text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Mədəniyyətlərimizi bir-birinə daha da yaxınlaşdırmaq niyyətindəyik". Kayseri Mədəniyyət və Turizm İdarəsinin müdiri İsmət Toymuş əslən Azərbaycan türküdür. Ata-babaları ötən əsrin əvvəllərində Türkiyəyə gəliblər və Kayseridə məskən salıblar. İsmət bəy Türkiyə şəhərləri arasında sənaye, mədəni və turizm baxımından ön...
ANL
SƏMƏD VURĞUNUN "AZƏRBAYCAN"I HAQQINDA DÜŞÜNCƏLƏR. "Azərbaycan" şeirinin 16-cı bəndində iki dəfə "Qarabağ" sözünü işlətməsi ilə vətənpərvər şair, bir tərəfdən vətənin bu parçasına necə yüksək önəm verdiyini göstərir, digər tərəfdən də o cənnətməkan yerlərin faciəli gələcəyini görürmiş kimi, sövqi-təbii olaraq, n...
ANL
Bütün zamanlarda xalqın, cəmiyyətin formalaşması və inkişafında, milli düşüncənin yaranması və yenilənməsində ədəbiyyat böyük əhəmiyyət kəsb etmişdir. Yaradıcılığı hər vaxt imzasından öndə olan şair, nasir, ədəbiyyatşünas, publisist, esseist Əli Rza Xələfli də bir qərinədən çoxdur ki, özünün çoxsaylı, çoxçeşidl...
ANL
FİKRƏT QOCANIN POEMALARI MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ. 60-cılar ədəbi nəslinin nümayəndələrindən biri - bu gün də fəal yaradıcı formada olan Fikrət Qocanın 2014-cü ildən bəri hissə-hissə təqdim olunan Seçilmiş Əsərlərinin on cildliyinin nəşri bu yaxınlarda tamamlandı. Seçilmiş Əsərlərinin ayrı-ayrı cildlərində Fi...
ANL
Külü örtən yağan qardı, Yağdır gəlsin qalaq-qalaq. Məzar yurdun yaddaşıdır, Tarix olub yük daşıdır, Hər bir vərəq başdaşıdır, Oxuyuram varaq-varaq. Ağ gül əksən bu torpağa, Vermək üçün hər qonağa, Qaraxallı gül bitəcək. Danışacaq dodaq-dodaq- İmkan vermə, ağlayacaq. Bulanlıqlar durulubmu, Axar yolun burulubmu, Ləpələri...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xali...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. I Dünya müharibəsinə gedən yol. Bu hadisə Avstriya ilə Serbiya arasındakı əksdurmanın nəticəsi olmasına baxmayaraq, I Dünya müharibəsinə aparırdı. Müharibə isə heç də labüd deyildi, çünki əvvəllər Avropa liderlərinin qətlə yetirilməsi müharibəyə səbəb olmamışdı və Avro...
ANL
Qoytuləli körpüsü - “Bir sədanın ardınca” povestindən parça. Fikri çalxalanır, xəyalı bu gecənin zülmət qaranlığı kimi sanki dərin bir quyuya düşürdü. İndi gəl, ayırd elə, bu qədər səsin-sədanın içində kimin hayqırtısıydı onu yuxusundan oyadan? Dicvicinli “qana-qan” deyə bağıran, dam-daşı lərzəyə gətirib yerind...
ANL
Mikrovətən ətrafında makro düşüncələr. Əli Əmirlinin “Ağdamda nəyim qaldı? (avtobioqrafik roman)”ı haqqında qeydlər. Mən o filosofun bu həqiqətini Əli Əmirlinin “Ağdamda nəyim qaldı? (avtobioqrafik roman)”ını oxuyanda yenidən xatırladım. Yenidən xatırladım və roman haqqında ayıq düşüncələrdən sonra məsələyə bir d...
ANL
Afaq Məsudun bir sıra hekayələri Azərbaycan cəmiyyətinin tarixində məlum “keçid dövrü”nün sosial-siyasi mənzərələrini əks etdirir ki, həmin hekayələrdə konflikt milli (ənənəvi) dəyərlərlə ölkəyə labüd şəkildə müdaxilə edən, yerli intellektual, mənəvi- mədəni ukladı, fürsətdən istifadə edərək, qaba bir şəkildə öz...
ANL
Ruhun baxışları altında. İstənilən fikri diqqətə təqdim etmək üçün ən azı ürəyində bir təpər, bir istək, bir arzu olmalıdı və sən də bu istəyin, arzunun, təpərin diktəsi ilə özünü toparlayıb, fikrini ünvana çatdırmalısan. Bax bu dediklərimə söykənib, mən də “Anama məktub”larla həmsöhbət olmağa çalışıram. Burda ey...
ANL
Azərbaycan diplomatı Rəşad Məmmədovun xüsusi təqdimata ehtiyacı yoxdur. Onun Azərbaycan və Qazaxıstan arasındakı apardığı uğurlu diplomatik siyasətin nəticələri hər iki ölkədə hiss olunmaqdadır. Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Eynəddin oğlu Məmmədovn 43 yaşı var. ...
ANL
Müasir inkişafın daha bir formulu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxcəhətli fəaliyyəti bütünlüklə Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirməyə, ölkəmizin beynəlxalq aləmdə layiq olduğu yeri qazandırmağa həsr olunmuşdur. Ölkəmizin daxilindəki möhkəm ictimai-siyasi sabitlik və ardıcıl iqtisadi...
ANL
“Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti”. Azərbaycan: Turistlərin cazibə mərkəzi. Hələ orta məktəbin aşağı siniflərində oxuyanda bizi ciddi “narahat” edən məsələlərdən biri də dünyanın siyasi xəritəsində ölkəmizi tapa bilməməyimiz idi. Xəritəni az qala qarış-qarış “gə...
ANL
Türkiyə qeydləri. Ankaranı sevmək... Türkiyənin diqqətdən kənar qalmış, sevgisi əskik düşmüş övladı kimidi Ankara. Mərkəzdi, paytaxtdı, amma nədənsə İstanbulun kölgəsindədi. Otelə yaxınlaşdıqca bütün diqqətimi cəmləyib şəhəri, onun küçələrini gözlərimə “doldururam”. Yəhya Kamalı başa düşməyə çalışıram. Məşhur de...
ANL
Yeddi ilməyə doğru yeddi addım... Uzun illər bundan öncə, mətbuata yeni-yeni addımlar atdığım vaxtlarda müsahiblərimdən birinə belə bir sual vermişdim: "Ritm sizin üçün nə deməkdir?". Sualım çox sadə səslənsə də, cavabı sadə olmayacaqdı kimi bir hissim vardı. Düzdür, müsahibim də musiqiçi idi və bəlkə də o mənə ritmin ...
ANL
Yeniyetmə yaşımdan hafizəmdə qürur məbədi kimi qalmış qonşum, həmyaşıdım Afərin əziz xatirəsinə ithaf olunur. İlin hər fəslinin öz gözəlliyi var. Lakin bu fəsil gözəlliyini, təbiətin möcüzəsini heç də hər yerdə görmək, müşahidə etmək hamıya qismət olmur. Məncə, Şəkinin təbiətinin ən gözəl vaxtı yaz fəslidir. Ən ...
ANL
(İstedadlı qələm qardaşım Sayman Aruza). Eşitdim bir azca naxoşlamısan, Çaşıb ki naxoşluq sənə üz tutub. Fikir var-sahili itmiş gəmidir. Bu xəstə dünyanın sağlamı olmaq. Dünyanın özünə rişxənd kimidir. Həsrətlə döyüşə atıldın hər an, Döyüşə-döyüşə həsrətə düşdün... Dağdan, daşdan saldın yollarını sən. Yumruq ürəyini o...
ANL
Rusiya paytaxtında Anarın yeni kitabları işıq üzü görüb. Son illər Moskvada Xalq yazıçısı Anarın bir çox əsəri nəşr olunub. Bu il isə Moskvanın iki nüfuzlu nəşriyyatı Anarın kitablarını buraxıb. "Xudojestvennaya literatura" nəşriyyatının çap etdiyi ikicildliyə yazıçının nəsr əsərləri daxildir. Çingiz Aytmatovun önsözü...
ANL
FİKRƏT QOCANIN POEMALARI MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ. Fikrət Qocanın nişan verdiyi yollar insan xoşbəxtliyinə, işığa, ocaq istisinə, yurd müqəddəsliyinə, tikib-qurmağın sevincinə, günəşə, sevgiyə... aparır. Onun poemaları bu əbədi döyüşdə vuruşan, şahid olan, qələbə qazanan insanlar, ideallar və ideyalar haqqın...
ANL
"Xoreoqrafiya Akademiyasının xüsusi dövlət qayğısına ehtiyacı var". Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin "525-ci qəzet"ə müsahibəsi. - Timuçin müəllim, Bakı Xoreoqrafiya Akademiyası bir ildən artıqdır ki, tam qüvvəsi ilə fəaliyyət göstərir. Bu dövr ərzində g...
ANL
Yeniyetmə yaşımdan hafizəmdə qürur məbədi kimi qalmış qonşum, həmyaşıdım Afərin əziz xatirəsinə ithaf olunur. İlin hər fəslinin öz gözəlliyi var. Lakin bu fəsil gözəlliyini, təbiətin möcüzəsini heç də hər yerdə görmək, müşahidə etmək hamıya qismət olmur. Məncə, Şəkinin təbiətinin ən gözəl vaxtı yaz fəslidir. Ən ...
ANL
(İstedadlı qələm qardaşım Sayman Aruza). Eşitdim bir azca naxoşlamısan, Çaşıb ki naxoşluq sənə üz tutub. Fikir var-sahili itmiş gəmidir. Bu xəstə dünyanın sağlamı olmaq. Dünyanın özünə rişxənd kimidir. Həsrətlə döyüşə atıldın hər an, Döyüşə-döyüşə həsrətə düşdün... Dağdan, daşdan saldın yollarını sən. Yumruq ürəyini o...
ANL
Rusiya paytaxtında Anarın yeni kitabları işıq üzü görüb. Son illər Moskvada Xalq yazıçısı Anarın bir çox əsəri nəşr olunub. Bu il isə Moskvanın iki nüfuzlu nəşriyyatı Anarın kitablarını buraxıb. "Xudojestvennaya literatura" nəşriyyatının çap etdiyi ikicildliyə yazıçının nəsr əsərləri daxildir. Çingiz Aytmatovun önsözü...
ANL
FİKRƏT QOCANIN POEMALARI MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ. Fikrət Qocanın nişan verdiyi yollar insan xoşbəxtliyinə, işığa, ocaq istisinə, yurd müqəddəsliyinə, tikib-qurmağın sevincinə, günəşə, sevgiyə... aparır. Onun poemaları bu əbədi döyüşdə vuruşan, şahid olan, qələbə qazanan insanlar, ideallar və ideyalar haqqın...
ANL
"Xoreoqrafiya Akademiyasının xüsusi dövlət qayğısına ehtiyacı var". Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin "525-ci qəzet"ə müsahibəsi. - Timuçin müəllim, Bakı Xoreoqrafiya Akademiyası bir ildən artıqdır ki, tam qüvvəsi ilə fəaliyyət göstərir. Bu dövr ərzində g...
ANL
Əli Rza Xələflinin bir-birindən fərqli təqdimatları o qədər dərin, güclü olur ki, oxucu ondan mənəvi zövq almaqla yanaşı ətraflı bilgiyə də malik olur. Onun təhlil metodu, üslubu bu sənətkarların hər birinin fərqli ampulada səciyyəsi ilə yadda qalır. Ə.R.Xələflinin sənətkara ünvanlanmış məktubları onların mənəvi...
ANL
Əli Rza Xələflinin bir-birindən fərqli təqdimatları o qədər dərin, güclü olur ki, oxucu ondan mənəvi zövq almaqla yanaşı ətraflı bilgiyə də malik olur. Onun təhlil metodu, üslubu bu sənətkarların hər birinin fərqli ampulada səciyyəsi ilə yadda qalır. Ə.R.Xələflinin sənətkara ünvanlanmış məktubları onların mənəvi...
ANL
Vətəni qibləgah edən şəhidlər. Azərbaycanın azadlığı və Qarabağ uğrunda vətən döyüşlərində Şamaxı 93 şəhid verib. Onun 8 Göylər kəndindən olan şəhidlərdir. O da 2015-ci ildə hərbi xidmətə çağırılan əksər yaşıdları kimi Vətən borcunu ödəmək, hərbin sirrlərinə azca da olsa yiyələnmək üçün əsgər getdi. Böyük qardaşı Rəfae...
ANL
Bu gün üçün qurduğu planlar yaman çox idi. Təzə iş yerində aynaları silməli, iki qapı o yandakı köhnə iş yerində kitab rəflərini səliqəyə salmalı, bazara gedib rayona gəlin köçmüş qızı üçün bir "təkərək" əvəlik almalı, günorta evə qayıdıb oğlu üçün xəngəl bişirməliydi. Bu tələskənlik onun qanına hopmuşdu, həyat ...
ANL
Sənətin bənzərsizliyi və möhtəşəmliyi. MİRNAZİM ƏSƏDULLAYEV SƏNƏTKARLIĞI HAQQINDA DÜŞÜNCƏLƏR. Xoşbəxtlikdən, sənət adamları arasında dost-tanışım çoxdur. Bu məndə həmişə bir məmnunluq hissi doğurur. Adətən, əhvalımın təlx olduğu vaxtlarda dostlarla zəngləşib, görüşürəm. Çay masası arxasında xatirələr dilə gəlir, böy...
ANL
Fərəh, ümid, faciə - Birinci Türkoloji Qurultay haqqında düşüncələr. Bugünlərdə Xalq yazıçısı Anarın "Seçilmiş əsərləri"nin IX cildi işıq üzü gördü. Cilddə yazıçının türk dünyası ilə bağlı esseləri, məqalələri, çıxışları yer alıb. Kitabın ön söz müəllifi və redaktoru kimi bu yazıları ardıcıl oxuduqca bəlli bir ...
ANL
Müsahibimiz Türkiyənin aparıcı tədqiqatçılarından biri, Ankaradakı İldırım Bəyazit Universitetinin professoru Salih Yılmazdır. - Salih bəy, Rusiya prezidenti Vladimir Putin bu günlərdə Afinada verdiyi açıqlamada Türkiyə ilə münasibətlərin yoluna qoyulmasında ilk addımın Türkiyə tərəfindən atılmasının vacibliyini bildi...
ANL
Xarı-bülbül əfsanəsi və Ağabəyim ağanın hüznlü taleyi. Nadir şahın yanında xidmət etdiyi dövrlərdə özünü qüvvətli, qüdrətli sərkərdə kimi göstərən Pənahəli xan həm də şəxsiyyəti ilə, rəhmli və ədalətli davranmasıyla hörmət, rəğbət qazanmışdı. Məlumdur ki, Pənahəli xan şeirə, musiqiyə böyük maraq göstərib, məhəbbə...
ANL
Bülbül təkrarsızlığı: sehrli səs və möcüzəli ifalar. Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbül 1897-ci il iyun ayının 22-də Şuşada Azərbaycanın bir çox böyük şair və musiqiçilərinin, xanəndələrinin, görkəmli şəxsiyyətlərinin vətən...
ANL
Dünyanın dəli çayları, dönüb axırlar üstümə. dönək bir cüt kəpənəyə, gözləyək gəlsin baharı;. ürəyim gündüz üşüyür, həsrətim gecə yandırır;. çınqısı çatıb indicə. hələ təzəcə yandırır;. sındırıb qol-qanadımı, doldurub peçə yandırır;. ömrümüzü çərxi-fələk, yandırır, heçə yandırır. Silkələmə nar ağacın. göy üzündən ağ...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. Böyük Britaniyanın Rusiyaya qarşı Türkiyəni dəstəkləməsi isə uzun müddət ərzində davam edən ingilis-rus antaqonizminin cəhətlərindən biri idi. Britaniya Rusiyanı Aralıq dənizindən və Yaxın Şərqdən uzaqlaşdırmaq qayğısını çəkirdi, çünki ruslar Orta Asiyadan Hindistana v...
ANL
Birun və əndərun. Vaxt var idi, evlərimizdə bir-birindən kəskin sərhədlə ayrılan iki qisim var idi. Bunların birinin adı Birun, o birinin adı Əndərun idi. Klassik ədəbiyyatımızda bu duruma aid kifayət qədər açıq və gizli işarə var. Bunların münasibəti, sadəcə, gizlin-aşkar münasibətləri deyil. Birun hamı üçün idi....
ANL
Qırx ildən sonra... 1976-cı ilin isti bir iyul günündə universitetin Jurnalistika fakültəsinə qəbul imtahanı verməyə gəlmiş iyirmi yaşlı Allahverdinin indi altmış yaşı tamam olur. O isti iyul günündə sənədlərindəki bir möhür çatışmazlığından təzədən Naxçıvana göndərdiyim Allahverdinin universitetin bu tələbini b...
ANL
Çünki tarixin (əslində, tarixşünaslığın) çox zaman “hesabdar” məntiqinə (və üslubuna) əsaslanan ehtirassız, yaxud əsəbsiz təhlilləri içərisində, nə qədər paradoksal olsa da, cəmiyyət tarixinin başlıca predmeti sayılan İnsanın özünü axtarıb tapmaq müşkülə çevrilir... “Keçid dövrü” hekayələrində isə İnsanın hissl...
ANL
Məhəmməd peyğəmbərin (və bəzi peyğəmbərlərin) özü, Nəsiminin (Nəsimilərin) sözü Meraca getmədimi?! Onda bizim də kamalımız Meraca gedəcək! İllər, əsrlər boyu insan kamala yetmək istədi. Alimlər, filosoflar, mütəfəkkirlər, hətta şairlər, yazıçılar belə, kamala yetməyin yolunu aradılar, axtardılar. Bir çoxları, xü...
ANL
Oxuculara tamamilə fərqli yeni bir jurnal təqdim olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yaradıcılıq Fondu birlikdə yeni olan “Multikulturalizm” jurnalını oxuculara təqdim etdilər. Bu jurnal bütövlükdə Azərbaycanda yaşayan hər bir kəsin jurnalı olacaq. Artıq sər...
ANL
“Azərbaycan” jurnalının iyun sayı. Bugünlərdə “Azərbaycan” jurnalının yeni sayı yayımlanıb. Şair ordumuzun “Lələtəpə” yüksəkliyini əldə etməsindən, ermənilərlə savaşdan, əsgərlərimizin qələbəsindən yazır. Nizami Cəfərov “Keçən günlərin tərcümeyi-halı” yazısında xatirələrini nəql edir. “Nəsr”də Firuz Mustafanın “Pay...
ANL
Yazıçı Seyran Səxavət ön cəbhədə əsgərlərlə görüşüb. Tanınmış yazıçı Seyran Səxavət bu günlərdə cəbhə bölgəsində olub, əsgərlərimizlə görüşüb. Yazıçı görüşlə bağlı təsuratlarını Moderator.az-la bölüşüb: “Bir neçə gün bundan qabaq Füzuli bölgəsinə getmişdim. Orada dostlarla, tanışlarla, camaatla fərdi qaydada, bəz...
ANL
Gəncədə Nigar Rəfibəyli Poeziya günü. Gəncə şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Nigar Rəfibəylinin adını daşıyan 43 saylı tam orta məktəbdə Nigar Rəfibəyli Poeziya günü keçirilib. AYB Gəncə bölməsinin sədri Xə...
ANL
Moderator.az saytı “Qürbətdəki məşhurlar” layihəsində Xalq şairi Fikrət Qocanın Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan qızı Günay Qocayeva ilə müsahibə yayıb. Anam da hər zaman yadıma salır ki, sən uşaq vaxtından Amerikaya getməyi xəyal edirdin. Bağda olanda başımızın üstündən keçən təyyarələrə baxardım və ...
ANL
Gələcəyimiz naminə. Heç bir uğur, heç bir tərif, heç bir fövqəladə hadisə ağıllı, istedadlı uşağın yaratdığı sevinci, xoşbəxtliyi bəxş edə bilməz insana. Əllərin yorulana kimi alqışlayırsan, ürəkdolusu sevinirsən, gözlərinin yaşından, qürur, sevinc qarışıq kövrəkliyindən çəkinmirsən. Axı qarşında bapbalaca ağızların...
ANL
Türkologiya elminin böyük ismi: Fridrix Vilhelm Radloff. XX əsr nəhəng kəşfləri, elmi-texniki tərəqqinin inkişafı baxımından əvvəlki yüzilliklərdən keyfiyyətcə fərqlənir. Bu dövr həm də türkologiya, şərqşünaslıq, regionşünaslıq, folklor, mifologiya, tarix, ədəbiyyat, dilçilik sahəsindəki fundamental araşdırmaları ilə...
ANL
Haqq savaşında ölümsüzlük qazanan qəhrəman artilleriyaçı. Vətəni qibləgah edən şəhidlər. Bu ilin 2-5 aprelindəki döyüşlərdə həlak olan zabitimiz İnqilab Quliyevin Gəncədəki ata ocağının qapısını döydük. Atası açdı qapını. Cümə axşamı olduğundan evdəkilərin qəbir üstünə, ziyarətə getdiklərini bildirdi. Onlar gəlincə şə...
ANL
"Türkologiya" jurnalının tarixində yeni mərhələ. Həmin il ölkəmizin dünya miqyaslı ilk elmi-nəzəri nəşri olan "Sovetskaya tyurkologiya" jurnalı yayın həyatına başladı. Bu əhəmiyyətli olayın kiçik bir tarixçəsi vardı. Xarici ölkələrdə türkoloji mərkəzlərin fəaliyyətində bir coşğunluq müşahidə olunduğu halda, SSRİ-...
ANL
Şair Barat Vüsalın ikicildliyi təqdim edildi. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, publisist Barat Vüsalın yeni kitabının təqdimat mərasimi keçirilib. İki cildlik "Seçilmiş əsərləri" seriyasında şairin şeirləri, poemaları və esseləri toplanıb. Tədbiri Birliyin katibi Rəşad Məcid aç...
ANL
Fədakar ictimai-siyasi xadim Fərəməz Mahmudbəyov haqqında qeydlər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın dövlətçilik tarixində muxtariyyət statusu olduqca mühüm və aktual məsələdir. Torpaqlarımıza göz dikən erməni daşnaklarına və onların havadarlarına qarşı mərdliklə döyüşən naxçıvanlılar Mehridən Sürmə...
ANL
Əsrlərdə üzü bəri xanımlığını, gəncliyini, gözəlliyini və ən əsası sehrini, cazibəsini itirməyən QIZın - Qız qalasının önündə durub gözləyirəm. TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı İçəri şəhərdə qonaqlara bələdçilik edir. Bir azdan Bakıdan çıxıb üzü Şəkiyə yola düşəcəyik. “İpək yolu” Musiqi Festivalının a...
ANL
TÜRKSOY-dan müstəqilliyimizə ərməğan. Hər bir mədəni hadisənin, incəsənət olayının arxasında ideya, məqsəd durur. TÜRKSOY-un Mədəniyyət və Turizm nazirliyimizlə birgə təşkil etdiyi konsert Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan Respublikalarının müstəqilliyinin 25 illiyinə həsr olunub. 25 iyun...
ANL
General-mayor Ehsan xan Naxçıvanski ilə bağlı yeni aşkarlanan sənədlər. BU ARXİV MATERİALLARI HƏRB TARİXİMİZƏ İŞIQ SALMAQ BAXIMINDAN DA CİDDİ ÖNƏM DAŞIYIR. Azərbaycan müstəqillik qazandıqdan sonra onun hərb tarixinin hərtərəfli və düzgün araşdırılması ən aktual və vacib məsələlərdən birinə çevrilib. Azərbaycan hə...
ANL
Qarabağ mövzusu İlyas Əfəndiyev dramaturgiyasında. XX əsr Azərbaycan ədəbi-bədii fikrinin və ictimai-mədəni həyatının zənginləşməsində diqqətəlayiq xidmətləri olan təkrarsız şəxsiyyətlərdən biri də Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevdir. İ.Əfəndiyevin yaradıcılığı daim yüksələn xətt üzrə inkişaf ...
ANL
KƏLBƏCƏR HƏSRƏTLİ ŞAİR YUSİF HÜSEYNİN ŞEİRLƏRİNDƏN ALINAN TƏƏSSÜRATLAR. Onun yaradıcılığı haqqında çoxdan yazmaq istəyirdim. 1975-ci ildə Bakıda Azərbaycan Politexnik İntitutunu bitirib Kəlbəcərə qayıtdıqdan sonra 1993 - cü ilin aprel ayına, yurdumuzun bu incisinin düşmən əlinə keçdiyi günə qədər orada yaşayıb. Səkkiz ...
ANL
Nurlu xatirəsi, parlaq izi qaldı... UNUDULMAZ PEDAQOQ, ƏMƏKDAR MÜƏLLİM BABƏK XUBYAROVUN RUHUNA EHTİRAMLA. Qədim və ulu bir keçmişə malik Şabran torpağını hətta ölkəmizin hüdudlarından kənarda da tanıdan həmyerlilərimiz arasında tarixçi alimlər az deyil. Gərgin elmi tədqiqatların, araşdırmaların yekunu kimi dissertasiya...
ANL
"Tilsim": dünənlə bu gün arasında qalan təhtəlşüur. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Anarın "Vahimə" hekayəsi 2005-ci ildə öz ekran həllini ssenarist və quruluşçu rejissor Kamran Qasımovun quruluşunda tapıb. Filmin hekayənin əsasında çəkildiyini nəzərə alaraq onun təhlilinə başlamazdan əvvəl...
ANL
Sənin arxanca əsəcəm, Bir səhər qəlbinə dolub, Yollarını da kəsəcəm. İzləyəcəm qarış-qarış, Addım-addım izləyəcəm... Həm dözəcəm ayla-illə, Ürəyimdə olan eşqə, Səndən cavab gözləyəcəm. Fırtınatək çağlayacaq. İldırımlar çaxdıracaq, Leysan yağış yağdıracaq... Elə orda o sevgini dəfn eləyib, Həzin-həzin ağlayacaq, Sevgisi...
ANL
Gənc fotoqraflardan "Azərbaycan abidələri". "Natəvan" qalereyasında "Azərbaycan abidələri" adlı fotosərgi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil edilən sərginin ekspozisiyasına ölkənin müxtəlif regionlarından gənc fotoqraflar - Elvin ...
ANL
Mətbuatımıza yeni bir dərgi qədəm qoydu. "Ustad"... Dərginin yaradıcı kollektivi özünü şagird adlandırmalı idi, ancaq adlandırmadı. Çünki qarşıdakı məqsədləri çox böyük idi - yüksəlmək, ucalmaq, "Ustad"lığa doğru addımlamaq. Elə baş redaktor Şəmil Sadiqin jurnaldakı "Bacarıqlı şagird mütləq bir gün USTAD olacaq" yazısı...
ANL
Böyük irsdən səhifələr: Ceyhun bəy Hacıbəylinin publisistikası. Dünyanın müxtəlif ölkələrində və xalqlarında mühacirət problemi mövcuddur. Bu sırada Azərbaycan xalqının taleyinə nəzər saldıqda aydın görmək mümkündür ki, tarixən soydaşlarımız vətən, qürbət, yurd ağrı-acıları ilə baş-başa qalmış və bu səbəbdən ədəbiyyatı...
ANL
Yaşı minilliklərlə ölçülən ənənə: Novruz bayramı. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də Novruz bayramıdır. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Özbəkistanda və bir çox şərq ölkələrin...
ANL
Ürəyin işığı, sözün rəngi. YAZIÇI NAHİD HACIZADƏNİN 80 İLLİYİNƏ. "Nahid Hacızadənin kitablarında işıqlı bir dünya yaşayır. Bu işıqlı dünyanı işıqlı ürəklərin gözəlliyi bəzəyir". Əlibala Hacızadə. Uzaq dağlıq rayonun buz nəfəsli ucqar kəndindən paytaxtın qaynarına düşən ucaboy, şüvərək, gur saçlı, xoş sifətli bu oğlan h...
ANL
Müasir anlamda qadın və gender bərabərliyi problemi. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. Gender bərabərliyi - bütün fəaliyyət sferalarında kişi-qadın bərabərliyidir. Çağdaş dövrümüzdə "gender bərabərliyi" mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özün...
ANL
Elçinin "Poçt şöbəsində xəyal"lar aləmində qeyri-səlis məntiq möcüzəsi. Hazırda elm kimi tanınan "məntiq" anlayışı insana ana bətnində (öyrədilən! ), insanın ilk hüceyrələrinin oyandığı andan formalaşmağa başlayan bir təlimat funksiyasıdır ki, insan bütün həyatı boyu bu anlayışla özünü tapır, cəmiyyətdə yerini tutur, q...
ANL
“İçərişəhər” bədii filmi nümayiş olunub. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçəriŞəhər” tammetrajlı bədii filminin təqdimat mərasimi keçirilib. “Report" xəbər verir ki, filmin nümayişindən əvvəl aktyorlar və yaradıcı...
ANL
“Baku Guide” bələdçi kataloqunun mart sayında... “Azərbaycanın turizm və biznes baxımından yaxşı perspektivləri var. Ölkədəki sabitlik, mövcud imkanlar, qeyri-neft sektorunun hələ açılmamış potensialı bunu deməyə əsas verir”. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu sözləri Az...
ANL
Fərhad XəlilovunTbilisidə fərdi sərgisi açılıb. Tiflisdə Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyinin dəstəyi ilə Dimitri Şevardnadze adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının sədri, görkəmli rəssam Fərhad Xəlilovun rəsm əsərlərinin sərgis...
ANL
VƏ YAXUD ESTETİK DÜŞÜNCƏNİN DİNAMİKLİYİ, TƏNQİDİ DÜŞÜNCƏNİN STATİKLİYİ. Fərman Kərimzdənin "Qarlı aşırım" romanının keçən əsrin 70-ci illər nəsrində ədəbi hadisə kimi meydana çıxması tənqid və ədəbiyyatşünaslıqda heç bir mübahisə doğurmur. Tarixə müəllif baxışının orijinallığı roman haqqındakı ciddi tənqid və ədəbiyyat...
ANL
"BÜTÜN PSİXOLOJİ PROBLEMLƏRİN ƏSASINDA AİLƏ, MƏKTƏB, BÜTÖVLÜKDƏ CƏMİYYƏT DAYANIR VƏ BU İŞ KOMPLEKS YANAŞMA TƏLƏB EDİR". Müsahibimiz "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədovadır. - Təranə xanım, son illər yaratdığınız "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi haqqında həm ailələrdə, həm də mə...
ANL
Bataqlıqdan qurtulanlar... Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması. "Biz indi elə bil cənnətdə yaşayırıq. Əvvəl Xırdalan şəhərindəki Ət kombinatında məskunlaşmışdıq. Ordakı şəraitimizlə indik...
ANL
Sən oldun... Unudulmaz Nurəngiz Günün əziz xatirəsinə. Maşallah MƏFTUN.
ANL
Ağdamda nəyim qaldı? Arvad şəhərə köçüb gəlməyini nə özünə bağışlaya bilirdi, nə Papama. Bəlkə də demişəm, amma təkrarın ziyanı yoxdu, arvad “erməni-gürcü” deyəndə erməni öz yerində, gürcü sözü Faynşteynlərə aid idi, cuud əvəzinə gürcü deyirdi. Beləliklə, bütün həyət bildi ki, məsələ xeyli ciddidir: Almazla Robert aras...
ANL
Novruz bayramı “Molla Nəsrəddin” jurnalının səhifələrində. Milli bayramımız olan Novruz xalqımızın əsrlər boyu sevə-sevə yaşatdığı ən gözəl bayramlardan biridir. Özündə xalqımız üçün xarakterik olan bir çox adət-ənənələrin daşıyıcısı olan bu milli bayramımız əsrlərin sınağından üzü ağ, alnı açıq çıxıb. Novruz bayramını...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Əyalətlərdə çoxlu tikililər inşa edildiyinə görə Roma artıq sadəcə simvolik paytaxta çevrilmişdi. 324-cü illə 330-cu il arasında Konstantin özünün böyük layihəsinə, şərqdə, yunan şəhəri Bizantiumun yaxınlığında, Bosforun sahilində yeni paytax...
ANL
Seyran Səxavət yaradıcılığı: millilikdən bəşəriliyə. Ədəbiyyat o zaman böyük və ciddi sənət səviyyəsinə yüksəlir ki, orada bədii əksini tapan problemlər milliliyi, xəlqiliyi və ümumbəşəriliyi ilə seçilsin. Bədii əsərlərdə millilik, xəlqilik dedikdə, xalqın ictimai təfəkkürünün, tarixi varlığının, milli düşüncə tərzinin...
ANL
Elçinin “Baş” romanında xronotop süjetyaradıcı element kimi. Elçin yaradıcılığı bir küll halında Azərbaycan nəsrinin mahiyyətini - onun mövzularını, ideyasını, kompozisiya-struktur özünəməxsusluğunu, maraqlı bədii obrazlarını, poetika sistemini özündə bütöv şəkildə, bir tam halında əks etdirən, hekayə, povest, roman, p...
ANL
"Əsri" məzarlığına gedən yol heç vaxt ot basmayacaq. “Vokruq sveta” kimi uğurlu və maraqlı bir jurnalda baş redaktorun müavini idim. Sonra “İzvestiya” qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbiri oldum. Bu işim də əvvəlkitək maraqlı idi, amma onun qədər rahat deyildi. Yerdəyişmə mənim təşəbbüsümlə olmamışd...
ANL
Xalq şairi Süleyman Rüstəm “Əsri” məzarlığında. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyinə. “Əsri” məzarlığına gedən yolu heç vaxt ot basmayacaq. Mən onun bir nüsxəsini çoxdan bəri tanıdığım və “Təfəkkür” Universitetinin jurnalistika kafedrasında birgə çalışdığımız Azad müəllim Şərifova da verdim. Məmnun ...
ANL
I Türkoloji Qurultay - tarixə düşmüş əlamətdar hadisə. 1926-cı ilin 26 fevral-6 mart tarixlərində - doqquz gün ərzində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə ...
ANL
“Mədəniyyətlərin beşiyi: Təbriz” Bakıda təqdim edilib. Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əli Poladın yeni çapdan çıxmış “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Təbrizin gələcəyi uğrunda mücadilə aparan Əziz Əliyevin xatirəsinə i...
ANL
Özbəkistanda azərbaycanlı rəssamın xatirəsi əbədiləşdirilib. Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu ölkədə tanınmış azərbaycanlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, mərhum Yusif Hüseynovun 70 illiyi münasibətilə rəssamın ya...
ANL
“Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin təqdimatı olub. Martın 4-də Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın “Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin təqdimatı olub. AzərTAc xəbər verir ki, Milli Kitabxanada həyata keçirilən tədbirdə kitabxananın direktoru,...
ANL
Abdullah Cövdətin Əli bəy Hüseynzadəyə məktubları. “Əli bəy sakit, mütəfəkkir halı ilə, əsrarəngiz vəzi-üzlətpərvəriylə (xəlvətə çəkilməsi, özünə qapanması ilə) üzərimizdə bir rəsul (peyğəmbər) təsiri icra edərdi. Özü də kifayət qədər geniş, hərtərəfli maraq dairəsinə, geniş və əhatəli fəaliyyət sahəsinə malik fikir ad...
ANL
"Qürbətdən boylanır qərib dağlarım". Müdrik Zərdüşt deyib ki, insanın ucalığı üç meyarla ölçülür: xeyirxah söz, xeyirxah iş, xeyirxah əməl. Hansı insanda bu keyfiyyətlər varsa, həmin şəxs mənən uca insandır. Əqidəli qələm sahibi, haqq sözün müqəddəsliyi keşiyində dayanan, xalqımızın istedadlı şairi Adil Cəmil şəxsiyyət...
ANL
Sovet dövrü publisistikasında neft faktoru. Neft uzun illərdən bəri Azərbaycanın ən çox gəlir gətirən iqtisadi kapital mənbəyi, ayrılmaz atributuna çevrilmiş böyük sərvətidir. Neft mövzusu "Azərbaycan" jurnalında Sovet dövründə çap olunan, Yusif Süleymanovun "Neftçi dostlar", Süleyman Vəliyevin "Geoloq", G.Osipovun "Xə...
ANL
8 Mart Beynəlxalq Qadınlar bayramı dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Yaponiyada isə Qızlar bayramı martın 3-nə təsadüf edir. Qədim yapon ənənələrinə söykənən həmin bayramın özəlliklərinin maraq doğuracağını düşünərək, bu barədə yazını oxucularımıza təqdim edirik. Akari o tsukemaşou ...
ANL
Analar, xanımlar, mələklər, bayramınız mübarək! Əzrail-zad yalandı. Odlara salar gedər. Gəlməsə, can verməyə. Sənin özün gələrsən. Görməsən, yetim qalmış. Quzu kimi mələrsən, Həsrətindən ölərsən. Bizi sevən, əzab verən, Canımızı üzənsən. Yolumuzda hər cəfaya, Hər bəlaya dözənsən. Dilimizdə ən müqəddəs. Gətirən də qadın...
ANL
Azərbaycan kəlağayısının Parisdə butiki təşkil edilib. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə "Beaugrenelle" ticarət mərkəzində azərbaycanlı dizayner Mənzər Hacıyevanın "Kəlağayı" butikini təşkil edib. İki gün ərzində ticarət mərkəzində şəhər əhalisi və turistlərin azərbaycanlı dizaynerin üzərində qrifi olan kəlağa...
ANL
Adını da ürəyi kimi təmiz saxlayan şair. UNUDULMAZ İSA İSMAYILZADƏNİN 75 İLLİYİNƏ. "Hərdən şeirin-sözün sıxıntısından, "qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün" ağrısından ürəyim sızıldayır, dünyada məndən ötrü hər şeyin qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerd...
ANL
Həsən bəy Zərdabinin lənkəranlı məşhur tələbəsi - akademik Pavlov. O,1874-cü ildə Lənkəranda ikisinifli şəhər məktəbini bitirərək, Bakıya gəlmiş, qəbul imtahanında suallara yaxşı cavab verdiyinə görə yaxşı qiymət alaraq, savadlı və dərrakəli müəllimləri ilə məşhur olan Bakı Real Gimnaziyasına daxil olub. M.A.Pavlov 188...
ANL
Azərbaycan kitabçılığının tədqiqinə dəyərli töhfə. İRADƏ ƏLƏSGƏROVANIN "AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBAT TARİXİ" MONOQRAFİYASI DÖVLƏT MÜKAFATINA TƏQDİM OLUNUB. Keçmiş SSRİ-də nəşriyyat işi və poliqrafiyanın baza məktəbi sayılan İ.Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunun ilk azərbaycanlı məzunu İrad...
ANL
Gör nə vaxtdı bağlanmışam. Ömrü qatam, mümkündürmü, Metelərə, Qorqudlara?! Unudularmı... Əllərimi sinəmə toxundurduqca. anamın əllərinin izini. tapmaq istəyirəm bədənimdə. Bir çırpıntı gəzirəm canımda. Bu çırpıntılarla uşaqlığın qapısını. Uşaqlıq illərimə. Unudula bilərmi anam? Keçib sənət yolundan. Müdrik qocalar olub...
ANL
Rəssam Rizvan İsmayıldan "Müsbət enerji" sərgisi. Mədəniyyət. Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Gürcüstan Rəssamlar Federasiyasının üzvü Rizvan İsmayılın "Müsbət enerji" adlı fərdi sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərgi iştirakçılarını salamlaya...
ANL
Müasir Azərbaycan dilində bir şəkilçinin işlənmə qanunauyğunluğu. Dilçilik ədəbiyyatında artıq mürəkkəb quruluşlu şəkilçi kimi, daha dəqiq desək, bu tip şəkilçilər sırasında özünə yer qazanmış sözyaratma üsullarından biri də -çılıq4 şəkilçisidir. Bu şəkilçinin yaranma etibarilə -çı4 və -lıq4 sayəsində formalaşması inka...
ANL
Azərbaycanlı rəssamın əsərləri "İnternational Art"da. Parisin mərkəzində "Le Village Suisse"-də "International Art" qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın fərdi sərgisi açılıb. Sərgidə rəssamın "Uşaqlığın yuxuları", "Teatr və balet" və yeni "Sevgi oyuncaqları" adlı silsilə əsərləri n...
ANL
Anarın "Dədə Qorqud" kinopovesti Özbəkistan mətbuatında. Daşkənddə özbək dilində işıq üzü görən “Cahon adabiyotı” jurnalında Azərbaycanın Xalq Yazıçısı Anarın “Dədə Qorqud” kinopovesti çap edilib. Kitabı orijinaldan ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib. U.Kuçkar uzun illərdir ki, Azərbayc...
ANL