və Tofiq Hacıyev elmi irsi. Azərbaycan ədəbi dili tarixi türk xalqlarının ədəbi dili kontekstində özünəməxsus yer tutur. Tədqiq mövzusu tarixi qrammatika ilə eyni olan ədəbi dil tarixinin tədqiqat dairəsi genişdir. Tarixi qrammatikadan fərqli olaraq, dil faktlarını mətndaxili ö... | ANL |
Gerçəkliyin simvolikası Seyran Səxavət qələmində. 70 İLLİYİ ƏRƏFƏSİNDƏ YAZIÇININ YARADICILIĞINA BİR BAXIŞ. Şərtilik incəsənət və ədəbiyyat üçün çox mühüm əhəmiyyət kəsb edir. Şərtiliksiz incəsənətdə və eləcə də ədəbiyyatda nə gerçəkliyi bütünlüyü, tamlığı ilə əks etdirmək, nə də onun məna və mahiyyətini genişləndirmək,... | ANL |
Meksikada İrəvan xanlığı ilə bağlı kitab çap edilib. "ANAHUAC" UNİVERSİTETİNDƏ "İRƏVAN XANLIĞI: RUSİYA İŞĞALI VƏ ERMƏNİLƏRİN ŞİMALİ AZƏRBAYCAN TORPAQLARINA KÖÇÜRÜLMƏSİ" ADLI KİTABIN TƏQDİMAT MƏRASİMİ OLUB. Meksikanın mötəbər ali təhsil qurumlarından biri olan "ANAHUAC" Universitetinin (Universidad Anahuac) Qlobal Araşd... | ANL |
Gerçəkliyin simvolikası Seyran Səxavət qələmində. 70 İLLİYİ ƏRƏFƏSİNDƏ YAZIÇININ YARADICILIĞINA BİR BAXIŞ. İfşaedici və öldürücü satirası, dramatizmi, ironik və tragik məqamları ilə diqqəti cəlb edən bu roman dünya ədəbiyyatında diri olan xalqa yazılmış ilk nekroloqdur. Yazıçını narahat edən məqamlardan biri də budur k... | ANL |
Şəki Türk dünyasının mədəniyyət paytaxtı kimi. BUNUNLA BAĞLI KEÇİRİLƏCƏK TƏDBİRLƏR PLANI MÜZAKİRƏ OLUNUB. Mədəniyyət və Turizm Nazirliyində Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planının müzakirəsinə həsr olunmuş görüş keçirilib. Nazirlikdən AZƏRTAC-a bildi... | ANL |
Azərbaycan Kanberradakı Milli Multikultural Festivalda. Fevralın 12-dən 14-dək Avstraliyanın Paytaxt Ərazisinin Multikultural Məsələlər Nazirliyi tərəfindən Kanberra şəhərində Milli Multikultural Festival keçirilib. Festivalda 80-dən çox ictimai birlik və diplomatik nümayəndəlik təmsil etdikləri xalqların mədəniyyətini... | ANL |
“Məktəblinin musiqi elektron kitabxanası” təqdim olundu. Fevralın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və akademiyanın birgə təşkilatçılığı ilə “Məktəblinin musiqi elektron kitabxanası”nın təqdimatı keçirilib. AZƏR... | ANL |
mövzulu rəsm müsabiqəsi yekunlaşdı. UNESCO-nun 70 illik yubileyi münasibətilə 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh naminə birləşək!" mövzusunda respublika rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqəni Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan h... | ANL |
Turizm Universitetinin rektorunun məqaləsi dərc edilib. 113 ölkədən 776 tədqiqatçının araşdırma nəticələrinin daxil olduğu Turizm Ensiklopediyası "Springer" Beynəlxalq nəşriyyat şirkətinin indeksi ilə çap olunub. Universitetdən verilən məlumata görə, ensiklopediyaya Azərbaycan Turizm və Menecment Universitetinin rektor... | ANL |
"Naxçıvan" Universitetində konfrans keçirilib. "Naxçıvan" Universitetində Pedaqoji təcrübəyə həsr olunan konfrans keçirilib. Universitetdən verilən məlumata görə, ali təhsil ocağının tədris işləri üzrə prorektoru,dosent İbrahim Kazımbəyli giriş sözü ilə çıxış edərək bildirib ki, pedaqoji təcrübə kadr hazırlığının ən va... | ANL |
Layiqli ana dili olmayan ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət, millət xalq ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, şərq ölkəsinin əsarəti altında olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq, nəinki yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın xüsusən bizim... | ANL |
Təranə Vahidin təqdimatında "Doxsan imza". Yazıçı-publisist Təranə Vahidin "Doxsan imza" kitabı mədəniyyət tariximizə həsr olunub. Kitabda yazıçının məqalə və müsahibələri toplanıb. Bütün bunlar ömrünü musiqi, ədəbiyyat, yaradıcı və elmi sahəyə həsr etmiş görkəmli sənətkarların həyat və fəaliyyət sferasını açır. Kitab ... | ANL |
Bu yaxınlarda qorqudşünas alim, professor Əzizxan Tanrıverdinin "Koroğlunun şeir dili" kitabı nəşr olunub. Monoqrafiyada "Koroğlu" eposunun poetik kökləri, dilinin tarixiliyi, özəllikləri və ədəbi mətnlər müstəvisində yeri tədqiq olunub. Professor elmi-tədqiqat çərçivəsində eposdakı şeirlərin semantikası, tarixi-linqvi... | ANL |
"Məktəblinin musiqi elektron kitabxanası"nın təqdimatı olub. "Məktəblinin musiqi elektron kitabxanası"nın təqdimatı olub. Bakı Musiqi Akademiyasında «Məktəblinin musiqi elektron kitabxanası»nın təqdimatı olub. Musiqi və ümumtəhsil məktəblərində dərs vəsaitinə çevrilə biləcək bu portalın fəaliyyətinə martın 20... | ANL |
Unudulmaz sənətkarın xatirəsinə layiq yubiley gecəsi. Fevralın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsi daha bir yubiley konserti ilə canlandı. Yüksək səviyyədə təşkil olunmuş bu tədbir Xalq artisti, pianoçu, müğənni, professor Rauf Atakişiyevin 90 illik yubileyinə həsr olunmuşdu. Rauf İsrafil... | ANL |
Kitabxana sistemi ilə bağlı yeniliklər müzakirə edilib. Milli Kitabxananın direktoru Kərim Tahirov "Innovative Interfaces Global Ltd"nin biznesin təşkili müdiri Nabil Saadallah ilə görüşüb. Görüşdə Milli Kitabxananın İnformasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Elçin Musayev, Elmi işlər və beynəlxalq ... | ANL |
"Böyük dayaq"dan güc alan şəxsiyyət. Bir qayda olaraq hər il fevralın 21-də - Beynəlxalq Ana dili günündə dilimizin gözəlliyi və qüdrəti barədə düşünərkən, qeyri-ixtiyari, ötən əsrin ortalarında dilimizin cəfakeşi olmuş böyük ədib Mirzə İbrahimovu xatırlayıram. Məhz onun 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti R... | ANL |
Məhəmməd Əmin Rəsulzadənin təvəllüdünə dair vacib bir qeyd. Bu tarixi yazanlar, yəqin ki, müəyyən mənbələrə əsaslanırlar, lakin demək olar, heç bir tədqiqatçı mənbə göstərmir. Bizim araşdırdığımız mənbədə isə bu tarix fərqlidir. Sənədlərə müraciət edirik. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki 290 nömrəli ... | ANL |
Bir dostun ardından... Fevral ayı aylar içində ən qısa ay və qış mövsümünün bahara doğru gedən yolunda son dayanacağı... Bəlkə də buna görə həmişə fırtınalı, yorucu keçir. Anam da fevral ayını sevməzdi. Qar yolları bağladı, külək, fırtına yolumuzu kəsdi, dəfninə yetişə bilmədim. Bu il fevral ayı yenə dostlarımızın ürəy... | ANL |
Ana dili millətin mənəvi varlığıdır. Nüfuzlu beynəlxalq qurumun bu qərarı dünya miqyasında ana dilinə olan diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda ana dilinin hər bir xalqın, millətin həyatında nə dərəcədə böyük əhəmiyyət daşıdığını bir daha təsdiqləmiş olur. Ana dili, həqiqətən də, hər bir xalqı... | ANL |
İncəsənət Universitetinin tələbələrindən yeni tamaşa. 15 fevral tarixində YARAT FreeStyle çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində Bond Street Teatrı Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə "Sülh naminə icma dramı" proqramı ilə hazırlanan "Ay dövriyyələri" adlı ta... | ANL |
Hələ keçən əsrdə yaşayıb-yaratmış fransız yazıçısı Kleman Votel insanın maşın sevgisini görmüş və fantastik "Sonuncu piyada" hekayəsini yazmışdı. Hekayədə "şərh" olunan mövzunun aktuallığı bu günümüzdə də aktual olduğundan onu tərcümə edib oxuculara təqdim etməyi məqsədə uyğun sayıram. Həmin ildən başlayaraq avtomobill... | ANL |
Qazax aşıq mühiti monoqrafik müstəvidə. Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın "XX əsr Qazax aşıq mühiti" ("Elm və təhsil", 2015) adlı monoqrafiyası filologiya elmləri doktoru Cəlal Bəydilinin elmi redaktorluğu, professor Mahmud Allahmanlı, professor Seyfəddin Qəniyev və filologiya elmləri dokto... | ANL |
Azərbaycanlı pianoçu beynəlxalq müsabiqədə fərqlənib. Estoniyanın Narva şəhərində gənc pianoçuların Şopen adına XI Beynəlxalq müsabiqəsi başa çatıb. AZƏRTAC xəbər verir ki, Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi Nərminə İsmayılova müsabiqədə uğurla çıxış edərək münsiflər heyətinin rəyinə əsasən II... | ANL |
Faiq Əhmədin "Qavrama nöqtələri" Romada sərgilənir. Romadakı Müasir İncəsənət Muzeyində şəhər meriyasının, “Montoro12” Müasir İncəsənət Qalereyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə azərbaycanlı rəssam Faiq Əhmədin “Qavrama nöqtələri” adlı fərdi sərgisi açılıb. Rəssamın muzey formatınd... | ANL |
“Səttar Bəhlulzadənin karikaturaları”nın təqdimatı keçirilib. Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyində yeni çap olunmuş “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” kataloqunun təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kataloqda S.Bəhlulzadənin 1931-1933-cü illərdə “Kommu... | ANL |
Ağdamda nəyim qaldı? Loto oyunu məni artıq qətiyyən maraqlandırmır, ancaq Donaranın işdən qayıtmasını və həyətə çıxmasını gözləyirəm. Bizim münasibətimizdən heç kəsin xəbəri yoxdu. Çünki artırmanın surahısının aşağısı açıq deyildi, ona görə də bizim qurşaqdan aşağı hissəmizi döşəmədə oturub loto oynayanlar görə bilməzd... | ANL |
Bəlkə də həyatda kiminsə haqqında ondan xəbərsiz, ondan yana düşünməkdən gözəl heç nə yoxdu. Dünyasını dəyişənləri yad etmək isə insan olanın vəfa borcudur. Vəfasızlıq, unutqanlıq insana yaraşan sifət deyildir. Dünyasını dəyişmiş elə əməl sahibləri də var ki, hər an rəhmətlə yad etmək bizim mənəvi borcumuzdur. Mən iste... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Hettlər Mitanni çarlığını dağıdanda, onların ağalıq etdikləri assuriyalılar nəhayət müstəqil oldular. Sonrakı 250 il ərzində Assuriya imperiyasının ekspansiyası və tənəzzülü bir-birini əvəz edirdi. Tədricən Assuriya ən iri orduya malik oldu. ... | ANL |
Türk dünyasının ortaq söz sərvəti - Məhtimqulu irsi. VƏ YA AZƏRBAYCAN-TÜRKMƏN ƏDƏBİ ƏLAQƏLƏRİ YENİ MƏRHƏLƏDƏ. Azərbaycan respublikası ikinci dövlət müstəqilliyinə qovuşandan sonra türk dünyası ilə mədəni-siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başlamışdır. Bu istiqamətdə Türkiyə və Qazaxıstandan sonra əlaqəl... | ANL |
Zəlimxan Yaqub unudulmazlığı. Zəlimxan Yaqub göylərdə sayrışan ulduz kimi sönüb getdi. Amma bu bir həqiqətdir ki, onun cild-cild kitablarını mənim kimi gümanlarla açıb oxuyanlar çoxdur. Şeirləri bir gün efirlərdə, məclislərdə, bədii qiraət ustalarının ifasında, bir gün də aşıqların, şeirsevərlərin və sədaqətli dostları... | ANL |
Xalq yazıçısı Elçinin son romanında ilk diqqəti çəkən əsərin qulağa qəribə gələn adıdır - “Baş”: bu adda nəsə bir sərtlik, amansızlıq, yerə-göyə meydan oxuyan təkəbbür, birbaşalıq var; üstəlik də çox qısadır, elə bil, ya bəmdən qəfil zilə qalxır, ya da zildən qəfil bəmə düşürsən; və nəhayət, bədiilikdən daha çox nəsə a... | ANL |
Qədir çəkməçi köşkündə oturub çəkicini taqqıldada-taqqıldada müştərilərin köhnə ayaqqabılarına əl gəzdirirdi. Onu fikir götürmüşdü, gündəlik qazancı evi görmürdü, bir qəpik artırıb dala atmaqdan söhbət gedə bilməzdi. Artırmaq cəhənnəmə, borclar kəndir olub keçmişdi boğazına. Ərzaq dükanlarında, ət mağazalarında adı nis... | ANL |
Kino rəssamı Fikrət Ələkbərovun 70 illiyi qeyd edildi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Əməkdar rəssam Fikrət Ələkbərovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək tanınmış kinorəssamın Azərbaycan kino mədəniyyətinin ink... | ANL |
Fevralın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Virtual proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq öz işinə başlayıb. Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, treninqin açılış mərasimində Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, “Innovative Interfaces Global Ltd” şirk... | ANL |
Əliağa Vahid konsert proqramı ilə yad edilib. Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əliağa Vahidin qəzəllərindən ibarət “Vahidəm, qaldı sözüm bir dürr kimi” adlı konsert proqramı təqdim olunub. AZƏRTAC xəbər ki, konsert Əliağa Vahidin öz dilindən lentə köçürülmüş qəzəllərinin səsləndiril... | ANL |
YARAT Müasir İncəsənət Məkanı “ARTIM” layihəsi çərçivəsində elan olunmuş açıq müsabiqənin yekunlarına əsaslanan silsilə sərgilərin keçirilməsinə başlayıb. Başlanan sərgilər proqramının təntənəli açılışında silsilənin ilk ekspozisiyası - Habib Saherin “Bu da keçər” adlı fərdi sərgisi olacaq. Bunların arasında mövcudluğu... | ANL |
Gündoğan ölkəyə səfərin unudulmaz təəssüratları. NOVRUZ NƏCƏFOĞLUNUN “EŞİTDİYİM VƏ GÖRDÜYÜM YAPONİYA” KİTABI NƏŞR OLUNUB. Azərbaycan ictimai və ədəbi mühitində özünəməxsus yeri olan yazıçı Novruz Nəcəfoğlunun (Novruzov) yeni çapdan çıxan “Eşitdiyim və gördüyüm Yaponiya” kitabı onun 2014-cü ilin may-iyun aylarında, bir ... | ANL |
Kamran Nəzirlinin “Dördüncü möhür”ü. Bu yaxınlarda Kamran Nəzirlinin “Dördüncü möhür” romanı işıq üzü görüb. Qeyd edək ki, Kamran Nəzirli həmçinin ingilis və Amerika ədəbiyyatının C. London, O. Uayld, E. Heminquey, C. Qolsuorsi, H. Melvil, M. Mitçel və sair kimi görkəmli nümayəndələrinin əsərlərini ingiliscədən dilimiz... | ANL |
Məmməd Orucdan yeni kitab. Bu günlərdə yazıçı Məmməd Orucun yeni kitabı nəşr olunub. “Buxara əsirinin sirri” adlı kitabda müəllifin povestləri toplanıb. “Atəşkəs yallısı”, “Son dayanacaq”, “Buxara əsirinin sirri” əsərlərində insanın mənəvi dəyərlər qarşısında seçimi, daxili mübarizəsi və ziddiyyəti verilib. Əsərlər dah... | ANL |
Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları - VII hissə. LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ. PREZİDENTLƏRİN YÜKSƏK DİQQƏTİNDƏ OLAN QƏDİM ƏLAQƏLƏRİMİZ. Beynəlxalq ictimai əlaqələrdə və dövlətlərarası münasibətlərdə yüksək səviyyəli qarşılıqlı anlaşmalar əldə etmək üçün xalqların bir-birinin tarix ... | ANL |
Məhəbbət çiskini. “Məryəmin əsərləri işıqlı rənglərin improvizasiyası ilə ifadə olunan sevgi, bəzən də nostalji bir sevgi ilə dolu olan melodiyalardır”. Jeni di Bert, Roma Zərif Sənətlər Universitetinin professoru. Məryəm - bu gənc qız bir meteor sürəti ilə Azərbaycan rəngkarlıq sənətinə daxil oldu və o zaman mən onun ... | ANL |
Zəkanın işığında. Təhsilin nəzəriyyə və praktikası ilə uğurla məşğul olmuş görkəmli pedaqoq, əməkdar elm xadimi, psixoloq-alim, professor Əbdül Əlizadə artıq bir ildir ki, dünyasını dəyişib. Bununla əlaqədar, alimin unudulmaz xatirəsinə həsr olunmuş bu yazını oxuculara təqdim edirik. Onun barəsində keçmiş zamanda danış... | ANL |
Saygyonun əriyi. "ATV KİTAB"IN NƏŞRİ OLAN "SƏSİNDƏN TANIDILAR PAYIZI" KİTABINI OXUDUM... Saygyo yapon ədəbiyyatında tankaları ilə öz tarixini yazıb. Və bu tarix bəzək-düzəkli deyil. Tarix özü bəzək düşkünüdür, bəzənməsə, gözə görünmək istəməz. Bəşər övladı başını götürüb hara qaçar, İlahi?! Dünya tarixinin bütün səhifə... | ANL |
Pərvinin pyesi məktəb səhnəsində. BALACA İFAÇILAR "DƏCƏL KEÇİ"Nİ UĞURLA TƏQDİM ETDİLƏR. Ötən şənbə günü Əmircan məktəbində bir tamaşa izlədim. Tamaşa yazıçı Pərvinin uşaqlar üçün yazdığı "Dəcəl keçi" pyesi əsasında hazırlanıb. Doqquz nəfər balaca məktəblidən ibarət heyət onlardan xeyli böyük, yetkin, dünyagörmüş adamla... | ANL |
Doğma səslərə həsrət maarif ocağımız. DAĞ İLMƏZLİ MƏKTƏBİNİN TARİXİ, MƏZUNLARI VƏ MÜƏLLİMLƏRİ HAQQINDA NİSGİLLİ QEYDLƏR. İlməzli - vaxtilə İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda mövcud olmuş kənddir. Kalinino rayonu yaradılanadək Cəliloğlu (Stepanavan) rayonunun tərkibində olub. Toponi... | ANL |
Sadıq bəy Ağabəyzadənin sahibsiz məzarı. 2002-ci ildə prezident Heydər Əliyev Kiyevdə rəsmi səfərdə idi. İş qrafikinin son dərəcə gərginliyinə baxmayaraq arada vaxt tapıb Azərbaycan diasporunun fəalları ilə görüşdü. Ümumiyyətlə, mərhum dövlət başçısı bütün xarici səfərlərdə ölkə hüdudlarından kənarda yaşayan həmvətənlə... | ANL |
Şeirimizin Nərimanı. Nəriman Həsənzadə gözəl insandır! Bu insani xüsusiyyətlər onun şeirlərində də öz əksini tapır. Nəriman Həsənzadə şeirlərinə, şeirləri də ona oxşayır. Mən onun üzündə həmişə xoş bir təbəssüm görmüşəm. Vallah, inanmağım gəlmir ki, Nəriman Həsənzadə kiminsə paxıllığını çəkə, kiməsə badalaq vura, öz şə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.