text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Məlahətli səsin ünvanı. İbadət Ağayev 1967-ci ildə Qarabağın məşhur mədəniyyət və musiqi mərkəzlərindən sayılan Ağcabədi torpağında dünyaya göz açıb. Onda hələ uşaq yaşlarından musiqiyə böyük həvəs və maraq yaranıb. Şaqraq səsə malik balaca İbadət bu səbəbdən də musiqi məktəbində təhsil almaq qərarına gəlib. Lakin həmi...
ANL
Dünya, yaman yiyəsizsən! Yaddaşında ağrı, əzab. Karvanıdır bəzi illər;. Hanı aqil hökmdarın, Dünya, yaman yiyəsizsən! Hökmdarın biri müdrik, Biri hətta səfil olub;. Zəlzələlər, qasırğalar. Qismətin dən boyda sevinc, Vətən boyda nisgil olub. Guya yoxdur dərdi-sərin, Guya qayğı, qayəsizsən? Hanı aqil hökmdarın? Dünya, ya...
ANL
Bir qəfil xəyanətə, Qurban getdi Xocalı. Söndü neçə insanın, Yanan odu-ocağı. Düşmən neçə körpəni, Qanlı süngüyə taxdı. Ermənilər zülm etdi, Dinc, sakit insanlara. Ürəyində bir arzu, Dilimdə min dilək var. Qoy ölsün qaniçənlər! Mənim də Qarabağım, Azad olsun yağıdan. Bununçün kömək etsin, Bizə böyük Yaradan!
ANL
Xocalının xanım qəhrəmanı - Familə Novruzova. Sonra Gəncədə Pedaqoji məktəbdə ali təhsil alıb və "Bərdə" qəzetində çalışıb. 1991-ci ildə o, müəllim kimi Xocalıya gedərək Qaladərəsi ibtidai məktəbdə sinif müəllimi kimi fəaliyyətə başlayıb. Familə xanım çox keçmir ki, Xocalıda yaranmış Milli Ərazi Özünümüdafiə taboruna y...
ANL
1828-ci ilin mənfur "Türkmənçay müqaviləsi"nə kimi Dağlıq Qarabağda "erməniyə məxsusluğu" yaşada biləcək bircə toponimə, oykonimə, hidronimə və hətta mikronimə də rast gəlmək qeyri-mümkündür... 1978-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər İrandan Azərbaycana ermənilərin köçürülməsi nəticəsində ilk ermənilərin Dağlıq...
ANL
Nurəngiz Günün "Xocalı Simfoniyası": haqlı davamızın aynası. XX yüzilliyin 80-ci illərinin sonunda cəmiyyətimizdə baş verən ictimai-siyasi proseslər, milli özünəqayıdış, düşüncə özgürlüyündə yeniləşmə bədii ədəbiyyata, poeziyaya da təsirsiz qalmadı. Hər bir təfəkkür sahibi, ziyalı, qələm əhli həyatın bütün sahələrində ...
ANL
Xocalı faciəmiz sonu bilinməyən erməni məkri və qəddarlığı fonunda. Türk-erməni münaqişəsinin kökü lap uzaqlardan başlasa da, XIX əsrin sonu XX əsrin əvvəllərində daha da güclənmişdi. Vaxtı ilə Qafqaz dairəsinin canişini general-adyütant qraf Vorontsov-Daşkovun ermənilər və "Daşnaksütun" terrorçu təşkilatı ilə bağlı sö...
ANL
Xocalı soyqırımı təsviri sənətdə. Xalqımız tarixən, müxtəlif əsrlərdə və zamanlarda bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarında incidilib, didərgin salınıb, deportasiyalarla üzləşib. Azərbaycanın tarixi torpaqları bu təcavüzlər nəticəsində kiçildilərək xalqımıza divan tutulub, yüz...
ANL
Ağdamın fevral günləri. Fevral qısamüddətli günləriylə yaddaşımızda qalsa da, bu ayda kiçik çiləni yola salıb boz aya doğru gedirik. Təbiətin bu hadisəsi fevralı öz təlatümüylə hamının diqqətində saxlayır. Lakin bizlər üçün fevral ayı daha çox təbiət hadisələriylə deyil, başlanğıcını Qarabağda götürən ağrılı-acılı hadi...
ANL
Xocalı faciəsi Milli Kitabxanada anıldı. Fevralın 24-də Milli Kitabxanada Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı: əsrin faciəsi" adlı geniş kitab sərgisinin açılış mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb. O, Xocalı şəhərinin işğalından, etnik a...
ANL
Texnologiya əsri, yoxsa... İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi. Əgər 10 il qabaq deyilsəydi ki, bir neçə ilə ağıllı telefonlara sahiblənəcəyik və həyatımız internetsiz qeyri-mümkün olacaq hər halda çoxumuz buna gülüb keçərdik. Artıq ucqar dağ kəndində yaşayan vətəndaşlar belə birbaşa int...
ANL
Nəriman Həsənzadənin 85 illiyi Yazıçılar Birliyində qeyd olundu. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq şairlə bağlı düşüncələrini bölüşüb: "Nəriman bizim çox bö...
ANL
Xalqın maariflənməsinə həsr edilmiş ömür: Axund Molla Mustafa Talıbzadə. Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə XIX əsr Azərbaycan milli ziyalılarının, eləcə də hakim dairələrdə təhsil və maarif məsələlərinə nəzarət edən dövlət məmurlarının biliyinə, dərrakəsinə və müəllimlik qabiliyyətinə güvəndiyi dərin zəka sah...
ANL
Xocalı faciəsi - Qarabağın qanlı səhifəsi. Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. BMT-nin statistikasına görə, bütün sivilizasiya tarixini əhatə edən beş min illik zaman kəsiyində 150 milyondan artıq insan...
ANL
80 yaşlı sənət məbədimiz - Azərbaycan Milli İncəsənət Muzeyi. 80 il bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq təsviri sənət profilli muzeyin yaradılması barədə qərar qəbul olunub. Yaradıldığı gündən bugünədək keşməkeşli və şanlı tarixi yol keçərək muzey bugünkü səviyyəsinə yüksəlib. İlk vaxtlar muzeyin fondu Moskva və ...
ANL
Azərbaycan sənətçiləri Tehran festivalında uğurla çıxış ediblər. XANƏNDƏ ARZU ƏLİYEVA: “İFALARIMIZ KONSERT ZALINDAKI YÜZLƏRLƏ TAMAŞAÇININ GUR ALQIŞLARINA SƏBƏB OLDU”. Bu gün Azərbaycanda elm, idman, incəsənət, ədəbiyyat sahəsində çox istedadlı gənclər yetişməkdədir. Belə gənclərdən biri tanınmış xanəndə Arzu Əliyeva Te...
ANL
Ağdamda nəyim qaldı? Bir neçə qonşunun yanaşı yaşadığı ikinci mərtəbəyə üzümü tutub özümü çağırıram: - Əli! Üzündə təəccüb və çaşqınlıq var. Deyəsən, nitqi də quruyub. Qızın dalınca artıq mənə tanış olan anası və elə onunla da bərabər qonşu qapıdan ağırçəkili yaşlı rus qadın çıxır. Qızın üzündə xəfif, cəsarət edirəm, s...
ANL
Bilmirəm. Ay alın yazımın yaşıl talası, Ölsəm, avazıyan rəngin solası. Yuxumda çiçəyi, gülü çırtlayan, Çəməni gözümə təpim, göyərsin. Əriməz könlümü üşüdən o qar, Nakam sevgim kimi gecikdi bahar. Qəfildən qarşıma çıxdın, tanış bir küçədə. Aman Allah, məhəbbət puç olanda. Gözlərimiz dənizdir, kipriklərimiz. bir-birindən...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Böyük elmin hüdudları və sübutları. Çağdaş Azərbaycan ədəbiyyatşünaslığının istedadlı və məhsuldar nümayəndələri sırasında xüsusi yeri olan filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri Himalay Ənvəroğlunun (Qasımovun) imzası elmi-...
ANL
Çiynindəki yükün ağırlığından beli ikiqat olmuşdu. Əyninə çirkli qara kombinezon geyinmiş, bir ayağını zorla sürüyə-sürüyə çiyninə alıb daşıdığı, taxta yeşiklərin altında sanki qozbel olmuşdu. Əyilmişdi. Güclə nəfəs alırdı. Beli dizinə qədər qatlanmışdı. Öz-özünə kimisə söyə-söyə, kiminsə qarasınca deyinə-deyinə yük da...
ANL
Elçinin “Baş” romanında tarix və metatarix məsələsi. Tarixi roman ustaları bir qayda olaraq “Tarixdə ən başlıcası nədir? “Baş” romanının metafizik aurasına uyğun olaraq Elçinin bu suala cavabı tamam fərqlidir - tarix insanla Allahın, zamanla əbədiyyətin dialoqudur. Çağdaş tarixşünaslığın patriarxı A.Toynbinin dediyi ki...
ANL
Muhyiddin ibn Ərəbi (1165-1240) bəşəriyyətin fikir dünyasına, mədəniyyət və ədəbiyyatına böyük təsir göstərmiş nadir şəxsiyyətlərdəndir. Tarix boyu haqqında ən fərqli mülahizələr söylənib; bəzən mömin, müqəddəs insan kimi göylərə qaldırılıb, bəzən də bidətçi kimi lənətlənib. Buna səbəb, onun dünyagörüşünün çoxcəhətli x...
ANL
Xocalı soyqırımı milli musiqimizlə də dünyaya çatdırılır. Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifa...
ANL
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi. Gənc nəslin köklərimizə, milli adət-ənənələrimizə bağlı, vətənpərvər ruhda tərbiyəsi çağdaş zamanın, daha doğrusu böyüklərin qarşısında duran mühüm məsələlərdən biridir. Zaman keçdikcə, dünya dəyişildikcə, yeni-yeni texnologi...
ANL
Fəxrəddin Həsənzadə: “Gənclərin arzularına daha çox diqqət çəkməliyik”. “KİTABLA SIX TƏMAS QURAN GƏNCLƏR ÖLKƏYƏ, CƏMİYYƏTƏ DİGƏRLƏRİNDƏN DAHA ARTIQ YARARLIDIRLAR”. - Açığı, haqqınızda oxuyanda ki, 22 yaşında Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri seçilmisiniz, təəccübləndim... - Əslində, təcrübəyə nəzər salsaq, bu yaş ...
ANL
“Zamanı gələndə elmi həqiqət üzə çıxacaq”. Hörmətli Rəşad müəllim! Bir ədəbiyyatşünas olaraq məni çoxdan düşündürən ədəbi, ictimai fikrimizin son dərəcə vacib problemlərindən biri “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu ilə bağlı araşdırmamı, mübahisəli məqamları olmasına (bu da təbiidir!) rəğmən, çap etdi...
ANL
Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları. LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ. QARABAĞ HƏQİQƏTLƏRİ LİTVA ƏDİBİNİN YARADICILIĞINDA... “Azəristan ölkəsi” hekayəti XX əsr Litva ədəbiyyatının klassiki Vintsas Krevenin (1882-1954) Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, dini ayinləri, məişəti v...
ANL
Azərbaycan-İran əməkdaşlığının perspektivləri. AYDIN MİRZƏZADƏ: “İKİ ÖLKƏ ARASINDA İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAFI İŞSİZLİK PROBLEMİNİN HƏLL OLUNMASINA ÖZ TÖHFƏSİNİ VERƏCƏK”. Azərbaycan prezidenti İlham Əliyevin İran səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ kimi qiymətləndirilir. Prezidentlərin görüşü ...
ANL
Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurası yaradıldı. Fevralın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Məşvərət Şurasının yaradılması ilə bağlı tədbir keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, mərasimdə öncə Xocalı faci...
ANL
Azərbaycan multikulturalizmi Portuqaliya mətbuatında. Bugünlərdə Portuqaliyanın məşhur dnoticias.pt portalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasionun Azərbaycan multikulturalizmi i...
ANL
Xalq yazıçısı İlyas Əfəndiyevin nəsrində Cənub mövzusu. GÖRKƏMLİ ƏDİBİMİZİN "XƏNCƏR" HEKAYƏSİNƏ BİR BAXIŞ. Azərbaycan ədəbiyyatında Cənub mövzusuna həsr olunmuş saysız-hesabsız əsərlər yazılıb. Bir çox şair və yazıçılarımız taleyinə ayrılıq düşmüş bir xalqın tarixi faciəsini, unudulmaz yaralarını bir vətəndaş ya...
ANL
Fədakar folklorşünas, ciddi ədəbiyyatşünas - professor Muxtar Kazımoğlu. Onun yaradıcılığı və apardığı çoxşaxəli araşdırmaları haqqında çoxdan yazmaq fikrindəydim. Professor Muxtar Kazımoğlunu tanıdığım vaxtdan mən onda “fədakarlıq” və “ciddilik” kimi keyfiyyətləri çox görüb müşahidə etmişəm. O, elmə, folklora, f...
ANL
Nə vaxtdır xalqımızın içində, onun xeyrində-şərində, saz-söz məclislərində bir xalqşünas alim, ömrünün qürub çağını yaşayan müdrik bir el ağsaqqalı görünür. Bu, çox sadə və mehriban davranışı, şirin ləhcəsi, səmimi söhbətləri, ağıllı məsləhətləri ilə hamımızın doğmasına çevrilmiş akademik Teymur Bünyadovdur. Ta...
ANL
(Təyyarədə Qafqaz dağları üzərindən keçərkən). Bərdə rayonunun Piyadalar kəndindəndir. 1985-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Moskvada bir çox nüfuzlu mətbu orqanda müxtəlif vəzifələrdə çalışıb. Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi-ictimai Cəmiyyətinin...
ANL
Paşa Qəlbinur haqqında filmin təqdimatı olub. Görkəmli alim və şair Paşa Qəlbinurun həyat və yaradıcılığına həsr olunmuş “Nur adındır, işıq andın!” sənədli filminin Milli Konservatoriyada təqdimatı keçirilib. Cəmil Quliyevin ideyası, İctimai Televiziyanın təşəbbüsü əsasında çəkilən filmin rejissoru Mahirə Cəfərovadır. ...
ANL
Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Müasir dünyada dövlətlərin inkişaf səviyyəsini göstərən kriteriyalar xeyli dəyişib. Bu gün ölkələrin iqtisadi, sosial, mədəni inkişafından danışarkən bütün sahələr araşdırılır. İqtisadiyyat, turizm, sosial təminat, mədəni layihələrin həyata...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. Şərqdəki uğur almanları qərbdə müdafiə olunmağa qadir etdi. Tranşeylərin hər iki xətti 3-5 fut hündürlüyündəki və 30 yard genişləndiyindəki tikanlı məftillə mühafizə olunurdu. Tranşey döyüşünün gözlənilməyən inkişafı hərbi liderləri azdırırdı. Onlar əvvəllər hərəkət və...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xali...
ANL
Sehirli səslər aləmində. MUSİQİŞÜNAS ŞƏHLA HƏSƏNOVANIN YUBİLEYİNƏ. Azərbaycan Televiziyasında 1974-cü ildən “Sehirli səslər evciyi” adlı uşaq musiqi verilişi nümayiş olunurdu. Bu verilişin 20 il ərzində uğurla yayımlanması onun maraqlı və lazımlı olmasından irəli gəlirdi. Həmin verilişin ssenari müəllifi və aparıcısı ...
ANL
Azərbaycanda əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan opera sənəti ənənəsini layiqincə davam etdirən görkəmli bəstəkarlarımızdan biri də Firəngiz Əlizadədir. Xalq artisti, professor Firəngiz Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın li...
ANL
Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq, görkəmli Azərbaycan bəstəkarı Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans və respublika müsabiqəsinin yekun konserti keçirilib. Elmi-Metodiki Mərkəzdən AZƏ...
ANL
Leyla Əliyevanın "Dünya yuxutək əriyir…" şeirlər kitabı nəşr olunub. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – gənc Azərbaycan şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabı işıq üzü görüb. Kitaba toplanan şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii ...
ANL
“Can üstə” hekayəsinin finalındakı təsvir-mənzərə, şübhəsiz, yalnız yazıçı təxəyyülünün məhsulu deyil. Eynəyinin arxasında gizlənmiş gözlərini məchulluğa zilləyib, çəngəlinə keçirdiyi tikələrdən ağzına qoyur, həvəssiz- həvəssiz çeynəyə- çeynəyə danışanlara baxırdısa da, heç kimi eşitmədiyi, bütün vücuduyla otağ...
ANL
Yəqin çox uzun zaman keçməlidir ki, insan özünü, gördüyü işləri, başqalarını, onların işlərini daha aydın və belə demək mümkünsə, nizamlanmış şəkildə görə bilsin, dəyərləndirsin. Görünür, bu, varolmanın danılmaz şərtidir. Xassəsinə görə mücərrəd olan zaman insaniləşdirilməlidir ki, ötüb-keçən illər məşhur mahnıda...
ANL
“Kardeş kalemler” dərgisinin yeni sayında... “Kardeş kalemler” dərgisinin may nömrəsi Türk Dünyasında İlin adamı seçilmiş, Özbəkistanın böyük söz ustası, şair, yazıçı Şükrullaya həsr olunub. Dərginin “İraq” bölümündə Ammar Məhəmməd Nur Taha Sılaoğlunun şeirləri yer alıb. “Azərbaycan” bölməsində Vaqif Bayatlı Odərin, Xə...
ANL
Hərbi həkim Firuz bəy Ordubadskinin həyat və fəaliyyətindən səhifələr. Unudulmaz tarixçi Seyidağa Onullahinin uzun illər apardığı elmi araşdırmalardan məlumdur ki, Şərqin böyük alimi Nəsirəddin Tusinin varisləri Ordubadda yaşayıblar. Seyidağa Onullahi hətta Tusinin nəsil davamçılarının nəsil şəcərəsini də hazırla...
ANL
“Koroğlu” dərgisi bu dəfə nasir Eyvaz Zeynalovdan yazıb. Bugünlərdə Türkiyədə çap olunan aylıq “Koroğlu” ədəbi-bədii dərgisinin növbəti özəl sayı, iyul nömrəsi işıq üzü görüb. Dərginin budəfəki özəl sayı yazıçı Eyvaz Zeynalovun həyat və yaradıcılığına həsr olunub. Üz qabığında yazıçının şəkli verilib. Dərgidə əvvə...
ANL
Əslində bəlkə teatr tarixinə nəzər salınsa, yüz il içərisində istər rejissorların, aktyorların, istərsə də sadə oxucunun, tamaşaçının diqqətini bu qədər cəlb edən ayrı bir əsər adı çəkmək çətin olar. Dahi Mirzə Cəlil Məmmədquluzadə müəllifi olduğu bu əsərin janrını komediya kimi müəyyənləşdirib. Amma bütün halla...
ANL
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təsis etdiyi “Sosial həyat” jurnalının yeni sayı çapdan çıxıb. Burada prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimindəki çıxışına və Sabunçu rayonunun Nardaran qəsəbəsinin sakinləri ilə görüşünə yer verilib. “Sosial siyasət” bölməsin...
ANL
Görkəmli alim və şəxsiyyət. Alimləri eşidin, onlar bu dünyanın işığı, axirətin nurudur. Hz.Məhəmməd. Peyğəmbərimizin bu kəlamı 15 əsrdir ki, yol gələrək, bu günə qədər öz qüvvəsini itirməyib və cəmiyyət bu kəlamın nurundan daim faydalanmağa çalışıb. Bu işığı bizə bəxş edən, fundamental xarakterli tədqiqatlarla Az...
ANL
`Murov qartalı`nın əfsanəvi əməliyyatı: şəhid polkovnik Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi? `Murov qartalı`nın əfsanəvi əməliyyatı: şəhid polkovnik Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?Murad Mirzəyev, Elnur Əliyev, Sami...
ANL
MÜALİCƏVİ TURİZMLƏ BAĞLI İNNOVATİV DƏYİŞİKLİKLƏR VƏ YENİ XİDMƏTLƏR TƏQDİM EDİLDİ. İyulun 2-dən 3-dək “Ata Travel”, “Synergy Group” və Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan”a sağlamlıq və istirahət mərkəzinə media və turizm şirkətlərinin nüma...
ANL
Şair, tədqiqatçı, milli duyğularla yaşayıb-yaradan qələm sahibi, ən başlıcası,həssas insan kimi çox sevdiyim Sona Vəliyevanın "İşığa gedən yol"adlı iki hissəli romanının qəlbimdə yaratdığı təəssüratları oxucularla bölüşməyə zərurət duydum. Sona xanımın yaradıcılığına mənə ilk dəfə bələdçilik edən müəllifin şeirləri ol...
ANL
Tənqidçi ürəyinin miqyası. Qurban Bayramov ədəbiyyata məktəbdən gəlib, öz kəndində müəllim, dərs hissə müdiri və direktor olduğu bir ocaqdan gəlib. Kəndlərdə məktəb adi bir məktəb olmaqdan daha artıq bir yerdi. Hələ mədəni inqilab vaxtından məktəblər inqilabi təzələnmə mərkəzi idi. İnsanlar feodalizmdən sosializmə keç...
ANL
Dünyanın cibindən tökülən ömür. Söz Allahdan gələndi. Yaratdıqları içərisində söz haqqını tək insana bəxş etdi sonra. İnsan da şad-xürrəm aldı sözü, götürdü çiyninə, girdi söz ağırlığının altına. Amma söz yükü adi yük olmadığından kimsə sözünü çəkdi, kimisə sözü. Kimsə sözü oynatdi, kimisə söz. Kimisi özü qaldı söz ...
ANL
Vətən təəssübkeşi, yurd cəfakeşi. Vətən tarixinin çox çətin, mürəkkəb və məğrur dövrləri var ki, onları yazmamaq olmur. Çünki o dövrlərdə zamanın tələbi ilə cəsur insanların döyüş hünərləri var. Bəzən zaman onları unutdurur, amma insan yaddaşı ötüb keçənləri unutmur. Vətən təəssübünü çəkənlərin, onun uğrunda döyü...
ANL
Vətən uğrunda can əsirgəməyən qəhrəman - şəhid çavuş Təbriz Əsgərov. Vətəni qibləgah edən şəhidlər. Şəmkirin Morul kəndində şəhid çavuş Əsgərov Təbriz Hamlet oğlunun evini axtarıb tapdım. Həyətdə şəhidin anası Kifayət xanımla üz-üzə gəldik, yaxınlaşıb görüşdüm. Təklifi qəbul edib həyətdə qoyulan oturacaqda oturdum....
ANL
Gülümsəməyi unudan qadının arzuladığı həyat. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. Bugünlərdə Fransada yaşayan həmyerlimiz, yazıçı-jurnalist Şain Sinarianın müəllifi olduğu "TEAS Press" nəşriyyat evində çap edilən, çoxdan sorağını aldığım "İvon Bottonun arzuladığı həyat" k...
ANL
Xalq üçün yaşanan ömrün işığı. Nur, işıq selinin qovuşdurduğu ecazkar mütaliə aləminin sehrindən hələ qurtulmamışam, bu nə qədər çəkəcək, deyə bilmərəm. Amma hansısa əsər mənə bir daha jurnalist, publisist, şair, yazıçı, tədqiqatçı alim Sona xanım Vəliyevanın "İşığa gedən yol"u qədər təsir gücündə olacaqsa, ona da ...
ANL
Azərbaycan ədəbiyyatı tarixində XIX əsr böyük irəliləyişlər, tərəqqilər əsri kimi xatırlanır və bu gün-XXI əsrdə keçib gəldiyimiz tarixi yolu işıqlandırarkən, ədəbi-mədəni inkişafımızın bütün mərhələlərində XIX əsrin silinməz izlərini görürük. Amansız Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycan ikiy...
ANL
Bu yaxınlarda bir tanışım, rəssam dostum Nadirin 60 yaşının tamam olduğunu mənə xatırlatdı. Əvvəlcə inanmaq istəmədim. Yəni Nadirin Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib Həsənabad məktəbinə (o vaxt kənd Sovetabad adlanırdı) işləməyə gəlməsindən 41 il keçib?! Daha uzun illər sağlam, mənalı ömür arzulayı...
ANL
Ekologiya və ətraf mühitin mühafizəsi. Məşhur deyimə görə, dostu tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Çünki yol ünsiyyətdir, mədəniyyətdir. Bu işə cavabdeh olan şəxsləri isə başa düşmək çox çətindir. Çünki dostdan fərqli olaraq, köhnə, baxımsız yol uzun illərin sınağından üzüağ çıxa bilmir. Ona görə də...
ANL
Rafiq Əliyev: "Rusiya-Türkiyə-İran üçbucağı dövrün zərurətidir". Hələ 4-5 il əvvəl mətbuatda regiondakı siyasi vəziyyəti şərh edən professor Rafiq Əliyevin yaxın gələcəkdə Rusiya-Türkiyə-İran üçbucağı adlı nəhəng siyasi ittifaqın yaranacağı ilə bağlı proqnozu yer almışdır. O zaman Rusiya ilə Türkiyə arasındakı ...
ANL
Çingiz Abdullayev:”Danışanda ancaq öz mövqeyinizi yox, dövləti və xalqınızı fikirləşin”. Müsahibimiz Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevdir. - Çingiz müəllim, deyəsən, hələ iş başındasınız, istirahətə nə zaman yollanacaqsınız? - Hələ bu yaşadək məzuniyyətdə olmamışam. İstirahə...
ANL
Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Müasir dünyada dövlətlərin inkişaf səviyyəsini göstərən kriteriyalar xeyli dəyişib. Bu gün ölkələrin iqtisadi, sosial, mədəni inkişafından danışarkən bütün sahələr araşdırılır. İqtisadiyyat, turizm, sosial təminat, mədəni layihələrin həyata...
ANL
“Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” müzakirə olundu - Fotoreportaj. KONFRANS ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN TURİZMİ MÖVZUSUNDA MÜSABİQƏNİN QALİBLƏRİ TƏLTİF EDİLDİ. İyulun 11-də “Holiday İnn” hotelində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Turizm və media: i...
ANL
Ağcabədidə “Multikulturalizm və kitab” mövzusunda zona konfransı keçirilib. İyulun 8-də Ağcabədi rayon mədəniyyət evində “Multikulturalizm və kitab” mövzusunda zona konfransı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının, “Multikulturaliz...
ANL
Əbülfəs Qarayev: “Dövlət otellərdə qiymətlərin formalaşmasına təsir edə bilməz”. “Otellərdə qiymətlərin formalaşmasına dövlət təsir edə bilməz”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin təqdim mərasimində deyib...
ANL
AMEA Şərqşünaslıq İnstitutunun yeni nəşrləri işiq üzü görüb. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsəri" adlı kitab nəşr edilib. İnstitutun İran filologiyası şöbəsinin dissertantı Rəna Rzayevanın namizədlik dissertasiyası əsasında hazırladığı kit...
ANL
Əvvəl-əvvəl onu soyuq, qapalı adam bilirdim. Kənardan elə görünür. Kənardan gülüşü də adamı çaşdırır. Deyərsən, dünyanın ən qayğısız bəndəsidi. Özünü tanıtmağa, gözə soxmağa çalışmır, vaxtı tələsdirmir, papağını yan qoyub gəzir - özünə güvənən adamlar belə olur. Hər birimizdə Allahın yaratdığı heyvandan, quşdan, güld...
ANL
yenə də heç şey oxuya bilmirsən, gördün ki, axşamın birrəngli, birmənalı üzündən. fikirləşirsən ki, nolar, ölümlük ha deyil, axı sən heç kəsə yenilməmisən, sadəcə yorulmusan, uzanırsan, çarpayının baş tərəfi qəbir daşı kimi. üstündə dikəlir. və bu mənzərə yeni bir koordinat əmələ gətirir. bir azdan gözlərin qapanır,...
ANL
Bu gənclərin sırasında Musa Yaqub, Davud Nəsib, Məmməd İsmayıl, Ağa Laçınlı, Şamil Salmanov və başqaları vardı. Nəşr ediləcək kitabları: şeirləri və müəllifləri Məmməd Araz seçirdi. O zaman Məmməd Araz Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat redaksiyasının müdiri idi. Çap olunmaq istəyənlərin sayı çox idi. Bu...
ANL
İşığa gedən yolun roman taleyi. Ömrünü millət və xalq yolunda mübarizələrə həsr etmiş böyük şəxsiyyətlərin yaddaşlarda qalmasının, onların məktəb səviyyəsinə yüksəlmiş yaradıcılıq fəaliyyətinin yeni nəslə ötürülməsinin çox önəmli üsullarından biri həmin dahilərin yaradıcılığın müxtəlif istiqamətlərinin gücü il...
ANL
Mənim qəhrəmanım. Murov xatirələri. Mənim Raquf adlı qəhrəmanla ailə həyatımın ilk günləri Murovdan - onun ətəyində yerləşən Toğana kəndindən başladı. Çünki ümidlərimiz vardı. Sabaha ümidlə baxırdıq. Raquf o zaman Murovda kəşfiyyat bölüyünün komandiri idi. Bu mürəkkəb coğrafi ərazidə ən çətin kəşfiyyat əməliyyatl...
ANL
Yüz ildən bəri dəyişməyən acı gerçəklər. CƏLİL MƏMMƏDQULUZADƏNİN "ÖLÜLƏR" ƏSƏRİNİN YENİ TAMAŞASI HAQQINDA. İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun da dəstəyi ilə böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin "Ölülər" əsər...
ANL
Yüz ildən bəri dəyişməyən acı gerçəklər. CƏLİL MƏMMƏDQULUZADƏNİN "ÖLÜLƏR" ƏSƏRİNİN YENİ TAMAŞASI HAQQINDA. İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun da dəstəyi ilə böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin "Ölülər" ...
ANL
Kamal Abdullayev: "Azərbaycanda din-dövlət münasibətlərinin ən ali forması həyata keçirilir". Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev 7-10 iyul tarixlərində Qarabağ və Gəncəbasar bölgəsinə səfər edib. Bərdə İmamzadəsində, Ağcə...
ANL
Fəhmin, zəkanın və iradənin qələbəsi. MÜASİR AZƏRBAYCANIN QURUCUSU, KEÇMİŞ VƏ GƏLƏCƏK UĞURLARIMIZIN MEMARI. Tarixin ən müxtəlif dönəmlərində öz xalqının və millətinin taleyində əlahiddə rol oynayan, Vətənini və millətini dövrün çətin sınaqlarından çıxaran, dövlətinin inkişaf modelini müəyyənləşdirən böyük şəxsiyyətl...
ANL
Ulu keçmişin əbədiyaşar nişanələri. Təbii gözəlliklərinə, sərvətlərinə görə dünyanın nadir məmləkətlərindən olan vətənimiz Azərbaycan bu mənada əsl möcüzələr diyarıdır. Yurdumuzdakı sıra dağların, məğrur qayaların, zümrüd meşələrin, diş göynədən buz bulaqların, coşqun çayların, ab-havası şəfa verən yaylaqların, ...
ANL
Multikulturalizm - keçmişin, indinin və gələcəyin mənəvi dəyəri kimi. İnsan cəmiyyətinin inkişafı tarixində önəmli yer tutan dinlər, o cümlədən, səmavi dinlər yayğın olduğu ərazilərdə onu qəbul edən insanların dünyagörüşünə, həyat tərzinə, psixologiyasına, onların mənəvi norma və ideallarının formalaşmasına, davranış...
ANL
Əhməd Cəmil poeziyası ilə yeni görüş. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi. XX yüzilliyin əvvəllərindən ömrünün sonuna - 1977-ci ilə qədər ədəbiyyatımızı artıq pafosdan uzaq səmimi şeirləri, yaddaqalan obrazları ilə zənginləşdirmiş, əsərlərində istedad möhürü olan Əhməd Cəmilin poeziyası ədiblər...
ANL
Dağlardan, meşələrdən, Xəzərdən keçəndə, Bir qürur dalğası. oynayır içimdə. Şad oluram. Uca-uca imarətləri görüncə. Quş olub uçası deyil. qaçası deyil. Hamısı baxılmalı, görməlidi. Sevinirəm, Sevinməyən ermənidi! Bizi köhnə paltarları. Satmağa çağıranda, Mat-məəttəl qalıram. Dünyanın gərdişlərinə, Adamların işlərin...
ANL
Ədəbiyyat xoşbəxtlikdirmi? Ömər Zülfü Livanelini öncə bəstəkar, musiqiçi kimi daha çox tanıyırdım. Onu romançı kimi mənə tanıdan Pərvin oldu. Bir il əvvəl Livanelinin “Qardaşımın əhvalatı” romanını mənə verdi. Oxuyub gördüm ki, bu, peşəkar yazıçı qələminin məhsuludur. Əsər Livanelinin nəsrinə marağımı artırdı. On...
ANL
Burun pərəkləri, alt dodağının şişkin bir köpüşməylə aşağı sallanması, üzünün ifadəsi... Döş cibindən çıxardığı narın daraqla başını daraya- daraya fikirləşdi ki, əslinə qalanda, bu evdə hər şey arvadına oxşayır. Evin divarları da, künclərdən soyuq təmkinlə adama zillənən əşyaları da... Sonra qəfildən gözü taxça...
ANL
İki gün oxumadım, cürbəcür sonluqlar fikirləşməyə başladım. Bu arada yadıma nə vaxtsa oxuduğum bir şeylər düşdü. Xarici ölkə məşhurlarından hansısa Cəlil Məmmədquluzadənin “Ölülər”ini oxuyurmuş, qəbiristanlıq səhnəsində kitabı örtüb. Deyir ki, bir ay fikirləşdim, əcaba ölü diriltmək məsələsini müəllif necə sonlandır...
ANL
Bakıda keçirilən “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı Azərbaycanın və Rusiyanın mədəni həyatında əlamətdar hadisə oldu. Tanınmış müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun təşkilatçılığı i...
ANL
YARAT Mərkəzində “Multikulturalizm ili” çərçivəsində daha bir tədbir. İyulun 15-də YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə “Multikulturalizm ili” çərçivəsində “Qərb və Şərq arasında körpü rolu oynayan A...
ANL
Buludxan Xəlilovu şəxsən tanımamışdan öncə müxtəlif çıxışlarını dinləmiş, məqalələrini oxumuşdum. Sonra bizim müxtəlif tədbirlərdə tez-tez görüşmək, bir-birimizi dinləmək imkanlarımız oldu. Kənardan müşahidələrimin yaratdığı ilk qənaətim yaxından tanış olduqca daha da möhkəmləndi. Onun cəmiyyətimizin, təhsilimizin, əd...
ANL
Qərib Mehdi tənhalığı. Şəhəri tanımırdım. Onları kənddə görmüşdüm, elə bil mənimlə şəhərə gəlmişdilər. Gəncə Dövlət Universitetinə (Köhnə KDPİ) qəbul olundum, Dil-ədəbiyyat fakültəsinə. Bakıda oxumaq istəyirdim. Məni instituta qəbul etdirən adam demişdi ki, səni Bakıdakı unversitetlərin birinə köçürtdürəcəyəm. Qə...
ANL
Türkdilli gənc yazarlar Bakıdan xoş duyğularla ayrıldılar. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) türk dünyasından qonaqlarla birgə silsilə tədbirləri iyulun 10-da start götürdü. Dörd günlük silsilə tədbirlər Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyası gənc yazarlarını...
ANL
Bakıda yeni mütaliə mərkəzi - “Açıq kitabxana” istifadəyə verildi. Ötən gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə reallaşdırdığı “Açıq kitabxana” mütaliə mərkəzinin açılış mərasimi keçirilib. Sərbəst istifadə və kitab mübadiləsinə şərait yaradılan mərkəzə hər kəs günün is...
ANL
Əli İldırımoğluya Mahmud Kaşqari medalı təqdim olundu. Mükafat ağsaqqal yazıçı-publisistimizə Şüvəlandakı bağ evində təqdim olunub. Bu mərasim münasibətilə fondun icraçı direktoru Elxan Zal Qaraxanlı deyib: “10 il öncə əsası böyük yazıçımız Anar tərəfindən qoyulmuş Beynəlxalq Mahmud Kaşqari adına Fond get-gedə ...
ANL
Tolerantlıq ənənələrinin təbliğatçısı. MULTİKULTURAL DƏYƏRLƏR YENİ JURNALIN SƏHİFƏLƏRİNDƏ. Azərbaycanın media sistemində yeni bir jurnal tipi meydana çıxdı: “Multikulturalizm”. Bu jurnal öz tipologiyası baxımından tamamilə orijinal mahiyyət kəsb edir və Azərbaycanın multikultural dəyərlərini ədəbi-bədii, elmi-p...
ANL
Əlli yaşa bütün ehtiyat azuqəsi qışın tən ortasında tükənmiş kəndli kimi gəlib çıxan bir çox yazıçı və sənət adamı gördüm. Elə-belə götürəndə onlardan biri də Eyvaz Zeynalov olmalıydı. Bu hadisələr baş verəndə Eyvaz qırx yaşında olub. Hərçənd bir yazıçı təbirinə söykənəsi olsam, məsələ insanın hansı yaşda olması...
ANL
Xatirələrdə yaşayan insan. İnsan özünü əməli, şəxsi ləyaqəti ilə təsdiqləyir. Belə adamlar gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətinə güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi peşənin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq bu cür adam...
ANL
Həyatımın unudulmaz çağlarını - düz 20 ilini Cəlilabadda yaşayıb işləmişəm, öz elinə, torpağına bağlı əqidəli, qətiyyətli, sadə, zəhmətkeş insanlarla xoş münasibətdə, ünsiyyətdə olmuşam, duz-çörək kəsmişəm. Azərbaycanın bu gözəl guşəsinin göz oxşayan, könül açan mənzərələri yaddaşımda dərin iz salıb. İndi ötüb ...
ANL
Gəncədə dekorativ-tətbiqi sənət sərgisi. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gəncə şəhər uşaq rəssamlıq məktəbinin təşkilatçılığı ilə Gəncədə "Episkeptis" dekorativ-tətbiqi sənət beynəlxalq bədii sərgisi açılıb. "Episkeptis" dekorativ-tətbiqi sənət sərgisinin konsepsiyasına əsasən episkeptis...
ANL
Bu zaman yaşın özü ilə gətirdiyi ağır yük üstümdən düşür, xəyallara qapılıb mən də gəncləşirəm, uşaqlaşıram... Ən çox da nağıla dönən tələbəlik illərim yadıma düşür... qəribsəyirəm o günlərçün... O əlçatmaz illərdə yaşayan şirin xatirələr, heç vaxt unudulmayan doğma simalar içində görkəmli dilçi alim, filologiya ...
ANL
Fəxriyyə Xələfova Avropa moda mükafatına layiq görülüb. Vyana Dövlət Operasında təşkil edilən beynəlxalq tədbirdə ölkəmizi tanınmış rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova təmsil edib. Avropanın müxtəlif ölkələrindən brend və dizaynerləri bir səhnədə birləşdirən festivalın əsas hədəfi moda rəngar...
ANL