text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Əliağa Kürçaylı poeziyasına bir baxış. Mən hər dəfə ölməz şairimiz Əliağa Kürçaylını - onun poeziyasını oxuyanda qəribə hisslər keçirmişəm: həyatda nikbin, sözü üzə şax deyən, cüssəli bir şairin obrazı ilə üz-üzə dayanmışam. Bəlkə bu hisslər həyatda onunla razılaşdığımdan, qaltanlı səsini eşitdiyimdən, bəlkə də doğ... | ANL |
Müstəqillik dövrü Azərbaycan mətbuat arenasına yeni bir dərgi qədəm basdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan bu jurnalın üç ayda bir dəfə olmaqla ildə dörd çapı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Preziden... | ANL |
Əliağa Kürçaylı poeziyasına bir baxı. Əliağa Kürçaylı poeziyasında insanların əxlaqi təbiətini qabaqcadan hissetmə duyumu güclüdür. Şeir nə qədər fəlsəfi-məntiqi olursa, eyb etməz, lakin şeir poeziyanın balansıdır, ərköyün körpəsidir, oxuyanda qəlbi oxşayan dəyərdir, bəli, Ə.Kürçaylı bu ilahiliyi gözlədi. Daşlar s... | ANL |
Haqq haqqa qovuşub, nahaq olub xar, Şər hər vaxt özünün şərin göstərir, Dost-dosta tən gərək, deyib atalar, Düşmən xislətini irin göstərir. Döyüşmür, dərs verir ordum yamana, Günəş təslim olmaz adi dumana, Budur, torpağımdan torpaq umana, Ordum üç barmaqdan, birin göstərir. Uduzmur məsləkdə vahid olanlar, Görüb gücümüz... | ANL |
Əjdər Olun şeirləri alman dilində. Almaniyanın məşhur və qüdrətli qadınlarından "Bild am Sonnta..." qəzetinin baş redaktoru Marion Horn bu yaxınlarda sanki günah çıxarırmış kimi bir yazı yazdı. O yazısıyla da kapitalizmin bağrına bir bıçaq sapladı və davamlı təriflənən Qərb sistemini ifşa etdi. Marion Hornnun yazısın... | ANL |
Mədəniyyət sahəsində Azərbaycan-İtaliya əlaqələri genişlənir. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada təlim səfərindədir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Nazirliyin aparat rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdi... | ANL |
Milli Kitabxanada treninqlər keçirilib. İyulun 18-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında kitabxananın Treninq Mərkəzində “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “İnnovas... | ANL |
Çövkən və ya Azərbaycan polo oyunu. Azərbaycan atçılığın qədim vaxtlardan inkişaf etdiyi ölkələrdən biridir. Çövkən komanda ilə oynanılan ilk oyun kimi qonşu ölkələrdə də geniş yayılıb. Çövkən ta qədimdən kübarların oyunu hesab edilirdi və ayrıca meydanda keçirilirdi. Bunun üçün xüsusi olaraq öyrədilmiş atlardan ... | ANL |
Azərbaycan rəssamlığında uca bir ünvan. Şərq aləmində qadın sənətkarlara çox az-az rast gəlmək olar. Bunun bizə məlum olan və məlum olmayan cəhətləri vardır. Lakin bütün bunlara rəğmən Azərbaycanda yaradıcılığı yüksək dəyərlərə malik Məhsəti Gəncəvi, Heyran xanım, Sara Xatun, Xurşidbanu Natəvan və digər qadın sənətkar... | ANL |
Hərbi həkim Firuz bəy Ordubadskinin həyat və fəaliyyətindən səhifələr. Unudulmaz tarixçi Seyidağa Onullahinin uzun illər apardığı elmi araşdırmalardan məlumdur ki, Şərqin böyük alimi Nəsirəddin Tusinin varisləri Ordubadda yaşayıblar. Seyidağa Onullahi hətta Tusinin nəsil davamçılarının nəsil şəcərəsini də hazırla... | ANL |
Xalq rəssamı Maral Rəhmanzadə Azərbaycanın müxtəlif dilbər guşələrində, səfalı yerlərində tez-tez ezamiyyətlərdə olurdu. O, keçilməz dərələri və qayalıqları mətanətlə aşaraq, təbiətin ecazkar gözəlliklərini yorulmadan müşahidə etməklə sənətin tərcüməyə ehtiyacı olmayan dili ilə bəşər övladına çatdırırdı. Onun məşhur d... | ANL |
Hərb və dövlətçilik tariximizdə möhtəşəm bir imza. KƏNGƏRLİ SÜLALƏSİNİN DÖRDÜNCÜ GENERALI HÜSEYN XAN NAXÇIVANSKİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU HAQQINDA QEYDLƏR. Onun atası general-mayor II Kalbalı xan məşhur sərkərdə general-mayor Ehsan xan Naxçıvanskinin oğludur. Hüseyn xan çoxuşaqlı ailədə doğulmuşdu. Arxiv sənədlə... | ANL |
TÜRKSOY Gənclik Kamera Orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyi münasibətilə musiqi turnesinə çıxıb. Orkestr Türkiyənin Bolu və Safranbolu şəhərlərində böyük məşqlərdən sonra İngiltərənin London və Oksford, Şotlandiyanın Edinburq və Qlazqo, İtaliyanın Forli ... | ANL |
“Ordumuzun güclənməsində Türkiyənin danılmaz rolu var”. “ÖLKƏMİZDƏ HEÇ BİR XARİCİ DÖVLƏTİN HƏRBİ BAZASI YOXDUR VƏ BELƏ BİR ADDIMIN ATILMASI NƏZƏRDƏ TUTULMAYIB”. Məlum olduğu kimi, iyulun 20-də prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan ... | ANL |
Bakıda Azərbaycan-İraq mədəni dəyərlər sərgisi açılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Azərbaycan-İraq xalqlarının multikulturalizminin, milli dəyərlərinin, tar... | ANL |
“Multikulturalizm - musiqi muzeyi” mövzulu tədbir keçirilib. İyulun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Multikulturalizm - musiqi muzeyi” mövzusunda tədbir təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Azərbaycandakı multikulturalizm ... | ANL |
Hacan Hacısoydan yeni şeirlər toplusu. Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair və alim Hacan Hacısoyun sayca üçüncü şeir kitabı çapdan çıxıb. - deyən şairin fəlsəfi düşüncələri kitabın ilk fəslində yer alıb. “Bəzən Sibirə sürüldü” bəzən “dilimin ucunda qaldı” deyə Sözə Füzulidən qalma qiymət ... | ANL |
Afaq Məsud dünyası. Məhz bu səbəbdən tarix boyu bu dünyaya gəlmiş böyük dühalar burda rahatlıq tapa bilməyib... Əslinə qalanda, bu dünyada sıravi, adi insanlar da rahatlıq tapa bilmir. Ədəbiyyat bu mənada insanları ovundurmaq, onları öz doğma məkanlarına - özlərinə qaytarmaq üçündür və o da dünyada heç nəyi dəyiş... | ANL |
Səfirin gündəliyindən. Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki Avropa bölməsi. O vaxtlar mən orada Azərbaycanın daimi nümayəndəsi vəzifəsində çalışırdım. Burada o qədər millətlərin haqları yeyilib ki, o qədər millətlərin başları pambıqla kəsilib ki, o qədər millət olmayan tayfalar millət olub ortalı... | ANL |
İstanbulda qaldığım məkan düz Boğazın - Bosforun yanıdır. Eyvanımda oturanda o taylı-bu taylı İstanbul möhtəşəm körpüsü ilə canlı tablo kimi qarşımda durur. Çünki həm də gizli mənalarla doludur. Bu müddət ərzində onunla o qədər söhbətləşmişik ki, artıq doğmalaşmışıq. Bəzi sirlərindən məni də agah edib. Öyrəndim ... | ANL |
Tanınmış ssenarist, kinoredaktor, Azərbaycan Jurnalistlər Birliyinin, Kinematoqrafçılar və Teatr Xadimləri İttifaqının üzvü Yaqub Əlioğlunun 60 yaşı tamam olur. Bu münasibətlə görüşüb söhbətləşdiyimiz yubilyar həyat və yaradıcılıq yolu, sənətə baxışı barədə suallarımızı cavablandırdı. Amma yenə davam edirəm, yen... | ANL |
İmperiyalar və onların süquta sürüklənməsi. Müharibənin son ili. 1918-ci ilin martında Rusiyanın müharibədən geri çəkilməsi, nəticənin Almaniyanın öz xeyrinə olacağı barədəki ümidini təzələdi. Rusiya üzərində qələbə Lyudendorfu və əksər alman liderlərini inandırdı ki, bir son hərbi oyun keçirmək - hərbi pat vəziy... | ANL |
Duyğulara tərcüman, xatirələrə abidə olan əsər. Bugünlərdə görkəmli yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” adlı avtobioqrafik romanını oxudum. Düzü, bu romanın əvvəlcədən xoş sorağını eşitsəm də, onun xatirələrlə bağlı belə maraqlı bir əsər olacağını ağlıma gətirməzdim. Am... | ANL |
Seyid Əzimin maarifçi fəaliyyəti. Əməkdar müəllim, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü. 1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda orada dərs deyəcək azərbaycanlı müəllimlər axtarılmağa başlandı. Seminariyanın yeni şöbəsində oxuyacaq tələbələrə ana dili və şəri... | ANL |
bir qadın paltosu verin. Bu qış mənim sevgi fəslimdir. O vaxt deyərdilər ki, Müəllimlərin maaşı yüz dəstə çiçəkdir. Pulları çiçəklərə çevirə bilsəydik, sevgi azalmazdı, əsla. Ayaqların xatirəsinə. ayaq izlərimiz qarışqalartək, Dırmaşdı dağlara... Qayalara, Qayaların başındakı. Tankın adamlardan əvvəl. ayaq izlərini öld... | ANL |
Kitabxana ilə bağlı səyyar seminar keçirilir. Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Şəki, Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” və “Azərbaycan mədəniyyə... | ANL |
Milli qəhrəman haqqında sənədli filmin təqdimatı olub. "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətənpərvərlik duyğuları və milli ruhun gücləndirilməsinə dəstək" layihəsi çərç... | ANL |
Hərb və dövlətçilik tariximizdə möhtəşəm bir imza. KƏNGƏRLİ SÜLALƏSİNİN DÖRDÜNCÜ GENERALI HÜSEYN XAN NAXÇIVANSKİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU HAQQINDA QEYDLƏR. Rus-yapon müharibəsində Landunqou kəndinin yaxınlığında Hüseyn xan Naxçıvanski göstərdiyi rəşadətə görə Rusiya ordusunun ən ali hərbi ordeninə - dördüncü dərəc... | ANL |
Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər açılıb (AZƏRTAC). Sərgilərdən biri “Partizanın izi ilə” adlanır. Bu sərgi İkinci Dünya mühar... | ANL |
“Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən yeni “Retro Bakı” layihəsi davam edir. Bu həftə “Retro Bakı”nın qonaqları Əməkdar artist Elza Seyidcahan, tanınmış müğənnilər İlqar Sahil, Leyla Ramazanlı, Səbinə İsmayılova, Cə... | ANL |
İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, layihədə bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür və eyni zamanda hər kəs üçün açıq və ödənişsizdir. Layihənin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbayc... | ANL |
Bilik Fondu Mehdiabad və Fatmayı məscidlərinə kitablar hədiyyə etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məscidlərin elmi, bədii, dini, dünyavi kitablarla təminatı missiyasını uğurla davam etdirir. Fonddan 525.az-a verilən məlumata görə, “Məscid kitabxanası” layihəsi çərçivəsində həyata keç... | ANL |
“Leyli obrazını oynamaq qəzəl əzbərləyib oxumaqla bitən iş deyil”. Gənc xanəndə Ayşən Mehdiyeva: "İndiki dövrdə oxumaq çox çətindir, gərək nəsə fərqli bir şey edəsən ki, yadda qalasan". Dördüncü “Muğam televiziya müsabiqəsi”nin iştirakçısı, “Tamaşaçıların rəğbəti” nominasiyasının qalibi gənc xanəndə Ayşən Mehdiye... | ANL |
Nigar Ələsgərova: “Daha geniş beynəlxalq əlaqələr qurmağa çalışırıq”. Nigar Ələsgərova “Odlar Yurdu” Gənclər İctimai Birliyinin həmtəsisçi və sədridir. Artıq dörd ildir rəhbərlik etdiyi təşkilat digər qeyri-hökumət təşkilatları arasında xüsusi fəallığı ilə seçilir. Təşkilat İtaliya, Norveç, Ruminiya, Yunanıstan, Bolq... | ANL |
Şəhid evlərini soraqlaya-soraqlaya gəzdiyim rayonlarda, ünvanı soruşanda, qarşılaşdığım insanların əksəriyyəti eyni sözü deyir: "... O qapısında Azərbaycan bayrağı asılan ev şəhidin evidir". Qapısında bayraq asılan evləri, məhəllələrin sakinlərini həm qürurlu, həm də gözü yaşlı gördüm. Ocağını yandıracaq, yurduna sahib... | ANL |
"Sabir poeziya günləri" Xaçmazda qeyd edildi. Bakıdan yola çıxmazdan əvvəl Sabir bağında şairin büstü önünə güllər qoyulub. Şairin ruhuna ehtiram göstərən nümayəndə heyəti Xaçmazda öncə Heydər Əliyevin abidəsini ziyarət edib. Ayrı-ayrı vaxtlarda bu önəmli vəzifəni Abbas Zamanov, Qabil və Fikrət Sadıq daşıyıb. Təşkilat... | ANL |
Xalq Şairi Fikrət Qoca Dövlət Mükafatına layiq görüldü. Prezident İlham Əliyev 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatlar... | ANL |
Azərbaycan Avropa Milli Kitabxanaları Konfransının toplantısında təmsil olunub. Avstriyanın paytaxtı Vyanada Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının 30-cu illik ümumi görüşü keçirilir. Avstriya Milli Kitabxanasında reallaşan görüşə Avropanın 40-a yaxın ölkəsini təmsil edən milli kita... | ANL |
“Hekayəti xırs quldurbasan” Londonda böyük maraqla qarşılanıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) yaradıcı heyəti mayın 28-dən Londonda qastrol səfərindədir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edir. Səfər çərçivəsində Azərbaycan... | ANL |
Xan Şuşinski adına festivalın qalibləri mükafatlandırılıb. Mayın 28-də Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinski adına 3-cü muğam festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, festival Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mər... | ANL |
Əbədiyaşar şairimiz Tofiq Bayram. Təhsil aldığım Filologiya fakültəsi tələbələri ilə görüşə gəlmişdi. Odlu-alovlu bir şair idi, o vaxt deyiləsi, yasaq edilən sözlər, fikirləri şeir misralarına hopduraraq cəsarətlə tribunadan deyirdi, hamımız onun təsiri altında idik. Sözü-söhbəti bitib-tükənmirdi. İlhamı qanadlanıb... | ANL |
Tarixin Muğan səhifəsi. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənub və cənub-şərqdə Lənkəran ovalığına, Salyan düzünə qədər uzanır. Qeyd edək ki, düzün böyük hissəsi Cənubi Azərbaycanın payına düşür. Buradan Kür və Araz çaylarının keçməsi əkinçiliyin inkişafı üçün geniş im... | ANL |
Vilnüsə təyyarədən bir saat öncə enmişdim. Viza məsələsini aeroportdaca həll eləməliydim. Ona görə də ləngiyəsi oldum. Sonra isə özünü təqdim elədi: - Mahir Həmzəyev, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri. İlk söhbətdən anladım ki, qarşımdakı bu adam hədsiz dərəcədə diqqətli və məsuliyyətlidir, qayda-qanuna əm... | ANL |
Azərbaycanın uğurlarını Avropaya təqdim edən fundamental tədqiqat. Ötən ilin sonlarında isə bu monoqrafiya Buxarestdə rumın dilində çap olunmuşdu. Bir müddət Avropada elmi araşdırmalar aparmış, eləcə də müxtəlif Avropa qurumlarında insan hüquqlarının və demokratiyanın müdafiəsi və təşviqi məsələləri ilə məşğul ol... | ANL |
Əbədiyaşar şairimiz Tofiq Bayram. Bu kitab Tofiqin yaradıcılıq müvəffəqiyyətləri haqqında danışmağa geniş imkan verən bir əsərdir. Əsərdə təqdim edilmiş digər nümunələrlə yanaşı bir boksçuya - Paşa Əmirova həsr etdiyi "Əlcəkli bahadır" poeması mühüm yer tutur. Bəri başdan deyək ki, o dövrlərdə ədəbiyyatımızda, xüsusil... | ANL |
Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayı başlayır. Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində təşkilat komitəsi yaradılıb. Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, habelə Azərbaycana do... | ANL |
Əbədiyaşar şairimiz Tofiq Bayram. Tofiq Bayram bir şair və publisist kimi sənətində olduqca məsuliyyətli idi. Elə buna görə də şair mətbuat səhifələrində oxucular qarşısında yaradıcılıq planları, necə işləməsi ilə bağlı hesabatlarla çıxış etməyi özünə borcu bilirdi. "Ulduz" jurnalına öz şeirlərini nəşr məqsədi ilə gön... | ANL |
Öz ürəyinə aldanan adam. Sözün səsini eşidən, sözün rəngini duyan, poeziyada öz səssiz-küysüz, haray-həşirsiz, saxta emosional coşqularsız yoluna davam edən, “yerli şair”, “əyalət şairi” kimi eyhamlara rəğmən sonun əvvəlinə-əvvəlin sonuna yol gedən şair-publisist, “Tərəqqi” medallı, Əməkdar jurnalist, uzun illər müxt... | ANL |
( Bakıda Yusif Səmədoğlu ilə qəbirüstü söhbət). Ancaq sənin yerin göründükcə özümə yer tapa bilmirəm. Kenquru da Allahın yarımçıq qalmış əsəridi, mənim “Deyilənlər gəldi başa” romanım kimi. Mənim əsərim üzürlü səbəbə görə yarımçıq qaldı; bu roman mənim gözümdə Kenquruya oxşayır. Görəsən, yarımçıq məsələsində Allahın ... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xali... | ANL |
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Syoqunun Qərb millətlərinə güzəştlərindən sonra antiəcnəbi hissi 1867-ci ildəki samuray qiyamına və imperatorun hökumətin hüquqi başçısı olmasının bərpa edilməsinə gətirib çıxardı. İmperiyaya nəzarət edən yeni liderlər bu vaxt Yaponiyanın diq... | ANL |
Ədəbi tənqidimizin fədaisi. Görkəmli tənqidçi-ədəbiyyatşünas, fəlsəfə doktoru Qurban Fərman oğlu Bayramlının ədəbi-tənqidi, elmi-publisistik əsərlərinin düşüncə qatında yuvalanan bahar duyğusu, şeir qoxusu və “dan üzünün sevgisi” nəzəri meyarların məhdud məcrasında kükrəyən bənzərsiz ifadə tərzi, poetik deyim üs... | ANL |
Vətəni qibləgah edən şəhidlər. ...Əmisi Seymur İsgəndərovun qucağında maddım-maddım insanlara boylanan, sinəsinə taxılan ulduzun bir oyuncaq olduğunu zənn edən 10 aylıq Elman bala... Sən nə biləsən ki, o adi bir ulduz deyil, o bir anın içərisində 95 şəhidimizin hər biri kimi Azərbaycanın həsrətində olduğu Qələbə ... | ANL |
Eynəli bəy Sultanovun “Hekayələr”i təqdim edildi. İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Eynəli bəy Sultanov: “Hekayələr” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Eynəli bəy Sultanovun “Hekayələr” kitabın... | ANL |
Bu il mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərinin müzakirəsi keçirilib. Müzakirənin əvvəlində kafedranın müdiri, filologiya elmləri doktoru, professor Himal... | ANL |
Bu məğmun yetikliyin sonrası ədəbiyyatın üstünə atılmış daş qalağı olur, vəssalam! Ədəbiyyatda külüng vurmurlar! Ədəbiyyatda yaşayırlar! Ədəbiyyata İstedadın gəlişi nələrisə dəyişir; havanı, ovqatı dəyişir, səmti, zövqü dəyişir, Davam olur, Yeni sətir olur. Hara gəldiyini, niyə gəldiyini bildiyindən, intonasiyas... | ANL |
Afaq Məsud dünyası. Başını da onlar xarab eləmişdi. O balaca, gözəgörünməz əclaflar. Belə fikirləşdikcə, bədəni, əl- ayağı boyu xəbis-xəbis qaynaşan toxumalarını hiss elədi. Daha mən burdakı qulluqçuluq fəaliyyətimi başa vururam!.. Özünü birtəhər dikəldib əli belində, dəhlizə çıxdı. Bunu deyən O idi”... İnsan mü... | ANL |
Çağdaş gənc yazarlarımız müasir ədəbi proseslərə yetərincə təsir göstərməkdədir. Hətta, araşdırmanı da bir neçə istiqamətdə aparmaq mümkündür. Bu yazıda aparılan bölgülər şərti xarakter daşıyır. Həm də məqalədə ən çox poeziya nümunələrinə istinad edilib. Bunlardan üçü haqqında yazım çap olunub. “Ramil Əhməd və ya... | ANL |
“Morelin ixtirası” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan "Morelin ixtirası" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Argentina Respublikasının Azərbaycan Resp... | ANL |
Üç nəslin kitabları Türkiyədə. Bu ilin may ayında Ankarada Azərbaycan ədəbiyyatının üç nəslinə mənsub olan yazıçılarımızın bir neçə kitabı nəşr edilib. AYB Mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, Xalq yazıçısı Anarın 650 səhifəlik “Yaşamaq haqqı” kitabı İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahiblər... | ANL |
Hədəf hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır. Qorxmaz Hüseynov: "Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən layihələr müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial ri... | ANL |
Səni küləklərmi apardı, qardaşım... Vətəni qibləgah edən şəhidlər. İndi Qurbanlılar ailəsi Binəqədi rayonunda 1-ci mədən ərazisində yaşayır. Münaqişənin qızğın vaxtında İrəvandan köçkün gəliblər. Bütün şəhid evlərinin darvazasında gördüyüm üçrəngli bayrağımız dalğalanır və qırmızı yaylıq bağlanıb qapıya. Bir az toxta... | ANL |
Qazaxda yaşayan təqaüdçümüz Taleh Mansur keçən il vətənpərvərlik layihəsini həyata keçirməklə bərabər, bədii yaradıcılıqla da məşğul oldu. Onun yaradıcılığında nəzərə çarpan əsas cəhət. nəzmdən nəsrə kəskin keçiddə özünü göstərdi. Əsərdə ucuz araqdan içib, sanballı danışan yazar obrazı yaradılmışdır. Taleh əsər... | ANL |
Ədəbiyyatşünas Qurban Bayramovun 70 illiyi qeyd edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış ədəbiyyatşünas və tənqidçi Qurban Bayramovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri professor Şirindil Alışanlı açaraq tənqidçinin həyat və yaradıcılığından danışıb: "... | ANL |
VI Şairlər Günü keçirildi. ƏNƏNƏVİ POEZİYA BAYRAMI BU İL XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA HƏSR EDİLİB. İyunun 5-də qeyd edilən VI Şairlər Günü Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunub. Öncə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Səməd Vurğunun Ev Muzeyi ziyarət edilib, gəmi ilə gəzintiyə çıxan iştirakçılar un... | ANL |
"İnsanlar nə vaxtsa yazını icad etdilər. Yazı-kommunikasiyanın texnologiyasıdır və bilavasitə bizim bədənimizlə bağlıdır. Bu kəşf olunubsa, ondan imtina qeyri-mümkündür. Təkrar edirəm: bu çarxın kəşfinə bənzəyir. Bizim indi istifadə etdiyimiz çarx qədim çarxdan heç nəyi ilə fərqlənmir. Onda bizim müasir kəşflərimizdən-... | ANL |
Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi. Azərbaycanda tarixi fikrin, Şərqşünaslığın kökü, qaynaqları əsrlərin dərinliklərinə gedib çıxır, onun çağdaş tarixi isə keçən əsrin ilk onilliklərindən hesablanır. Tarixi düşüncədə, Vətən tarix elmində yaddaşın son yüz ili özündə xeyli təkrarsız adı, imzanı və ... | ANL |
Bunun fərqində deyiləm. Bu da həsrətində olduğumuz yüksəkliklərdən biri! Ötən il Cocuq Mərcanlıdan qədərsiz həsrətlə baxdığımız Lələ-İlahi adıyla tanınan təpənin duruşu göz doydurur. Könlümdən keçənlər əllərimdən yapışıb məni ora çəkir. Xeyli aralıdan gördüyüm bayrağımıza yaxınlaşdıqca gözlərimin nuru artır elə b... | ANL |
O, Azərbaycanda yaşamır, amma Azərbaycanla yaşayır. Fikrət Qocanın Günayı. Qəribədir, çoxları Amerika Birləşmiş Ştatlarını yaşamaq üçün ən münasib ölkə hesab edir. Əsl həqiqətdə isə vəhşi kapitalizmin sərt qayda və qanunlarının tüğyan elədiyi bu məmləkətdə yaşamaq, uğur qazanmaq elə də asan deyil. Burada yurd salan soy... | ANL |
Multikulturalizm ili və informasiya yüksəklikləri. Məlum aprel hadisələri informasiya mübarizəsi məsələsini yenidən aktuallaşdırdı. Bir qədər obrazlı desək, informasiya yüksəkliklərini ələ keçirmək üçün ciddi işlər görməyimizin vacibliyi üzə çıxdı. Yəqin çoxlarının yaxşı yadındadır ki, ötən əsrin 90-cı illərində, Azər... | ANL |
Elmin gələcəyinə təkan, fasiləsiz təhsilə davam. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin magistratura və doktoranturada təhsil alan gənclərə möhlət hüququnun verilməsi haqqındakı "Hərbi xidmət və hərbi vəzifə haqqında" Qanuna təklif etdiyi əlavə müharibə aparan dünya ölkələrinin tarixində və ya gərgin m... | ANL |
Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi. Bu kitabda XVI əsrdə Azərbaycanda olmuş italyan səyyahları M.Membrenin və V.Alessandrinin vətənimizlə bağlı olan məlumatları araşdırıcıların, oxucuların nəzərinə çatdırılır. O.Əfəndiyev AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən hazırlanaraq nəşr olun... | ANL |
Unudulmayan Qarabağ və ordumuzun aprel zəfəri. Qarabağ müharibəsi arzu olunmadan iştirakçısına çevrilmək məcburiyyətində qaldığımız bir savaşdır. Keçmiş Sovetlər birliyində birgə yaşamaq məcburiyyətində qaldığımız ermənilər zaman-zaman buna hazırlıq görürmüşlər. Bunu yalnız ötən əsrin 80-ci illərinin sonlarında ermən... | ANL |
Milli Ordumuzun aprel sınağı:Vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi. 82 YAŞLI ŞAHMAR QULİYEV FÜZULİYƏ QAYITMAĞA HAZIRLAŞIR. 1993-cü ildə Qarabağ və ətraf rayonlarımız işğal olunandan bəri başımıza gələn faciələrin, Xocalıda törədilən müsibətlərin, Meşəli, Cəmilli, Malıbəyli, Kərkicahan və... | ANL |
Etirafı çətindir... Nədən çox şikayət ediriksə, ona daha çox bağlanırıq... Belə ki rəqəmlərə məhkum yaşayırıq ömrümüzü... Dəyişdirə bilmədiyimiz qanunauyğunluğa, şüurlu boyun əyməyə nə vadar edir? Bu axına qarşı dura bilməməyimiz... anlamadığımız mənasına gəlir? Düşüncələrimizin azadlığı... həyatımız. ın gerçəkliyin... | ANL |
Yaradıcı insanın taleyində istedad, cəsarət və müdriklik çox böyük rol oynayır. Amma bu yaradıcılıq atributlarının üçünün də bir adamda cəmləşməsi hər kəsə nəsib olmur. Sabir Rüstəmxanlıya Tanrı istedad və cəsarət verdi, müdrikliyi də özü qazandı. Bu fikri ona görə cəsarətlə deyə bilirəm ki, biz Azərbaycan Dövlət Unive... | ANL |
Elmlə poeziyanın vəhdəti. 80 yaşın müdriklik zirvəsinə ucalan, elmi-ədəbi yaradıcılığının 50 illiyini yaşayan, qəlbi yazıb-yaratmaq həvəsi ilə döyünən alim-şair Hikmət İsmayıl oğlu Mahmudovun (Hikmət Mahmudun) yaradıcılıq taleyini, tərcümeyi–halını oxucularımızla birgə vərəqləmək istərdim. O, AMEA-nın Geologiya v... | ANL |
Tar ifaçılığı sənətimizin görkəmli nümayəndəsi. ƏMƏKDAR ARTİST VAMİQ MƏMMƏDƏLİYEVİN 70 İLLİYİNƏ. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar artist, Prezident mükafatçısı Vamiq Məmmədəli oğlu Məmmədəliyev instrumental muğam ifaçılığında görkəmli simalardandır. Tanınmış ziyalı-alimlə... | ANL |
FƏLSƏFİ- ESTETİK MÜLAHİZƏLƏR. Hələ uşaqlıqdan atamın müasirləri ilə söhbətlərində dönə-dönə dediyi bir fikir yaddaşımda hakim kəsilib: Sənətkar və bədii əsər səmimi olmalıdır! Sonralar - ali məktəbdə oxuyanda, aspiranturada təhsil alıb elmi iş yazanda, doktorluq müdafiəsi edəndə, 30 ildən artıq ölkənin unikal bədii t... | ANL |
Xeyirxah və vətənpərvər ziyalı. TANINMIŞ TƏHSİL MÜTƏXƏSSİSİ, RİYAZİYYAT ÜZRƏ FƏLSƏFƏ DOKTORU MƏRHUM ƏLÖVSƏT OSMANLININ ANADAN OLMASININ 60 İLİ TAMAM OLUR. Əlövsət Osmanlı 1956-cı il iyun ayının 9-da Borçalının zəngin təbiətli və səfalı guşələrinin birində - Bolnisi rayonunun dağlar qoynunda yerləşən Dəmirli kəndin... | ANL |
Baharın səksən anı. Deyirlər ki, ikini ikiyə vuranda cavabda dörd alınırsa, bu, riyaziyyatdır. İki dəfə iki beşə bərabər olarsa, bu, ədəbiyyatdır. Əgər həmin vurma əməlinin cavabı daha böyük rəqəmə bərabər olarsa, deməli, bu, həyatdır. Həyatın yaranışı, insanın varlığı, duyğuları, fikir və düşüncələri tarix boyu dərke... | ANL |
Hər bir jurnalist əslində, yazdığı yazılarda öz həyatını qələmə alır; ömrünün ən mübhəm anlarını, enişlərini, yoxuşlarını, uğurlarını, əskiklərini, xoş anlarını, hətta sükutlu dəqiqələrini belə. Sadəcə, bütün bunlar bir başqa adamın obrazında, fərqli bir fərdin yaşamında canlandırılır və jurnalist təxəyyülü ilə ka... | ANL |
Bir fotonun taleyi, yaxud İsmayıl ağa Kəngərlinin ömür yolu haqqında qeydlər. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən özünün elmi-ədəbi mühiti, yetişdirdiyi görkəmli şəxsiyyətləri, ictimai-siyasi xadimləri, unikum hərbçiləri və sənət adamları ilə məşhur olub və... | ANL |
Ədəbi janrın bütün sahələrində yazıb-yaradan Qərib Mehdinin çoxçalarlı yaradıcılığı daim diqqət mərkəzində olub, mükafatlandırılıb. Yazıçı müxtəlif illərdə Əməkdar jurnalist, Həsən bəy Zərdabi və Məmməd Araz mükafatlarına, BMT-nin “Şərəf və vicdan” ordeninə, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademi... | ANL |
Afaq Məsud üçün təklik, tənhalıq bütöv bir dünya deməkdir. Və bədii təfəkkür sosiologizminin multimünasibətlərinin yeknəsəkliyindən fərqli olaraq, tənhalıq yazıçının təqdimində elə bir münbit (və zəngin) məkandır ki, kim olduğunu bütün miqyası ilə yalnız orada dərk etmək imkanına sahib ola bilərsən. Təkliyə, tənh... | ANL |
Qoytuləli körpüsü - “Bir sədanın ardınca” povestindən parça. Burası da var idi ki, bu əhvalatı dilinə yalan yaraşmayanın birisindən eşitmişdi; Qoytuləli adında, ağzıdualı, əlləri həmişə Allahın dərgahına açılan fağır birisi gecəyarısı şirin yuxu yatdığı yerdə hövlnak oyanıb isti yorğan-döşəyindən dik qalxır. ...B... | ANL |
Türkiyə qeydləri. Zamanın yaddaşla oyunları qəribədi. Bəzən tamam lazımsız, mənasız bir hadisə yaddaşına elə həkk olur ki, deyərsən, Qobustan qayasıdı beynin, iz düşdümü, pozulan deyil. Qısa bir vaxtda niyə silinib, nə zaman çıxıb beynindən? Özlüyündə o anların yaxasına “unudulmaz” yarlığı da yapışdırmışdın... Nədə... | ANL |
Məşq gedir - sonuncu şəkilə son düzəlişlər. Boş səhnədir. R. ön səhnənin sol tərəfindəki kresloda əyləşib. Palto ilə həmahəng papaq. Yaşının və xarici görkəminin əhəmiyyəti yoxdur. Qulağının ardına karandaş qoyub. Yaşının və xarici görkəminin əhəmiyyəti yoxdur. Q. səhnənin ortasında, kub şəklində olan altlığın üstündə... | ANL |
Pauzaların dedikləri. XX əsr ədəbiyyatının novator bir ədəbiyyat kimi formalaşmasında, yeni bədii-estetik cərəyanların yaranmasında - öz məxsusi estetik simasının müəyyənləşdirilməsində bu yazıçıların çox ciddi rolu olmuşdur və bu baxımdan Coys yaradıcılığının dünya nəsrinə, Bekket yaradıcılığının isə dünya dram... | ANL |
Əjdər Olun rusca hekayələr kitabı nəşr olundu. Tanınmış şair və nasir Əjdər Olun bugünlərdə “Nurlar” nəşriyyatında rusca hekayələr kitabı nəşr olunub. On beş hekayənin toplandığı yeni kitabda mətnlər tərcüməçilər üzrə qruplaşdırılaraq, oxuculara təqdim edilib. Kitabın tərtibatında Azərbaycanın Xalq rəssamı Fərhad Xəl... | ANL |
Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi. M.F.Axundzadə adına Milli Kitabxanada 15 iyun - Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb. Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq ulu öndərin həyat yoluna nəzər salaraq respublikanın müstəqilliyinin qorunub saxlanılmasında, bu gün... | ANL |
Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman. Müasir Azərbaycan elmi-ədəbi və ictimai fikrinin görkəmli yazıçı və dilçi-folklorçu-tənqidçi kimi qəbul etdiyi alim Kamal Abdullanın “Düma ilə Coys arasında” adı ilə təqdim etdiyi yeni kitabı bir çox cəhətdən ciddi maraq doğurur. İlk növbədə onu qeyd... | ANL |
Ruhun baxışları altında. Necə deyərlər, dərzi kimi iynəmi sancmışam yaxama, səyyah kimi çantamı atmışam kürəyimə və çıxıb gedirəm. Həmin divarın üstünə çıxmaq olmaz. O divardan sadəcə boylanmaq olar, əllərini qaşının üstünə qoyub boylanmaq, lap uzaqlara baxmaq olar... Amma bu beş məktubun vərəqlərinin sayı bəll... | ANL |
Sənət və səmimiyyət. FƏLSƏFİ-ESTETİK MÜLAHİZƏLƏR. Sənətdə insan qüdrətinin fövqəladə imkanlarını əks etdirən nəcib mənəvi-estetik keyfiyyət olan səmimiyyətin son dövr incəsənətində zəifləməsi bir də postmodernizm meylləri ilə bağlıdır. Yeni sənət və yeni sənət iddiası ilə XX əsrin ikinci yarısından Qərb ədəbiyyatında ... | ANL |
Könüllərdə, yaddaşlarda yaşamaq haqqı - Vətəni qibləgah edən şəhidlər. Zaqatalada beşmərtəbəli evin sonuncu mərtəbəsində yaşayır şəhid Sərxan Bayramovun ailəsi. Əslində valideynləri Oqtay da, Həlimət də gəncdirlər. - Mən onun toyuna hazırlaşırdım. Bu evin hər küncündə, hər qapısında, aynasında Sərxanın xatirəsi, əksi... | ANL |
Cavanam, keçmə məndən. Kürün suları bulanıq idi, çox bulanıq. Batmaqda olan günəşin şəfəqlərini üzərində əks etdirə bilməyəcək dərəcədə bulanıq. Bu bulanıqlıq onun necə axmasını da bəlli etmirdi. Ancaq hərdənbir suyun üstündəki çör-çöp bu bozluğu, bulanıqlığı tərpədib axının istiqamətini bəlli edirdi. Kür həmişə... | ANL |
SƏMƏD VURĞUNUN "AZƏRBAYCAN"I HAQQINDA DÜŞÜNCƏLƏR. Belə bir fərziyyə var ki, bəzi məşhur yazıçılar, şairlər, elə bil irəlicədən duymuş kimi, əsərlərində öz gələcək talelərini üstüörtülü şəkildə əks etdiriblər. Çox ehtimal ki, S.Vurğun da öz gələcək taleyinin bəzi cizgilərini "Azərbaycan" şeirində qeyd etmişdi. Şe... | ANL |
Bu baxımdan mənim yaddaşımda özünəməxsus yeri olan insanlardan biri peşəkar jurnalist Mirzə Əskərovdur. Mirzə zəhmətkeş bir ailədə böyümüşdü. Bu övladların hər birisi ataları Qəhrəman kişidən və Firuzə anadan öyrəndikləri zəhmətkeşlik və mehribançılıqla hamının hörmətini qazanmışdılar. Ailənin ən sevimli övladı olan Mi... | ANL |
Azərbaycan turizmi: Mövcud vəziyyət və perspektivlərin dəyərləndirilməsi zərurəti. XIX əsrin ortalarınadək insanlar yaşadıqları ərazidən uzaq yerlərə çox az səyahət ediblər. Müəyyən məqsədlə səfərə çıxanlar at və ya at arabasından istifadə edər, yemək və yatağa ehtiyac olanda isə karvansarada gecələyərdilər. İlk ... | ANL |
Qərb hikmətinin Şərqli mütəfəkkiri: Fərman İsmayılov. Azərbaycanın Sovet dövrünə qədərki fəlsəfə tarixinə nəzər salanda çox ünlü isimlər gözlərimiz önünə gəlir: Əbülhəsən Bəhmənyar Azərbaycani, Nəsirəddin Tusi, Mahmud Şəbüstari Təbrizi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Məhəmməd Əmin Şirvani, Yusif Qarabaği, N... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.